Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin şübhə doğurur. |
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri.Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur.
Tampliyerlər | |
---|---|
Yaranma tarixi | 1119–1312 |
Ölkə | |
Tabedir | Papa |
Daxildir | Qərbi xristian silahlı qüvvələri |
Tərkibi |
|
Vəzifəsi | xristian zəvvarların qorunması |
Sayı | 15 000–20 000 üzvdən 10%-i cəngavərlər idi. |
Qərargah | Məbəd dağı, Qüds |
Ləqəbi | Məbəd mühafizləri |
Himayədarı | |
Şüarı | Non nobis Domine, non nobis, sed nomini tuo da gloriam (Bizim yox, Ya Rəbb bizə deyil, adına şöhrət nazil et!) |
Rəngləri | Ağ mantiya üzərində qırmızı xaç |
Döyüşlər | Səlib yürüşləri , Monjizar döyüşü (1177) Hattin döyüşü (1187), , , , Rekonkista |
Vikianbarda əlaqəli mediafayllar |
Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur. Onlar həm səlibçilərin Suriya və Fələstində yaratdıqları dövlətlərdə, həm də Avropada geniş torpaqlara malik olmuşdur. Orden həmçinin geniş kilsə və hüquqi imtiyazlara da malik olmuşdur. Bu imtiyazları ordenin birbaşa tabe olduğu Roma papası, həmçinin ərazilərində əmlaka malik olduqları monarxlar tərəfindən verilmişdir. Ordenin ilikn vəzifəsi Müqəddəs Torpağa gedən zəvvarları qorumaq olsa da, onlar həmçinin Yaxın Şərqdəki səlibçi dövlətlərinin müdafiəsi ilə də məşğul olmuşdur.
Lakin 1291-ci ildə səlibçilərin Misir sultanı Əşrəf tərindən qovulmasından sonra, tampliyerlər əsas diqqəti sələmçilik və ticarətə yönəltmiş, külli miqdarda sərvətə yiyələnmiş və nəticədə də Roma Papası və Avropa monarxları ilə aralarında müxtəlif münaqişələr yaranmışdır.
1307–1314-cü ildə orden Fransa kralı IV Filipp tərəfindən təqibə uğramış və 1314-cü ildə papa V Kliment tərəfindən ləğv edilmişdir.
Tarixşümaslıqda Orden üzvlərinin sayının şişirdilməsi tendensiyası mövcuddur. Vilke hesab edirdi ki ordenin 15000 cəngavəri olub, Sekler bu rəqəmi iyirmi minə, Malyar de Şambür otuz minə qaldırır. Bütün bu rəqəmlər Kral Filipp tərəfindən həbs edilən cəngavər sayları ilə uyğunsuzluq təşkil edir. Belə ki, Fransada 538, Kiprdə 75, Malyorkada isə iyirmi cəngavər həbs edilmişdi. Belə hesab etməm mümkündür ki, tarixçilər cəngavərlərin nökər və silahdaşıyanlarını da orden üzvü siyahısına daxil edirlər.
Tarix
Tampliyerlər ordenin tarixini ilk dəfə qələmə alan tarixçi Tirli Vilhelmin əsərində bu ordenin 1118-ci ildə, Şampan qrafının vassalı olan cəngavər Huqo de Peyn və onun səkkiz silahdaşı tərəfindən, Müqəddəs Torpağa gələn zəvvarları mühafizə məqsədilə yaradıldığı bildirilmişdir. Bu ordeni onlar "Səfil Cəngavərlər" adlandırmışlar. Həmin tarixçinin yazdığına görə, qardaşlığın qərargahı olmadığından, Qüds kralı II Bolduin öz sarayının bir hissəsini, daha dəqiq Əl-Əqsa məscidini onların ixtiyarına vermişdir. Bu saray qədim Qüds məbədinin yerində ucaldığından, orden özünün məşhur adı olan "tampliyer" (fransızca "məbəd" mənasını verən "temple" sözündəndir, "tampliyer" məbədçi deməkdir) adını almışdır.
1127-ci ildə kral Avropaya səfərə yollamışdır. Bu səfərin əsas məqsədi qrafı Fulku Qüdsə gələrək, kralın qızı Melisenda ilə evlənmək və Qüds krallığının vəliəhdi olmağa razı salmaq idi. Həmçinin, Huqo de Peyn Papanın razılığı ilə öz ordeninə yeni namizədlər toplamaq istəyirdi. Həmin dövrdə ordenin üzvlərinin sayı şübhəlidir. Ən məşhur versiyaya əsasən tampliyerlər cəmisi doqquz nəfərdən ibarət idi. Lakin belə mühüm vəzifənin orden komandoruna tapşırılması, onların sayının göstəriləndən xeyli çox olduğu düşüncəsini təsdiqləyir.
Huqo de Peyn bu səfəri zamanı Fransada, Flandriyada, İngiltərədə və Şotlandiyada olur və bir çox zadəganı öz ordeninə qoşulmağa razı sala bilir. Həmçinin o, xeyli ianə toplamağı da bacarır. O, dəstək qazanmaq üçün dini çevrələrdə son dərəcə məşhur olan abbat Klevroslu Bernardla görüşə nail olur. Bu məqsədlə şəhərində böyük kilsə qurultayı keçirilir və həmin iclasda Huqo de Peyn tampliyerlər ordeninin məramı və məqsədi haqqında iştirakçılara geniş məlumat vermir. Qurultayda ordenin nizamnaməsi qəbul edilir. Girişdə yazılır ki, dünyəvi cəngavərlər əsas vəzifələri olan ədaləti bərpa etməyə nifrət edir və xristian kimi keşişlərə, dullara, yetimlərə kömək etməli olduğu halda bunu yerinə yetirmir, əvəzində isə soyğunçuluqla, qarət və qətllərlə məşğul olur. Lakin onlardan tampliyerlərə qoşulanlar əsl cəngavər ruhunu bərpa etməklə bərabər ruhlarını da xilas edə bilərlər. Bu qaydaya əsasən, cəngavərlər döyüş əməliyyatları olmadığı vaxtlar tam tərkidünya zahid həyatı sürməli idilər. Həmin nizamnamədə göstərilir ki, orden üzvləri cəngavər, serjant və silahdaşıyan olmaqla üç qrupa bölünür. Yalnız cəngavərlər daimi surətdə ağ geyimdə olmalı idilər. "Ağ geyim yalnız tamamilə tabe olmuş cəngavərlərə məxsusdur, çünki zülmətlə dolu həyatını geridə qoymuş şəxslər təmiz yaşayışla öz Yaradanına qayıtmalıdırlar. Ağ təmizliyin, ruhi sükunətin və bəkarətin rəmzidir"
Bəkarət orden üzvləri üçün əsas şərtlərdən biri idi. Buna görə də ordenə subayları götürürdülər. Evlilər də cəngavər ola bilərdilər, lakin onlar ağ paltar geyinə bilməzdilər.
Cəngavərlərə yalnız tam geyimdə yatmağa icazə verilirdi. Onlar həftədə üç dəfədən artıq ət yeyə bilməzdilər. Onlara əlavə olaraq hər cür ov qadağan edilmişdi. Yalnız şir ovlamaq istisna edilmişdi. Hesab edilirdi ki, şirlər şeytan kimi, öz ovlarını axtarır. Həmçinin, cəngavərlərə gözəl, rahat, qızıl və gümüş istifadə olunmuş paltar və ayaqqabılar da qadağan edilmişdi. Onlar söhbət zamanı ehtiyatla davranmalı, çox danışmamalı və heç vaxt qışqırmamalı idilər. Qadınlar heç bir halda yada salına bilməzdi. Paxıllıq, qibtə kimi cəhətlər pislənirdi. Heç kim özünə nəsə istəyə bilməzdi. Yalnız magistr istədiyi adama hansısa əşyanı və ya atı verməkdə tam sərbəst idi.
