Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları.
Dərbənd istehkamları | |
---|---|
Ölkə | Rusiya |
Şəhər | Dərbənd |
Yerləşir | Dərbənd |
Aidiyyatı | Qafqaz Albaniyası Sasanilər imperiyası |
Sifarişçi | II Yezdəgird (438-455), çiy kərpicdən I Xosrov Ənuşirəvan (531-579), daşdan |
Tikilmə tarixi | 547 və ya 567-ci ildə tamamlanıb |
Üslubu | Qafqaz Albaniyasının memarlığı Sasani memarlığı |
Rəsmi adı: Citadel, Ancient City and Fortress Buildings of Derbent | |
Tipi | Mədəni |
Kriteriya | iii, iv |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1070 |
Dövlət | Rusiya |
Region | Avropa |
İstinad nöm. | 0510052000 |
Mühafizə dərəcəsi | Federal |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.
Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə imkan verirdi.
Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, rəngarəng relyefə uyğun planlaşma-məkan quruluşuna, memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti və şəhərsalma sənətimizin görkəmli uğuru idi. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir səbəbi onun hərbi-strateji baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel divar arasında yaranmış möhkəm qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların yol yazılarında Dərbənd Dədə Qorqudun basdırıldığı müqəddəs yer kimi də anılır.
Tarixi
Dərbənd təpəsinin şimal-şərq hissəsində tikilmiş bu istehkamın qalıqları arxeoloji qazıntı işləri nəticəsində e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə aşkara çıxardılmışdır. V əsrdə Sasani hökmdarı II Yezdəgird (438-455-ci illər) zamanında bu istehkamlar əsasında Dərbənd qalasından dənizə qədər bütün keçidin qabağını kəsərək, təpənin zirvəsinədək uzanan qala divarları ucaldılmışdı. Qala divarları təpə üzərində salınmış möhkəm içqalaya bitişirdi. Sonralar çiy kərpicdən olan divarlara lap yaxın, sanki ona üzlük kimi şimal daş divarı tikilmişdi.Dərbəndin daş divarı I Xosrov Ənuşirəvan (531-579-cu illər) dövründə tikilməyə başlanmış və 567-ci ildə, başqa bir fərziyyəyə görə isə, 547-ci ildə başa çatdırılmışdır.
Dərbənd qalası bir müddət Quba xanlığından asılı olmuşdur. Həmin dövr qubalı Fətəli xanın dövrünə düşür. Fətəli xan qalanın müdafiəsini arvadı Tuti Bikəyə tapşırır. Fətəli xan döyüşdə olanda Tuti Bikənin qardaşı Əmir Həmzə qalanı almaq istəyir. Və yalandan ona ərinin öldüyünü deyir. Hətta tabuta bir əsgərin meyidini qoyub matəm düzəldir. Amma Tuti Bikə ona inanmır. Və deyir: Sən heç əməlli yalan da danışa bilmirsən. Fətəli xan heç o düzəltdiyin balaca tabuta yerləşməz. Sonra o hərbi paltarını geyib qaladakıları döyüşə səsləyir.
