Kəngərli eli və ya Kəngərli tayfası — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Kəngərlilərin varislərinin bir qismi hal-hazırda Azərbaycan Respublikasında və İranın müxtəlif regionlarında yaşamaqdadırlar. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər.
Tarixləri
Pierre Oberlingə görə, bu tayfanın digər adı Kungurlu və Kəngərlü formasında keçməkdədir. O, Rasonyiyə istinad edərək Kəngər adının Peçeneqlərin bir qolunun adı olduğunu yazsa da, Zəki Vəlidi Toğanın bu ikisi arasında hər hansısa əlaqənin görünmədiyini bildirdiyini də qeyd etmişdir. Kəngərlilər Səfəvi imperiyası zamanı Qızılbaş tayfa konfederasiyasını təşkil edən Ustaclı tayfasının ən böyük tirələrindən biri olmuşdurlar.
Rus etnoqrafı Şopen hesab edirdi ki, genişərlilər Naxçıvana Şimaldan gəlmiş peçeneqlərin və ya Kumanların nəslindəndirlər ki, bu da onların şimal tipi ilə təsdiqlənir. Bu ideyanı dəstəkləyən bir material salnamədə də keçməkdədir. Salnaməyə görə, berendeylər, qarabörklülər, torklar və digər kanqlılar qışı Biçinakda keçirirmişlət, tatarlar da geniş sahələri biçənək adlandırdığı üçün onları da peçeneqlər və ya polovtsilər adlandırırmışlar. Burada adıkeçən kanqlılar da kəngərlilər olması güman edilir. Bu tayfaya mənsub olan ziyalılar bu ididaları, yəni tayfanın Azərbaycana şimaldan gəlmə ehtimalını rədd edirlər. Onlar əcdadlarının Azərbaycana İran vasitəsiylə Türküstandan gəldiklərinə inanırlar. Smirnovun bir başqa iddiasına görə, kəngərlilər və bir digər türk tayfası olan sabirlərin adı Strbon və plini kimi müəlliflərin əsərlərində də keçməkdədir. Bu müəlliflər e.ə. I əsrdə yaşamışdırlar. Həmçinin Kəngərli adına Dədə Qorqud dastanında da rast gəlinməkdədir. Dastanda tayfanın adı kanqlı deyə keçməkdədir. O, bir nəzəriyyəyə görə, IV əsrdə Muğan düzünün cənubunda yaşayan hunlar arasında kəngərlilərin də əhəmiyyətli yer tutduğunu bildirir. Smirnov, həmçinin Naxçıvan bölgəsinin əsl yerli əhalisinin kəngərlilərdən olduğunu da yazmaqdadır.
Bizans tarixçisi Konstantin verdiyi məlumatda bildirir: "948–952-ci illərdə Yavdiertim, Kuvarçicur, Kabukşinyula adlı üç vilayət peçeneqlərin digər peçenəqlərlə müqayisədə daha mərd və nəcabətli olmalarına görə xəngər ləqəbi daşıyırdı."
Səfəvi dövründə
Səfəvi dövrünün bir çox məşhur sərkərdəsi Kəngərli tayfasına məxsus olmuşdur. İlya Petruşevski qeyd edir: "Zəngin Naxçıvan ölkəsi qızılbaş ustaclı tayfasının bir qolu olan kəngərli tayfasının irsi ölkəsi idi."Şəhrivarın və Vəraminin 1526-1527-ci illərdə hakimi olmuş Əhməd Soltan Kəngərli də bu tayfaya məxsus idi. 1530-1540-cı illərdə Astrabadın hakimi olmuş Sədrəddin xan Kəngərli da bu tayfanın mənsubu idi və iki özbək hücumunun dəf edilməsində aktiv iştirak etmişdi. Özbəklərə qarşı döyüşmüş bir digər Kəngərli sərkərdəsi 1590-cı illərdə Tun və Tabasın hakimi olmuş Mustafa bəy Kəngərlidir. O, özünün azsaylı Ustaclı qüvvələri ilə birlikdə özbəklərin çoxsaylı qüvvələrinə qarşı cəsur bir müqavimət təşkil etmiş, nəhayət 1594-cü ildə məğlub olduqdan sonra edam edilmişdir. İsgəndər bəy Türkman Şah I Abbas dövrünün məşhur sərkərdələri siyahısına. Maqsud Soltan Kəngərlini də daxil etməkdədir. 1604-cü ilin iyun ayında qızılbaşların Naxçıvanı ələ keçirməsindən qısa müddət sonra o, I Abbas tərəfindən buranın hakimi təyin edilmişdi. növbəti il böyük Osmanlı hücumu başladığı zaman I Abbas Maqsud Soltana əyalətin əhalisini tez bir zamanda Arazın cənubuna köçürməyi əmr etmişdi.
