Enváyromentalizm (ing. Environmentalism: çevrəçilik) — bəzi Avropa ölkələrində yayılmış və çevrəmizin (ətraf mühitin) qorunması tədbirlərin möhkəmləndirilməsinə yönəlmiş ekoloji hərəkat. Bunlardan bəziləri beynəlxalq xarakter almış hərəkatlara çevirilmişdirlər.
Çevrəmiz haqqında BMT proqramı
UNEP (ing. United Nations Environment Programme) 1972 ildə BMT sistemi çərçivəsində yaradılmış proqramdır. Bu qurumun vəzifəsi bugünkü və gələcək soyların rifahı naminə çevrəmizin yaxşılaşması və qorunmasına yönəlmiş tədbirlərin tətbiq edilməsi və təşkilindən ibarətdir. Proqramın şüarı "İnkişaf naminə çevrəmiz"dir.
UNEPin baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. Onun başqa ölkələrdə də altı böyük regional ofisləri vardır. Bu qurum qlobal və regional səviyyələrdə ekologiya problemləri ilə bağlı istənilən məsələlərə baxır.
Eyni zamanda UNEP yer atmosferi, dəniz və yerüstü ekosistemlərlə bağlı çeşidli layihələr həyata keçirir. Bundan başqa bu qurum ekologiya və çevrəmizin qorunması üzrə bağlanmış beynalxaq anlaşmaların bağlanmasına qatılır, ölkələr və qeyri-hökumət qurumları ilə işbirliyi qurur, çeşidli layihələri maliyələşdirir. UNEPin fəaliyyət dairəsinə təhlükəli kimyavi maddələr, hava və suların kirlənməsi üzrə tövsiyələrin verilməsi də daxildir.
1988-ci ildə Beynalxalq meteoroloji təşkilat UNEPlə birlikdə İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökümətlərarası Qrupunu (IPCC) yaratmışdır. Eləcə də UNEP Qlobal Ekoloji Fondunun (GEF) təsisçilərindən biridir.
UNEP tərəfindən hər il "Beynalxalq çevrəmiz günü" qeyd olunur.
UNEP günəş enerjisinin inkişafı proqramlarını maliyələşdirir, günəş panelləri alanlara giymətdə güzəştlərə gedir. Bununla da onların alıcılarını həvəsləndirir. Bu proqram Hindistan, Tunis, Mərakeş, İndoneziya, Meksika kimi ölkələrdə üğurla həyata keçirilir. 2004-cü ildən başlayaraq, UNEP Yaxın Şərqdə (özəlliklə də İraqda) bataqlıqların qorunması üzrə layihəni maliyələşdirir. Çünki 2001-ci ilin göstəricilərinə görə, oradakı bataqlıqların 90% məhv edilmişdir.
Çevrəmiz üzrə Avropa agentliyi
Çevrəmiz üzrə Avropa agentliyi (EEA; European Environment Agency) Avropa məkanında çevrəmiz haqqında informasiyaların yığımı və təhlilini həyata keçirən Avropa Birliyinin təsisatıdır. Fəaliyyəti 1993-cü ildən başlanmışdır. Baş qərargahı Kopenhagen şəhərində yerləşir.
EEA aşağıdakı vəzifələri yerinə yetirir:
- Avropa Birliyi (AB) ölkələri ekoloji durum haqqında informasiya ilə təmin etmək; çevrəmizin durumu haqqında informasiyaların tərtib edilməsi, dəyərləndirilməsi və mübadiləsi, çevrəmixin durumu və ekoloji araşdırmaların nəticələri haqqında etibarlı informasiyaların kütləvi yayımını təmin etmək;
- Avropa informasiya şəbəkəsinin koordinasiyası və çevrəmizə baxışların keçirilməsi; bunların çevrəmizin beynalxalq monitorinqlərinə daxil edilməsi, onun monitorinqlərin aparılması üçün ölkələrə yardım etmək və bu məsələlər üzrə məsləhətlər vermək;
- Dəyən ziyanın dəyərləndirmə metodlarının və bərpa işlərinin təkmilləşdirilməsi;
- Beynalxalq əməkdaşlıqda iştirak etmək.
EEA-nın işində təkcə AB ölkələri deyil, həmdə bu təşkilatın ideya və fəaliyyəti ilə razılaşan və bölüşən başqa ölkələr də iştirak edə bilər. Belə olarsa onlarla özəl anlaşmalar bağlanır. AB-də EEA ilə birlikdə Avropa çevrəyə baxış və informasiya şəbəkəsi adlanan çevrənin monitorinqi sistemi fəaliyyət göstərir.
İqlimin dəyişməsi üzrə ekspertlərin hökumətlərasrası qrup (IPCC)
Günümüzdə insan fəaliyyəti elə miqyasda genişlənib ki, o qlobal iqlim kimi təbiət sistemlərinə təsir edir. Bir çox bilginlərə görə iqlimin dəyişməsinin çox ağır və qarşısıalınmaz sonucları ola bilər. buna görə də tezliklə tədbirlər görülməlidir. Başqaları isə bu təhlükənin şişirdilmiş olmasını iddia edərək, təşvişlərin əsassız olduğunu deyirlər.
Buna görə iqlim dəyişmələri o qədər aktual problemdir ki, siyasətçilərə bu barədə obyektiv bilgilərin verilməli, bu prosesin səbəbləri açıqlanmalı; onun çevrəyə, toplumlara, iqtisadiyyata təsirinin miqyası bildirilməli; qarşısının alınması imkanları bilinməlidir.
Bu səbəblər üzündən Ümumdünya meteoroloji təşkilatı və BMT-nin çevrə üzrə proqramı 1988-ci ildə İqlimin dəyişməsi üzrə ekspertlərin hökumətlərasrası qrupu (Intergovernmental Panel on Climate Change, IPCC)təsis etmişdirlər. Ekspertlər qrupunun vəzifəsi bütün dünyadan alınmış iqlim dəyişmələri haqqında elmi-texniki və ictimai-iqtisadi informasiyaları hərtərəfli, obyektiv, açıq dəyərləndirilməsindədir. Bu dəyərləndirmə bütün dünyanın ekspertləri tərəfindən yazılmış texniki və praktiki ədəbiyyatın əsasında verilir. IPCC-in məruzələri bu problem üzrə siyasət üçün aktual olan baxışların balanslandırılmış baxımdan ortalığa çıxarılmasıdır. Bunu edərkən təşkilatın özü siyasətə qarışmır. Yaranan gündən IPCC bir çox yayımlar yayımlamışdır. Onlardan siyasətçilər, alimlər, tələbələr və ekspertlər istifadə edirlər.
IPCC UNEPə daxil olan ölkələr üçün açıq olan hökumətlərarası bir qurumdur. Onun ekspertləri ildə bir kərə toplantılara yığılırlar. Burada IPCC-in strukturu, prinsipləri, iş prinsipi haqqında qərarlar çıxarılır. Eləcə də bu təşkilatın sədri və idarə heyəti seçilir.
