Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi.
Həsən bəy Zərdabi | |
---|---|
Doğum tarixi | 28 iyun 1837 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 1907 (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | , Səfvət bəy, Pəri xanım, Qəribsoltan xanım |
Atası | Səlim bəy Məlikov[d] |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, maarifçi, təbiətşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir..
Həyatı
Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir.
Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir, lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.
Zərdabinin dünyagörüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Bu dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları var idi. Bu hərəkatın rəhbərləri Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Universitetində oxumaqda idi. Bu çevrə ilə yaxın əlaqələr quran Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə Darvinizmdən təsirlənmişdir.
Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur. İdealist Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətəninə dönmüşdür.
"Əkinçi" qəzetinə qədərki fəaliyyəti
Zərdabi universiteti bitirdikdən sonra Tiflisdə Torpaq İdarəsində (Mejovoy Plata) işləməyə başlayır. Bu vəzifədən ayrıldıqdan sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bundan sonra, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu.
Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.
O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N. Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir.Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.
"Əkinçi" qəzeti
Qəzetin nəşr edilməsi fikri
Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində bunu belə izah edir:
Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli ? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır ! |
Qəzetin nəşri
Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Zərdabi türkcə qəzet nəşr etdirmək üçün müraciət etmiş, lakin buna nail ola bilməmişdi. Sonda Bakı valisi Staroselskinni senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alına bilindi.
Bununla əlaqədar o İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzetdir.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300–400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.
"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunmuşdur.
Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər.
1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.
"Əkinçi" qəzetindən sonrakı fəaliyyəti
Ölümü
Zərdabi ölümünə yaxın iflic keçirmişdir. İflic xüsusilə dilində olduğu üçün danışa bilmir, lakin o buna fikir verməyərək ölümünə qədər Kaspi qəzetindəki vəzifəsini davam etdirmişdir. 28 noyabr 1907-ci il tarixində vəfat etmişdir. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilmişdir. Rusiyanın demək olar ki, hər bir regionundan oxucular onun ölümü haqqında məlumatlar yaymışdır.
Şəxsi həyatı
İrsi
Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.
Yazıçı-publisist Sona Vəliyeva Zərdabinin fəaliyyətindən bəhs edən "İşığa gedən yol" (2016) romanının müəllifidir.
2020-ci ildə Qubada Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb.
Tağıyevin qızlar məktəbi və Həsən bəy Zərdabi
XIX əsrin II yarısından etibarən Azərbaycan təhsil və mədəniyyət sahəsində xeyli yeni dəyişiklik yaşamışdır. Mədrəsələrlə yanaşı yeni məktəblər açılmağa başlamışdır. Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmaq üçün Çar III Aleksandra müraciət etmişdir, ancaq bu istək də geri çevrilmişdir. Çarın ölümündən sonra Hacı Zeynalabdin Tağıyev çarın həyat yoldaşı Aleksandra Fyodorovnaya çox dəyərli hədiyyələr göndərərək məktəb açmaq üçün icazə istəyir, əgər icazə verilərsə məktəbə onun adının veriləcəyini bildirir. Beləcə icazə alınır və məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılır. Nizamnamədən sonra yaradılan idarə heyətinin rəhbərliyinə Tağıyev, rəhbər müavinliyinə Tağıyevin istəyi ilə Zərdabi gətirilir. 1901-ci ilin sentyabrında hər şey hazır olduğu halda yetəri qədər şagird olmadığı üçün məktəb açılmır. Zərdabi özü və dostları Bakı ətrafına gedərək, birbaşa xalqdan qızlarını oxutmalarını istəyir. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayır.
Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və Hənifə xanımın böyük zəhmətləri olmuşdur.
"Əkinçi" qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr
1880-ci ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.
1880–1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Həsən bəy Zərdabi 1875-ci ildə "Əkinçi" qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il "Kaspi" qəzetinin 172-ci sayında torpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, torpağın xışla deyil, kotanla şumlanmasını təklif etmişdir.
Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.
Xatirəsi
2020-ci ildə Qubada Milli Mətbuat Günü Həsən bəy Zərdabi abidəsi ucaldılıb.