Orden üzvləri magistrın icazəsi olmadan heç bir yaşayış məntəqəsinə daxil ola bilməzdilər. Magistr ordendə qeyri-məhdud hakimiyyətə malik idi. O, istədiyi vaxt, təcrübəli insanlarla məsləhətləşə, yaxud şura toplaya bilərdi.
Abbat Klevroslu Bernard yeni yaranmış ordenə tam dəstək vermişdir. Məhz onun təkidi ilə şura ordeni tanımışdır. Daha sonra papa II Honori də ordenə xeyir-dua verdi. Bernard tampliyerlərə müraciətində ordenin əsas məqsədinin müharibədə deyil, dini sahədə olduğunu bildirmişdir. "Daxili düşmənləri yenmədiyimiz surətdə xaricilərin üzərinə hücuma keçmək mənasızdır". O, həmçinin cəngavərlərin mənəvi qüvvələrini artırmaq üçün onları cəlb edən bəyanatlar da səsləndirmişdir. "Ölü və diri olaraq hamımız Tanrıya məxsusuq. Döyüş meydanından qayıdanlara eşq olsun! Lakin şəhid olanlar da Tanrının inayətini qazanmışlar. İgid insanlar, əgər Tanrı üçün yaşamaq və ölməyə hazırsınızsa, onda bu cərgəyə qoşulun. Həyat həqiqətən gözəl və qələbə ucadır. Lakin ölüm bunlardan üstündür. Çünki, döyüşdə həlak olanlara Tanrı özü xeyir-dua verir".
Bu şuranın bitməsindən sonra Huqo de Peyn Fələstinə geri döndü. O, özü ilə xeyli sayda könüllü və külli miqdarda ianə gətirmişdi. Bu dövrdə orden özünün sərhədini aşaraq, İspaniyaya da çatmış, burada müsəlman dövlətləri ilə müharibə aparan Araqon kralı I Alfonsonun vəsiyyətnaməsinə əsasən, İspaniyada xeyli qəsrə və gəlirlərin onda birinə sahib olmuşdu.
Ordenin nüfuzu artdıqca onun daxili iyerarxiyası da inkişaf etmişdir. Magistrlər tez bir zamanda təkcə Fələstin ərazisində deyil, Qərbi Avropada da əhəmiyyətli fiqurlara çevrilmişlər. Onların əlində nəhəng maliyyə imkanları cəmlənmişdir və qısa vaxt ərzində cəmiyyətin hörmətli üzvləri olmuşlar. İsanın cəngavərləri sayıldıqlarından, bütün qapılar onların üzünə rahat açılmışdır.
Huqo de Peyn Qüdsə qayıdan kimi kral II Bolduin dərhal Dəməşqin üzərinə səfər hazırlığına başladı. Yeni ordenə qoşulmuş tampliyerlər bu ordunun əsas hərəkətverici qüvvəsi sayılırdı. Dəməşqin üzərinə yürüyən qoşun yolda ikən nizam-intizamı itirmiş və başıpozuq soyğunçu dəstəsinə çevrilmişdi. Şəhərin yaxınlığında onlar süvari məmlük qoşununun həmləsinə məruz qalaraq darmadağın olmuşlar. Salnaməçilər cəmi qırx beş cəngavərin sağ qaldığı haqda məlumatları qeyd etmişlər.
Bundan sonra tampliyerlər Fələstinin şimal ərazisində bəzi qalalar inşa etmişlər. Bu vaxtlar Antioxiya knyazı II Boemund Suriya əmiri Qazi ilə döyüşdə həlak olmuşdu. Onun taxt-tacı uğrunda mübarizədə kral II Boduinlə qızı — arvadı Alisa arasında mübarizə yaşanmış, bunun nəticəsində də kral duyduğu üzüntüdən həmin il vəfat etmişdi.
Həmin mübarizədə tampliyerlər aktiv şəkildə iştirak etmişlər. 1136-cı ildə ordenin Baş magistri Huqo de Peyn vəfat etdi. Qüdsdə toplaşmış orden kapitulu onun yerinə Rober de Kraonu Baş magistr vəzifəsinə seçdi. O, yaxşı inzibatçılıq qabiliyyətinə malik idi və ordenin təşkilati işlərilə ciddi surətdə məşğul olmağa başlamışdır. Məhz fövqəladə səyləri nəticəsində 1139-cu ildə Papa "Omni Datum Optimum" adlı bulla ilə çıxış etdi. Həmin bullada göstərilmişdir ki, tampliyerlər ordeninin üzvləri bundan sonra birbaşa yalnız Papaya tabe olurlar. Həmçinin, onlar döyüş meydanındakı qəniməti heç kimlə bölüşdürməmək, sərhədləri maneəsiz keçmək, heç bir vergi ödəməmək kimi imtiyazlara da sahib olurlar. Bu ordenin onsuz da yüksək olan nüfuzunu daha da qaldırmış, onların hakimiyyətlərini möhkəmləndirmişdir.
1144-cü ildə səlibçilərin Fələstindəki əsas məntəqələrindən biri olan Edessa (Urfa) şəhəri məmlük sultanı Zəngi tərəfindən geri alınmışdı. Bu haqda xəbər Avropaya çatan kimi Papa dərhal Fransa kralı , onun şəxsində də bütün Avropa monarxlarına Müqəddəs Torpağa yeni Səlib yürüşü təşkil etmək çağırışını səsləndirmişdir. Bu ideyanı tampliyerlər ordeninin hamisi abbat Bernard da dəstəkləmişdir. O, əhaliyə çağırışında yazmışdır: "Əbədi xilaskar otuz il insanlar arasında yaşadığı torpaqları itirməkdədir. Hamıya məlumdur ki, sizin ölkənizdə xeyli güclü və gənc kişilər vardır. Bütün dünya onların rəşadətini tərifləyir, onların gücünün şöhrəti hamının dilindədir. İndi sizin uğrunda vuruşacağınız işiniz vardır. Bu yolda qazanılmış qələbə şöhrətinizi hər yana yayacaqdır, həlak olmaq isə gerçək xoşbəxtlikdir. Bu imkanı əldən verməyin. Xaç işarəsinin altına toplaşın və dərhal səmimi-qəlbdən etiraf edəcəyiniz günahlarınız bağışlanacaqdır. Bu işi tam itaətkarlıqla görəcəyiniz halda İlahi Səltənətə qovuşacaqsınız".
Bernard həm də Müqəddəs Roma İmperatoru səfərə çıxmağa razı sala bilmişdi. 1147-ci ildə imperator və Fransa kralı ayrı-ayrı yollarla çoxsaylı məiyyət və ordunun müşayiətilə Fələstinə yola düşdü. Lakin İmperator Konradın qoşunu Anadoluda türklər tərəfindən darmadağın edildi və o, qalan əsgərləri ilə birlikdə, kralın ordusuna qoşuldu. Yolda çətinliklərlə üzləşən kral ordunun başına tampliyerləri gətirdi və onların köməyi ilə sağ-salamat Antioxiyaya çata bildi. Daha sonra Akra yollanan səlibçilər buradakı şurada Dəməşqin üzərinə hücuma keçmək qərarına gəldilər. Lakin səfər tam uğursuzluqla başa çatdı.
Daxili strukturu
Tampliyerlər zaman keçdikcə yerli müsəlman əhaliyə qarşı dözümlü münasibət göstərməyə başlayırdılar. Onlar müsəlmanlarla ticarətlə məşğul olur, bir çox hallarda səmimi münasibət yaradırdılar. Hətta Avropadan yeni gəlmiş səlibçilərdə bu heyrət doğururdu. Bu mövzuda Üsamə ibn Münqızın xatirələri çox maraqlıdır. "Qüdsə gəldiyim zaman mən Əl-Əqsa məscidinə daxil oldum. Xaçlılar buranı kilsəyə çevirmişdilər. Mənim dostlarım tampliyerlər mənə ibadət etməm üçün bir yer ayırdılar. Mən bir gün orada namaz qılarkən franklardan biri üstümə atıldı və üzümü şərqə tərəf çevirərək dedi "belə ibadət etmək lazımdır". Tampliyerlər onu qovdular və məndən üzr istəyərək bildirdilər ki, bu şəxs yaxınlarda Avropadan gəlib və başqa cür ibadət edənləri görməyib".
