Aslan bəy Konstantin oğlu Kriçinski və ya Leon Kriçinski (tam adı: Leon Nayman Mirzə Kriçinski Radvan rus. Леон Найман-Мирза-Кричинский-Радван ; 25 sentyabr 1887, Vilnüs – noyabr 1939) — Polşa tatarlarından olan Rusiya, Krım və Azərbaycan ictimai xadimi və tarixçisi.
Aslan Kriçinski | |
---|---|
Aslan Nayman Mirzə Kriçinski Radvan | |
Doğum tarixi | 25 sentyabr 1887 |
Doğum yeri |
|
Vəfat tarixi | noyabr 1939 (52 yaşında) |
Vəfat səbəbi | Gestapo tərəfindən güllələnmə |
Elm sahələri | hüquq, tarix, sosial təəhhüd[d], publisistika, biblioqrafiya |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ailəsi
Kriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş, qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410–1411-ci illərdə Qızıl Orda dövlətindən çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslan həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur.
Təhsili
1907–1911-ci illərdə, Sankt-Peterburq Universitetində hüquq təhsili almışdır. Tələbə olan zaman Müsəlman Tələbələr Cəmiyyəti qurmuş və faktiki olaraq onun rəhbəri olmuşdur. Tələbə olarkən göstərdiyi fəaliyyətlərdən biri də Polşa və Litva tatarlarının tarixinə dair materialların toplanması olmuşdur.
Krım Xalq Respublikası
1918-ci ildə bir qrup Polşa- Litva tatarı ilə birlikdə yeni yaradılmış olan Krım Xalq Respublikasına gedir və orada dövlət dəftərxanasının rəhbəri kimi çalışır. Bir müddət bu vəzifədə çalışdıqdan sonra general Süleyman bəy Sulkeviçin idarəsində çalışmağa başlayır. Denikin tərəfindən Krım işğal edildikdən sonra Kriçinski qardaşı ilə birlikdə Azərbaycana gəlir.
Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycana gəldikdən sonra burada da dövlət dəftərxanasının rəhbəri işləməyə davam edir. Qardaşı Olqerd Nayman Kriçinski isə bir müddətdən sonra Ədliyyə Nazirinin müavini vəzifəsindeə çalışır.
Xüsusi komissiya
Aslan bəy 17 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirinə məktubla müraciət edir. Məktubda rusların Azərbaycandakı müstəmləkə siyasətinin daha ətraflı araşdırılması və sənədləşdirilməsi üçün xüsusi komisiyanın yaradılmasını xahiş edir. Məlumat verir ki, Krımda çalışan zaman 3 aylıq qısa bir müddətdə 3 cildlik bir topluluq nəşr etdirməyi bacarmışdı.
Xarici İşlər Nazirinin 13 oktyabr 1919-cu il tarixli 59 nömrəli əmri ilə Xarici İşlər Nazirliyi yanında "Zaqafqaziyanın müsəlman əhalisinə qarşı rus siyasətinə dair" arxiv sənədlərinin toplanması məqsədilə Xüsusi Komissiya yaradılır. Komissiyanın sədri Aslan bəy Kriçinski, üzvləri Əli Yusifov|Əli Yusif, və təyin edilir. Komissiyanın fəaliyyətinin təşkili üçün xərclərin Nazirliyin xərclər smetası hesabına aparılması müəyyən olunur.
Xüsusi Komissiya ilk növbədə Bakı və Gəncə quberniyalarında yerləşən İdarələrdən Zaqafqaziya müsəlmanlarının maariflənməsinə və mədəniyyətinə qarşı, onların dini zəmində sıxışdırılması, sünni və şiələr, erməni və tatarlar arasında dini və milli zəmində düşmənçiliyin qızışdırılması, müsəlman əhalisinin silahsızlaşdırılması, hərbi mükəlləfiyyət və müsəlmanlara qarşı iqtisadi siyasət və digər məsələlərə dair rus siyasətini özündə əks etdirən sənədlərin toplanılmasını zəruri hesab edir. Komissiya həmçinin birinci mərhələdə 1900-cü ildən Azərbaycanın müstəqilliyi elan olunduğu dövrə qədər (28 may 1918-ci ilədək) olan materialların, sonrakı mərhələdə isə Qafqazın ruslar tərəfindən ilhaq edildiyi dövrdən başlayaraq sənədlərin toplanılmasını, ilkin mərhələdə sənədlərin toplanması işinin gizli aparılması, bütün arxivlərə baxdıqdan sonra isə müvafiq arayışla əhalinin məlumatlandırılması, mütəmadi olaraq komissiya sədrinin qərarı ilə iclasların çağırılması, xüsusi əhəmiyyətli məlumatlar daşıyan sənədlərin arxivə geri qaytarılmadan xüsusi komissiyada saxlanılması, hər bir sənəddən iki surət çıxartmaqla bir nüsxənin komissiyanın sədri və ya müavinində saxlanılması, toplanmış sənədlərin sistemləşdirilməsi və surətlərinin çıxardılması üçün müəyyən sayda makinaçıların işə cəlb edilməsi və sair məsələlər barədə qərarlar qəbul edir.
