Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən məşhur nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.Cavanşir böyük hökmdar olmuşdur. Onun Azərbaycana çoxlu qatqıları olub.
Cavanşir | |
---|---|
Girdiman sahibi və Albaniya knyazı, apoipat və proton patrik və Şərqin hökmdarı | |
| |
Girdman domeninin knyazı və Qafqaz Albaniyasının XI çarı | |
642 – 681 | |
Əvvəlki | Varaz Qriqor |
Sonrakı | I Varaz Trdat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (65 yaş) |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | Cəbrayıl |
Fəaliyyəti | monarx |
Atası | Varaz Qriqor |
Anası | Huriduxt |
Həyat yoldaşı | Xosrovanuş |
Ailəsi | Mehranilər |
Dini | Ortodoks xristian |
Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət
Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.
623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlər Qəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər. Məğlubiyyətə uğradıqdan sonra da xəzərlərin çoxu Qafqaz Albaniyasında qalırlar.
628-ci ildə İranla Bizans arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Ermənistan Bizansın, Albaniya isə yenə Sasanilərin tərkibində qalır, Gürcüstansa müstəqillik qazanır. İmperator İrakli öz qoşunu ilə Girdman vilayətinə gəlir, Varaz Qriqora xristianlığı qəbul etdirir və bütün ölkədə kilsələrin tikintisinə imkan yaradır. Gürcü xronikalarında göstərilir ki, imperator İrakli, əslində, təkcə Varaza deyil, "onun bütün xalqına" xristianlığı qəbul etdirmişdi. Mehranilər arasında ilk olaraq məhz Varaz bütün Albaniyanın knyazı tituluna layiq görülür.
Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəb işğalçılarına qarşı mübarizədə Varaz Qriqorun oğlu Cavanşirin başçılığı ilə Mehranilərin qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Sasani ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Kiçik fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi ayrılıb Atropatenaya doğru çəkilir.
Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Həmçinin ona mirvari və incilərlə bəzə-dilmiş bazubənd verir, sinəsinə bir neçə can mirvari düzür. Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il vətəninə qayıdır. Düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır". Az sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq, o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür.
639-cu ildə ərəblər tərəfindən məğlub edilmiş Sasani qoşunları onun ölkəsinə girmək istəyəndə Cavanşir gürcülər və Sünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. Tarixçilər onun bu döyüşdə göstərdiyi igidliyi belə qeyd edirlər: "O məşhur qoşun başçısı Qeqmazini şəxsən məğlub etdi. O özü və qoşunu əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə doğurdular. Onlardan xeyli əsir, at, qatır başqa qənimətlər alaraq, geri döndülər. Onlar dağlarda yenə qarşılaşdılar və qələbə yenə ona qismət oldu". Onlar hiylə işlədib, Cavanşirin qohumlarını əsir alır və yenə Albaniyanın hüdudlarına soxulurlar. Nəhayət, Cavanşir onlar üzərində tam və qəti qələbə çala bilir. Bundan sonra Cavanşir Sünik knyazının qızına evlənir, lakin Albaniyanın müstəqilliyini uzun müddət əldə saxlamaq Cavanşirə nəsib olmur.
654-cü ildə ərəblər xəlifə Osmanın sərkərdəsi Salmai ibi-Rəbiənin başçılığı ilə Albaniyaya soxulurlar. Onların bəzi dəstələri hətta Qəbələ, Şəki və Dərbəndə qədər irəliləyir. Dərbənddə xəzərlər onların yolunu kəsib, qabağa buraxmırlar. Ərəblər Dərbəndin hüdudlarından çıxarkən yerli əhali şəhərin darvazalarını bərk-bərk qapayır, xəzər xaqanı isə onları öz süvari dəstələri ilə qarşılayır. Beləliklə, dörd min ərəb döyüşçüsü məhv edilir.
