Kitabi-Dədə Qorqudun tarixiliyi — "Kitabi-Dədə Qorqud" ədəbi dastanının tarixlə əlaqəsi, tarixi şəxsiyyətlər və hadisələr ilə uyğunluqların qurulması və s.-i əhatə edir.
Arxa plan
Dəli Domrul boyunun Evripidin yazdığı Alkestis obrazının süjet xətti ilə oxşarlığı bu mövzunun Bizans vasitəsilə dastana keçməsi ilə izah edilir. Qədim Yunan ədəbiyyatı ilə digər oxşarlıqlar Odissey ilə Beyrəkin vətənə qayıtması süjeti, Odissey əsərindəki siklop hekayəsi ilə Təpəgöz epizodunun qarşılaşdırılması nəticəsində ortaya çıxır.
Tarixi hadisələr
Göytürk və Erkən İslam dövrü
Dədə Qorqud Fəzlullah Rəşidəddinə və "Şəcərəyi tərakimə" rəvayətlərinə görə, erkən İslam dövründə türk xanlarına vəzirlik etmişdir. Rəşidəddinə görə, Dədə Qorqud İnal Sır Yavkuy dövründə zühur etmiş və 295 il yaşamışdır. Zəki Vəlidi Toqan buradakı "yavkuy" sözünün "yabqu" sözünün dəyişmiş forması olduğunu fikirləşmiş, Qorqudun müsəlmanlıqdan əvvəl, göytürklər dövründə, oğuz yabqularının yanında bir türk hakimi olduğu ideyasını ortaya çıxartmışdır. Oğuzlar müsəlman olandan sonra Qorqud bir müqəddəs olaraq qəbul edilmişdir. Qorqud ata İslam peyğəmbərinin dövrünə yaxın yaşadığı üçün onun peyğəmbərdən xəbərsiz olması da əfsanəni yayanlar tərəfindən qəbul edilməmiş, bioqrafiyasına əks məlumat əlavə edilmişdir. Rəşidəddinin rəvayəti də oğuzların İslam dinini hələ peyğəmbər dövründə qəbul etməsi ilə fəxr etmələri cəhdi ola bilər. Bundan başqa Qorqudun daha əvvəl yaşamış bir şaman-ozan olduğu da bir ehtimal kimi fikirləşilir.
Fəzlullah Rəşidəddin və "Şəcərəyi tərakimə" rəvayətləri həm iddia edir ki, Qorqud qədim oğuz yabqularının dövründə yaşayıb, həm də hesab edir ki, Qorqud İslam peyğəmbərindən 300 il sonra, Abbasi Xilafəti dövründə yaşamış Qazan xanla eyni dövrün adamıdır. "Kitabi-Dədə Qorqud" dastanı isə Qazan xanın hakimiyyətini də Dədə Qordun və İslam peyğəmbərinin dövrünə salaraq, bu xronoloji problemi həll etməyə çalışıb. "Bahrul Ənsab"da Bayandur xanın Qazan, Dündar və Büğdüzü peyğəmbərə elçi göndərməsi, Şərəfnamədə Büğdüzün ("Kitabi-Dədə Qorqud"da Bayandur və Qazan xanın çağdaşı) bu vəzifəni icra etməsi də eyni məqsədlə yazılmışdır.
IX–XI əsrlər
Oğuzların IX–XI əsrlərdə, köhnə yurdları olan Sırdəryanın şimalında yaşadıqları dövrdə dastandakı hadisələrin baş verdiyi fikirləşilir. Ancaq dastanda qıpçaq ünsürü də tapılmışdır. Dastanın əsas qəhrəmanlarından olan Qazan xan IX–X əsrlərdə kafir peçeneqlərlə müharibə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə keçməsə də, dövr keçdikcə Qazan xan bu dövrün ümumi bir qəhrəmanına çevrilmişdir.
Əfsanəvi Oğuz xandan Qazan xanın atasına qədər davam edən salur xanları şəcərəsinin qısa olması "Şəcərəyi tərakimə"nin müəllifi Əbülqazi Bahadır xanın diqqətini çəkmişdir və o, siyahıda bəzi salur xanlarının çatışmadığını iddia etmişdir. Ancaq Pertev Naili Boratava görə, şəcərənin qısa olmasının səbəbi salur boyunun Qazan xandan əvvəlki dövrdə vacib rol oynamaması ilə əlaqədardır.