Ənvər Çingizoğlu Kəngərlilərin bir qolunun Astarabad bölgəsində yaşadıqlarını təstiqləməkdədir. O, Kəngərlilərin məşhur əmirləri arasında I Təhmasibə xidmət etmiş Xəlil ağa, Murad bəy (şahdan əvvəlcə soltan, daha sonra da xan titulu almışdır) ilə Cəfər bəyin adını çəkir. Cəfər bəy 1562-ci ildə Osmanlı sarayına göndərilmiş elçilik heyətində iştirak etmişdir. Cəfər Soltanın Bəylərverdi bəy və Allahqulu bəy adlı övladları olmuş, Bəylərverdi Şah Məhəmməd Xudabəndə dövründə xəlifə titulu almış, Allahqulu bəy I Abbas dövründə də şahın xidmətində olmuş və ondan soltan titulu almışdır. Kəngərli əmirlərindən biri də Mahmud Soltan idi. Onun oğlu Nadir bəy Şah Səfinin dövründə Naxçıvanın hakimi olmuşdu. Muradxan bəy Kəngərli 1668-ci ildə Naxçıvanın hakimi olmuş, onun oğlu Əliqulu bəy II Abbasın dövründə həyata keçirilən Gürcüstan yürüşlərinə qatılmışdır. Öncə soltan, daha sonra xan titulu alaraq atasından sonra Naxçıan hakimi təyin edilmişdir. Kəngərli oymağının tanınmış əmirlərindən biri də Murtuzaqulu xandır. Murtuzaqulu xan Astrabad vilayətinin hakimi olmuşdu. Murtuzaqulu xanın Səfiqulu xan, Vəliqulu xan, Heydərqulu xan, Abbasqulu xan oğulları, Şahşərəf xanım, Fəxri xanım, Nəşidə xanım, Sitarə xanım, Xurşidbanu xanım və Soltan xanım adlı qızları vardı. Murtuzaqulu xanın oğlu Səfiqulu xan Şah Sultan Hüseyn dövründə Naxçıvan hakimi təyin edilmişdir. Kəngərli bəylərindən olan Əliməhəmməd bəyin oğlu Məhəmmədkərim bəy II Abbas dövründə Kəngərli oymağının rəhbəri təyin edilmişdi. Onun soyu sonralar Kərimsultanlı adlandı. Kəngərli oymağının səsli oğullarından biri də Məhəmmədrza bəydir. Məhəmmədrza bəy öncə sultan, sonra xan ünvanı almışdı. 1678-ci ildən 1691-ci ilədək Naxçıvanın hakimi olmuşdu. Əqidəli insan kimi tanındığına görə Şah Sultan Hüseynin dövründə xəlifətülxülafə vəzifəsinə təyin edilmişdir. Səfəvilərin hakimiyyətinin sonuna doğru Kəngərlilər Ustaclı tayfasının tirəsi olmaqdan çıxaraq ayrıca tayafaya çevrildilər. Ənvər Çingizoğlu bu tayfaya daxil olan oymaqlar kimi bunlaı göstərir: bəydili, qaracadağlı, yurdçu, qaradolaq, sarvanlar, xalxal, pirhəsənli, qızıllı, ağabəyli, salahlı, həmən, qaraxanbəyli, hacılar, cəmşidli, bilici, qızılqışlaq, cağatay, qaracallı, kəlfirli, ərəfsəli, əlixanlı, qarabulaqlı, qarahəsənli, rəiyyətli, tatarlı, bulaqarlı, didvarlı, ələkbərli, kərəmpa, kürdmahmudlu və başqa oymaqları vardı. Kəngərli eli Səfəvi imperiyasının dağılmasından sonra Naxçıvanda müstəqil xanlıq qurmuşdu.
Müasir dövrdə
XX əsrin ortalarında Qaradağ tayfalarından olan Hacıəlililərin Kəngərli adında tirəsi mövcud olmuşdur. 1960-cı ildə onların sayı təxminən 25 ailə idi. Kəngərli adında kənd Meşkinşəhrin 24 km şimalında yerləşməkdədir. Oberling, bu kəndin sakinlərin gümanki 1604-cü ildə Qaradağa köçürülmüş və orada qalmış kəngərlilərin varisləri olduğunu güman edir. Kəngərlilərin bəziləri Cənubi Azərbaycanın qərb bölgələrində yerləşmişdirlər. Məftun Dünbüli və Vəliyev-Baharlı onlardan bir qrupunun adını çəkmişdir. Xoy və Salmasda yaşayan bu kəngərlilərin eyni adda kəndləri hələ də qalmaqdadır. Bir digər qrup isə Təbriz-Miyana yolunda, Bostanabadın şərqində yaşamaqdadır və yenə də kəndin adı Kəngərli adlanmaqdadır. Hər iki qrupun indi yaşadıqları yerə nə zaman gəlmələri bəlli deyil.