Qafqaz Albaniyası tarixi üzrə tanınmış mütəxəssis Kamilla Treverin dediyinə görə, "görünür, ərəblər Albaniyanı öz tabeliyinə keçirməkdə çox maraqlı idilər. Çünki bu ölkə şimalda xəzərlərlə, cənubda İran (bu ölkə də hələlik onların tabeliyinə tam keçməmişdi) arasında yerləşirdi. Ön Asiyadan Şimali Qafqaza, Volqaya və cənubi rus çöllərinə aparan ticarət yolları da buradan keçirdi. Bundan başqa ölkənin təbii sərvətləri və yeraltı metal ehtiyatları da zəngin idi".
II Konstantin ilə əlaqələri
Xəlifə Əlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoru II Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür.
|
Cavanşir alban xalqını öz himayəsinə götürməyi ondan xahiş edir və II Konstantin bu təklifi böyük sevinc hissi ilə qarşılayır. O, Cavanşiri Girdman hökmdarı və Albaniya knyazı adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Alban tarixçisi Moisey Kalankatlının yazdığına körə, "o, Cavanşirə gözəl hədiyyələr — söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc… göndərdi. Ona Aqvan (qrabarca Alban sözünün təhrifi) çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi". Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. Moisey Kalankatlının da yazdığı kimi, ölkənin sərhədləri indi "İberiya hüdudlarından xonların (xəzərlər) darvazalarına və Araz çayına qədər uzanırdı".
Xəzərlərlə münasibəti
Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. Xəzərlər Kürə qədər çatır, Qafqaz albanlarının birləşmiş qüvvələri tərəfindən darmadağın edilərək, Albaniya hüdudlarından çıxmalı olurlar. Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir.
Ərəblərlə əlaqəsi
Ərəblərlə mübarizədə Bizansın zəifləməsi Cavanşirə imkan verir ki, onun asılılığından çıxsın və alban tarixçisi Moisey Kalankatlının təbirincə, "cənub hakiminin tabeliyinə girsin".
667-ci ildə Cavanşir xilafətin paytaxtına danışıqlara yola düşür. Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır və rəsmən Albaniya knyazı kimi qəbul edir. Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratması üçün səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır. Cavanşir vasitəçi kimi də öz işinin öhdəsindən uğurla gəlir. Hər iki tərəf danışıqların nəticəsindən razı qalır. Bundan sonra xəlifə Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Xəlifə həmçinin Sünik vilayətini Cavanşirin tabeliyinə verir və ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. Cavanşir sonuncu təklifdən boyun qaçırır. Cavanşir vətənə qiymətli hədiyyələrlə qayıdır. O vaxt ənənəvi sayılan silah və geyim hədiyyələri ilə birlikdə Cavanşirə fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da bəxşiş edilmişdi.
Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması Azərbaycan tarixində, ölkənin islamlaşması baxımından mühüm rol oynayır. Bəlkə də xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla şərtlənirdi.
Cavanşir həmin qəsd iştirakçılarından birinin ona vurduğu ağır yaralardan 681-ci ildə vəfat edir.
Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş sərkərdə və dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş diplomat kimi daxil olub.
Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Alban tarixçisi Moisey Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. Güman ki, o, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı burada özündən əvvəlki tarixçilərin əsərlərindən başqa, ixtiyarına verilmiş saray arxivinin materiallarından da bol-bol istifadə etmişdir. Sonuncu sənədlərə misal olaraq, Vaçaqanın yepiskoplara, Cavanşirin Bizans imperatoru Konstantinə, Konstantinin Cavanşirə məktublarını göstərmək mümkündür. Əsərdə həmçinin saray şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ağı da verilmişdir. O, burada öz mərhum hökmdarını ağlayaraq, qatilləri lənətləyir. Dəvdək mərsiyəsinin sonunda deyir: "O, bizim üçün həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi — coşqun dalğaları ram edərdi — cəsur Cavanşir, düşmənin qaraküruhunu zəbun edən!". Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.
Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir. Dağlıq yerlərdə islamlaşma prosesi bir qədər uzun çəkir, Qarabağın dağlıq hissəsinin xristianlığı qoruyub saxlamış əhalisi isə kilsə dili kimi alban mədəniyyətini mənimsəyərək, zaman keçdikcə qismən mədəniyyətini qoruyub saxlıyırlar.