Tampliyerlərin daxili nizam-intizamı onların qəbul etdikləri yazılı qanunla müəyyənləşdirilmişdi. Burada onların gündəlik həyatına dair hər bir məsələ işıqlandırılmışdı. Bu qaydaların bəziləri zamanla dəyişmiş, bəziləri isə ilkin variantda saxlanmışdı. Göstərilirdi ki, magistr dördədək at sahibi ola bilər. Ona öz məiyyətində katib, keşiş, serjant və atlı silahdaşıyan, dəmirçi, muzdlu döyüşçü, tərcüməçi və aşpaz saxlamaq ixtiyarı verilmişdi. Burada bir sıra məhdudiyyətlər də qoyulmuşdu. O, xəzinənin açarını özündə saxlaya bilməzdi. Oradan pul götürən zaman ən hörmətli şəxslərlə məsləhətləşmək məcburiyyətində idi. Cəngavər olmaq üçün mütləq cəngavər nəslindən olmaq tələb olunurdu. Qaydaları pozanlara qarşı sərt tədbirlər görülürdü. Verilən cəzaların arasında şallaqla döyülmək, qandallanaraq zindana salınmaq və yeməyi döşəmənin üzərində uzanaraq yemək kimi tədbirlər geniş tətbiq olunurdu. Orden üzvlərinə heç bir mülkiyyət sahibi olmaq icazəsi verilmirdi. "Evdə hər şey ümumi olduğuna görə, magistrin və başqa birinin nəyisə özünə götürməsinin qəti qadağan olduğu unudulmamalıdır". Əgər orden üzvlərindən kimdəsə ölümdən sonra pul tapılırdısa, onu tampliyerlərin ümumi qəbristanlığında dəfn etmirdilər.
Qaydaların bir hissəsi atlara qulluğa və cəngavər təlimlərinə həsr edilmişdir. Orada göstərilir ki, cəngavərlər ordenə daxil olarkən, atı və döyüş ləvazimatını özü ilə gətirməli idi. Atın yəhərini və üzəngisini qızıl-gümüş və daş-qaşla bəzəmək qəti qadağan edilirdi. Cıdırda iştirak etməyə xüsusi icazə tələb olunurdu, mərc gəlmək isə qadağalardan biri idi.
Döyüş zamanı tampliyerlərin ağ-qara bayrağını on cəngavərin mühafizəsi altında olan marşal saxlayırdı. Döyüş meydanında bayraq dalğalandığı müddət ərzində heç bir orden üzvü geri çəkilə bilməzdi. Əgər cəngavər öz dəstəsindən ayrı düşsəydi, ona digər ordenlərin sırasına qoşulmağa icazə verirdilər. Komandirdən icazəsiz döyüşə atılanlara çox ağır cəzalar verilirdi.
1153-cü ildə tampliyerlər Qüds krallığının ordusu ilə birlikdə Askalon şəhərinin mühasirəyə alınmasında iştirak etmişlər. Dəniz sahilində yerləşən bu şəhər strateji nöqteyi-nəzərdən son dərəcə vacib obyekt olmuşdur. Tampliyerlər mühasirə vaxtı divarda yaranmış deşiyin köməyi ilə magistr Bernard de Tremelenin başçılığı altında şəhərə daxil olmuşdular. Lakin vuruşma nəticəsində onların hamısı döyüş meydanında həlak olmuşsa da, nəticədə şəhər səlibçilər tərəfindən alınmışdır.
Tampliyerlərin müharibə meydanında məğlubiyyətləri bununla məhdudlaşmır. Beş ildən sonra yeni magistr Bertran de Blanfor 300-ə yaxın cəngavərlə birlikdə, İordan çayının yaxınlığında müsəlmanlar tərəfindən əsir alınmışdı.
Bu dövrlər səlibçi dövlətlərinin daxilində hakimiyyət üstündə baş verən qarşıdurmalarla əlamətdardır. Belə ki, Qüds kralı anası Melisenda arasında taxt-tac mübarizəsi getmişdir. Bütün bunlar son dərəcə qarmaqarışıq dövr üçün səciyyəvi haldır.
1168-ci ildə Antioxiya şəhəri ətrafında gedən döyüşdə, knyaz III Boemund tampliyerlərlə birlikdə mühasirəyə düşmüş, nəticədə ordenin yetmişə yaxın cəngavəri həlak olmuşdur. Məhz bu kimi hadisələrin təsiri altında tampliyerlər səlibçilərin digər qüvvələrindən ayrılaraq, təkbaşına əməliyyatlar keçirmək qərarı vermişlər.
1187-ci ildə səlibçilər Sultan Səlahəddinin ordusuna məğlub oldular. Bu döyüşdə kral Gi de Luzinyan, habelə digər dövlət xadimləri ilə bərabər, tampliyerlərin 230 cəngavəri əsir götürülmüşdü. Səlahəddin krala və ordenin magistri Jerar de Ridfora aman verilməsini əmr etdi. Digər cəngavərlər isə, ölüm cəzasına məhkum edildilər. Məhz bu vuruşmadan sonra Qüdsün taleyi həll olundu və Sultan Səlahəddinin komandanlığı altında müsəlman qoşunu həmin il oktyabrın 2-də şəhəri səlibçilərdən geri aldı. Bununla da Tampliyerlər ordeni özünün qərargahından məhrum oldu.
Qüdsün itirilməsi Avropada geniş əks-səda doğurmuşdur. Papaya bu xəbəri İtaliyada olan tampliyerlər vermişdilər. Bütün xristian dünyası Qüdsün itirilməsindən ağır kədər hissinə qərq oldu. Papa bunu Tanrının insanlara günahlarından ötrü göndərdiyi cəza kimi başa düşdüyünü bildirmişdi. O, bu kədərə dözməyərək, tezliklə dünyasını dəyişdi.
Lakin bütün ciddi-cəhdlərə baxmayaraq, sonrakı yüz il ərzində də uğur qazanmaq mümkün olmadı və səlibçilər get-gedə Yaxın Şərqdəki torpaqlarını itirdilər. Nəhayət 1291-ci ildə Akr şəhərinin alınması ilə səlib yürüşləri epopeyası dövrü başa çatdı.
Həbs və darmadağın
Məhz bundan sonra tampliyerlərin əhəmiyyəti azalmağa başlamışdır. Buna görə də onları qospitalyer ordeni ilə birləşdirmək haqqında fikirlər ortaya atılmışdır. Bu haqda bir çox nüfuzlu şəxs öz təkliflərini ortaya qoysalar da Tampliyer Ordeninin son magistri Jak de Mole qətiyyətlə bu düşüncələri rədd etmişdir. Onun fikrincə, birləşmə yalnız hər iki ordenin gücünün azalmasına səbəb ola bilərdi. Jak de Mole bunun əvəzinə Fələstin ərazisini yenidən ələ keçirmək üçün bütün Avropa dövlətlərinin gücünü birləşdirərək, yeni səlib yürüşü təşkil etməyi təklif etmişdi.
Orden vergilərdən azad olduğuna və başqa digər güzəştlərinə görə nəhəng maliyyə korporasiyasına çevrilmişdi. Onlar bank xidmətləri göstərir, borc verir və maliyyə imkanlarını daha da artırırdılar. Bu məsələdə onlara yardımı dəyirdi. Demək olar ki, Avropanın bütün krallarının tampliyerlərə külli miqdarda borcu var idi. Bu sırada ən böyük borclu Fransa kralı idi.
