Mehmet Akif Ərsoy (türk. Mehmet Akif Ersoy, 20 dekabr 1873, Fateh – 27 dekabr 1936, İstanbul) — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi, siyasətçisi və İstiqlal Marşının müəllifi.
Mehmet Akif Ərsoy | |
---|---|
türk. Mehmet Akif Ersoy | |
Doğum tarixi | 20 dekabr 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 1936(63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, siyasətçi, yazıçı |
Tanınmış əsərləri | |
Mehmet Akif Ərsoy Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Akif Ərsoy Türkiyə Respublikası və Şimali Kipr Türk Respublikasının(ŞKTR)İstiqlal Marşının müəllifidir. "Vətən şairi" və "Milli şair" ünvanları ilə tanınır. İstiqlal Marşı ilə yanaşı, Çanaqqala dastanı, Bülbül və 1911–1933-cü illər arasında nəşr olunan yeddi şeir kitabındakı şeirləri bir araya gətirən Safahat ən dəyərli əsərlərindəndir. İkinci Məşrutiyyət dönəmindən bəri Sırat-ı Müstakim (sonradan Sebilür-Reşad kimi tanınır) jurnalının baş redaktorudur. Türkiyə İstiqlaliyyət müharibəsi dövründə millət vəkili olaraq Birinci Dövr Böyük Millət Məclisində iştirak etmişdir.
Həyatı
Erkən həyatı
Mehmet Akif Ərsoy,1873-cü ilin dekabrında İstanbulda, Fatehin Qaragümrük səmtinin, Sarıgözəl məhəlləsində anadan olub. Doğum şəhadətnaməsi, onun doğulmasından sonra, uşaqlığının keçdiyi, atasının imam olduğu Çanaqqalanın Bayramiç ilində verildiyi üçün, sənəddə doğulduğu yer Bayramiç ili göstərilib. Anası Buxaradan Anadoluya köçən bir ailənin qızı Əminə Şərif xanım; Kosovonun Peç şəhərində anadan olan alban mənşəli Fateh məscidinin mədrəsə müəllimlərindən olan Peçli Tahir Əfəndinin qızı idi. Mehmet Tahir Əfəndi ona doğum tarixini göstərən "Raqif" adını verdi. Raqif adını atasının ölümünə qədər istifadə etsə də, bu ad geniş yayılmış ad deyildi, buna görə dostları və anası onu "Akif" adı ilə çağırırdılar və zamanla bu adı qəbul etdi. Uşaqlığının çox hissəsini nənəsinin Fateh Sarıgözəldəki evində keçirib. Nuriyə adlı kiçik bacısı da vardı.
6 mart 1913-cü ildə yazdığı, "Üç beyinsiz başın dərdinə 3 milyon xalq" misrasıyla başlayan və irqçiliyi tənqid edən şerinin sonundakı; "Bunu məndən eşidin, bəli, mən Albanam … Başqa bir şey deyə bilmərəm … Budur viran olmuş ölkəm! …" misralarıyla şəxsən özünün alban olduğunu vurğulayır.
Təhsili
İlk təhsilinə Fatehdəki Əmir Buxari məhəllə məktəbində, o dövrün adətinə görə 4 il, 4 ay, 4 günlük ikən başladı. 3 il sonra ibtidai məktəbə getdi və atasından ərəb dilini öyrənməyə başladı. Orta təhsilinə Fateh məktəb rüştiyəsində başlamışdır (1892). Digər tərəfdən Fateh məscidində fars dili dərslərinə gedir. Dil dərslərinə böyük maraq göstərən Mehmet Akif, orta məktəbdə oxuduğu müddətdə həmişə türk, ərəb, fars və fransız dillərində birinci oldu. Bu məktəbdə ona ən çox təsir edən şəxs, dövrün "azadlıqsevər" aydınlarından biri olan türk dili müəllimi herseqovinalı Hoca Kadri Əfəndi idi.
Rüştiyəyi bitirdikdən sonra anası onun mədrəsədə oxumasını istədi, lakin atasının dəstəyi ilə dövrün ən sevilən məktəblərindən biri olan Mulkiye İdadisinə yazıldı. 1888-ci ildə məktəbin yuxarı sinfində təhsilini davam etdirərkən atasını itirməsi və növbəti il Fatehdəki yanğın zamanı evlərinin yanması ailəni yoxsulluğa sürüklədi. Atasının tələbəsi Mustafa Sıtkı eyni ərazidə kiçik bir ev tikdi və ailə bu evdə yerləşdi. Tez zamanda bir peşə sahibi olmaq və internatda oxumaq istəyən Mehmet Akif, Mülkiye İdadisini tərk etdi. O illərdə yeni açılan ilk mülki baytarlıq məktəbi olan Kənd təsərrüfatı və Baytar məktəbinə daxil oldu.
Dörd illik bir məktəb olan Baytar məktəbində onun bakteriologiya müəllimi olan Rıfat Hüsamettin Paşa onun elmə olan marağının inkişaf etdirilməsində böyük rol oynadı. Məktəb illərində idmana böyük maraq göstərdi; güləşi qonşuluqdakı dostu Kıyıcı Osman Pəhlivandan öyrəndi; başda güləş və üzgüçülük olmaqla uzun məsafəyə qaçış və güllə atma yarışlarına qatıldı; Şeirə olan marağı məktəbdəki son iki ilində daha da gücləndi. Məktəbin baytarlıq şöbəsini 1893-cü ildə bitirdi.
Məzun olduqdan sonra Mehmet Akif fransız dilini inkişaf etdirdi. 6 ayda Quranı əzbərlədi və hafiz oldu. 1893 və 1894-cü illərdə Xəzinəyi Fünun jurnalında bir qəzəli,1895-ci ildə "Məktəb" məcmuəsində "Qurana xitab" adlı şeiri çap olundu və məmur fəaliyyətinə başladı.
Məmur işlədiyi vaxtlar
Məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyində məmur olan Mehmet Akif, 1893–1913-cü illər arasında məmur həyatını davam etdirdi. Nazirlikdəki ilk işi baytar müfəttişinin köməkçisi oldu. Nazirliyin mərkəzi İstanbulda idi, ancaq vəzifəsinin ilk dörd ilində Rumeli, Anadolu, Albaniya və Ərəbistanda yoxlanışda oldu. Bunun sayəsində xalqla sıx təmasda olmaq fürsəti oldu. Bu səyahəti sırasında atasının doğulduğu Peç şəhərinə gələrək, əmiləri ilə tanış olur. 1898-ci ildə Tophaneyi Amirənin vəziri Mehmet Əmin Bəyin qızı İsmət xanımla evləndi; Cəmilə, Fəridə, Suadi, Emin və Tahir adlı uşaqları dünyaya gəldi.
Mehmet Akif ədəbiyyata olan marağını şeir yamaqla davam etdirdi. Şeir və məqalələri Sərvəti Fünun jurnalında dərc edildi. İstanbulda olarkən Halkalı Əkinçilik və Baytar Məktəbində (1906), daha sonra Fermer Makinist məktəbində türk dilindən (1907) dərs demək üçün müəllim təyin edildi.
