Əliqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 2 may 1854, Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası - ö. 1905, Çita, Zabaykalski vilayəti, Rusiya imperiyası) — Qacar sülaləsinə mənsub olan şahzadə,Abbas Mirzənin nəvəsi, Bəhmən Mirzənin oğlu. Rusiya İmperator Ordusunda hərbi komandan olmuş, polkovnik-leytenant rütbəsində xidmət etmişdir.
Əliqulu mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1905 |
Vəfat yeri |
|
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | Bəhmən mirzə Qovanlı-Qacar |
Hərbi fəaliyyəti | |
Qoşun növü | süvari |
Rütbəsi | polkovnik-leytenant, podpolkovnik[d] |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhməni ailəsinin üzvü olan Əliqulu Mirzə Qacar Rus-Yapon müharibəsi zamanı aldığı yaradan xəstəxanada vəfat etmişdir.
Həyatının erkən dövrü
Əliqulu Mirzə 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Bəhmən Mirzə Qacar, anası isə atasının beşinci arvadı Kiçik Bərdə Xanım olmuşdur. Əliqulu Mirzə ailənin 13-cü oğlan övladıdır. O, Şuşada ailə evində böyümüş, bir müddət keçdikdən sonra isə Tiflis Kadet Korpusuna hərbi təhsil almağa göndərilmişdir. Tiflis Kadet Korpusunu bitirdikdən sonra, 24 mart 1875-ci ildə hərbi xidmətə başlamış və Qafqaz ordusuna daxil olan hərbi birliyə süvari kimi təyinat almışdır. 27 oktyabr 1875-ci ildə 164-cü Zaqatala Piyada Alayına təyin edilmişdir.
Hərbi fəaliyyəti
1877-1878 Rus-Osmanlı müharibəsi
Əliqulu Mirzə 1877-1878-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsinə qatılmış və Qafqaz cəbhəsində müxtəlif döyüşlərdə iştirak etmişdir. 12 aprel tarixində onun alayı keçmiş və növbəti gün alayı ilə birlikdə Muxa döyüşündə iştirak etmişdir. 29 apreldə o, Xutsubanini ələ keçirmək üçün edilən hücuma qatılmış, 16 may tarixində Sameba təpələrinin ələ keçirilməsinə qatılmış və Zeniti kəndi yaxınlığındakı döyüşdə iştirak etmişdir. 29 may tarixində o, Tsixisdziri istehkamlarına artilleriya batareyalarının yerləşdirilməsinə rəhbərlik etmişdir.
18 yanvar 1878-ci ildə o, Tsixisdziriyə təşkil ediləm ikinci hücuma da qatılmışdır. Lakin bu hücum zamanı sol əlindən yaralanmış və bir qədər sonra da IV dərəcəli ilə təltif edilmişdir. Orden fərqlənməni göstərmək üçün "Cəsurluğa görə" yazısı ilə birlikdə 10 fevral 1878-ci ildə təqdim edilmişdir. Aprelin 25 1878-ci ildə isə Əliqulu Mirzə leytenant rütbəsinə yüksəldilmişdir.
Severski polkunda
Əliqulu Mirzə ilk başlarda Qafqaz ordusuna tabe olsa da, sonradan Severskaya Süvari Alayına transfer edildi. Bu təyinat 29 iyun 1878-ci ildə edilmiş, 1 iyul 1878-ci ildə Russki İnvalid qəzetində bu barədə məlumat verilmişdir. 23 sentyabr 1878-ci ildə o, yeni xidmət yerinə gəlib çatmışdır.
10 avqust 1885-ci ildə o, atış yarışmasına qatılmış və qalib gələrək 74 rubl pulla mükafatlandırılmışdır. 6 mart 1886-cı ildə hazırlanmış “Qafqaz Hərbi Dairəsinin qoşunlarında xidmət edən fars şahzadələrinin siyahısı və şəhadətnaməsi” sənədinə əsasən Əliqulu Mirzə yüksək əxlaqi dəyərlərə sahib, alicənab, xidmətdə peşəkar şəxs kimi dəyərləndirilmişdir.
1886-cı il 12 oktyabrdan 4 noyabra qədər və 26 dekabrdan 1887-ci il 22 fevrala qədər o, müvəqqəti olaraq dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 2 iyuldan 24 iyul 1887-ci ilə qədər isə, o, altıncı squadron alayının komandanı vəzifəsini icra etmişdir. 23 dekabr 1887-ci ildə o, Qafqaz Ehtiyat Süvari Alayının üçüncü departamentinə göndərilmiş və 11 sentyabr 1888-ci ildə alaya göndərilmişdir.
1888-ci il 20 noyabrdan 20 yanvar 1889-cu ilə qədər o, dördüncü squadron alayının komandiri vəzifəsini icra etmişdir. 1 sentyabr 1889-cu ildə o, alayın atıcı komandasının komandiri təyin edilmiş və 27 yanvar 1890-cı ildə alayın təlim komandasının komandiri olmuşdur.