Şəkillər
- Həyat yoldaşı Hənifə xanım Məlikova və qızı Pəri (Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı)
- İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov
- Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və qızlar məktəbinin ilk şagirdləri
- Həsən bəy Zərdabinin dəfn mərasimi (1907, Bakı)
Mənbə
- A. Abdullayev, M. İbrahimov, Z. Cavadov. Zərdabi yurdunun övladları. Bakı: 2002
- İ. Rüstəmov. Həsənbəy Zərdabi. Bakı: 1969
- "Xəzər" jurnalı. Bakı: 1990
- Əli Hüseynov, Məcnun Babayev. Məşhur biologiya alimləri. Bakı: Maarif, 2002, səh.59
Həmçinin bax
İstinadlar
- ЗӘРДАБИ Һәсән бәј // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 323.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində . İstifadə tarixi: 2019-05-13.
- Nezirli, Şemistan, Azərbaycan Generalları, (Bakı: Gənçlik, 1991).
- H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 193–198.
- Yeşilot, Okan, "Çarlık Yönetiminde Azerbaycan", Türkler, Yeni Türkiye Yayınları, Cilt: 18, 2002.
- "Rəbiyyə Zərdabinin Həsən bəy Zərdabi ilə qan qohumluğu yoxdur". 2021-10-19 tarixində . İstifadə tarixi: 2012-07-12.
- Zenkovsky, Serge A., Rusiyada Pantürkizm və müsəlmanlıq.
- Zeynalov, Nəriman, "Əkinci Yaşayır", KomMunist, 15 yanvar 1980.
- CBC. ""İşığa gedən yol" kitabı Həsən bəy Zərdabiyə həsr olunub" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində . İstifadə tarixi: 2016-09-23.
- Lider TV. "Səda - "İşığa gedən yol" kitabı təqdim olundu" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində . İstifadə tarixi: 2016-09-24.
- AzərTAc. "Qubada Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb" (az.). Youtube.com. 05.06.2020. 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-06-05.
- Swietochowski, Tadeusz, Müsəlman camaatdan milli kimliyə Rusiya Azərbaycanı −1905–1920.
- Yeşilot, Okan, Tagiyev, (İstanbul: Kaknüs Yayınları, 2004)
- İctimai TV. "Qubada milli mətbuatın 145 illiyi qeyd olunub" (az.). Youtube.com. 22.07.2020. 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-07-22.
Xarici keçidlər
- Azərbaycan mətbuatının banisi — Həsən bəy Zərdabi [ölü keçid]
- Əkinçi ANS TV
- Tərtibçi:A.Abdullayeva. "Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170" (PDF) (az.). 2012. 2016-05-06 tarixində (PDF). İstifadə tarixi: 2016-08-08.
- Ailə həyatını mətbuat vasitəsilə quran ilk azərbaycanlı — Həsən bəy Zərdabi (az.)
- Paşa Kərimov: Real fakta və sənədə əsaslanaq — Bir daha Həsən bəy Zərdabinin doğum tarixi barədə
- Paşa Kərimov: Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətinə dair tədqiqat
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hesen bey Zerdabi tam adi Hesen bey Selim bey oglu Melikov 28 iyun 1837 Zerdab Goycay qezasi 28 noyabr 1907 Baki Azerbaycan publisisti pedaqoq maarifci demokrat tebietsunas ve darvinist alim Ekinci qezetinin redaktoru ve Azerbaycan milli metbuatinin banisi Hesen bey ZerdabiDogum tarixi 28 iyun 1837 1837 06 28 Dogum yeri Zerdab Goycay qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 28 noyabr 1907 1907 11 28 70 yasinda Vefat yeri Baki Baki quberniyasi Rusiya imperiyasiDefn yeri Fexri XiyabanHeyat yoldasi Henife MelikovaUsaqlari Sefvet bey Peri xanim Qeribsoltan xanimAtasi Selim bey Melikov d Tehsili Moskva Imperator