Azərbaycan inşaat sənətinin misilsiz qiymətə malik abidələrindən olan Dərbənd divarlarının üzlüklərində 20-dək Pəhləvi kitabəsi vardır. Sasanilər dənizdən başlayaraq, əzəmətli daş tikililər – şəhərin şimal və cənub divarları, içqala və Dərbənd qala divarının davamı olub, dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan dağ səddi inşa etmişdilər. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti kimi düşünülmüşdü. Ərəb mənbələrinin verdiyi məlumata görə divarlar dənizin içərilərinədək gedib çıxırdı. Dərbənd divan tikildikdən sonra şəhərdən şimala doğru qalıqları Oqni stansiyasından 6–7 km aralı indiyədək duran bir divar da ucaldılmışdı.Bu divarlar doğrudan da çox böyük olurdu
Əhəmiyyəti
Sasanilər şərqi Ön Qafqaz çöllərində yaşayan köçəri şimal tayfa və xalqlarının – maskutların, alanların, hun, sabir, xəzər və başqa türk tayfalarının Cənubi Qafqaz və İrana keçmələrinin qabağını kəsən belə istehkamların tikilməsində maraqlı idilər. Bizans da Dərbənd keçidinin və Sasanilərin şimal sərhədlərinin onun üçün təhlükə törədən köçəri tayfalara qarşı möhkəmləndirilməsinə çalışırdı. VIII əsr tarix əsərində xəbər verilir ki, V əsrdə imperator Markian (450-457-ci illər) Dərbənd divarlarını tikmək üçün maddi yardım göstərmiş, “bu işə öz xəzinəsindən çoxlu talant sərf etmişdi”.
VI əsrdə Sasanilər dövlətinin şimal sərhəddindəki ən mühüm strateji əhəmiyyətli məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri idi. Beləliklə, Sasanilərin Dərbənd bölgəsində möhkəmləndikləri bir əsr ərzində – V əsrin ortalarından VI əsrin ortalarınadək fars padşahları Şirvan ərazisində İran torpaqlarına ardı-arası kəsilməyən hücumlar edən köçəri tayfalardan müdafiə məqsədilə nəhəng istehkamlar tikdirmişdirlər.
Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bu istehkamların əhəmiyyəti haqqında aşağıdakıları yazırdı:
“Əgər Allah hər şeyi görməyi, böyüklüyü və mərhəməti ilə İran şahlarına (mülük-ül-furs) əl-Bab şəhəri, onun quru, dəniz və dağlarda olan divarları və digər qalaların tikilməsinə, həmçinin, müxtəlif xalqlardan olan adamların yerləşdirilməsinə, müxtəlif dərəcəli hökmdarlar təyin etməsinə kömək göstərməsəydi onda xəzərlər, alanlar, sərirlər, türklər və adları çəkilən digər xalqlar, şübhəsiz, Bərdə, ər-Ran, Beyləqan, Azərbaycan, Zəncan, Əbhər, Qəzvin, Həmədan, Dinavər, Nəhavənd vilayətlərinə və digər yerlərə gəlib çıxardılar”.
— Ə1-Məsudi. Mürüc.s.212-213
İnşası
Nəhəng sərhəd istehkamlarının tikilməsi, əsasən, Albaniyanın ən varlı vilayəti olan Şirvanın hesabına təmin olunan böyük maliyyə vəsaiti və insan qüvvəsi tələb edirdi.
VII əsr alban müəllifi Moisey Kalankatlı “Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz dağları ilə Şərq dənizi arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar toplanmasına və çoxlu materiallar axtarılıb tapılmasına böyük vəsait sərf edərək, ölkəni əldən salmasından” danışır.
Tədqiqi
Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla Bab əl-Əbvab liman şəhərini belə təsvir edir: “Bab əl-Əbvab Xəzər dənizi sahilində çox böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmişdir və limanın sahibinin icazəsi olmadan buraya heç kəs nə girə, nə də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildən tikilmişdir... Orada böyük miqdarda istehsal edilən kətan parçadan Arran, Ərməniyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir”.
XIII əsrin əvvəlinə aid “Əcaib əd-Dünya” əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli “qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin” adlarını çəkir.