4 noyabr 1890-cı ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvlüyünə namizəd seçilmiş və 18 noyabr 1890-cı ildə o, yenidən təlim komandasının komandiri təyin edilmişdir.
30 avqust 1891-ci ildə o, bir illiyinə Qafqaz Ehtiyat Süvari Alayının üçüncü dakrlar departamentinə göndərilmiş və eyni gündə də təlim komandasının komandiri təyin edilmişdir. 1 sentyabr 1891-ci ildə departamentinin yerinə çatmış və 3 sentyabrda alaya geri göndərilmişdir.
12 noyabr 1892-ci ildə o, alayın zabitlər cəmiyyəti məhkəməsinin üzvü seçilmişdir. 1893-cü il 10 iyundan 5 sentyabra qıədər üçüncü squadron alayına komandanlıq etmişdir. 1893-cü ilin 26 sentyabr tarixindən Süvari Zabitləri Məktəbinə göndərilmişdir. O, burada olduğu zaman kapitan rütbəsinə yüksəldilmişdir. 15 avqust 1895-ci ildə eskadron və istehkam komandirləri şöbəsində Zabit Süvari Məktəbi kursunu “uğurlu” qiymətlə bitirdi və 1 sentyabr 1895-ci ildə gəldiyi alayına geri qaytarıldı.
Çerniqov polkunda
18 sentyabr 1896-cı ildə o, Oryol şəhərind yerləşən 51-ci Çerniqov Süvari Alayına təyinat almışdır. 20 noyabr 1896-cı ildən 20 may 1897-ci ilə qədər o, bu polkun zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır.
1898-ci ilin 3 iyul tarixindən 3 sentyabrına qədər o, Qafqaz Mineral Suları bölgəsinə göndərilmişdir. 6 oktyabr 1898-ci ildən 7 yanvar 1899-cu ilə qədər o, zabit məhkəməsinin üzvü olaraq da çalışmışdır. 1899-cu ilin 13 mayından Riqa-Oryol dəmiryolunun Bejitsa stansiyasına göndərilmişdir. 1899-cu ilin 3 sentyabrından 7 dekabrına qədər, 1901-ci ilin 20 avqustundan 10 aprelinə qədər, 1 1902-ci ilin 1 aprelindən 1 noyabrına qədər o, alay məhkəməsinin üzvü olmuşdur.
Çerniqov alayının Oryol şəhərindəki bölməsində xidmət edərkən Əliqulu Mirzə tez-tez alayın atıcılıq və süvarilik yarışmalarında qalib gəlmiş və müxtəlif mükafatlarla mükafatllandırılmışdır.
Orada o, 1903-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir. Bundan sonra o, Yeletsdə yerləşən 51-ci Nejinski Alayına təyinat almış və burada vəzifə baxımından yüksəldilmişdir.
Nejinski polkunda
2 mart 1903-cü ildə o, köhnə alayını təhvil vermiş və 14 iyun 1903-cü ildə ikinci komandan olaraq 52-ci Nejinski Süvari Alayına təyin edilmişdir. 16 iyun 1903-cü ildə o, yeni xidmət yerinə çatmış və 25 iyun 1903-cü ildə alayın döyüşən birlikləri üzrə alay komandirinin köməkçisi təyin edilmişdir. İmperator əmri ilə 26 iyul 1903-cü ildə polkovnik-leytenant Əliqulu Mirzə 51-ci Çerniqov Draqon Alayınından 52-ci Çerniqov Draqon Alayına təyinat almışdır.
Şahzadə Əliqulu Mirzə 1904-1905-ci illəri əhatə edən Rus-Yapon müharibəsində də iştirak etmişdir. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzə öz xatirələrində onun bu zaman ürək xəstəliyinə görə müalicə almaqda olduöunu bildirmişdir. Arvadının ürək xəstəliyinə görə təqaüdə çıxmasını istəyən məktubuna Əliqulu Mirzə o zaman on yaşlı olan oğlu Şəmsəddinin başına sığal çəkərək bu cavabı vermişdi:
İndi belə söhbətlərin yeri deyil, xəstə adam çoxdan pensiyaya çıxmalı idi. İndi geri çəkilsəm, deyəcəklər ki, döyüşə getməkdən qorxdum...Mənim yerimə evdə belə bir kişi [oğlunu nəzərdə tutaraq] qalır.
Yaponiya ilə müharibə Əliqulu Mirzənin son hərbi xidməti oldu. O, Port-Arturun müdafiəsi zamanı ciddi şəkildə yaralandı və Çitada bir hərbi xəstəxanada vəfat etdi. Onun nəşi Çitadakı xəstəxanadan Qafqaza aparıldı. Bu hadisə ilə əlaqədar Tərcüman qəzetində bu sözlər yazılmışdı:
Qızıl Xaç Cəmiyyətinin himayədarı Əlahəzrət İmperator Mariya Fedorovna mərhum polkovnik-leytenant Şahzadə Əliqulu Mirzə Qacarın cənazəsinin Qızıl Xaç Cəmiyyətinin vəsaiti hesabına Qafqaza Yevlax stansiyasına çatdırılmasını zəruri hesab etmişdir.