Xüsusi Komissiya sədrinin 24 mart 1920-ci il tarixli məktubunda isə Zaqafqaziya müsəlmanlarına qarşı rus siyasətinə dair toplanmış materiallar əsasında qısa müddətdə (cəmi altı ay) "Oçerki russkoy politiki na okrainax" adlı iki toplunun çap olunduğu və digər iki toplunun çap edilməsi üçün materiallar sistemləşdirilərək hazırlandığı bildirmişdir.(sənədlərdən aydın olur ki, A. Kriçinski Bakıda çap etdirdiyi iki topludan başqa, eyni adda toplunu Krım-Tatar Respublikası hökumətində çalışdığı dövrdə toplanmış materiallar əsasında Simferopolda çap etdirmişdir).
Aslan bəy həmin kitabların ilkin qiyməti 125 rubl olmaqla satışa buraxılmasına razılıq istəyir və qeyd edir ki, bununla da sənədlərin toplanması zamanı Nazirliyin büdcəsindən xərclənmiş vəsaitin geri qaytarılması mümkün olacaqdır.
Xüsusi Komissiyanın Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinə ünvanladığı 1920-ci il 30 mart tarixli daha bir məktubunda isə A. Kriçinski 163 ədəd kitabın Komissiya tərəfindən alındığını, digər nüsxələrin hökumətin "Azərbaycan" nəşriyyatı tərəfindən Nazirliyin İnformasiya şöbəsinə təhvil veriləcəyini və kitabların satışı və paylanması ilə həmin şöbənin məşğul olacağını bildirir. Xüsusi Komissiya onlara verilmiş kitabların təmənnasız olaraq Parlament fraksiyalarının rəhbərlərinə, Parlamentin sədrinə, nazirlərə, diplomatik korpusların rəhbərlərinə paylanılmasını təsdiq edən sənədi Xarici İşlər Nazirliyinə təqdim edir.
Arxiv sənədlərindən məlum olur ki, Xüsusi Komissiya Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqut etdiyi son günə kimi fəaliyyət göstərmişdir. Komissiya sədrinin 1920-ci ilin aprel ayının son günlərində (tarix göstərilmir) Xarici İşlər Nazirliyə ünvanladığı məktubunda Bakı və Gəncə quberniyalarında yerləşən arxivlərin vəziyyəti bir daha şərh edilir, arxivlərdə sənədlərin bərbad vəziyyətdə saxlanıldığı bildirilir, buna baxmayaraq komissiya üzvlərinin əməyi ilə arxivlərdəki bütün işlərə baxıldığı, onların sistemləşdirildiyi və zəruri məlumatların surətləri çıxardılaraq çapa hazırlanması barədə məlumat verilmişdir. O, həmçinin Tiflis quberniyasında yerləşən arxivlərdə saxlanılan Azərbaycanla bağlı sənədlərin gətirilməsi üçün Gürcüstan Hökumətinə müraciəti vacib hesab etmişdir.
Azərbaycandan getdikdən sonra
Azərbaycan Xalq Cumhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra İstanbula, ordan da Vilnusa köçərək, orada məhkəmədə çalışmağa başlayır (1921–1932). 1932-ci ildən, 1935-ci ilə qədər isə Qdansk şəhərində dairə məhkəməsində çalışır. Bu dövrdə elmi fəaliyyətlərlə məşğul olan Aslan bəy Kriçinski "Sərhəd bölgələrində Rusiya siyasəti", "Polyak ordusunun 1831-ci il qiyamında Litva tatarları", "Vilnus məscidinin tarixi", həmçinin Stanislav Dzyduleviçlə birlikdə "Lipka tatarları ailələrinin gerbləri" adlı elmi əsərlər yazmışdır. 1932-cii ldən, 1938-ci ilə qədər "Rocznik Tatarski" adlı jurnal buraxdırmışdır.
