Musa Mirməmməd oğlu Abdullayev (27 noyabr 1927, Masallı rayonu – 1979, Bakı) — Azərbaycanın hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi. 1942–1944-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda yaradılan İldırım təşkilatının, – millətçi tələbə – gənclərin antisovet siyasi təşkilatının 8 üzvündən biri.
Musa Abdullayev | |
---|---|
Musa Mirməmməd oğlu Abdullayev | |
| |
Doğum tarixi | 27 noyabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 1979 |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | hematologiya, kardiologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Elmi rəhbəri | Fuad Əfəndiyev |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Musa Mirməmməd oğlu Abdullayev 27 noyabr 1927-ci ildə Masallı rayonunun Qızılağac, kəndində ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən həmin dövrün görkəmli həkimi, Gədəbəyin Slavyanka kəndində yaşayan milliyətcə alman həkim Zinindən ingilis dili dərslərini alması onun gələcək həyat yolunda həkimlik və mütərcimlik istedadının parlamasında mühüm təkan olmuşdur. O, məktəb yaşlarında olarkən, atası Mirməmməd Abdullayev dövlət qulluğu ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Musa Abdullayev orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakültəsini, eləcə də, Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.
İldırım təşkilatı,Sovet Azərbaycanını SSRİ-nin tərkibindən çıxarıb, müstəqil milli Respublika təşkil etmək məqsədilə yaradılmışdır. Bu barədə Akademik Ziya Bünyadovun "Qırmızı terror", kitabına istinad etmək olar. Musa Abdullayev 1942–1943-cü illərdə yaradılmış və onun siyasi baxışları ilə üst-üstə düşən İldırım təşkilatı na — antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olmuşdur. Keçmiş SSRİ–də təhsil alan tələbə-gənclərdən biri kimi Azərbaycanın müstəqilliyi, ana dilimizin dövlət dili səviyyəsinə qaldırılması tələbi ilə, 1930-cu illərdən başlayaraq repressiyaya məruz qalmış Azərbaycan ziyalılarının müdafiəsinə qalxmışdır. 1948-ci il 11 noyabrda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 402 nömrəli orderinə əsasən həbs olunmuş, 1949-cu il 21 – 22 mart tarixlərində Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə kollegiyasının qərarı ilə 10 illik Sibir sürgününə göndərilmişdir. 1955-ci il 22 iyulda SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının qərarı ilə cinayət işinə xitam verilmiş, 1956-cı ildə bəraət almışdır.
1958-ci ildə B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində (keçmiş Respublika Hematologiya və Qanköçürmə İnstitutu) çalışarkən qanın laxtalanma sistemini tədqiq etmişdir.
1963–1966-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda elmi katib işləmiş, on il ərzində tibb elmləri namizədi və doktorluq dissertasiyaları müdafiə etmiş, professor titulunu qazanmışdır. (1967–1968-ci illər)
1967-ci ildə "Вопросы свёртывания крови в норме и патологии" ("Norma və patologiya zamanı qanın laxtalanmasının bir sıra məsələləri") adlı monoqrafiyası işıq üzü görmüşdür.
Musa Abdullayev bu monoqrafiyası ilə qanın laxtalanması haqqında elmi nəzəriyyənin əsasını qoymuşdur. Onun bu monoqrafiyası keçmiş SSRİ hematoloq alimlərinin diqqətini cəlb etmişdir. Hətta bu monoqrafiya ilə əlaqədar, SSRİ-də nəşr olunan "Medisinskaya qazeta"nın 1967-ci il 25 aprel tarixli sayında geniş yer ayrılmışdır. Xaricdəki hematoloq alimlərin diqqətini çəkən novator alim Musa Abdullayev 1969-cu ildə hematoloqların 12-ci beynəlxalq konfransına-Almaniya Federativ Respublikasına dəvət alsa da, keçmiş SSRİ hökuməti tərəfindən həmin beynəlxalq konfransa buraxılmamışdır. İldırım təşkilatındakı siyasi fəaliyyətinə görə, 1956-cı ildə bəraət almasına baxmayaraq, Musa Abdullayev xarici dövlətlərin keçirdiyi beynəlxalq elmi konfranslara dəvət olunsa da, çox təəssüf ki, Sovet rejimi onun qarşısına sədd çəkirdi. Baxmayaraq ki, İldırım təşkilatının üzvləri (8 nəfər), o cümlədən Musa Abdullayev bəraət almışdılar, yenə də onların siyasi baxışlarından, təfəkkürlərindən Sovet hökuməti qorxurdu, məsələn, 1967-ci ildə Avstriyadan gələn dəvətə də qadağa qoyulmuşdu. Hətta, o vaxtlar gənc alim bunun səbəbini gizlətməyərək cəsarətlə demişdi:
— "Məni xarici ölkələrdə yaxşı tanıyırlar, lakin nə yazıqlar ki, siyasi dairələr məni ora buraxmaq istəmirlər".
