II Filipp (fr. Philippe II d'Orléans; 2 avqust 1674[…], Sen-Klu – 2 dekabr 1723[…], Versal) — Orlean hersoqu I Filippin oğlu, Orlean hersoqu.1715-1723-cü illərdə taxt naibi olaraq xidmət etmişdir.
II Filipp | |
---|---|
fr. Philippe d'Orléans | |
1 sentyabr 1715 – 15 fevral 1723 | |
Monarx | XV Lüdovik |
9 iyun 1701 – 2 dekabr 1723 | |
Əvvəlki | I Filipp |
Sonrakı | Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 avqust 1674[…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1723[…](49 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəsm kolleksioneri[d], hərbi qulluqçu, rəhbər, incəsənət xadimi, rəssam, işləmə ustası |
Atası | I Filipp (Orlean hersoqu) |
Anası | Elizabeth Charlotte of the Palatinate, Duchess of Orléans |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | Roma-Katolik kilsəsi |
Rütbəsi | general |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
2 avqust 1674-cü ildə dünyaya gəldi. Atası Fransa kralı XIII Lüdovikin oğlu Orlean hersoqu I Filipp, anası isə Pfals kürfürstü I Karl Lüdviqin qızı Elizabet Şarlottadır. Doğumundan etibarən Şartr hersoqu elan olundu. Mükəmməl saray təhsili aldı. Əmisi XIV Lüdovikin səltənətində atasıyla birlikdə hərbi səfərlərə qatıldı. Ardından əmisi nəvəsi Burbonlu Filippin İspaniyadaki taxt mübarizəsində iştirak etdi. Davam edən İspaniya vərasət müharibəsi səbəbilə Avropanın digər ailələrindən bir xanımla evlənməsi mümkün deyildi. Bu səbəblə, əmisi XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariya ilə evlənməsinə qərar verildi. Anasının bu evliliyə qarşı çıxmasına baxmayaraq, cütlük 18 fevral 1692-ci ildə Versal sarayında evləndi. Ziyafətdə o əsnada sürgündə olan İngiltərə kralı II Ceyms və ailəsi də iştirak etdi. Cütlük bir-birini sevmədi və Filippin ömrünün sonuna qədər bir çox məşuqəsindən övladları doğuldu. Atasının 1701-ci ildə vəfat etməsinin ardından, Orlean hersoqu təyin olundu. 1705-ci ildə Tampliyerlərin baş ustadı oldu və təriqət onun dövründə yarıaçıq fəaliyyətə başladı. Fransa taxt-tac sıralamasında olduqca geridə idi. Bu məqsədlə ailəsinin önə çıxması üçün fəaliyyətə başladı. 1710-cu ildə böyük qızı Mariya Luiza Elizabeti kralın qardaşı dofen Lüdovikin kiçik oğlu Karlla evləndirdi. Beləcə, qızı və kürəkəni ondan daha ön sıraya keçdi. Digər yandan böyük bacısı Anna Mariya və Sardiniya kralı II Viktor Amadeyin qızını dofen Lüdovikin böyük oğlu ilə evləndirdi. Buna baxmayaraq, kralın yeganə varisi dofen Lüdovik və oğullarının gənc yaşda vəfat etməsiylə, taxt sıralaması tamamilə dəyişdi. Kral öz vəsiyyətində, özündən sonra taxta nəticəsi Lüdovikin çıxmasını, qardaşıoğlu II Filippin isə ona naiblik etməsini istədi.