İkinci Məşrutiyyətin təsiri
İkinci Məşrutiyyət elan edildikdə, Mehmet Akif Umurı Baytariye departamentinin müdir müavini idi. II Əbdülhəmid rejiminə müxalif idi, hətta II Əbdülhəmidi gördüyündə, ürəyinin bulandığını xatirələrində qeyd etmişdi. Bunun təsiri ilə, konstitusiyalı monarxiya elan edilməsindən 10 gün sonra, dostu, rəsədxana direktoru Fatin Hocanın yönləndirməsi ilə, on bir dostu ilə birlikdə "İttihad və Tərəqqi" cəmiyyətinin üzvü oldu. Yalnız Mehmet Akif üzvlüyə qəbul olarkən edilən andda," nə olursa olsun, cəmiyyətin bütün əmrlərinə, qeyd-şərtsiz (ittihamsız) tabe olacağam" cümləsindəki "qeyd-şərtsiz" ifadəsinə qarşı çıxdı və andını "yalnız yaxşılar və doğru olanlar" şəklində etdi. Cəmiyyətin Şəhzadəbaşı İlmiyə mahalında Ərəb ədəbiyyatından dərs keçən Akif,1907-ci ilin noyabr ayında Umuri Baytariyyə müdir müavinliyi vəzifəsində çalışarkən Darülfününda Osmanlı ədəbiyyatı kurslarında dərs keçməyə başladı.
İkinci Məşrutiyyətin Mehmet Akifin həyatına ən böyük təsiri,konstitusiyalı monarxiya ilə birlikdə, nəşriyyat dünyasına addım atması oldu. Daha öncə bəzi şeir və məqalələri bir neçə qəzetdə dərc olunsa da, əsərlərin nəşrini uzun müddət idi ki, dayandırmışdı. Konstitusiyalı monarxiyanın elanından sonra dostu Əşrəf Edip Fərqan və Əbülula Mardin tərəfindən nəşr olunan və ilk nömrəsi 27 avqust 1908-ci ildə çıxan Sırat-ı Müstəkim jurnalının baş yazarı oldu. İlk nömrəsində "Fateh məscidi" şeri çap edildi. Əbülula Mardin ayrıldıqdan sonra jurnal 8 mart 1912-ci ildən etibarən Sebilür-Rəşad adı ilə nəşr olunmağa davam etdi. Akifin demək olar ki, bütün şeir və yazıları bu iki jurnalda çap olunmuşdur. İstər yazılarında, istərsə də, İstanbul məscidlərindəki oxuduğu xütbələrdə Misirli alim Məhəmməd Əbdühun təsiri ilə qəbullandığı İslam Birliyi görüşünü yaymağa çalışdı.
1910-cu ildəki Alban qiyamı onu çox üzdü və özündən sonra gələcək hadisələri hiss etdi. Balkanlarda artan düşmənçilik və üsyanların qarşısını almaq üçün nə isə etmək istədi, lakin Balkan müharibələri bu istəyi yarımçıq qaldı. 1914-cü ilin əvvəllərində iki aylıq Misir və Mədinəyə səyahət etdi. Misir səfəri ilə bağlı xatirələrini "Əl Uksurda" şeirində yazdı.
1913-cü ildə qurulan Milli Müdafiə dərnəyinin xalqı ədəbiyyatı yolu ilə maarifləndirməyi hədəfləyən nəşriyyat şöbəsində Əbdülhaq Hamid Tərxan,Mahmud Əkrəm,Süleyman Nazif, Cənap Şahabəttin ilə birlikdə çalışdı. 2 fevral 1913-cü ildə Bəyazid məscidinin və 7 fevral 1913-cü ildə Fateh məscidinin kürsüsündə çıxış edərək xalqı vətənlərini qorumağa çağırdı.
Təşkilat-i Məxsusa daxil olması
Balkan müharibəsindən sonra əvvəlcə Umur-i Baytariyədəki (1913) vəzifəsindən istefa etdi, sonra nəşrləri hökumətə qarşı olduğu üçün aldığı xəbərdarlıqla Darülfünundakı (1914) vəzifəsindən də istefa verdi. Yalnız Halkalı Əkinçilik və Baytar məktəbindəki vəzifəsininin icrasını davam etdirdi. Hərbi Nazirliyə bağlı Təşkilat-i Məxsusanın təklifi ilə İslam birliyi qurmaq istəyən Tunisli Şeyx Salih Şərif (1914) ilə Almaniyaya (Berlin) getdi. İngilislərlə birlikdə Osmanlılara qarşı mübarizə apararkən, almanlar tərəfindən əsir götürülən müsəlmanların düşərgələrində oldu və fərqində olmadan Osmanlı imperiyasına qarşı vuruşan bu müsəlman məhbusları maarifləndirməyə çalışdı. Fransız ordusundakı müsəlmanlar üçün ərəbcə yazdığı bəyannamələr cəbhələrə təyyarələrdən atılırdı. Almaniyada olarkən yazdığı Berlin xatirələri adlı şeirini qayıdandan sonra Sebilürreşadda nəşr etdirdi.
İstanbula qayıtdıqdan sonra 1916-cı ilin əvvəllərində Təşkilat-i Məxsusa tərəfindən Ərəbistana göndərildi. Onun vəzifəsi bu ərazilərdəki ərəbləri Osmanlıya qarşı provokasiya edən ingilis təbliğatına qarşı mübarizə aparmaq üçün "əks təbliğat" aparmaq idi. Berlində olarkən Mehmet Akif Çanaqqala müharibəsi xəbərlərini həyəcanla izləyirdi. On dörd ay davam edən müharibənin qalibiyyətlə nəticələndiyi xəbərini Ərəbistanda olarkən aldı. Belə şad xəbərdən ilhamlanan Mehmet Akif "Çanaqqala dastanını" qələmə aldı. Ərəbistandan qayıdandan sonra iki ay Livanda qalan Mehmet Akif, "Nəcid çöllərindən Mədinəyə" şeirində bu səyahətindən bəhs etdi.
Darü-l — Hikməti-l — İslamiyə cəmiyyətinə daxil olması
1918-ci ildə Livanda yaşayan Məkkə əmiri Şərif Əli Heydər paşanın dəvəti ilə Livana gedən Akif, Livanda ikən Şeyxülislama bağlı Darül-Hikmeti-l-İslamiyə cəmiyyətinin baş katibi vəzifəsinə təyin edildi. Əhməd Cövdət paşa,Mustafa Səbri Əfəndi və Səid Nursi kimi adların Osmanlı Dövlətində və digər İslam ölkələrində ortaya çıxacaq dini məsələləri həll etmək və İslama qarşı olan hadisələrə cavab vermək üçün qurulan bu təşkilatda çalışarkən, Səid Halim paşanın "İslamlaşmaq" adlı əsərini fransızcadan türkcəyə çevirdi.
Bu dövrdə Anadolu torpaqları işğal edildi; Türk xalqı İstiqlaliyyət müharibəsinə başladı və müqavimət göstərdi. Bu hərəkatda iştirak etmək istəyən Akif, Balıkəsirə getdi və 6 fevral 1920-ci ildə Balıkəsir Ulu məscidində xütbə oxudu. Xalqdan gözləmədiyi diqqəti görərək, daha bir çox yerdə xütbə oxudu, çıxışlar etdi və İstanbula döndü. Bu arada Sebilürrəşad idarəsi Milli Mübarizəyə qoşulmaq istəyən Anadoluya keçənlərlə İstanbuldakı yaxınlarının gizli xəbərləşmə mərkəzinə çevrilmişdi. Mehmet Akif,1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsinə verdiyi dəstəyi səbəbindən Darü-l — Hikmeti-l — İslamiyə cəmiyyətindəki vəzifəsindən azad edildi.