Tədqiqatçı-alim 1964-cü ildə "Ekmolinin hemostatik xüsusiyyətlərinin öyrənilməsi" adlı məqaləsi ilə həmin vaxtadək tibb elmində tromboembolik ağırlaşmanın qarşısını almaq üçün yeni bir preparatdan istifadə olunmasını elmi təcrübələrlə geniş tibb ictimaiyyətinə təqdim etmişdir. Həmin vaxtadək tibb aləmində tromboembolik ağırlaşmanın qarşısını almaq üçün heparindən istifadə edilirdi. Bir sıra hallarda heparini bədəndən çıxarmaq üçün prokain-sulfatdan istifadə edilirdi. Məhz, professor Musa Abdullayev ilk dəfə olaraq, prokain-sulfat əvəzinə ekmolin preparatını işlətmişdir. Onu da qeyd etmək lazımdır ki, o vaxta qədər ekmolin professorlar Yermolov və Valentinskaya tərəfindən virus qriplərinin müalicəsində istifadə edilirdi. Musa Abdullayev isə, ekmolini heparinin təsirini azaltmaq üçün onun yeni bir xüsusisyyətini öyrənib kəşf etmişdir. Alim bu kəşfinə görə 10 it üzərində 32 təcrübə aparmışdır. Məlum olub ki, ekmolin prokain-sulfat kimi təsir etmək imkanlarına malikdir.
Maraqlıdır ki, 1969-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, dünya şöhrətli alim və siyasi xadim Mustafa Topçubaşovun Kommunist qəzetində görkəmli elm xadimi Fuad Əfəndiyevin 60 illik yubileyinə həsr olunan "Görkəmli cərrah" adlı məqaləsində onun yetirmələrinin adlarını qeyd edərkən, onların arasında professor Musa Abdullayevin də adını xüsusi olaraq qeyd etmişdir.
Musa Abdullayev 1958-ci ildən B. Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində (keçmiş Respublika Hematologiya və Qanköçürmə İnstitutu) işləmiş , 1970–1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ikinci daxili xəstəliklər propedevtikası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli hematoloq Musa Abdullayev Tibb İnstitutunun ikinci daxili xəstəliklər propedevtikası kafedrasına rəhbərlik edərkən, 1970–1979-cu illərdə ürəyin defibrilyasiyası metodikasını həyata keçirərərək, Azərbaycan tibb elmi tarixində yenilik etmiş, əsl alim, elm xiridarı kimi öz sözünü demişdir.
Stalin rejiminin insan talelərinə vurduğu sağalmaz zərbələr, dəhşətli sürgün illəri zaman-zaman "İldırım"çıların hər bir üzvünün, o cümlədən Musa Abdullayevin də sağlamlığını təhlükə altına qoymuşdu. O, dövrünün, zamanının tibb elmi sahəsində elə bir fədakar alimi idi ki, onun fitri təfəkkürü ilə qələmə aldığı tədqiqat işləri aktuallığı ilə bu gün də gündəmdədir. Musa Abdullayev yazdığı məqalələrlə yüzlərlə elmi nəzəriyyənin, dərsliyin bünövrəsini qoyub. Soyuq, amansız ölümün elm fədaisinə fürsət verməməsi neçə-neçə elmi ixtiranı, fundamental əsərləri Musa Abdullayev imzasından məhrum etdi.
Müstəqil Azərbaycan naminə əqidəsi, məsləki uğrunda repressiya olunan, milləti, vətəni naminə sürgün ömrünün acılarına qatlaşan, fəqət sınmayan, sarsılmayan mübariz vətəndaş ömrü yaşayan Musa Abdullayevin vaxtsız ölümü yalnız bir ailənin itkisi deyil, həyat amalında olduğu kimi, elmdə də Fədai mövqeyi ilə seçilən alimin həyatdan vaxtsız getməsi Azərbaycanın, Azərbaycan tibb elminin, Azərbaycan mütərcimlik tarixinin böyük, əvəzsiz itkisidir.
Professor Musa Abdullayev 8 avqust 1979-cu ildə 51 yaşında Bakı şəhərində vəfat edib.
Musa Abdullayevin 4 övladı və nəvələri vardır.
İngilis, rus, fars və ərəb dillərini bilirdi.