İranın mərkəzindəki Qum-Vəramin bölgəsində də kəngərlilərin bir qrupu yaşamaqdadır. Jouanninə görə, 1809-cu ildə onların sayı 1000 nəfər olmuşdur. 1849-cu ildə M. L. Sheil yazır ki, Kəngərli qrupu Dəmavənd ərəbləri və Qaraçorluların bir qrupu ilə birlikdə 1000 ədədlik çadır və evlərdə yaşamaqda idi. lakin S. I. Bruk 1950-ci illərin sonlarında hesab edirdi ki, kəngərlilərin İrandakı ümumi sayı 30.000 nəfərdir. Bu rəqəm Oberlingə şişirdilmiş gəlməkdədir. Bu kəngərlilərin həmin bölgədə 1520-ci illərdən, yəni kəngərlilədən olan Əhməd Soltanın buranın hakimi olduğu zamandan məskunlaşdığı güman edilir.
Şimali Azərbaycanda
Oberling bir çox kəngərlinin Arazın şimalında 1500-cü ildən sonra məskunlaşdığını güman edir. Çünki bu zaman Ustaclılar müasir Azərbaycan Respublikası ərazisinə doğru hərəkət etmişdirlər. XIX əsrin əvvəllərində J.M. Jouannin kəngərliləri indiki Arazın şimalında məskunlaşan kiçik tayfalardan biri kimi təsvir etmişdir. O, onların sayının 4-5 min nəfər olduğunu yazmışdır. 1921-ci ildə Məhəmmədhəsən bəy Vəliyev-Baharlı yazırdı ki, Göyçay, Cavanşir və Şuşa ətrafında kəngərlilər yaşamaqdadır. Oberling onların I Abbas dövründə Arazın cənubuna keçməyə məcbur edilmiş, lakin II Abbasın dövründə sərhəd bölgələrinin yenidən əhali ilə məskunlaşdırılması siyasətinin izlənilməsindən sonra köhnə yerlərinə qayıdan kəngərlilərin varisləri hesab edir. Hal-hazərda Şimali Azərbaycanda və ya Azərbaycan Respublikasının ərazisində bir çox yer adları kəngərlilərlə bağlıdır. Bunlara misal olaraq Naxçıvanda Kəngərli rayonunu, Ağdam rayonunun Salahlı Kəngərli və Qızıl Kəngərli kəndlərini, Tərtər və Ağdam rayonlarındakı Kəngərli kəndlərini, Kürdəmir və Tərtər rayonlarındakı Bala Kəngərli kəndlərini, Kürdəmirdəki Böyük Kəngərli və s. göstərmək olar.
Naxçıvan xanlığı
Nadir şah imperiyasının parçalanmasından sonra Şimali Azərbaycanda əsası qoyulan xanlıqlardan biri də Naxçıvan xanlığıdır. Xanlığın əsası Kəngərli tayfası tərəfindən qoyulmuşdur. Xanlığın əsasını qoyan Heydərqulu xan Kəngərli bu tayfaya məxsus idi. Xanlıq sonradan Rusiya imperiyası tərəfindən işğal edilmiş, xan ailəsinə məxsus olan şəxslər Rusiya imperiyası ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etməyə başlamışdırlar. Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli, onun oğlanları: və Ehsan Xan Kəngərli, onların da oğul və nəvələri - və Naxçıvanskilər olmuşlar. Bu ailədən çox yüksək rütbələrə qədər çıxa bilmiş və göstərdiyi rəşadətə görə xeyli məşhurlaşmış generallar çıxmışdırlar. Bunların sırasına sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu tam süvari generalı Kəlbəli xan Naxçıvanskini, onun oğlu tam süvari qoşunu generalı, Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant Hüseyn xan Naxçıvanskini, qardaşı tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskini, Cəmşid Naxçıvanskini, Ehsan xan Naxçıvanskini və s. göstərmək olar.
Kəngərli tayfasından olan Əhməd xan Naxçıvani Pəhləvi İranında yüksək rütbəli hərbçi vəzifəsinə yüksəlmiş və 1941-ci ilin avqustunda İran Sovet İttifaqı-Böyük Britaniya tərəfindən işğal edilənə qədər ölkənin müdafiə naziri olmuşdur. Əhməd xan Naxçıvani Təbrizdə doğulsa da, əslən Naxçıvan xanları ailəsindən idi. Onun atası Əli xan Naxçıvani də general kimi Qacar sülaləsinə xidmət etmişdi.
Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | (?—1934) | |||||||||||||||||||||||||||
Kəngərli süvariləri
Kəngərli süvariləri — 1828-1856-cı illərdə rus ordusunda kəngərlilərdən və ya azərbaycanlılardan ibarət ordu birliyidir. Naxçıvanlı Ehsan xanın başçılığı altında Rusiya-Osmanlı müharibəsində iştirak etmişdilər. 1829-cu il döyüşlərində fərqləndiklərinə görə bütün Zaqafqaziya müsəlman süvari alayları, o cümlədən Kəngərli süvariləri 1830-cu il oktyabrın 26-da xatirə bayraqları ilə təltif olundular. I Nikolayın əmrinə əsasən, Kəngərli süvarilərinə göstərdikləri şücaətə görə fəxri bayraq verilmiş, onun yaşıl parçasında Dövlət Gerbi və I Nikolayın monoqramı təsvir edilmişdir. 1854-cü ilin iyununda Krım müharibəsi zamanı Çınqıl yüksəkliyi uğrunda gedən döyüşlərdə II Kalbalı Kəngərli igidlik nümunələri göstərmiş, buna görə IV dərəcəli Georgi ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay Kalbəli xana döyüş bayrağı göndərdi. Ölçüsü 145x120 sm olan bu dördbucaqlı pankart göy rəngdə, ipək parçadan tikilmiş, üz və arxa tərəflərində təsvirlər və yazılar vardır. Hərbi fəaliyyətin bitməsi ilə, 1856-cı ilin 30 avqustunda Kəngərli süvariləri birliyi ləğv edildi.
Elin oymaqları
Kəngərli eli bir çox qollara bölünmüşdü. Oymaq, tayfa və tirələrin ayrıntısı.
Həmçinin bax
İstinadlar
- Rásonyi, 1971. səh. 131
- Togan, 1970. səh. 100
- Reid, 1983. səh. 114-21, 196-97
- Oberling, 2010. səh. 495
- Смирнов, 1934
- Смирнов, 1934. səh. 2
- Nəzirli, 1999. səh. 6
- Петрушевский, Илья. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв (PDF). Баку: Изд-во Ленинградского Государственного Ордена Ленина Университета им. А. А. Жданова. 1949. səh. 136. 2021-08-31 tarixində (PDF). İstifadə tarixi: 2020-05-31.
- Ənvər Çingizoğlu. "Qaradağlılar/Kəngərli oymağı". www.ensiklopediya.az. 2023-11-03 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- Dupre, 2010. səh. 460
- Sheil, 1856. səh. 397
- Bruk, 1960. səh. 32
- Dupre, 2010. səh. 459
- "Kəngərli sülaləsinin sonuncu generalı". www.yeniazerbaycan.com. 23 avqust 2023. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- "Kəngərlilər-hərbçilər nəsli - Naxçivanski soyadlı generallar haqqında bir neçə söz". ovqat.com. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- "General-mayor I Ehsan xan Naxçıvanski (Kəngərli) ilə general-feldmarşal İvan Paskeviç necə yaxınlaşdılar". xalqqazeti.com. 2012. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- Musa Quliyev. "General-mayor Ehsan xan Naxçıvanski ilə bağlı yeni aşkarlanan sənədlər". 525-ci qəzet. 30 iyun 2016. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- Musa Quliyev. "Bir fotonun taleyi, yaxud İsmayıl ağa Kəngərlinin ömür yolu haqqında qeydlər". 525.az. 2016. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- Иванов, 2006
- Нагдалиев, 2006. səh. 84-85
- Ənvər Çingizoğlu. "Əhməd xan Naxçıvanski kimdir?". reyting.az. 2020. 2023-11-04 tarixində . İstifadə tarixi: 4 noyabr 2023.
- Исмаилов, 2005. səh. 95
- Гулиев, 2015. səh. 95
Mənbə
- Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
- S.Q.Klyaştornıy "Drevnetyurkskiye rumiçeskiye pamyatniki kak istoçnik po istorii Sredney Azii" M.1964. səh.175.
- Adrien Dupre. Voyage En Perse V1: Fait Dans Les Annees 1807-1809 (1819). Kessinger Publishing, LLC. 2010.
- Pierre Oberling. Kangarlu. London and New York: Routledge & Kegan Paul. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica. 2010. ISBN .
- Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
- Solomon I. Bruk. Narodny peredneĭ Azii. Moskva. 1960.
- James J. Reid. Tribalism and Society in Islamic Iran, 1500-1629. Malibu, Calif. 1983.
- Zeki V. Togan. Azerbaycan. İslam Ansiklopedisi. 1970. 91–118.
- László Rásonyi. Tarihte türklük. Ankara. 1971.
- К. Н. Смирнов. (PDF). Tiflis. 1934.
- Р. Н. Иванов. (PDF). Moskva: Герои Отечества. 2006.
- Şəmistan Nəzirli. Arxivlərin sirri açılır (PDF). Bakı: Elm nəşriyyatı. 1999.
- Э. Э. Исмаилов. Георгиевские кавалеры-азербайджанцы. Moskva: Герои отечества. Редакторы: Думин С. В., Джангиров А. Б. 2005. 248.
- Ф. Ф. Нагдалиев. Ханы Нахичеванские в Российской империи. Moskva: Новый Аргумент. 432. ISBN .