Əliqulu Mirzə Bərdədə yerləşən İmamzadə türbəsinin ailəsinə məxsus olan Bəhmən Mirzə Xəzinəsi adlı yerində, atasının məzarının yanında dəfn edildi.
Rusiya Dövlət Hərbi Tarixi Arxivində Əliqulu Mirzə barədə 5 mart 1886-cı il və 1903-cü ildə hazırlanmış iki arxiv qovluğu saxlanılmaqdadır..
Mükafatları
Əliqulu Mirzə Qacarın 1886-cı ildəki xidmət kitabçasında 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin xatirəsinə “İgidliyə görə” yazısı olan IV dərəcəli və bürünc medalı olduğu qeyd edilmişdir. Bundan başqa, dövrümüzə qədər gəlib çatmış fotoşəkillərdən aydın olur ki, Əliqulu Mirzənin II və III dərəcəli , III dərəcəli , IV dərəcəli , İranın və Buxaranın Qızıl Günəş ordeni də olmuşdur.
Ailəsi və soyu
Soyu
Əliqulu mirzənin soyu Qacarlar sülaləsindən gəlməkdədir. Onun atası olan Bəhmən Mirzə (1810-1883) Qacar imperiyasında müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda da ədəbi və elmi fəaliyyətlə məşğul olmuşdur. Bəhmən Mirzə məşhur Qacar vəliəhd-şahzadəsi Abbas Mirzə Qacarın dördüncü oğlu idi. Bəhmən Mirzə 1841-1847-ci illərdə Azərbaycan vilayətinin hakimi ikən xəstə Qacar şahı Məhəmməd şaha qarşı Xorasanda sülalənin bir digər üzvləri olan Allahyar xan Dəvəli-Qacar və onun oğlu üsyan qaldırırlar. İddia edilir ki, onlar hakim sülalənin yan tirəsi olduqları üçün şahı endirib yerinə Bəhmən Mirzəni gətirmək istəyirlər. Bu qəsddə Bəhmən Mirzənin həqiqətən əlinin olub-olmaması bəlli deyil. Məhəmməd şah hər ehtimala qarşı Bəhmən Mirzəni öz yanına, yəni saraya gətirir və sığınacaq verir. Lakin ona qarşı saray intiriqalarına və baş vəzir Hacı Mirzə Ağası İrəvaninin ona qarşı planlarına görə 1847-ci ildə ruslara sığınır. Ruslar isə onu Qafqaza gətirib, Şuşa şəhərində yerləşdirirlər. Bəhmən Mirzə 1883-cü ildə Şuşada ölənə qədər Şimali Azərbaycanda yaşadı. Onun bu müddət ərzində 100-dən çox övladı və nəvəsi dünyaya gəldi. Onların bir çoxu yüksək vəzifələrə sahiplənmiş, Rusiya İmperiyasında və Azərbaycan Xalq Cümhuriyyətində xidmət etmişdirlər. Onlardan biri də Əliqulu Mirzə Qacar idi.
Ailəsi
Əliqulu Mirzənin həyat yoldaşı olan Sitarə Bəyim məşhur tacir Ağaəli Ələsgər İsmayılovun qızı idi. Avropa nümunəsində təhsil almış olan Sitarə Bəyim Azərbaycan, Fransız, Rus və Fars dillərini mükəmməl bilmiş, eyni zamanda bu dillərin tədrisi ilə də məşğul olmuşdur. Cütlüyün 3 oğlu və 1 qızları olmuşdur. 1905-cı ildə, yəni Əliqulu Mirzənin ölməsindən bir il sonra Sitarə Bəyim Sankt-Peterburqda öz övladları olan Şəxsi və Üveysi, eyni zamanda da öz qardaşı oğlu Tofiqi böyütməkdə idi..
Oğlanları:
- Şəmsəddin və ya Şəmsi Mirzə (d. 23 iyul 1894 - ö. 1979) - İmperial Hüquq Məktəbində təhsil alıb, fərqlənmə ilə oranı bitirdikdən sonra (1917-ci il) Peterburqdan Tiflisə qayıtmış və ölənə qədər orada yaşayıb işləmişdir. 1951-ci ildə öz atası barədə "O, geri dönəcəkdir" adlı xatirə əsəri yazmışdır. Əsər 1990-cı ildə aylıq ədəbiyyat və incəsənət jurnalı olan "Azərbaycan ədəbiyyatı"nda dərc edilmişdir.