Ailəsi
- Atası Varaz Qriqor. Qafqaz Albaniyası çarı və Girdiman knyazı cəngavər atası xristianlığı qəbul etmişdir
- Anası Huriduxt. İberiya şahzadəsi, Qafqaz Albaniyası çariçası və Girdiman knyaginyası. Xosroid sülaləsindən.
- Qardaşları Varaz Peroz, və Varazman.
- Bacısı Yelena Mehrani. 662–685-ci illərdə Ermənistan hakimi, Mamikonyanlar sülaləsindən Qriqorun həyat yoldaşı.
- I həyat yoldaşı. Sünik vilayəti knyazının Aruncan nəslindən. 659-cu ildə vəfat edib. Daha sonra Sünik vilayəti Xəlifə tərəfindən Cavanşirə verilib.
- I oğlu. Patrik (Bizans imperatoru II Konstant tərəfindən təltif edilib).
- II oğlu. Patrik (Bizans imperatoru II Konstant tərəfindən təltif edilib).
- II həyat yoldaşı. Hunlar çarının qızı. 665-ci ildə, Cavanşir türklərlə müqavilə bağladığından sonra evlilik baş tutub.
- III həyat yoldaşı Xosrovanuş.
- Sələfi Varaz Trdat. Cavanşirin qardaşı Varaz Perozun oğlu, konsul və patrik (Bizans imperatoru II Konstant tərəfindən təltif edilib).
Təbəəsi
- Alban kilsəsinin rəhbəri Katolikos II Zəkəriyyə (628–645).
- Alban kilsəsinin rəhbəri Katolikos II İohann (646–671).
- Alban kilsəsinin rəhbəri Katolikos Uxtanes (672–683).
- Tarixçi Moisey Kalankatlı. Cavanşirin əmri "Alban ölkəsinin tarixi" əsərini yazmışdır.
- Şair Dəvdək. Cavanşirin ölümünə elegiya həsr etmişdir.
Cavanşirin ölümünə ağı
Böyük Hökmdar Cavanşirin ölümünə ağı şairi Dəvdəkin alban hökmdarı Cavanşir Mehraninin ölümünə həsr etdiyi qədim yunan poeziyası üslubunda yazmış olduğu akrostix elegiyadır (mərsiyyə). Dəvdəkin "Şərq ölkəsinin kədəri" adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir.
Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.
681-ci ildə "Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə" (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.
Mənbə
- İsmayılov R., Heydərov M. Sənin baban kim olub. Bakı: Turan,
- Azərbaycan tarixi (VII cilddə). II cild. Bakı: 2006.
- Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1993.
- Fəridə Məmmədova. Qafqaz Albaniyası və albanlar. Bakı: 2005.
- Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı: 2006.
- Azərbaycan Milli Ensiklopediyası. "Azərbaycan". Bakı: 2007, səh. 184.
- Ламия Кафар-заде. Вопросы раннесредневековой истории Азербайджана в англоязычной историографии. Баку: ИПО Турхан, 2017, 248 с.
İstinadlar
- Бретаницкий Леонид Семенович, Веймарн Борис Владимирович. Искусство Азербайджана IV–XVIII веков — Москва: Издательство Искусство, 1976. — С. 31. — 272с.
- М. И. Артамонов. История хазар — Л.: Изд-во Гос. Эрмитажа, 1962. 523 с.
- Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Akademik Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. XXIII Fəsil, s.134
- Cyril Toumanoff. Review of C. J. F. Dowsett's "The History of Caucasian Albanians by Movsēs Dasxuranci", Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 25, No. 1/3. (1962)
- А. П. Новосельцев. Хазарское государство и его роль в истории Восточной Европы и Кавказа. — М.: Наука, 1990. — С. 31.
- К. В. Тревер. Очерки по истории и культуре Кавказской Албании (IV в. до н. э. — VII в. н. э.), М. — Л., 1959. С. 318.