Universiteti d Fealiyyeti jurnalist maarifci tebietsunas Vikianbarda elaqeli mediafayllar Azerbaycan Respublikasi Nazirler Kabinetinin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari ile Hesen bey Zerdabi Azerbaycan Respublikasinda eserleri dovlet varidati elan edilen muelliflerin siyahisina daxil edilmisdir HeyatiHesen bey Selimoglu Zerdabi 1837 ci il iyun ayinin 28 de bezi menbelerde 1842 ci il kecmis Baki quberniyasina daxil olan Goycay qezasinin Zerdab kendinde bey ailesinde anadan olmusdur Hesen bey Zerdabi ilk tehsilini Zerdab kendindeki medresede almisdir Burada erebce ve farsca oyrenen Zerdabi 1852 ci ilde Samaxi seherinde acilan rusca dunyevi tehsil veren mektebe yazilmisdir Mektebi bitirmek ucun imtahan verende Qafqaz Tehsil Komissiyasi Mudiri baron Nikolayin diqqetini cekmis ve baron onu dovlet teqaudu ile Tiflise oxumaga gondermeyi teklif etmisdir Bu erefelerde atasi vefat eden Zerdabiye boyuk qardaslari Tiflise getmeye icaze vermemisdiler Tiflisde yasayan atasinin dayisi general Ferec bey Agayev bu hadiseden sonra hadiseye mudaxile ederek Zerdabini Tiflise getizdirmisdir Tiflisdeki mekteb ucun girdiyi imtahanlari ugurla bitiren Zerdabi 1858 ci ilde I Tiflis mektebinin V sinfine qebul olmusdur 1861 ci ilde hemin mektebi ugurla bitiren Zerdabi ele eyni ilde dovlet teqaudu ile Moskva Universiteti Fizika Riyaziyyat fakultesinde Tebiet elmleri uzre tehsil almaga gonderilmisdir 1865 ci ilde bu universiteti ferqlenme diplomu ile bitirmisdir Ali tehsil ocaginda oxudugu muddetde telebeler arasinda xususi olaraq secildiyine gore fakulteni ela qiymetlerle basa vurduqdan sonra elmi is ucun universitetde saxlanilmasi qerari qebul edilmisdir lakin vetenine olan sonsuz mehebbeti xalqina milletine xidmet etmek arzusu onu Azerbaycana cekib getirmisdir Zerdabinin dunyagorusunun formalasmasi Moskva Dovlet Universitetinde oxudugu illerde daha da suretlenmisdir Bu dovrde Rusiyada carliq eleyhine genclik herekatlari var idi Bu herekatin rehberleri Moskvada yasamaqda ve heraretli terefdarlari olan gencler de Moskva Universitetinde oxumaqda idi Bu cevre ile yaxin elaqeler quran Zerdabi oxudugu fakultedeki muellimlerin vasitesile Darvinizmden tesirlenmisdir Zerdabi universitet illerinde dovrun irelide geden elm adamlari ile tanismisdir Tarixci Solovyov ve yazici Pleseyevle yaxin munasibeti olmusdur Solovyovun evine tez tez geden Zerdabi Solovyovun qizina qarsi hissleri olmusdur Idealist Zerdabi Solovyovun qizi ile evleneceyi teqdirde hem geleceye yonelmis ideallarindan el cekmek mecburiyyetinde qalacagini hem de bu davranisinin xalqi terefinden hec xos qarsilanmayacagini dusunerek tehsilini tamamladiqdan sonra universitetde qalmasi yonundeki teklifleri redd etmis ve xalqina xidmet etmek ucun vetenine donmusdur Ekinci qezetine qederki fealiyyeti Zerdabi universiteti bitirdikden sonra Tiflisde Torpaq Idaresinde Mejovoy Plata islemeye baslayir Bu vezifeden ayrildiqdan sonra 28 fevral 1868 ci ilde Qubada mehkeme katibi olaraq islemeye baslayir 4 oktyabr 1868 ci il tarixinde isine son verildikden sonra bir muddet musteqil mehkeme vekilliyi etmisdir 18 noyabr 1869 cu ilde Bakida mektebe tebiet elmleri uzre muellim kimi ise duzelmisdir Bununla da onun heyatinda yeni dovr maarifcilik