Türkiyə İstiqlaliyyət müharibəsində iştirakı
İstanbulda sərbəst hərəkət edə bilməyən Mehmet Akif, vəzifəsindən azad edilməzdən əvvəl oğlu Emini də götürərək Anadoluya getdi. Sebilür-Rəşadın Ankara şöbəsi üçün Mustafa Kamal Paşadan dəvət gəlmişdi. Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının ertəsi günü,24 aprel 1920-ci ildə Ankaraya gəldi. Milli mübarizəyə şair, natiq, səyyah, jurnalist və siyasətçi kimi qatıldı. Ankaraya gəldikdən bir müddət sonra ailəsini də özü ilə apardı.
Ankaraya gəldiyi günlərdə Mustafa Kamal Paşa Konya valisinə teleqram göndərərək, Mehmet Akifin Burdur millət vəkili seçilməsini istədi. İyun ayında Burdurdan, iyulda Biqadan deputat seçildiyi xəbərləri parlamentə çatdı. Akif Burdur millət vəkiliyini seçdi. Beləliklə,1920–1923-cü illər arasında 1-ci TBMM-də millət vəkili olaraq iştirak etdi. Parlament qeydlərində adı "Burdur millət vəkili və İslam şairi" olaraq xatırlanır.
Ankaraya gələr-gəlməz, ona verilən ilk işi Konya üsyanının qarşısını almaq üçün xalqa məsləhət vermək üçün Konyaya getmək idi, böyük səylərinə baxmayaraq Konyada qəti bir nəticəyə gələ bilmədi və Kastamonuya köçdü. 1920-ci ilin noyabrında Kastamonuda Nəsrullah məscidində xalqı düşmənə müqavimət göstərməyə təşviq etmək üçün oxuduğu xütbə Diyarbəkirdə nəşr edildi və bütün vilayətlərə və cəbhələrə paylandı.
Akif Anadoluya gedərkən Əşrəf Ədipə, onunla gəlməsini istədi. Əşrəf Ədip, Sebilür-Rəşad jurnalının stereotipini alıb İstanbuldan ayrıldı. Nəhayət, 6 may 1921-ci ildə jurnalın 463-cü sayını nəşr etdirdilər. Mehmet Akif jurnalın 464–466-cı nömrələrini Kastamonuda nəşr etdirdi və 464-cü nömrəsi o qədər diqqət çəkdi ki, bir neçə dəfə çap olundu Anadoluya və əsgərlərə paylandı. 467-ci nömrəsindən etibarən Ankarada nəşr etdirməyə davam etdirdilər. Jurnalın təsiri o qədər böyük idi ki, Rusiya tabeliyindəki Türk xalqlarının təsirlənəcəyindən qorxaraq qəzetin ölkəyə girişini qadağan etdi.
1921-ci ildə Ankaradakı Tacəddin Dərgahında məskunlaşan Mehmet Akif Burdur millət vəkili olaraq parlamentdəki vəzifəsinə davam edirdi. O dövrdə Ankaraya doğru irəliləyən yunanların qarşısında parlamenti Kayseriyə köçürmək hazırlığı var idi. Bunun dağılmaya səbəb olacağını düşünən Mehmet Akif Ankarada qalmağı və Sakaryada yeni bir müdafiə xətti qurulmasını təklif etdi; təklifi müzakirə edildi və qəbul edildi. Ankarada, Tacəddin Dərgahında yaşadığı ev, Mehmet Akif Ersoy Muzeyi olaraq ziyarətçilərə açıqdır.
İstiqlal Marşını yazması
Eyni zamanda, Milli Təhsil naziri Həmdullah Sübhi Tanrıövərin istəyi ilə dostu Həsən Bəsri bəy onu milli marş yarışmasına qatılmağa razı saldı. Başlanğıcda qoyulan 500 lirə mükafata görə iştirak etməkdən imtina etdi. O günə qədər göndərilən şeirlərin heç biri o günə qədər kifayət qədər qənaətbəxş deyildi və ən gözəl şeiri Mehmet Akifin yazacağı fikri məclisdə hakim idi. Mehməd Akifin müsabiqəyə qatıldığı bilindikdən sonra, bir çox şair şeirlərini geri çəkdilər. Şairin orduya həsr etdiyi Türk İstiqlal marşı, 17 fevralda Sırat-ı Müstəkim ve Hakimiyəti Milliyədə yayımlandı. Həmdüllah Subhi bəy tərəfindən parlamentdə oxunulub, ayaq üstə dinləndikdən sonra, 12 mart 1921-ci il şənbə günü saat 17.45-də Milli İstiqlal marşı olaraq qəbul edildi. Akif pul mük
ı n
mükafatı, Türk Qırmızı Aypara Cəmiyyəti nəzdində qadın və uşaqlara iş öyrədən və cəbhəyə paltar tikən Darül Məsai vəqfinə bağışladı.
Misir illəri
ilə təltif olunan Mehmet Akif,1922-ci ildə səhhətinə görə millət vəkilliyindən istefa verdi. 1923-cü ilin mart ayının son günlərində itkin düşən yaxın dostu Trabzon millət vəkili Əli Şükrünün Mustafa Kamalın mühafizə alayının komandiri Topal Osman tərəfindən öldürüldüyünü anladıqdan sonra yeni ev tapmalı olduğunu hiss etdi. Bir müddətdir onu Misirə dəvət edən Misir xədivi Abbas Həlim paşanın dəvətini qəbul etdi və beləliklə qışlarını Misirdə keçirməyə başladı. Onun ölkədən getməsini 1924-cü ildə və ya 1925-ci ildə qəbul edilmiş Papaq inqilabı ilə izah edənlər də oldu.
Mehmet Akif, getmədən öncə Dini İşlər Müdirliyi ilə Quranın tərcüməsini hazırlamaq üçün müqavilə imzaladı. Quran-i Kərimi tərcümə edə biləcək yeganə şəxs kimi görüldüyü üçün,1908-ci ildən etibarən ona böyük tələb var idi. Tərcümə işini qəti şəkildə qəbul etməyəcəyi başa düşülüncə, yalnızca Quranı tərcümə etməsinə çətinliklə də olsa razı salındı.
Ən məşhur əsəri olan Səfahət 1924-cü ildə Türkiyədə nəşr edilmişdi. Bir neçə il yayları İstanbulda, qışları Misirdə keçirən Mehmet Akif 1926-cı ilin qışından sonra Misirdən qayıtmadı. Qahirə yaxınlığındakı Hilvana yerləşdi. Burada, Quranın tərcüməsi üzərində işləməyə davam edərkən, ölkədə milli din layihəsinin (Türk azanına pərəstiş) həyata keçirilməsini öyrəndikdə, onun yazılarının bu layihədə istifadə edilməsindən ehtiyat edərək,1932-ci ildə müqaviləsinə xitam verdi. Dəyanət İşləri Müdirliyi, həm tərcümə, həm də təfsir işini Elmalılı Məhəmməd Həmdi Yazıra verdi. Akif öz yazılarını dostu Yozqatlı İhsan Əfəndiyə təslim etdi və əgər olüb, geri dönməzsə, yazılarının yandırılmasını tövsiyə etdi (Əkmələddin Ehsanoğlunun atası).