- Q. Voroşil. Azərbaycan şairi Dəvdək, Ulduz. Bakı, 1971, s. 34-39
- Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Akademik Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. XXXVII Fəsil, s.156-160.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu adli diger sexsler haqqinda da meqaleler var bax Cavansir ad Bu adin diger istifade formalari ucun bax Cavansir deqiqlesdirme Cavansir Qafqaz Albaniyasinin hokmdarlarindan biri hemcinin Mehraniler sulalesinin en meshur numayendesi olmusdur Onun hakimiyyeti dovrunde Qafqaz Albaniyasi ugurlu xarici siyaset neticesinde guclenmis ve Serqin en onemli dovletlerinden birine cevrilmisdir Cavansir boyuk hokmdar olmusdur Onun Azerbaycana coxlu qatqilari olub CavansirGirdiman sahibi ve Albaniya knyazi apoipat ve proton patrik ve Serqin hokmdariCavansirin ressam Ejder Qafarov terefinden cekilmis bedii portreti Azerbaycan Tarix Muzeyinde saxlanilir Girdman domeninin knyazi ve Qafqaz Albaniyasinin XI cari642 681EvvelkiVaraz QriqorSonrakiI Varaz TrdatSexsi melumatlarDogum tarixi 28 sentyabr 619Vefat tarixi 681 65 yas Vefat sebebi sui qesdDefn yeri CebrayilFealiyyeti monarxAtasi Varaz QriqorAnasi HuriduxtHeyat yoldasi XosrovanusAilesi MehranilerDini Ortodoks xristianCavansirin hakimiyyeti erefesinde Qafqaz Albaniyasinda siyasi veziyyetMuasir Naxcivan seheri erazisinden askarlanmis ve Cavansirin tesvir edildiyi Qafqaz Albaniyasi dovrune aid VII esr tunc buxurdan Girdman hakimliyinin esasi Sasanilerden qacmis Mehran adli bir sexs terefinden qoyulmusdu Mehranilerin zerdustiliye etiqad etmelerine baxmayaraq ve belke de ele buna gore onlar qisa bir muddetde oz nufuzlarini butun Albaniyaya yayaraq hetta paytaxti da Berdeye kocurmeye muveffeq olmusdular Veziyyetin sabitlesmesine yalniz uzun illerden beri davam eden Iran Bizans muharibeleri mane olurdu Qafqaz Albaniyasi bu dovletler arasinda doyus meydanina cevrilmisdi 623 cu ilde Qafqaz Albaniyasina Bizans imperatoru Iraklinin sonra ise onun muttefiqi xezer xaqaninin qosunlari soxulur Bizanslilar ve xezerler Qafqazdaki Naxcivan Tiflis ve diger seherleri tuturlar Qazakada onlar meshur atesperest mebedlerini ucurur Albaniyada mohkemlenen xezerler Qebeleni ozlerinin inzibati merkezlerine cevirirler Meglubiyyete ugradiqdan sonra da xezerlerin coxu Qafqaz Albaniyasinda qalirlar 628 ci ilde Iranla Bizans arasinda sulh muqavilesi imzalanir Bu muqavileye gore Ermenistan Bizansin Albaniya ise yene Sasanilerin terkibinde qalir Gurcustansa musteqillik qazanir Imperator Irakli oz qosunu ile Girdman vilayetine gelir Varaz Qriqora xristianligi qebul etdirir ve butun olkede kilselerin tikintisine imkan yaradir Gurcu xronikalarinda gosterilir ki imperator Irakli eslinde tekce Varaza deyil onun butun xalqina xristianligi qebul etdirmisdi Mehraniler arasinda ilk olaraq mehz Varaz butun Albaniyanin knyazi tituluna layiq gorulur Bizansla muharibede zeiflemis Sasaniler ereblerin hucumu qarsisinda cox boyuk cetinlikle dayanir Ereb isgalcilarina qarsi mubarizede Varaz Qriqorun oglu Cavansirin basciligi ile Mehranilerin qosunlari da istirak edir Alban tarixcisi Moisey