I Məngli Gəray (1445, Krım – 17 aprel 1515, Bağçasaray) — 4. Krım xanı. Fərqli vaxtlarda 3 dəfə Krım taxtına çıxmış, qardaşı Nurdövlət Gərayla taxt mübarizəsi aparmışdır.
I Məngli Gəray | |
---|---|
1467 – 1467 (2 ay) | |
Əvvəlki | Nurdövlət Gəray |
Sonrakı | Nurdövlət Gəray |
1469 – mart 1475 | |
Əvvəlki | Nurdövlət Gəray |
Sonrakı | Heydər Gəray |
1478 – 17 aprel 1515 | |
Əvvəlki | Nurdövlət Gəray |
Sonrakı | I Mehmed Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1445 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 1515 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Hacı Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məngli Gəray xanlığın və ailənin banisi Hacı Gərayın üçüncü oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. 1466-cı ildə atasının vəfatının ardından böyük qardaşı Nurdövlət Gəray Qızıl Ordanın dəstəyini alaraq Krım taxtına oturdu. Ancaq buna razı olmayan Məngli Gəray Kəfəyə qaçdı və genuyalılara sığındı.
Çox keçmədən 1467-ci ildə genuyalıların və Şirin qəbiləsinin dəstəyini alaraq Çufutqalanı ələ keçirdi və Krm taxtına oturdu. Ancaq xanlığın xarici siyasətini dəyişərək, ənənəvi müttəfiq olan Polşa-Litva birliyinə qarşı Moskva knyazlığını dəstəklədi. Məhz bu səbəblə bir çox tərəfdarını itirən Məngli Gərayın bir neçə aylıq səltənəti başa çatdı və Nurdövlət xan hakimiyyəti yenidən əlində cəmlədi. Ələ keçirilən Məngli Gəray Sudak qalasına həbs edildi.
Ancaq yeritdiyi daxili siyasətlə yerli bəyləri özündən narazı salması nəticəsində 1469-cu ilin avqust ayında Mamak adlı bir tatar əsilzadəsi böyük bir üsyan başlatdı. Ayaqlanan əhali həbs tutulan Məngli Gərayı azad edərək Krım taxtında oturtdu. Ələ keçirilən Nurdövlət xan digər qardaşı Heydər Gərayın da həbs edildiyi Sudak qalasına salındı. Ancaq baş verən daxili çəkişmələrdən sonra Osmanlı ordusu bölgədə sülhü təmin etmək üçün 1475-ci ildə Gədik Əhməd Paşa rəhbərliyində Krıma gəldi. Bölgədəki Genuya ağalığına son qoyaraq həbsdə olan Nurdövlət Gəray azad edildi və Krım xanı elan olundu. Ələ keçirilən Məngli Gəray İstanbula aparıldı.
Ancaq Nurdövlət Gərayın və qardaşı Heydər Gərayın bölgədə sülhü təmin edə bilməməsi, Şirin qəbiləsinin rəhbəri Əminək bəyin Osmanlıları köməyə çaırması nəticəsində o əsnada İstanbulda saxlanılan Məngli Gəray Krım xanı elan edildi. Dəyərli hədiyyələr verilən Məngli Gəray Osmanlı ordusu ilə birlikdə 1478-ci ildə Krma gəldi və taxtına əyləşdi. Qardaşları Nurdövlət Gəray və Heydər Gəray ölkədən qaçaraq Litva knyazlığına, digər qardaşı Özteymur Gəray isə Böyük Ordaya sığındı. Kiçik qardaşları Yağmurçi və Qutluq-zaman Gəraylar isə kiçik olduqları üçün Məngli Gərayın himayəsində böyüdülər. Bunlardan yaşca böyük olan Yağmurçi Gəray 1486-cı ildə qardaşının kalqayı (Krım taxtının vəliəhdi) elan edildi və 1507-ci ildə vəfatına qədər bu vəzifədə qaldı.
Hakimiyyətini gücləndirdikdən sonra Məngli Gəray, Qızıl Orda xanlarının yeganə mirasçısı olaraq gördüyü Böyük Ordayla mübarizəyə davam etdi. Bu mübarizədə Məngli Gərayın ən yaxın müttəfiqi Moskva knyazı III İvan oldu. 1480-ci ildə bağlanan qarşılıqlı sülh müqaviləsinə görə müttəfiqlər Litva-Polşa birliyi, Böyük Orda və Astraxan xanlığına qarşı mübarizə aparacaqdı. Belə də oldu. 8 oktyabr - 1 noyabr 1480 tarixlərində baş tutan Uqra mübarizəsində Böyük Orda xanı Əhməd xan məğlub edilərək öldürüldü. Övladları arasında taxt mübarizəsi başladı və ölkə tezliklə parçalandı.