IPCC-in üç işçi qrupu vardır. Birincisi iqlim sisteminin iqlim dəyişmələrini dəyərləndirir. İkincisi iqlim dəyişmələrinə təbii və sosial iqtisadi sistemlərin məruz qalmasını dəyərləndirir, iqlim dəyişmələrinin mənfi və müsbət təsirlərini və onlara adaptasiya imkanlarını araşdırır. Üçüncüsü isə ziyanlı qazların tullanmasının qarşısını alınma imkanlarını və iqlim dəyişmələrinin yumuşalmasının başqa yollarını dəyərləndirir.
Təşkilanın maliyyələşməsini hökumətlər könüllü olaraq edirlər. IPCC-in məruzələri bir neçə cilddən ibarətdir. Orada iqlim dəyişmələri haqqında hərtərəfli elmi-texniki və ictimai-iqtisadi informasiyalar, problemdən çıxış yollarının nəzəri aspektləri vardır. IPCC-in birinci məruzələri 1990-cı, ikincisi 1995-ci, üçüncüsü isə 2001-ci illərdə dərc olunmuşdur. Orada iqlim dəyişməsi ilə bağlı narahatlıq elmi cəhətdən əsaslandırılmışdır.
"Yaşıllar" hərəkatı
Yaşıllar hərəkatı çevrəmizin dağılmasına qarşı mübarizə aparan, insanla təbiət arasında münasibətlərdə daha çox ahəngin əldə olunmasına çalışan qeyri-hökumət təşkilatların, qrupların, cərəyanların ümumiləşmiş adıdır. Yaşıl rəng təbiətin, ümidin, yeniliyin rəmzi olduğu üçün onlar onu öz simvolu etmişdirlər.
Yaşıllar hərəkatını araşdıran araşdırmaçılar onların üç cərəyana bölündüyünü iddia edirlər. Birincisi təbiəti ənənəvi (qeyri-siyasi) yollarla qoruyan mühafizəkarlardır. İkincisi çevrəni praqmatik yanaşmalarla qorumağa çalışan envayromentalistlərdir. Üçüncüsü siyasi və ictimai ekologistlərdir. Envayromentalistlər mövcud qurumların imkanlarından istifadə edir və onları dəyişdirməyə can atmırlar. Siyasi və ictimai ekologistlər isə mövcud modellərin çeşidli üsullarla dəyişməsi üçün iş görürlər. Yaşıllar hərəkatı bugünkü görkəmdə 1970-ci illərdə formalaşmışdırlar.
1950–1960-cı illərdə olan çox surətli sənaye artımı siyasi (ölkələrin güclənməsi) ya da iqtisadi (gəlirin əldə edilməsi) maraqlar üzündən baş vermişdir. İstehsal istehsal, istehlak da istehlak naminə artırdı. Bu da insan sağlamlığı üçün təhlükə törədən hava, suların və torpaqların sənaye və məişət tüllantıları ilə kirlənməsinə, bir çox təbii ehtiyatların tükənməsinə, həyatın əsası olan bioloji və təbii çeşidliliyin pozulmasına, ekoloji müvazinəti pozan proseslərin ("istixana effekti", qlobal iqlimin dəyişməsi, ozon qatının azalması, torpaqların eroziyası və s.) dərinləşməsinə gətirib çıxartmışdır.
Ekoloji problemlərin artması əhalinin, daha çox maddi imkanları az olanların narazılığına gətirib çıxartmışdır. Artıq 1960-cı illərdən başlayaraq yazıçı və publisistlər bu sahədəki problemlərin olduğunu vurğulamış, bu barədə yazılar yazmışdırlar. Elə o zaman dünyanın ABŞ, Qərbi Avropa, Yaponiya kimi inkişaf etmiş ölkələrdə ekoloji məsələlər üzrə birləşən etirazçı qruplar yaranmışdır. Onlar Nüvə Elektrik Stansiyaların, sağlamlığa ziyan vuran müəssisələrin və bu kimi başqa obyektlərin tikilməsinə etiraz edirdilər. Ancaq müəssisələrin başçıları onların etirazlarına heç bir reaksiya vermədiyindən, ekologistlər toplumda təzyiq mexanizmlərinə əl atmaq qərarına gəlmişdirlər.
Ekoloji problemlərə "Avropa təbiətin qorunması ili" kompaniyası (1970), Stokqolmda keçirilən çevrə problemləri üzrə BMT-nin konfransı (1972) kimi tədbirlər diqqəti artırmışdır. Bundan başqa bu yöndə D. Forester, D. Meddouz, Donella kimi ayrı-ayrı alimlər də işlər görmüşdürlər. Onların fikrincə, sənayeləşmənin inkişaf surəti, çevrənin kirlənməsi, ehtiyatların tükənməsi, əhalinin artımı olduğu kimi davam edərsə, bu yüz ilin ərzində yer kürəsində mümkün olan artım həddinə gətirib çıxardacaqdır. Bunun qarşısının alınması üçün ekoloji və iqtisadi stabillik üçün şərait yaradalmalıdır. Alimlərin iddiasına görə, bu proseslərin qarşısını almaq, ekoloji və iqtisadi stabillik üçün şərait yaratmaq olar. Onların fikirlərinə görə, əldə edilən qlobal müvazinət hər bir indsana maddi və mənəvi ehtiyaclarını təmin etməlidir. Bu alimlər bu yöndə çıxış yollunu istehsalla istehlakın artımından imtina etməkdə, ekoloji baxımdan təmiz texnologiyalara keçməkdə görürdülər.
Ekoloji hərəkat inkişaf etdikcə, onun sıralarına çoxlu "yeni solçular" daxil olmuşdurlar. Onlar 1960–70-ci illərin dövlət bürokratiyasına, monopoliyalara, istehlakçılığa qarşı etiraz edən gənclər idilər. Ekologistlərin ideyaları onlara yaxın idi. Bir çox hallarda "yeni solçular" ekoloji qrupların və təşəbbüslərin yaradıcıları olmuşdurlar. Solçu düşünürlər ekoloji hərəkatların içində olarkən kiçik və orta istehsalat şəbəkəsinin yaradılması ideyası ilə çıxış edirdilər. Onlar istehsalçı və emalatçıların icmaları şəklində fəaliyyət göstərməli, özlərinin və əhalinin ehtiyaclarını ödəməli idilər.
Yaşılların yaranmasına və yayılmasına birbaşa təkan verən amil nüvə silahı və energetikası faktoru olmuşdur. Bilindiyi kimi, 1960-cı illərdə iqtisadi inkişaf atom energetikasının tətbiq olunması ilə müşayiət olunurdu. Nüvə energetikasına maraq 1973–1974-cü illərin neft böhranı zamanı daha da artmışdır. Bu sahə dövlət və hərbi əhəmiyyətli olduğuna görə ona yaxın düşmək olmurdu. Bu da sosial cəhətdən aktiv adamları buna qarşı çıxış etməyə sövq edirdi. O vaxtlat "Aktiv olmaq radioaktiv olmaqdan yaxşıdır" şüarı ortalığa atılmışdır.