1971-ci ildən etibarən Dərbənd ərazisində aparılan arxeoloji qazıntılar bu qədim şəhərin iqtisadi həyatına dair narrativ mənbələrin məlumatlarını tamamlayır. Qazıntılar nəticəsində iki hissədən – içqala (kuhəndiz) və şəhərin özündən (şəhəristan) ibarət olan orta əsrlər Dərbəndinin strukturu müəyyən edilmişdir. Dərbəndin müdafıə istehkamları kompleksində Narınqala içqalası xüsusi yer tuturdu. İçqalanın mədəni təbəqələrinin ümumi qalınlığı 10 metrə çatır. Şəhərin içqalasının şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m² olan 4 bina aşkar edilmişdir. Çoxlu ocaq və təndirlər daş özüllər üzərində yaxşı qalmış buruqvan oyma naxışlarla bəzədilmiş ağac sütunlar və bişmiş kərpicdən dekorativ oymalı kvadrat sütun üzə çıxarılmışdır. Beşinci komplekslə bağlı təbəqədən XI-XII əsrlərə aid çoxlu şirli və şirsiz keramika, memarlıq detalları, şüşə və metal məmulat, o cümlədən şüşə bilərziklər, gözəl naxışlanmış xırda sümük məmulatlar, bəzək şeyləri və silahlar, içərisində bəzi hallarda Çin möhürlərinə oxşar möhürləri olan yüksək keyfiyyətli çini fincan və piyalələr seçilən gətirilmə mallar tapılmışdır. Tapıntılar içərisində gözəl çini nimçənin alt hissəsi də vardır.
Bu kompleksi XII-XIII əsrin birinci yarısına aid etməyə imkan verən seladondan hazırlanmış gətirilmə saxsı qab qırıqlarını qeyd etmək vacibdir. Göstərilən materiallar Çin və digər ölkələrlə ticarət əlaqələri saxlandığından xəbər verir. İçqalanın bu hissəsi Sasanilər dövründə və XI əsrin sonu – XII əsrdən daha intensiv şəkildə məskunlaşmışdır. Kompleksin çox böyük olması, onun içqalanı ən əlverişli yerində yerləşməsi, binanın divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş kərpicdən tikilməsi və çoxsaylı avadanlığı bu memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə eyniləşdirməyə əsas verir.
Təpənin yamacında, içqalanın altında daha iki şurfun özülü qoyulmuşdu. Birinci şurf göstərdi ki, yamacın yuxarı hissəsi yalnız XI əsrin sonundan məskunlaşmağa başlanmışdır. İçqaladan başqa, şəhərin şimal və cənub divarları arasında, Cümə məscidindən 60–70 m qərbə doğru daha dörd stratiqrafik şurfun təməli qoyulmuşdu. Burada 1,9 m dərinlikdə (1-ci şurf) XI-XII əsrlərə aid su kəməri, çoxlu əsasən şirli keramika məmulatı aşkar edilmişdir. Qazıntının mərkəz hissəsində, Cümə məscidinin qənşərində (2-3-cü şurflar) külli miqdarda keramika materialı tapılmışdır. Cənub divarının yaxınlığında XII-XIII əsrlərə aid bişmiş kərpicdən tikilmiş birotaqlı bina (eni 8,2 m, divarların qalınlığı 1,3 m, uzunluğu 19,5 m) üzə çıxarılmışdir Binada xeyli keramika, bütöv şirli və şirsiz kasalar, şüşə məmulatı parçaları tapılmışdır. Mədəni təbəqənin qalınlığı 3,5 metrdir. Şurfların üçü dərinliyi bəzən 20 metrə çatan qədim quyulardır. Onların bəziləri bir-biri ilə birləşdirilmişdir və ehtimal ki, su anbarları olmuşlar.
Cümə məscidi rayonu artıq ərəblərin vaxtında, yazılı mənbələrin xəbər verdiyi kimi, Dərbənd Qafqazda böyük şəhər və Xəzər dənizində iri liman olarkən tikilmişdir. Arxeoloji qazıntı materialları göstərdi ki, XI-XIII əsrin əvvəllərində Dərbənddə qızğın şəhər həyatı olmuş, sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi.