- М. Гулиев // — 2015. — 11 января. Знамя Конницы кенгерли. Каспий. 2015.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kengerli eli ve ya Kengerli tayfasi Azerbaycan turklerinin etnogenezinde istirak etmis turk menseli tayfalardan biri Kengerlilerin varislerinin bir qismi hal hazirda Azerbaycan Respublikasinda ve Iranin muxtelif regionlarinda yasamaqdadirlar Onlar Sefevi imperiyasi dovrunde esas Qizilbas tayfalarindan biri olan Ustaclilarin bir tiresini teskil etmisdirler TarixleriPierre Oberlinge gore bu tayfanin diger adi Kungurlu ve Kengerlu formasinda kecmekdedir O Rasonyiye istinad ederek Kenger adinin Peceneqlerin bir qolunun adi oldugunu yazsa da Zeki Velidi Toganin bu ikisi arasinda her hansisa elaqenin gorunmediyini bildirdiyini de qeyd etmisdir Kengerliler Sefevi imperiyasi zamani Qizilbas tayfa konfederasiyasini teskil eden Ustacli tayfasinin en boyuk tirelerinden biri olmusdurlar Rus etnoqrafi Sopen hesab edirdi ki geniserliler Naxcivana Simaldan gelmis peceneqlerin ve ya Kumanlarin neslindendirler ki bu da onlarin simal tipi ile tesdiqlenir Bu ideyani destekleyen bir material salnamede de kecmekdedir Salnameye gore berendeyler qaraborkluler torklar ve diger kanqlilar qisi Bicinakda kecirirmislet tatarlar da genis saheleri bicenek adlandirdigi ucun onlari da peceneqler ve ya polovtsiler adlandirirmislar Burada adikecen kanqlilar da kengerliler olmasi guman edilir Bu tayfaya mensub olan ziyalilar bu ididalari yeni tayfanin Azerbaycana simaldan gelme ehtimalini redd edirler Onlar ecdadlarinin Azerbaycana Iran vasitesiyle Turkustandan geldiklerine inanirlar Smirnovun bir basqa iddiasina gore kengerliler ve bir diger turk tayfasi olan sabirlerin adi Strbon ve plini kimi muelliflerin eserlerinde de kecmekdedir Bu muellifler e e I esrde yasamisdirlar Hemcinin Kengerli adina Dede Qorqud dastaninda da rast gelinmekdedir Dastanda tayfanin adi kanqli deye kecmekdedir O bir nezeriyyeye gore IV esrde Mugan duzunun cenubunda yasayan hunlar arasinda kengerlilerin de ehemiyyetli yer tutdugunu bildirir Smirnov hemcinin Naxcivan bolgesinin esl yerli ehalisinin kengerlilerden oldugunu da yazmaqdadir Bizans tarixcisi Konstantin verdiyi melumatda bildirir 948 952 ci illerde Yavdiertim Kuvarcicur Kabuksinyula adli uc vilayet peceneqlerin diger peceneqlerle muqayisede daha merd ve necabetli olmalarina gore xenger leqebi dasiyirdi Sefevi dovrunde Sefevi dovrunun bir cox meshur serkerdesi Kengerli tayfasina mexsus olmusdur Ilya Petrusevski qeyd edir Zengin Naxcivan olkesi qizilbas ustacli tayfasinin bir qolu olan kengerli tayfasinin irsi olkesi idi Sehrivarin ve Veraminin 1526 1527 ci illerde hakimi olmus Ehmed Soltan Kengerli de bu tayfaya mexsus idi 1530 1540 ci illerde Astrabadin hakimi olmus Sedreddin xan Kengerli da bu tayfanin mensubu idi ve iki ozbek hucumunun def edilmesinde aktiv istirak etmisdi Ozbeklere qarsi doyusmus bir diger Kengerli serkerdesi 1590 ci illerde Tun ve Tabasin hakimi olmus Mustafa bey Kengerlidir O ozunun azsayli Ustacli quvveleri ile birlikde ozbeklerin coxsayli quvvelerine qarsi cesur bir muqavimet teskil etmis nehayet 1594 cu ilde meglub olduqdan sonra edam edilmisdir Isgender bey Turkman Sah I Abbas dovrunun meshur serkerdeleri siyahisina Maqsud Soltan Kengerlini de daxil etmekdedir 1604 cu ilin iyun ayinda qizilbaslarin Naxcivani ele kecirmesinden qisa muddet sonra o I Abbas terefinden buranin hakimi teyin edilmisdi novbeti il boyuk Osmanli hucumu basladigi zaman I Abbas Maqsud Soltana eyaletin ehalisini tez bir zamanda Arazin cenubuna kocurmeyi emr etmisdi Enver Cingizoglu Kengerlilerin bir qolunun Astarabad bolgesinde yasadiqlarini