Hakimiyyətlərlə qarşıdurmalar onları yerli miqyasdan çıxarmış, regional və milli səviyyələrdə çevrənin qorunması üzrə ekoloji birliklər yaranmağa başlamışdır. O zaman bu hərəkatın dünyagörüşü də formalaşmışdır. Bir çox hallarda ekoloji hərəkatlar uğur qazana bilməmişdirlər. Ancaq, buna baxmayaraq, etirazlar çoxalmışdır. Onminlər və yüzminlərlə adam Yaponiyada (1970-ci illərin sonu), Almaniyada (1980-ci illərin əvvəlləri), Fransa və İspaniyada (1990-cı illərdə) böyük nəqliyyat obyektlərinə qarşı nümayişlər keçirilmişdir. Ekologistlərin nüvə və nəqliyyat problemlərinə toxunması, onları həmdə antihərbi və antimilitarist hərəkata çevirmişdir. Onlar 1980-ci illərdə ABŞ, İngiltərədə, Almaniyada, Hollandiyada, Belçikada hərbi raketlərin yerləşdirilməsinə qarşı etiraz aksiyaları keçirmişdirlər.
Eyni zamanda 1970–1980-ci illərdə ekoloji hərəkatların "alternativ həyat tərzi"nin tərəfdarları ilə yaxınlaşması prosesi gedirdi. Onlar boşalmış yaşayış yerlərində yerləşib, orada öz toplumlarını (kommunalarını), özlərini idarə edən birliklərini, istehsalat kooperativlərini yaradırdılar. Bu kimi toplumlar arasında ekologistlərin ideyaları ilə üst-üstə düşən çevrə ilə harmoniyada yaşamaq, təmiz texnologiyaları istifadə etmək kimi ideyaları formalaşmışdır.
"Yaşıl" partiyalar
Öncə yaşılların çoxu hakimiyyətin strukturlarına etibar etmirdilər, onlara təzjiq obyekti kimi baxırdılar. Onlara elə gəlirdi ki, belə mövqe onlara xalq arasında daha çox populyarlıq gətirəcək. Ancaq sonra bu təşkilatlar çoxlu problemlərlə üzləşib, onları çözə bilməmişdirlər. Başqa tərəfdən yaşıllar çeşidli siyasi güclərdən də bir xeyir görmürdülər. Buna görə də onlar öz siyasi təşkilatlarını yaratmağa başladılar. Onların vasitəsi ilə də öz hərəkatlarına dəstək almaq istəmişdirlər.
Yeni yaranan siyasi qruplara çeşidli sağçı və solçu siyasətçilər qoşuldular. Onlar ekoloji şüarlarla özlərinə siyasi karyera qazanmaq istəmişdirlər. Beləliklə "yaşıl" partiyalar ortalığa çıxdılar. Onların ilki 1973-ildə ABŞ-də yaranmışdır. 1970-ci illərin sonunda isə belə partiyalar Almaniya, Belçika, Fransa, Hollandiya, İsveçrə, başqa Avropa ölkələrində, eləcə də Avstraliya, Yeni Zelandiya Kanada və başqa dünya ölkələrində yaranmışdır.
Bu partiyalar seçkilərdə uğur qazana bilmişdirlər. Onlar İtaliyada (1976), İsveçrədə (1979), Belçkada (1981), Qərbi Almaniya və Portuqaliyada (1983), Lyuksemburq və Avstraliyada (1984), Avstriya, İspaniya və Hollandiyada (1986), Finlandiya və Norveçdə (1987), İsveçdə (1988), Yunanıstan və İrlandiyada (1989), Yeni Zelandiyada (1993), Danimarkada (1994), Fransa və Kanadada (1997), İslandiya və Yaponiyada (1999) öz nümayəndələrini parlamentlərə keçirdə bilmişdirlər. Kommunist blokunun dağılmasından sonra yaşıllar partiyaları keçmiş SSRİ ölkələri və Şərqi Avropada da yaranmışdırlar.
Eyni zamanda yaşılların beynalxalq siyasi birliyi formalaşmağa başlamışdır. 1979-cu ildə keçirilmiş Avropa Parlamentinə seçkilərdən sonra Ekoloji və radikal partiyaların Avropa koordinasiyası təsis edilmişdir. 1983–1984-cü illərdə isə o Avropa yaşıllarının koordinasiyası adlanmışdır. 1993-cü ildə isə Yaşıllar partiyaların Avropa federasiyası yaranmışdır. Bu quruma Qərbi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ-də yaranan "yaşıllar" girmişdir.
Yaşılların milli partiyalarının öz yaranma tarixləri və bir çox hallarda onların beynalxalq ekoloji hərəkatlarla ziddiyətl münasibətləri olmuşdur. Onların arasında solçu sosialistlərdən mühafizəkarlara qədər bir çox güclər olmuşdur. Ümumiyyətlə yaşılların siyasi qanadında üç əsəs güclər olmuşdur. Bunlar "təməlçilər", "ekososialistlər" və "real siyasət" tərəfdarları idilər. Təməlçilər ekoloji prinsiplərin "təmizliyini" qorumuşdurlar. Onların fikrinccə "təbiət güzəştləri sevmir". Envayromentalistlər kimi, təməlçilər ictimai quruluşun deyil, çevrənin problemlərinə yönəlmişdirlər.
Ekososialistlərin arasında çoxlu keçmiş "yeni solçular" olmuşdurlar. Onlar kapitalizmə qarşı, çıxış edirdilər, Sovet tipli "real sosializm" ideyaları ilə çıxış edirdilər, əsl demokratiya özünü idarəetmə, insanların və onların təbiətlə harmoniyasının yaranması tərəfdarları idilər.
"Real siyatçilər" isə əsasən sosial-demokrat və sosial-liberal ideyalarının tərəfdarları idilər. Onlar mövcud bazar iqtisadiyyatı çərçivəsində ekoloji islahatların keçirilməsini istəmişdirlər.
Çeşidli partiyalar içində güvvələr münasibətləri fərqli idi. Öncə ekoloji, antihərbi, alternativ qruplar tələblər irəli sürmüşdürlər. Onlar ümumi və geniş xarakter daşıyırdılar. Sonra isə onlar proqramlarını təkmilləşdirmiş, dəqiqləşdirmişdirlər. Bir qayda olaraq, onlar nüvə energetikanın ləğv edilməsini, eləcə də çevrənin qorunmasına yönəlmiş tətbirlərin görülməsini, demokratik və vətəndaş hüquqların təmin edilməsini, mövcud siyasi institutların demokratikləşdirilməsini, alternativ iqtisadiyyatın tətbiq edilməsini, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiq edilməsini, sülh və tərkisilah siyasətinin yeridilməsini tələb edirdilər.
Ancaq sonra parlamentlərdəki fəaliyyət yaşılları mümkün olan siyasət aparmağa məcbur etdi. Buna görə də ekoloji partiyalarda "real siyasət" tərəfdarları qalib gəldilər. Oncə yaşıllar yeni bir güc, partiyasız hərəkat kimi fəaliyyət göstərirdilərsə, sonra başqaları kimi siyasətə qatıldılar.
Daha sonra yaşılların siyasi qanadı bəsi ölkələrin hökumətlərinə daxil oldular: Fransada (1992–1993, 1997–2002), Finlandiyada (1995–2002), İtaliyada (1996–2001), Almaniyada (1998-ci ildən sonra), Belçikada (1999-cu ildən sonra). Bir çox hallarda bunu sosial-demokratlarla və başqa solçularla ittifaqda etmişdirlər.