İstinadlar
- A.A.Kyдpявцeв. Гopoд, нe noдвлacтный вeкaм. Maxaчкaлa. 1976, c.48-55
- Eгишe. O Bapдaнe и вoйнe apмянcкoй. Пepeв. C дpeвнeapмянcкoгo И.A.Opбeли. Epeвaн. 1971, c.117—118
- Гeвoнд. Иcтopия xaıифoв Bapдaпeтa Гeвoндa пиcaтeля VIII в. Пepeв. C apмянcк. K.Пaткaньянa. CПб. 1862, c.27-28
- A.A.Kyдpявцeв. Гopoд, нe noдвлacтный вeкaм, c. 48-55; C.Xaн-Maгoмeдoв. Дepбaнд. M., 1979, c.69-77.
- E.A.Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.44
- Kyдpявцeв. Гopoд, нe пoдвлacтный вeкaм, c.96-117
- Иcтopия eпиcкoпa Ceбeoca. Пepeв. c apмянcк. Cт. Maлxacянц. Epeвaн, 1939, c.ЗO
- əl-Məsudi. Mürüc... s. 189-190
- E.A.Пaxoмoв. Пexлeвийcкиe нaдпиcи Дepбeндa 2023-02-23 at the Wayback Machine. "Изв. Oб-вa oбcлeдoвaния и изyч. Aзepб." 1929, № 8, вын.V, c.3-22
- Г.C.Hюбepг. Maтepиaлы пo иcтoлкoвaнию пexлeвийcкиx нaдпиceй Дepбeндa. "Изв. Oб-вa oбcлeдoвaния и изyч. Aзepб." 1929, N"8, вып.V, c.26-32
- E.A.Пaxoмoв. Пexлeвийcкиe нaдnиcи Дepбeндa, c. 11-18; Г.C.Hюбepг, c.26-32.
- Əl-Məsudi. Mürüc... s.189-190.
- Е. A . П a x o м o в. Kpyпнeйшиe пaмятники, c.46.
- Гeвoнд, c.27.
- The history of the Caucasian Albanians by Movses Dasxuranci, transl. byC.J.F.Dowsett. Londonoriental series, vol. 8. London, 1961 (Scool of Oriental and African studies. University of London), гл.5, c.4-5.
- Əl-İdrisi, s.320-322, 329-330, v.l99a, 199b, 201a, 201b
- Nailə Vəlixanlı, s.150
- Aджaиб aд-дyнйa, c.200.
- Kyдpявцeв. Гopoд, нe пoдвлacтный вeкaм, c.125
- A.A.Kyдpявцeв. Pacкoпки и цитaдeли дpeвнoгo Дepбeнтa. AO 1973 г. M., 1974, c.114-115
- A.A.Kyдpявцeв, Paбoтa дepбeнтcкoй eкcпeдиции. AO 1976 г., M., 1977, c.106
- A.A.Kyдpявцeв, Иccлeдoвaния в дpeвнeм Дepбeнтe. AO 1975 г., M., 1976, c.133-134.
- A.A.Kyдpявцeв. Pacкoпки в дpeвнeм Дepбeнтe. AO 1971 г., M., 1972, c.133.
- A.A.Kyдpявцeв. Pacкoпки в дpeвнeм Дepбeнтe. AO 1971 г., M., 1972, c.168.
