Bu məqalənin şübhə doğurur. |
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini.
Şəfi bəy Rüstəmbəyli | |
---|---|
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli | |
7 dekabr 1918 – 28 aprel 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 aprel (3 may) 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1960 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.
Mühacirət
1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. İstanbulda 1923–1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928–1931-ci illərdə "Azəri türkü", 1928–1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır. Onun burada dərc olunan məqalələrinin hər biri Azərbaycanın bir tarixi səhifəsidir. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə nəşr olunan "Azərbaycan yurd bilgisi"nin bütün nömrələri S. Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır.
Xaricdə yaşayan mühacirlərin durumu çox ağır idi, Şəfi bəy də onlardan geri qalmırdı. Lakin öz güzəranını qura bilənlər də var idi. Ədalət Tahirzadənin bildirdiyə görə, Şəfi bəyi ağır durumdan da onlar çıxarıblar:
Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, da orada yaşayanlar vardı - onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük. |
Ölümü
Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda "Vətən", "Azərbaycan" deyərək dünyasını dəyişir. Harada dəfn olunması uzun müddət məlum olmamışdır. Araşdırılmalardan sonra məlum olmuşdur ki, Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə, İstanbulda yerləşən Feriköy məzarlığında dəfn edilmişdir.
Siyasi fəaliyyəti
1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultaıynda Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur. Həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmışdır.
Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb.
Hökumətdə
Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.
Parlamentdə
Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur.
Aprel işğalı zamanı parlamentdə qızğın mübahisələr gedən zaman Şəfi bəy Rüstəmbəyli Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə qətiyyətlə mübarizə aparmağın tərəfdarı olur. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilir.
Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı".[]
Siyasi partiyada
1911-ci ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır. Şöbəyə o vaxt tələbə olan yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir.
Torlokyan məhkəməsi
Türkiyənin tanınmış qəzet yazarı 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüfdoğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?", "Bu partiyaların birinə mənsub idinizmi?", "Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?", "Hansı mövzuda məqalələr yazırdınız?", "1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka və doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və "Azərbaycan" qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: "Azərbaycan"ın mətbəəsi Bakının harasında yerləşirdi?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir:
...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? "Müsavat" partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır. |
Nəticədə cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur, qatil bəraət alır, cəzasız qalır.
Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır:
Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı. |
Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Ailəsi
- Atası Mustafa bəy Rüstəm bəy oğlu Rüstəmbəyov (d. Qəbələ, Çocuq Pirəli k. — ö. 1920, Bakı) Qəbələ bəyi olmuşdur.1920-də bolşeviklər onu oğlu Hacı bəylə birlikdə güllələyib. Məhəmmədəmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabının sonunda verdiyi "Azərbaycan qurbanlarından bir listə"dəki istiqlal şəhidləri sırasında "Ağdaş əyanından" Rüstəmbəyli Mustafa bəyin də adını çəkib. Qəbələnin Kiçik Pirəlli kəndindəki evi hal-hazırda da sağlam vəziyətdədir. Mustafa bəyin Qəbələnin Mamaylı kəndində doğulmuş Rüstəmbəyli Şəfi bəydən başqa, Cəfər bəy, Hacı bəy və Baxış bəy adlı oğulları da olub.
Deyilənlər
Şəfi bəyin yaxın qohumu Əliağa Şahmalıyev uzun illər ailədə Şəfi bəyin adını çəkməyin yasaq olduğunu deyir:
Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi. Sovetlərin gəlişindən sonra başqaları kimi Rüstəmbəyovlar zülmə düçar oldular. Bəziləri Rüstəmov oldular - bəy sözü silindi. Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar "Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol" deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. M.C.Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər.... |
Qeyd edək ki, Şəfi bəy Rüstəmbəyovun qardaşı Cəfər bəy Rüstəmbəyli Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Xalq Respublikasındakı səfiri olmuşdur. Tarixçi Ədalət Tahirzadə bu barədə bunları demişdir:
Həkim kimi də çox peşəkar idi. O, 1924-cü ildə İstanbula gedib Şəfi bəylə görüşmüşdü. |
Ədalət Tahirzadə Şəfi bəyin atası Mustafa bəy Rüstəmbəyov haqqında bunları demişdir:
Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı. Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavininin atası olduğu üçün güllələdilər. |
Əsərləri
İstinadlar
- ""Mətbuat haqda qanun"un ilk müəllifi…". 2022-07-28 tarixində . İstifadə tarixi: 2018-05-30.