Kalankatli xeber verir ki Cavansir 7 il seraser oz destesi ile ereblere qarsi doyusmus ozunu cesur esger istedadli serkerde kimi gostermisdi 636 ci ilde Sasanilerin qedim paytaxti Medain yaxinliginda farslarla erebler arasinda daha bir doyus olur Bu ereblerden otru olduqca ehemiyyetli bir doyus idi Sasani serkerdesi Rustemin komandanligi altinda 80 minlik Sasani ordusunun terkibinde Cavansirin destesi de vurusurdu Kicik fars ordusu bu doyusde meglubiyyete ugrayir Cavansirin destesi ayrilib Atropatenaya dogru cekilir Tarixi salnameler Cavansirin bu doyusden sonra da bir nece parlaq qelebe qazandigini gosterir Iran sahensahi Yezdegerd Cavansirin xususi xidmetlerini nezere alaraq ona destesinin onunde aparmaq ucun bayraq zil sesli seypurlar iki qizil mizraq ve qizil suyuna cekilmis qalxanlar verir Sahensah Cavansiri butun qosun bascilarindan eziz tutur Onu qiymetli das qaslarla islenmis qizil kemerle qizil destekli qilincla qizil qolbaqla ve cox gozel bir tacla mukafatlandirir Hemcinin ona mirvari ve incilerle beze dilmis bazubend verir sinesine bir nece can mirvari duzur Cavansir daha bir nece doyusde istirak edenden sonra anlayir ki Sasanilerin hokmranligina cox qalmir ve ele hemin il vetenine qayidir Duz yeddi il Cavansir bu agir doyuslerde istirak edir Iki agir yara alandan sonra onlarla vidalasir Az sonra ise evvelki Alban carlarinin musteqil dovletlerini yada salaraq o oz olkesini hec kese tabe etdirmemek fikrine dusur 639 cu ilde erebler terefinden meglub edilmis Sasani qosunlari onun olkesine girmek isteyende Cavansir gurculer ve Sunik Zengezur vilayetinin hakimi ile ittifaqda onlarla gergin doyuse girir Tarixciler onun bu doyusde gosterdiyi igidliyi bele qeyd edirler O meshur qosun bascisi Qeqmazini sexsen meglub etdi O ozu ve qosunu ellerinde qilinc onlarda farslarda dehsetli bir vahime dogurdular Onlardan xeyli esir at qatir basqa qenimetler alaraq geri donduler Onlar daglarda yene qarsilasdilar ve qelebe yene ona qismet oldu Onlar hiyle isledib Cavansirin qohumlarini esir alir ve yene Albaniyanin hududlarina soxulurlar Nehayet Cavansir onlar uzerinde tam ve qeti qelebe cala bilir Bundan sonra Cavansir Sunik knyazinin qizina evlenir lakin Albaniyanin musteqilliyini uzun muddet elde saxlamaq Cavansire nesib olmur 654 cu ilde erebler xelife Osmanin serkerdesi Salmai ibi Rebienin basciligi ile Albaniyaya soxulurlar Onlarin bezi desteleri hetta Qebele Seki ve Derbende qeder irelileyir Derbendde xezerler onlarin yolunu kesib qabaga buraxmirlar Erebler Derbendin hududlarindan cixarken yerli ehali seherin darvazalarini berk berk qapayir xezer xaqani ise onlari oz suvari desteleri ile qarsilayir Belelikle dord min ereb doyuscusu mehv edilir Qafqaz Albaniyasi tarixi uzre taninmis mutexessis Kamilla Treverin dediyine gore gorunur erebler Albaniyani oz tabeliyine kecirmekde cox maraqli idiler Cunki bu olke simalda xezerlerle cenubda Iran bu olke de helelik onlarin tabeliyine tam kecmemisdi arasinda yerlesirdi On Asiyadan Simali Qafqaza Volqaya ve cenubi rus collerine aparan ticaret yollari da buradan kecirdi Bundan basqa olkenin tebii servetleri