- S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007, səh 211
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Derbend istehkamlari Derbend seherini mudafie eden qedim qala divarlari Derbend istehkamlari42 02 38 sm e 48 15 31 s u Olke RusiyaSeher DerbendYerlesir DerbendAidiyyati Qafqaz Albaniyasi Sasaniler imperiyasiSifarisci II Yezdegird 438 455 ciy kerpicden I Xosrov Enusirevan 531 579 dasdanTikilme tarixi 547 ve ya 567 ci ilde tamamlanibUslubu Qafqaz Albaniyasinin memarligi Sasani memarligiUNESCO Umumdunya IrsiResmi adi Citadel Ancient City and Fortress Buildings of DerbentTipiMedeniKriteriyaiii ivTeyin edilib2003Istinad nom 1070DovletRusiyaRegionAvropaIstinad nom 0510052000Muhafize derecesiFederalDerbend qalasi Vikianbarda elaqeli mediafayllar Boyuk Qafqazin Calgan dag silsilesi Xezere uc kilometrden bir az cox qalmis qurtarir ve sahilboyu duzenlikden ibaret dar kecid yaranir Derbend seddi baslangicinda bu kecidi qapayirdi Hele e e VI esrde antik muellifler Mada Midiya serhedlerini tesvir ederken Kaspi qapisi adli kecidi xatirlamisdilar Sonralar ayri ayri qaynaqlarda Xezer qapisi Alban qapisi Hun kecidi Qafqaz qapisi Derbend qapisi kimi muxtelif adlar dasimis hemin kecidin qedim dovr ve orta esrlerde boyuk herbi strateji ehemiyyeti olmus onu elde saxlamaq bu regionun dovletlerinin hemise diqqet merkezinde dayanmisdi Hunlarin en qudretli caginda Avropanin yarisini feth etdikleri V esrde onlara qarsi yaradilan Derbend seddi Derbend qalasi ve Dagbandan ibaretdir Narinqalanin cenub serq bucagindan baslayan Dagbari meselik ve yarganli kecilmez daglarla qerbe Qafqaz daglarinin zirve duz ve kecidlerine dogru uzanirdi Bu neheng istehkamin qaliqlarinin uzunlugu indi 40 km den coxdur Qala kend qala qalaca uzun divarlar qulle burc ve xendeklerden ibaret olan Dagbari butun etraf erazini nezaret altinda saxlayirdi Onun qurulusu az quvve ile boyuk qosun hisselerinin hucumlarinin qarsisini kesmeye imkan verirdi Derbend qalasi ilkin orta esrlerin Azerbaycan istehkam tikintisinin sah eseridir Insaat texnikasinin yuksek seviyyesine rengareng relyefe uygun planlasma mekan qurulusuna memarliq kutleleri bicimlerinin emosional tesir gucune gore Derbend seheri tikinti ve sehersalma senetimizin gorkemli uguru idi Demirqapi Derbend el icinde bu adla taninmagin bir sebebi onun herbi strateji baximdan cox mesuliyyetli bir yerde kecidi qapayan iki paralel divar arasinda yaranmis mohkem qapi seher olmasi idi El yaddasinda elece de seyyahlarin yol yazilarinda Derbend Dede Qorqudun basdirildigi muqeddes yer kimi de anilir TarixiDerbend tepesinin simal serq hissesinde tikilmis bu istehkamin qaliqlari arxeoloji qazinti isleri neticesinde e e VIII VI esrlere aid tebeqelerde askara cixardilmisdir V esrde Sasani hokmdari II Yezdegird 438 455 ci iller zamaninda bu istehkamlar esasinda Derbend qalasindan denize qeder butun kecidin qabagini keserek tepenin zirvesinedek uzanan qala divarlari ucaldilmisdi Qala divarlari tepe uzerinde salinmis mohkem icqalaya bitisirdi Sonralar ciy kerpicden olan divarlara lap yaxin sanki ona uzluk kimi simal das divari tikilmisdi Derbendin