Elmi yaradıcılığı
Musa Abdullayev keçmiş SSRİ-də qankəsici preparatın-trombinin texnologiyasının və tətbiqinin elmi əsaslarını öyrənən ilk azərbaycanlı mütəxəssis alimdir. Hematoloq alim hemofiliyalı xəstələrdə fibrinoliz prosesinin yüksək olmasını ilk dəfə kəşf etmişdir. Bu onun adı ilə bağlı elmi ixtiradır. Musa Abdullayev riyazi üsulla xəstəliyin diaqnostikası sahəsində də Azərbaycan Tibb elmi tarixinə ilk imza atanlardan biridir. Professor Musa Abdullayev 1979-cu ildə Azərbaycanda ilk dəfə olaraq, iki cildlik "İngiliscə-Azərbaycanca" tibb lüğətini, yazmışdır. 1974–1975-ci illərdə ürəyin defibrilyasiyası metodikasını həyata keçirirək, Azərbaycan tibb elmi tarixində novatorluq etmişdir. Azərbaycan Sovet Ensiklopediyasının 7-ci cildində ilk dəfə olaraq Musa Abdullayev haqqında məlumat verilmişdir. Musa Abdullayev "Problemı Qematoloqii i perelivaniya krovi" jurnalında hematoloq alim kimi mühüm əhəmiyyəti olan elmi tədqiqatlarını geniş tibb ictimaiyyətinə təqdim etməklə yanaşı, kardiologiya və allerqologiya problemləri ilə də bağlı fundamental əsərlər yazmışdır. SSRİ–də ilk dəfə olaraq, 1979-cu ildə "İngiliscə-azərbaycanca tibb lüğəti" tərtib etmişdir. Onun yazdığı "Hərbi səhra terapiyası haqqında qeydlər", və "Daxili xəstəliklərin propedevtikası tədrisinin metodikası" kitabları, eləcə də, "Laborator analizlərin klinik şərhi", Bronxial astma allergik xəstəlikdir", "Qan sisteminin bəzi xəstəlikləri" elmi əsərləri indi də tibb universitetinin tələbələri üçün qiymətli dərs vəsaitidir. Görkəmli alim hemofiliyanın epidemiologiyası, trombositlərin elektron mikroskopiyası, qan laxtalanması prosesində kalsiumun rolu, donorluq məsələləri və s. mövzular üzərində elmi tədqiqat işləri aparmışdır. 1962-ci ildə xərçəng əleyhinə beynəlxalq konqresin işində qan laxtalanması problemlərinə aid elmi məruzəsi geniş tibb ictimaiyyətinin diqqətini cəlb etmişdir.
1958-ci ilin 18 sentyabr tarixində İtaliyanın paytaxtı Romada keçirilmiş Beynəlxalq Hematoloqlar Cəmiyyətinin VII konqresinin materialları Musa Abdullayev tərəfindən ingilis dilindən rus dilinə tərcümə olunmuşdur. Tərcümənin redaktoru Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Fuad Əfəndiyev olmuşdur. Zaqafqaziya Hematoloqlar və Qanköçürmə İnstitutlararası keçirilən I konfransın materiallarına M. Abdullayevin 3 məqaləsi daxil edilmişdir. Birinci məqalə "Müxtəlif splenomeqaliyalı xəstələrin qanında laxtalanma sistemi və onun fibrogen aktivliyinin halı" adlanır ki, o bu işi professorlar Fuad Əfəndiyev və A. Axundova ilə birlikdə işləyib hazırlayıb. Musa müəllimin bu məqaləsi o dövr üçün son dərəcə aktual mövzunun araşdırılmasına həsr olunmuşdur. "Cərrahi əməliyyatlar zamanı qanın laxtalanma sisteminin dəyişməsi" adlı elmi-tədqiqat işi tibb elmi üçün mühüm yeniliklər baxımından bu gün də aktuallığını itirməmişdir. SSRİ-də nəşr olunan "Problemı Qematoloqii i perelevaniya krovi" jurnalında Musa Abdullayevin elmi məqalələləri mütəmadi olaraq çap olunmuşdur. Onun məqalələrindən biri də "Donorlarda qan alma zamanı qanın laxtalanma sistemində baş verən dəyişikliklər" adlı elmi tədqiqat işi keçmiş Sovet İttifaqı səviyyəsində diqqəti cəlb etmişdir. Musa Abdullayevin professor O. M. Hüseynovla birgə işlədiyi "Modifitsirovannıy suxoy-sterilnıy trombin Azerbaydjanskoqo İnstituta Perelivaniya krovi i yeqo primeneniye v lor klinike" məqaləsi də öz üslubu, yenilik baxımından fundamental tədqiqat işidir. Elə bu səbəbdən də, Musa Abdullayevin qeyd etdiyimiz elmi ixtirasının nəticələrindən bu gün də tibb aləmində burun, qulaq, boğaz xəstəlikləri zamanı istifadə olunur.