1305-ci ildə Fransa kralı IV Filippə orden haqqında bəzi məlumatlar gəlməyə başlamışdır. O, bu məlumatları papa V Klimentə verərək bunları araşdırmasını xahiş etmişdir. Kral tampliyerlərə qarşı istintaqı tamamilə gizli aparır, müəyyən edilmiş anadək heç bir işarə ilə öz məqsədini bildirmirdi. Nəhayət, iki ildən sonra həlledici an yetişdi. Magistr və onun məiyyəti gözlənilmədən ordenin Paris qərargahında həbs edildilər. Üç həftədən sonra kralın əmri əsasında Fransada on beş minə yaxın cəngavər və onların xidmətçisi həbs olundu. Ordenin bütün əmlakı kralın xeyrinə müsadirə edildi. Bu Avropanın tarixində görünməmiş hadisə idi. Tampliyerlər ordeni Fransa kralına deyil, birbaşa Roma Papasına tabe olan nüfuzlu, qüdrətli, maliyyə dayaqları son dərəcə möhkəm olan təşkilat idi.
Həbsdən sonra son dərəcə uzun sürən təhqiqat prosesi başladı. Təhqiqat zamanı həmin dövr üçün xarakterik olan işgəncədən istifadə edirdilər. Təəccüblü deyil ki, Parisdə həbs olunan 138 tampliyerdən 134-ü iki ay ərzində bütün ittihamları qəbul etmişdi.
Prokurorların iddialarına əsasən orden birbaşa Şeytana xidmət edirdi. Yeni üzvlərin hamısını andiçmə mərasimi zamanı Həzrət İsanın yalançı Məsih olduğunu və onun şəxsi günahlarına görə çarmıxa çəkildiyini qəbul etməyə məcbur edirdilər. Habelə mərasim zamanı xaça tüpürməli, andı qəbul edəni ağzından, qarnından və tənasül üzvündən öpməli idi. Bundan sonra onlar digər üzvlərlə cinsi əlaqəyə girməyə təhrik edilir, bunun günah sayılmadığı fikri aşılanırdı. Habelə, onlarda Bafomet adlı bir iblisə ibadət mərasimləri keçirildiyi, onun pişik, kəllə və ya üçüzlü insan başı şəklindəki surətinə səcdə etdikləri bildirilmişdi. İttihamların başqa bir maddəsi tamahkarlıqla bağlı idi. Bildirilirdi ki, ordenin üzvləri əmlaklarını qanuni və ya qeyri-qanuni yollarla böyütməkdən çəkinmirdilər. Həmçinin, Səlib yürüşləri zamanı müsəlmanlarla gizli danışıqlara girərək, pul naminə xəyanətkarlığa yol verdikləri də iddia olunurdu.
Həbslərdən bir ay sonra Papa V Kliment araşdırma aparmaq üçün bütün Avropa hökmdarlarını tampliyerləri həbs etmək və əmlakını kilsənin xeyrinə müsadirə etməyə çağırdı. Bu çağırışda o, istintaqın rəsmən katolik kilsəsinin rəhbərliyinə keçdiyini bildirmişdi. İlk olaraq kilsənin qarşısına magistr çıxmış və o əvvəl verdiyi ifadələri tamamilə inkar etmişdi. Papa fevral ayında işgəncələri dayandırmaq əmri vermişdi. Bütün bunlara baxmayaraq, istintaq prosesi hələ uzun illər davam etmişdir.
Eyni proseslər digər Avropa ölkələrində də baş vermişdir. Orden üzvləri həbs edilmiş, əmlakları müsadirə olunmuşdur. Onlar Papa məhkəməsinin qarşısına çıxarılmışlar. Lakin bəzi ölkələrdə bu proses ləng getmiş, nəticədə tampliyerlər tam olaraq, hər yerdə mühakimə oluna bilməmişlər. Tampliyerlərə qarşı aktiv mübarizə əsasən Fransada getmişdir. Burada hələ 1310-ci ildə ilk 54 nəfər kafir kimi tonqalda yandırılmışdır.
Nəhayət, 1312-ci ildə Papa tampliyerlər ordeninin buraxılması və onun əmlakının qospitalyerlər ordeninə verilməsi haqqında fərman imzalayır. Bu hadisədən sonra ordenin qalan üzvlərinin taleyi də qiyabi surətdə həll olunmuşdur. İki il sonra Parisdəki Yəhudi adasında ordenin son magistri Jak de Mole və Normandiya komandoru Jofrua de Şarne tonqalda yandırılmışlar. Edam zamanı şahidlərin ifadəsinə əsasən, magistr düşmən saydığı kimsələri, Papanı, kralı və Fransanın naziri Giyom de Noqareni lənətləyərək, onları tezliklə İlahi məhkəmədə gözlədiyini bildirmişdir. Adıçəkilən hər üç şəxs, həqiqətən də elə həmin il dünyalarını dəyişmişlər. Bu tampliyer ordeni haqqında əfsanəvi görünən hadisələrin başlanğıcını qoymuşdur.
Ləğvetmədən sonrakı əfsanələr
Orden bir çox Avropa ölkəsində yox edilsə də, tam məhv olmamışdır. Belə ki, Portuqaliyada beş ildən sonra Məsih ordeni adı altında bərpa edilmişdir. Bu orden yüz illər boyunca mövcudluğunu qorumuşdur. Bu da maraqlıdır ki, Xristofor Kolumbun Amerika qitəsinə səyahət etdiyi gəminin üzərində tampliyer xaçı olmuşdur.
Orden haqqında mifik təsəvvürlər təkcə bununla məhdudlaşmır. Jak de Molenin lənətlədiyi kralın hər üç oğlu qısa müddətdə hakimiyyətdə olmuş, hamısı vəliəhdsiz vəfat etdiyinə görə sülalə başa çatmışdır. Bundan sonra Fransa ağır Yüzillik müharibəyə girmiş, sonsuz əziyyətə qatlaşmalı olmuşdur. Əfsanəyə əsasən, kral XVI Lüdovik 1793-cü ildə Parisdə edam olunarkən, xalqın içərisindən çıxan bir nəfər əlini onun qanına batıraraq havaya qaldırmış və "Jak de Mole, intiqamın alındı" deyə qışqırmışdır.
Həmçinin, ordenin masonluğun əsasını qoymaları, Kabbala ilə və başqa mistik kitabları öyrənərək müxtəlif cərəyanlarla məşğul olmaları kimi fikirlər mövcuddur. Bəziləri, onların Cənubi Amerikanı kəşf edərək, oradakı gümüş mədənlərindən xeyli sərvət götürdüklərini bildirirlər. Bundan başqa onların Həzrət İsanın dövrümüzə gəlib çatmış nəslinin nümayəndələrinin mühafizəçiləri olması haqqında da iddialar ortaya atılmışdır. Ordenin İslam dini, ələlxüsus sufilərlə bağlarının olması da bildirilmişdir. Bütün bunlardan başqa əsas ittiham mövzusu ordendə homoseksual əlaqələrin geniş şəkildə yayılması olmuşdur.
Böyük magistrlər
1. | Huqo de Peyn | 1118–1136 | |
2. | Rober de Kraon | 1136–1147 | |
3. | Everar de Barr | 1147–1149 | |
4. | Bernar de Tremele | 1149–1153 | |
5. | Andre de Monbar | 1153–1156 | |
6. | Bertran de Blanşfor | 1156–1169 | |
7. | Fillip de Milli | 1169–1171 | |
8. | Odo de Sent-Aman | 1171–1179 | |
9. | Arnold de Torroxa | 1181–1184 | |
10. | Jerar de Ridfor | 1185–1189 | |
11. | Rober de Sable | 1191–1193 | |
12. | Jilbert Horal | 1193–1200 | |
13. | Fillip de Plessi | 1201–1208 | |
14. | Giyom de Şartr | 1209–1219 | |
15. | Pedro de Montegü | 1218–1232 | |
16. | Arman de Perigor | 1232–1244 | |
17. | Rişar de Bur | 1244/5–1247 | |
18. | Giyom de Sonnak | 1247–1250 | |
19. | Reno de Vişye | 1250–1256 | |
20. | Toma Berar | 1256–1273 | |
21. | Giyom de Bejo | 1273–1291 | |
22. | Tibo Goden | 1291–1292 | |
23. | Jak de Mole | 1292–1314 |
İstinadlar
- Barber, in "Supplying the Crusader States" says, "By Molay's time the Grand Master was presiding over at least 970 houses, including and castles in the east and west, serviced by a membership which is unlikely to have been less than 7,000, excluding employees and dependents, who must have been seven or eight times that number."