Naiblik dönəmi
Ancaq 25 avqust 1715-ci ildə XIV Lüdovik ikinci xanımı və şəxsi keşişinin təsiriylə vəsiyyətinə əlavə bir qeyd yazdı. Bu qeydlə, qardaşıoğlu II Filippin naibliyi ləğv edildi və nigahdan kənar oğlu Main hersoqu ilə Villeroy hersoqu varis üzərində tam söz sahibliyinə gətirildi. Ancaq ölümündən bir neçə gün öncə yazılan bu əlavənin kral yox, onun xanımı tərəfindən yazıldığı iddia edildi. Belə ki, 1 sentyabr 1715-ci ildə XIV Lüdovik vəfat etdi və nəticəsi 5 yaşlı XV Lüdovik taxta çıxarıldı. Ertəsi gün II Filipp parlamentə gedərək vəsiyyətnamənin əlavəsinə etiraz etdiyini və yeni kralın naibliyini tələb etdi. Uzun müzakirələrin ardından parlament taxt sıralamasında ikinci yerdə olan Orlean hersoqunu geri çevirə bilmədi və mərhum kralın vəsiyyətnaməsindəki son əlavəni ləğv edərək, II Filippi kral naibi təyin etdi. Bir neçə ay sonra kralı da yanına alaraq Tüilri sarayına gələn II Filipp dövlət idarəsini və saray əhalisini buraya köçürdü.
Naibliyi dövründə Fransa krallığı qonşu dövlətlərlə olan münasibətlərini yaxşılaşdırdı. Əmisinin İspaniya vərasət müharibəsi səbəbilə mübarizə apardığı İngiltərə, Müqəddəs Roma imperiyası və Hollandiya ilə münasibətlər yaxşılaşdı. Rusiya ilə qurulan siyasi əlaqələrin nəticəsində Çar I Pyotr 1717-ci ildə Fransaya səyahət etdi. Senzura ləğv edildi və XIV Lüdovik səltənətində qadağan olunan kitabların yenidən nəşrinə başlandı. İlk öncə vergilər azaldıldı və 25 min əsgər ordudan buraxıldı. Daha sonra yerli bankerlərlə apardığı mübarizə 1718-1720-ci illərdə Bretan bölgəsində üsyana səbəb oldu. Fransa və İspaniya taxt-tacını birləşdirmək niyyətində olan kralın əmisi V Filipp tərəfindən dəstəklənən bu üsyan uğursuzluqla nəticələndi və rəhbərləri ələ keçirilərək Nantda edam olundu. V Filippin tərtiblədiyi bir saray çevrilişi də həmin ilin dekabrında üzə çıxdı və ispan səfiri, II Filippin qardaşıyla xanımı bu çevrilişdə təqsirkar görülərək həbs edildilər.
Bu hadisələrin ardından II Filipp kralın adına 9 yanvar 1719-cu ildə müttəfiqləriylə birlikdə İspaniyaya müharibə elan etdi. Əldə edilən hərbi uğurların sonunda tərəflər 17 fevral 1720-ci ildə Haaqada sülh imzaladı və Utrext sülhünün şərtləri yenidən təsdiqləndi. İki dövlət arasındakı sülhün gücləndirilməsi məqsədilə 3 siyasi evlilik planlaşdırıldı. Bu plana əsasən, uşaq kral XV Lüdovik ispan kralının qızı Marianna Viktoriyayla, naibin qızları Luiza və Filippina ispan kralının oğulları Luis və Karlla nişanlandı. Ancaq bu nişanlardan yalnız biri - infant Luislə Luiza Yelizavetanın nişanı evliliklə tamamlandı.
V Filippin uşaq kralla nişanlanan qızı Marianna Viktoriya 1721-ci ilin martında Parisə gətirildi. Burada naibin baldızı və XIV Lüdovikin nigahdan kənar qızlarından olan Burbonlu Mariya Annanın himayəsinə verilən qızcığaz Tüilri sarayında yaşadı. Naibin böyük qızı Luiza Yelizaveta və infant Luisin nigahları isə 1721-ci ilin noyabrında qiyabi halda bağlandı və 12 yaşlı qızcığaz bacısıyla birlikdə Madridə göndərildi. Fransız qızları Madriddə olduqca soyuq qarşılandı. İspaniya kraliçası və infantın ögey anası olan İzabella Farnezenin etirazlarına baxmayaraq cütlük 20 yanvar 1722-ci ildə Madriddə evləndi. Ancaq Haaqasülhünün tezliklə pozulması səbəbilə, uşaq kral XV Lüdovikin nişanlısı Marianna Viktoriya dərhal Madridə geri göndərildi. Buna cavab olaraq naib II Filippin kiçik qızı Filippina da Parisə göndərildi və 2 dövlət arasındakı münasibətlər yenidən pisləşdi. Bu münasibətlər gələcəkdə XV Lüdovikin oğlu dofen V Filippin qızı Mariya Tereza Rafaellanın evliliyi ilə düzələcəkdi.