- Soltan Üveys Mirzə (d. 22 dekabr 1896 - ö. 14 aprel 1931, Bakı) - o da, qardaşı kimi İmperial Hüquq Məktəbində bir müddət təhsil almış, daha sonra moskva Politexnik İnistitutuna transfer edilmişdir. Təhsilini bitirdikdən sonra Bakıya köçmüş və burada Kommunist qəzetinin mətbəəsində radio mühəndisi olaraq çalışmışdır. 1931-ci ildə xəstəlikdən vəfat etmişdir.
- Çingiz Qacar - Üveys Mirzənin oğlu olmuş və fizik, laureatı, əməkdar elm xadimi, AMEA-nın akademiki və Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin 12 iyununda Bakı şəhərində vəfat etmişdir.
- Əliqulu Mirzənin qızı olan İzzət Xanım 7 yaşında ikən vəfat etmişdir.
- Əliqulu Mirzənin bir digər oğlu olan Murad Mirzə 5 yaşında ikən vəfat etmişdir.
Əliqulu Mirzənin özü və arvadı müsəlman idilər. hər ikisinin rus və fransız dillərini bilməsinə baxmayaraq, ailədə öz doğma dilləri olan Azərbaycan türkcəsində danışmışdırlar.
Hobbiləri
Əliqulu Mirzə peşəkar hərbi fəaliyyət ilə yanaşı həvəskar fotoqrafda olmuşdur. O, ciddi formada müxtəlif incəsənət sahələri ilə məşğul olmuş, bunlardan birinci yeri isə fotoqrafiya tutmuşdur. Əliqulu Mirzənin oğlu Şəmsəddin Mirzənin öz xatirələrinin giriş qismində yazdığına görə, bir çox müəlliflər şahzadəni Rusiya imperiyasında ilk azərbaycanlı fotoqraflardan biri kimi qəbul edirmişlər. Əliqulu Mirzə Qacar Tiflis, Bakı və Sankt-Peterburq arxivlərində saxlanılan Bəhmən Mirzə Qacar və ya Bəhməni ailəsinin üzvlərinin bir sıra fotoşəkillərinin müəllifidir. Bu fotoşəkillər həm Əliqulu Mirzənin, həm də digər bəzi Qacar ailəsi üzvlərinin həyatını öyrənmək üçün məlumatları özündə ehtiva edir.
Həmçinin bax
İstinadlar
- Исмаилов Э. Э., 2009. səh. 92
- "Arxivlənmiş surət". 2023-07-04 tarixində . İstifadə tarixi: 2018-04-14.
- Nəzirli, 1995. səh. 137
- Исмаилов, 2009. səh. 95
- Литературный Азербайджан, 1990. səh. 85
- Исмаилов, 2009. səh. 179
- Исмаилов, 2009
- Nəzirli, 1995. səh. 136
- Nəzirli, 2012. səh. 44
- Исмаилов, 2009. səh. 180
- Исмаилов, 2009. səh. 180-181
- Исмаилов, 2009. səh. 181
- Исмаилов, 2009. səh. 182
- Исмаилов, 2009. səh. 183
- Nəzirli, 1995
- РГВИА. Ф. 400. Оп. 9. Д. 21976. Л. 59-60об., 62об.-63об.
- и в 1903 году (с дополнениями)РГВИА. Ф. 400. Оп. 9. Д. 31108. Л. 641-643об.; Оп. 12. Д. 22476. Л. 392-393; Д. 23593. Л.65-66.
- Исмаилов, 2009. səh. 184
- Calmard, 2004
- Каджар, 1990. səh. 85
- Исмаилов, 2009. səh. 184, 95, 325
- Исмаилов, 2009. səh. 327
- Исмаилов, 2009. səh. 325
- "Qacar Çingiz Oveys oğlu". Официальный сайт Национальной академии наук Азербайджана (az.). 2019-04-02 tarixində . İstifadə tarixi: 2019-04-02.
- "Akademik Çingiz Qacar vəfat edib". science.gov.az. 12.06.2021. 2022-07-12 tarixində . İstifadə tarixi: 2022-07-12.
- Nəzirli, 1995. səh. 138
Mənbə
Ənvər Çingizoğlu, , Bakı, "Şuşa", 2008, 334 səh. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa. 2008. 334.
- Каджар Ш. Он вернётся. Воспоминания. Bakı: Литературный Азербайджан № 3. 1990. 85–115.
- Nəzirli Ş. Cumhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat. 1995. 212.
- Исмаилов Э. Э. Персидские принцы из дома Каджаров в Российской империи. Moskva: Старая Басманная. Ответственный редактор А. А. Молчанов. 2009.
- Исмаилов Э. Э. Персидские принцы – кавалеры Георгиевских наград // «Под сенью Святого Георгия». Материалы V Международных Дворянских чтений. Краснодар: Кубанькино. Ответственный редактор Е. М. Сухачева. 2009. ISBN .
- Nava'i, A. Bahman Mīrzā. Encyclopædia Iranica - London and New York: Routledge & Kegan Paul. In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Volume III/5. 1988. ISBN .
