Çingiz Oveys oğlu Qacar (6 iyun 1929, Bakı – 12 iyun 2021, Bakı) — Azərbaycanlı fizik, ictimai xadim, publisist, laureatı, əməkdar elm xadimi, AMEA həqiqi üzvü və AMEA Fizika İnstitutunun keçmiş direktoru və "Molekulyar spektroskopiya laboratoriyasının" keçmiş rəhbəri.
Həyatı
Erkən illəri
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Onun ulu babası məşhur Qacarlar sülaləsinin ziyalı nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. Ç. Qacar orta məktəbi bitirdikdən sonra təhsilini 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə davam etdirib. O, institutu bitirdikdən sonra, 1953-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlamışdır.
Çingiz Qacar | |
---|---|
Doğum tarixi | 06 iyun 1928-ci il |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 12 iyun 2021-ci il (92 yaş) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı, İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Molekulyar fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, akademik |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu |
Alma-mater | Leninqrad Politexnik İnstitutu |
Təhsili | Texniki fizika sahəsində mühəndis - tədqiqatçı |
Tanınır | Molekulyar spektoroskopiya sahəsində tədqiqatçı-alim, Qarabağ, Naxçıvan, Qacarlar, Azərbaycan mədəniyyəti, tanınmış tarixi şəxslər haqqında kitabların müəllifi |
Mühüm layihələri | "Naxçıvan - dünyanın ən qədim şəhərlərindən biri", "Qədim və Orta əsrlər Azərbaycanının dahi şəxsləri", "Qədim Şuşa", "Qədim Bakı" |
Mükafatları | |
Elmi fəaliyyəti
Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi olub. 26 fevral 1971-ci ildən "Mikrodalğalı spektoroskopiya" laboratoriyasına rəhbərlik edib.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində dərs deyib.
1973-cü ildə "Bəzi biratomlu spirtlərin və onların əvəzedicilərinin mikrodalğalı spektoroskopiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
O, elmi fəaliyyətini 1973-cü ildən SSRİ Müdafiə Sənayesi Nazirliyi Tədbiqi Fizika İnstitutunun filialinda davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsinə müdir təyin edildikdən sonra oraya ən istedadlı alimləri toplayıb. 1986-cı ildə Tədbiqi Fizika ETİ filialı Fotoelektonika ETİ adlandırılmışdır. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olublar. Ç. Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində "Kompüterləşdirilmiş topoqrafik istilikgörmə" layihələşdirilib konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.
Ç. Qacarın mikrodalğalı dövri spektroskopiya sahəsində işləri böyük maraq doğurur. İlk dəfə o, biratomlu spirtlərin onların çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturları və dipol momentləri araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də araşdırıb.
Ç. Qacar 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ç.Qacar Ali məktəbin fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. O, tələbəlik illərində Avropa mədəniyyətinə maraq göstərmişdir.
Çingiz Qacar 12 iyun 2021-ci ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
- Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı -200-dən çox;
- Xaricdə çıxmış elmi əsərlərinin sayı - 30;
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı - 50-dən çox;
- Kadr hazırlığı - 24 fəlsəfə doktoru, 6 elmlər doktoru.
Əsas elmi nailiyyətləri
- Ç. O. Qacar tanınmış alim, akademik Lətif İmanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L. İmanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə "Azərbaycan EA-nın xəbərləri" jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş İttifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər.
- Ç. Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır. Fundamental tədqiqatlar aparan Ç. O. Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.
- Akademik infraqırmızı diapazonda optik rabitə sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Fizika İnstitutunda başladığı mikrodalğalı spektroskopiya sahəsində tədqiqatlarını Fotoelektronika İnstitutunda uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə burada yeni, daha mükəmməl ikiqat kvant rezonanslarını müşahidə etməyə imkan verən və bunun nəticəsində spektrin birqiymətli identifikasiyasını təmin edən, dəqiqliyi atom standartları ilə olçülən, tezliyi ədədi qurğu vasitəsilə idarə olunan sintezatorlarla təchiz olunmuş santimetrlik, millimetrlik diapazonlarda işləyən spektrometrik kompleks yaradılmışdır. İkiqat radiotezlikli-mikrodalğalı, ikiqat rezonans və Ştark modulyasiyası üsulları ilə işləyən hibrid spektrometr 1982-ci ildə cihazqayırma sahəsində S. İ. Vavilov adına mükafata layiq görülmüşdür.