Son illəri
İflasıyla Missisipi şirkətini də iflas etdirən banker Con Lounun təhlükəli iqtisadi reformlarını dəstəklədi. Ancaq iqtisadi böhranın başlamasından sonra naib II Filipp kral XV Lüdovik və saray əhalisini 15 iyun 1722-ci ildə Versal sarayına köçürdü. Həmin ilin 22 oktyabrında Reymsdə XV Lüdovik üçün rəsmi tacqoyma mərasimi keçirildi. 22 dekabr 1722-ci ildə sevimli anası Elizabet Şarlottanın vəfatıyla dövlət işlərindən uzaqlaşmağa başladı və 15 fevral 1723-cü ildə kralın artıq yetkinlik çağında olmasını bəhanə göstərərək naiblikdən çəkildi. Beləcə, XV Lüdovik real hakimiyyəti ələ aldı. Ancaq yenə də II Filippin siyasi və hərbi təcrübəsindən istifadə etdi. Həmin il 10 avqustda kardinal Duboisin vəfatı ilə XV Lüdovik tərəfindən Fransa Baş naziri təyin olundu. Ancaq bu vəzifədə 4 aya yaxın qalan II Filipp 2 dekabr 1723-cü ildə Versal sarayında məşuqələrindən birinin qollarında vəfat etdi. Ertəsi gün cənazəsi doğulduğu Sen-Kludakı saraya aparıldı və mərasimin ardından Sen-Deni bazilikasına dəfn olundu.
Ailəsi
18 fevral 1692-ci ildə Versal sarayında əmisi XIV Lüdovikin məşuqəsindən doğulan qızı Fransiska Mariya ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı doğulsa da, xoşbəxt ola bilmədilər. Ömrünün sonunadək II Filipin bir çox məşuqəsi və onlardan doğulan övladları oldu.
- Mariya İzabella (17 dekabr 1693 - 17 oktyabr 1694) – uşaq yaşda vəfat etdi.
- Mariya Luiza Elizabet, Berri hersoqinası
- Luiza Adelayd
- Şarlotta Aqlay, Modena hersoqinası
- Lüdovik, Orlean hersoqu
- Luiza Yelizaveta, İspaniya kraliçası
- Filippina Yelizaveta (18 dekabr 1714 - 21 may 1734)
- Luiza Diana, Konti şahzadəsi
Maraqlı faktlar
- 1720-ci ildə Paris Universitetində təhsili pulsuz etdi və Fransa Milli Kitabxanasını xalqa açdı.
- 1700-1723-cü illərdə topladığı 500-ə yaxın mühüm rəsm əsərini toplayaraq Orlean kolleksiyasının əsasını qoydu.
- ABŞ-ın Luiziana ştatındakı Nyu-Orlean şəhəri onun şərəfinə adlandırılmışdır.
Mənbə
- Seward, Desmond (1973). Prince of the Renaissance: The Golden Life of François I. New York: Macmillan Publishing Co.
- Baumgartner, Frederic J (1988). Henry II, King of France, 1547–1559. Duke University Press.
- Plowden, Alison (2011). Marriage With My Kingdom. The History Press.
- Frieda, Leonie (2003). Catherine de Medici: Renaissance Queen of France. HarperCollins.
İstinadlar
- Philippe d'Orléans // Benezit Dictionary of Artists (ing.). OUP, 2006.
- Philippe II, duc d'Orleans // Encyclopædia Britannica (ing.).
- Union List of Artist Names (ing.). 2020.
- Catalog of the German National Library (alm.).
- Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Filipp fr Philippe II d Orleans 2 avqust 1674 Sen Klu 2 dekabr 1723 Versal Orlean hersoqu I Filippin oglu Orlean hersoqu 1715 1723 cu illerde taxt naibi olaraq xidmet etmisdir II Filippfr Philippe d OrleansKral naibi1 sentyabr 1715 15 fevral 1723MonarxXV Ludovik13 Orlean hersoqu9 iyun 1701 2 dekabr 1723EvvelkiI FilippSonrakiLudovikSexsi melumatlarDogum tarixi 2 avqust 1674 1674 08 02 Dogum yeri Sen KluVefat tarixi 2 dekabr 1723 1723 12 02 49 yasinda Vefat yeri VersalDefn yeri Sen Deni bazilikasiFealiyyeti resm kolleksioneri d herbi qulluqcu rehber incesenet xadimi ressam isleme ustasiAtasi I Filipp Orlean hersoqu Anasi Elizabeth Charlotte of the Palatinate Duchess of OrleansHeyat yoldasi Francoise Marie de Bourbon 1692 Usaqlari Orleanli Luiza Elizabet Ludovik Orlean hersoqu Charlotte Aglae d Orleans Louise Adelaide d Orleans Philippine Elisabeth d Orleans Louise Diane d Orleans Marie Louise Elisabeth d OrleansDini Roma Katolik kilsesiRutbesi general Vikianbarda elaqeli mediafayllarHeyati2 avqust 1674 cu ilde dunyaya geldi Atasi Fransa krali XIII Ludovikin oglu Orlean hersoqu I Filipp anasi ise Pfals kurfurstu I Karl Ludviqin qizi Elizabet Sarlottadir Dogumundan etibaren Sartr hersoqu elan olundu Mukemmel saray tehsili aldi Emisi XIV Ludovikin seltenetinde atasiyla birlikde herbi seferlere qatildi Ardindan emisi nevesi Burbonlu Filippin Ispaniyadaki taxt mubarizesinde istirak etdi Davam eden Ispaniya veraset muharibesi sebebile Avropanin diger ailelerinden bir xanimla evlenmesi mumkun deyildi Bu sebeble emisi XIV Ludovikin mesuqesinden dogulan qizi Fransiska Mariya ile evlenmesine qerar verildi Anasinin bu evliliye qarsi cixmasina baxmayaraq cutluk 18 fevral 1692 ci ilde Versal sarayinda evlendi Ziyafetde o esnada surgunde olan Ingiltere krali II Ceyms ve ailesi de istirak etdi Cutluk bir birini sevmedi ve Filippin omrunun sonuna qeder bir cox mesuqesinden ovladlari doguldu Atasinin 1701 ci ilde vefat etmesinin ardindan Orlean hersoqu teyin olundu 1705 ci ilde Tampliyerlerin bas ustadi oldu ve teriqet onun dovrunde yariaciq fealiyyete basladi Fransa taxt tac siralamasinda olduqca geride idi Bu meqsedle ailesinin one cixmasi ucun fealiyyete basladi 1710 cu ilde boyuk qizi Mariya Luiza Elizabeti kralin qardasi dofen Ludovikin kicik oglu Karlla evlendirdi Belece qizi ve kurekeni ondan daha on siraya kecdi Diger yandan boyuk bacisi Anna Mariya ve Sardiniya krali II Viktor Amadeyin qizini dofen Ludovikin boyuk oglu ile evlendirdi Buna baxmayaraq kralin yegane varisi dofen Ludovik ve ogullarinin genc yasda vefat etmesiyle taxt siralamasi tamamile deyisdi Kral oz vesiyyetinde ozunden sonra taxta neticesi Ludovikin cixmasini qardasioglu II Filippin ise ona naiblik etmesini istedi Naiblik donemi Ancaq 25 avqust 1715 ci ilde XIV Ludovik ikinci xanimi ve sexsi kesisinin tesiriyle vesiyyetine elave bir qeyd yazdi Bu qeydle qardasioglu II Filippin naibliyi legv edildi ve nigahdan kenar oglu Main hersoqu ile