- Calmard, Jean. Moḥammad Shah Qājār. Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation. In Yarshater, Ehsan (ed.). 2004.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliqulu mirze Behmen mirze oglu Qovanli Qacar d 2 may 1854 Susa Susa qezasi Samaxi quberniyasi Rusiya imperiyasi o 1905 Cita Zabaykalski vilayeti Rusiya imperiyasi Qacar sulalesine mensub olan sahzade Abbas Mirzenin nevesi Behmen Mirzenin oglu Rusiya Imperator Ordusunda herbi komandan olmus polkovnik leytenant rutbesinde xidmet etmisdir Eliqulu mirze Qovanli QacarSexsi melumatlarDogum tarixi 2 may 1854 1854 05 02 Dogum yeri Susa Susa qezasi Samaxi quberniyasi Rusiya imperiyasiVefat tarixi 1905Vefat yeri Cita Zabaykal vilayeti d Rusiya imperiyasiVefat sebebi doyusde olumDefn yeri BerdeAtasi Behmen mirze Qovanli QacarHerbi fealiyyetiQosun novu suvariRutbesi polkovnik leytenant podpolkovnik d Teltifleri Vikianbarda elaqeli mediafayllar Behmeni ailesinin uzvu olan Eliqulu Mirze Qacar Rus Yapon muharibesi zamani aldigi yaradan xestexanada vefat etmisdir Heyatinin erken dovruEliqulu Mirze 1854 cu ilde Susa seherinde anadan olmusdur Atasi Behmen Mirze Qacar anasi ise atasinin besinci arvadi Kicik Berde Xanim olmusdur Eliqulu Mirze ailenin 13 cu oglan ovladidir O Susada aile evinde boyumus bir muddet kecdikden sonra ise Tiflis Kadet Korpusuna herbi tehsil almaga gonderilmisdir Tiflis Kadet Korpusunu bitirdikden sonra 24 mart 1875 ci ilde herbi xidmete baslamis ve Qafqaz ordusuna daxil olan herbi birliye suvari kimi teyinat almisdir 27 oktyabr 1875 ci ilde 164 cu Zaqatala Piyada Alayina teyin edilmisdir Herbi fealiyyeti1877 1878 Rus Osmanli muharibesi Eliqulu Mirze 1877 1878 ci illerde bas vermis Rus Osmanli muharibesine qatilmis ve Qafqaz cebhesinde muxtelif doyuslerde istirak etmisdir 12 aprel tarixinde onun alayi kecmis ve novbeti gun alayi ile birlikde Muxa doyusunde istirak etmisdir 29 aprelde o Xutsubanini ele kecirmek ucun edilen hucuma qatilmis 16 may tarixinde Sameba tepelerinin ele kecirilmesine qatilmis ve Zeniti kendi yaxinligindaki doyusde istirak etmisdir 29 may tarixinde o Tsixisdziri istehkamlarina artilleriya batareyalarinin yerlesdirilmesine rehberlik etmisdir 18 yanvar 1878 ci ilde o Tsixisdziriye teskil edilem ikinci hucuma da qatilmisdir Lakin bu hucum zamani sol elinden yaralanmis ve bir qeder sonra da IV dereceli Muqeddes Anna ordeni ile teltif edilmisdir Orden ferqlenmeni gostermek ucun Cesurluga gore yazisi ile birlikde 10 fevral 1878 ci ilde teqdim edilmisdir Aprelin 25 1878 ci ilde ise Eliqulu Mirze leytenant rutbesine yukseldilmisdir Severski polkunda Eliqulu Mirze ilk baslarda Qafqaz ordusuna tabe olsa da sonradan Severskaya Suvari Alayina transfer edildi Bu teyinat 29 iyun 1878 ci ilde edilmis 1 iyul 1878 ci ilde Russki Invalid qezetinde bu barede melumat verilmisdir 23 sentyabr 1878 ci ilde o yeni xidmet yerine gelib catmisdir 10 avqust 1885 ci ilde o atis yarismasina qatilmis ve qalib gelerek 74 rubl pulla mukafatlandirilmisdir 6 mart 1886 ci ilde hazirlanmis Qafqaz Herbi Dairesinin qosunlarinda xidmet eden fars sahzadelerinin siyahisi ve sehadetnamesi senedine esasen Eliqulu Mirze yuksek exlaqi deyerlere sahib alicenab xidmetde pesekar sexs kimi deyerlendirilmisdir 1886 ci il 12 oktyabrdan 4 noyabra qeder ve 26 dekabrdan 1887 ci il 22 fevrala qeder o muveqqeti olaraq dorduncu squadron alayinin komandiri vezifesini icra etmisdir 2 iyuldan 24 iyul 1887 ci ile qeder ise o altinci squadron alayinin komandani vezifesini icra etmisdir 23 dekabr 