xalqin savadlanmasi ana dilinde tehsil ugrunda mubarize merhelesi baslayir lakin problemin cetinliyi onda idi ki Hesen bey Qafqazda o zaman fealiyyet gosteren 10 gimnaziyada calisan muellimler icerisinde ali tehsilli yegane azerbaycanli idi Azerbaycanli sagirdler de yox derecesinde idi Bununla da Hesen bey azerbaycanli usaqlari mektebe celb etmek ucun xalq icerisinde tebligat aparmagi qarsisina meqsed qoyur Bundan sonra muselmanlar arasinda ilk defe 1872 ci ilde Bakida Cemiyyet xeyriyye de yaratmisdi Hemin ilin butun yayini Hesen bey Zerdabi gimnaziyada tehsil alan sagirdleri Necef bey Vezirov ve Gorani ile birlikde Azerbaycanin seher ve kendlerini dolanaraq resmi deftere Cemiyyet xeyriyye ye uzv yazdirmaqla mesgul olmusdu Yoxsul ve kimsesiz usaqlarin terbiyesi ve mektebe hazirligi ile mesgul olmaq ucun savadli turk azerbaycanli qadin muellimlere ehtiyac yarandigindan Hesen bey Zerdabi 1872 ci ilden Qafqaz qezetinde Tiflis Muqeddes Nina Qadin gimnaziyasini bitiren qizlarin muellim kimi pesesini davam etdirmeklerini teblig edir Bundan sonra Zerdabi bir gun Qafqaz qezetindeki xeberden Tiflisde olan Muqeddes Nina adli qiz mektebinden mezun olanlarin arasinda Nalcik seherinde anadan olan ve Balkar turklerinden olan Henife xanim Abayevanin da oldugunu oyrenir Bundan sonra Tiflise geden Zerdabi Henife xanimi taparaq onunla tanis olur ve ona gelecekle bagli fikirlerini deyir Henife xanimin da eyni fikirde oldugunu oyrenen Zerdabi ona evlenme teklifi edir Teklifi qebul eden Henife xanim Zerdabi ile birlikde yasamaq ucun Baki seherine kocur Hesen bey Zerdabi Azerbaycan pesekar teatrinin yaradicilarindandir Onun rehberliyi ve dramaturqlardan Necef bey Vezirov ile Esger aga Adigozelovun feal istiraki ile 1873 cu ilde M F Axundovun Haci Qara ve Lenkeran xaninin veziri komediyalari tamasaya qoyulmusdur O zehmetkes kutlelerin xosbextlik ve tereqqisini elmde gormus elmin tehsilin heyatla elaqesine boyuk ehemiyyet vermisdir Hesen bey Zerdabi genis ictimai fealiyyet gostermis N Nerimanov ile birlikde 1906 ci ilde Azerbaycan muellimlerinin Bakida kecirilmis birinci qurultayinin isinde yaxindan istirak etmisdir Azerbaycan qadinlarinin maariflenmesine xususi ehemiyyet vermis 1901 ci ilde Bakida azerbaycanli qizlar ucun ilk mektebin acilmasina boyuk komek gostermisdir Gundelik heyatinda ve isinde xalqla six bagli olmus asude vaxtlarini xalq arasinda kecirmis usaqlari ve yeniyetmeleri elme medeniyyete maarife heveslendirmisdir Apardigi tebligatin komeyi ile Baki gimnaziyasinda oxuyan telebelerin sayi az bir zamanda xeyli coxalmisdir Ekinci qezeti Qezetin nesr edilmesi fikri Hesen bey Zerdabinin Azerbaycan Milli Ensiklopediyasi binasi qarsisinda heykeli Zerdabi Xeyriyye Cemiyyeti teatr ve muellimlik yolu ile xidmet etdiyi xalqa daha cox xidmet etmenin yollarini axtarir Cetin olsa da turkce qezet acmaq isteyi olan Zerdabi Heyat qezetinde yazdigi Rusiyada evvelimci turk qezeti adli meqalesinde bunu bele izah edir Bizim Cemiyyeti i Xeyriyye bina tutmadigindan teatr teskil etdiyimiz salonun bos qaldigi zaman anladim ki muselman qardaslarimizi bir yere toplayib mektebler acdiraraq kucedeki usaqlari oxutmaq munkun deyildir Elmsiz bu dovrde yasamaq munkun deyildir Ne etmeli Her kesi cagiriram