das divari I Xosrov Enusirevan 531 579 cu iller dovrunde tikilmeye baslanmis ve 567 ci ilde basqa bir ferziyyeye gore ise 547 ci ilde basa catdirilmisdir Derbend qalasi bir muddet Quba xanligindan asili olmusdur Hemin dovr qubali Feteli xanin dovrune dusur Feteli xan qalanin mudafiesini arvadi Tuti Bikeye tapsirir Feteli xan doyusde olanda Tuti Bikenin qardasi Emir Hemze qalani almaq isteyir Ve yalandan ona erinin olduyunu deyir Hetta tabuta bir esgerin meyidini qoyub matem duzeldir Amma Tuti Bike ona inanmir Ve deyir Sen hec emelli yalan da danisa bilmirsen Feteli xan hec o duzeltdiyin balaca tabuta yerlesmez Sonra o herbi paltarini geyib qaladakilari doyuse sesleyir Azerbaycan insaat senetinin misilsiz qiymete malik abidelerinden olan Derbend divarlarinin uzluklerinde 20 dek Pehlevi kitabesi vardir Sasaniler denizden baslayaraq ezemetli das tikililer seherin simal ve cenub divarlari icqala ve Derbend qala divarinin davami olub daglar boyu qerb istiqametinde 40 km dek uzanan dag seddi insa etmisdiler Bu sedd denizden baslayaraq Qafqaz sira daglarinin dusmen ucun kecilmez cixintilarinadek qirilmaz mudafie xetti kimi dusunulmusdu Ereb menbelerinin verdiyi melumata gore divarlar denizin icerilerinedek gedib cixirdi Derbend divan tikildikden sonra seherden simala dogru qaliqlari Oqni stansiyasindan 6 7 km arali indiyedek duran bir divar da ucaldilmisdi Bu divarlar dogrudan da cox boyuk olurduEhemiyyetiSasaniler serqi On Qafqaz collerinde yasayan koceri simal tayfa ve xalqlarinin maskutlarin alanlarin hun sabir xezer ve basqa turk tayfalarinin Cenubi Qafqaz ve Irana kecmelerinin qabagini kesen bele istehkamlarin tikilmesinde maraqli idiler Bizans da Derbend kecidinin ve Sasanilerin simal serhedlerinin onun ucun tehluke toreden koceri tayfalara qarsi mohkemlendirilmesine calisirdi VIII esr tarix eserinde xeber verilir ki V esrde imperator Markian 450 457 ci iller Derbend divarlarini tikmek ucun maddi yardim gostermis bu ise oz xezinesinden coxlu talant serf etmisdi VI esrde Sasaniler dovletinin simal serheddindeki en muhum strateji ehemiyyetli menteqeleri Derbend ve Der i alan Alan qapisi kecidleri idi Belelikle Sasanilerin Derbend bolgesinde mohkemlendikleri bir esr erzinde V esrin ortalarindan VI esrin ortalarinadek fars padsahlari Sirvan erazisinde Iran torpaqlarina ardi arasi kesilmeyen hucumlar eden koceri tayfalardan mudafie meqsedile neheng istehkamlar tikdirmisdirler Ereb tarixcisi el Mesudi 943 cu il bu istehkamlarin ehemiyyeti haqqinda asagidakilari yazirdi Eger Allah her seyi gormeyi boyukluyu ve merhemeti ile Iran sahlarina muluk ul furs el Bab seheri onun quru deniz ve daglarda olan divarlari ve diger qalalarin tikilmesine hemcinin muxtelif xalqlardan olan adamlarin yerlesdirilmesine muxtelif dereceli hokmdarlar teyin etmesine komek gostermeseydi onda xezerler alanlar serirler turkler ve adlari cekilen diger xalqlar subhesiz Berde er Ran Beyleqan Azerbaycan Zencan Ebher Qezvin Hemedan Dinaver Nehavend vilayetlerine ve diger yerlere gelib cixardilar E1 Mesudi Muruc s 212 213InsasiNeheng serhed istehkamlarinin tikilmesi esasen