- 2001-ci ildə Ç. Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademik Ç. Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparıb.
- Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin keçmiş İttifaqda, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunmuşdur.
- Ç. Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır. O, Azərbaycanda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir.
Təltif və mükafatlar
Molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə Ç. O. Qacar 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S. İ. Vavilov adına mükafata layiq görülüb, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
Ona 1990-cı ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilib.
18 aprel 2014-cü ildə Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülüb.
Kitabları
"Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində), "Qacarlar", "Köhnə Bakı", "Köhnə Şuşa", "Tiflis. Vorontsova 53, 55". "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz Qacar Leninqradda (indiki S.-Peterburq) oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar. Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Akademikin bu kitabı ingilis dilinə tərcümə edilmişdir.
O, fizikanın sahələri və tarixinə aid azərbaycan, rus və ingilis dillərində yazılmış on monoqrafiyanın müəllifidir. Ç. Qacar Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi "Azərbaycan İrs" jurnalının redaktorlarından biri olmuşdur.
Ç.O.Qacar 2009–2012-ci illərdə AMEA Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1973-2021-ci illərdə akademik Fotoelektronika ETİ və AMEA Fizika İnstitutlarında Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri olmuşdur.
Əcdadları
Əsərləri
- Выдающиеся сыны древнего и средневекового Азербайджана. Баку: Издательство "Азербайджан", 1995. 2012-12-09 at the Wayback Machine
- Старая Шуша. Баку, "Şərq-Qərb", 2007, 344 стр. 2012-12-09 at the Wayback Machine
İstinadlar
- "Akademik Çingiz Qacar vəfat edib". science.gov.az. 12.06.2021. 2022-07-12 tarixində . İstifadə tarixi: 2022-07-12.
- "Akademik Çingiz Qacar barədə". aqra.az. 2022-07-12 tarixində . İstifadə tarixi: 2022-07-12.
- "Akademik Çingiz Qacar dünyasını dəyişib". medeniyyet.az (az.). 13 iyun 2021. 2022-07-12 tarixində . İstifadə tarixi: 12 iyul 2022.
- "Çingiz Qacar II Fəxri xiyabanda dəfn olundu". 2021-12-03 tarixində . İstifadə tarixi: 2021-06-12.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.
Xarici keçidlər
- Çingiz Oveys oğlu Qacar 2014-07-12 at the Wayback Machine
- Azərbaycan Milli Elmlər Akademiyası — Çingiz Qacar 2011-01-15 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cingiz Oveys oglu Qacar 6 iyun 1929 Baki 12 iyun 2021 Baki Azerbaycanli fizik ictimai xadim publisist Sohret ordeni laureati emekdar elm xadimi AMEA heqiqi uzvu ve AMEA Fizika Institutunun kecmis direktoru ve Molekulyar spektroskopiya laboratoriyasinin kecmis rehberi HeyatiErken illeri Cingiz Oveys oglu Qacar 1929 cu il iyunun 6 da Baki seherinde anadan olub Onun ulu babasi meshur Qacarlar sulalesinin ziyali numayendelerinden olan Behmen Mirze Qacar idi C Qacar orta mektebi bitirdikden sonra tehsilini 1947 1953 cu illerde Leninqrad Politexnik Institutunda texniki fizika ixtisasi uzre davam etdirib O institutu bitirdikden sonra 1953 cu ilde Azerbaycan Milli Elmler Akademiyasinin Fizika Riyaziyyat Institutunun Radiofizika laboratoriyasinda islemeye baslamisdir Cingiz Oveys oglu QacarCingiz QacarDogum tarixi 06 iyun 1928 ci ilDogum yeri BakiVefat tarixi 12 iyun 2021 ci il 92 yas Vefat yeri BakiDefn yeri Baki Ikinci Fexri XiyabanVetendasligi AzerbaycanMilliyyeti AzerbaycanliElm sahesi Molekulyar fizikaElmi derecesi Fizika riyaziyyat elmleri doktoruElmi adlari Professor akademikIs yeri Azerbaycan Milli Elmler Akademiyasi Fizika InstitutuAlma mater Leninqrad Politexnik InstitutuTehsili Texniki fizika sahesinde muhendis tedqiqatciTaninir Molekulyar spektoroskopiya sahesinde tedqiqatci alim Qarabag Naxcivan Qacarlar Azerbaycan medeniyyeti taninmis tarixi sexsler haqqinda kitablarin muellifiMuhum layiheleri Naxcivan dunyanin en qedim seherlerinden biri Qedim ve Orta esrler Azerbaycaninin dahi sexsleri Qedim Susa Qedim Baki Mukafatlari 1982 2004Elmi fealiyyeti Emek fealiyyetine 1953 cu ilden Azerbaycan Elmler Akademiyasi Fizika Institutunun Radiofizika laboratoriyasinda baslayan Cingiz Qacar burada kicik elmi isci elmi isci boyuk elmi isci olub 26 fevral 1971 ci ilden Mikrodalgali spektoroskopiya laboratoriyasina rehberlik edib 1970 ci ilde Azerbaycan Dovlet Universitetinin Fizika riyaziyyat fakultesinde ders deyib 1973 cu ilde Bezi biratomlu spirtlerin ve onlarin evezedicilerinin mikrodalgali spektoroskopiyasi movzusunda doktorluq dissertasiyasini mudafie edib O elmi fealiyyetini 1973 cu ilden SSRI Mudafie Senayesi Nazirliyi Tedbiqi Fizika Institutunun filialinda davam etdirib Burada institutun esas elmi istiqametlerinden biri olan tetbiqi spektroskopiya sobesine mudir teyin edildikden sonra oraya en istedadli alimleri toplayib 1986 ci ilde Tedbiqi Fizika ETI filiali Fotoelektonika ETI adlandirilmisdir Onun rehberliyi altinda sobenin kollektivi bir sira maraqli neticeler elde edib nadir qeyri standart elmi cihazlarin islenib hazirlanmasi qurasdirilmasi ve zavod seraitinde kicik seriyada istehsali ile mesgul olublar C Qacar IK diapazonlu optik rabite sistemlerinin parametrlerinin fiziki tedqiq metodlarinin islenib hazirlanmasi ile bagli yeni elmi istiqametin yaradicisidir Onun rehberliyi ile TUBITAK Turkiye Elmi Merkezinde Komputerlesdirilmis topoqrafik istilikgorme layihelesdirilib konstruksiya olunub Hemin kompleks Turkiye Topoqrafik Merkezi ile muveffeqiyyetle sinaqdan kecirilib C Qacarin mikrodalgali dovri spektroskopiya sahesinde isleri boyuk maraq dogurur Ilk defe o biratomlu spirtlerin onlarin coxsayli izotop evezedici analoqlari ile trans ve qos konformerlerinin etanol propanol firlanan spektrlerini oxuyub ve molekulyar strukturlari ve dipol momentleri arasdirib Bundan basqa akademik etilmerkaptanin etilftoridin ve allil spirtin molekullarinin firlanan mikrodalgali spektrlerini de arasdirib C Qacar 1980 ci ilde AMEA nin muxbir uzvu 2001 ci ilde ise heqiqi uzvu secilmisdir C Qacar Ali mektebin fizika mexanika fakultesinde oxudugu illerde dunyanin taninmis alimlerinden sayilan A F Ioffe J I Frenkel D N Nasledov ve basqalarindan ders alib O telebelik illerinde Avropa medeniyyetine maraq gostermisdir Cingiz Qacar 12 iyun 2021 ci ilde vefat etmisdir