1482-ci ilin sentyabrında rus ordusuyla birləşən Krım dəstələri Kiyevi mühasirəyə aldı. Şəhəri darmadağın edən müttəfiq qoşunları xeyli qənimətlə geri döndülər. 1484-1487-ci illər ərzində Krım tatarları Bəndər, Dubısari və digər Dnestryanı bölgələrə səfərlər tərtiblədi.
Daxili sabitliyi təmin etdikdən sonra Osmanlı sultanı II Bəyazidin 1484 tarixli Boğdan səfərinə 50 minlik tatar süvari qoşunuyla qatılan Məngli Gəray səfərdə önəmli rol oynadı. Beləcə ilk dəfə bir Krım xanı Osmanlı ordusunda vəzifə almış oldu.
1486-cı ildə Murtuza xan, o əsnada knyaz III İvanın yanında olan və Qasım xanlığının taxtına yenicə əyləşən Nurdövlət Gərayın da dəstəyilə Məngli Gəraya qarşı taxt çevrilişinə cəhd etdi. Bu məqsədlə həm rus knyazına, həm də Nurdövlət Gəraya gizli məktublar göndərdi. Ancaq Məngli Gərayla olan ittifaqını pozmaq istəməyən III İvan bu məktubları Krıma göndərdi və hadisəni üzə çıxardı. Əlavə olaraq cənubda 2 qardaş arasındakı sürtüşmələrin qarşısını almaq üçün Qasım xanlığında daimi qalmaq üzrə rus ordusu göndərdi.
1489-cu ildə Krım ordusu Podolye və Kiyevdəki birlikləri məhv etdi. Ardından ordunun böyük bir hissəsi yarımadanı Böyük Orda xanlarının işğalından qorumaq üçün şimala göndərildi. Qızıl Orda xanları Seyid Əhməd və Şeyx Əhməd isə 1491-ci ildə elçi göndərərək Məngli Gərayla sülh bağladılar. Ancaq Krım ordusunun bölgəni tərk etməsinin ardından hücuma keçən Qızıl Ordalılar ölkənin şimalını talan edib geri çəkildilər. Buna cavab olaraq ölkədə səfərbərlik elan edən Məngli Gəray, kalqay olan qardaşı Yağmurçini İstanbula göndərərək Osmanlı sultanı II Bəyaziddən yardım istədi. Nəticədə 2 min yeniçəridə ibarət Osmanlı ordusu Krıma göndərildi. Bundan başqa şimalda Qasım xanlığının vəliəhdi Satılqan (qardaşı Nurdövlət Gərayın oğlu) və Qazan xanı Məhəmməd Əmin xanın rəhbərliyindəki tatar qoşunları Qızıl Ordalıları mühasirəyə aldı. Nəhayət, Seyid Əhməd və Şeyx Əhməd ordularını geri çəkməyə məcbur oldular.
Məngli Gərayın ögey oğlu olan Qazan xanı Əbdüllətif xanın ölkədəki sərt idarəsindən narazı olan əhali knyaz III İvana xandan şikayət etmiş, nəticədə Əbdüllətif xan vəzifədən alınaraq Moskvaya çağırılmışdı. Bu hadisəyə etiraz edən Məngli Gəray knyaza sərt bir məktub yazaraq xanın dərhal azad edilməsini istədi. Bu hadisənin ardından xanlıqla knyazlıq arasında münasibətlər pisləşdi. Ancaq çox keçmədən 1505-ci ildə knyaz III İvan vəfat etmiş, yerinə keçən oğlu IV Vasili həbs tutulan Əbdüllətif xanı azadlığa buraxmışdı. Buna baxmayaraq Krıma getməsinə icazə verilmədi və nəticədə Məngli Gəray, 1508-ci ildə xanımı və oğlu Sahib Gərayı elçi heyətilə birlikdə Moskvaya göndərdi. Burada olduqca dəbdəbəli qarşılanan heyət Moskvada 1 ay qaldı. Ardından Qazan xanı olan digər oğlu Məhəmməd Əmin xanı ziyarət etmək üçün Qazana getdi və burda bir müddət qaldıqdan sonra yenidən Moskvaya, ardından Krıma geri döndü.