- . 2011-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
- Ədalət Tahirzadə. "Qəbələ Rüstəmbəyliləri". Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri. 11-ci buraxılış. 2023: 89. ISBN . 2023-08-22 tarixində . İstifadə tarixi: 2023-08-22.
Xarici keçidlər
- Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin şikəst zehniyyəti
- Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin maliyyə rəzaləti
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar muzakirelerde istirak edesiniz Sefi bey Rustembeyli 21 aprel 3 may 1893 Aydinqislaq Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasi 20 dekabr 1960 Istanbul Turkiye Azerbaycan qezetinin redaktoru Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu Azerbaycan Xalq Cumhuriyyetinin Daxili Isler Nazirinin birinci muavini Sefi bey RustembeyliSefi bey Mustafa bey oglu RustembeyliAzerbaycan Xalq Cumhuriyyeti Parlamentinin uzvu7 dekabr 1918 28 aprel 1920Sexsi melumatlarDogum tarixi 21 aprel 3 may 1893Dogum yeri Aydinqislaq Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 20 dekabr 1960 1960 12 20 67 yasinda Vefat yeri Istanbul TurkiyeDefn yeri Ferikoy mezarligiPartiya Musavat PartiyasiTehsili Taras Sevcenko adina Kiyev Milli UniversitetiFealiyyeti siyasetci vekil Vikianbarda elaqeli mediafayllarHeyatiSefi bey Mustafa bey oglu Rustembeyli 3 may kohne teqvimle 21 aprel 1893 cu ilde Nuxa qezasinin Aydinqislaq kendinde dogulub Orta tehsilini Gencede klassik gimnaziyada basa catdirdiqdan sonra 1911 ci ilde Kiyev Universitetinin huquq fakultesine daxil olub Sefi bey qisa vaxtda universitetde yaradilmis Azerbaycan Hemyerliler Teskilatinin bascilarindan ve feal uzvlerinden birine cevrilir O 1916 ci ilde ali huquqsunas diplomu alaraq Genceye qayidib bir muddet daire mehkemesinde isleyir Gencenin medeni ve ictimai heyatinda yaxindan istirak edir Muhaciret 1920 ci il 28 aprel hadiselerinden sonra Sefi bey Rustembeyli Tiflise kocmeli olur Tiflisde onun rehberliyi altinda Azerbaycani xilasetme komitesi yaranir Lakin 1921 ci ilin fevralinda Gurcustan da qirmizi ordu terefinden isgal olunur Bundan sonra Sefi bey Rustembeyli Turkiyenin paytaxti Istanbula kocur ve qalan heyatini muhaciretde kecirir O daim qirmizi ordunun istilasindan ezab ceken veteninin taleyini dusunur ve mubarizesini muhaciretde davam etdirir Istanbulda 1923 1927 ci illerde Yeni Qafqaziyye 1928 1931 ci illerde Azeri turku 1928 1930 cu illerde Odlu yurd ve 1932 ci illerde Azerbaycan yurd bilgisi ni nesr etdirmeye baslayir Onun burada derc olunan meqalelerinin her biri Azerbaycanin bir tarixi sehifesidir Yeri gelmisken qeyd edek ki Turkiyede nesr olunan Azerbaycan yurd bilgisi nin butun nomreleri S Mumtaz adina Azerbaycan Respublikasi Dovlet Edebiyyat ve Incesenet Arxivinde qorunub saxlanilir Xaricde yasayan muhacirlerin durumu cox agir idi Sefi bey de onlardan geri qalmirdi Lakin oz guzeranini qura bilenler de var idi Edalet Tahirzadenin bildirdiye gore Sefi beyi agir durumdan da onlar cixariblar Sefi beye komek etdiler Xelil bey Xasmemmedli Ziyadxanovlardan Xan Xoyskilerden da orada yasayanlar vardi onlar komek etdiler ve o teserrufatla mesgul