Ölümü
1939-cu ilin sentyabrında Polşa Almaniya tərəfindən işğal edildikdən sonra , gestapo tərəfindən həbs edilmiş və 12 polyak ziyalısı ilə birlikdə, 27 sentyabrda, Velyerovxa meşəsində güllələnmişdir. Qardaşı Olqerd Nayman Kriçinski Polşa işğal edildikdən sonra Litvaya köçmüş, orada məhkəmədə çalışmışdır. Lakin 1941-ci ildə NKVD tərəfindən həbs olunur. Onun istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur ki, Olqerd Kriçinski iki ay Bakı Məhkəmə Palatasında Prokuror işləmiş, daha sonra Cümhuriyyət Hökuməti Ədliyyə Nazirinin köməkçisi olmuş, 1920-ci ildə Tiflisdə keçirilən üç ölkənin (Azərbaycan, Gürcüstan və Ermənistan) nümayəndələrinin konfransında Azərbaycan Hökumətinin nümayəndəsi kimi iştirak etmişdir. 1942-ci ilin, may ayında o da güllələnir. Bu iki qardaşın öldürülməsi faktını tarixçi Dilara Usmanova araşdırmışdır.
İrsi
Polşanın məzarlığında Aslan Kriçinski abidəsi açılmışdır. Tədbir və abidənin açılışı Hərbi Dəniz Donanması tərəfindən təşkil edilmişdi. Tədbirdə General Boleslav Romanovski və bu vilayətdə fəaliyyət göstərən üzvləri də iştirak edib.
Tədbir hərbi protokol qaydalarına uyğun keçirilib. rəhbəri Jerzi Şahineviç Aslan Kriçinskinin həyat yolunu Krım, Azərbaycan və Polşayla sıx əlaqəli olduğunu və təşkilatı dəstəyə görə Azərbaycanın Polşadakı səfirliyinə də təşəkkürünü bildirib. Tədbirdə həmçinin Polşadakı Azərbaycan səfiri Vilayət Quliyevin "Azərbaycan Demokratik Respublikasında polyaklar" kitabı da təqdim edilmişdir.
Məzarinda yazılmışdır:
Vəkil, hüquqşünas, səyyah, Krım və Azərbaycan azadlıq hərəkatlarının üzvü, Polşa tatarlarının mədəni canlanmasının banisi. Bir tatar, polyak, müsəlman, avropalı, Polşa Respublikası vətəndaşı kimi borcunu yerinə yetirərkən öldürüldü. Lipka tatarları, Piaşnitsa, 10.10.2015. |
Mükafatları
1933-cü ildə, Polşaya olan xidmətlərinə görə Polyak Qızıl Xaçı mükafatı, 1935-ci ildə, Mərakeş krallığından Alauit Taxtı mükafatını almışdır.
Həmçinin bax
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Leon Najman Mirza Kryczynski // https://www.vle.lt/straipsnis/leon-najman-mirza-kryczynski/.
- "Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında".
- Jan Tyszkiewicz, Dorobek historyczny Leona i Stanisława Kryczyńskich [w:] Środowiska historyczne II Rzeczypospolitej, cz. 2, pod red. Jerzego Maternickiego, Warszawa 1988.
- http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/18269-azaerbaydzan-khalg-dzumhuriyyaeti-gurudzular-n-n-tarikhindaen-aslan-baey-krichinski-vae-khususi-komissiyan-n-faealiyyaeti[ölü keçid]
- http://www.milliarxiv.gov.az/az/archiveresearch?id=376
- Адрес-календарь Азербайджанской Республики на 1920 г. — Баку, 1920, с. 274
- Азербайджанская Демократическая Республика (1918―1920). Законодательные акты. (Сборник документов). — Баку, 1998, с. 335
- "Arxivlənmiş surət". 2017-11-13 tarixində . İstifadə tarixi: 2018-02-01.