1962-ci ildə "Cərrahi müdaxilədən əvvəl və sonra xəstələrdə qan sisteminin fibrinolitik aktivliyi və laxtalanma faktorlarının göstəricilərinin dəyişməsi", adlı namizədlik dissertasiya işini Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Fuad Əfəndiyevin rəhbərliyi altında müdafiə etmişdir. 1967-ci ildə isə Musa Abdullayev "Normada və bəzi patoloji hallarda qanın laxtalanması" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor Musa Abdullayevin rəhbərliyi ilə 4 doktorluq, 8 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Musa Abdullayev, 1972-ci ildə tibb institunun tələbələri üçün "Laborator analizlərin klinik şərhi" adlanan kitabını yazmışdır. Bu gün də həmin kitabdan Tibb Universitetinin tələbələrinin tədqiqat aparması üçün əsas elmi baza kimi istifadə olunur. 1972-ci ildə Musa Abdullayev İ. T. Abbasovla birlikdə "Hərbi səhra terapiyası" adlı elmi kitabını tibbi ictimaiyyətə təqdim etmişdir. Zaman elə gətirib ki, onun 1972-ci ildə yazdığı elmi vəsait bu gün də Azərbaycan Tibb universitetində istifadə olunur. Musa Abdullayev uzun illər "Azərbaycan tibb jurnalı"nda elmi məqalələri ilə, xüsusilə qan mütəxəssisi kimi araşadırmalarını çap etdirməklə Azərbaycan tibb elmi tarixinə xidmət etmişdir. "Klinik cərrahlıq" dərs vəsaitinin "Qan Xəstəlikləri" bölməsini də məhz, professor Musa Abdullayev yazmışdır. Onlarla tibb mütəxəssisinin elm aləmində formalaşmasında, özünəməxsus yer tutmasında tibb elmləri doktoru, professor Musa Abdullayevin bir alim, elm xiridarı kimi xidmətləri bu gün də Azərbaycan tibb elminin tarixində mühüm əhəmiyyətə malikdir. Professor Musa Abdullayev qısa, lakin mənalı ömrü ilə bugünkü və gələcək nəsillərə mükəmməl, zəngin elmi irs qoyub getmişdir
Dərsliklər, kitablar
- Daxili xəstəliklərin propedevtikası: qan dövranı sistemi, Tibb institutu tələbələri üçün dərslik, 266 səh. şəkilli.
- , "Вопросы свёртывания крови в норме и патологии" Азербайджанское государственное издательство , Баку, 1967, 200 с.
- , "Laborator analizlərin klinik şərhi". ADTİ- nin mətbəəsi, Bakı, 1972, 93 s.
- [1]
- [2]
- [3], AMEA, Milli Azərbaycan Tarixi Muzeyinin toplusu.
- , "Военно- полевая терапия" Типография Азгосмединститута, Баку, 1972, 155 с.
- , "Klinik cərrahlıq " Maarif nəşriyyatı , Bakı , 1974, 410 c.
- ", Klinik cərrahlıq, fəsil 5 , Bakı, 1975.
- "Theoretical and practical problems of medicine" Azerneshr publisher, 1976
- , "Hərbi – səhra terapiyasından qeydlər". ADTİ nəşriyyatı , Bakı, 1976, 130 s.
- , "Bronxial astma allergik xəstəlikdir". Gənclik nəşriyyatı , Bakı , 1976, 16 s.
- , "İngiliscə-azərbaycanca tibb lüğəti". Maarif nəşriyyatı, Bakı , 1979, I cild, 200 s.
- , "İngiliscə-azərbaycanca tibb lüğəti". Bakı , 1983, II cild. 180 s.
Qalereya
Filmoqrafiya
- Müstəqil Azərbaycan naminə (sənədli film −2020)
- "Zaman və Tale" Musa Abdullayev Sənədli film 2020
İstinadlar
- İradə Nuriyeva, Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin əvvəllərinədək, 18-ci fəsil, "İldırım" təşkilatı haqqında), Bakı, "Mütərcim" 2015, səh 278,.
- Vəli Vəliyev "İldırım ömrü". (publisistika) Bakı Gənclik 2002, səh 198.