Villeroy hersoqu varis uzerinde tam soz sahibliyine getirildi Ancaq olumunden bir nece gun once yazilan bu elavenin kral yox onun xanimi terefinden yazildigi iddia edildi Bele ki 1 sentyabr 1715 ci ilde XIV Ludovik vefat etdi ve neticesi 5 yasli XV Ludovik taxta cixarildi Ertesi gun II Filipp parlamente gederek vesiyyetnamenin elavesine etiraz etdiyini ve yeni kralin naibliyini teleb etdi Uzun muzakirelerin ardindan parlament taxt siralamasinda ikinci yerde olan Orlean hersoqunu geri cevire bilmedi ve merhum kralin vesiyyetnamesindeki son elaveni legv ederek II Filippi kral naibi teyin etdi Bir nece ay sonra krali da yanina alaraq Tuilri sarayina gelen II Filipp dovlet idaresini ve saray ehalisini buraya kocurdu Genuya dojunun qebul merasimi 15 may 1685 En sagda qirmizi geyimdeki 10 yasli FilippII Filipp bustu 1713 Versal sarayi Naibliyi dovrunde Fransa kralligi qonsu dovletlerle olan munasibetlerini yaxsilasdirdi Emisinin Ispaniya veraset muharibesi sebebile mubarize apardigi Ingiltere Muqeddes Roma imperiyasi ve Hollandiya ile munasibetler yaxsilasdi Rusiya ile qurulan siyasi elaqelerin neticesinde Car I Pyotr 1717 ci ilde Fransaya seyahet etdi Senzura legv edildi ve XIV Ludovik seltenetinde qadagan olunan kitablarin yeniden nesrine baslandi Ilk once vergiler azaldildi ve 25 min esger ordudan buraxildi Daha sonra yerli bankerlerle apardigi mubarize 1718 1720 ci illerde Bretan bolgesinde usyana sebeb oldu Fransa ve Ispaniya taxt tacini birlesdirmek niyyetinde olan kralin emisi V Filipp terefinden desteklenen bu usyan ugursuzluqla neticelendi ve rehberleri ele kecirilerek Nantda edam olundu V Filippin tertiblediyi bir saray cevrilisi de hemin ilin dekabrinda uze cixdi ve ispan sefiri II Filippin qardasiyla xanimi bu cevrilisde teqsirkar gorulerek hebs edildiler Bu hadiselerin ardindan II Filipp kralin adina 9 yanvar 1719 cu ilde muttefiqleriyle birlikde Ispaniyaya muharibe elan etdi Elde edilen herbi ugurlarin sonunda terefler 17 fevral 1720 ci ilde Haaqada sulh imzaladi ve Utrext sulhunun sertleri yeniden tesdiqlendi Iki dovlet arasindaki sulhun guclendirilmesi meqsedile 3 siyasi evlilik planlasdirildi Bu plana esasen usaq kral XV Ludovik ispan kralinin qizi Marianna Viktoriyayla naibin qizlari Luiza ve Filippina ispan kralinin ogullari Luis ve Karlla nisanlandi Ancaq bu nisanlardan yalniz biri infant Luisle Luiza Yelizavetanin nisani evlilikle tamamlandi V Filippin usaq kralla nisanlanan qizi Marianna Viktoriya 1721 ci ilin martinda Parise getirildi Burada naibin baldizi ve XIV Ludovikin nigahdan kenar qizlarindan olan Burbonlu Mariya Annanin himayesine verilen qizcigaz Tuilri sarayinda yasadi Naibin boyuk qizi Luiza Yelizaveta ve infant Luisin nigahlari ise 1721 ci ilin noyabrinda qiyabi halda baglandi ve 12 yasli qizcigaz bacisiyla birlikde Madride gonderildi Fransiz qizlari Madridde olduqca soyuq qarsilandi Ispaniya kralicasi ve infantin ogey anasi olan Izabella Farnezenin etirazlarina baxmayaraq cutluk 20 yanvar 1722 ci ilde Madridde evlendi Ancaq