- Stanisław Łoza (red.): Czy wiesz kto to jest?. Wyd. II popr. Warszawa: Główna Księgarnia Wojskowa, 1938, s. 386–387.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aslan bey Konstantin oglu Kricinski ve ya Leon Kricinski tam adi Leon Nayman Mirze Kricinski Radvan rus Leon Najman Mirza Krichinskij Radvan 25 sentyabr 1887 Vilnus noyabr 1939 Polsa tatarlarindan olan Rusiya Krim ve Azerbaycan ictimai xadimi ve tarixcisi Aslan KricinskiAslan Nayman Mirze Kricinski RadvanDogum tarixi 25 sentyabr 1887 1887 09 25 Dogum yeri Vilnus Vilen quberniyasi d Rusiya imperiyasiVefat tarixi noyabr 1939 52 yasinda Vefat sebebi Gestapo terefinden gullelenmeElm saheleri huquq tarix sosial teehhud d publisistika biblioqrafiyaTehsili Sankt Peterburq Imperator Universiteti d Mukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiAilesi Kricinskiler Polsa Litva tatarlarinin tarixinde xususi iz qoymus qedim koke malik bir nesildir Melumatlara gore 1410 1411 ci illerde Qizil Orda dovletinden cixmis Neman bey Litvaya gelmisdir Onun oglu Konrad bey burada knyaz tituluna qeder yukselmis ve ozune bagislanmis Krican kendinin adini sonradan soyad kimi qebul etmisdir Bu soyada malik sexslerden xususi nailiyyet qazananlardan biri de Aslan bey Kricinskinin atasi Konstantin Ilic Kricinski olmusdur K Kricinski car ordusunda zabit kimi xidmet etmis rus turk rus yapon muharibelerinde istirak etmis general leytenant rutbesinde istefaya cixaraq Varsavaya kocmusdur Onun Mariya Matveyevna Axmatovicle nikahindan uc oglan usagi dunyaya gelmisdir ki onlarin da ikisinin Olqerd ve Aslan heyatlari Azerbaycan Xalq Cumhuriyyeti ile six elaqeli olmusdur Aslan bey Kricinski ve qardasi Olqred Kricinski Polsa prezidenti ile gorusde Tehsili 1907 1911 ci illerde Sankt Peterburq Universitetinde huquq tehsili almisdir Telebe olan zaman Muselman Telebeler Cemiyyeti qurmus ve faktiki olaraq onun rehberi olmusdur Telebe olarken gosterdiyi fealiyyetlerden biri de Polsa ve Litva tatarlarinin tarixine dair materiallarin toplanmasi olmusdur Krim Xalq Respublikasi 1918 ci ilde bir qrup Polsa Litva tatari ile birlikde yeni yaradilmis olan Krim Xalq Respublikasina gedir ve orada dovlet defterxanasinin rehberi kimi calisir Bir muddet bu vezifede calisdiqdan sonra general Suleyman bey Sulkevicin idaresinde calismaga baslayir Denikin terefinden Krim isgal edildikden sonra Kricinski qardasi ile birlikde Azerbaycana gelir Azerbaycan Xalq Cumhuriyyeti Azerbaycana geldikden sonra burada da dovlet defterxanasinin rehberi islemeye davam edir Qardasi Olqerd Nayman Kricinski ise bir muddetden sonra Edliyye Nazirinin muavini vezifesindee calisir Xususi komissiya Aslan bey 17 sentyabr 1919 cu ilde Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin Xarici Isler Nazirine mektubla muraciet edir Mektubda ruslarin Azerbaycandaki mustemleke siyasetinin daha etrafli arasdirilmasi ve senedlesdirilmesi ucun xususi komisiyanin yaradilmasini xahis edir Melumat verir ki Krimda calisan zaman 3 ayliq qisa bir muddetde 3 cildlik bir topluluq nesr etdirmeyi bacarmisdi Xarici Isler Nazirinin 13 oktyabr 1919 cu il tarixli 59 nomreli emri ile Xarici Isler Nazirliyi yaninda Zaqafqaziyanin muselman ehalisine qarsi rus siyasetine dair arxiv senedlerinin toplanmasi meqsedile Xususi Komissiya yaradilir Komissiyanin sedri Aslan bey Kricinski uzvleri Eli Yusifov Eli Yusif ve teyin edilir Komissiyanin fealiyyetinin teskili ucun xerclerin Nazirliyin xercler smetasi hesabina aparilmasi mueyyen olunur Xususi Komissiya ilk novbede