Mehmet Akif, Misirdə Quranı tərcümə etməklə yanaşı türk dillində dərslər də deyirdi. Qahirədəki "Cəmiət-ül Misiriyyə" adlı universitetdə türk dili və ədəbiyyatından dərs verdi (1925–1936).
Türkiyəyə qayıdışı və vəfatı
Sirroz xəstəliyinə tutularkən hava dəyişikliyi yaxşı gələcək deyə əvvəlcə Livana, daha sonra Antakyaya getdi, ancaq Misirə xəstə olaraq döndü. 17 iyun 1936-cı ildə müalicə üçün İstanbula döndü. 27 dekabr 1936-cı ildə İstanbulda, Bəyoğlundakı Misir binasındakı mənzilində vəfat etdi. Ədirnəqapı məzarlığında dəfn edilib. İki il sonra, məzarı universitet tələbələri tərəfindən düzəldildi; 1960-cı ildə məzarı yol inşası səbəbiylə Ədirnəqapı şəhid məzarlığına köçürüldü. Məzarı Süleyman Nazif və dostu Əhməd Naim bəyin məzarları arasındadır.
1 iyun 1936-cı il tarixində Mehmet Akifə 478 lirə 20 quruş təqaüd kəsildi. Bu təqaüd,1936-cı ilin oktyabrından bəri ödənməyə başlanmış, cəmi 2976 lirə almışdır. Təqaüd qəbzinin son səhifəsinə "600 lirə borc" ifadəsi yazılmışdır. Bu borc silindikdən sonra qalan hissəsi ailəsinə verilmiş və Mehmet Akif bundan iki ay sonra vəfat etdimişdi.
Ədəbi həyatı
Mehmet Akif şeir yazmağa Baytar məktəbində tələbə ikən başladı. İlk nəşr olunan şeiri "Qurana xitab" adlanır. 1908-ci ildən bəri əruz vəznində şeirlər, hekayələr yazmağa başladı. Hekayələrində insanların dərdlərini və sıxıntılarını dilləndirdi. Balkan müharibəsi illərindən bəri epik şeirlər yazmağa başladı. İlk böyük dastanı "Çanaqqala şəhidləri" başlıqlı şeiridir. İkinci böyük dastanı Bursanın işğalı ilə bağlı yazdığı "Bülbül" şeiridir. Üçüncü əsəri Türkiyə İstiqlaliyyət müharibəsinə həsr etdiyi İstiqlal Marşıdır.
"Sənət sənət üçündür" düşüncəsinə qarşı çıxan Mehmet Akif, dini yönümlü ədəbi üslubu qəbul etdi. Ədəbi dil olaraq milli ədəbiyyat hərəkatına qarşı çıxdı və ədəbiyyatdakı qərbləşmə mövzusunda Tefik Fikrət ilə toqquşdu.
Əsərləri
Şairin Səfahət adlı şeirlər toplusu səkkiz kitabdan ibarətdir. Şair İstiqlal marşını Səfahətə qoymadı. Səbəbini belə izah edir: türk. "Çünkü ben onu milletimin kalbine gömdüm."
- Səfahət (1911) — Qırx dörd şeirdən ibarətdir. Siyasi hadisələrdən, mistik hisslərdən, dünyəvi vəzifələrdən bəhs olunur.
- Süleymaniyə Kürsüsündə (1912) — Süleymaniyə məscidinə gedən iki nəfərin söhbəti ilə başlayır və Səyyah Əbdürrəşid İbrahimin kürsüdə danışdığı uzun bir hissə ilə davam edir.
- Haqqın Səsləri (1913) — Cəmiyyətə islami mesajlar verən on şeirdən ibarətdir
- Fateh Kürsüsündə (1914) — Fateh məscidinə gedən iki nəfərin söhbəti ilə başlayır və vaizin uzun söhbəti ilə davam edir.
- Xatirələr (1917) — Akifin gəzdiyi yerlərdəki təəssüratlarını və sosial fəlakətlər qarşısında Allaha dua etməsindən bəhs edir.
- Asim (1924) — Hocazadə və Kösə İmam arasında söhbət kimi hazırlanmış tək bir əsərdir.
- Kölgələr (1933) — 1918–1933-cü illər arasında yazılmış 41 şeirdən ibarətdir. Hər bir şeir yazıldıqları dövrün izlərini daşıyır.
- Səfahət (Toplu nəşr) (1943) — Yeddi cild bir yerə toplanır. Mehmet Akif Ərsoyun vəfatının 75-ci il ildönümü və Türk İstiqlal marşının qəbul edilməsinin 90-cı il ildönümü səbəbiylə 2011-ci il Türkiyə Respublikası tərəfindən "Mehmet Akif Ərsoy İli" elan edildi. İl ərzində görülən bütün işlər Mədəniyyət və Turizm Nazirliyinə verildi.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Mehmed Akif Ersoy // Brockhauz Ensiklopediyası (alm.).
- . 2019-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
- . 2010-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-16.
- "Arxivlənmiş surət". tez.yok.gov.tr. 2016-10-29 tarixində . İstifadə tarixi: 2020-11-16. (#first_missing_last)
- . 2016-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
- "Arxivlənmiş surət" (PDF). turkoloji.cu.edu.tr. 2016-10-28 tarixində (PDF). İstifadə tarixi: 2020-11-17. (#first_missing_last)
- (PDF). Türk Tarih Kurumu,. 2016-10-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-19. (#first_missing_last)
- "Arxivlənmiş surət". books.google.com.tr. 2016-04-11 tarixində . İstifadə tarixi: 2020-11-19. (#first_missing_last)
- (PDF). 2012-01-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
- . 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
- . 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
- . 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
- "Ayşe Hür, İstanbul'da 'aziz', Ankara'da 'mürteci', Mısır'da 'Hıristiyan': Mehmet Akif Ersoy, Radikal gazetesi, 28.12.2014". 2015-04-13 tarixində . İstifadə tarixi: 2020-11-22.
- . 2015-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
- "Ekmeleddin Bey'e çok büyük vazife düşüyor!". 2017-09-06 tarixində . İstifadə tarixi: 2020-11-22.
- "Arxivlənmiş surət". 2013-10-14 tarixində . İstifadə tarixi: 2020-11-17.
- . 2011-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-22.
Həmçinin bax
Ədəbiyyat
- Ersoy, Mehmet Akif (2011). Safahat. İstanbul: Karanfil Yayıncılık
- Ersoy, Mehmet Akif (2012). Tefsir Yazıları ve Vaazlar. Ankara: Diyanet İşleri Başkanlığı Yayınları
- Ersoy, Mehmet Akif (2012). Kur'an Meali. İstanbul: Mahya Yayıncılık
- (Mart 2012). Mehmed Akif (Hayatı-Seciyesi-Sanatı). İstanbul: Timaş Yayınları
- Ersoy, Emin (Mart 2011). Babam Mehmet Akif (İstiklal Harbi Hatıraları) İstanbul: Kurtuba Kitap Yayınları
- Özlük, Nuran (Temmuz 2011). Türk Basınında Mehmet Akif Ersoy Polemikleri İstanbul: Paradoks Yayınları
- Sırat-ı Müstakim Mecmuası (2 Cilt olmak üzere 1–52. Sayılar) (Ocak 2013) İstanbul: Bağcılar Belediyesi
- İsmail Kara (2013). Elemim Bir Yüreğin Karı Değil İstanbul: Timaş Yayınları
- Ayyıldız, Esat. "Mehmed Âkif Ersoy’un ‘Hasbihâl’ Adlı Makalesindeki Arapça Öğretimine Dair Görüşleri". Kabulünün 101. Yılında İstiklâl Marşı ve Milli Şairimiz Mehmed Âkif Ersoy 2. Uluslararası Sempozyumu Kongre Kitabı. ed. Ayşe Erkmen – Mustafa Latif Emek. İstanbul: İKSAD Yayınevi, 2022. s. 40–48.