gelmirler gosterirem gormurler deyirem anlamirlar Sonunda basa dusdum ki ses kuy salaraq mecburi basa salmaqdan basqa carem yoxdur Mutleq bu izah etdiklerimi bir gun basa dusen olacaqdir Axan bir suyun altina ne qeder sert das qoyursan qoy zamanla o das eriyib yox olacaqdir Eger eledirse dogru soz de bir gun basa dusulecekdir Onun ucun mutleq qezet nesr etdirmek gerekdir Her il qezet oxuyanlardan 10 nefer anlasa onlarin sayi her il artacaqdir Suyun onunu kesen o bend sonunda dayana bilmeyib yixilacaqdir Qezetin nesri Azerbaycanin merkezi seheri kimi Bakinin suretli inkisafi milli metbuatin yaranmasi zeruretini dogurmusdur Ana dilinde qezete boyuk ehtiyac oldugunu derk eden Hesen bey Zerdabi qezet cap etmek ucun hokumete muraciet etmisdir Zerdabi turkce qezet nesr etdirmek ucun muraciet etmis lakin buna nail ola bilmemisdi Sonda Baki valisi Staroselskinni senzura meselesini oz ohdesine goturmesinden sonra qezet cixarmaq ucun icaze alina bilindi Bununla elaqedar o Istanbuldan hurufat getizdirmis ve nehayet xeyli zehmetden ezab eziyyetden sonra 1875 ci ilin 22 iyulunda Bakida qubernator metbeesinde Azerbaycan dilinde Ekinci qezetinin nesrine muveffeq olmusdur Bu qezetle Azerbaycan milli metbuatinin esasi qoyulmusdur Ekinci qezeti Azerbaycan hemcinin de butun Rusiyada nesr olunan ilk turk dilli qezetdir 1875 ci ilin 22 iyulundan 1877 ci ilin 29 sentyabrina qeder capini davam etdiren Ekinci ayda iki defe 300 400 tirajla nesr olunmusdur Bu iller erzinde qezetin 56 nomresi isiq uzu gormusdur Ekinci qezetinde Necef bey Vezirovun Esger aga Goraninin Moskvadan Mehemmedtagi Elizade Sirvaninin Samaxidan Heyderinin Derbendden gonderdikleri mektublar Seyid Ezim Sirvaninin seirleri ve Mirze Feteli Axundovun Vekili namelumi millet imzasi ile meqaleleri derc olunmusdur Hesen bey Zerdabinin yaratdigi Ekinci qezetinin desti xetti esasen bir ideya uzerinde qurulmusdur Zerdabi ve onunla birlikde bu qezetde calisan bir sira maarifperver demokratik nasirler serqin geriliyini etalet ve sustluyunu heqiqi azadligin olmamasinda gorurduler Onlar oz sozlerini dolayi yolla olsa bele bu qezet vasitesile xalqa catdira bilirdiler O dovrde xalqin basa duseceyi sade dilde yazilan bu qezetde bele fikirlerin seslenmesi Azerbaycani esaret altinda saxlayan imperiya memurlarini ciddi narahat edirdi Ilk metbu orqan kimi Ekinci oz esas ideyasina uygun olaraq incesenet ve edebiyyata da aid yeni demokratik telebler ireli sururdu Azerbaycanin boyuk dramaturqu Necef bey Vezirov kohne serlerle yanasi sairleri muasir heyatdan yazmaga xalqi cehalet ve qeflet yuxusundan ayiltmaga muasir ruhda terbiye etmeye cagirirdi Bununla Zerdabinin sesine Azerbaycanin bir cox gorkemli maarifperver insanlari ses verirdi Tebii ki bu cur demokratik meqalelerinden sonra carizmin diqtesi ile ozlerini ziyali sayan bezi uzdeniraq insanlar yerbeyerden Ekinci nin uzerine hucuma kecdiler 1877 ci il sentyabrin 29 da Ekinci oz nesrini dayandirmaga mecbur oldu Azerbaycan milli metbuatinin ilk qaranqusu olan bu qezet iki illik omur yasasa da xalqin milli ve muasir ruhda terbiye olunmasinda cox boyuk rol oynadi Maarifci ve demokratik ideyalarin carcisi olan Ekinci realist Azerbaycan edebiyyatinin inkisafinda mustesna xidmetler gosterdi Mehz buna