olmaga basladi Fermasi vardi Magazalari da olub Amma dediyim kimi 30 cu illerden sonra Sefi beyin siyasi fealiyyetini gormuruk Olumu Sefi bey Rustembeyli 1960 ci ilde Istanbulda Veten Azerbaycan deyerek dunyasini deyisir Harada defn olunmasi uzun muddet melum olmamisdir Arasdirilmalardan sonra melum olmusdur ki Sefi bey Rustembeyli 1960 ci ilde Istanbulda yerlesen Ferikoy mezarliginda defn edilmisdir Siyasi fealiyyeti1917 ci ilin aprelinde Bakida cagirilmis Azerbaycan muselmanlarinin qurultaiynda Azerbaycana muxtariyyet verilmesini qetiyyetle teleb edenlerden biri Sefi bey Rustembeyli olmusdur Hemin ilin mayinda Moskvada kecirilen Rusiya muselmanlarinin qurultayinda da istirak edir Sefi bey 1917 ci il noyabrin 15 de yaranmis Zaqafqaziya komissarliginin ve seyminin muselman fraksiyasinin feal uzvlerinden sayilirdi Hemin dovrde Sefi bey Azerbaycan Xalq Cumhuriyyeti Milli Surasinin Tiflisde ve Gencede yaranmis bolmelerinde calismisdir Sefi bey Rustembeyli 1918 ci il sentyabrin 15 de Azerbaycan Xalq Cumhuriyyetinin orqani olan Azerbaycan qezetinin rus dilinde redaktoru olmusdur Qezetin sehifelerinde onun Azerbaycanin siyasi ve ictimai heyatina dair xeyli meqalesi cixib Hokumetde Sefi bey Rustembeyli Azerbaycan in redaktoru olmaqla yanasi AXC nin Daxili Isler Nazirliyinin defterxana mudiri 1920 ci il martin evvellerinden ise nazir muavini vezifesini de icra edir Parlamentde Sefi bey Rustembeyli 1918 ci il dekabrin 7 de tenteneli suretde acilmis Azerbaycan parlamentinin deputati secilir Sefi bey Azerbaycan qezetinin parlament uzvu olan ilk bas redaktoru idi O hele Azerbaycan Parlamentinin deputati ve Azerbaycan qezetinin Bas redaktoru oldugu dovrde 1919 cu ilde ilk milli metbuat haqqinda qanunu isleyerek parlamentde qebul olunmasina nail olur Aprel isgali zamani parlamentde qizgin mubahiseler geden zaman Sefi bey Rustembeyli Mehemmed Emin Resulzade ile birlikde qetiyyetle mubarize aparmagin terefdari olur Lakin Azerbaycan Xalq Cumhuriyyeti Rusiya terefinden isgal edilir Parlamentin son iclaslarinda Mehemmed Emin Resulzade derin bir keder ve huznle istilanin Azerbaycana yetisdiyini soyleyerken arxadan honkurtu ile aglamaq sesi esidilir ve hami kederle geriye donur Azerbaycan qezetinin redaktoru Sefi bey Rustembeyli aglayirdi menbe gosterin Siyasi partiyada Oturanlar Sefi bey Rustembeyov soldan Mehemmed Emin Resulzade ortada ve Mesedi Eli Refiyev sagda 1911 ci ilin oktyabrinda gizli sekilde esasi qoyulmus Muselman Demokratik Musavat Partiyasinin Kiyevde oxuyan azerbaycanli telebeler arasinda da sobesi yaradilir Sobeye o vaxt telebe olan yazici Yusif Vezir Cemenzeminli rehberlik edirdi Partiyanin feal uzvlerinden biri de Sefi bey Rustembeyli idi O 1919 cu il dekabrin 2 den 6 dek Bakida kecirilen Turk Edemi Merkeziyyet Musavat Partiyasinin ikinci qurultayinda yeniden Merkezi Komitenin uzvu secilir Torlokyan mehkemesi Turkiyenin taninmis qezet yazari 1990 ci ilde Istanbulda nesr etdirdiyi Ermeni intriqalarinin perde arxasi Torlokyan davasi adli kitabinda bildirilir ki Sefi bey Rustembeyli Istanbula daxil oldugu gunden qizgin fealiyyete baslayir Tarixi eser olan bu kitab XX esrin