Baki ve Gence quberniyalarinda yerlesen Idarelerden Zaqafqaziya muselmanlarinin maariflenmesine ve medeniyyetine qarsi onlarin dini zeminde sixisdirilmasi sunni ve sieler ermeni ve tatarlar arasinda dini ve milli zeminde dusmenciliyin qizisdirilmasi muselman ehalisinin silahsizlasdirilmasi herbi mukellefiyyet ve muselmanlara qarsi iqtisadi siyaset ve diger meselelere dair rus siyasetini ozunde eks etdiren senedlerin toplanilmasini zeruri hesab edir Komissiya hemcinin birinci merhelede 1900 cu ilden Azerbaycanin musteqilliyi elan olundugu dovre qeder 28 may 1918 ci iledek olan materiallarin sonraki merhelede ise Qafqazin ruslar terefinden ilhaq edildiyi dovrden baslayaraq senedlerin toplanilmasini ilkin merhelede senedlerin toplanmasi isinin gizli aparilmasi butun arxivlere baxdiqdan sonra ise muvafiq arayisla ehalinin melumatlandirilmasi mutemadi olaraq komissiya sedrinin qerari ile iclaslarin cagirilmasi xususi ehemiyyetli melumatlar dasiyan senedlerin arxive geri qaytarilmadan xususi komissiyada saxlanilmasi her bir senedden iki suret cixartmaqla bir nusxenin komissiyanin sedri ve ya muavininde saxlanilmasi toplanmis senedlerin sistemlesdirilmesi ve suretlerinin cixardilmasi ucun mueyyen sayda makinacilarin ise celb edilmesi ve sair meseleler barede qerarlar qebul edir Xususi Komissiya sedrinin 24 mart 1920 ci il tarixli mektubunda ise Zaqafqaziya muselmanlarina qarsi rus siyasetine dair toplanmis materiallar esasinda qisa muddetde cemi alti ay Ocerki russkoy politiki na okrainax adli iki toplunun cap olundugu ve diger iki toplunun cap edilmesi ucun materiallar sistemlesdirilerek hazirlandigi bildirmisdir senedlerden aydin olur ki A Kricinski Bakida cap etdirdiyi iki topludan basqa eyni adda toplunu Krim Tatar Respublikasi hokumetinde calisdigi dovrde toplanmis materiallar esasinda Simferopolda cap etdirmisdir Aslan bey hemin kitablarin ilkin qiymeti 125 rubl olmaqla satisa buraxilmasina raziliq isteyir ve qeyd edir ki bununla da senedlerin toplanmasi zamani Nazirliyin budcesinden xerclenmis vesaitin geri qaytarilmasi mumkun olacaqdir Xususi Komissiyanin Xarici Isler Nazirliyinin Informasiya sobesine unvanladigi 1920 ci il 30 mart tarixli daha bir mektubunda ise A Kricinski 163 eded kitabin Komissiya terefinden alindigini diger nusxelerin hokumetin Azerbaycan nesriyyati terefinden Nazirliyin Informasiya sobesine tehvil verileceyini ve kitablarin satisi ve paylanmasi ile hemin sobenin mesgul olacagini bildirir Xususi Komissiya onlara verilmis kitablarin temennasiz olaraq Parlament fraksiyalarinin rehberlerine Parlamentin sedrine nazirlere diplomatik korpuslarin rehberlerine paylanilmasini tesdiq eden senedi Xarici Isler Nazirliyine teqdim edir Arxiv senedlerinden melum olur ki Xususi Komissiya Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin suqut etdiyi son gune kimi fealiyyet gostermisdir Komissiya sedrinin 1920 ci ilin aprel ayinin son gunlerinde tarix gosterilmir Xarici Isler Nazirliye unvanladigi mektubunda Baki ve Gence quberniyalarinda yerlesen arxivlerin veziyyeti bir daha serh edilir arxivlerde senedlerin berbad veziyyetde saxlanildigi bildirilir buna baxmayaraq komissiya uzvlerinin emeyi ile arxivlerdeki butun islere baxildigi onlarin sistemlesdirildiyi ve zeruri melumatlarin suretleri cixardilaraq capa hazirlanmasi barede melumat verilmisdir O hemcinin Tiflis quberniyasinda yerlesen arxivlerde saxlanilan Azerbaycanla bagli senedlerin getirilmesi ucun Gurcustan Hokumetine muracieti vacib hesab etmisdir Azerbaycandan