Epitel toxuması və ya epitel (q.yun. ἐπί, epi — üstündə, üstündən; q.yun. theleos — örtən, uc) — insan orqanizmindəki 4 əsas növündən biri
Epitel toxuması | |
---|---|
Latınca | lat. epithelum |
MeSH | [https://meshb.nlm.nih.gov/record/ui?ui=D004848 D004848 D004848] |
Vikianbarda əlaqəli mediafayllar |
Növləri
Epitel toxuması təsnifatına görə 4 yerə ayrılır:
- Örtük epiteli — orqanizmin xarici səthini, seroz qişaların və boşluqlu orqanların daxili səthini örtür.
- Vəzi epiteli — bir çox vəzinin quruluşunun əsasını təşkil edir.
- Əzələvi epitel
- Hissi epitel
Örtük epiteli
Örtük epiteli toxuması orqanizmin daxili mühiti ilə xarici mühit arasında sərhəd rolu oynadığı üçün hüdudi toxuma da adlandırılır. Bundan əlavə, örtük epitelin, həm də mübadilə, müdafiə, sorulma, sekresiya, boşluqdaxili orqanların hərəkətliliyini təmin etmə kimi funksiyaları var. Bunlara misal olaraq müdafiə vəzifəsini yerinə yetirənlərə dəri epitelini, sorulma funksiyasını yerinə yetirən örtük epitelinə bağırsaqların epitelini, ifrazata böyrək epitelini nümunə göstərmək olar. Sonuncusu isə seroz qişaların azad səthini örtür. Bu cür epitel bədən boşluqlarında yerləşən daxili orqanların hərəkətliliyini tənzimləyərək onların kənar törəmələrlə birləşməsinin qarşısını alır.
Təsnifatı
Örtük epiteli toxuması bir neçə cür təsnif olunur: morfo-funksional xüsusiyyətlərinə, mənşəyinə görə, quruluşuna görə.
Morfo-funksional təsnifat
Morfo-funksional cəhətdən örtük epitelin 6 tipi ayırd olunur:
- epidermal epitel
- enterodermal epitel
- nefrodermal epitel
- selomik epitel (mezotel)
- ependimoqlial epitel
- angiodermal epitel
Epidermal epitel
Epidermal epitel çoxqatlı, yaxud çoxsıralı quruluşa malik olub, başlıca olaraq, mühafizə funksiyası yerinə yetirir. Məsələn: dərinin çoxqatlı buynuzlaşan epiteli.
Enterodermal epitel
Enterodermal epitel birqatlı quruluşa malikdir. Bu epitelin sorulma funksiyası var. Məsələn: bağırsaq epiteli.
Nefrodermal epitel
Nefrodermal epitel birqatlıdır, kubabənzər və silindrik hüceyrələrdən təşkil olunmuşdur. Mühafizə, sorucu və ən əsası, ekskretor funksiya daşıyır. Məsələn: sidik kanalcıqlarını daxildən örtən böyrək epiteli.
Selomik epitel
Selomik epitel və ya mezotel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Seroz qişaların səthini hamar və nəm edir.
Ependimoqlial epitel
Ependimoqlial epitel birqatlıdır, silindrik hüceyrələrdən ibarətdir. Qütblük (polyarlıq) xüsusiyyətinə malik olub hüdudi, istinad və sekretor funksiya daşıyır. Ependimoqlial epitel onurğa beyni kanalı və beyin mədəciklərini daxildən örtür.
Angiodermal epitel
Angiodermal epitel birqatlıdır, yastı hüceyrələrdən qurulmuşdur. Angiodermal epitel bariyer və qidalanma (trofik) funksiya yerinə yetirir. Qan damarlarının divarında vardır.
Mənşəyinə görə örtük epiteli toxumasının təsnifatı
Örtük epiteli embrional inkişaf zamanı müxtəlif mənbələrdən inkişaf edir:
Epidermal və ependimoqlial epitel ektodermadan, nefrodermal və selomik epitel (mezotel) mezodermadan, enterodermal epitel entodermadan, angiodermal epitel isə mezenximdən törəyir. Ependimoqlial epitel, daha da dəqiqi, sinir borusundan inkişaf edir.
Histoloji quruluşuna görə örtük epitelin təsnifatı
Örtük epiteli daha çox quruluşuna görə təsnif olunur. Bunu aşağıdakı kimi göstərmək daha əlverişlidir:
Örtük epitel toxuması | ||||||
---|---|---|---|---|---|---|
Birqatlı epitel (Sadə epitel) | Çoxqatlı epitel | |||||
Birsıralı | Çoxsıralı | Keçid | Yastı | |||
Yastı | Kubabənzər | Silindrik (prizmatik) | Silindrik (prizmatik) | Buynuzlaşmayan (qərniləşməyən) | Buynuzlaşan (qərniləşən) |
Birqatlı (sadə) örtük epiteli toxuması
Örtük epiteli toxuması quruluşuna görə birqatlı və çoxqatlı olur. Birqatlı epiteldə, adından da məlum olduğu kimi, bütün hüceyrələri bazal zarla (membran) təmasdadır və tək qat halında düzülmüşlər.
Birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epiteldə nüvələr tək sırada, çoxsıralıda isə hüceyərələrin nüvələri müxtəlif səviyyələrdə düzülmüşdür. Həmçinin birqatlı epiteldə toxumaların hər birində hüceyrələr eyni formada (kubabənzər, yastı və ya prizmatik), çoxqatlı epiteldə isə eyni anda müxtəlif formada olur. Bu səbəbdən birqatlı birsıralı epitel toxuması izomorf, birqatlı çoxsıralı və çoxqatlı epitel toxumaları anizomorfdur.
Birqatlı yastı epitel toxuması
Əvvəl də qeyd olunduğu kimi, birqatlı örtük epiteli toxuması birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epitelin növlərindən biri birqatlı yastı epiteldir. Birqatlı yastı epitel toxuması özü də 2 cür olur: endotel və mezotel.
Endotel birqatlı yastı epitel
Endotel (q.yun. endos — daxili; q.yun. theleos — örtən) qan və limfa damarlarının, ürək kameralarının daxili səthini örtən strukturdur. O, yastı, çoxbucaqlı, kənarları girintili-çıxıntılı, bir-birilə sıx təmasda olan endotel hüceyrələrindən (endoliosit) təşkil olunmuşdur. Damarların divarlarındakı endoliositlər daha yastı olur.
Onların qanla təmasda olan səthlərində submikroskopik tükcüklər vardır.
Endoliositlərin tərkibində orqanoidlər azdır və bu orqanoidlərdən endoplazmatik şəbəkə və mitoxondrilərə rast gəlinir. Bundan əlavə, endoliositlərin sitoplazmasında çoxlu qlikogen və askorbin turşusu (C vitamini) vardır.
Endotel hüceyrələr mezenximdən inkişaf etmişdir, mitoz və amitoz yollar çoxalır. Funksiyalarına gəldikdə isə endotel hüdudi vəzifə daşımaqla yanaşı, həm də qan ilə digər toxumalar arasında qazlar və maddələr mübadiləsini təmin edir.
Mezotel birqatlı yastı epitel
Mezotel (q.yun. mesos — orta; q.yun. theleos — örtən) seroz qişaların (plevra, periton, perikard) azad səthləri və bədən boşluqlarının divarı ilə yanaşı, həm də ağciyər alveolları və böyrək yumaqcığı kapsullarında rast gəlinir.
Mezotel toxumasını təşkil edən hüceyrələr mezoteliositlər adlanır. Mezoteliositlər çoxbucaqlı formaya malikdir və qıraqları girintili-çıxıntılıdır. Onların azad səthində submikroskopik xovcuqlar müəyyən olunmuşdur.
Əsasən, birnüvəli olsalar da, iki və üçnüvəli mezoteliositlərə də rast gəlinir.
Mezotel digər yastı epitel toxumalarından fərqli olaraq xarici mühitlə əlaqəni itirdiyinə görə mezoteliositlərdə qütblük (polyarlıq) yoxdur.
Mezoliositlər mezodermadan inkişaf etdiyi üçün uyğun toxuma belə (mezotel) adlanır. Onlar amitoz yolla da bölünür və bu zaman çoxnüvəli hüceyrələr əmələ gəlir. Mezotel mühafizə funksiyasına malikdir. Belə ki, bu hüceyərlər xüsusi maye ifraz edərək seroz qişaların səthini hamar və nəm saxlayır ki, bu da daxili orqanların rahat sürüşməsini təmin edərək onların ətrafdakı törəmələrlə bitişməsinin qarşısını alır.
Birqatlı kubabənzər epitel toxuması
Birqatlı birsıralı örtük epiteli toxumasının başqa bir növü kubabənzər epiteldir. Bu toxuma növü qaraciyər və mədəaltı vəzin kiçik axacaqlarını, ağciyərin kiçik bronxlarını, böyrəklərin qıvrım sidik borucuqlarını daxildən və yumurtalığı xaricdən örtür.
Birqatlı kubabənzər örtük epiteli toxuması çox sıx yerləşmiş, eni və hündürlüyü, adətən, eyni olan, kubabənzər hüceyrələrdən təşkil olunur. Bəzi nahiyələrdə, məsələn, ağciyərin kiçik bronxlarında toxumanın sərbəst səthində ehtizazlı kirpiklərə rast gəlinir.
Kubabənzər örtük epiteli hüceyrələri müxtəlif mənşələrdən inkişaf edir. Ağciyər, qaraciyər və mədəaltı vəzidə rast gəlinən belə hücyrələr entodermadan, yumurtalıqları xaricdən örtən və böyrəklərdəki kubabənzər epitel isə mezodermadan inkişaf edir.
Bu toxuma böyrək kanalcıqlarında reabsorbsiya (geriyə sorulma) prosesini təmin edir. Həm də digər örtük epiteli toxumaları kimi mühafizə funksiyası da vardır.
Birqatlı silindrik (prizmatik) epitel toxuması
Birqatlı birsıralı örtük epiteli toxumasının daha bir növü də silindrik (prizmatik) epiteldir. Bu toxuma növü nazik və yoğun bağırsağın, öd kisəsinin, qaraciyər və mədəaltı vəzin axacaqlarının, balalıq boynu və borularının, böyrəyn yığıcı borucuqlarının daxili səthini örtür.
Haqqında danışılan toxumanı təşkil edən hüceyrələr silindrik formada və bir-birlərinə çox sıx yerləşmiş olur. Birqatlı birsıralı örtük epiteli 3 yarımnövə ayrılır: haşiyəli, vəzi və ehtizazlı.
Haşiyəli epitelə sorulma prosesinin güclü olduğu yerlərdə rast gəlinir. Bu yerdə epitelin səthində epiteliositlər (epitel hüceyərləri) mikroxovcuqlardan ibarət olan sorucu haşiyəyə malik olur.
Birqatlı silindrik vəzili epiteldə silindrik hüceyrələrin arasında selik ifraz qədəhəbənzər birhüceyrəli vəzilər olur.
Ehtizazlı epiteldə isə epitelin sərbəst səthində hərəkəti təmin edən kirpklər olur.
Birqatlı birsıralı silindrik epitel də kubabənzər epitel kimi entodermadan (mədə, bağırsaqlar, öd kisəsi, qaraciyər, mədəaltı vəzidəki) və mezodermadan (böyrəklər, balalıq, balalıq borularındakı) inkişaf edir.
Əvvəl də qeyd olunduğu kimi, bu toxumanın hüdudi, mühafizə, sorulma, sekretor funksiyaları var.
Birqatlı çoxsıralı örtük epiteli toxuması
Birqatlı çoxsıralı örtük epiteli toxuması tənəffüs yollarını (burun boşluğu, traxeya, iri bronxlar), bəzi cinsiyyət orqanlarını (balalıq, balalıq boruları, toxumdaşıyıcı kanallar) daxildən örtür.
Çoxsıralı epitel birsıralı epiteldən fərqli olaraq eyni deyil, müxtəlif forma və ölçülü hüceyrələrdən təşkil olunmuş, həmçinin hüceyrələrin nüvələri tək sırada deyil, bir neçə sırada (əsasən, 3 sıra) düzülmüşdür. Yəni, anizomorf toxumadır. Bu baxımdan çoxqatlı örtük epitelinə yaxın olsa da, toxumanı təşkil edən bütün hüceyrələrin proksimal qütbü bazal membrana birləşmiş olduğundan çoxqatlı epiteldən fərqlənir. Elə buna görə də psevdoçoxqatlı, yəni yalançı çoxqatlı epitel də adlandırılır.
Çoxsıralı birqatlı epitelin yalnız bir növü — çoxsıralı ehtizazlı (kirpikli) epitel aşkar edilmişdir. Çoxsıralı ehtizazlı epitelin sərbəst səthində kirpiklərə rast gəlinir. Bu toxumada 4 növ hüceyrə vardır: ehtizazlı (kirpikli), qədəhəbənzər, qısa ara, uzun ara hüceyrələr.
Ehtizazlı hüceyrələrin proksimal hissəsi dar, distal hissəsi genişdir və üzərində 250-yə qədər kirpik olur. Nüvələri distal hissədə yerləşdiyi üçün yuxarı sıranı əmələ gətirir. Bu hüceyrələrin distal hissəsi bir-birilə təmas edərək ümumi kirpikli səth formalaşdırır. Bu kirpiklərin tərkibindəki fibrillər nəm mühitdə onlara hərəkət etmək imkanı yaradır.
Qədəhəbənzər hüceyrələr xüsusi selik (mutsin) ifraz edir. Orta sıranı əmələ gətirir.
Qısa ara hüceyrələr kirpikli hüceyrələrdən fərqli olaraq geniş proksimal və dar distal hissəyə malikdir. Nüvə proksimal hissədə yerləşərək aşağı sıranı əmələ gətirir. Qısa olduqları üçün distal ucları epitelin səthindən çox aralı olur.
Uzun ara hüceyrələr iyşəkilldir və qısa ara hüceyrələrdən xeyli hündürdür. Orta sıranı əmələ gətirir.
Qısa və uzun ara hüceyrələr çoxsıralı örtük epiteli toxumasının sütun hüceyrələridir. Onların bölünməsindən əmələ gələn yeni ara hüceyrələr differensiasiya edərək (ixtisaslaşaraq) mühafizə funksiyası yerinə yetirən kirpikli və qədəhəbənzər hüceyrələrə çevrilir.
Çoxsıralı ehtizazlı örtük epiteli toxuması entodermal (tənəffüs orqanlarında) və mezodermal (cinsiyyət orqanlarında) mənşəlidir.
Çoxqatlı örtük epiteli toxuması
Çoxqatlı örtük epiteli toxuması xarici təsirə daha çox məruz qalan orqanların səthini örtür. Bu toxumaya dərinin epidermisində, ağız boşluğu, dil, udlaq, qida borusu və balalıq yolunun azad səthində, göz almasının ön tərəfində, böyrək kasaları, böyrək ləyəni, sidik axarları, sidik kisəsi, sidik kanalının daxili səyhində rast gəlinir.
Çoxqatlı örtük epiteli toxuması anizomorfdur, hüceyrələr bir neçə qatda düzülüb. Ən alt qatda olan hüceyrə qrupu bazal zarla təmasdadır. Digər hüceyrə qatları isə bu qatın üzərində yerləşərək təbəqələr əmələ gətirir və bazar zarla birbaşa təmasları olmur. Birinci və ikinci qatın hüceyrələri cavandır və tərkibindəki maddələrin qatılığı çox olduğu üçün tünd rənglə boyanır. Üst qatlarda isə yaşlı və yüksək ixtisaslaşmış hüceyrələr yerləşir. Bu hüceyrələr boyanarkən yuxarı qatlara doğru rəng açılır.
Çoxqatlı örtük epiteli toxuması ektoderma və mezodermadan inkişaf edir. Çoxqatlı epiteldə yalnız birinci (bəzən, həm də ikinci) qatın hüceyrələri buna qabildir. Bu toxumanın əsas vəzifəsi mühafizədir. Birqatlı örtük epiteli toxumasından fərqli olaraq sorulma və sekretor funksiyası yoxdur.
Çoxqatlı örtük epitelinin 2 növü var:
- keçid epiteli
- çoxqatlı yastı epitel
Çoxqatlı keçid epitel toxuması
Çoxqatlı keçid epitel toxuması divarları gərginləşməyə məruz qalan orqanların (böyrək kasaları, böyrək ləyəni, sidik axarları, sidik kisəsi və qismən sidik kanalı) daxili səthini örtür. Bu orqanların boş və dolu olmasından asılı olaraq keçid epiteli toxumasının qalınlığı və hüceyrələrinin forması dəyişir.
Keçid epitel toxumasında iki qat — bazal (əsas) qat və örtük qat ayırd edilir. Orqan dolu olduqda bu orqanın divarı dartılır və toxuma nazilir. Bu zaman örtük qatın hüceyrələri yastılaşır. Onun altında yerləşən bazal qatda isə yastı və nisbətən böyük girdə (və ya çoxbucaqlı) formalı hüceyrələr nəzərə çarpır. Bazal qatın hüceyrələri bu halda bərabər səviyyədə düzülsə də, yastı hüceyrələrin nüvəsi bazal zara yaxın, girdə hüceyrələrin nüvəsi isə bir qədər yuxarıda yerləşir.
Orqan boş olduqda isə divarı yığılır və keçid epitel toxuması qalınlaşır. Bu zaman örtük qatın hüceyrələri günbəz şəklini alır. Bazal qatın hüceyrələri isə sıxlaşaraq qısa və silindrəbənzər formalı hüceyrələrə çevrilir. Bu halda nüvələr fərqli səviyyələrdə yerləşir ki, bu da çoxsıralı quruluş əmələ gətirir.
Keçid epitel toxuması mezodermal mənşəlidir və mühafizə funksiyası yerinə yetirir.
Çoxqatlı yastı örtük epiteli toxuması
Çoxqatlı yastı örtük epiteli toxumasının 2 növü var:
- çoxqatlı yastı buynuzlaşmayan (qərniləşməyən) epitel
- çoxqatlı yastı buynuzlaşan (qərniləşən) epitel
Çoxqatlı yastı buynuzlaşmayan epitel
Çoxqatlı yastı buynuzlaşmayan (qərniləşməyən) örtük epiteli toxuması daxili və ya xarici səthi nəm olan orqanları (gözün buynuz qişasını xaricdən, ağız boşluğu, dil, udlaq, balalıq yolunu daxildən) örtür. Nəmliyi təmin edən maye bu epitelin altında yerləşən kövək lifli birləşdirici toxumada yerləşən vəzilər, həmçinin gözdə göz yaşı vəziləri tərəfindən ifraz edilir.
Çoxqatlı yastı buynuzlaşmayan epitel toxumasında 3 qat ayırd olunur:
- bazal (əsas) qat
- tikanlı hüceyrələr qatı
- yastı hüceyrələr qatı (səthi qat)
Bazal qat bir-birilə sıx şəkildə yerləşərək bazal membran üzərində tək qat halında düzülmüş silindrik hüceyrələrdən ibarətdir. Bu qatın hüceyrələri mitoz yolla çoxalaraq yuxarı qatların hüceyrələrinə başlanğıc verdiyi üçün böyümə qatı da adlanır.
Tikanlı qatın hüceyrələri bir neçə qısa tikanabənzər çıxıntıya malikdir. Bazal qatla təmasda olan tikanlı qat hüceyrələri nisbətən hündürdür, yuxarı sıralara doğru getdikcə isə hüceyrələr yastılaşaraq girdə və ya çoxbucaqlı forma alır.
Yastı hüceyrələr qatı və ya səthi qat tikanlı hüceyrələr qatının üzərində yerləşir və yastı hüceyrələrdən təşkil olunmuşdur. Xarici mühitlə təmasda olduğu üçün bu qatın hüceyrələrində müəyyən uyğunlaşmalar baş vermişdir: hüceyrələrin kənarı düz forma alaraq bir-birinə daha sıx söykənməsinə zəmin yaradır; sitoplazması sıxlaşır; nüvə və orqanoidləri çox vaxt reduksiyaya uğrayır. Səthi qatın hüceyrələri həyatını başa vuraraq toxumadan qopub ayrılır və böyümə qatının hüceyrələrinin yuxarıya miqrasiyasının hesabına sayı bərpa olur.
Çoxqatlı yastı buynuzlaşmayan epitel ektodermadan inkişaf edir və mühafizə vəzifəsi yerinə yetirir.
Çoxqatlı yastı buynuzlaşan epitel
Çoxqatlı yastı buynuzlaşan (qərniləşən) örtük epiteli toxumasına dərinin epidermisində rast gəlinir. Quruluşuna görə (əsas və tikanlı hüceyrələr qatı) çoxqatlı yastı buynuzlaşmayan örtük epiteli toxuması ilə bənzərdir, lakin əsas fərq ondadır ki, bu toxumanın səthi qatındakı canlı hüceyrələr tədricən buynuz pulcuqlara çevrilir. Xarici mexaniki təsirlərə daha çox məruz qalan ovuc, ayaqların altı, barmaqların epidermisi qalındır və bu nahiyələrdəki buynuzlaşan epitel toxuması 5 qatdan ibarətdir:
- bazal (əsas) qat
- tikanlı hüceyrələr qatı
- dənəli qatı
- parlaq qat
- buynuz qat.
Bədənin digər nahiyələrindəki parlaq qat olmadığından 4 qatdan ibarətdir.
Əsas (bazal) qat bir sırada düzülmüş silindrik epitel hüceyrələrindən ibarətdir. Əsas qatın hüceyrələrinin sitoplazmasında tonofilamentlər formalaşan xüsusi zülallar sintez olunur. Bu hüceyrələr sütun hüceyrələr adlanır. Onlar mitoz yolla bölünərək differensiasiya edir və yuxarı qatlara doğru mqrasiya edərək həmin qatları bərpa edir. Bu səbəbdən əsas qat böyümə qatı və ya maya qatı da adlandırılır. Bu qata, həmçinin Malpigi qatı da deyilir.
Tikanlı hüceyrələr qatı və ya tikanlı qat 5–10 sırada düzülmüş, tikanlı çıxıntılara malik olan və yastı, girdə, yaxud çoxbucaqlı formalı hüceyrələrdən ibarətdir. Əsas qatda olduğu kimi tikanlı hüceyrələr qatının da hüceyrələrinin sitoplazmasında tonofilament dəstələrindən təşkil olunmuş tonofibrillər var.
Tikanlı qatın hüceyrələri çoxlu desmosom vasitəsilə bir-birilə birləşir. Həmçinin əsas və tikanlı hüceyrələr qatında epitel hüceyrələrindən (epiteliositlər) başqa desmosomla rabitəsi olmayan və sərbəst yerləşən çıxıntılı, piqmentli hüceyrələrə (melanositlər) və epidermal makrofaqlara (dendrositlər və limfositlər) təsadüf olunur. Melanositlərin sayı epiteliositlərdən 10 dəfə azdır. Melanositlər dəriyə rəng verən melanin piqmenti toplayır, həmçinin bu hüceyrələrin tərkibində tonofibrillərə rast gəlinmir. Günəş şüasının təsirindən dəridə melanin sintezi güclənir. Bu piqment dəriyə rəng verməklə yanaşı, həm də qoruyucu funksiya yerinə yetirir — piqment günəş şüasını udaraq dərini alt qatlarını qısadalğalğalı şüaların mənfi təsirlərindən qoruyur. Buna görə də melanin piqmenti çatışmadıqda (məsələn, albinizm zamanı) dəri xərçəngi riski yüksək olur. Makrofaqlar isə epidermisdə yerli immun sitemi yaradır.
Dənəli qat 3–4 sırada düzülmüş yastı hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin sitoplazmasında mitoxondri, ribosom, lizosom, tonofibrillər, keratohialin dənələrinə təsadüf olunur. Keratohialin fibrilyar zülallardır. Bunlar sonrakı qatlarda, əvvəlcə, eleidin maddəsinə, sonra isə keratinə (buynuz maddə) çevrilir.
Parlaq qat da 3–4 sırada düzülmüş yastı hüceyrələrdən ibarətdir. Bu qatın hüceyrələrində nüvə parçalanaraq məhv olur (karioreksisə uğrayır). Hüceyrələrinin sitoplazmasında dənəli qatın keratohialin dənələrindən əmələ gəlmiş eleidin maddəsi hopur. Bu zülal işığı sındıraraq qata parlaqlıq verdiyi üçün parlaq qat eynicinsli zolaq şəklində görünür və hüceyrələr arasındakı hüdud seçilmir.
Buynuz qat buynuz pulcuqlardan təşkil olunmuşdur. Bunlar keratin (buynuz maddə) və hava qovuqcuqları ilə doludur. Beşqatlı epidermisdə buynuzlaşma prosesi zamanı parlaq qatın canlı hüceyrələri buynuz qata doğru miqrasiya edir. Bu hüceyrələrin sitoplazma elementləri məhv olur, tərkibindəki keratohialin kompleksi tonofibrilləri keratin fibrillərinə çevrilir və bir neçə sırada düzülmüş buynuz pulcuqlar əmələ gəlir. Sonradan ən üst sıradakı buynuz pulcuqlar lizosom fermentlərinin təsirindən tədricən qopub ayrılır. Buynuzlaşma prosesi mühit şəraitindən və A vitamininin orqanizmdəki miqdarından asılıdır. Bu vitamin çaışmadıqda proses ləngiyir. Buynuz qatın orqanizmdə rolu bunlardan ibarətdir:
- Suyu pis keçirdiyi üçün orqanizmin maye balansını qoruyur;
- İstiliyi pis keçirdiyinə görə bədən temperaturunu tənzimləyir;
- Qalın, möhkəm və elastik olduğundan bədəni mexaniki təsirlərdən qoruyur;
- Bakterial infeksiya və mikrobların, həmçinin müxtəlif maddələrin dərinin alt qatlarına keçməsinin qarşısını alır.
Regenerasiyası
Örtük epiteli toxuması hüdudi toxuma olduğu üçün daim müxtəlif təsirlərə məruz qalır, hüceyrələri zədələnir və ya məhv olur. Bu baxımdan toxuma yüksək regenerasiya qabiliyyətinə malikdir və ömür boyu özünü bərpa edir və yeniləyir. Regenerasiya bölünə bilən epitel hüceyrələri hesabına gedir. Birqatlı epiteldə, əsasən, bütün hüceyrələr regenerasiya qabiliyyətinə malik olsalar da, çoxqatlı epiteldə yalnız birinci (bəzən, həm də ikinci) qatın hüceyrələri buna qabildir. Yuxarı qatlardakı hüceyrələr isə aşağı qatın hüceyrələrinin yuxarıya miqrasiyası nəticəsində yeniləri ilə əvəz olunur.
Örtük epiteli toxumasının regenerasiyası zamanı hər növ özünə bənzər epitel yaratsa da, birqatlı çoxsıralı epiteldən reparatİv (bərpa) regenerasiya nəticəsində bəzən çoxqatlı epitel (dəri epiteli) əmələ gəlir.
Örtük epiteli bərpa olarkən yaranın kənarındakı hüceyrələr mitoz yolla sürətlə bölünərək zədələnmiş nahiyənin üzərində nazik qat formalaşdırır, sonra isə tədricən toxumanın tamlığı bərpa olunur.
Vaskulyarizasiyası
Örtük epiteli toxumasında qan damarları olmur. Bu toxumanın hüceyrələrinə qida maddələri diffuz yolla bazal zarın altındakı birləşdirici toxumadakı qan damarlarından gəlir.
İnnervasiyası
Örtük epiteli toxuması sinir sistemi ilə yaxşı təchiz olunub. Onun daxilində toxunma, təzyiq, ağrı, temperatur kimi qıcıqları qəbul edən reseptorlar var.
Yaş xüsusiyyətləri
Orqanizm yaşlandıqca örtük epitelinin yenilənməsi zəifləyir.
Vəzi epiteli toxuması
Vəzi epiteli toxuması vəzi hüceyrələrindən (qlandulositlər) təşkil olunub. Bəzi vəzi hüceyrələri orqanların tərkibinə daxildir (məsələn, kiçik ağız suyu vəziləri, böyrək vəziləri, mədə vəziləri və s.), bəziləri isə xüsusi orqanlar vəzilər formalaşdırır (məsələn, böyük ağız suyu vəziləri, böyrəküstü vəzilər, çəngələbənzər vəz və s.). Onlar xüsusi maddələr ifraz edir. Bu maddələr 2 qrupa ayrılır:
- sekret
- ekskret
Sekretlərə selik, həzm fermentləri, öd, piy, hormon (inkret) və b. aiddir. Vəzilər hazırladıqları sekretləri epitel örtüyünün üzərinə və ya qan, yaxud limfaya ifraz edir. Zülal tərkibli sekretlər (ferment və hormon) ifraz edən vəzi hüceyrələri mitoxondri və endoplazmatik şəbəkə cəhətdən yaxşı inkişaf etmişdir.
Ekskretlərə karbon qazı, sidik cövhəri, sidik turşusu, tər və s. aiddir. Bu maddələr maddələr mübadiləsi zamanı üzvi maddələrin parçalanması (katabolizm) nəticəsində əmələ gəlir və bədəndən ifrağ olunur.
Vəzi epitelinin törəmələrindən olan vəzilər 3 qrupa ayrılır:
- daxili sekresiya vəziləri və ya endokrin vəzilər
- xarici sekresiya vəziləri və ya ekzokrin vəzilər
- qarışıq vəzilər.
Qalereya
- Çoxqatlı yastı örtük epiteli toxuması
- Çoxqatlı keçid epitel toxuması
- Məməli canlının dərisindəki tük follikullarının mikroqrafiyası
Mənbə
- "Histologiya terminləri lüğəti", M. S. Abdullayev. "Elm" Nəşriyyatı, Bakı, 1970.
- "Ümumi histologiya", M. S. Abdullayev, H. S. Abiyev. "Maarif" Nəşriyyatı, Bakı, 1975.
- "Biology, 12th edition" (Türkçe çeviri), Campbell. "Palme" Yayınevi, Ankara, 2022.
- "Ümumi histologiya" (Ali məktəblər üçün dərslik). Bakı, 2012. Səhifə 37–67.
- "Epitel toxuması", Aişə Abbaszadə. 2021.
- "Sekretor epitel: ümumi səciyyəsi. Sekresiyanın fazaları, növləri. Ekzokrin vəzilər, təsnifatı, inkişaf mənbələri. Hüceyrəarası əlaqələr: təsnifatı, quruluşu, funksiyaları. Bazal membran: quruluşu və funksiyası", Ləman Cəfərli. 2021.
- "Örtük epiteli: təkqatlı və çoxqatlı epitelin müxtəlif növlərinin histogenezi, təsnifatı, lokalizasiyası, morfo-funksional səviyyəsi, regenerasiyası", Rəvan Novruzov. 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Epitel toxumasi ve ya epitel q yun ἐpi epi ustunde ustunden q yun theleos orten uc insan orqanizmindeki 4 esas novunden biriEpitel toxumasiLatinca lat epithelumMeSH https meshb nlm nih gov record ui ui D004848 D004848 D004848 Vikianbarda elaqeli mediafayllarNovleriEpitel toxumasi tesnifatina gore 4 yere ayrilir Ortuk epiteli orqanizmin xarici sethini seroz qisalarin ve bosluqlu orqanlarin daxili sethini ortur Vezi epiteli bir cox vezinin qurulusunun esasini teskil edir Ezelevi epitel Hissi epitelOrtuk epiteliOrtuk epiteli toxumasi orqanizmin daxili muhiti ile xarici muhit arasinda serhed rolu oynadigi ucun hududi toxuma da adlandirilir Bundan elave ortuk epitelin hem de mubadile mudafie sorulma sekresiya bosluqdaxili orqanlarin hereketliliyini temin etme kimi funksiyalari var Bunlara misal olaraq mudafie vezifesini yerine yetirenlere deri epitelini sorulma funksiyasini yerine yetiren ortuk epiteline bagirsaqlarin epitelini ifrazata boyrek epitelini numune gostermek olar Sonuncusu ise seroz qisalarin azad sethini ortur Bu cur epitel beden bosluqlarinda yerlesen daxili orqanlarin hereketliliyini tenzimleyerek onlarin kenar toremelerle birlesmesinin qarsisini alir Tesnifati Ortuk epiteli toxumasi bir nece cur tesnif olunur morfo funksional xususiyyetlerine menseyine gore qurulusuna gore Morfo funksional tesnifat Morfo funksional cehetden ortuk epitelin 6 tipi ayird olunur epidermal epitel enterodermal epitel nefrodermal epitel selomik epitel mezotel ependimoqlial epitel angiodermal epitelEpidermal epitel Epidermal epitel coxqatli yaxud coxsirali qurulusa malik olub baslica olaraq muhafize funksiyasi yerine yetirir Meselen derinin coxqatli buynuzlasan epiteli Enterodermal epitel Enterodermal epitel birqatli qurulusa malikdir Bu epitelin sorulma funksiyasi var Meselen bagirsaq epiteli Nefrodermal epitel Nefrodermal epitel birqatlidir kubabenzer ve silindrik huceyrelerden teskil olunmusdur Muhafize sorucu ve en esasi ekskretor funksiya dasiyir Meselen sidik kanalciqlarini daxilden orten boyrek epiteli Selomik epitel Selomik epitel ve ya mezotel birqatlidir yasti huceyrelerden qurulmusdur Seroz qisalarin sethini hamar ve nem edir Ependimoqlial epitel Ependimoqlial epitel birqatlidir silindrik huceyrelerden ibaretdir Qutbluk polyarliq xususiyyetine malik olub hududi istinad ve sekretor funksiya dasiyir Ependimoqlial epitel onurga beyni kanali ve beyin medeciklerini daxilden ortur Angiodermal epitel Angiodermal epitel birqatlidir yasti huceyrelerden qurulmusdur Angiodermal epitel bariyer ve qidalanma trofik funksiya yerine yetirir Qan damarlarinin divarinda vardir Menseyine gore ortuk epiteli toxumasinin tesnifati Ortuk epiteli embrional inkisaf zamani muxtelif menbelerden inkisaf edir Epidermal ve ependimoqlial epitel ektodermadan nefrodermal ve selomik epitel mezotel mezodermadan enterodermal epitel entodermadan angiodermal epitel ise mezenximden toreyir Ependimoqlial epitel daha da deqiqi sinir borusundan inkisaf edir Histoloji qurulusuna gore ortuk epitelin tesnifati Ortuk epiteli daha cox qurulusuna gore tesnif olunur Bunu asagidaki kimi gostermek daha elverislidir Ortuk epitel toxumasiBirqatli epitel Sade epitel Coxqatli epitelBirsirali Coxsirali Kecid YastiYasti Kubabenzer Silindrik prizmatik Silindrik prizmatik Buynuzlasmayan qernilesmeyen Buynuzlasan qernilesen Ortuk epiteli toxumasinin histoloji qurulusuna gore tesnifatiBirqatli sade ortuk epiteli toxumasi Ortuk epiteli toxumasi qurulusuna gore birqatli ve coxqatli olur Birqatli epitelde adindan da melum oldugu kimi butun huceyreleri bazal zarla membran temasdadir ve tek qat halinda duzulmusler Birqatli ortuk epiteli toxumasi birsirali ve coxsirali olur Birqatli birsirali epitelde nuveler tek sirada coxsiralida ise huceyerelerin nuveleri muxtelif seviyyelerde duzulmusdur Hemcinin birqatli epitelde toxumalarin her birinde huceyreler eyni formada kubabenzer yasti ve ya prizmatik coxqatli epitelde ise eyni anda muxtelif formada olur Bu sebebden birqatli birsirali epitel toxumasi izomorf birqatli coxsirali ve coxqatli epitel toxumalari anizomorfdur Birqatli yasti epitel toxumasi Evvel de qeyd olundugu kimi birqatli ortuk epiteli toxumasi birsirali ve coxsirali olur Birqatli birsirali epitelin novlerinden biri birqatli yasti epiteldir Birqatli yasti epitel toxumasi ozu de 2 cur olur endotel ve mezotel Endotel birqatli yasti epitel Endotel q yun endos daxili q yun theleos orten qan ve limfa damarlarinin urek kameralarinin daxili sethini orten strukturdur O yasti coxbucaqli kenarlari girintili cixintili bir birile six temasda olan endotel huceyrelerinden endoliosit teskil olunmusdur Damarlarin divarlarindaki endoliositler daha yasti olur Onlarin qanla temasda olan sethlerinde submikroskopik tukcukler vardir Endoliositlerin terkibinde orqanoidler azdir ve bu orqanoidlerden endoplazmatik sebeke ve mitoxondrilere rast gelinir Bundan elave endoliositlerin sitoplazmasinda coxlu qlikogen ve askorbin tursusu C vitamini vardir Endotel huceyreler mezenximden inkisaf etmisdir mitoz ve amitoz yollar coxalir Funksiyalarina geldikde ise endotel hududi vezife dasimaqla yanasi hem de qan ile diger toxumalar arasinda qazlar ve maddeler mubadilesini temin edir Mezotel birqatli yasti epitel Mezotel q yun mesos orta q yun theleos orten seroz qisalarin plevra periton perikard azad sethleri ve beden bosluqlarinin divari ile yanasi hem de agciyer alveollari ve boyrek yumaqcigi kapsullarinda rast gelinir Mezotel toxumasini teskil eden huceyreler mezoteliositler adlanir Mezoteliositler coxbucaqli formaya malikdir ve qiraqlari girintili cixintilidir Onlarin azad sethinde submikroskopik xovcuqlar mueyyen olunmusdur Esasen birnuveli olsalar da iki ve ucnuveli mezoteliositlere de rast gelinir Mezotel diger yasti epitel toxumalarindan ferqli olaraq xarici muhitle elaqeni itirdiyine gore mezoteliositlerde qutbluk polyarliq yoxdur Mezoliositler mezodermadan inkisaf etdiyi ucun uygun toxuma bele mezotel adlanir Onlar amitoz yolla da bolunur ve bu zaman coxnuveli huceyreler emele gelir Mezotel muhafize funksiyasina malikdir Bele ki bu huceyerler xususi maye ifraz ederek seroz qisalarin sethini hamar ve nem saxlayir ki bu da daxili orqanlarin rahat surusmesini temin ederek onlarin etrafdaki toremelerle bitismesinin qarsisini alir Birqatli kubabenzer epitel toxumasi Birqatli birsirali ortuk epiteli toxumasinin basqa bir novu kubabenzer epiteldir Bu toxuma novu qaraciyer ve medealti vezin kicik axacaqlarini agciyerin kicik bronxlarini boyreklerin qivrim sidik borucuqlarini daxilden ve yumurtaligi xaricden ortur Birqatli kubabenzer ortuk epiteli toxumasi cox six yerlesmis eni ve hundurluyu adeten eyni olan kubabenzer huceyrelerden teskil olunur Bezi nahiyelerde meselen agciyerin kicik bronxlarinda toxumanin serbest sethinde ehtizazli kirpiklere rast gelinir Kubabenzer ortuk epiteli huceyreleri muxtelif menselerden inkisaf edir Agciyer qaraciyer ve medealti vezide rast gelinen bele hucyreler entodermadan yumurtaliqlari xaricden orten ve boyreklerdeki kubabenzer epitel ise mezodermadan inkisaf edir Bu toxuma boyrek kanalciqlarinda reabsorbsiya geriye sorulma prosesini temin edir Hem de diger ortuk epiteli toxumalari kimi muhafize funksiyasi da vardir Birqatli silindrik prizmatik epitel toxumasi Memeli heyvanin birqatli sutunlu silindrik epitel Birqatli birsirali ortuk epiteli toxumasinin daha bir novu de silindrik prizmatik epiteldir Bu toxuma novu nazik ve yogun bagirsagin od kisesinin qaraciyer ve medealti vezin axacaqlarinin balaliq boynu ve borularinin boyreyn yigici borucuqlarinin daxili sethini ortur Haqqinda danisilan toxumani teskil eden huceyreler silindrik formada ve bir birlerine cox six yerlesmis olur Birqatli birsirali ortuk epiteli 3 yarimnove ayrilir hasiyeli vezi ve ehtizazli Hasiyeli epitele sorulma prosesinin guclu oldugu yerlerde rast gelinir Bu yerde epitelin sethinde epiteliositler epitel huceyerleri mikroxovcuqlardan ibaret olan sorucu hasiyeye malik olur Birqatli silindrik vezili epitelde silindrik huceyrelerin arasinda selik ifraz qedehebenzer birhuceyreli veziler olur Ehtizazli epitelde ise epitelin serbest sethinde hereketi temin eden kirpkler olur Birqatli birsirali silindrik epitel de kubabenzer epitel kimi entodermadan mede bagirsaqlar od kisesi qaraciyer medealti vezideki ve mezodermadan boyrekler balaliq balaliq borularindaki inkisaf edir Evvel de qeyd olundugu kimi bu toxumanin hududi muhafize sorulma sekretor funksiyalari var Birqatli coxsirali ortuk epiteli toxumasi Birqatli coxsirali ortuk epiteli toxumasi teneffus yollarini burun boslugu traxeya iri bronxlar bezi cinsiyyet orqanlarini balaliq balaliq borulari toxumdasiyici kanallar daxilden ortur Coxsirali epitel birsirali epitelden ferqli olaraq eyni deyil muxtelif forma ve olculu huceyrelerden teskil olunmus hemcinin huceyrelerin nuveleri tek sirada deyil bir nece sirada esasen 3 sira duzulmusdur Yeni anizomorf toxumadir Bu baximdan coxqatli ortuk epiteline yaxin olsa da toxumani teskil eden butun huceyrelerin proksimal qutbu bazal membrana birlesmis oldugundan coxqatli epitelden ferqlenir Ele buna gore de psevdocoxqatli yeni yalanci coxqatli epitel de adlandirilir Coxsirali birqatli epitelin yalniz bir novu coxsirali ehtizazli kirpikli epitel askar edilmisdir Coxsirali ehtizazli epitelin serbest sethinde kirpiklere rast gelinir Bu toxumada 4 nov huceyre vardir ehtizazli kirpikli qedehebenzer qisa ara uzun ara huceyreler Ehtizazli huceyrelerin proksimal hissesi dar distal hissesi genisdir ve uzerinde 250 ye qeder kirpik olur Nuveleri distal hissede yerlesdiyi ucun yuxari sirani emele getirir Bu huceyrelerin distal hissesi bir birile temas ederek umumi kirpikli seth formalasdirir Bu kirpiklerin terkibindeki fibriller nem muhitde onlara hereket etmek imkani yaradir Qedehebenzer huceyreler xususi selik mutsin ifraz edir Orta sirani emele getirir Qisa ara huceyreler kirpikli huceyrelerden ferqli olaraq genis proksimal ve dar distal hisseye malikdir Nuve proksimal hissede yerleserek asagi sirani emele getirir Qisa olduqlari ucun distal uclari epitelin sethinden cox arali olur Uzun ara huceyreler iysekilldir ve qisa ara huceyrelerden xeyli hundurdur Orta sirani emele getirir Qisa ve uzun ara huceyreler coxsirali ortuk epiteli toxumasinin sutun huceyreleridir Onlarin bolunmesinden emele gelen yeni ara huceyreler differensiasiya ederek ixtisaslasaraq muhafize funksiyasi yerine yetiren kirpikli ve qedehebenzer huceyrelere cevrilir Coxsirali ehtizazli ortuk epiteli toxumasi entodermal teneffus orqanlarinda ve mezodermal cinsiyyet orqanlarinda menselidir Coxqatli ortuk epiteli toxumasi Coxqatli ortuk epiteli toxumasi xarici tesire daha cox meruz qalan orqanlarin sethini ortur Bu toxumaya derinin epidermisinde agiz boslugu dil udlaq qida borusu ve balaliq yolunun azad sethinde goz almasinin on terefinde boyrek kasalari boyrek leyeni sidik axarlari sidik kisesi sidik kanalinin daxili seyhinde rast gelinir Coxqatli ortuk epiteli toxumasi anizomorfdur huceyreler bir nece qatda duzulub En alt qatda olan huceyre qrupu bazal zarla temasdadir Diger huceyre qatlari ise bu qatin uzerinde yerleserek tebeqeler emele getirir ve bazar zarla birbasa temaslari olmur Birinci ve ikinci qatin huceyreleri cavandir ve terkibindeki maddelerin qatiligi cox oldugu ucun tund rengle boyanir Ust qatlarda ise yasli ve yuksek ixtisaslasmis huceyreler yerlesir Bu huceyreler boyanarken yuxari qatlara dogru reng acilir Coxqatli ortuk epiteli toxumasi ektoderma ve mezodermadan inkisaf edir Coxqatli epitelde yalniz birinci bezen hem de ikinci qatin huceyreleri buna qabildir Bu toxumanin esas vezifesi muhafizedir Birqatli ortuk epiteli toxumasindan ferqli olaraq sorulma ve sekretor funksiyasi yoxdur Coxqatli ortuk epitelinin 2 novu var kecid epiteli coxqatli yasti epitelCoxqatli kecid epitel toxumasi Coxqatli kecid epitel toxumasi Coxqatli kecid epitel toxumasi divarlari gerginlesmeye meruz qalan orqanlarin boyrek kasalari boyrek leyeni sidik axarlari sidik kisesi ve qismen sidik kanali daxili sethini ortur Bu orqanlarin bos ve dolu olmasindan asili olaraq kecid epiteli toxumasinin qalinligi ve huceyrelerinin formasi deyisir Kecid epitel toxumasinda iki qat bazal esas qat ve ortuk qat ayird edilir Orqan dolu olduqda bu orqanin divari dartilir ve toxuma nazilir Bu zaman ortuk qatin huceyreleri yastilasir Onun altinda yerlesen bazal qatda ise yasti ve nisbeten boyuk girde ve ya coxbucaqli formali huceyreler nezere carpir Bazal qatin huceyreleri bu halda beraber seviyyede duzulse de yasti huceyrelerin nuvesi bazal zara yaxin girde huceyrelerin nuvesi ise bir qeder yuxarida yerlesir Orqan bos olduqda ise divari yigilir ve kecid epitel toxumasi qalinlasir Bu zaman ortuk qatin huceyreleri gunbez seklini alir Bazal qatin huceyreleri ise sixlasaraq qisa ve silindrebenzer formali huceyrelere cevrilir Bu halda nuveler ferqli seviyyelerde yerlesir ki bu da coxsirali qurulus emele getirir Kecid epitel toxumasi mezodermal menselidir ve muhafize funksiyasi yerine yetirir Coxqatli yasti ortuk epiteli toxumasi Coxqatli yasti ortuk epiteli toxumasi Coxqatli yasti ortuk epiteli toxumasinin 2 novu var coxqatli yasti buynuzlasmayan qernilesmeyen epitel coxqatli yasti buynuzlasan qernilesen epitelCoxqatli yasti buynuzlasmayan epitel Coxqatli yasti buynuzlasmayan qernilesmeyen ortuk epiteli toxumasi daxili ve ya xarici sethi nem olan orqanlari gozun buynuz qisasini xaricden agiz boslugu dil udlaq balaliq yolunu daxilden ortur Nemliyi temin eden maye bu epitelin altinda yerlesen kovek lifli birlesdirici toxumada yerlesen veziler hemcinin gozde goz yasi vezileri terefinden ifraz edilir Coxqatli yasti buynuzlasmayan epitel toxumasinda 3 qat ayird olunur bazal esas qat tikanli huceyreler qati yasti huceyreler qati sethi qat Bazal qat bir birile six sekilde yerleserek bazal membran uzerinde tek qat halinda duzulmus silindrik huceyrelerden ibaretdir Bu qatin huceyreleri mitoz yolla coxalaraq yuxari qatlarin huceyrelerine baslangic verdiyi ucun boyume qati da adlanir Tikanli qatin huceyreleri bir nece qisa tikanabenzer cixintiya malikdir Bazal qatla temasda olan tikanli qat huceyreleri nisbeten hundurdur yuxari siralara dogru getdikce ise huceyreler yastilasaraq girde ve ya coxbucaqli forma alir Yasti huceyreler qati ve ya sethi qat tikanli huceyreler qatinin uzerinde yerlesir ve yasti huceyrelerden teskil olunmusdur Xarici muhitle temasda oldugu ucun bu qatin huceyrelerinde mueyyen uygunlasmalar bas vermisdir huceyrelerin kenari duz forma alaraq bir birine daha six soykenmesine zemin yaradir sitoplazmasi sixlasir nuve ve orqanoidleri cox vaxt reduksiyaya ugrayir Sethi qatin huceyreleri heyatini basa vuraraq toxumadan qopub ayrilir ve boyume qatinin huceyrelerinin yuxariya miqrasiyasinin hesabina sayi berpa olur Coxqatli yasti buynuzlasmayan epitel ektodermadan inkisaf edir ve muhafize vezifesi yerine yetirir Coxqatli yasti buynuzlasan epitel Coxqatli yasti buynuzlasan qernilesen ortuk epiteli toxumasina derinin epidermisinde rast gelinir Qurulusuna gore esas ve tikanli huceyreler qati coxqatli yasti buynuzlasmayan ortuk epiteli toxumasi ile benzerdir lakin esas ferq ondadir ki bu toxumanin sethi qatindaki canli huceyreler tedricen buynuz pulcuqlara cevrilir Xarici mexaniki tesirlere daha cox meruz qalan ovuc ayaqlarin alti barmaqlarin epidermisi qalindir ve bu nahiyelerdeki buynuzlasan epitel toxumasi 5 qatdan ibaretdir bazal esas qat tikanli huceyreler qati deneli qati parlaq qat buynuz qat Bedenin diger nahiyelerindeki parlaq qat olmadigindan 4 qatdan ibaretdir Esas bazal qat bir sirada duzulmus silindrik epitel huceyrelerinden ibaretdir Esas qatin huceyrelerinin sitoplazmasinda tonofilamentler formalasan xususi zulallar sintez olunur Bu huceyreler sutun huceyreler adlanir Onlar mitoz yolla bolunerek differensiasiya edir ve yuxari qatlara dogru mqrasiya ederek hemin qatlari berpa edir Bu sebebden esas qat boyume qati ve ya maya qati da adlandirilir Bu qata hemcinin Malpigi qati da deyilir Tikanli huceyreler qati ve ya tikanli qat 5 10 sirada duzulmus tikanli cixintilara malik olan ve yasti girde yaxud coxbucaqli formali huceyrelerden ibaretdir Esas qatda oldugu kimi tikanli huceyreler qatinin da huceyrelerinin sitoplazmasinda tonofilament destelerinden teskil olunmus tonofibriller var numunesinde melanin piqmentinin goruntusu Tund rengle gosterilmisdir Tikanli qatin huceyreleri coxlu desmosom vasitesile bir birile birlesir Hemcinin esas ve tikanli huceyreler qatinda epitel huceyrelerinden epiteliositler basqa desmosomla rabitesi olmayan ve serbest yerlesen cixintili piqmentli huceyrelere melanositler ve epidermal makrofaqlara dendrositler ve limfositler tesaduf olunur Melanositlerin sayi epiteliositlerden 10 defe azdir Melanositler deriye reng veren melanin piqmenti toplayir hemcinin bu huceyrelerin terkibinde tonofibrillere rast gelinmir Gunes suasinin tesirinden deride melanin sintezi guclenir Bu piqment deriye reng vermekle yanasi hem de qoruyucu funksiya yerine yetirir piqment gunes suasini udaraq derini alt qatlarini qisadalgalgali sualarin menfi tesirlerinden qoruyur Buna gore de melanin piqmenti catismadiqda meselen albinizm zamani deri xercengi riski yuksek olur Makrofaqlar ise epidermisde yerli immun sitemi yaradir Deneli qat 3 4 sirada duzulmus yasti huceyrelerden ibaretdir Bu huceyrelerin sitoplazmasinda mitoxondri ribosom lizosom tonofibriller keratohialin denelerine tesaduf olunur Keratohialin fibrilyar zulallardir Bunlar sonraki qatlarda evvelce eleidin maddesine sonra ise keratine buynuz madde cevrilir Parlaq qat da 3 4 sirada duzulmus yasti huceyrelerden ibaretdir Bu qatin huceyrelerinde nuve parcalanaraq mehv olur karioreksise ugrayir Huceyrelerinin sitoplazmasinda deneli qatin keratohialin denelerinden emele gelmis eleidin maddesi hopur Bu zulal isigi sindiraraq qata parlaqliq verdiyi ucun parlaq qat eynicinsli zolaq seklinde gorunur ve huceyreler arasindaki hudud secilmir Buynuz qat buynuz pulcuqlardan teskil olunmusdur Bunlar keratin buynuz madde ve hava qovuqcuqlari ile doludur Besqatli epidermisde buynuzlasma prosesi zamani parlaq qatin canli huceyreleri buynuz qata dogru miqrasiya edir Bu huceyrelerin sitoplazma elementleri mehv olur terkibindeki keratohialin kompleksi tonofibrilleri keratin fibrillerine cevrilir ve bir nece sirada duzulmus buynuz pulcuqlar emele gelir Sonradan en ust siradaki buynuz pulcuqlar lizosom fermentlerinin tesirinden tedricen qopub ayrilir Buynuzlasma prosesi muhit seraitinden ve A vitamininin orqanizmdeki miqdarindan asilidir Bu vitamin caismadiqda proses lengiyir Buynuz qatin orqanizmde rolu bunlardan ibaretdir Suyu pis kecirdiyi ucun orqanizmin maye balansini qoruyur Istiliyi pis kecirdiyine gore beden temperaturunu tenzimleyir Qalin mohkem ve elastik oldugundan bedeni mexaniki tesirlerden qoruyur Bakterial infeksiya ve mikroblarin hemcinin muxtelif maddelerin derinin alt qatlarina kecmesinin qarsisini alir Regenerasiyasi Ortuk epiteli toxumasi hududi toxuma oldugu ucun daim muxtelif tesirlere meruz qalir huceyreleri zedelenir ve ya mehv olur Bu baximdan toxuma yuksek regenerasiya qabiliyyetine malikdir ve omur boyu ozunu berpa edir ve yenileyir Regenerasiya bolune bilen epitel huceyreleri hesabina gedir Birqatli epitelde esasen butun huceyreler regenerasiya qabiliyyetine malik olsalar da coxqatli epitelde yalniz birinci bezen hem de ikinci qatin huceyreleri buna qabildir Yuxari qatlardaki huceyreler ise asagi qatin huceyrelerinin yuxariya miqrasiyasi neticesinde yenileri ile evez olunur Ortuk epiteli toxumasinin regenerasiyasi zamani her nov ozune benzer epitel yaratsa da birqatli coxsirali epitelden reparatIv berpa regenerasiya neticesinde bezen coxqatli epitel deri epiteli emele gelir Ortuk epiteli berpa olarken yaranin kenarindaki huceyreler mitoz yolla suretle bolunerek zedelenmis nahiyenin uzerinde nazik qat formalasdirir sonra ise tedricen toxumanin tamligi berpa olunur Vaskulyarizasiyasi Ortuk epiteli toxumasinda qan damarlari olmur Bu toxumanin huceyrelerine qida maddeleri diffuz yolla bazal zarin altindaki birlesdirici toxumadaki qan damarlarindan gelir Innervasiyasi Ortuk epiteli toxumasi sinir sistemi ile yaxsi techiz olunub Onun daxilinde toxunma tezyiq agri temperatur kimi qiciqlari qebul eden reseptorlar var Yas xususiyyetleri Orqanizm yaslandiqca ortuk epitelinin yenilenmesi zeifleyir Vezi epiteli toxumasiEsas meqale Endokrin sistemiTer vezilerinin kanalciqlarinda coxqatli kubsekilli epitel Vezi epiteli toxumasi vezi huceyrelerinden qlandulositler teskil olunub Bezi vezi huceyreleri orqanlarin terkibine daxildir meselen kicik agiz suyu vezileri boyrek vezileri mede vezileri ve s bezileri ise xususi orqanlar veziler formalasdirir meselen boyuk agiz suyu vezileri boyrekustu veziler cengelebenzer vez ve s Onlar xususi maddeler ifraz edir Bu maddeler 2 qrupa ayrilir sekret ekskret Sekretlere selik hezm fermentleri od piy hormon inkret ve b aiddir Veziler hazirladiqlari sekretleri epitel ortuyunun uzerine ve ya qan yaxud limfaya ifraz edir Zulal terkibli sekretler ferment ve hormon ifraz eden vezi huceyreleri mitoxondri ve endoplazmatik sebeke cehetden yaxsi inkisaf etmisdir Ekskretlere karbon qazi sidik covheri sidik tursusu ter ve s aiddir Bu maddeler maddeler mubadilesi zamani uzvi maddelerin parcalanmasi katabolizm neticesinde emele gelir ve bedenden ifrag olunur Vezi epitelinin toremelerinden olan veziler 3 qrupa ayrilir daxili sekresiya vezileri ve ya endokrin veziler xarici sekresiya vezileri ve ya ekzokrin veziler qarisiq veziler QalereyaCoxqatli yasti ortuk epiteli toxumasi Coxqatli kecid epitel toxumasi Memeli canlinin derisindeki tuk follikullarinin mikroqrafiyasiMenbe Histologiya terminleri lugeti M S Abdullayev Elm Nesriyyati Baki 1970 Umumi histologiya M S Abdullayev H S Abiyev Maarif Nesriyyati Baki 1975 Biology 12th edition Turkce ceviri Campbell Palme Yayinevi Ankara 2022 Umumi histologiya Ali mektebler ucun derslik Baki 2012 Sehife 37 67 Epitel toxumasi Aise Abbaszade 2021 Sekretor epitel umumi seciyyesi Sekresiyanin fazalari novleri Ekzokrin veziler tesnifati inkisaf menbeleri Huceyrearasi elaqeler tesnifati qurulusu funksiyalari Bazal membran qurulusu ve funksiyasi Leman Ceferli 2021 Ortuk epiteli tekqatli ve coxqatli epitelin muxtelif novlerinin histogenezi tesnifati lokalizasiyasi morfo funksional seviyyesi regenerasiyasi Revan Novruzov 2021