Yaşılların hakimiyyətdə olma təcrübələri çox ziddiyətli olmuşdur. Onlar çox yüksək vəzifələr tutmuş və dairələrə çıxmışdırlar. Ancaq bu uğurlar onları bir çox ideyalarından və hərəkatlərının prinsiplərindən yayındırmışdır. Örnək üçün, onlar heç yerdə atom enerjisindən istifadə edilməsinə son qoya bilməmişdirlər, NATO kimi hərbi bloklara qarşı dözümlü davranırlar, hətta xarici ölkələrdə hərbi əməliyyatların aparılmasını dəstəkləyirlər.
"Qrinpis" təşkilatı
1971-ci ildə Kanadanın Vankuver şəhərində Devid Maktaqqrt "Qrinpis" (ing. qreenpeace — yaşıl dünya) adlanan beynalxalq ictimai təbiətiqoruma təşkilatı yaratmışdır. "Qrinpisin" əsas məqsədi toplumun və hakimiyyətlərin diqqətini cəlb etməklə qlobal ekoloji problemlərin çözülməsindədir. Təşkilatın maliyələşməsi yalnız ona rəğbət bəsləyən adamlardan tərərindən edilir. "Qrinpis" prinsipial olaraq dövlətlərdən, biznes strukturlarından, siyasi partiyalardan pul və dəstək almır.
"Qrinpis" kütləvi informasiya vasitələrinin diqqətini ekoloji problemlərə yönəltmək məqsədi ilə gurultulu aksiyalar geçirir. Açıq aksiyalar göstərmək təşkilatın məqsədidir. Bununla onların fəalları ekoloji cinayətlər törədilən yerlərə gedib, oradan insanlara müstəqil və doğru informasiya verirlər.
1960-cı illərdə ABD hakimiyyəti Alyaskada zəlzələlər təhlükəsi olan yerlərdə nüvə partlayışları keçirmək qərarına gəlmişdir. Bu da ictimaiyyətinn narahatlığına səbəb olmuşdur, çünki zəlzələlər və sunami təhlükəsi var idi. Partlayışlara qarşı olanlar ABŞ və Kanada sərhədində etiraz aksiyaları keçirtmişdirlər. Ancaq bu etirazlar bir nəticə verməmiş, nüvə partlayışları edilmişdir. Bu partlayışlardan sonra nə zəlzələ, nə də sunami olmadı.
Bundan sonra ABŞ hökuməti daha bir nüvə partlayışı keçirtmək qərarına gəldi. Bu dəfə nüvə başlığı öncəkindən 5 dəfə güclü idi. Bu da yeni etiraz dalğasına gətirib çıxartmışdır.
Beləliklə 1970-ci ildə Vankuverdə etirazçılar xeyriyyə konserti keçirdilər. Burada da Qrinpisin ilk aksiyaları üçün maddi baza yaradılmışdır.
Qrinpis fəalları netf məhzullarından istifadəyə qarşı çıxış edirlər, çünki bunun nəticəsində atmosferə çoxlu ziyanlı tullantıları çıxır. Təşkilatın radikal üzvləri nefti nəql edən gəmilərə və başqa nəqliyyat basitələrə keçmək cəhdləri edib orada etirazlarını sərgiləmək istəyirlər.
Qrinpisçilərin ən böyük qələbələrindən biri 1995-ci ildə İngiltərənin Shell şirkəti tərəfindən "Brent Spar" neft platformasını dənizdə batırmaq cəhdinin qarşısını almaq kompaniyası olmuşdur. Orada çoxlu ziyanlı maddələr olmuşdur. Bir neçə Qrinpis fəalları bu platformaya girə bilmiş, özlərini ona zəncirlə bağlamışdırlar. Bu xəbər KİV-lərdə yayılmasından sonra etirazlar başlamış və SHELL şirkətinə qarşı boykot kompaniyası başlanmışdır. Bundan sonra bu şirkət öz planlarından imtina etməli olmuşdu. Əvəzində onlar platformanı sahilə çıxardıb, orada onu hissələrə bölərək məhv etmişdirlər.
Yeni çağımızda envayromentalistlərin fəaliyyəti
Bugünkü dünya ekoloji hərəkatlarının çoxlu qolları vardır. 1970–1980-ci illərdə olan kütləvi vətəndaş aktivliyi iqtisadi və sosial problemlər üzündən sonrakı illərdə zəyifləmişdir. Buna baxmayaraq, günümüzdə də çox fəal qruplar, birliklər, qeyri-hökumət təşkilatları və asosiasiyaları çeşidli yönümlərdə çevrəmizin problemləri ilə məşğul olurlar. Bu hərəkatların aktuallığı Çernobıl NES-da olan qəzadan (1986) sonra təsdiqlənmişdir.
Günümüzdə yaşılların aktivliyi davam etməkdədir. Onların bəzi aksiyaları keçici və müvəqqəti xarakterli olur. Onlar hansısa bir təbiətə ziyan vuran obyektə ya da proqrama qarşı çıxış edirlər. Bəzən onların bağlanmasına nail olurlar, bəzən isə yox. Bundan sonra aksiyalar bu sahədə keçirilmir. Başqa hallarda isə etirazlar illərlə sürdürülür.
Örnək üçün, 1980-ci illərdən bəri Almaniyanın Horleben bölgəsindəki nüvə tullantılarının ətrafında qarşıdirmalar uzun müddət davam etmişdir. Ora nüvə tullantıları ilə dolu yeni nəqliyyat karvanları gələn kimi onminlərlə insan onların qarşısını almağa cəhd edirlər: ekoloji qurumlar orada nümayişlər, yürüşlər keçirirlər, fəallar öz bədənləri ilə avtomobil və dəmiryolları bağlayırlar. Hər zaman da polislə qarşıdurmalar oludu. Onların məqsədi bu obyektə, ona gələn yollara ziyan vurmaq, ora tullantıların gətirilməsini çox baha başa gələn etmək idi. Belə olardısa, hökumət bu obyektə yeni yüklərin gətirilməsini baha olduğuna görə dayandıra bilərdi.
Zamanımızda envayromentalist yönümlü "Qrinpis" kimi qeyri-hökumət təşkilatları da fəaliyyət göstərirlər. Onların mübarizə üsulları çeşidlidir: hökumətlərin lobbiçilik vasitəsilə özlərinə sərf edən qərarların alınmasından birbaşa aksiyalara qədər.
Bir çox ekologistlər "yaşıllar" partiyaların siyasətlərinin nəticələrindən məyus olmuşdurlar. Buna görə onlar insan toplumu ilə təbiət arasındakı münasibətlər məsələsində yeni yollara və üsullara əl atırlar. Bu yolda onlar yeni ideyalarla da çıxış edirlər. Məsələn, "ekoanarxistlər" cərəyanı formalaşmışdır. Onların ideoloqları amerikalı M. Bukçin və C. Bil'dir. Onların ideyalarına görə, çağdaş industrial toplumlara son qoyulmalı, təmiz texnologiyalarla yaşayan və özlərini idarə edən şəhər komunnaları yaradılmalıdır. Onlar beynalxalq şəbəkə yaratmış və bir sıra forumlar keçirə bilmişdirlər. Bir çox ölkələrdə bu qurumun "solçu yaşıllar" ya da "demokratik alternativ" adlanan təşkilatları yaranmışdır.