Xarici keçidlər
- Mehmet Akif in hayatı haqqında video
- Mehmet Akif şeirləri haqqında video
- video 2007-07-03 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehmet Akif Ersoy turk Mehmet Akif Ersoy 20 dekabr 1873 Fateh 27 dekabr 1936 Istanbul Turk sairi baytar muellim vaiz hafiz Quran tercumecisi siyasetcisi ve Istiqlal Marsinin muellifi Mehmet Akif Ersoyturk Mehmet Akif ErsoyDogum tarixi 20 dekabr 1873 1873 12 20 Dogum yeri Fateh Konstantinopol Osmanli imperiyasiVefat tarixi 27 dekabr 1936 1936 12 27 63 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeVefat sebebi qaraciyer sirrozuDefn yeri Edirneqapi SehidliyiTehsili Vefa liseyi d Istanbul Halqali Ali Kend Teserrufati Mektebi d Fealiyyeti sair siyasetci yaziciTaninmis eserleri Istiqlal MarsiMehmet Akif Ersoy Vikimenbede Vikianbarda elaqeli mediafayllar Mehmet Akif Ersoy Turkiye Respublikasi ve Simali Kipr Turk Respublikasinin SKTR Istiqlal Marsinin muellifidir Veten sairi ve Milli sair unvanlari ile taninir Istiqlal Marsi ile yanasi Canaqqala dastani Bulbul ve 1911 1933 cu iller arasinda nesr olunan yeddi seir kitabindaki seirleri bir araya getiren Safahat en deyerli eserlerindendir Ikinci Mesrutiyyet doneminden beri Sirat i Mustakim sonradan Sebilur Resad kimi taninir jurnalinin bas redaktorudur Turkiye Istiqlaliyyet muharibesi dovrunde millet vekili olaraq Birinci Dovr Boyuk Millet Meclisinde istirak etmisdir HeyatiErken heyati Mehmet Akif Ersoy 1873 cu ilin dekabrinda Istanbulda Fatehin Qaragumruk semtinin Sarigozel mehellesinde anadan olub Dogum sehadetnamesi onun dogulmasindan sonra usaqliginin kecdiyi atasinin imam oldugu Canaqqalanin Bayramic ilinde verildiyi ucun senedde doguldugu yer Bayramic ili gosterilib Anasi Buxaradan Anadoluya kocen bir ailenin qizi Emine Serif xanim Kosovonun Pec seherinde anadan olan alban menseli Fateh mescidinin medrese muellimlerinden olan Pecli Tahir Efendinin qizi idi Mehmet Tahir Efendi ona dogum tarixini gosteren Raqif adini verdi Raqif adini atasinin olumune qeder istifade etse de bu ad genis yayilmis ad deyildi buna gore dostlari ve anasi onu Akif adi ile cagirirdilar ve zamanla bu adi qebul etdi Usaqliginin cox hissesini nenesinin Fateh Sarigozeldeki evinde kecirib Nuriye adli kicik bacisi da vardi 6 mart 1913 cu ilde yazdigi Uc beyinsiz basin derdine 3 milyon xalq misrasiyla baslayan ve irqciliyi tenqid eden serinin sonundaki Bunu menden esidin beli men Albanam Basqa bir sey deye bilmerem Budur viran olmus olkem misralariyla sexsen ozunun alban oldugunu vurgulayir Tehsili Ilk tehsiline Fatehdeki Emir Buxari mehelle mektebinde o dovrun adetine gore 4 il 4 ay 4 gunluk iken basladi 3 il sonra ibtidai mektebe getdi ve atasindan ereb dilini oyrenmeye basladi Orta tehsiline Fateh mekteb rustiyesinde baslamisdir 1892 Diger terefden Fateh mescidinde fars dili derslerine gedir Dil derslerine boyuk maraq gosteren Mehmet Akif orta mektebde oxudugu muddetde hemise turk ereb fars ve fransiz dillerinde birinci oldu Bu mektebde ona en cox tesir eden sexs dovrun azadliqsever aydinlarindan biri olan turk dili muellimi herseqovinali Hoca Kadri Efendi idi Rustiyeyi bitirdikden sonra anasi onun medresede oxumasini istedi lakin atasinin desteyi ile dovrun en sevilen mekteblerinden biri olan Mulkiye Idadisine yazildi 1888 ci ilde mektebin yuxari sinfinde tehsilini davam etdirerken atasini itirmesi ve novbeti il Fatehdeki yangin zamani evlerinin yanmasi aileni yoxsulluga surukledi Atasinin telebesi Mustafa Sitki eyni erazide kicik bir ev tikdi ve aile bu evde yerlesdi Tez zamanda bir pese sahibi olmaq ve internatda oxumaq isteyen Mehmet Akif Mulkiye Idadisini terk etdi O illerde yeni acilan ilk mulki baytarliq mektebi olan Kend teserrufati ve Baytar mektebine daxil oldu Dord illik bir mekteb olan Baytar mektebinde onun bakteriologiya muellimi olan Rifat Husamettin Pasa onun elme olan maraginin inkisaf etdirilmesinde boyuk rol oynadi Mekteb illerinde idmana boyuk maraq gosterdi gulesi qonsuluqdaki dostu Kiyici Osman Pehlivandan oyrendi basda gules ve uzguculuk olmaqla uzun mesafeye qacis ve gulle atma yarislarina qatildi Seire olan maragi mektebdeki son iki ilinde daha da guclendi Mektebin baytarliq sobesini 1893 cu ilde bitirdi Mezun olduqdan sonra Mehmet Akif fransiz dilini inkisaf etdirdi 6 ayda Qurani ezberledi ve hafiz oldu 1893 ve 1894 cu illerde Xezineyi Funun jurnalinda bir qezeli 1895 ci ilde Mekteb mecmuesinde Qurana xitab adli seiri cap olundu ve memur fealiyyetine basladi Memur islediyi vaxtlar 100 TL uzerindeki 1979 1989 Ankara qalasi Mehmet Akif Ersoyun portreti muzey olan Ankaradaki evi ve Istiqlal Marsinin ilk iki dortluyu Mektebi bitirdikden sonra Kend Teserrufati Nazirliyinde memur olan Mehmet Akif 1893 1913 cu iller arasinda memur heyatini davam etdirdi Nazirlikdeki ilk isi baytar mufettisinin komekcisi oldu Nazirliyin merkezi Istanbulda idi ancaq vezifesinin ilk dord ilinde Rumeli Anadolu Albaniya ve Erebistanda yoxlanisda oldu Bunun sayesinde xalqla six temasda olmaq furseti oldu Bu seyaheti sirasinda atasinin doguldugu Pec seherine gelerek emileri ile tanis olur 1898 ci ilde Tophaneyi Amirenin veziri Mehmet Emin Beyin qizi Ismet xanimla evlendi Cemile Feride Suadi Emin ve Tahir adli usaqlari dunyaya geldi Mehmet Akif edebiyyata olan maragini seir yamaqla davam etdirdi Seir ve meqaleleri Serveti Funun jurnalinda derc edildi Istanbulda olarken Halkali Ekincilik ve Baytar Mektebinde 1906 daha sonra Fermer Makinist mektebinde turk dilinden 1907 ders demek ucun muellim teyin edildi Ikinci Mesrutiyyetin tesiri Sirat i Mustekim