"Kitabi-Dədə Qorqud"da gürcü hökmdarı Şöklü Məlikin kafirlərinin Qazanın evinə basqın etməsi və uşağını qaçırması ilə "Şəcərəyi tərakimə"də peçeneqlərin salur boyuna hücum edib, Qazan xanın anasını qaçırması oxşarlıq təşkil edir. "Şəcərəyi tərakimə"də Qazan xanın peçeneqlərə əsir düşməsi və "Kitabi-Dədə Qorqud"da Qazan xanın kafirlərə əsir düşməsi haqqında məlumat verilir. "Şəcərəyi tərakimə"də Tuymaduqun rəhbərliyindəki peçeneqlərin Qazan xanın anasını 3 il əsir saxlamaqları və qadının qayıtdıqdan sonra oğlan uşağı doğması məlumatı verilir. Dastanda isə Qazan xanın anasını əsir alan düşmən istəyir ki, qadını Yayxan Keşişoğluna versin, onların doğulan oğlunu da Qazan xana qarşı döyüşə göndərsin.
"Şəcərəyi tərakimə"də Şah Məlikin hücumundan sonra İraqa köçən xanların şəcərəsi verilir. Burada Qazan xanın, həm də onun atası və oğlunun adı var. Ata adı dastanla uyğun gəlməsə də, oğlu dastandakı kimi Uruz adlandırılır. "Şəcərəyi tərakimə"də, "Kitabi-Dədə Qorqud"da və Adam Olearinin Azərbaycan rəvayətlərində Qazan xanın arvadı olaraq, Burla xatun verilir. Ümumilikdə, "Kitabi-Dədə Qorqud"un digər mənbələrlə bənzərliyi dastanın epizodlarının Anadolu mühitinə uyğunlaşdırıldığını göstərir.
Ağqoyunlu dövrü hadisələri
Ettore Rossiyə görə, Kitabi-Dədə Qorquddakı mifoloji mövzulu (Təpəgöz və Dəli Domrul) boylar istisna olmaqla digər boyların tarixi zəmini olaraq Ağqoyunlular dövrü götürülür. Ağqoyunlu dövrünün təsirini göstərən ən böyük sübutlardan biri Qan Turalı ilə Ağqoyunlu başçısı Əlaəddin Turəli bəyin (h.i. 1340–1362) eyni adam olması ilə bağlı düşüncədir. Faruk Sümer is fikirləşir ki, hadisələr IX–XI əsrlərdə baş vermiş, sadəcə olaraq Ağqoyunlu dövründə yeni coğrafi mühitə uyğunlaşdırılmışdır. Ona görə də əsər qəhrəmanlarının Şərqi Anadoluda harada yaşadığını, Oğuz Elinin yerini təyin etmək mümkün deyil.
İstinadlar
- Boratov, 2010. səh. 32-33
- Boratov, 2010. səh. 38-39
- Boratov, 2010. səh. 40
Ədəbiyyat
- Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kitabi Dede Qorqudun tarixiliyi Kitabi Dede Qorqud edebi dastaninin tarixle elaqesi tarixi sexsiyyetler ve hadiseler ile uygunluqlarin qurulmasi ve s i ehate edir Arxa planDeli Domrul boyunun Evripidin yazdigi Alkestis obrazinin sujet xetti ile oxsarligi bu movzunun Bizans vasitesile dastana kecmesi ile izah edilir Qedim Yunan edebiyyati ile diger oxsarliqlar Odissey ile Beyrekin vetene qayitmasi sujeti Odissey eserindeki siklop hekayesi ile Tepegoz epizodunun qarsilasdirilmasi neticesinde ortaya cixir Tarixi hadiselerGoyturk ve Erken Islam dovru Dede Qorqud xalcasi Qazaxistan Dede Qorqud Fezlullah Resideddine ve Secereyi terakime revayetlerine gore erken Islam dovrunde turk xanlarina vezirlik etmisdir Resideddine gore Dede Qorqud Inal Sir Yavkuy dovrunde zuhur etmis ve 295 il yasamisdir Zeki Velidi Toqan buradaki yavkuy sozunun yabqu sozunun deyismis formasi oldugunu fikirlesmis Qorqudun muselmanliqdan evvel goyturkler dovrunde oguz yabqularinin yaninda bir turk hakimi oldugu ideyasini ortaya cixartmisdir Oguzlar muselman olandan sonra Qorqud bir muqeddes olaraq qebul edilmisdir Qorqud ata Islam peygemberinin dovrune yaxin yasadigi ucun onun peygemberden xebersiz olmasi da efsaneni yayanlar terefinden qebul edilmemis bioqrafiyasina eks melumat elave edilmisdir Resideddinin revayeti de oguzlarin Islam dinini hele peygember dovrunde qebul etmesi ile fexr etmeleri cehdi ola biler Bundan basqa Qorqudun daha evvel yasamis bir saman ozan oldugu da bir ehtimal kimi