Haaqasulhunun tezlikle pozulmasi sebebile usaq kral XV Ludovikin nisanlisi Marianna Viktoriya derhal Madride geri gonderildi Buna cavab olaraq naib II Filippin kicik qizi Filippina da Parise gonderildi ve 2 dovlet arasindaki munasibetler yeniden pislesdi Bu munasibetler gelecekde XV Ludovikin oglu dofen V Filippin qizi Mariya Tereza Rafaellanin evliliyi ile duzelecekdi Son illeri Iflasiyla Missisipi sirketini de iflas etdiren banker Con Lounun tehlukeli iqtisadi reformlarini destekledi Ancaq iqtisadi bohranin baslamasindan sonra naib II Filipp kral XV Ludovik ve saray ehalisini 15 iyun 1722 ci ilde Versal sarayina kocurdu Hemin ilin 22 oktyabrinda Reymsde XV Ludovik ucun resmi tacqoyma merasimi kecirildi 22 dekabr 1722 ci ilde sevimli anasi Elizabet Sarlottanin vefatiyla dovlet islerinden uzaqlasmaga basladi ve 15 fevral 1723 cu ilde kralin artiq yetkinlik caginda olmasini behane gostererek naiblikden cekildi Belece XV Ludovik real hakimiyyeti ele aldi Ancaq yene de II Filippin siyasi ve herbi tecrubesinden istifade etdi Hemin il 10 avqustda kardinal Duboisin vefati ile XV Ludovik terefinden Fransa Bas naziri teyin olundu Ancaq bu vezifede 4 aya yaxin qalan II Filipp 2 dekabr 1723 cu ilde Versal sarayinda mesuqelerinden birinin qollarinda vefat etdi Ertesi gun cenazesi doguldugu Sen Kludaki saraya aparildi ve merasimin ardindan Sen Deni bazilikasina defn olundu Ailesi18 fevral 1692 ci ilde Versal sarayinda emisi XIV Ludovikin mesuqesinden dogulan qizi Fransiska Mariya ile evlendi Cutluyun bu nigahdan 8 ovladi dogulsa da xosbext ola bilmediler Omrunun sonunadek II Filipin bir cox mesuqesi ve onlardan dogulan ovladlari oldu Mariya Izabella 17 dekabr 1693 17 oktyabr 1694 usaq yasda vefat etdi Mariya Luiza Elizabet Berri hersoqinasi Luiza Adelayd Sarlotta Aqlay Modena hersoqinasi Ludovik Orlean hersoqu Luiza Yelizaveta Ispaniya kralicasi Filippina Yelizaveta 18 dekabr 1714 21 may 1734 Luiza Diana Konti sahzadesiMaraqli faktlar1720 ci ilde Paris Universitetinde tehsili pulsuz etdi ve Fransa Milli Kitabxanasini xalqa acdi 1700 1723 cu illerde topladigi 500 e yaxin muhum resm eserini toplayaraq Orlean kolleksiyasinin esasini qoydu ABS in Luiziana statindaki Nyu Orlean seheri onun serefine adlandirilmisdir MenbeSeward Desmond 1973 Prince of the Renaissance The Golden Life of Francois I New York Macmillan Publishing Co ISBN 9780026097000 Baumgartner Frederic J 1988 Henry II King of France 1547 1559 Duke University Press ISBN 9780822307952 Plowden Alison 2011 Marriage With My Kingdom The History Press ISBN 9780752467412 Frieda Leonie 2003 Catherine de Medici Renaissance Queen of France HarperCollins ISBN 9781842127254IstinadlarPhilippe d Orleans Benezit Dictionary of Artists ing OUP 2006 ISBN 978 0 19 977378 7 Philippe II duc d Orleans Encyclopaedia Britannica ing Union List of Artist Names ing 2020 Catalog of the German National Library alm Bradbury Jim 2007 The Capetians The History of a Dynasty Continuum International Publishing Group ISBN 978 0826435149