Yaşılların başqa qrupları "dərin ekologiya" adlanan konsepsiya irəli sürmüşdürlər. Bu konsepsiyaya görə çağdaş sivilizasiyaya son qoyulmalıdır. Onların fikrincə, planetar ekosistemdə insan yalnız canlılardan biridir. Buna görə onun dünyada özəl və ən uca varlıq olması inancına (antroposentrizmə) son qoyulmalıdır. "Dərin ekologistlərin" bəziləri cəmiyyəti bioloji qanunlara tabe etmək ideyası ilə çıxış edirlər. Başqaları isə iptidai icma quruluysuşuna, sivilizasiyalar öncəsi dönəmlərə qayıtmağa çağırırlar.
Mənbə
- Aydın Əlizadə. "Ekologiya" kursu üzrə mühazirələr 2016-03-05 at the Wayback Machine // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri
Həmdə bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Envayromentalizm ing Environmentalism cevrecilik bezi Avropa olkelerinde yayilmis ve cevremizin etraf muhitin qorunmasi tedbirlerin mohkemlendirilmesine yonelmis ekoloji herekat Bunlardan bezileri beynelxalq xarakter almis herekatlara cevirilmisdirler Cevremiz haqqinda BMT proqramiUNEP ing United Nations Environment Programme 1972 ilde BMT sistemi cercivesinde yaradilmis proqramdir Bu qurumun vezifesi bugunku ve gelecek soylarin rifahi namine cevremizin yaxsilasmasi ve qorunmasina yonelmis tedbirlerin tetbiq edilmesi ve teskilinden ibaretdir Proqramin suari Inkisaf namine cevremiz dir UNEPin bas qerargahi Keniyanin paytaxti Nayrobide yerlesir Onun basqa olkelerde de alti boyuk regional ofisleri vardir Bu qurum qlobal ve regional seviyyelerde ekologiya problemleri ile bagli istenilen meselelere baxir Eyni zamanda UNEP yer atmosferi deniz ve yerustu ekosistemlerle bagli cesidli layiheler heyata kecirir Bundan basqa bu qurum ekologiya ve cevremizin qorunmasi uzre baglanmis beynalxaq anlasmalarin baglanmasina qatilir olkeler ve qeyri hokumet qurumlari ile isbirliyi qurur cesidli layiheleri maliyelesdirir UNEPin fealiyyet dairesine tehlukeli kimyavi maddeler hava ve sularin kirlenmesi uzre tovsiyelerin verilmesi de daxildir 1988 ci ilde Beynalxalq meteoroloji teskilat UNEPle birlikde Iqlimin Deyismesi uzre Ekspertlerin Hokumetlerarasi Qrupunu IPCC yaratmisdir Elece de UNEP Qlobal Ekoloji Fondunun GEF tesiscilerinden biridir UNEP terefinden her il Beynalxalq cevremiz gunu qeyd olunur UNEP gunes enerjisinin inkisafi proqramlarini maliyelesdirir gunes panelleri alanlara giymetde guzestlere gedir Bununla da onlarin alicilarini heveslendirir Bu proqram Hindistan Tunis Merakes Indoneziya Meksika kimi olkelerde ugurla heyata kecirilir 2004 cu ilden baslayaraq UNEP Yaxin Serqde ozellikle de Iraqda bataqliqlarin qorunmasi uzre layiheni maliyelesdirir Cunki 2001 ci ilin gostericilerine gore oradaki bataqliqlarin 90 mehv edilmisdir Cevremiz uzre Avropa agentliyiCevremiz uzre Avropa agentliyi EEA European Environment Agency Avropa mekaninda cevremiz haqqinda informasiyalarin yigimi ve tehlilini heyata keciren Avropa Birliyinin tesisatidir Fealiyyeti 1993 cu ilden baslanmisdir Bas qerargahi Kopenhagen seherinde yerlesir EEA asagidaki vezifeleri yerine yetirir Avropa Birliyi AB olkeleri ekoloji durum haqqinda informasiya ile temin etmek cevremizin durumu haqqinda informasiyalarin tertib edilmesi deyerlendirilmesi ve mubadilesi cevremixin durumu ve ekoloji arasdirmalarin neticeleri haqqinda etibarli informasiyalarin kutlevi yayimini temin etmek Avropa informasiya sebekesinin koordinasiyasi ve cevremize baxislarin kecirilmesi bunlarin cevremizin beynalxalq monitorinqlerine daxil edilmesi onun monitorinqlerin aparilmasi ucun olkelere yardim etmek ve bu meseleler uzre meslehetler vermek Deyen ziyanin deyerlendirme metodlarinin ve berpa islerinin tekmillesdirilmesi Beynalxalq emekdasliqda istirak etmek EEA nin isinde tekce AB olkeleri deyil hemde bu teskilatin ideya ve fealiyyeti ile razilasan ve bolusen basqa olkeler de istirak ede biler Bele olarsa onlarla ozel anlasmalar baglanir AB de EEA ile birlikde Avropa cevreye baxis ve informasiya sebekesi adlanan cevrenin monitorinqi sistemi fealiyyet gosterir Iqlimin deyismesi uzre ekspertlerin hokumetlerasrasi qrup IPCC Gunumuzde insan fealiyyeti ele miqyasda genislenib ki o qlobal iqlim kimi tebiet sistemlerine tesir edir Bir cox bilginlere gore iqlimin deyismesinin cox agir ve qarsisialinmaz sonuclari ola biler buna gore de tezlikle tedbirler gorulmelidir Basqalari ise bu tehlukenin sisirdilmis olmasini iddia ederek tesvislerin esassiz oldugunu deyirler Buna gore iqlim deyismeleri o qeder aktual problemdir ki siyasetcilere bu barede obyektiv bilgilerin verilmeli bu prosesin sebebleri aciqlanmali onun cevreye toplumlara iqtisadiyyata tesirinin miqyasi bildirilmeli qarsisinin alinmasi imkanlari bilinmelidir Bu sebebler uzunden Umumdunya meteoroloji teskilati ve BMT nin cevre uzre proqrami 1988 ci ilde Iqlimin deyismesi uzre ekspertlerin hokumetlerasrasi qrupu Intergovernmental Panel on Climate Change IPCC tesis etmisdirler Ekspertler qrupunun vezifesi butun dunyadan alinmis iqlim deyismeleri haqqinda elmi texniki ve ictimai iqtisadi informasiyalari herterefli obyektiv aciq deyerlendirilmesindedir Bu deyerlendirme butun dunyanin ekspertleri terefinden yazilmis texniki ve praktiki edebiyyatin esasinda verilir IPCC in meruzeleri bu problem uzre siyaset ucun aktual olan baxislarin balanslandirilmis baximdan ortaliga cixarilmasidir Bunu ederken teskilatin ozu siyasete qarismir Yaranan gunden IPCC bir cox yayimlar yayimlamisdir Onlardan siyasetciler alimler telebeler ve ekspertler istifade edirler IPCC UNEPe daxil olan olkeler ucun aciq olan hokumetlerarasi bir qurumdur