fikirlesilir Fezlullah Resideddin ve Secereyi terakime revayetleri hem iddia edir ki Qorqud qedim oguz yabqularinin dovrunde yasayib hem de hesab edir ki Qorqud Islam peygemberinden 300 il sonra Abbasi Xilafeti dovrunde yasamis Qazan xanla eyni dovrun adamidir Kitabi Dede Qorqud dastani ise Qazan xanin hakimiyyetini de Dede Qordun ve Islam peygemberinin dovrune salaraq bu xronoloji problemi hell etmeye calisib Bahrul Ensab da Bayandur xanin Qazan Dundar ve Bugduzu peygembere elci gondermesi Serefnamede Bugduzun Kitabi Dede Qorqud da Bayandur ve Qazan xanin cagdasi bu vezifeni icra etmesi de eyni meqsedle yazilmisdir IX XI esrler Oguzlarin IX XI esrlerde kohne yurdlari olan Sirderyanin simalinda yasadiqlari dovrde dastandaki hadiselerin bas verdiyi fikirlesilir Ancaq dastanda qipcaq unsuru de tapilmisdir Dastanin esas qehremanlarindan olan Qazan xan IX X esrlerde kafir peceneqlerle muharibe aparmis bezen udmus bezen uduzmus bir oguz xani ola biler Butun doyusler onun dovrunde kecmese de dovr kecdikce Qazan xan bu dovrun umumi bir qehremanina cevrilmisdir Efsanevi Oguz xandan Qazan xanin atasina qeder davam eden salur xanlari seceresinin qisa olmasi Secereyi terakime nin muellifi Ebulqazi Bahadir xanin diqqetini cekmisdir ve o siyahida bezi salur xanlarinin catismadigini iddia etmisdir Ancaq Pertev Naili Boratava gore secerenin qisa olmasinin sebebi salur boyunun Qazan xandan evvelki dovrde vacib rol oynamamasi ile elaqedardir Kitabi Dede Qorqud da gurcu hokmdari Soklu Melikin kafirlerinin Qazanin evine basqin etmesi ve usagini qacirmasi ile Secereyi terakime de peceneqlerin salur boyuna hucum edib Qazan xanin anasini qacirmasi oxsarliq teskil edir Secereyi terakime de Qazan xanin peceneqlere esir dusmesi ve Kitabi Dede Qorqud da Qazan xanin kafirlere esir dusmesi haqqinda melumat verilir Secereyi terakime de Tuymaduqun rehberliyindeki peceneqlerin Qazan xanin anasini 3 il esir saxlamaqlari ve qadinin qayitdiqdan sonra oglan usagi dogmasi melumati verilir Dastanda ise Qazan xanin anasini esir alan dusmen isteyir ki qadini Yayxan Kesisogluna versin onlarin dogulan oglunu da Qazan xana qarsi doyuse gondersin Secereyi terakime de Sah Melikin hucumundan sonra Iraqa kocen xanlarin seceresi verilir Burada Qazan xanin hem de onun atasi ve oglunun adi var Ata adi dastanla uygun gelmese de oglu dastandaki kimi Uruz adlandirilir Secereyi terakime de Kitabi Dede Qorqud da ve Adam Olearinin Azerbaycan revayetlerinde Qazan xanin arvadi olaraq Burla xatun verilir Umumilikde Kitabi Dede Qorqud un diger menbelerle benzerliyi dastanin epizodlarinin Anadolu muhitine uygunlasdirildigini gosterir Agqoyunlu dovru hadiseleri Ettore Rossiye gore Kitabi Dede Qorquddaki mifoloji movzulu Tepegoz ve Deli Domrul boylar istisna olmaqla diger boylarin tarixi zemini olaraq Agqoyunlular dovru goturulur Agqoyunlu dovrunun tesirini gosteren en boyuk subutlardan biri Qan Turali ile Agqoyunlu bascisi Elaeddin Tureli beyin h i 1340 1362 eyni adam olmasi ile bagli dusuncedir Faruk Sumer is fikirlesir ki hadiseler IX XI esrlerde bas vermis sadece olaraq Agqoyunlu dovrunde yeni cografi muhite uygunlasdirilmisdir Ona gore de eser qehremanlarinin Serqi Anadoluda harada yasadigini Oguz Elinin yerini teyin etmek mumkun deyil IstinadlarBoratov 2010 seh 32 33 Boratov 2010 seh 38 39 Boratov 2010 seh 40EdebiyyatBoratav P 2010 DEDE KORKUT HIKAYELERINDEKI TARIHI OLAYLAR VE KITABIN TELIF TARIHI Journal of Turkology 13 31 62 https doi org 10 18345 tm 18399