jurnalinin ilk nomresinin uz qabigi Ikinci Mesrutiyyet elan edildikde Mehmet Akif Umuri Baytariye departamentinin mudir muavini idi II Ebdulhemid rejimine muxalif idi hetta II Ebdulhemidi gorduyunde ureyinin bulandigini xatirelerinde qeyd etmisdi Bunun tesiri ile konstitusiyali monarxiya elan edilmesinden 10 gun sonra dostu resedxana direktoru Fatin Hocanin yonlendirmesi ile on bir dostu ile birlikde Ittihad ve Tereqqi cemiyyetinin uzvu oldu Yalniz Mehmet Akif uzvluye qebul olarken edilen andda ne olursa olsun cemiyyetin butun emrlerine qeyd sertsiz ittihamsiz tabe olacagam cumlesindeki qeyd sertsiz ifadesine qarsi cixdi ve andini yalniz yaxsilar ve dogru olanlar seklinde etdi Cemiyyetin Sehzadebasi Ilmiye mahalinda Ereb edebiyyatindan ders kecen Akif 1907 ci ilin noyabr ayinda Umuri Baytariyye mudir muavinliyi vezifesinde calisarken Darulfununda Osmanli edebiyyati kurslarinda ders kecmeye basladi Ikinci Mesrutiyyetin Mehmet Akifin heyatina en boyuk tesiri konstitusiyali monarxiya ile birlikde nesriyyat dunyasina addim atmasi oldu Daha once bezi seir ve meqaleleri bir nece qezetde derc olunsa da eserlerin nesrini uzun muddet idi ki dayandirmisdi Konstitusiyali monarxiyanin elanindan sonra dostu Esref Edip Ferqan ve Ebulula Mardin terefinden nesr olunan ve ilk nomresi 27 avqust 1908 ci ilde cixan Sirat i Mustekim jurnalinin bas yazari oldu Ilk nomresinde Fateh mescidi seri cap edildi Ebulula Mardin ayrildiqdan sonra jurnal 8 mart 1912 ci ilden etibaren Sebilur Resad adi ile nesr olunmaga davam etdi Akifin demek olar ki butun seir ve yazilari bu iki jurnalda cap olunmusdur Ister yazilarinda isterse de Istanbul mescidlerindeki oxudugu xutbelerde Misirli alim Mehemmed Ebduhun tesiri ile qebullandigi Islam Birliyi gorusunu yaymaga calisdi 1910 cu ildeki Alban qiyami onu cox uzdu ve ozunden sonra gelecek hadiseleri hiss etdi Balkanlarda artan dusmencilik ve usyanlarin qarsisini almaq ucun ne ise etmek istedi lakin Balkan muharibeleri bu isteyi yarimciq qaldi 1914 cu ilin evvellerinde iki ayliq Misir ve Medineye seyahet etdi Misir seferi ile bagli xatirelerini El Uksurda seirinde yazdi 1913 cu ilde qurulan Milli Mudafie derneyinin xalqi edebiyyati yolu ile maariflendirmeyi hedefleyen nesriyyat sobesinde Ebdulhaq Hamid Terxan Mahmud Ekrem Suleyman Nazif Cenap Sahabettin ile birlikde calisdi 2 fevral 1913 cu ilde Beyazid mescidinin ve 7 fevral 1913 cu ilde Fateh mescidinin kursusunde cixis ederek xalqi vetenlerini qorumaga cagirdi Teskilat i Mexsusa daxil olmasi Balkan muharibesinden sonra evvelce Umur i Baytariyedeki 1913 vezifesinden istefa etdi sonra nesrleri hokumete qarsi oldugu ucun aldigi xeberdarliqla Darulfunundaki 1914 vezifesinden de istefa verdi Yalniz Halkali Ekincilik ve Baytar mektebindeki vezifesininin icrasini davam etdirdi Herbi Nazirliye bagli Teskilat i Mexsusanin teklifi ile Islam birliyi qurmaq isteyen Tunisli Seyx Salih Serif 1914 ile Almaniyaya Berlin getdi Ingilislerle birlikde Osmanlilara qarsi mubarize apararken almanlar terefinden esir goturulen muselmanlarin dusergelerinde oldu ve ferqinde olmadan Osmanli imperiyasina qarsi vurusan bu muselman mehbuslari maariflendirmeye calisdi Fransiz ordusundaki muselmanlar ucun erebce yazdigi beyannameler cebhelere teyyarelerden atilirdi Almaniyada olarken yazdigi Berlin xatireleri adli seirini qayidandan sonra Sebilurresadda nesr etdirdi Istanbula qayitdiqdan sonra 1916 ci ilin evvellerinde Teskilat i Mexsusa terefinden Erebistana gonderildi Onun vezifesi bu erazilerdeki erebleri Osmanliya qarsi provokasiya eden ingilis tebligatina qarsi mubarize aparmaq ucun eks tebligat aparmaq idi Berlinde olarken Mehmet Akif Canaqqala muharibesi xeberlerini heyecanla izleyirdi On dord ay davam eden muharibenin qalibiyyetle neticelendiyi xeberini Erebistanda olarken aldi Bele sad xeberden ilhamlanan Mehmet Akif Canaqqala dastanini qeleme aldi Erebistandan qayidandan sonra iki ay Livanda qalan Mehmet Akif Necid collerinden Medineye seirinde bu seyahetinden behs etdi Daru l Hikmeti l Islamiye cemiyyetine daxil olmasi 1918 ci ilde Livanda yasayan Mekke emiri Serif Eli Heyder pasanin deveti ile Livana geden Akif Livanda iken Seyxulislama bagli Darul Hikmeti l Islamiye cemiyyetinin bas katibi vezifesine teyin edildi Ehmed Covdet pasa Mustafa Sebri Efendi ve Seid Nursi kimi adlarin Osmanli Dovletinde ve diger Islam olkelerinde ortaya cixacaq dini meseleleri hell etmek ve Islama qarsi olan hadiselere cavab vermek ucun qurulan bu teskilatda calisarken Seid Halim pasanin Islamlasmaq adli eserini fransizcadan turkceye cevirdi Bu dovrde Anadolu torpaqlari isgal edildi Turk xalqi Istiqlaliyyet muharibesine basladi ve muqavimet gosterdi Bu herekatda istirak etmek isteyen Akif Balikesire getdi ve 6 fevral 1920 ci ilde Balikesir Ulu mescidinde xutbe oxudu Xalqdan gozlemediyi diqqeti gorerek daha bir cox yerde xutbe oxudu cixislar etdi ve Istanbula dondu Bu arada Sebilurresad idaresi Milli Mubarizeye qosulmaq isteyen Anadoluya kecenlerle Istanbuldaki yaxinlarinin gizli xeberlesme merkezine cevrilmisdi Mehmet Akif 1920 ci ilde Turkiye Istiqlaliyyet muharibesine verdiyi desteyi sebebinden Daru l Hikmeti l Islamiye cemiyyetindeki vezifesinden azad edildi Turkiye Istiqlaliyyet muharibesinde istirakiMehmet Akif Ersoyun ev muzeyi Mehmet Akif Ersoyun Turkiye Istiqlaliyyet muharibesi illerinde Ankarada yasadigi ve Istiqlal Marsi basda olmaqla bir cox seirini yazdigi muzeye cevrilmis Ankaradaki evi Istanbulda serbest hereket ede bilmeyen Mehmet Akif vezifesinden azad edilmezden evvel oglu Emini de goturerek