ve yeralti metal ehtiyatlari da zengin idi II Konstantin ile elaqeleriElibala Kazimov Alban knyazi Cavansir resm eserinde Cavansirin Sasani ordusunun terkibinde ereblere qarsi savasi tesvir olunub Azerbaycan Tarix Muzeyi Xelife Elinin zamaninda daxili ziddiyyetler xilafeti ciddi sekilde zeifledir ve bundan istifade eden Cavansir vergileri odemekden imtina edir Albaniyanin musteqilliyi ucun indi artiq birbasa tehluke xezerler ve bizanslilar terefinden gozlenilirdi O Bizans imperatoru II Konstantinle mektublasir ve bir nece defe onunla gorusur Sene hokmdar Cavansire Girdiman sahibine ve Albaniya knyazina apoipata ve proton patrika ve Serqin hokmdarina Xilaskar Xacin ilahi quvvesinden merhemet ve bereket bizim imperator sexsimizden ise salam ve mehebbetimiz Senin Allaha mehebbet ve itaetinle dolu tebrik mektubunualdiq ve biz sadiq ki sen ve senin Serq memleketinbize tabe olmaga razi oldunuz Buna gore biz ve bizim ogullarimiz ebedi olaraq size sene ve senin nesilden nesile gelenogullarina sevgi semimiyyet ve sarsilmaz mehebbetle munasibet besleyeceyik Mxitar Qos Alban Selnamesi XXIII Fesil Cavansir alban xalqini oz himayesine goturmeyi ondan xahis edir ve II Konstantin bu teklifi boyuk sevinc hissi ile qarsilayir O Cavansiri Girdman hokmdari ve Albaniya knyazi adlandiraraq ona oz xezinesinden qiymetli hediyyeler gonderir Alban tarixcisi Moisey Kalankatlinin yazdigina kore o Cavansire gozel hediyyeler soykeneceyi qizilla islenmis gumus taxtlar qizili saplarla toxunmus libaslar ozunun acdigi mirvari ile bezenmis qilinc gonderdi Ona Aqvan qrabarca Alban sozunun tehrifi carliginin hududlarindaki butun kendler uzerinde irsi hakimiyyet huququ verdi Hemin dovr ucun Bizansla yaxinlasma siyaseti ozunu dogruldurdu Moisey Kalankatlinin da yazdigi kimi olkenin serhedleri indi Iberiya hududlarindan xonlarin xezerler darvazalarina ve Araz cayina qeder uzanirdi Xezerlerle munasibetiBizansla muqavile baglandiqdan iki il sonra Albaniya xezerlerin hucumuna meruz qalir Xezerler Kure qeder catir Qafqaz albanlarinin birlesmis quvveleri terefinden darmadagin edilerek Albaniya hududlarindan cixmali olurlar Bir nece il sonra xezerler yeniden hucuma kecir ve bu defe Araza qeder irelileyirler Cavansir onlarla danisiga getmeye mecbur olur Kurun sahilinde onlar xezer xaqani ile gorusurler Gorus sulh muqavilesi ile basa catir Bu senede gore xezerler esir goturdukleri albanlari geri qaytarir Cavansirse xezer xaqaninin qizi ile evlenir Ereblerle elaqesiCavansir heykeltaras F Ebdurrehmanov Ereblerle mubarizede Bizansin zeiflemesi Cavansire imkan verir ki onun asililigindan cixsin ve alban tarixcisi Moisey Kalankatlinin tebirince cenub hakiminin tabeliyine girsin 667 ci ilde Cavansir xilafetin paytaxtina danisiqlara yola dusur Xelife onu adina layiq bir terzde tentene ile qarsilayir ve resmen Albaniya knyazi kimi qebul edir Cavansirin diplomatik bacarigi ve sexsi keyfiyyetleri onun tezlikle xelife ile dostluq munasibetleri yaratmasi ucun sebeb olur Uc il sonra Cavansir xelifeden onun Bizans imperatoru ile danisiqlarinda vasitecisi sifetile Demesqe getmek teklifi alir