testiqlemekdedir O Kengerlilerin meshur emirleri arasinda I Tehmasibe xidmet etmis Xelil aga Murad bey sahdan evvelce soltan daha sonra da xan titulu almisdir ile Cefer beyin adini cekir Cefer bey 1562 ci ilde Osmanli sarayina gonderilmis elcilik heyetinde istirak etmisdir Cefer Soltanin Beylerverdi bey ve Allahqulu bey adli ovladlari olmus Beylerverdi Sah Mehemmed Xudabende dovrunde xelife titulu almis Allahqulu bey I Abbas dovrunde de sahin xidmetinde olmus ve ondan soltan titulu almisdir Kengerli emirlerinden biri de Mahmud Soltan idi Onun oglu Nadir bey Sah Sefinin dovrunde Naxcivanin hakimi olmusdu Muradxan bey Kengerli 1668 ci ilde Naxcivanin hakimi olmus onun oglu Eliqulu bey II Abbasin dovrunde heyata kecirilen Gurcustan yuruslerine qatilmisdir Once soltan daha sonra xan titulu alaraq atasindan sonra Naxcian hakimi teyin edilmisdir Kengerli oymaginin taninmis emirlerinden biri de Murtuzaqulu xandir Murtuzaqulu xan Astrabad vilayetinin hakimi olmusdu Murtuzaqulu xanin Sefiqulu xan Veliqulu xan Heyderqulu xan Abbasqulu xan ogullari Sahseref xanim Fexri xanim Neside xanim Sitare xanim Xursidbanu xanim ve Soltan xanim adli qizlari vardi Murtuzaqulu xanin oglu Sefiqulu xan Sah Sultan Huseyn dovrunde Naxcivan hakimi teyin edilmisdir Kengerli beylerinden olan Elimehemmed beyin oglu Mehemmedkerim bey II Abbas dovrunde Kengerli oymaginin rehberi teyin edilmisdi Onun soyu sonralar Kerimsultanli adlandi Kengerli oymaginin sesli ogullarindan biri de Mehemmedrza beydir Mehemmedrza bey once sultan sonra xan unvani almisdi 1678 ci ilden 1691 ci iledek Naxcivanin hakimi olmusdu Eqideli insan kimi tanindigina gore Sah Sultan Huseynin dovrunde xelifetulxulafe vezifesine teyin edilmisdir Sefevilerin hakimiyyetinin sonuna dogru Kengerliler Ustacli tayfasinin tiresi olmaqdan cixaraq ayrica tayafaya cevrildiler Enver Cingizoglu bu tayfaya daxil olan oymaqlar kimi bunlai gosterir beydili qaracadagli yurdcu qaradolaq sarvanlar xalxal pirhesenli qizilli agabeyli salahli hemen qaraxanbeyli hacilar cemsidli bilici qizilqislaq cagatay qaracalli kelfirli erefseli elixanli qarabulaqli qarahesenli reiyyetli tatarli bulaqarli didvarli elekberli kerempa kurdmahmudlu ve basqa oymaqlari vardi Kengerli eli Sefevi imperiyasinin dagilmasindan sonra Naxcivanda musteqil xanliq qurmusdu Muasir dovrde XX esrin ortalarinda Qaradag tayfalarindan olan Hacielililerin Kengerli adinda tiresi movcud olmusdur 1960 ci ilde onlarin sayi texminen 25 aile idi Kengerli adinda kend Meskinsehrin 24 km simalinda yerlesmekdedir Oberling bu kendin sakinlerin gumanki 1604 cu ilde Qaradaga kocurulmus ve orada qalmis kengerlilerin varisleri oldugunu guman edir Kengerlilerin bezileri Cenubi Azerbaycanin qerb bolgelerinde yerlesmisdirler Meftun Dunbuli ve Veliyev Baharli onlardan bir qrupunun adini cekmisdir Xoy ve Salmasda yasayan bu kengerlilerin eyni adda kendleri hele de qalmaqdadir Bir diger qrup ise Tebriz Miyana yolunda Bostanabadin serqinde yasamaqdadir ve yene de kendin adi Kengerli adlanmaqdadir Her iki qrupun indi yasadiqlari yere ne zaman gelmeleri belli deyil Iranin merkezindeki Qum Veramin bolgesinde de kengerlilerin bir qrupu yasamaqdadir Jouannine gore 1809 cu ilde onlarin sayi 1000 nefer olmusdur 1849 cu ilde M L Sheil yazir ki Kengerli qrupu Demavend erebleri ve Qaracorlularin bir qrupu ile birlikde 1000 ededlik cadir ve evlerde yasamaqda idi lakin S I Bruk 1950 ci illerin sonlarinda hesab edirdi ki kengerlilerin Irandaki umumi sayi 30 000 neferdir Bu reqem Oberlinge sisirdilmis gelmekdedir Bu kengerlilerin hemin bolgede 1520 ci illerden yeni kengerlileden olan Ehmed Soltanin buranin hakimi oldugu