Ikinci Fexri Xiyabanda defn olunmusdur Capdan cixmis elmi eserlerinin umumi sayi 200 den cox Xaricde cixmis elmi eserlerinin sayi 30 Muelliflik sehadetnamelerinin ve patentlerin sayi 50 den cox Kadr hazirligi 24 felsefe doktoru 6 elmler doktoru Esas elmi nailiyyetleriC O Qacar taninmis alim akademik Letif Imanovun rehberlik etdiyi Radiofizika laboratoriyasinda molekulyar spektroskopiya sahesinde orijinal elmi tedqiqat isleri aparmis mikrodalgalar diapazonunda biratomlu spirt molekullari ve onlarin toremelerinin firlanma ve reqsi firlanma spektrlerinin ilk tedqiqatcisi olmusdur Cingiz muellim terefinden akademik L Imanovla birlikde yaradilmis mikrodalgali spektrometr haqqinda elektronika ve radiotexnikaya aid ilk elmi meqale Azerbaycan EA nin xeberleri jurnalinda Azerbaycan dilinde derc olunmus ve hemin meqaleni kecmis Ittifaqda bu sahe ile mesgul olan mutexessisler rus diline tercume etmisler C Qacar mikrodalgali spektroskopiya sahesinde Londonda kecirilen beynelxalq konfransda Azerbaycanda yaradilmis hemin spektrometr ve etil spirti molekulunun mikrodalgali spektri haqqinda elmi meruze ile cixis etmis hemin vaxtlardan kecen esrin 60 ci illeri beynelxalq alemde elmi neticeleri ile taninmaga baslamisdir Fundamental tedqiqatlar aparan C O Qacar atom ve molekullarin spektroskopiyasi sahesinde bir sira meseleleri hell etmisdir Onun aldigi elmi neticelerden lazer fizikasinda qazlarin tehlilinde atmosferin lokal ve mesafeden zondlanmasinda ulduzlararasi fezada molekullarin axtarilmasi sahesinde ve s istifade olunmusdur Akademik infraqirmizi diapazonda optik rabite sahesinde de muhum nailiyyetler elde etmisdir Fizika Institutunda basladigi mikrodalgali spektroskopiya sahesinde tedqiqatlarini Fotoelektronika Institutunda ugurla davam etdirmisdir Onun rehberliyi ile burada yeni daha mukemmel ikiqat kvant rezonanslarini musahide etmeye imkan veren ve bunun neticesinde spektrin birqiymetli identifikasiyasini temin eden deqiqliyi atom standartlari ile olculen tezliyi ededi qurgu vasitesile idare olunan sintezatorlarla techiz olunmus santimetrlik millimetrlik diapazonlarda isleyen spektrometrik kompleks yaradilmisdir Ikiqat radiotezlikli mikrodalgali ikiqat rezonans ve Stark modulyasiyasi usullari ile isleyen hibrid spektrometr 1982 ci ilde cihazqayirma sahesinde S I Vavilov adina mukafata layiq gorulmusdur 2001 ci ilde C Qacarin aldigi elmi neticelerden yapon mutexessisleri de istifade etmisler Kecmis Ittifaqda mikrodalgali spektroskopiya sahesinde mudafie olunan namizedlik ve doktorluq dissertasiyalarinin bir coxunun aparici teskilati Cingiz muellimin rehberlik etdiyi sobenin daxil oldugu Fotoelektronika Institutu olmusdur Akademik C Qacar indi de Azerbaycan MEA Fizika Institutunda bu istiqametin inkisafi ucun elinden geleni esirgemir Rehberlik etdiyi laboratoriya etil izopropil butil izobutil tretikbutil spirtleri ve onlarin izotopomerlerinin mikrodalgali spektrlerinin tedqiqi ile mesgul olur O genis tetbiqi olan mikrodalga diapazonunda suauducularin yaradilmasi problemleri uzre de maraqli isler aparib Onun rehberliyi altinda yaradilmis yeni fiziki metodlar qurgu ve cihazlar Azerbaycanda hemcinin kecmis Ittifaqda Turkiyede Iran Islam Respublikasinda tetbiq