1511-1512-ci illərdə Sultan Bəyazidin övladları arasında başlayan taxt mübarizəsində Məngli Gəray kürəkəni Şahzadə Səlimi dəstəklədi. Belə ki, sultanın böyük oğlu Şahzadə Əhmədin İstanbula yürüməsinin ardından Şahzadə Səlim hakimi olduğu Trabzondan qaçaraq Bağçasaraya sığınmışdı. O illərdə kalqay olan Mehmed Gəray, Şahzadə Əhməddən gələn istəklə onun dərhal həbs edilməsini istəsə də, Məngli Gəray buna razı olmadı və oğlu Səadət Gərayın əmrindəki böyük süvari ordusuyla birlikdə Şahzadə Səlimi İstanbula göndərdi.
Ancaq səhhəti olduqca ağırlaşan Məngli Gəray 17 aprel 1515-ci ildə 70 yaşında vəfat etdi. Cənazəsi atasının yanına dəfn olundu. Sonralar məzarlarının üzərinə türbə inşa olundu.
Ailəsi
Xanımları
- Şayan Sultan - Yadigar bəyin qızı
- Maxtun Sultan - Çərkəz İnarmaz Mirzənin qızı
- - Qızıl Orda bəylərbəyi Teymur Mirzənin qızı, Qazan xanı İbrahim xanın dul xanımı. 1485-ci ildə evlənmişdir.
Oğulları
- Mehmed Gəray
- Bektaş Gəray
- Mahmud Gəray
- Burnat Gəray (ö. 1513)
- Mübarək Gəray
- Səadət Gəray
- (ö. mart 1519)
- Sahib Gəray
- Fateh Gəray
Qızları
- Ayşə Xatun
- Maxtunşah Xatun
- Qutlu Xatun
- Nazcan Xatun
- Mehri Xatun
Mənbə
- О. Гайворонский. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г.
- С. М. Соловьев История России с древнейших времен. Том 5. Часть 2. Глава 2
- Howorth, Henry Höyle (1880) History of the Mongols, from the 9th to the 19th Century
- Fisher, Alan W., (1987) The Crimean Tatars, Stanford California: Hoover Institution Press
- Anthony Stokvis, Manuel d'histoire, de généalogie et de chronologie de tous les États du globe, depuis les temps les plus reculés jusqu'à nos jours
- René Grousset, L’Empire des steppes, Attila, Gengis-Khan, Tamerlan, Payot, Paris
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Mengli Geray 1445 Krim 17 aprel 1515 Bagcasaray 4 Krim xani Ferqli vaxtlarda 3 defe Krim taxtina cixmis qardasi Nurdovlet Gerayla taxt mubarizesi aparmisdir I Mengli GerayIV Krim xani1467 1467 2 ay EvvelkiNurdovlet GeraySonrakiNurdovlet Geray1469 mart 1475EvvelkiNurdovlet GeraySonrakiHeyder Geray1478 17 aprel 1515EvvelkiNurdovlet GeraySonrakiI Mehmed GeraySexsi melumatlarDogum tarixi 1445Dogum yeri Krim Krim xanligiVefat tarixi 17 aprel 1515Vefat yeri Bagcasaray Krim xanligiDefn yeri Haci Geray turbesiFealiyyeti suveren d Atasi I Haci GerayUsaqlari Ayse Xatun I Seadet Geray I Mehmed Geray I Sahib GerayAilesi GeraylarDini sunni islam Vikianbarda elaqeli mediafayllarHeyatiMengli Geray xanligin ve ailenin banisi Haci Gerayin ucuncu oglu idi Anasinin kim oldugu bilinmir Dogum tarixi ve genclik illeri barede melumat yoxdur 1466 ci ilde atasinin vefatinin ardindan boyuk qardasi Nurdovlet Geray Qizil Ordanin desteyini alaraq Krim taxtina oturdu Ancaq buna razi olmayan Mengli Geray Kefeye qacdi ve genuyalilara sigindi Cox kecmeden 1467 ci ilde genuyalilarin ve Sirin qebilesinin desteyini alaraq Cufutqalani ele kecirdi ve Krm taxtina oturdu Ancaq xanligin xarici siyasetini deyiserek enenevi muttefiq olan Polsa Litva birliyine qarsi Moskva knyazligini destekledi Mehz bu sebeble bir cox terefdarini itiren Mengli Gerayin bir nece ayliq selteneti basa catdi ve Nurdovlet xan hakimiyyeti yeniden elinde cemledi Ele kecirilen Mengli Geray Sudak qalasina hebs edildi Ancaq yeritdiyi