Cavansir vasiteci kimi de oz isinin ohdesinden ugurla gelir Her iki teref danisiqlarin neticesinden razi qalir Bundan sonra xelife Cavansirin Albaniyaya qoyulmus vergilerin ucde birini ixtisar etmek teklifine raziliq verir Xelife hemcinin Sunik vilayetini Cavansirin tabeliyine verir ve ondan Atropatenanin idaresini de oz eline almagi xahis edir Cavansir sonuncu teklifden boyun qacirir Cavansir vetene qiymetli hediyyelerle qayidir O vaxt enenevi sayilan silah ve geyim hediyyeleri ile birlikde Cavansire fil ve denizin o tayindan getirilmis danisan tutuqusular da bexsis edilmisdi Cavansirin muselman xilafeti ile yaxinlasmasi Azerbaycan tarixinde olkenin islamlasmasi baximindan muhum rol oynayir Belke de xristian meylli feodallarin ona qarsi sui qesd hazirlamalari da ele bununla sertlenirdi Cavansir hemin qesd istirakcilarindan birinin ona vurdugu agir yaralardan 681 ci ilde vefat edir Cavansir Azerbaycan tarixine olduqca cetin seraitde olkenin musteqilliyini qoruyub saxlamis ve mohkemlendirmis serkerde ve dovlet xadimi ozunun erebler xezerler bizanslilarla qarsiliqli munasibetlerinde ortaya cixan problemleri sulh ve danisiqlar yolu ile yoluna qoymus diplomat kimi daxil olub Cavansir xususen ozunun Xilafet ve Bizansla munasibetleri sayesinde Albaniyanin maddi ve menevi medeniyyetinin inkisafi ucun cox is gormusdur Alban tarixcisi Moisey Kalankatli onun dovrunde yasayib yaratmisdi Guman ki o Alban tarixi eserini mehz Cavansirin gosterisi ile yazmisdir Moisey Kalankatli burada ozunden evvelki tarixcilerin eserlerinden basqa ixtiyarina verilmis saray arxivinin materiallarindan da bol bol istifade etmisdir Sonuncu senedlere misal olaraq Vacaqanin yepiskoplara Cavansirin Bizans imperatoru Konstantine Konstantinin Cavansire mektublarini gostermek mumkundur Eserde hemcinin saray sairi Devdekin Cavansirin olumune yazdigi agi da verilmisdir O burada oz merhum hokmdarini aglayaraq qatilleri lenetleyir Devdek mersiyesinin sonunda deyir O bizim ucun heqiqet dunyasinin isigi idi Ilhamverici sukanci idi cosqun dalgalari ram ederdi cesur Cavansir dusmenin qarakuruhunu zebun eden Moisey Kalankatli gosterir ki Cavansir Berdede ve olkenin cox seherlerinde saray ve mebedler tikdirmisdi Cavansirin olumunden az sonra Qafqaz Albaniyasi erebler terefinden ram olunur ve onun ehalisinin ekseri Islami qebul edir Dagliq yerlerde islamlasma prosesi bir qeder uzun cekir Qarabagin dagliq hissesinin xristianligi qoruyub saxlamis ehalisi ise kilse dili kimi alban medeniyyetini menimseyerek zaman kecdikce qismen medeniyyetini qoruyub saxliyirlar AilesiAtasi Varaz Qriqor Qafqaz Albaniyasi cari ve Girdiman knyazi cengaver atasi xristianligi qebul etmisdir Anasi Huriduxt Iberiya sahzadesi Qafqaz Albaniyasi caricasi ve Girdiman knyaginyasi Xosroid sulalesinden Qardaslari Varaz Peroz ve Varazman Bacisi Yelena Mehrani 662 685 ci illerde Ermenistan hakimi Mamikonyanlar sulalesinden Qriqorun heyat yoldasi I heyat yoldasi Sunik vilayeti knyazinin Aruncan neslinden 659 cu ilde vefat edib Daha sonra Sunik vilayeti Xelife terefinden Cavansire verilib I oglu Patrik Bizans imperatoru