Albaniyanin en varli vilayeti olan Sirvanin hesabina temin olunan boyuk maliyye vesaiti ve insan quvvesi teleb edirdi VII esr alban muellifi Moisey Kalankatli Boyuk Coga Derbend seherinin ezemetli divarlarindan fars hokmdarlarinin Qafqaz daglari ile Serq denizi arasindaki kecidi tutmaq meqsedile mohkem istehkamlar tikmek ucun memarlar toplanmasina ve coxlu materiallar axtarilib tapilmasina boyuk vesait serf ederek olkeni elden salmasindan danisir TedqiqiEl Idrisi el Istexriden ve Ibn Havqelden iqtibasla Bab el Ebvab liman seherini bele tesvir edir Bab el Ebvab Xezer denizi sahilinde cox boyuk seherdir Seherin ortasinda gemiler ucun liman vardir Bu limanin gireceyinde onu her iki terefden qapayan bende kimi iki bina tikilmisdir Gireceye zencir cekilmisdir ve limanin sahibinin icazesi olmadan buraya hec kes ne gire ne de cixa biler Derbendin divarlari cox mohkem dasdan ciy kerpic ve gilden tikilmisdir Orada boyuk miqdarda istehsal edilen ketan parcadan Arran Ermeniyye ve Azerbaycan ehalisinin ust geyimlerinin altindan geydikleri paltarlar tikilir XIII esrin evveline aid Ecaib ed Dunya eserinde Derbend mallari arasinda rus tacirlerinin simaldan getirdikleri qiymetli qunduz samur sincab xezlerinin qul ve gozel cariyelerin adlarini cekir 1971 ci ilden etibaren Derbend erazisinde aparilan arxeoloji qazintilar bu qedim seherin iqtisadi heyatina dair narrativ menbelerin melumatlarini tamamlayir Qazintilar neticesinde iki hisseden icqala kuhendiz ve seherin ozunden seheristan ibaret olan orta esrler Derbendinin strukturu mueyyen edilmisdir Derbendin mudafie istehkamlari kompleksinde Narinqala icqalasi xususi yer tuturdu Icqalanin medeni tebeqelerinin umumi qalinligi 10 metre catir Seherin icqalasinin simal qerb hissesinde orta esr xan sarayi kompleksine aid umumi sahesi 85 m olan 4 bina askar edilmisdir Coxlu ocaq ve tendirler das ozuller uzerinde yaxsi qalmis buruqvan oyma naxislarla bezedilmis agac sutunlar ve bismis kerpicden dekorativ oymali kvadrat sutun uze cixarilmisdir Besinci kompleksle bagli tebeqeden XI XII esrlere aid coxlu sirli ve sirsiz keramika memarliq detallari suse ve metal memulat o cumleden suse bilerzikler gozel naxislanmis xirda sumuk memulatlar bezek seyleri ve silahlar icerisinde bezi hallarda Cin mohurlerine oxsar mohurleri olan yuksek keyfiyyetli cini fincan ve piyaleler secilen getirilme mallar tapilmisdir Tapintilar icerisinde gozel cini nimcenin alt hissesi de vardir Derbend xanligi dovrunde insa edilmis Xan sarayinin giris qapisi Bu kompleksi XII XIII esrin birinci yarisina aid etmeye imkan veren seladondan hazirlanmis getirilme saxsi qab qiriqlarini qeyd etmek vacibdir Gosterilen materiallar Cin ve diger olkelerle ticaret elaqeleri saxlandigindan xeber verir Icqalanin bu hissesi Sasaniler dovrunde ve XI esrin sonu XII esrden daha intensiv sekilde meskunlasmisdir Kompleksin cox boyuk olmasi onun icqalani en elverisli yerinde yerlesmesi binanin divarlarinin orta esrler Derbend memarligi ucun son derecede nadir hal olan bismis kerpicden tikilmesi ve coxsayli avadanligi bu memarliq abidesinin qaliqlarini XII XIII esrler Derbend xaninin sarayi ile eynilesdirmeye esas verir Tepenin yamacinda icqalanin altinda daha iki surfun ozulu qoyulmusdu Birinci surf gosterdi ki yamacin yuxari hissesi yalniz XI esrin sonundan meskunlasmaga baslanmisdir Icqaladan basqa seherin simal ve cenub divarlari arasinda Cume mescidinden 60 70 m qerbe dogru daha dord stratiqrafik surfun temeli qoyulmusdu Burada 1 9 m derinlikde 1 ci surf XI XII esrlere aid su kemeri coxlu esasen sirli keramika memulati askar edilmisdir Qazintinin merkez hissesinde Cume mescidinin qenserinde 2 3 cu surflar kulli miqdarda keramika materiali tapilmisdir Cenub divarinin yaxinliginda XII XIII esrlere aid bismis kerpicden tikilmis birotaqli bina eni 8 2 m divarlarin qalinligi 1 3 m uzunlugu 19 5 m uze cixarilmisdir Binada xeyli keramika butov sirli ve sirsiz kasalar suse memulati parcalari tapilmisdir Medeni tebeqenin qalinligi 3 5 metrdir Surflarin ucu derinliyi bezen 20 metre catan qedim quyulardir Onlarin bezileri bir biri ile birlesdirilmisdir ve ehtimal ki su anbarlari olmuslar Cume mescidi rayonu artiq ereblerin vaxtinda yazili menbelerin xeber verdiyi kimi Derbend Qafqazda boyuk seher ve Xezer denizinde iri liman olarken tikilmisdir Arxeoloji qazinti materiallari gosterdi ki XI XIII esrin evvellerinde Derbendde qizgin seher heyati olmus senetkarliq ve ticaret bir sira olkelerle emtee pul munasibetleri inkisaf etmisdi IstinadlarA A Kydpyavcev Gopod ne nodvlactnyj vekam Maxachkala 1976 c 48 55 Egishe O Bapdane i vojne apmyanckoj Pepev C dpevneapmyanckogo I A Opbeli Epevan 1971 c 117 118 Gevond Ictopiya xaiifov Bapdapeta Gevonda picatelya VIII v Pepev C apmyanck K Patkanyana CPb 1862 c 27 28 A A Kydpyavcev Gopod ne nodvlactnyj vekam c 48 55 C Xan Magomedov Depband M 1979 c 69 77 E A Paxomov Kpypnejshie pamyatniki c 44 Kydpyavcev Gopod ne podvlactnyj vekam c 96 117 Ictopiya epickopa Cebeoca Pepev c apmyanck Ct Malxacyanc Epevan 1939 c ZO el Mesudi Muruc s 189 190 E A Paxomov Pexlevijckie nadpici Depbenda 2023 02 23 at the Wayback Machine Izv Ob va obcledovaniya i izych Azepb 1929 8 vyn V c 3 22 G C Hyubepg Matepialy po ictolkovaniyu pexlevijckix nadpicej Depbenda Izv Ob va obcledovaniya i izych Azepb 1929 N 8 vyp V c 26 32 E A Paxomov Pexlevijckie nadnici Depbenda c 11 18 G C Hyubepg c 26 32 El Mesudi Muruc s 189 190 E A P a x o m o v Kpypnejshie pamyatniki c 46 Gevond c 27 The history of the Caucasian Albanians by Movses Dasxuranci transl byC J F Dowsett Londonoriental series vol 8 London 1961 Scool of Oriental and African studies University of London gl 5 c 4 5 El Idrisi s 320 322 329 330 v l99a 199b 201a 201b Naile Velixanli s 150 Adzhaib ad dynja c 200 Kydpyavcev Gopod ne podvlactnyj vekam c 125 A A Kydpyavcev Packopki i citadeli dpevnogo Depbenta AO 1973 g M 1974 c 114 115 A A Kydpyavcev Pabota depbentckoj ekcpedicii AO 1976 g M 1977 c 106 A A Kydpyavcev Iccledovaniya v dpevnem Depbente AO 1975 g M 1976 c 133 134 A A Kydpyavcev Packopki v dpevnem Depbente AO 1971 g M 1972 c 133 A A Kydpyavcev Packopki v dpevnem Depbente AO 1971 g M 1972 c 168 S Asurbeyli Sirvansahlar dovleti Baki 2007 seh 211Hemcinin baxDerbend