Onun ekspertleri ilde bir kere toplantilara yigilirlar Burada IPCC in strukturu prinsipleri is prinsipi haqqinda qerarlar cixarilir Elece de bu teskilatin sedri ve idare heyeti secilir IPCC in uc isci qrupu vardir Birincisi iqlim sisteminin iqlim deyismelerini deyerlendirir Ikincisi iqlim deyismelerine tebii ve sosial iqtisadi sistemlerin meruz qalmasini deyerlendirir iqlim deyismelerinin menfi ve musbet tesirlerini ve onlara adaptasiya imkanlarini arasdirir Ucuncusu ise ziyanli qazlarin tullanmasinin qarsisini alinma imkanlarini ve iqlim deyismelerinin yumusalmasinin basqa yollarini deyerlendirir Teskilanin maliyyelesmesini hokumetler konullu olaraq edirler IPCC in meruzeleri bir nece cildden ibaretdir Orada iqlim deyismeleri haqqinda herterefli elmi texniki ve ictimai iqtisadi informasiyalar problemden cixis yollarinin nezeri aspektleri vardir IPCC in birinci meruzeleri 1990 ci ikincisi 1995 ci ucuncusu ise 2001 ci illerde derc olunmusdur Orada iqlim deyismesi ile bagli narahatliq elmi cehetden esaslandirilmisdir Yasillar herekatiYasillar herekati cevremizin dagilmasina qarsi mubarize aparan insanla tebiet arasinda munasibetlerde daha cox ahengin elde olunmasina calisan qeyri hokumet teskilatlarin qruplarin cereyanlarin umumilesmis adidir Yasil reng tebietin umidin yeniliyin remzi oldugu ucun onlar onu oz simvolu etmisdirler Yasillar herekatini arasdiran arasdirmacilar onlarin uc cereyana bolunduyunu iddia edirler Birincisi tebieti enenevi qeyri siyasi yollarla qoruyan muhafizekarlardir Ikincisi cevreni praqmatik yanasmalarla qorumaga calisan envayromentalistlerdir Ucuncusu siyasi ve ictimai ekologistlerdir Envayromentalistler movcud qurumlarin imkanlarindan istifade edir ve onlari deyisdirmeye can atmirlar Siyasi ve ictimai ekologistler ise movcud modellerin cesidli usullarla deyismesi ucun is gorurler Yasillar herekati bugunku gorkemde 1970 ci illerde formalasmisdirlar 1950 1960 ci illerde olan cox suretli senaye artimi siyasi olkelerin guclenmesi ya da iqtisadi gelirin elde edilmesi maraqlar uzunden bas vermisdir Istehsal istehsal istehlak da istehlak namine artirdi Bu da insan saglamligi ucun tehluke toreden hava sularin ve torpaqlarin senaye ve meiset tullantilari ile kirlenmesine bir cox tebii ehtiyatlarin tukenmesine heyatin esasi olan bioloji ve tebii cesidliliyin pozulmasina ekoloji muvazineti pozan proseslerin istixana effekti qlobal iqlimin deyismesi ozon qatinin azalmasi torpaqlarin eroziyasi ve s derinlesmesine getirib cixartmisdir Ekoloji problemlerin artmasi ehalinin daha cox maddi imkanlari az olanlarin naraziligina getirib cixartmisdir Artiq 1960 ci illerden baslayaraq yazici ve publisistler bu sahedeki problemlerin oldugunu vurgulamis bu barede yazilar yazmisdirlar Ele o zaman dunyanin ABS Qerbi Avropa Yaponiya kimi inkisaf etmis olkelerde ekoloji meseleler uzre birlesen etirazci qruplar yaranmisdir Onlar Nuve Elektrik Stansiyalarin saglamliga ziyan vuran muessiselerin ve bu kimi basqa obyektlerin tikilmesine etiraz edirdiler Ancaq muessiselerin bascilari onlarin etirazlarina hec bir reaksiya vermediyinden ekologistler toplumda tezyiq mexanizmlerine el atmaq qerarina gelmisdirler Ekoloji problemlere Avropa tebietin qorunmasi ili kompaniyasi 1970 Stokqolmda kecirilen cevre problemleri uzre BMT nin konfransi 1972 kimi tedbirler diqqeti artirmisdir Bundan basqa bu yonde D Forester D Meddouz Donella kimi ayri ayri alimler de isler gormusdurler Onlarin fikrince senayelesmenin inkisaf sureti cevrenin kirlenmesi ehtiyatlarin tukenmesi ehalinin artimi oldugu kimi davam ederse bu yuz ilin erzinde yer kuresinde mumkun olan artim heddine getirib cixardacaqdir Bunun qarsisinin alinmasi ucun ekoloji ve iqtisadi stabillik ucun serait yaradalmalidir Alimlerin iddiasina gore bu proseslerin qarsisini almaq ekoloji ve iqtisadi stabillik ucun serait yaratmaq olar Onlarin fikirlerine gore elde edilen qlobal muvazinet her bir indsana maddi ve menevi ehtiyaclarini temin etmelidir Bu alimler bu yonde cixis yollunu istehsalla istehlakin artimindan imtina etmekde ekoloji baximdan temiz texnologiyalara kecmekde gorurduler Ekoloji herekat inkisaf etdikce onun siralarina coxlu yeni solcular daxil olmusdurlar Onlar 1960 70 ci illerin dovlet burokratiyasina monopoliyalara istehlakciliga qarsi etiraz eden gencler idiler Ekologistlerin ideyalari onlara yaxin idi Bir cox hallarda yeni solcular ekoloji qruplarin ve tesebbuslerin yaradicilari olmusdurlar Solcu dusunurler ekoloji herekatlarin icinde olarken kicik ve orta istehsalat sebekesinin yaradilmasi ideyasi ile cixis edirdiler Onlar istehsalci ve emalatcilarin icmalari seklinde fealiyyet gostermeli ozlerinin ve ehalinin ehtiyaclarini odemeli idiler Yasillarin yaranmasina ve yayilmasina birbasa tekan veren amil nuve silahi ve energetikasi faktoru olmusdur Bilindiyi kimi 1960 ci illerde iqtisadi inkisaf atom energetikasinin tetbiq olunmasi ile musayiet olunurdu Nuve energetikasina maraq 1973 1974 cu illerin neft bohrani zamani daha da artmisdir Bu sahe dovlet ve herbi ehemiyyetli olduguna gore ona yaxin dusmek olmurdu Bu da sosial cehetden aktiv adamlari buna qarsi cixis etmeye sovq edirdi O vaxtlat Aktiv olmaq radioaktiv olmaqdan yaxsidir suari ortaliga atilmisdir Hakimiyyetlerle qarsidurmalar onlari yerli miqyasdan cixarmis regional ve milli seviyyelerde cevrenin qorunmasi uzre ekoloji birlikler yaranmaga baslamisdir O zaman bu herekatin dunyagorusu de formalasmisdir Bir cox hallarda ekoloji herekatlar ugur qazana bilmemisdirler Ancaq buna baxmayaraq etirazlar