- Malcolm Barber, The New Knighthood: A History of the Order of the Temple. Cambridge University Press, 1994. .
- Martin, p. 47.
- Nicholsun, p. 4.
- Malcolm Barber, The Trial of the Templars. Cambridge University Press, 1978. .
- Novikov, 1985
- Novikov
- Read, The Templars. p. 91.
- Armand de Périgord was either killed or captured at the ; authorities differ. Richard de Bures commanded the Templars until the election of Guillame de Sonnac; whether he was Grand Master is disputed. See here 2011-11-12 at the Wayback Machine
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun meqalenin muzakire sehifesine diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar muzakirelerde istirak edesiniz Tampliyerler fr templiers mebedciler fr temple sozunden Mebed cengaverleri ve ya Mesihin ve Suleyman mebedinin cengaverleri lat Pauperes commilitones Christi Templique Salomonici orta esrlerde Fransada ve diger Avropa olkelerinde movcud olmus cengaver ordenlerinden biri Selib yuruslerinde feal istirak etmisler I Selib yurusu zamani ele kecirilmis Qudsu etrafdaki muselman dovletlerinden qorumaq ve bura ziyarete gelen xristian zevvarlari muhafize etmek meqsedile basciliq etdiyi bir qrup cengaver terefinden 1119 cu ilde yaradilmisdir Teriqet Avropada bank ve selem sistemini genislendirmisdir Fransa krali IV Filipin 1307 ci il sentyabrin 22 de verdiyi gosterise esasen oktyabrin 13 u cume gunu ordenin Fransa erazisindeki butun uzvleri hebs olunaraq istintaqa celb edilmisdir Tampliyerlere vurulan son zerbe 23 cu ve sonuncu magistr olan Jak de Molenun tonqalda yandirilmasi olmusdur TampliyerlerYaranma tarixi 1119 1312Olke Papa dovletiTabedir PapaDaxildir Qerbi xristian silahli quvveleriTerkibi tampliyer d Vezifesi xristian zevvarlarin qorunmasiSayi 15 000 20 000 uzvden 10 i cengaverler idi Qerargah Mebed dagi QudsLeqebi Mebed muhafizleriHimayedariSuari Non nobis Domine non nobis sed nomini tuo da gloriam Bizim yox Ya Rebb bize deyil adina sohret nazil et Rengleri Ag mantiya uzerinde qirmizi xacDoyusler Selib yurusleri Monjizar doyusu 1177 Hattin doyusu 1187 Rekonkista Vikianbarda elaqeli mediafayllar Orden XII XIII esrlerde cox varli olmusdur Onlar hem selibcilerin Suriya ve Felestinde yaratdiqlari dovletlerde hem de Avropada genis torpaqlara malik olmusdur Orden hemcinin genis kilse ve huquqi imtiyazlara da malik olmusdur Bu imtiyazlari ordenin birbasa tabe oldugu Roma papasi hemcinin erazilerinde emlaka malik olduqlari monarxlar terefinden verilmisdir Ordenin ilikn vezifesi Muqeddes Torpaga geden zevvarlari qorumaq olsa da onlar hemcinin Yaxin Serqdeki selibci dovletlerinin mudafiesi ile de mesgul olmusdur Lakin 1291 ci ilde selibcilerin Misir sultani Esref terinden qovulmasindan sonra tampliyerler esas diqqeti selemcilik ve ticarete yoneltmis kulli miqdarda servete yiyelenmis ve neticede de Roma Papasi ve Avropa monarxlari ile aralarinda muxtelif munaqiseler yaranmisdir 1307 1314 cu ilde orden Fransa krali IV Filipp terefinden teqibe ugramis ve 1314 cu ilde papa V Kliment terefinden legv edilmisdir Tarixsumasliqda Orden uzvlerinin sayinin sisirdilmesi tendensiyasi movcuddur Vilke hesab edirdi ki ordenin 15000 cengaveri olub Sekler bu reqemi iyirmi mine Malyar de Sambur otuz mine qaldirir Butun bu reqemler Kral Filipp terefinden hebs edilen cengaver saylari ile uygunsuzluq teskil edir Bele ki Fransada 538 Kiprde 75 Malyorkada ise iyirmi cengaver hebs edilmisdi Bele hesab etmem mumkundur ki tarixciler cengaverlerin noker ve silahdasiyanlarini da orden uzvu siyahisina daxil edirler TarixTampliyerler ordenin tarixini ilk defe qeleme alan tarixci Tirli Vilhelmin eserinde bu ordenin 1118 ci ilde Sampan qrafinin vassali olan cengaver Huqo de Peyn ve onun sekkiz silahdasi terefinden Muqeddes Torpaga gelen zevvarlari muhafize meqsedile yaradildigi bildirilmisdir Bu ordeni onlar Sefil Cengaverler adlandirmislar Hemin tarixcinin yazdigina gore qardasligin qerargahi olmadigindan Quds krali II Bolduin oz sarayinin bir hissesini daha deqiq El Eqsa mescidini onlarin ixtiyarina vermisdir Bu saray qedim Quds mebedinin yerinde ucaldigindan orden ozunun meshur adi olan tampliyer fransizca mebed menasini veren temple sozundendir tampliyer mebedci demekdir adini almisdir 1127 ci ilde kral Avropaya sefere yollamisdir Bu seferin esas meqsedi qrafi Fulku Qudse gelerek kralin qizi Melisenda ile evlenmek ve Quds kralliginin veliehdi olmaga razi salmaq idi Hemcinin Huqo de Peyn Papanin raziligi ile oz ordenine yeni namizedler toplamaq isteyirdi Hemin dovrde ordenin uzvlerinin sayi subhelidir En meshur versiyaya esasen tampliyerler cemisi doqquz neferden ibaret idi Lakin bele muhum vezifenin orden komandoruna tapsirilmasi onlarin sayinin gosterilenden xeyli cox oldugu dusuncesini tesdiqleyir Huqo de Peyn bu seferi zamani Fransada Flandriyada Ingilterede ve Sotlandiyada olur ve bir cox zadegani oz ordenine qosulmaga razi sala bilir Hemcinin o xeyli iane toplamagi da bacarir O destek qazanmaq ucun dini cevrelerde son derece meshur olan abbat Klevroslu Bernardla goruse nail olur Bu meqsedle seherinde boyuk kilse qurultayi kecirilir ve hemin iclasda Huqo de Peyn tampliyerler ordeninin merami ve meqsedi haqqinda istirakcilara genis melumat vermir Qurultayda ordenin nizamnamesi qebul edilir Girisde yazilir ki dunyevi cengaverler esas vezifeleri olan edaleti berpa etmeye nifret edir ve xristian kimi kesislere dullara yetimlere komek etmeli oldugu halda bunu yerine yetirmir evezinde ise soygunculuqla qaret ve qetllerle mesgul olur Lakin onlardan tampliyerlere qosulanlar esl cengaver ruhunu berpa etmekle beraber ruhlarini da xilas ede bilerler Bu qaydaya esasen cengaverler doyus emeliyyatlari olmadigi vaxtlar tam terkidunya zahid heyati surmeli idiler Hemin nizamnamede gosterilir ki orden uzvleri cengaver serjant ve silahdasiyan olmaqla uc qrupa bolunur Yalniz cengaverler daimi suretde ag geyimde olmali idiler Ag geyim yalniz tamamile tabe olmus cengaverlere mexsusdur cunki zulmetle dolu heyatini geride qoymus sexsler temiz yasayisla oz Yaradanina qayitmalidirlar Ag temizliyin ruhi sukunetin ve bekaretin remzidir Bekaret orden uzvleri ucun esas sertlerden biri idi Buna gore de ordene subaylari gotururduler Evliler de cengaver ola bilerdiler lakin onlar ag paltar