mehkemesi adini qazanmis Torlokyanin muhakimesine hesr olunmusdur 1921 ci il iyulun 18 de ermeni qatil Torlokyan Istanbulun Pera Palas hotelinin onunde Azerbaycan Xalq Cumhuriyyetinin daxili isler naziri Behbud xan Cavansiri uc gulle ile qetle yetirir ve hebs olunur Hemin vaxt Istanbul ingilis isgali altinda oldugundan cani cinayet hadisesinden 20 gun sonra ingilis herbi tribunalinda muhakime edilir Qisa vaxtda ermeniler qatil Torlokyanin mudafiesine seferber olunurlar Behbud xan Cavansir terefden ise sahidler teeccub ve teessufdoguracaq qeder az idi cemi 6 nefer Qezet iscisi Qaraagazade Ehmed Hemdi telebe Semender bey Ziba xanim Yusif bey Kazimov memur Asef bey bir de Sefi bey Rustembeyli Lakin sahidlerin arasindaki keskin ferqe baxmayaraq ittiham sahidleri bu cinayetin esl mahiyyetinin acilmasina ermeni qatilinin ifsa edilmesine nail olurlar Mehkemede ittiham sahidi qisminde ilk ifade veren Sefi bey Rustembeyli olur Huquqsunas ixtisasi yene de onun komeyine gelir Sefi bey prokuror Qribbonun mehkemenin sedri Freezin qatil Torlokyanin vekilleri Xasruyan ve Micinin merhum Behbud xan Cavansirin vekili Rifat Heyder beyin suallarini inandirici delillerle guclu mentiqle son derece sebirle yeri geldikce de sert sekilde cavablandirir Hetta qerezle verilmis suallar da Sefi beyi casdirmir Suallar qetl hadisesi ile bagli cinayetkara deyil daha cox Sefi beye unvanlandirilirdi 1918 ci ilde Bakida partiyalar varmiydi Bu partiyalarin birine mensub idinizmi Azerbaycan qezetinde fealiyyetiniz neden ibaret idi Hansi movzuda meqaleler yazirdiniz 1918 ci ilin martinda Bakida muselmanlar qetl edildimi Sefi bey sorusulan butun suallara boyuk agil zeka ve dogru durust cavab verir mehkemeni casdirirdi Bilerekden qatilin cinayeti arxa plana kecirilir vekillerin suallari daha cox Sefi beyin Azerbaycandaki ictimai siyasi movqeyine ve Azerbaycan qezetindeki redaktorluq fealiyyetine hesr olunurdu Azerbaycan in metbeesi Bakinin harasinda yerlesirdi ve sair Vekil Xasruyani Sefi beyin Ireli qezetinde derc olunan meqaleleri daha cox narahat edirdi Odur ki bu meqale ile bagli suallara tekrar tekrar qayidir niye yazdin nece yazdin faktlari haradan goturdun Dalbadal suallar verir fikri esas meseleden yayindirirdi Butun bunlara dozmeyen Sefi bey mehkemenin gedisine keskin etiraz edir ve isin duzgun aparilmasini teleb edir Sefi beyin usyani Xasruyani casdirir ve o hazirladigi protokolda onu bele ifade edir Indi sahidlerin gercek durumlarini meydana qoymaq isteyirem O sahidler kimlerdir Musavat partiyasi uzvlerinden Azerbaycan qezetinin redaktoru Sefi bey Rustembeyli Bu ele bir qezetdir ki dogum tarixi ve taleyi her kese bellidir Derhal elave edim ki mohterem redaktor mende bu tesiri yaratmisdir Neticede cinayet subut edilse de tribunalin qerari edaletsiz ve sarsidici olur qatil beraet alir cezasiz qalir Turkiyenin ilk qadin vekili Beynelxalq Qadin Huquqsunaslar Cemiyyetinin prezidenti Turkiyedeki bir sira ictimai teskilatlarin yaradicisi Ehmed bey Agaoglunun qizi Sureyya Agaoglu huquqsunas telebe kimi istirak etdiyi bu tarixi mehkemenin yekunu barede Bir omur de bele kecdi adli memuarinda yazir Nehayet