Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961).
Kərim Sultanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1923-cü ildən |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Teatr | Gəncə Dövlət Dram Teatrı |
Mükafatları |
Həyatı
Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub.
Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub.
Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbzikar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 dekabr 1961
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 20 may 1958
İfa etdiyi əsas rollar
Kərim Sultanov həm romantik, həm də realist üslublu tamaşalarda müxtəlif rollar ifa etmişdir.
- "Hacı Qara", Mirzə Fətəli Axundov — Heydər bəy
- "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov — Teymur Ağa
- "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
- "Yaşar", Cəfər Cabbarlı — Yaşar
- "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram
- "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Tağı xan
- "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Hacı Zaman
- "Səyavuş", Hüseyn Cavid — Rüstəm
- "Xoşbəxtlər", Sabit Rəhman — Mürşüd
- "Aşnalar", Sabit Rəhman — Murad
- "Küləklər", Sabit Rəhman — Nəsir bəy
- "Bahar", Məmmədhüseyn Təhmasib — Qüdrət
- "Bahar suları", İlyas Əfəndiyev — Uğur
- "Qaçaq Nəbi", Süleyman Rüstəm — Təhmas bəy
- "İldırım", Cabbar Məcnunbəyov — İldırım
- "Göz həkimi", İslam Səfərli — Rauf
- "Madrid", Mirzə İbrahimov — Xoze
- "Kişilər", Altay Məmmədov — Cəlilzadə
- "Sevinc", Şıxəli Qurbanov — Fərhad
- "Şərqin səhəri", Ənvər Məmmədxanlı — General Tomson
- "Sən yanmasan…", Nəbi Xəzri — Yanar
- "Medeya", Evripid — Kreont
- "Otello", Vilyam Şekspir — Yaqo
- "Qaçaqlar", Fridrix Şiller — Şvarts
- "Cancur Səməd", Jan Batist Molyer — Notarius
- "Kələkbaz sevgili", Lope de Veqa — Lüsindo
- "Kəllə", Nazim Hikmət — Polis rəisi
- "Bura gəlin", Əziz Nesin — Mateh
- "Quduz pullar", Aleksandr Ostrovski — Qriqori Kuçumov
- "Ezop", Gilerma Fiqeyredu — Aqnostos
- "Praqanın şabalıd ağacları altında", Konstantin Simonov — Petrov
- "Aldanmış adaxlı", Riçard Şeridan — Don Fernando
- "Aygül diyarı", Mustay Kərim — Yaqafar
İstinadlar
- İlham Rəhimli. Kərim Sultanov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 174–175. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer