Adenoidlər (lat. adenoid, yun. ἀδήν — vəz) – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələri. Burun tənəffüsündə çətinlik, eşitmə itkisi və digər pozuntulara səbəb olur.
Adenoidlər | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Adenoid termini adenoidlərin hipertrofiyasına, udlaq badamcıqların anormal böyüməsinə istinad etmək üçün də istifadə olunur.
Əsas məlumatlar
Adenoidlər boğazın arxa divarında, təxminən dilçəkdən (ağız boşluğunun ortasından sallanan damcı şəkilli ət parçası) yuxarıda yerləşir.Udlağın adi müayinəsi zamanı bu badamcıqlar görünmür, onu müşahidə etmək üçün xüsusi alətlər tələb olunur. Adenoidlər, üst damaq badamcıqlarından fərqli olaraq, çoxtəbəqəli epitelə malikdir.
Adenoidlərin inkişafına burun boşluğunun və badamcıqların selikli qişasının iltihabına səbəb olan xəstəliklər (qızılca, skarlatin, qrip, yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəlikləri və s.) səbəb olur.
Uşaqlarda
Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır və gündüzlər fısıldayır.
Fəsadları
Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər:
- haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
- uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.
- düzgün nəfəs alınmadığından üzün formasında dəyişiklik yaranır,dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün ortodontlara müraciət edirlər. Lakin bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.
Adenoidüz xüsusiyyətlərinə ağızdan nəfəs alma, uzadılmış üz forması, çıxıntılı kəsici dişlər, çənə hipoplaziyası, qısa üst dodaq və qaldırılmış burun dəlikləri daxildir.
Diaqnostikası
Bir neçə diaqnostik üsul var:
- Burun-udlağın rentgenoqrafiyası. Lakin xəstənin radiasiyaya məruz qalması ilə əlaqələndirilir.
- Kompüter tomoqrafiyası - əvvəlkindən daha informativ, lakin olduqca bahalı.
- Endoskopik üsul adenoidlərin diaqnostikasında “qızıl standart”dır, həm burun vasitəsilə – “endoskopik rinoskopiya”, həm də ağız boşluğundan “endoskopik epifaringoskopiya” vasitəsilə həyata keçirilir.
- Arxa rinoskopiya — xüsusi güzgü vasitəsilə ağızdan baxmaq "klassik" üsul, bəzən kiçik yaşlı uşaqlarda yerinə yetirmək çətin olur.
Müalicəsi
Müalicə otorinolarinqoloq tərəfindən aparılır. Adenoidlərə müdaxilə səbəbləri və əsasları aşağıdakılardır:
- Adenoidlər çox böyük olduğundan burunun arxa divarını bağlayır və nəfəs almanı çətinləşdirir. Bu isə əməliyyat zərurəti yaradır. Uşaq ağızla nəfəs alır, xoruldayır, narahat yatır. Adenoidlər böyüdükdə qulaq iltihabına səbəb olur və buna adətən, məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.
- Adenoidlərin böyüklüyü burun seliyinin daim axmasına və ya qulaq iltihabı olan uşaqlara adenomaların əməliyyatı məsləhət görülür.
- Orta qulaq iltihabı kimi, böyümüş adenomalar sinus iltihablarına səbəb ola bilər. Bir çox cərrahlar kəskin sinus problemləri olan uşaqların cərrahi müdaxiləsini məsləhət görürlər.
Adenoid xəstəliyi konservativ və ya cərrahi yolla müalicə oluna bilər (adenoidlərin çıxarılması — adenotomiya).
Adenotomiya
Adenoidlərin çıxarılması üçün mütləq göstərişlər bunlardır:
- apnoe — konservativ müalicəyə uyğun deyil
- burundan nəfəs almanın mümkün olmaması — konservativ müalicəyə uyğun deyil
- 3 aydan çox davam edən eşitmə itkisi
- orta irinli otitin fəsadları
Adenotomiya ümumi anesteziya altında 15-20 dəqiqə ərzində davam edir.
İstinadlar
- Энциклопедический словарь медицинских терминов. В 3-х томах. 1 (100000 nüs.). Москва: Советская энциклопедия. Главный редактор Петровский, Борис Васильевич. 1982."Архивированная копия". 2011-07-05 tarixində . İstifadə tarixi: 2008-02-09.
- "Definition of ADENOID". www.merriam-webster.com (ingilis). 2022-12-05 tarixində . İstifadə tarixi: 2018-05-05.
- Малая медицинская энциклопедия. 1 (под ред. В. И. Покровского). М.: Советская энциклопедия. 1991. ISBN ."Архивированная копия". 2014-08-08 tarixində . İstifadə tarixi: 2008-02-09.
- Jefferson, Yosh. "Mouth breathing: adverse effects on facial growth, health, academics, and behavior". General Dentistry. 58 (1). 2017-02-01: 18–25, quiz 26–27, 79–80. ISSN 0363-6771. PMID 20129889.
- Wahba, Mohammed. "Adenoid facies". Radiopaedia.org. Radiology Reference Article. 2022-05-28 tarixində . İstifadə tarixi: 2016-11-06.
Xarici keçidlər
- "Anatomy diagram: 25420.000-1". Roche Lexicon - illustrated navigator. Elsevier. 2015-02-26 tarixində .