gore de bele tereqqiperver qezet murtece isgalci bir rejimin esareti altinda cox yasaya bilmedi Azerbaycan Milli Metbuatinin 135 illiyine hesr olunmus gumus sikke Ekinci qezetinden sonraki fealiyyeti Olumu Zerdabi olumune yaxin iflic kecirmisdir Iflic xususile dilinde oldugu ucun danisa bilmir lakin o buna fikir vermeyerek olumune qeder Kaspi qezetindeki vezifesini davam etdirmisdir 28 noyabr 1907 ci il tarixinde vefat etmisdir Cenazesi cox boyuk kutlenin musayieti ile defn edilmisdir Rusiyanin demek olar ki her bir regionundan oxucular onun olumu haqqinda melumatlar yaymisdir Sexsi heyatiIrsiAzerbaycan Tebiet Tarixi Muzeyi Hesen bey Zerdabinin adini dasiyir Yazici publisist Sona Veliyeva Zerdabinin fealiyyetinden behs eden Isiga geden yol 2016 romaninin muellifidir 2020 ci ilde Qubada Hesen bey Zerdabinin xatire kompleksi yaradilib Tagiyevin qizlar mektebi ve Hesen bey ZerdabiXIX esrin II yarisindan etibaren Azerbaycan tehsil ve medeniyyet sahesinde xeyli yeni deyisiklik yasamisdir Medreselerle yanasi yeni mektebler acilmaga baslamisdir Haci Zeynalabdin Tagiyev qiz mektebi acmaq ucun Car III Aleksandra muraciet etmisdir ancaq bu istek de geri cevrilmisdir Carin olumunden sonra Haci Zeynalabdin Tagiyev carin heyat yoldasi Aleksandra Fyodorovnaya cox deyerli hediyyeler gondererek mekteb acmaq ucun icaze isteyir eger icaze verilerse mektebe onun adinin verileceyini bildirir Belece icaze alinir ve mektebin nizamnamesi Zerdabi terefinden yazilir Nizamnameden sonra yaradilan idare heyetinin rehberliyine Tagiyev rehber muavinliyine Tagiyevin isteyi ile Zerdabi getirilir 1901 ci ilin sentyabrinda her sey hazir oldugu halda yeteri qeder sagird olmadigi ucun mekteb acilmir Zerdabi ozu ve dostlari Baki etrafina gederek birbasa xalqdan qizlarini oxutmalarini isteyir Neticede 1901 ci ilin 7 oktyabrinda 58 qiz sagird ile mekteb fealiyyete baslayir Azerbaycan tarixinde bir ilk olan qiz mektebinin acilmasinda Haci Zeynalabdin Tagiyev Hesen bey Zerdabi ve Henife xanimin boyuk zehmetleri olmusdur Ekinci qezetinin nesri dayandirildiqdan sonraki dovr1880 ci ilden etibaren Hesen bey Zerdabi dogma kendi Zerdabda yasamisdir O kend teserrufati sahesinde kendlilere meslehetler verir meqami yetisende yerli camaata oz maarifperver demokratik ideyalarini catdirirdi Bakidan kenarda yasamasina baxmayaraq o yene de metbuatda feal istirak edirdi 1880 1890 ci illerde nasirin Bakida ve Tiflisde cixan Ziya Keskul Kaspi Novoye obozreniye ve s qezetlerde Azerbaycan ve rus dillerinde coxlu elmi kutlevi meqaleleri nesr olunmusdur Hesen bey Zerdabi 1875 ci ilde Ekinci qezetinin 1 4 8 ci 1876 ci ilde 26 ci saylarinda ve 1899 cu il Kaspi qezetinin 172 ci sayinda torpaqsunasligin esas muddealari ve ekincilik medeniyyeti haqqinda etrafli melumatlar vermisdir torpagin xisla deyil kotanla sumlanmasini teklif etmisdir Heyatinin son illerinde Hesen bey Zerdabi Baki Seher Dumasinda maarif sobesinde resmi vezifede calisaraq Baki ve etraf kendlerdeki mekteblere basciliq etmisdir 1906 ci ilde Bakida kecirilen Azerbaycan muellimlerinin birinci qurultayinda feal numayendelerden biri de o olmusdur Gergin elmi fealiyyetle mesgul olan Hesen bey Zerdabi heddinden artiq isleyib ozunu yordugu ucun iflic olmus ve 1907 ci il