zamandan meskunlasdigi guman edilir Simali Azerbaycanda Oberling bir cox kengerlinin Arazin simalinda 1500 cu ilden sonra meskunlasdigini guman edir Cunki bu zaman Ustaclilar muasir Azerbaycan Respublikasi erazisine dogru hereket etmisdirler XIX esrin evvellerinde J M Jouannin kengerlileri indiki Arazin simalinda meskunlasan kicik tayfalardan biri kimi tesvir etmisdir O onlarin sayinin 4 5 min nefer oldugunu yazmisdir 1921 ci ilde Mehemmedhesen bey Veliyev Baharli yazirdi ki Goycay Cavansir ve Susa etrafinda kengerliler yasamaqdadir Oberling onlarin I Abbas dovrunde Arazin cenubuna kecmeye mecbur edilmis lakin II Abbasin dovrunde serhed bolgelerinin yeniden ehali ile meskunlasdirilmasi siyasetinin izlenilmesinden sonra kohne yerlerine qayidan kengerlilerin varisleri hesab edir Hal hazerda Simali Azerbaycanda ve ya Azerbaycan Respublikasinin erazisinde bir cox yer adlari kengerlilerle baglidir Bunlara misal olaraq Naxcivanda Kengerli rayonunu Agdam rayonunun Salahli Kengerli ve Qizil Kengerli kendlerini Terter ve Agdam rayonlarindaki Kengerli kendlerini Kurdemir ve Terter rayonlarindaki Bala Kengerli kendlerini Kurdemirdeki Boyuk Kengerli ve s gostermek olar Naxcivan xanligi Esas meqale Naxcivan xanligi Esas meqale NaxcivanskilerEhmed xan Naxcivani polkovnik iken Nadir sah imperiyasinin parcalanmasindan sonra Simali Azerbaycanda esasi qoyulan xanliqlardan biri de Naxcivan xanligidir Xanligin esasi Kengerli tayfasi terefinden qoyulmusdur Xanligin esasini qoyan Heyderqulu xan Kengerli bu tayfaya mexsus idi Xanliq sonradan Rusiya imperiyasi terefinden isgal edilmis xan ailesine mexsus olan sexsler Rusiya imperiyasi ordusunda yuksek rutbeli zabitler kimi xidmet etmeye baslamisdirlar Kengerlilerin en taninmis numayendesi Naxcivan xanliginin sonuncu xani Kelbeli Xan Kengerli onun oglanlari ve Ehsan Xan Kengerli onlarin da ogul ve neveleri ve Naxcivanskiler olmuslar Bu aileden cox yuksek rutbelere qeder cixa bilmis ve gosterdiyi resadete gore xeyli meshurlasmis generallar cixmisdirlar Bunlarin sirasina sonuncu Naxcivan xani Ehsan xan Kengerlinin oglu tam suvari generali Kelbeli xan Naxcivanskini onun oglu tam suvari qosunu generali Rus Imperator Ordusunda ilk ve yegane muselman general adyutant Huseyn xan Naxcivanskini qardasi tam suvari qosunu generali Ismayil xan Naxcivanskini Cemsid Naxcivanskini Ehsan xan Naxcivanskini ve s gostermek olar Kengerli tayfasindan olan Ehmed xan Naxcivani Pehlevi Iraninda yuksek rutbeli herbci vezifesine yukselmis ve 1941 ci ilin avqustunda Iran Sovet Ittifaqi Boyuk Britaniya terefinden isgal edilene qeder olkenin mudafie naziri olmusdur Ehmed xan Naxcivani Tebrizde dogulsa da eslen Naxcivan xanlari ailesinden idi Onun atasi Eli xan Naxcivani de general kimi Qacar sulalesine xidmet etmisdi Kelbeli xan Kengerli Ehsan xan Kengerli 1789 1846 Ismayil xan Naxcivanski 1819 1909 Kelbeli xan Naxcivanski 1824 1883 Qoncebeyim 1827 Ehsan xan Naxcivanski 1855 1894 Ceferqulu xan Naxcivanski 1859 1929 Huseyn xan Naxcivanski 1858 1919 Kelbeli xan Naxcivanski 1891 1931 Cemsid Naxcivanski 1895 1938 1934 Kengerli suvarileri Esas meqale Kengerli suvarileri Kengerli suvarileri 1828 1856 ci illerde rus ordusunda kengerlilerden ve ya azerbaycanlilardan ibaret ordu birliyidir Naxcivanli Ehsan xanin basciligi altinda Rusiya Osmanli muharibesinde istirak etmisdiler 1829 cu il doyuslerinde ferqlendiklerine gore butun Zaqafqaziya muselman suvari alaylari o cumleden Kengerli suvarileri 1830 cu il oktyabrin 26 da xatire bayraqlari ile teltif olundular I Nikolayin emrine esasen Kengerli suvarilerine gosterdikleri sucaete gore fexri bayraq verilmis onun yasil