1887 ci ilde o Qafqaz Ehtiyat Suvari Alayinin ucuncu departamentine gonderilmis ve 11 sentyabr 1888 ci ilde alaya gonderilmisdir 1888 ci il 20 noyabrdan 20 yanvar 1889 cu ile qeder o dorduncu squadron alayinin komandiri vezifesini icra etmisdir 1 sentyabr 1889 cu ilde o alayin atici komandasinin komandiri teyin edilmis ve 27 yanvar 1890 ci ilde alayin telim komandasinin komandiri olmusdur 4 noyabr 1890 ci ilde o alayin zabitler cemiyyeti mehkemesinin uzvluyune namized secilmis ve 18 noyabr 1890 ci ilde o yeniden telim komandasinin komandiri teyin edilmisdir 30 avqust 1891 ci ilde o bir illiyine Qafqaz Ehtiyat Suvari Alayinin ucuncu dakrlar departamentine gonderilmis ve eyni gunde de telim komandasinin komandiri teyin edilmisdir 1 sentyabr 1891 ci ilde departamentinin yerine catmis ve 3 sentyabrda alaya geri gonderilmisdir 12 noyabr 1892 ci ilde o alayin zabitler cemiyyeti mehkemesinin uzvu secilmisdir 1893 cu il 10 iyundan 5 sentyabra qieder ucuncu squadron alayina komandanliq etmisdir 1893 cu ilin 26 sentyabr tarixinden Suvari Zabitleri Mektebine gonderilmisdir O burada oldugu zaman kapitan rutbesine yukseldilmisdir 15 avqust 1895 ci ilde eskadron ve istehkam komandirleri sobesinde Zabit Suvari Mektebi kursunu ugurlu qiymetle bitirdi ve 1 sentyabr 1895 ci ilde geldiyi alayina geri qaytarildi Cerniqov polkunda 18 sentyabr 1896 ci ilde o Oryol seherind yerlesen 51 ci Cerniqov Suvari Alayina teyinat almisdir 20 noyabr 1896 ci ilden 20 may 1897 ci ile qeder o bu polkun zabit mehkemesinin uzvu olaraq da calismisdir 1898 ci ilin 3 iyul tarixinden 3 sentyabrina qeder o Qafqaz Mineral Sulari bolgesine gonderilmisdir 6 oktyabr 1898 ci ilden 7 yanvar 1899 cu ile qeder o zabit mehkemesinin uzvu olaraq da calismisdir 1899 cu ilin 13 mayindan Riqa Oryol demiryolunun Bejitsa stansiyasina gonderilmisdir 1899 cu ilin 3 sentyabrindan 7 dekabrina qeder 1901 ci ilin 20 avqustundan 10 apreline qeder 1 1902 ci ilin 1 aprelinden 1 noyabrina qeder o alay mehkemesinin uzvu olmusdur Cerniqov alayinin Oryol seherindeki bolmesinde xidmet ederken Eliqulu Mirze tez tez alayin aticiliq ve suvarilik yarismalarinda qalib gelmis ve muxtelif mukafatlarla mukafatllandirilmisdir Orada o 1903 cu ilde polkovnik leytenant rutbesine yukseldilmisdir Bundan sonra o Yeletsde yerlesen 51 ci Nejinski Alayina teyinat almis ve burada vezife baximindan yukseldilmisdir Nejinski polkunda 2 mart 1903 cu ilde o kohne alayini tehvil vermis ve 14 iyun 1903 cu ilde ikinci komandan olaraq 52 ci Nejinski Suvari Alayina teyin edilmisdir 16 iyun 1903 cu ilde o yeni xidmet yerine catmis ve 25 iyun 1903 cu ilde alayin doyusen birlikleri uzre alay komandirinin komekcisi teyin edilmisdir Imperator emri ile 26 iyul 1903 cu ilde polkovnik leytenant Eliqulu Mirze 51 ci Cerniqov Draqon Alayinindan 52 ci Cerniqov Draqon Alayina teyinat almisdir Sahzade Eliqulu Mirze 1904 1905 ci illeri ehate eden Rus Yapon muharibesinde de istirak etmisdir Eliqulu Mirzenin oglu Semseddin Mirze oz xatirelerinde onun bu zaman urek xesteliyine gore mualice almaqda olduounu bildirmisdir Arvadinin urek xesteliyine gore teqaude cixmasini isteyen mektubuna Eliqulu Mirze o zaman on yasli olan oglu Semseddinin basina sigal cekerek bu cavabi vermisdi Indi bele sohbetlerin yeri deyil xeste adam coxdan pensiyaya cixmali idi Indi geri cekilsem deyecekler ki doyuse getmekden qorxdum Menim yerime evde bele bir kisi oglunu nezerde tutaraq qalir Yaponiya ile muharibe Eliqulu Mirzenin son herbi xidmeti oldu O Port Arturun mudafiesi zamani