geyine bilmezdiler Cengaverlere yalniz tam geyimde yatmaga icaze verilirdi Onlar heftede uc defeden artiq et yeye bilmezdiler Onlara elave olaraq her cur ov qadagan edilmisdi Yalniz sir ovlamaq istisna edilmisdi Hesab edilirdi ki sirler seytan kimi oz ovlarini axtarir Hemcinin cengaverlere gozel rahat qizil ve gumus istifade olunmus paltar ve ayaqqabilar da qadagan edilmisdi Onlar sohbet zamani ehtiyatla davranmali cox danismamali ve hec vaxt qisqirmamali idiler Qadinlar hec bir halda yada salina bilmezdi Paxilliq qibte kimi cehetler pislenirdi Hec kim ozune nese isteye bilmezdi Yalniz magistr istediyi adama hansisa esyani ve ya ati vermekde tam serbest idi Orden uzvleri magistrin icazesi olmadan hec bir yasayis menteqesine daxil ola bilmezdiler Magistr ordende qeyri mehdud hakimiyyete malik idi O istediyi vaxt tecrubeli insanlarla meslehetlese yaxud sura toplaya bilerdi Abbat Klevroslu Bernard Abbat Klevroslu Bernard yeni yaranmis ordene tam destek vermisdir Mehz onun tekidi ile sura ordeni tanimisdir Daha sonra papa II Honori de ordene xeyir dua verdi Bernard tampliyerlere muracietinde ordenin esas meqsedinin muharibede deyil dini sahede oldugunu bildirmisdir Daxili dusmenleri yenmediyimiz suretde xaricilerin uzerine hucuma kecmek menasizdir O hemcinin cengaverlerin menevi quvvelerini artirmaq ucun onlari celb eden beyanatlar da seslendirmisdir Olu ve diri olaraq hamimiz Tanriya mexsusuq Doyus meydanindan qayidanlara esq olsun Lakin sehid olanlar da Tanrinin inayetini qazanmislar Igid insanlar eger Tanri ucun yasamaq ve olmeye hazirsinizsa onda bu cergeye qosulun Heyat heqiqeten gozel ve qelebe ucadir Lakin olum bunlardan ustundur Cunki doyusde helak olanlara Tanri ozu xeyir dua verir Bu suranin bitmesinden sonra Huqo de Peyn Felestine geri dondu O ozu ile xeyli sayda konullu ve kulli miqdarda iane getirmisdi Bu dovrde orden ozunun serhedini asaraq Ispaniyaya da catmis burada muselman dovletleri ile muharibe aparan Araqon krali I Alfonsonun vesiyyetnamesine esasen Ispaniyada xeyli qesre ve gelirlerin onda birine sahib olmusdu Ordenin nufuzu artdiqca onun daxili iyerarxiyasi da inkisaf etmisdir Magistrler tez bir zamanda tekce Felestin erazisinde deyil Qerbi Avropada da ehemiyyetli fiqurlara cevrilmisler Onlarin elinde neheng maliyye imkanlari cemlenmisdir ve qisa vaxt erzinde cemiyyetin hormetli uzvleri olmuslar Isanin cengaverleri sayildiqlarindan butun qapilar onlarin uzune rahat acilmisdir Huqo de Peyn Qudse qayidan kimi kral II Bolduin derhal Demesqin uzerine sefer hazirligina basladi Yeni ordene qosulmus tampliyerler bu ordunun esas hereketverici quvvesi sayilirdi Demesqin uzerine yuruyen qosun yolda iken nizam intizami itirmis ve basipozuq soyguncu destesine cevrilmisdi Seherin yaxinliginda onlar suvari memluk qosununun hemlesine meruz qalaraq darmadagin olmuslar Salnameciler cemi qirx bes cengaverin sag qaldigi haqda melumatlari qeyd etmisler El Eqsa mescidi tampliyerlerin ilk merkezi olmusdur Bundan sonra tampliyerler Felestinin simal erazisinde bezi qalalar insa etmisler Bu vaxtlar Antioxiya knyazi II Boemund Suriya emiri Qazi ile doyusde helak olmusdu Onun taxt taci ugrunda mubarizede kral II Boduinle qizi arvadi Alisa arasinda mubarize yasanmis bunun neticesinde de kral duydugu uzuntuden hemin il vefat etmisdi Hemin mubarizede tampliyerler aktiv sekilde istirak etmisler 1136 ci ilde ordenin Bas magistri Huqo de Peyn vefat etdi Qudsde toplasmis orden kapitulu onun yerine Rober de Kraonu Bas magistr vezifesine secdi O yaxsi inzibatciliq qabiliyyetine malik idi ve ordenin teskilati islerile ciddi suretde mesgul olmaga baslamisdir Mehz fovqelade seyleri neticesinde 1139 cu ilde Papa Omni Datum Optimum adli bulla ile cixis etdi Hemin bullada gosterilmisdir ki tampliyerler ordeninin uzvleri bundan sonra birbasa yalniz Papaya tabe olurlar Hemcinin onlar doyus meydanindaki qenimeti hec kimle bolusdurmemek serhedleri maneesiz kecmek hec bir vergi odememek kimi imtiyazlara da sahib olurlar Bu ordenin onsuz da yuksek olan nufuzunu daha da qaldirmis onlarin hakimiyyetlerini mohkemlendirmisdir 1144 cu ilde selibcilerin Felestindeki esas menteqelerinden biri olan Edessa Urfa seheri memluk sultani Zengi terefinden geri alinmisdi Bu haqda xeber Avropaya catan kimi Papa derhal Fransa krali onun sexsinde de butun Avropa monarxlarina Muqeddes Torpaga yeni Selib yurusu teskil etmek cagirisini seslendirmisdir Bu ideyani tampliyerler ordeninin hamisi abbat Bernard da desteklemisdir O ehaliye cagirisinda yazmisdir Ebedi xilaskar otuz il insanlar arasinda yasadigi torpaqlari itirmekdedir Hamiya melumdur ki sizin olkenizde xeyli guclu ve genc kisiler vardir Butun dunya onlarin resadetini terifleyir onlarin gucunun sohreti haminin dilindedir Indi sizin ugrunda vurusacaginiz isiniz vardir Bu yolda qazanilmis qelebe sohretinizi her yana yayacaqdir helak olmaq ise gercek xosbextlikdir Bu imkani elden vermeyin Xac isaresinin altina toplasin ve derhal semimi qelbden etiraf edeceyiniz gunahlariniz bagislanacaqdir Bu isi tam itaetkarliqla goreceyiniz halda Ilahi Seltenete qovusacaqsiniz Bernard hem de Muqeddes Roma Imperatoru sefere cixmaga razi sala bilmisdi 1147 ci ilde imperator ve Fransa krali ayri ayri yollarla coxsayli meiyyet ve ordunun musayietile Felestine yola dusdu Lakin Imperator Konradin qosunu Anadoluda turkler terefinden darmadagin edildi ve o qalan esgerleri ile birlikde kralin ordusuna qosuldu Yolda cetinliklerle uzlesen kral ordunun basina tampliyerleri getirdi ve onlarin komeyi ile sag salamat Antioxiyaya cata bildi Daha sonra Akra yollanan selibciler buradaki surada Demesqin uzerine hucuma kecmek qerarina geldiler Lakin sefer tam ugursuzluqla basa catdi Daxili strukturuTampliyerler zaman kecdikce yerli muselman ehaliye qarsi dozumlu munasibet gostermeye baslayirdilar Onlar muselmanlarla ticaretle mesgul olur bir cox hallarda semimi munasibet yaradirdilar Hetta Avropadan yeni gelmis selibcilerde bu heyret dogururdu Bu movzuda Usame ibn Munqizin xatireleri cox maraqlidir Qudse geldiyim zaman men El Eqsa mescidine daxil oldum Xaclilar burani kilseye cevirmisdiler Menim dostlarim tampliyerler mene ibadet etmem ucun bir yer ayirdilar Men bir gun orada namaz qilarken franklardan biri ustume atildi ve uzumu serqe teref cevirerek