coxalmisdir Onminler ve yuzminlerle adam Yaponiyada 1970 ci illerin sonu Almaniyada 1980 ci illerin evvelleri Fransa ve Ispaniyada 1990 ci illerde boyuk neqliyyat obyektlerine qarsi numayisler kecirilmisdir Ekologistlerin nuve ve neqliyyat problemlerine toxunmasi onlari hemde antiherbi ve antimilitarist herekata cevirmisdir Onlar 1980 ci illerde ABS Ingilterede Almaniyada Hollandiyada Belcikada herbi raketlerin yerlesdirilmesine qarsi etiraz aksiyalari kecirmisdirler Eyni zamanda 1970 1980 ci illerde ekoloji herekatlarin alternativ heyat terzi nin terefdarlari ile yaxinlasmasi prosesi gedirdi Onlar bosalmis yasayis yerlerinde yerlesib orada oz toplumlarini kommunalarini ozlerini idare eden birliklerini istehsalat kooperativlerini yaradirdilar Bu kimi toplumlar arasinda ekologistlerin ideyalari ile ust uste dusen cevre ile harmoniyada yasamaq temiz texnologiyalari istifade etmek kimi ideyalari formalasmisdir Yasil partiyalarOnce yasillarin coxu hakimiyyetin strukturlarina etibar etmirdiler onlara tezjiq obyekti kimi baxirdilar Onlara ele gelirdi ki bele movqe onlara xalq arasinda daha cox populyarliq getirecek Ancaq sonra bu teskilatlar coxlu problemlerle uzlesib onlari coze bilmemisdirler Basqa terefden yasillar cesidli siyasi guclerden de bir xeyir gormurduler Buna gore de onlar oz siyasi teskilatlarini yaratmaga basladilar Onlarin vasitesi ile de oz herekatlarina destek almaq istemisdirler Yeni yaranan siyasi qruplara cesidli sagci ve solcu siyasetciler qosuldular Onlar ekoloji suarlarla ozlerine siyasi karyera qazanmaq istemisdirler Belelikle yasil partiyalar ortaliga cixdilar Onlarin ilki 1973 ilde ABS de yaranmisdir 1970 ci illerin sonunda ise bele partiyalar Almaniya Belcika Fransa Hollandiya Isvecre basqa Avropa olkelerinde elece de Avstraliya Yeni Zelandiya Kanada ve basqa dunya olkelerinde yaranmisdir Bu partiyalar seckilerde ugur qazana bilmisdirler Onlar Italiyada 1976 Isvecrede 1979 Belckada 1981 Qerbi Almaniya ve Portuqaliyada 1983 Lyuksemburq ve Avstraliyada 1984 Avstriya Ispaniya ve Hollandiyada 1986 Finlandiya ve Norvecde 1987 Isvecde 1988 Yunanistan ve Irlandiyada 1989 Yeni Zelandiyada 1993 Danimarkada 1994 Fransa ve Kanadada 1997 Islandiya ve Yaponiyada 1999 oz numayendelerini parlamentlere kecirde bilmisdirler Kommunist blokunun dagilmasindan sonra yasillar partiyalari kecmis SSRI olkeleri ve Serqi Avropada da yaranmisdirlar Eyni zamanda yasillarin beynalxalq siyasi birliyi formalasmaga baslamisdir 1979 cu ilde kecirilmis Avropa Parlamentine seckilerden sonra Ekoloji ve radikal partiyalarin Avropa koordinasiyasi tesis edilmisdir 1983 1984 cu illerde ise o Avropa yasillarinin koordinasiyasi adlanmisdir 1993 cu ilde ise Yasillar partiyalarin Avropa federasiyasi yaranmisdir Bu quruma Qerbi ve Serqi Avropa elece de kecmis SSRI de yaranan yasillar girmisdir Yasillarin milli partiyalarinin oz yaranma tarixleri ve bir cox hallarda onlarin beynalxalq ekoloji herekatlarla ziddiyetl munasibetleri olmusdur Onlarin arasinda solcu sosialistlerden muhafizekarlara qeder bir cox gucler olmusdur Umumiyyetle yasillarin siyasi qanadinda uc eses gucler olmusdur Bunlar temelciler ekososialistler ve real siyaset terefdarlari idiler Temelciler ekoloji prinsiplerin temizliyini qorumusdurlar Onlarin fikrincce tebiet guzestleri sevmir Envayromentalistler kimi temelciler ictimai qurulusun deyil cevrenin problemlerine yonelmisdirler Ekososialistlerin arasinda coxlu kecmis yeni solcular olmusdurlar Onlar kapitalizme qarsi cixis edirdiler Sovet tipli real sosializm ideyalari ile cixis edirdiler esl demokratiya ozunu idareetme insanlarin ve onlarin tebietle harmoniyasinin yaranmasi terefdarlari idiler Real siyatciler ise esasen sosial demokrat ve sosial liberal ideyalarinin terefdarlari idiler Onlar movcud bazar iqtisadiyyati cercivesinde ekoloji islahatlarin kecirilmesini istemisdirler Cesidli partiyalar icinde guvveler munasibetleri ferqli idi Once ekoloji antiherbi alternativ qruplar telebler ireli surmusdurler Onlar umumi ve genis xarakter dasiyirdilar Sonra ise onlar proqramlarini tekmillesdirmis deqiqlesdirmisdirler Bir qayda olaraq onlar nuve energetikanin legv edilmesini elece de cevrenin qorunmasina yonelmis tetbirlerin gorulmesini demokratik ve vetendas huquqlarin temin edilmesini movcud siyasi institutlarin demokratiklesdirilmesini alternativ iqtisadiyyatin tetbiq edilmesini ekoloji cehetden temiz texnologiyalarin tetbiq edilmesini sulh ve terkisilah siyasetinin yeridilmesini teleb edirdiler Ancaq sonra parlamentlerdeki fealiyyet yasillari mumkun olan siyaset aparmaga mecbur etdi Buna gore de ekoloji partiyalarda real siyaset terefdarlari qalib geldiler Once yasillar yeni bir guc partiyasiz herekat kimi fealiyyet gosterirdilerse sonra basqalari kimi siyasete qatildilar Daha sonra yasillarin siyasi qanadi besi olkelerin hokumetlerine daxil oldular Fransada 1992 1993 1997 2002 Finlandiyada 1995 2002 Italiyada 1996 2001 Almaniyada 1998 ci ilden sonra Belcikada 1999 cu ilden sonra Bir cox hallarda bunu sosial demokratlarla ve basqa solcularla ittifaqda etmisdirler Yasillarin hakimiyyetde olma tecrubeleri cox ziddiyetli olmusdur Onlar cox yuksek vezifeler tutmus ve dairelere cixmisdirlar Ancaq bu ugurlar onlari bir cox ideyalarindan ve herekatlerinin prinsiplerinden yayindirmisdir Ornek ucun onlar hec yerde atom enerjisinden istifade edilmesine son qoya bilmemisdirler NATO kimi herbi bloklara qarsi dozumlu davranirlar hetta xarici olkelerde herbi emeliyyatlarin aparilmasini destekleyirler Qrinpis