Anadoluya getdi Sebilur Resadin Ankara sobesi ucun Mustafa Kamal Pasadan devet gelmisdi Turkiye Boyuk Millet Meclisinin TBMM acilisinin ertesi gunu 24 aprel 1920 ci ilde Ankaraya geldi Milli mubarizeye sair natiq seyyah jurnalist ve siyasetci kimi qatildi Ankaraya geldikden bir muddet sonra ailesini de ozu ile apardi Ankaraya geldiyi gunlerde Mustafa Kamal Pasa Konya valisine teleqram gondererek Mehmet Akifin Burdur millet vekili secilmesini istedi Iyun ayinda Burdurdan iyulda Biqadan deputat secildiyi xeberleri parlamente catdi Akif Burdur millet vekiliyini secdi Belelikle 1920 1923 cu iller arasinda 1 ci TBMM de millet vekili olaraq istirak etdi Parlament qeydlerinde adi Burdur millet vekili ve Islam sairi olaraq xatirlanir Ankaraya geler gelmez ona verilen ilk isi Konya usyaninin qarsisini almaq ucun xalqa meslehet vermek ucun Konyaya getmek idi boyuk seylerine baxmayaraq Konyada qeti bir neticeye gele bilmedi ve Kastamonuya kocdu 1920 ci ilin noyabrinda Kastamonuda Nesrullah mescidinde xalqi dusmene muqavimet gostermeye tesviq etmek ucun oxudugu xutbe Diyarbekirde nesr edildi ve butun vilayetlere ve cebhelere paylandi Akif Anadoluya gederken Esref Edipe onunla gelmesini istedi Esref Edip Sebilur Resad jurnalinin stereotipini alib Istanbuldan ayrildi Nehayet 6 may 1921 ci ilde jurnalin 463 cu sayini nesr etdirdiler Mehmet Akif jurnalin 464 466 ci nomrelerini Kastamonuda nesr etdirdi ve 464 cu nomresi o qeder diqqet cekdi ki bir nece defe cap olundu Anadoluya ve esgerlere paylandi 467 ci nomresinden etibaren Ankarada nesr etdirmeye davam etdirdiler Jurnalin tesiri o qeder boyuk idi ki Rusiya tabeliyindeki Turk xalqlarinin tesirleneceyinden qorxaraq qezetin olkeye girisini qadagan etdi 1921 ci ilde Ankaradaki Taceddin Dergahinda meskunlasan Mehmet Akif Burdur millet vekili olaraq parlamentdeki vezifesine davam edirdi O dovrde Ankaraya dogru irelileyen yunanlarin qarsisinda parlamenti Kayseriye kocurmek hazirligi var idi Bunun dagilmaya sebeb olacagini dusunen Mehmet Akif Ankarada qalmagi ve Sakaryada yeni bir mudafie xetti qurulmasini teklif etdi teklifi muzakire edildi ve qebul edildi Ankarada Taceddin Dergahinda yasadigi ev Mehmet Akif Ersoy Muzeyi olaraq ziyaretcilere aciqdir Istiqlal Marsini yazmasi Esas meqale Istiqlal MarsiMehmet Akif Ersoyun Kastamonu Nesrullah mescidinde xutbe oxudugu kursu Osmanli elifbasi ile yazilmis Istiqlal Marsi Eyni zamanda Milli Tehsil naziri Hemdullah Subhi Tanrioverin isteyi ile dostu Hesen Besri bey onu milli mars yarismasina qatilmaga razi saldi Baslangicda qoyulan 500 lire mukafata gore istirak etmekden imtina etdi O gune qeder gonderilen seirlerin hec biri o gune qeder kifayet qeder qenaetbexs deyildi ve en gozel seiri Mehmet Akifin yazacagi fikri meclisde hakim idi Mehmed Akifin musabiqeye qatildigi bilindikden sonra bir cox sair seirlerini geri cekdiler Sairin orduya hesr etdiyi Turk Istiqlal marsi 17 fevralda Sirat i Mustekim ve Hakimiyeti Milliyede yayimlandi Hemdullah Subhi bey terefinden parlamentde oxunulub ayaq uste dinlendikden sonra 12 mart 1921 ci il senbe gunu saat 17 45 de Milli Istiqlal marsi olaraq qebul edildi Akif pul muk i n mukafati Turk Qirmizi Aypara Cemiyyeti nezdinde qadin ve usaqlara is oyreden ve cebheye paltar tiken Darul Mesai veqfine bagisladi Misir illeri Istiqlaliyyet medali ile teltif olunan Mehmet Akif 1922 ci ilde sehhetine gore millet vekilliyinden istefa verdi 1923 cu ilin mart ayinin son gunlerinde itkin dusen yaxin dostu Trabzon millet vekili Eli Sukrunun Mustafa Kamalin muhafize alayinin komandiri Topal Osman terefinden oldurulduyunu anladiqdan sonra yeni ev tapmali oldugunu hiss etdi Bir muddetdir onu Misire devet eden Misir xedivi Abbas Helim pasanin devetini qebul etdi ve belelikle qislarini Misirde kecirmeye basladi Onun olkeden getmesini 1924 cu ilde ve ya 1925 ci ilde qebul edilmis Papaq inqilabi ile izah edenler de oldu Mehmet Akif getmeden once Dini Isler Mudirliyi ile Quranin tercumesini hazirlamaq ucun muqavile imzaladi Quran i Kerimi tercume ede bilecek yegane sexs kimi gorulduyu ucun 1908 ci ilden etibaren ona boyuk teleb var idi Tercume isini qeti sekilde qebul etmeyeceyi basa dusulunce yalnizca Qurani tercume etmesine cetinlikle de olsa razi salindi En meshur eseri olan Sefahet 1924 cu ilde Turkiyede nesr edilmisdi Bir nece il yaylari Istanbulda qislari Misirde keciren Mehmet Akif 1926 ci ilin qisindan sonra Misirden qayitmadi Qahire yaxinligindaki Hilvana yerlesdi Burada Quranin tercumesi uzerinde islemeye davam ederken olkede milli din layihesinin Turk azanina perestis heyata kecirilmesini oyrendikde onun yazilarinin bu layihede istifade edilmesinden ehtiyat ederek 1932 ci ilde muqavilesine xitam verdi Deyanet Isleri Mudirliyi hem tercume hem de tefsir isini Elmalili Mehemmed Hemdi Yazira verdi Akif oz yazilarini dostu Yozqatli Ihsan Efendiye teslim etdi ve eger olub geri donmezse yazilarinin yandirilmasini tovsiye etdi Ekmeleddin Ehsanoglunun atasi Mehmet Akif Misirde Qurani tercume etmekle yanasi turk dillinde dersler de deyirdi Qahiredeki Cemiet ul Misiriyye adli universitetde turk dili ve edebiyyatindan ders verdi 1925 1936 Mehmet Akif Ersoyun cenazesi 28 dekabr 1936 Turkiyeye qayidisi ve vefatiMehmet Akif Ersoyun olumu ile bagli qezetde derc olunan xeber 28 dekabr 1936 ci il Sirroz xesteliyine tutularken hava deyisikliyi yaxsi gelecek deye evvelce Livana daha sonra Antakyaya getdi ancaq Misire xeste olaraq dondu 17 iyun 1936 ci ilde mualice ucun Istanbula dondu 27 dekabr 1936 ci ilde Istanbulda Beyoglundaki Misir binasindaki menzilinde