noyabr ayinin 28 de vefat etmisdir O 1907 ci ilde kohne Bibiheybet mescidinin yaxinliginda defn olunsa da 1937 ci ilde hemin erazi dagidilmis merhumun sumukleri bir nece il evde ailesinin yaninda qalmisdir 1957 ci ilde Hesen Bey Zerdabinin vefatinin 50 illiyi qeyd olunarken onun sumukleri Fexri Xiyabanda defn olunmusdur Xatiresi2020 ci ilde Qubada Milli Metbuat Gunu Hesen bey Zerdabi abidesi ucaldilib SekillerHeyat yoldasi Henife xanim Melikova ve qizi Peri Elimerdan bey Topcubasovun heyat yoldasi Ismayil Qaspirali Hesen bey Zerdabi Elimerdan bey Topcubasov Hesen bey Zerdabi Haci Zeynalabdin Tagiyev ve qizlar mektebinin ilk sagirdleri Hesen bey Zerdabinin defn merasimi 1907 Baki MenbeA Abdullayev M Ibrahimov Z Cavadov Zerdabi yurdunun ovladlari Baki 2002 I Rustemov Hesenbey Zerdabi Baki 1969 Xezer jurnali Baki 1990 Eli Huseynov Mecnun Babayev Meshur biologiya alimleri Baki Maarif 2002 seh 59Hemcinin baxDiger layihelerdeVikisitatda elaqeli sitatlarVikimenbede elaqeli metnlerVikianbarda elaqeli media fayllar Ekinci qezeti Hesen bey Zerdabi mukafati Qeribsoltan Melikova Hesen bey Zerdabi adina Tebiet Tarixi MuzeyiIstinadlarZӘRDABI Һәsәn bәј Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә IV ҹild Eldәҝәz Itabira Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1980 S 323 Eserlerin dovlet varidati elan edilmesi Qaydalari nin ve Eserleri dovlet varidati elan edilen muelliflerin ve dovlet varidati elan edilen filmlerin Siyahisi nin tesdiq edilmesi haqqinda Azerbaycan Respublikasi Nazirler Kabineti nin 7 may 2019 cu il tarixli 211 nomreli Qerari az nk gov az 2019 05 11 2020 11 24 tarixinde Istifade tarixi 2019 05 13 Nezirli Semistan Azerbaycan Generallari Baki Genclik 1991 H Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 193 198 Yesilot Okan Carlik Yonetiminde Azerbaycan Turkler Yeni Turkiye Yayinlari Cilt 18 2002 Rebiyye Zerdabinin Hesen bey Zerdabi ile qan qohumlugu yoxdur 2021 10 19 tarixinde Istifade tarixi 2012 07 12 Zenkovsky Serge A Rusiyada Panturkizm ve muselmanliq Zeynalov Neriman Ekinci Yasayir KomMunist 15 yanvar 1980 CBC Isiga geden yol kitabi Hesen bey Zerdabiye hesr olunub az Youtube com 23 09 2016 2022 03 27 tarixinde Istifade tarixi 2016 09 23 Lider TV Seda Isiga geden yol kitabi teqdim olundu az Youtube com 23 09 2016 2022 03 27 tarixinde Istifade tarixi 2016 09 24 AzerTAc Qubada Hesen bey Zerdabinin xatire kompleksi yaradilib az Youtube com 05 06 2020 2022 03 27 tarixinde Istifade tarixi 2020 06 05 Swietochowski Tadeusz Muselman camaatdan milli kimliye Rusiya Azerbaycani 1905 1920 Yesilot Okan Tagiyev Istanbul Kaknus Yayinlari 2004 Ictimai TV Qubada milli metbuatin 145 illiyi qeyd olunub az Youtube com 22 07 2020 2022 03 27 tarixinde Istifade tarixi 2020 07 22 Xarici kecidlerAzerbaycan metbuatinin banisi Hesen bey Zerdabi olu kecid Ekinci ANS TV Tertibci A Abdullayeva Azerbaycan maarifinin yorulmaz carcisi Hesen bey Zerdabi 170 PDF az 2012 2016 05 06 tarixinde PDF Istifade tarixi 2016 08 08 Aile heyatini metbuat vasitesile quran ilk azerbaycanli Hesen bey Zerdabi az Pasa Kerimov Real fakta ve senede esaslanaq Bir daha Hesen bey Zerdabinin dogum tarixi barede Pasa Kerimov Hesen bey Zerdabinin Baki Seher Dumasindaki fealiyyetine dair tedqiqat