parcasinda Dovlet Gerbi ve I Nikolayin monoqrami tesvir edilmisdir 1854 cu ilin iyununda Krim muharibesi zamani Cinqil yuksekliyi ugrunda geden doyuslerde II Kalbali Kengerli igidlik numuneleri gostermis buna gore IV dereceli Georgi ordeni ile teltif edilmisdir Hemin il imperator I Nikolay Kalbeli xana doyus bayragi gonderdi Olcusu 145x120 sm olan bu dordbucaqli pankart goy rengde ipek parcadan tikilmis uz ve arxa tereflerinde tesvirler ve yazilar vardir Herbi fealiyyetin bitmesi ile 1856 ci ilin 30 avqustunda Kengerli suvarileri birliyi legv edildi Elin oymaqlariKengerli eli bir cox qollara bolunmusdu Oymaq tayfa ve tirelerin ayrintisi Beydili oymagi Qizilli oymagi Didvarli oymagi Kerempa oymagiHemcinin baxKelbeli Xan Kengerli Ehsan Xan Kengerli Seyxeli Xan Kengerli Ismayil Xan Naxcivanski Kelbeli Xan Naxcivanski Huseyn Xan Naxcivanski Ceferqulu Xan Naxcivanski Ehsan Xan Naxcivanski Cemsid NaxcivanskiIstinadlarRasonyi 1971 seh 131 Togan 1970 seh 100 Reid 1983 seh 114 21 196 97 Oberling 2010 seh 495 Smirnov 1934 Smirnov 1934 seh 2 Nezirli 1999 seh 6 Petrushevskij Ilya Ocherki po istorii feodalnyh otnoshenij v Azerbajdzhane i Armenii v XVI nachale XIX vv PDF Baku Izd vo Leningradskogo Gosudarstvennogo Ordena Lenina Universiteta im A A Zhdanova 1949 seh 136 2021 08 31 tarixinde PDF Istifade tarixi 2020 05 31 Enver Cingizoglu Qaradaglilar Kengerli oymagi www ensiklopediya az 2023 11 03 tarixinde Istifade tarixi 4 noyabr 2023 Dupre 2010 seh 460 Sheil 1856 seh 397 Bruk 1960 seh 32 Dupre 2010 seh 459 Kengerli sulalesinin sonuncu generali www yeniazerbaycan com 23 avqust 2023 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 Kengerliler herbciler nesli Naxcivanski soyadli generallar haqqinda bir nece soz ovqat com 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 General mayor I Ehsan xan Naxcivanski Kengerli ile general feldmarsal Ivan Paskevic nece yaxinlasdilar xalqqazeti com 2012 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 Musa Quliyev General mayor Ehsan xan Naxcivanski ile bagli yeni askarlanan senedler 525 ci qezet 30 iyun 2016 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 Musa Quliyev Bir fotonun taleyi yaxud Ismayil aga Kengerlinin omur yolu haqqinda qeydler 525 az 2016 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 Ivanov 2006 Nagdaliev 2006 seh 84 85 Enver Cingizoglu Ehmed xan Naxcivanski kimdir reyting az 2020 2023 11 04 tarixinde Istifade tarixi 4 noyabr 2023 Ismailov 2005 seh 95 Guliev 2015 seh 95MenbeEnver Cingizoglu Kengerli eli Soy dergisi Baki 1 9 2008 S Q Klyastorniy Drevnetyurkskiye rumiceskiye pamyatniki kak istocnik po istorii Sredney Azii M 1964 seh 175 Adrien Dupre Voyage En Perse V1 Fait Dans Les Annees 1807 1809 1819 Kessinger Publishing LLC 2010 Pierre Oberling Kangarlu London and New York Routledge amp Kegan Paul In Yarshater Ehsan ed Encyclopaedia Iranica 2010 ISBN 978 1 934283 28 8 Lady Mary Leonora Woulfe Sheil Glimpses of Life and Manners in Persia London John Murray 1856 Solomon I Bruk Narodny peredneĭ Azii Moskva 1960 James J Reid Tribalism and Society in Islamic Iran 1500 1629 Malibu Calif 1983 Zeki V Togan Azerbaycan Islam Ansiklopedisi 1970 91 118 Laszlo Rasonyi Tarihte turkluk Ankara 1971 K N Smirnov PDF Tiflis 1934 R N Ivanov PDF Moskva Geroi Otechestva 2006 Semistan Nezirli Arxivlerin sirri acilir PDF Baki Elm nesriyyati 1999 E E Ismailov Georgievskie kavalery azerbajdzhancy Moskva Geroi otechestva Redaktory Dumin S V Dzhangirov A B 2005 248 F F Nagdaliev Hany Nahichevanskie v Rossijskoj imperii Moskva Novyj Argument 432 ISBN 5 903224 01 6 M Guliev 2015 11 yanvarya Znamya Konnicy kengerli Kaspij 2015