mehkeme bitdi Prokuror qatil ucun olum cezasi istedi Bu teleb hetta bizi casdirdi Lakin prokuror 24 saat icerisinde Turkiyeden uzaqlasdirildi Yerine gelen prokuror ise muttehime beraet istedi ve qatil Torlokyan gece iken qacirildi Mehkemeden iller sonra Sureyya Agaoglu Londonda olarken prokuror Rickatson Hatt ile gorusur Gorus zamani hemin prokuror melum mehkemenin sedri ile Cinde gorusduyunu ve sedrin ona turklerin bu davada haqli oldugunu soyleyir AilesiMustafa bey RustembeyovAtasi Mustafa bey Rustem bey oglu Rustembeyov d Qebele Cocuq Pireli k o 1920 Baki Qebele beyi olmusdur 1920 de bolsevikler onu oglu Haci beyle birlikde gulleleyib Mehemmedemin Resulzade ozunun Azerbaycan Cumhuriyyeti kitabinin sonunda verdiyi Azerbaycan qurbanlarindan bir liste deki istiqlal sehidleri sirasinda Agdas eyanindan Rustembeyli Mustafa beyin de adini cekib Qebelenin Kicik Pirelli kendindeki evi hal hazirda da saglam veziyetdedir Mustafa beyin Qebelenin Mamayli kendinde dogulmus Rustembeyli Sefi beyden basqa Cefer bey Haci bey ve Baxis bey adli ogullari da olub Deyilenler Sefi beyin yaxin qohumu Eliaga Sahmaliyev uzun iller ailede Sefi beyin adini cekmeyin yasaq oldugunu deyir Rustembeyliler cox boyuk nesil olub Men Sefi beyin qardasi Haci beyin qizinin ogluyam Sefi bey menim anamin emisi idi Sovetlerin gelisinden sonra basqalari kimi Rustembeyovlar zulme ducar oldular Bezileri Rustemov oldular bey sozu silindi Sefi beyin atasini Sovet hokumeti gulleledi Mustafa bey Qebele bolgesinin en sayilan adamlarindan olub Indiye kimi de insanlar Mustafa beyin torpaqlari korpusu cekdiyi yol deye xatirlayirlar Sefi beyin qardasi Cefer bey Tiflisin bas terapevti idi Onlar Tiflisde yasayirdilar M C Bagirov onu Bakiya ise devet etdi ve 6 aydan sonra gulleledi Nenem danisirdi ki onu mehbesde az qala acindan oldurmusduler Qeyd edek ki Sefi bey Rustembeyovun qardasi Cefer bey Rustembeyli Azerbaycan Xalq Cumhuriyyetinin Kuban Xalq Respublikasindaki sefiri olmusdur Tarixci Edalet Tahirzade bu barede bunlari demisdir Hekim kimi de cox pesekar idi O 1924 cu ilde Istanbula gedib Sefi beyle gorusmusdu Edalet Tahirzade Sefi beyin atasi Mustafa bey Rustembeyov haqqinda bunlari demisdir Sefi beyin atasi Mustafa bey de Cumhuriyyeti heddinden artiq seven bir insan idi Hetta Cumhuriyyet ordusuna 20 min cut cekme ve paltar bagislamisdi Mustafa beyi de Musavat hokumetinin Daxili Isler Nazirinin muavininin atasi oldugu ucun gullelediler EserleriDagilan butler turk Yikilan putlar Mehmet Emin Resulzade nin nesriyatina cevap Istanbul Milli Mecmua Matbaasi 1934 M E Resulzadenin facievi suqutu turk M E Resulzadenin feci sukutu Istanbul Milli Mecmua Matbaasi 1935 Istinadlar Metbuat haqda qanun un ilk muellifi 2022 07 28 tarixinde Istifade tarixi 2018 05 30 2011 10 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 05 30 Edalet Tahirzade Qebele Rustembeylileri Azerbaycan tarixi secere cemiyyetinin xeberleri 11 ci buraxilis 2023 89 ISBN 978 9952 559 30 9 2023 08 22 tarixinde Istifade tarixi 2023 08 22 Xarici kecidlerSefi bey Rustembeyli Resulzadenin sikest zehniyyeti Sefi bey Rustembeyli Resulzadenin maliyye rezaleti