teskilati1971 ci ilde Kanadanin Vankuver seherinde Devid Maktaqqrt Qrinpis ing qreenpeace yasil dunya adlanan beynalxalq ictimai tebietiqoruma teskilati yaratmisdir Qrinpisin esas meqsedi toplumun ve hakimiyyetlerin diqqetini celb etmekle qlobal ekoloji problemlerin cozulmesindedir Teskilatin maliyelesmesi yalniz ona regbet besleyen adamlardan tererinden edilir Qrinpis prinsipial olaraq dovletlerden biznes strukturlarindan siyasi partiyalardan pul ve destek almir Qrinpis kutlevi informasiya vasitelerinin diqqetini ekoloji problemlere yoneltmek meqsedi ile gurultulu aksiyalar gecirir Aciq aksiyalar gostermek teskilatin meqsedidir Bununla onlarin feallari ekoloji cinayetler toredilen yerlere gedib oradan insanlara musteqil ve dogru informasiya verirler 1960 ci illerde ABD hakimiyyeti Alyaskada zelzeleler tehlukesi olan yerlerde nuve partlayislari kecirmek qerarina gelmisdir Bu da ictimaiyyetinn narahatligina sebeb olmusdur cunki zelzeleler ve sunami tehlukesi var idi Partlayislara qarsi olanlar ABS ve Kanada serhedinde etiraz aksiyalari kecirtmisdirler Ancaq bu etirazlar bir netice vermemis nuve partlayislari edilmisdir Bu partlayislardan sonra ne zelzele ne de sunami olmadi Bundan sonra ABS hokumeti daha bir nuve partlayisi kecirtmek qerarina geldi Bu defe nuve basligi oncekinden 5 defe guclu idi Bu da yeni etiraz dalgasina getirib cixartmisdir Belelikle 1970 ci ilde Vankuverde etirazcilar xeyriyye konserti kecirdiler Burada da Qrinpisin ilk aksiyalari ucun maddi baza yaradilmisdir Qrinpis feallari netf mehzullarindan istifadeye qarsi cixis edirler cunki bunun neticesinde atmosfere coxlu ziyanli tullantilari cixir Teskilatin radikal uzvleri nefti neql eden gemilere ve basqa neqliyyat basitelere kecmek cehdleri edib orada etirazlarini sergilemek isteyirler Qrinpiscilerin en boyuk qelebelerinden biri 1995 ci ilde Ingilterenin Shell sirketi terefinden Brent Spar neft platformasini denizde batirmaq cehdinin qarsisini almaq kompaniyasi olmusdur Orada coxlu ziyanli maddeler olmusdur Bir nece Qrinpis feallari bu platformaya gire bilmis ozlerini ona zencirle baglamisdirlar Bu xeber KIV lerde yayilmasindan sonra etirazlar baslamis ve SHELL sirketine qarsi boykot kompaniyasi baslanmisdir Bundan sonra bu sirket oz planlarindan imtina etmeli olmusdu Evezinde onlar platformani sahile cixardib orada onu hisselere bolerek mehv etmisdirler Yeni cagimizda envayromentalistlerin fealiyyetiBugunku dunya ekoloji herekatlarinin coxlu qollari vardir 1970 1980 ci illerde olan kutlevi vetendas aktivliyi iqtisadi ve sosial problemler uzunden sonraki illerde zeyiflemisdir Buna baxmayaraq gunumuzde de cox feal qruplar birlikler qeyri hokumet teskilatlari ve asosiasiyalari cesidli yonumlerde cevremizin problemleri ile mesgul olurlar Bu herekatlarin aktualligi Cernobil NES da olan qezadan 1986 sonra tesdiqlenmisdir Gunumuzde yasillarin aktivliyi davam etmekdedir Onlarin bezi aksiyalari kecici ve muveqqeti xarakterli olur Onlar hansisa bir tebiete ziyan vuran obyekte ya da proqrama qarsi cixis edirler Bezen onlarin baglanmasina nail olurlar bezen ise yox Bundan sonra aksiyalar bu sahede kecirilmir Basqa hallarda ise etirazlar illerle surdurulur Ornek ucun 1980 ci illerden beri Almaniyanin Horleben bolgesindeki nuve tullantilarinin etrafinda qarsidirmalar uzun muddet davam etmisdir Ora nuve tullantilari ile dolu yeni neqliyyat karvanlari gelen kimi onminlerle insan onlarin qarsisini almaga cehd edirler ekoloji qurumlar orada numayisler yurusler kecirirler feallar oz bedenleri ile avtomobil ve demiryollari baglayirlar Her zaman da polisle qarsidurmalar oludu Onlarin meqsedi bu obyekte ona gelen yollara ziyan vurmaq ora tullantilarin getirilmesini cox baha basa gelen etmek idi Bele olardisa hokumet bu obyekte yeni yuklerin getirilmesini baha olduguna gore dayandira bilerdi Zamanimizda envayromentalist yonumlu Qrinpis kimi qeyri hokumet teskilatlari da fealiyyet gosterirler Onlarin mubarize usullari cesidlidir hokumetlerin lobbicilik vasitesile ozlerine serf eden qerarlarin alinmasindan birbasa aksiyalara qeder Bir cox ekologistler yasillar partiyalarin siyasetlerinin neticelerinden meyus olmusdurlar Buna gore onlar insan toplumu ile tebiet arasindaki munasibetler meselesinde yeni yollara ve usullara el atirlar Bu yolda onlar yeni ideyalarla da cixis edirler Meselen ekoanarxistler cereyani formalasmisdir Onlarin ideoloqlari amerikali M Bukcin ve C Bil dir Onlarin ideyalarina gore cagdas industrial toplumlara son qoyulmali temiz texnologiyalarla yasayan ve ozlerini idare eden seher komunnalari yaradilmalidir Onlar beynalxalq sebeke yaratmis ve bir sira forumlar kecire bilmisdirler Bir cox olkelerde bu qurumun solcu yasillar ya da demokratik alternativ adlanan teskilatlari yaranmisdir Yasillarin basqa qruplari derin ekologiya adlanan konsepsiya ireli surmusdurler Bu konsepsiyaya gore cagdas sivilizasiyaya son qoyulmalidir Onlarin fikrince planetar ekosistemde insan yalniz canlilardan biridir Buna gore onun dunyada ozel ve en uca varliq olmasi inancina antroposentrizme son qoyulmalidir Derin ekologistlerin bezileri cemiyyeti bioloji qanunlara tabe etmek ideyasi ile cixis edirler Basqalari ise iptidai icma quruluysusuna sivilizasiyalar oncesi donemlere qayitmaga cagirirlar MenbeAydin Elizade Ekologiya kursu uzre muhazireler 2016 03 05 at the Wayback Machine Felsefe elmleri doktoru Aydin Elizadenin sehifeleriHemde baxEkologiya Ekologiyanin tarixi Alternativ enerji Tebietin qorunmasi Texnogen qezalar Kirlenme Ekoloji monitorinq Noosfer