dedi bele ibadet etmek lazimdir Tampliyerler onu qovdular ve menden uzr isteyerek bildirdiler ki bu sexs yaxinlarda Avropadan gelib ve basqa cur ibadet edenleri gormeyib Tampliyerlerin London qerargahindaki cengaver mezarlari Tampliyerlerin daxili nizam intizami onlarin qebul etdikleri yazili qanunla mueyyenlesdirilmisdi Burada onlarin gundelik heyatina dair her bir mesele isiqlandirilmisdi Bu qaydalarin bezileri zamanla deyismis bezileri ise ilkin variantda saxlanmisdi Gosterilirdi ki magistr dordedek at sahibi ola biler Ona oz meiyyetinde katib kesis serjant ve atli silahdasiyan demirci muzdlu doyuscu tercumeci ve aspaz saxlamaq ixtiyari verilmisdi Burada bir sira mehdudiyyetler de qoyulmusdu O xezinenin acarini ozunde saxlaya bilmezdi Oradan pul goturen zaman en hormetli sexslerle meslehetlesmek mecburiyyetinde idi Cengaver olmaq ucun mutleq cengaver neslinden olmaq teleb olunurdu Qaydalari pozanlara qarsi sert tedbirler gorulurdu Verilen cezalarin arasinda sallaqla doyulmek qandallanaraq zindana salinmaq ve yemeyi dosemenin uzerinde uzanaraq yemek kimi tedbirler genis tetbiq olunurdu Orden uzvlerine hec bir mulkiyyet sahibi olmaq icazesi verilmirdi Evde her sey umumi olduguna gore magistrin ve basqa birinin neyise ozune goturmesinin qeti qadagan oldugu unudulmamalidir Eger orden uzvlerinden kimdese olumden sonra pul tapilirdisa onu tampliyerlerin umumi qebristanliginda defn etmirdiler Qaydalarin bir hissesi atlara qulluga ve cengaver telimlerine hesr edilmisdir Orada gosterilir ki cengaverler ordene daxil olarken ati ve doyus levazimatini ozu ile getirmeli idi Atin yeherini ve uzengisini qizil gumus ve das qasla bezemek qeti qadagan edilirdi Cidirda istirak etmeye xususi icaze teleb olunurdu merc gelmek ise qadagalardan biri idi Doyus zamani tampliyerlerin ag qara bayragini on cengaverin muhafizesi altinda olan marsal saxlayirdi Doyus meydaninda bayraq dalgalandigi muddet erzinde hec bir orden uzvu geri cekile bilmezdi Eger cengaver oz destesinden ayri dusseydi ona diger ordenlerin sirasina qosulmaga icaze verirdiler Komandirden icazesiz doyuse atilanlara cox agir cezalar verilirdi 1153 cu ilde tampliyerler Quds kralliginin ordusu ile birlikde Askalon seherinin muhasireye alinmasinda istirak etmisler Deniz sahilinde yerlesen bu seher strateji noqteyi nezerden son derece vacib obyekt olmusdur Tampliyerler muhasire vaxti divarda yaranmis desiyin komeyi ile magistr Bernard de Tremelenin basciligi altinda sehere daxil olmusdular Lakin vurusma neticesinde onlarin hamisi doyus meydaninda helak olmussa da neticede seher selibciler terefinden alinmisdir Tampliyerlerin muharibe meydaninda meglubiyyetleri bununla mehdudlasmir Bes ilden sonra yeni magistr Bertran de Blanfor 300 e yaxin cengaverle birlikde Iordan cayinin yaxinliginda muselmanlar terefinden esir alinmisdi Bu dovrler selibci dovletlerinin daxilinde hakimiyyet ustunde bas veren qarsidurmalarla elametdardir Bele ki Quds krali anasi Melisenda arasinda taxt tac mubarizesi getmisdir Butun bunlar son derece qarmaqarisiq dovr ucun seciyyevi haldir 1168 ci ilde Antioxiya seheri etrafinda geden doyusde knyaz III Boemund tampliyerlerle birlikde muhasireye dusmus neticede ordenin yetmise yaxin cengaveri helak olmusdur Mehz bu kimi hadiselerin tesiri altinda tampliyerler selibcilerin diger quvvelerinden ayrilaraq tekbasina emeliyyatlar kecirmek qerari vermisler 1187 ci ilde selibciler Sultan Selaheddinin ordusuna meglub oldular Bu doyusde kral Gi de Luzinyan habele diger dovlet xadimleri ile beraber tampliyerlerin 230 cengaveri esir goturulmusdu Selaheddin krala ve ordenin magistri Jerar de Ridfora aman verilmesini emr etdi Diger cengaverler ise olum cezasina mehkum edildiler Mehz bu vurusmadan sonra Qudsun taleyi hell olundu ve Sultan Selaheddinin komandanligi altinda muselman qosunu hemin il oktyabrin 2 de seheri selibcilerden geri aldi Bununla da Tampliyerler ordeni ozunun qerargahindan mehrum oldu Qudsun itirilmesi Avropada genis eks seda dogurmusdur Papaya bu xeberi Italiyada olan tampliyerler vermisdiler Butun xristian dunyasi Qudsun itirilmesinden agir keder hissine qerq oldu Papa bunu Tanrinin insanlara gunahlarindan otru gonderdiyi ceza kimi basa dusduyunu bildirmisdi O bu kedere dozmeyerek tezlikle dunyasini deyisdi Lakin butun ciddi cehdlere baxmayaraq sonraki yuz il erzinde de ugur qazanmaq mumkun olmadi ve selibciler get gede Yaxin Serqdeki torpaqlarini itirdiler Nehayet 1291 ci ilde Akr seherinin alinmasi ile selib yurusleri epopeyasi dovru basa catdi Hebs ve darmadaginMehz bundan sonra tampliyerlerin ehemiyyeti azalmaga baslamisdir Buna gore de onlari qospitalyer ordeni ile birlesdirmek haqqinda fikirler ortaya atilmisdir Bu haqda bir cox nufuzlu sexs oz tekliflerini ortaya qoysalar da Tampliyer Ordeninin son magistri Jak de Mole qetiyyetle bu dusunceleri redd etmisdir Onun fikrince birlesme yalniz her iki ordenin gucunun azalmasina sebeb ola bilerdi Jak de Mole bunun evezine Felestin erazisini yeniden ele kecirmek ucun butun Avropa dovletlerinin gucunu birlesdirerek yeni selib yurusu teskil etmeyi teklif etmisdi Tampliyerleri homoseksualizmde ittiham eden orta esr miniaturu Orden vergilerden azad olduguna ve basqa diger guzestlerine gore neheng maliyye korporasiyasina cevrilmisdi Onlar bank xidmetleri gosterir borc verir ve maliyye imkanlarini daha da artirirdilar Bu meselede onlara yardimi deyirdi Demek olar ki Avropanin butun krallarinin tampliyerlere kulli miqdarda borcu var idi Bu sirada en boyuk borclu Fransa krali idi 1305 ci ilde Fransa krali IV Filippe orden haqqinda bezi melumatlar gelmeye baslamisdir O bu melumatlari papa V Klimente vererek bunlari arasdirmasini xahis etmisdir Kral tampliyerlere qarsi istintaqi tamamile gizli aparir mueyyen edilmis anadek hec bir isare ile oz meqsedini bildirmirdi Nehayet iki ilden sonra helledici an yetisdi Magistr ve onun meiyyeti gozlenilmeden ordenin Paris qerargahinda hebs edildiler Uc hefteden sonra kralin emri esasinda Fransada on bes mine yaxin cengaver ve onlarin xidmetcisi hebs olundu Ordenin butun emlaki kralin xeyrine musadire edildi Bu Avropanin tarixinde gorunmemis hadise idi Tampliyerler ordeni Fransa kralina deyil birbasa Roma Papasina tabe olan nufuzlu qudretli maliyye dayaqlari son derece