getdikden sonra Azerbaycan Xalq Cumhuriyyeti ruslar terefinden isgal edildikden sonra Istanbula ordan da Vilnusa kocerek orada mehkemede calismaga baslayir 1921 1932 1932 ci ilden 1935 ci ile qeder ise Qdansk seherinde daire mehkemesinde calisir Bu dovrde elmi fealiyyetlerle mesgul olan Aslan bey Kricinski Serhed bolgelerinde Rusiya siyaseti Polyak ordusunun 1831 ci il qiyaminda Litva tatarlari Vilnus mescidinin tarixi hemcinin Stanislav Dzydulevicle birlikde Lipka tatarlari ailelerinin gerbleri adli elmi eserler yazmisdir 1932 cii lden 1938 ci ile qeder Rocznik Tatarski adli jurnal buraxdirmisdir Olumu 1939 cu ilin sentyabrinda Polsa Almaniya terefinden isgal edildikden sonra gestapo terefinden hebs edilmis ve 12 polyak ziyalisi ile birlikde 27 sentyabrda Velyerovxa mesesinde gullelenmisdir Qardasi Olqerd Nayman Kricinski Polsa isgal edildikden sonra Litvaya kocmus orada mehkemede calismisdir Lakin 1941 ci ilde NKVD terefinden hebs olunur Onun istintaq orqanlarina verdiyi ifadelerden aydin olur ki Olqerd Kricinski iki ay Baki Mehkeme Palatasinda Prokuror islemis daha sonra Cumhuriyyet Hokumeti Edliyye Nazirinin komekcisi olmus 1920 ci ilde Tiflisde kecirilen uc olkenin Azerbaycan Gurcustan ve Ermenistan numayendelerinin konfransinda Azerbaycan Hokumetinin numayendesi kimi istirak etmisdir 1942 ci ilin may ayinda o da gullelenir Bu iki qardasin oldurulmesi faktini tarixci Dilara Usmanova arasdirmisdir IrsiPolsanin mezarliginda Aslan Kricinski abidesi acilmisdir Tedbir ve abidenin acilisi Herbi Deniz Donanmasi terefinden teskil edilmisdi Tedbirde General Boleslav Romanovski ve bu vilayetde fealiyyet gosteren uzvleri de istirak edib Tedbir herbi protokol qaydalarina uygun kecirilib rehberi Jerzi Sahinevic Aslan Kricinskinin heyat yolunu Krim Azerbaycan ve Polsayla six elaqeli oldugunu ve teskilati desteye gore Azerbaycanin Polsadaki sefirliyine de tesekkurunu bildirib Tedbirde hemcinin Polsadaki Azerbaycan sefiri Vilayet Quliyevin Azerbaycan Demokratik Respublikasinda polyaklar kitabi da teqdim edilmisdir Mezarinda yazilmisdir Vekil huquqsunas seyyah Krim ve Azerbaycan azadliq herekatlarinin uzvu Polsa tatarlarinin medeni canlanmasinin banisi Bir tatar polyak muselman avropali Polsa Respublikasi vetendasi kimi borcunu yerine yetirerken olduruldu Lipka tatarlari Piasnitsa 10 10 2015 Mukafatlari1933 cu ilde Polsaya olan xidmetlerine gore Polyak Qizil Xaci mukafati 1935 ci ilde Merakes kralligindan Alauit Taxti mukafatini almisdir Hemcinin baxAzerbaycan Xalq Cumhuriyyeti Olqerd KricinskiIstinadlarCex Milli Hakimiyyet Melumat bazasi Leon Najman Mirza Kryczynski https www vle lt straipsnis leon najman mirza kryczynski Aslan bey Kricinski ve Xususi Komissiyanin fealiyyeti haqqinda Jan Tyszkiewicz Dorobek historyczny Leona i Stanislawa Kryczynskich w Srodowiska historyczne II Rzeczypospolitej cz 2 pod red Jerzego Maternickiego Warszawa 1988 http www respublica news az index php dig r x b rl r dig r x b rl r item 18269 azaerbaydzan khalg dzumhuriyyaeti gurudzular n n tarikhindaen aslan baey krichinski vae khususi komissiyan n faealiyyaeti olu kecid http www milliarxiv gov az az archiveresearch id 376 Adres kalendar Azerbajdzhanskoj Respubliki na 1920 g Baku 1920 s 274 Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 Zakonodatelnye akty Sbornik dokumentov Baku 1998 s 335 Arxivlenmis suret 2017 11 13 tarixinde Istifade tarixi 2018 02 01 Stanislaw Loza red Czy wiesz kto to jest Wyd II popr Warszawa Glowna Ksiegarnia Wojskowa 1938 s 386 387