olunmusdur C Qacar Azerbaycanda yuksekixtisasli elmi kadrlarin hazirlanmasinda da boyuk xidmetler gosterib O nufuzlu spektroskopcular mektebi yaratmis yuksekixtisasli fizikler yetisdirmisdir Onun coxsayli yetirmelerinin bir coxu Avstraliya Rusiya Amerika Turkiye olkemizin nufuzlu ali mekteblerinde ve elmi tedqiqat institutlarinda calisir O Azerbaycanda molekulyar spektroskopiya elmi istiqametinin rehberidir Teltif ve mukafatlarMolekulyar spektroskopiya sahesinde elmi esaslarin yaranmasinda kompleks isler gorduyune ve genis istifadeli elektron cihazlarin istehsal texnologiyasina gore C O Qacar 1982 ci ilde Azerbaycan SSR nin Dovlet Mukafatina ve SSRI EA nin S I Vavilov adina mukafata layiq gorulub 2004 cu ilde ise Azerbaycan Respublikasinin Sohret ordeni ile teltif olunub Ona 1990 ci ilde Azerbaycan SSR Emekdar Elm Xadimi fexri adi verilib 18 aprel 2014 cu ilde Akademik Cingiz Qacar fizika elmi sahesinde fundamental tedqiqatlari ve nailiyyetlerine gore Nesireddin Tusi adina mukafata layiq gorulub Kitablari Qedim ve orta esrler Azerbaycanin gorkemli sexsiyyetleri rus ingilis ve Azerbaycan dillerinde Qacarlar Kohne Baki Kohne Susa Tiflis Vorontsova 53 55 Qedim ve orta esrler Azerbaycanin gorkemli sexsiyyetleri kitabinin yazilmasinin maraqli tarixcesi var Cingiz Qacar Leninqradda indiki S Peterburq oxuyarken telebelik dostu milliyyetce gurcu olan Nuqzar Eliosasvili ile hemise Azerbaycan ve gurcu xalqlarindan hansinin daha cox gorkemli sexsiyyetleri olmalari barede mubahise aparmislar Mubahise bu kitab yazilana qeder davam etmisdir Hemin kitab nesr olunduqdan sonra Nuqzar Eliosasvili ozunun meglubiyyetini ona yazdigi mektubunda etiraf etmis ve akademikin bu kitabini Azerbaycanin gorkemli sexsiyyetlerinden tertib olunmus Mendeleyev cedveli adlandirmisdir Akademikin bu kitabi ingilis diline tercume edilmisdir O fizikanin saheleri ve tarixine aid azerbaycan rus ve ingilis dillerinde yazilmis on monoqrafiyanin muellifidir C Qacar Azerbaycanin birinci xanimi YUNESKO ve ISESKO nun xosmeramli sefiri xanim Mehriban Eliyevanin rehberlik etdiyi Azerbaycan Irs jurnalinin redaktorlarindan biri olmusdur C O Qacar 2009 2012 ci illerde AMEA Fizika Institutunun direktoru vezifesinde calismisdir 1973 2021 ci illerde akademik Fotoelektronika ETI ve AMEA Fizika Institutlarinda Molekulyar spektroskopiya laboratoriyasinin rehberi olmusdur EcdadlariEserleriVydayushiesya syny drevnego i srednevekovogo Azerbajdzhana Baku Izdatelstvo Azerbajdzhan 1995 2012 12 09 at the Wayback Machine Staraya Shusha Baku Serq Qerb 2007 344 str 2012 12 09 at the Wayback MachineIstinadlar Akademik Cingiz Qacar vefat edib science gov az 12 06 2021 2022 07 12 tarixinde Istifade tarixi 2022 07 12 Akademik Cingiz Qacar barede aqra az 2022 07 12 tarixinde Istifade tarixi 2022 07 12 Akademik Cingiz Qacar dunyasini deyisib medeniyyet az az 13 iyun 2021 2022 07 12 tarixinde Istifade tarixi 12 iyul 2022 Cingiz Qacar II Fexri xiyabanda defn olundu 2021 12 03 tarixinde Istifade tarixi 2021 06 12 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 04 19 Xarici kecidlerCingiz Oveys oglu Qacar 2014 07 12 at the Wayback Machine Azerbaycan Milli Elmler Akademiyasi Cingiz Qacar 2011 01 15 at the Wayback MachineHemcinin bax