- Adenoids: What They Are, How To Recognize Them, What To Do For Them
- Histology at udel.edu
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Adenoidler lat adenoid yun ἀdhn vez burun udlaq badamciqlarinin esasini teskil eden limfa toxumasinin toremeleri Burun teneffusunde cetinlik esitme itkisi ve diger pozuntulara sebeb olur AdenoidlerAdenoidin yeri Vikianbarda elaqeli mediafayllar Adenoid termini adenoidlerin hipertrofiyasina udlaq badamciqlarin anormal boyumesine istinad etmek ucun de istifade olunur Esas melumatlar3D adenoid hipertrofiyasini gosterir Adenoidler bogazin arxa divarinda texminen dilcekden agiz boslugunun ortasindan sallanan damci sekilli et parcasi yuxarida yerlesir Udlagin adi muayinesi zamani bu badamciqlar gorunmur onu musahide etmek ucun xususi aletler teleb olunur Adenoidler ust damaq badamciqlarindan ferqli olaraq coxtebeqeli epitele malikdir Adenoidlerin inkisafina burun boslugunun ve badamciqlarin selikli qisasinin iltihabina sebeb olan xestelikler qizilca skarlatin qrip yuxari teneffus yollarinin keskin ve xroniki iltihabi xestelikleri ve s sebeb olur UsaqlardaUsaqlarda adenoidler bir nece merhele uzre inkisaf edir Ilkin merhelede usaq yatarken cetin nefes alir bu vaxt badamciqlara qan axini guclendiyinden onlar boyuyur ve havanin burun boslugundan kecmesine mane olur Belelikle usaq xoruldayir yatan zaman nefes almasinda cetinlik yaranir yuxusu pozulur Adenoidler boyudukce burunla serbest nefes almaq mumkun olmur ona gore usaq agizla nefes alir ve gunduzler fisildayir FesadlariEger adenoidler vaxtinda mualice olunmasa qriple yanasi bir cox fesadlar bas vere biler haymorit esitme borulari deliklerinin adenoidlerle tutulmasindan otitler yarana ve esitme seviyyesi ehemiyyetli derecede asagi duse biler usaq agizla nefes aldigindan orqanizme nisbeten az oksigen daxil olur Neticede psixi inkisafda lengimeler bas verir onlar diqqetsiz olur tez yorulurlar duzgun nefes alinmadigindan uzun formasinda deyisiklik yaranir disler yerine duzgun oturmur Valideynler dis eyrilikleri ucun ortodontlara muraciet edirler Lakin bu problemin ilkin sebebi mehz nefesalmada olan problemdir Adenoiduz xususiyyetlerine agizdan nefes alma uzadilmis uz formasi cixintili kesici disler cene hipoplaziyasi qisa ust dodaq ve qaldirilmis burun delikleri daxildir DiaqnostikasiBir nece diaqnostik usul var Burun udlagin rentgenoqrafiyasi Lakin xestenin radiasiyaya meruz qalmasi ile elaqelendirilir Komputer tomoqrafiyasi evvelkinden daha informativ lakin olduqca bahali Endoskopik usul adenoidlerin diaqnostikasinda qizil standart dir hem burun vasitesile endoskopik rinoskopiya hem de agiz boslugundan endoskopik epifaringoskopiya vasitesile heyata kecirilir Arxa rinoskopiya xususi guzgu vasitesile agizdan baxmaq klassik usul bezen kicik yasli usaqlarda yerine yetirmek cetin olur MualicesiMualice otorinolarinqoloq terefinden aparilir Adenoidlere mudaxile sebebleri ve esaslari asagidakilardir Adenoidler cox boyuk oldugundan burunun arxa divarini baglayir ve nefes almani cetinlesdirir Bu ise emeliyyat zerureti yaradir Usaq agizla nefes alir xoruldayir narahat yatir Adenoidler boyudukde qulaq iltihabina sebeb olur ve buna adeten mektebeqeder yasli usaqlarda rast gelinir Adenoidlerin boyukluyu burun seliyinin daim axmasina ve ya qulaq iltihabi olan usaqlara adenomalarin emeliyyati meslehet gorulur Orta qulaq iltihabi kimi boyumus adenomalar sinus iltihablarina sebeb ola biler Bir cox cerrahlar keskin sinus problemleri olan usaqlarin cerrahi mudaxilesini meslehet gorurler Adenoid xesteliyi konservativ ve ya cerrahi yolla mualice oluna biler adenoidlerin cixarilmasi adenotomiya Adenotomiya Adenoidlerin cixarilmasi ucun mutleq gosterisler bunlardir apnoe konservativ mualiceye uygun deyil burundan nefes almanin mumkun olmamasi konservativ mualiceye uygun deyil 3 aydan cox davam eden esitme itkisi orta irinli otitin fesadlari Adenotomiya umumi anesteziya altinda 15 20 deqiqe erzinde davam edir IstinadlarEnciklopedicheskij slovar medicinskih terminov V 3 h tomah 1 100000 nus Moskva Sovetskaya enciklopediya Glavnyj redaktor Petrovskij Boris Vasilevich 1982 Arhivirovannaya kopiya 2011 07 05 tarixinde Istifade tarixi 2008 02 09 Definition of ADENOID www merriam webster com ingilis 2022 12 05 tarixinde Istifade tarixi 2018 05 05 Malaya medicinskaya enciklopediya 1 pod red V I Pokrovskogo M Sovetskaya enciklopediya 1991 ISBN 5 85270 040 1 Arhivirovannaya kopiya 2014 08 08 tarixinde Istifade tarixi 2008 02 09 Jefferson Yosh Mouth breathing adverse effects on facial growth health academics and behavior General Dentistry 58 1 2017 02 01 18 25 quiz 26 27 79 80 ISSN 0363 6771 PMID 20129889 Wahba Mohammed Adenoid facies Radiopaedia org Radiology Reference Article 2022 05 28 tarixinde Istifade tarixi 2016 11 06 Xarici kecidler Anatomy diagram 25420 000 1 Roche Lexicon illustrated navigator Elsevier 2015 02 26 tarixinde Adenoids What They Are How To Recognize Them What To Do For Them Histology at udel edu