vefat etdi Edirneqapi mezarliginda defn edilib Iki il sonra mezari universitet telebeleri terefinden duzeldildi 1960 ci ilde mezari yol insasi sebebiyle Edirneqapi sehid mezarligina kocuruldu Mezari Suleyman Nazif ve dostu Ehmed Naim beyin mezarlari arasindadir 1 iyun 1936 ci il tarixinde Mehmet Akife 478 lire 20 qurus teqaud kesildi Bu teqaud 1936 ci ilin oktyabrindan beri odenmeye baslanmis cemi 2976 lire almisdir Teqaud qebzinin son sehifesine 600 lire borc ifadesi yazilmisdir Bu borc silindikden sonra qalan hissesi ailesine verilmis ve Mehmet Akif bundan iki ay sonra vefat etdimisdi Edebi heyatiMehmet Akif seir yazmaga Baytar mektebinde telebe iken basladi Ilk nesr olunan seiri Qurana xitab adlanir 1908 ci ilden beri eruz vezninde seirler hekayeler yazmaga basladi Hekayelerinde insanlarin derdlerini ve sixintilarini dillendirdi Balkan muharibesi illerinden beri epik seirler yazmaga basladi Ilk boyuk dastani Canaqqala sehidleri basliqli seiridir Ikinci boyuk dastani Bursanin isgali ile bagli yazdigi Bulbul seiridir Ucuncu eseri Turkiye Istiqlaliyyet muharibesine hesr etdiyi Istiqlal Marsidir Senet senet ucundur dusuncesine qarsi cixan Mehmet Akif dini yonumlu edebi uslubu qebul etdi Edebi dil olaraq milli edebiyyat herekatina qarsi cixdi ve edebiyyatdaki qerblesme movzusunda Tefik Fikret ile toqqusdu EserleriMehmet Akif Sairin Sefahet adli seirler toplusu sekkiz kitabdan ibaretdir Sair Istiqlal marsini Sefahete qoymadi Sebebini bele izah edir turk Cunku ben onu milletimin kalbine gomdum Sefahet 1911 Qirx dord seirden ibaretdir Siyasi hadiselerden mistik hisslerden dunyevi vezifelerden behs olunur Suleymaniye Kursusunde 1912 Suleymaniye mescidine geden iki neferin sohbeti ile baslayir ve Seyyah Ebdurresid Ibrahimin kursude danisdigi uzun bir hisse ile davam edir Haqqin Sesleri 1913 Cemiyyete islami mesajlar veren on seirden ibaretdir Fateh Kursusunde 1914 Fateh mescidine geden iki neferin sohbeti ile baslayir ve vaizin uzun sohbeti ile davam edir Xatireler 1917 Akifin gezdiyi yerlerdeki teessuratlarini ve sosial felaketler qarsisinda Allaha dua etmesinden behs edir Asim 1924 Hocazade ve Kose Imam arasinda sohbet kimi hazirlanmis tek bir eserdir Kolgeler 1933 1918 1933 cu iller arasinda yazilmis 41 seirden ibaretdir Her bir seir yazildiqlari dovrun izlerini dasiyir Sefahet Toplu nesr 1943 Yeddi cild bir yere toplanir Mehmet Akif Ersoyun vefatinin 75 ci il ildonumu ve Turk Istiqlal marsinin qebul edilmesinin 90 ci il ildonumu sebebiyle 2011 ci il Turkiye Respublikasi terefinden Mehmet Akif Ersoy Ili elan edildi Il erzinde gorulen butun isler Medeniyyet ve Turizm Nazirliyine verildi IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Mehmed Akif Ersoy Brockhauz Ensiklopediyasi alm 2019 01 16 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 16 2010 12 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 16 Mehmed Akif Ersoy Safahat Turkiye Diyanet Vakfi Yayinlari Ankara 2008 s 184 Arxivlenmis suret tez yok gov tr 2016 10 29 tarixinde Istifade tarixi 2020 11 16 first missing last 2016 06 02 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 17 Arxivlenmis suret PDF turkoloji cu edu tr 2016 10 28 tarixinde PDF Istifade tarixi 2020 11 17 first missing last PDF Turk Tarih Kurumu 2016 10 28 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2020 11 19 first missing last Arxivlenmis suret books google com tr 2016 04 11 tarixinde Istifade tarixi 2020 11 19 first missing last PDF 2012 01 05 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2020 11 21 2012 01 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 21 2010 12 30 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 21 2010 11 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 22 Ayse Hur Istanbul da aziz Ankara da murteci Misir da Hiristiyan Mehmet Akif Ersoy Radikal gazetesi 28 12 2014 2015 04 13 tarixinde Istifade tarixi 2020 11 22 2015 11 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 22 Ekmeleddin Bey e cok buyuk vazife dusuyor 2017 09 06 tarixinde Istifade tarixi 2020 11 22 Arxivlenmis suret 2013 10 14 tarixinde Istifade tarixi 2020 11 17 2011 04 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 11 22 Hemcinin baxIstiqlal Marsi Turkiye Istiqlaliyyet muharibesiEdebiyyatErsoy Mehmet Akif 2011 Safahat Istanbul Karanfil Yayincilik ISBN 978 605 5537 06 7 Ersoy Mehmet Akif 2012 Tefsir Yazilari ve Vaazlar Ankara Diyanet Isleri Baskanligi Yayinlari ISBN 978 975 19 5398 8 Ersoy Mehmet Akif 2012 Kur an Meali Istanbul Mahya Yayincilik ISBN 605 628 948 4 Mart 2012 Mehmed Akif Hayati Seciyesi Sanati Istanbul Timas Yayinlari ISBN 978 605 114 130 5 Ersoy Emin Mart 2011 Babam Mehmet Akif Istiklal Harbi Hatiralari Istanbul Kurtuba Kitap Yayinlari ISBN 978 975 6743 75 1 Ozluk Nuran Temmuz 2011 Turk Basininda Mehmet Akif Ersoy Polemikleri Istanbul Paradoks Yayinlari ISBN 978 9744 491 81 5 Sirat i Mustakim Mecmuasi 2 Cilt olmak uzere 1 52 Sayilar Ocak 2013 Istanbul Bagcilar Belediyesi ISBN 978 605 86860 0 7 Ismail Kara 2013 Elemim Bir Yuregin Kari Degil Istanbul Timas Yayinlari ISBN 978 605 08 0764 6 Ayyildiz Esat Mehmed Akif Ersoy un Hasbihal Adli Makalesindeki Arapca Ogretimine Dair Gorusleri Kabulunun 101 Yilinda Istiklal Marsi ve Milli Sairimiz Mehmed Akif Ersoy 2 Uluslararasi Sempozyumu Kongre Kitabi ed Ayse Erkmen Mustafa Latif Emek Istanbul IKSAD Yayinevi 2022 s 40 48 Xarici kecidlerDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar Mehmet Akif in hayati haqqinda video Mehmet Akif seirleri haqqinda video video 2007 07 03 at the Wayback Machine