ciddi sekilde yaralandi ve Citada bir herbi xestexanada vefat etdi Onun nesi Citadaki xestexanadan Qafqaza aparildi Bu hadise ile elaqedar Tercuman qezetinde bu sozler yazilmisdi Qizil Xac Cemiyyetinin himayedari Elahezret Imperator Mariya Fedorovna merhum polkovnik leytenant Sahzade Eliqulu Mirze Qacarin cenazesinin Qizil Xac Cemiyyetinin vesaiti hesabina Qafqaza Yevlax stansiyasina catdirilmasini zeruri hesab etmisdir Eliqulu Mirze Berdede yerlesen Imamzade turbesinin ailesine mexsus olan Behmen Mirze Xezinesi adli yerinde atasinin mezarinin yaninda defn edildi Rusiya Dovlet Herbi Tarixi Arxivinde Eliqulu Mirze barede 5 mart 1886 ci il ve 1903 cu ilde hazirlanmis iki arxiv qovlugu saxlanilmaqdadir MukafatlariEliqulu Mirze Qacarin 1886 ci ildeki xidmet kitabcasinda 1877 1878 ci iller Rusiya Turkiye muharibesinin xatiresine Igidliye gore yazisi olan IV dereceli Muqeddes Anna ordeni ve burunc medali oldugu qeyd edilmisdir Bundan basqa dovrumuze qeder gelib catmis fotosekillerden aydin olur ki Eliqulu Mirzenin II ve III dereceli Muqeddes Stanislav ordeni III dereceli Muqeddes Anna ordeni IV dereceli Iranin Siri Xursid ordeni ve Buxaranin Qizil Gunes ordeni de olmusdur Ailesi ve soyuSoyu Eliqulu mirzenin soyu Qacarlar sulalesinden gelmekdedir Onun atasi olan Behmen Mirze 1810 1883 Qacar imperiyasinda muxtelif vezifelerde calismis eyni zamanda da edebi ve elmi fealiyyetle mesgul olmusdur Behmen Mirze meshur Qacar veliehd sahzadesi Abbas Mirze Qacarin dorduncu oglu idi Behmen Mirze 1841 1847 ci illerde Azerbaycan vilayetinin hakimi iken xeste Qacar sahi Mehemmed saha qarsi Xorasanda sulalenin bir diger uzvleri olan Allahyar xan Develi Qacar ve onun oglu usyan qaldirirlar Iddia edilir ki onlar hakim sulalenin yan tiresi olduqlari ucun sahi endirib yerine Behmen Mirzeni getirmek isteyirler Bu qesdde Behmen Mirzenin heqiqeten elinin olub olmamasi belli deyil Mehemmed sah her ehtimala qarsi Behmen Mirzeni oz yanina yeni saraya getirir ve siginacaq verir Lakin ona qarsi saray intiriqalarina ve bas vezir Haci Mirze Agasi Irevaninin ona qarsi planlarina gore 1847 ci ilde ruslara siginir Ruslar ise onu Qafqaza getirib Susa seherinde yerlesdirirler Behmen Mirze 1883 cu ilde Susada olene qeder Simali Azerbaycanda yasadi Onun bu muddet erzinde 100 den cox ovladi ve nevesi dunyaya geldi Onlarin bir coxu yuksek vezifelere sahiplenmis Rusiya Imperiyasinda ve Azerbaycan Xalq Cumhuriyyetinde xidmet etmisdirler Onlardan biri de Eliqulu Mirze Qacar idi Ailesi Eliqulu Mirzenin heyat yoldasi olan Sitare Beyim meshur tacir Agaeli Elesger Ismayilovun qizi idi Avropa numunesinde tehsil almis olan Sitare Beyim Azerbaycan Fransiz Rus ve Fars dillerini mukemmel bilmis eyni zamanda bu dillerin tedrisi ile de mesgul olmusdur Cutluyun 3 oglu ve 1 qizlari olmusdur 1905 ci ilde yeni Eliqulu Mirzenin olmesinden bir il sonra Sitare Beyim Sankt Peterburqda oz ovladlari olan Sexsi ve Uveysi eyni zamanda da oz qardasi oglu Tofiqi boyutmekde idi Oglanlari Semseddin ve ya Semsi Mirze d 23 iyul 1894 o 1979 Imperial Huquq Mektebinde tehsil alib ferqlenme ile orani bitirdikden sonra 1917 ci il Peterburqdan Tiflise qayitmis ve olene qeder orada yasayib islemisdir 1951 ci ilde oz atasi barede O geri donecekdir adli xatire eseri yazmisdir Eser 1990 ci ilde ayliq edebiyyat ve incesenet jurnali olan Azerbaycan edebiyyati nda derc edilmisdir Semseddin Mirzenin yegane qizi ve Eliqulu Mirzenin nevesi olan Izzet 1924 cu ilde Tiflisde dunyaya gelmisdir Atasi kimi o da Tiflisde yasamis ve hekim