daxili siyasetle yerli beyleri ozunden narazi salmasi neticesinde 1469 cu ilin avqust ayinda Mamak adli bir tatar esilzadesi boyuk bir usyan baslatdi Ayaqlanan ehali hebs tutulan Mengli Gerayi azad ederek Krim taxtinda oturtdu Ele kecirilen Nurdovlet xan diger qardasi Heyder Gerayin da hebs edildiyi Sudak qalasina salindi Ancaq bas veren daxili cekismelerden sonra Osmanli ordusu bolgede sulhu temin etmek ucun 1475 ci ilde Gedik Ehmed Pasa rehberliyinde Krima geldi Bolgedeki Genuya agaligina son qoyaraq hebsde olan Nurdovlet Geray azad edildi ve Krim xani elan olundu Ele kecirilen Mengli Geray Istanbula aparildi Ancaq Nurdovlet Gerayin ve qardasi Heyder Gerayin bolgede sulhu temin ede bilmemesi Sirin qebilesinin rehberi Eminek beyin Osmanlilari komeye cairmasi neticesinde o esnada Istanbulda saxlanilan Mengli Geray Krim xani elan edildi Deyerli hediyyeler verilen Mengli Geray Osmanli ordusu ile birlikde 1478 ci ilde Krma geldi ve taxtina eylesdi Qardaslari Nurdovlet Geray ve Heyder Geray olkeden qacaraq Litva knyazligina diger qardasi Ozteymur Geray ise Boyuk Ordaya sigindi Kicik qardaslari Yagmurci ve Qutluq zaman Geraylar ise kicik olduqlari ucun Mengli Gerayin himayesinde boyuduler Bunlardan yasca boyuk olan Yagmurci Geray 1486 ci ilde qardasinin kalqayi Krim taxtinin veliehdi elan edildi ve 1507 ci ilde vefatina qeder bu vezifede qaldi Hakimiyyetini guclendirdikden sonra Mengli Geray Qizil Orda xanlarinin yegane mirascisi olaraq gorduyu Boyuk Ordayla mubarizeye davam etdi Bu mubarizede Mengli Gerayin en yaxin muttefiqi Moskva knyazi III Ivan oldu 1480 ci ilde baglanan qarsiliqli sulh muqavilesine gore muttefiqler Litva Polsa birliyi Boyuk Orda ve Astraxan xanligina qarsi mubarize aparacaqdi Bele de oldu 8 oktyabr 1 noyabr 1480 tarixlerinde bas tutan Uqra mubarizesinde Boyuk Orda xani Ehmed xan meglub edilerek olduruldu Ovladlari arasinda taxt mubarizesi basladi ve olke tezlikle parcalandi 1482 ci ilin sentyabrinda rus ordusuyla birlesen Krim desteleri Kiyevi muhasireye aldi Seheri darmadagin eden muttefiq qosunlari xeyli qenimetle geri donduler 1484 1487 ci iller erzinde Krim tatarlari Bender Dubisari ve diger Dnestryani bolgelere seferler tertibledi Daxili sabitliyi temin etdikden sonra Osmanli sultani II Beyazidin 1484 tarixli Bogdan seferine 50 minlik tatar suvari qosunuyla qatilan Mengli Geray seferde onemli rol oynadi Belece ilk defe bir Krim xani Osmanli ordusunda vezife almis oldu 1486 ci ilde Murtuza xan o esnada knyaz III Ivanin yaninda olan ve Qasim xanliginin taxtina yenice eylesen Nurdovlet Gerayin da desteyile Mengli Geraya qarsi taxt cevrilisine cehd etdi Bu meqsedle hem rus knyazina hem de Nurdovlet Geraya gizli mektublar gonderdi Ancaq Mengli Gerayla olan ittifaqini pozmaq istemeyen III Ivan bu mektublari Krima gonderdi ve hadiseni uze cixardi Elave olaraq cenubda 2 qardas arasindaki surtusmelerin qarsisini almaq ucun Qasim xanliginda daimi qalmaq uzre rus ordusu gonderdi 1489 cu ilde Krim ordusu Podolye ve Kiyevdeki birlikleri mehv etdi Ardindan ordunun boyuk bir hissesi yarimadani Boyuk Orda xanlarinin isgalindan qorumaq ucun simala gonderildi Qizil Orda xanlari Seyid Ehmed ve Seyx Ehmed ise 1491 ci ilde elci gondererek Mengli Gerayla sulh bagladilar Ancaq Krim