II Konstant terefinden teltif edilib II oglu Patrik Bizans imperatoru II Konstant terefinden teltif edilib II heyat yoldasi Hunlar carinin qizi 665 ci ilde Cavansir turklerle muqavile bagladigindan sonra evlilik bas tutub III heyat yoldasi Xosrovanus Selefi Varaz Trdat Cavansirin qardasi Varaz Perozun oglu konsul ve patrik Bizans imperatoru II Konstant terefinden teltif edilib TebeesiAlban kilsesinin rehberi Katolikos II Zekeriyye 628 645 Alban kilsesinin rehberi Katolikos II Iohann 646 671 Alban kilsesinin rehberi Katolikos Uxtanes 672 683 Tarixci Moisey Kalankatli Cavansirin emri Alban olkesinin tarixi eserini yazmisdir Sair Devdek Cavansirin olumune elegiya hesr etmisdir Cavansirin olumune agiBoyuk Hokmdar Cavansirin olumune agi sairi Devdekin alban hokmdari Cavansir Mehraninin olumune hesr etdiyi qedim yunan poeziyasi uslubunda yazmis oldugu akrostix elegiyadir mersiyye Devdekin Serq olkesinin kederi adli mersiyyesi onun dovrumuze gelib catan yegane eseridir Devdekin dogum yeri ve tarixi deqiq belli olmasa da bezi ehtimallara gore o Qarabagin qedim merkezi olan Berdede yasayib Devdek Azerbaycan xalqinin istiqlaliyyetini qoruyan Sasanilere ve xezerlilere qarsi muqavimet gosteren alban hokmdari Cavansirin muasiri dostu ve meslehetcisi olmus onun xelife Muaviyye ile goruslerinde istirak etmisdir 681 ci ilde Cavansir Bizansperest ehval ruhiyyeli Aran knyazlarinin gizli qesdi neticesinde olduruldukde Ziya Bunyadov Devdek serkerdenin tabutu onunde mersiyye poema oxumusdur Bu eserinde o boyuk vetenperver kimi xalqin derin kederini ifade etmisdir MenbeIsmayilov R Heyderov M Senin baban kim olub Baki Turan Azerbaycan tarixi VII cildde II cild Baki 2006 Feride Memmedova Azerbaycanin siyasi tarixi ve tarixi cografiyasi Baki 1993 Feride Memmedova Qafqaz Albaniyasi ve albanlar Baki 2005 Ziya Bunyadov Azerbaycan VII IX esrlerde Baki 2006 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Baki 2007 seh 184 Lamiya Kafar zade Voprosy rannesrednevekovoj istorii Azerbajdzhana v angloyazychnoj istoriografii Baku IPO Turhan 2017 248 s IstinadlarBretanickij Leonid Semenovich Vejmarn Boris Vladimirovich Iskusstvo Azerbajdzhana IV XVIII vekov Moskva Izdatelstvo Iskusstvo 1976 S 31 272s M I Artamonov Istoriya hazar L Izd vo Gos Ermitazha 1962 523 s Moisey Kalankatuklu Albaniya tarixi Mxitar Qos Alban salnamesi Akademik Ziya Bunyadovun tercumesinde Baki Elm 1993 ISBN 9952 421 52 2 XXIII Fesil s 134 Cyril Toumanoff Review of C J F Dowsett s The History of Caucasian Albanians by Movses Dasxuranci Bulletin of the School of Oriental and African Studies University of London Vol 25 No 1 3 1962 A P Novoselcev Hazarskoe gosudarstvo i ego rol v istorii Vostochnoj Evropy i Kavkaza M Nauka 1990 S 31 K V Trever Ocherki po istorii i kulture Kavkazskoj Albanii IV v do n e VII v n e M L 1959 S 318 Q Vorosil Azerbaycan sairi Devdek Ulduz Baki 1971 s 34 39 Moisey Kalankatuklu Albaniya tarixi Mxitar Qos Alban salnamesi Akademik Ziya Bunyadovun tercumesinde Baki Elm 1993 ISBN 9952 421 52 2 XXXVII Fesil s 156 160 Hemcinin baxCavansir qalasi Qafqaz AlbaniyasiXarici kecidler 1