mohkem olan teskilat idi Tampliyerlerin tonqalda yandirilmasini tesvir eden orta esr miniaturu Hebsden sonra son derece uzun suren tehqiqat prosesi basladi Tehqiqat zamani hemin dovr ucun xarakterik olan isgenceden istifade edirdiler Teeccublu deyil ki Parisde hebs olunan 138 tampliyerden 134 u iki ay erzinde butun ittihamlari qebul etmisdi Prokurorlarin iddialarina esasen orden birbasa Seytana xidmet edirdi Yeni uzvlerin hamisini andicme merasimi zamani Hezret Isanin yalanci Mesih oldugunu ve onun sexsi gunahlarina gore carmixa cekildiyini qebul etmeye mecbur edirdiler Habele merasim zamani xaca tupurmeli andi qebul edeni agzindan qarnindan ve tenasul uzvunden opmeli idi Bundan sonra onlar diger uzvlerle cinsi elaqeye girmeye tehrik edilir bunun gunah sayilmadigi fikri asilanirdi Habele onlarda Bafomet adli bir iblise ibadet merasimleri kecirildiyi onun pisik kelle ve ya ucuzlu insan basi seklindeki suretine secde etdikleri bildirilmisdi Ittihamlarin basqa bir maddesi tamahkarliqla bagli idi Bildirilirdi ki ordenin uzvleri emlaklarini qanuni ve ya qeyri qanuni yollarla boyutmekden cekinmirdiler Hemcinin Selib yurusleri zamani muselmanlarla gizli danisiqlara girerek pul namine xeyanetkarliga yol verdikleri de iddia olunurdu Hebslerden bir ay sonra Papa V Kliment arasdirma aparmaq ucun butun Avropa hokmdarlarini tampliyerleri hebs etmek ve emlakini kilsenin xeyrine musadire etmeye cagirdi Bu cagirisda o istintaqin resmen katolik kilsesinin rehberliyine kecdiyini bildirmisdi Ilk olaraq kilsenin qarsisina magistr cixmis ve o evvel verdiyi ifadeleri tamamile inkar etmisdi Papa fevral ayinda isgenceleri dayandirmaq emri vermisdi Butun bunlara baxmayaraq istintaq prosesi hele uzun iller davam etmisdir Eyni prosesler diger Avropa olkelerinde de bas vermisdir Orden uzvleri hebs edilmis emlaklari musadire olunmusdur Onlar Papa mehkemesinin qarsisina cixarilmislar Lakin bezi olkelerde bu proses leng getmis neticede tampliyerler tam olaraq her yerde muhakime oluna bilmemisler Tampliyerlere qarsi aktiv mubarize esasen Fransada getmisdir Burada hele 1310 ci ilde ilk 54 nefer kafir kimi tonqalda yandirilmisdir Nehayet 1312 ci ilde Papa tampliyerler ordeninin buraxilmasi ve onun emlakinin qospitalyerler ordenine verilmesi haqqinda ferman imzalayir Bu hadiseden sonra ordenin qalan uzvlerinin taleyi de qiyabi suretde hell olunmusdur Iki il sonra Parisdeki Yehudi adasinda ordenin son magistri Jak de Mole ve Normandiya komandoru Jofrua de Sarne tonqalda yandirilmislar Edam zamani sahidlerin ifadesine esasen magistr dusmen saydigi kimseleri Papani krali ve Fransanin naziri Giyom de Noqareni lenetleyerek onlari tezlikle Ilahi mehkemede gozlediyini bildirmisdir Adicekilen her uc sexs heqiqeten de ele hemin il dunyalarini deyismisler Bu tampliyer ordeni haqqinda efsanevi gorunen hadiselerin baslangicini qoymusdur Legvetmeden sonraki efsanelerOrden bir cox Avropa olkesinde yox edilse de tam mehv olmamisdir Bele ki Portuqaliyada bes ilden sonra Mesih ordeni adi altinda berpa edilmisdir Bu orden yuz iller boyunca movcudlugunu qorumusdur Bu da maraqlidir ki Xristofor Kolumbun Amerika qitesine seyahet etdiyi geminin uzerinde tampliyer xaci olmusdur Orden haqqinda mifik tesevvurler tekce bununla mehdudlasmir Jak de Molenin lenetlediyi kralin her uc oglu qisa muddetde hakimiyyetde olmus hamisi veliehdsiz vefat etdiyine gore sulale basa catmisdir Bundan sonra Fransa agir Yuzillik muharibeye girmis sonsuz eziyyete qatlasmali olmusdur Efsaneye esasen kral XVI Ludovik 1793 cu ilde Parisde edam olunarken xalqin icerisinden cixan bir nefer elini onun qanina batiraraq havaya qaldirmis ve Jak de Mole intiqamin alindi deye qisqirmisdir Hemcinin ordenin masonlugun esasini qoymalari Kabbala ile ve basqa mistik kitablari oyrenerek muxtelif cereyanlarla mesgul olmalari kimi fikirler movcuddur Bezileri onlarin Cenubi Amerikani kesf ederek oradaki gumus medenlerinden xeyli servet goturduklerini bildirirler Bundan basqa onlarin Hezret Isanin dovrumuze gelib catmis neslinin numayendelerinin muhafizecileri olmasi haqqinda da iddialar ortaya atilmisdir Ordenin Islam dini elelxusus sufilerle baglarinin olmasi da bildirilmisdir Butun bunlardan basqa esas ittiham movzusu ordende homoseksual elaqelerin genis sekilde yayilmasi olmusdur Boyuk magistrlerOrdenin son magistri Jak de MoleTampliyerlerin istifade etdikleri xaclardan biriTonqalda yandirilan iki tampliyer numayendesiSahmat oynayan teriqet numayendeleri 1283 1 Huqo de Peyn 1118 11362 Rober de Kraon 1136 11473 Everar de Barr 1147 11494 Bernar de Tremele 1149 11535 Andre de Monbar 1153 11566 Bertran de Blansfor 1156 11697 Fillip de Milli 1169 11718 Odo de Sent Aman 1171 11799 Arnold de Torroxa 1181 118410 Jerar de Ridfor 1185 118911 Rober de Sable 1191 119312 Jilbert Horal 1193 120013 Fillip de Plessi 1201 120814 Giyom de Sartr 1209 121915 Pedro de Montegu 1218 123216 Arman de Perigor 1232 124417 Risar de Bur 1244 5 124718 Giyom de Sonnak 1247 125019 Reno de Visye 1250 125620 Toma Berar 1256 127321 Giyom de Bejo 1273 129122 Tibo Goden 1291 129223 Jak de Mole 1292 1314IstinadlarBarber in Supplying the Crusader States says By Molay s time the Grand Master was presiding over at least 970 houses including and castles in the east and west serviced by a membership which is unlikely to have been less than 7 000 excluding employees and dependents who must have been seven or eight times that number Malcolm Barber The New Knighthood A History of the Order of the Temple Cambridge University Press 1994 ISBN 0 521 42041 5 Martin p 47 Nicholsun p 4 Malcolm Barber The Trial of the Templars Cambridge University Press 1978 ISBN 0 521 45727 0 Novikov 1985 Novikov Read The Templars p 91 Armand de Perigord was either killed or captured at the authorities differ Richard de Bures commanded the Templars until the election of Guillame de Sonnac whether he was Grand Master is disputed See here 2011 11 12 at the Wayback MachineXarici kecidlerVikianbarda Tampliyerler ile elaqeli mediafayllar var http www templarhistory ru 2008 07 05 at the Wayback Machine http www templiers info web templiers php http www globalfolio net monsalvat frglorios templar htm http abovo net ru topic 80756 olu kecid Hemcinin baxKabbala Masonluq Sion Priorati Illuminati