ordusunun bolgeni terk etmesinin ardindan hucuma kecen Qizil Ordalilar olkenin simalini talan edib geri cekildiler Buna cavab olaraq olkede seferberlik elan eden Mengli Geray kalqay olan qardasi Yagmurcini Istanbula gondererek Osmanli sultani II Beyazidden yardim istedi Neticede 2 min yeniceride ibaret Osmanli ordusu Krima gonderildi Bundan basqa simalda Qasim xanliginin veliehdi Satilqan qardasi Nurdovlet Gerayin oglu ve Qazan xani Mehemmed Emin xanin rehberliyindeki tatar qosunlari Qizil Ordalilari muhasireye aldi Nehayet Seyid Ehmed ve Seyx Ehmed ordularini geri cekmeye mecbur oldular Mengli Gerayin ogey oglu olan Qazan xani Ebdulletif xanin olkedeki sert idaresinden narazi olan ehali knyaz III Ivana xandan sikayet etmis neticede Ebdulletif xan vezifeden alinaraq Moskvaya cagirilmisdi Bu hadiseye etiraz eden Mengli Geray knyaza sert bir mektub yazaraq xanin derhal azad edilmesini istedi Bu hadisenin ardindan xanliqla knyazliq arasinda munasibetler pislesdi Ancaq cox kecmeden 1505 ci ilde knyaz III Ivan vefat etmis yerine kecen oglu IV Vasili hebs tutulan Ebdulletif xani azadliga buraxmisdi Buna baxmayaraq Krima getmesine icaze verilmedi ve neticede Mengli Geray 1508 ci ilde xanimi ve oglu Sahib Gerayi elci heyetile birlikde Moskvaya gonderdi Burada olduqca debdebeli qarsilanan heyet Moskvada 1 ay qaldi Ardindan Qazan xani olan diger oglu Mehemmed Emin xani ziyaret etmek ucun Qazana getdi ve burda bir muddet qaldiqdan sonra yeniden Moskvaya ardindan Krima geri dondu 1511 1512 ci illerde Sultan Beyazidin ovladlari arasinda baslayan taxt mubarizesinde Mengli Geray kurekeni Sahzade Selimi destekledi Bele ki sultanin boyuk oglu Sahzade Ehmedin Istanbula yurumesinin ardindan Sahzade Selim hakimi oldugu Trabzondan qacaraq Bagcasaraya siginmisdi O illerde kalqay olan Mehmed Geray Sahzade Ehmedden gelen istekle onun derhal hebs edilmesini istese de Mengli Geray buna razi olmadi ve oglu Seadet Gerayin emrindeki boyuk suvari ordusuyla birlikde Sahzade Selimi Istanbula gonderdi Ancaq sehheti olduqca agirlasan Mengli Geray 17 aprel 1515 ci ilde 70 yasinda vefat etdi Cenazesi atasinin yanina defn olundu Sonralar mezarlarinin uzerine turbe insa olundu AilesiXanimlari Sayan Sultan Yadigar beyin qizi Maxtun Sultan Cerkez Inarmaz Mirzenin qizi Qizil Orda beylerbeyi Teymur Mirzenin qizi Qazan xani Ibrahim xanin dul xanimi 1485 ci ilde evlenmisdir Ogullari Mehmed Geray Bektas Geray Mahmud Geray Burnat Geray o 1513 Mubarek Geray Seadet Geray o mart 1519 Sahib Geray Fateh GerayQizlari Ayse Xatun Maxtunsah Xatun Qutlu Xatun Nazcan Xatun Mehri XatunMenbeO Gajvoronskij Poveliteli dvuh materikov tom 1 Kiev Bahchisaraj 2007 g S M Solovev Istoriya Rossii s drevnejshih vremen Tom 5 Chast 2 Glava 2 Howorth Henry Hoyle 1880 History of the Mongols from the 9th to the 19th Century Fisher Alan W 1987 The Crimean Tatars Stanford California Hoover Institution Press Anthony Stokvis Manuel d histoire de genealogie et de chronologie de tous les Etats du globe depuis les temps les plus recules jusqu a nos jours Rene Grousset L Empire des steppes Attila Gengis Khan Tamerlan Payot ParisYaz Azi Girej rus Enciklopedicheskij leksikonSPb 1835 T 1 S 240 N V ko Mengli Girej I rus Enciklopedicheskij slovarSPb Brokgauz Efron 1896 T XIX S 79