olaraq calismisdir Soltan Uveys Mirze d 22 dekabr 1896 o 14 aprel 1931 Baki o da qardasi kimi Imperial Huquq Mektebinde bir muddet tehsil almis daha sonra moskva Politexnik Inistitutuna transfer edilmisdir Tehsilini bitirdikden sonra Bakiya kocmus ve burada Kommunist qezetinin metbeesinde radio muhendisi olaraq calismisdir 1931 ci ilde xestelikden vefat etmisdir Cingiz Qacar Uveys Mirzenin oglu olmus ve fizik Sohret ordeni laureati emekdar elm xadimi AMEA nin akademiki ve Fizika Institutunun Molekulyar spektroskopiya laboratoriyasinin rehberi kimi fealiyyet gostermisdir 2021 ci ilin 12 iyununda Baki seherinde vefat etmisdir Eliqulu Mirzenin qizi olan Izzet Xanim 7 yasinda iken vefat etmisdir Eliqulu Mirzenin bir diger oglu olan Murad Mirze 5 yasinda iken vefat etmisdir Eliqulu Mirzenin ozu ve arvadi muselman idiler her ikisinin rus ve fransiz dillerini bilmesine baxmayaraq ailede oz dogma dilleri olan Azerbaycan turkcesinde danismisdirlar HobbileriEliqulu Mirze pesekar herbi fealiyyet ile yanasi heveskar fotoqrafda olmusdur O ciddi formada muxtelif incesenet saheleri ile mesgul olmus bunlardan birinci yeri ise fotoqrafiya tutmusdur Eliqulu Mirzenin oglu Semseddin Mirzenin oz xatirelerinin giris qisminde yazdigina gore bir cox muellifler sahzadeni Rusiya imperiyasinda ilk azerbaycanli fotoqraflardan biri kimi qebul edirmisler Eliqulu Mirze Qacar Tiflis Baki ve Sankt Peterburq arxivlerinde saxlanilan Behmen Mirze Qacar ve ya Behmeni ailesinin uzvlerinin bir sira fotosekillerinin muellifidir Bu fotosekiller hem Eliqulu Mirzenin hem de diger bezi Qacar ailesi uzvlerinin heyatini oyrenmek ucun melumatlari ozunde ehtiva edir Hemcinin baxBehmeni ailesiIstinadlarIsmailov E E 2009 seh 92 Arxivlenmis suret 2023 07 04 tarixinde Istifade tarixi 2018 04 14 Nezirli 1995 seh 137 Ismailov 2009 seh 95 Literaturnyj Azerbajdzhan 1990 seh 85 Ismailov 2009 seh 179 Ismailov 2009 Nezirli 1995 seh 136 Nezirli 2012 seh 44 Ismailov 2009 seh 180 Ismailov 2009 seh 180 181 Ismailov 2009 seh 181 Ismailov 2009 seh 182 Ismailov 2009 seh 183 Nezirli 1995 RGVIA F 400 Op 9 D 21976 L 59 60ob 62ob 63ob i v 1903 godu s dopolneniyami RGVIA F 400 Op 9 D 31108 L 641 643ob Op 12 D 22476 L 392 393 D 23593 L 65 66 Ismailov 2009 seh 184 Calmard 2004 Nava i 1988 seh 85 Kadzhar 1990 seh 85 Ismailov 2009 seh 184 95 325 Ismailov 2009 seh 327 Ismailov 2009 seh 325 Qacar Cingiz Oveys oglu Oficialnyj sajt Nacionalnoj akademii nauk Azerbajdzhana az 2019 04 02 tarixinde Istifade tarixi 2019 04 02 Akademik Cingiz Qacar vefat edib science gov az 12 06 2021 2022 07 12 tarixinde Istifade tarixi 2022 07 12 Nezirli 1995 seh 138MenbeEnver Cingizoglu Baki Susa 2008 334 seh Qacarlar ve Qacar kendi Baki Susa 2008 334 Kadzhar Sh On vernyotsya Vospominaniya Baki Literaturnyj Azerbajdzhan 3 1990 85 115 Nezirli S Cumhuriyyet generallari Baki Herbi nesriyyat 1995 212 Ismailov E E Persidskie princy iz doma Kadzharov v Rossijskoj imperii Moskva Staraya Basmannaya Otvetstvennyj redaktor A A Molchanov 2009 Ismailov E E Persidskie princy kavalery Georgievskih nagrad Pod senyu Svyatogo Georgiya Materialy V Mezhdunarodnyh Dvoryanskih chtenij Krasnodar Kubankino Otvetstvennyj redaktor E M Suhacheva 2009 ISBN 5 94932 002 8 Nava i A Bahman Mirza Encyclopaedia Iranica London and New York Routledge amp Kegan Paul In Yarshater Ehsan ed Encyclopaedia Iranica Volume III 5 1988 ISBN 978 0 71009 117 8 Calmard Jean Moḥammad Shah Qajar Encyclopaedia Iranica Online Edition Encyclopaedia Iranica Foundation In Yarshater Ehsan ed 2004