- Qızılağac və Qızılağaclılar. https://ia601403.us.archive.org/35/items/qizilaqac-ve-qizilaqaclilar/Qizilaqac%20ve%20qizilaqaclilar.pdf
- Qızılağac, dünən və bu gün, https://ia601501.us.archive.org/24/items/qizilaqac-dunen-ve-bugun/Qizilaqac%20dunen%20ve%20bugun.pdf
- "Qırmızı terror"a boyun əyməyən azadlıq aşiqi. "Xalq" qəzeti 10 iyun 2020, http://xalqqazeti.com/az/news/44987 2020-04-13 at the Wayback Machine
- Novruzda oxunan sürgün hökmü: https://www.smartnews.az/v/novruzda-oxunan-sürgün-hökmü[ölü keçid]
- Tarix institutu, Musa Abdullayev haqqında.https://ia801404.us.archive.org/2/items/musa-abdullayev-haqqinda-az-tarix-institutu/Musa%20Abdullayev%20haqqinda%20Az%20Tarix%20Institutu.pdf
- Ziya Bünyadov — "Qırmızı terror" Bakı, "Qanun" nəşriyyatı, 2017, səh 280–297 latın qrafikası ilə.
- Ziya Bünyadov – "Qırmızı terror" Azərnəşr, 1993, səh 306–324 kiril əlifbası ilə.
- "Вопросы свёртывания крови в норме и патологии" Азербайджанское государственное издательство, Баку, 1967, 200 с.
- "Arxivlənmiş surət". 2020-02-17 tarixində . İstifadə tarixi: 2020-08-06.
- " Состояние свертывающей системы и фибринолитической активности крови у больных со спленомегалией различной этиологии. "Первая межреспубликанская конференция института гематологии закавказских республик, 1960 г. Стр. 50–51.Тезисы
- "İngiliscə-azərbaycanca tibb lüğəti". Maarif nəşriyyatı, Bakı , 1979, I cild, 200 s.
- "İngiliscə-azərbaycanca tibb lüğəti". Bakı , 1983, II cild. 180 s.
- " Инфарктоподобная клиника при остром панкреатите". I Респ. Научная конференция кардиологов. 1975, стр. 32–34
- Azərbaycan Sovet Ensiklopediyası, Bakı, 1970, səh 20.
- Проблемы гемaтологии и переливания крови, N10,1961, стр. 19–23.
- "Военно- полевая терапия" Типография Азгосмединститута , Баку, 1972, 155 с.
- "Hərbi – səhra terapiyasından qeydlər". ADTİ nəşriyyatı, Bakı, 1976, 130 s.
- Daxili xəstəliklərin propedevtikası: qan dövranı sistemi, Tibb institutu tələbələri üçün dərslik, 266 səh. şəkilli.
- "Laborator analizlərin klinik şərhi". ADTİ- nin mətbəəsi, Bakı, 1972, 93 s.
- "Bronxial astma allergik xəstəlikdir". Gənclik nəşriyyatı, Bakı , 1976, 16 s.
- "Вопросы свёртывания крови в норме и патологии" Азербайджанское государственное издательство, Баку, 1967, 200 с.
- Электронно микроскопическое изучение процессa свертывания крови в норме и при некоторых патологических состояниях. Ученые записки, том XVIII, 1966 г, стр. 80–88
- VII Конгресс Международного общества гематологии. Рим, 1958. İngilis dilindən rus dilinə materialların tərcüməsi.
- "Müxtəlif spelnomegaliyalı xəstələrin qanında qanın laxtalanma sistemi və onun fibrinolitik aktivliyinin halı". Zaqafqaziya Hemotoloji və Qanköçürmə institutlarının respublikalararası birinci konfransı . Bakı, 1960
- "Operativ müdaxilələr zamanı qanın laxtalandırıcı sistemi göstəricilərinin və fibrinolitik fəallığın dəyişilməsi". Azərbaycan tibb jurnalı, N2, 1961, s26–32
- "Изучение показателей свертывающей системы крови у доноров в зависимости от количества кроводач ". Проблемы гематологии и переливания крови, N9,1969, стр. .46–49.
- "Модифицированный сухой стерильный тромбин Азербайджанского института переливания крови и его применение в лор клинике ". Азербайджанский медицинский журнал. № 1, 1962 стр. 17–20
- "Измeнение фибринолитической активности крови у хирургических больных при различных вмешательствах ". Сборник научных трудов Азерб. НИИ гемaтолгии и переливания крови, Баку, 1962. Стр. 87–91
- Состояние свертывающей системы и фибринолитической активности крови у больных со спленомегалией различной этиологии ". Хирургия, № 2, 1962. стр 3–8.
- "Hərbi – səhra terapiyasından qeydlər". ADTİ nəşriyyatı, Bakı, 1976, 130 s.
- "Klinik cərrahlıq " Maarif nəşriyyatı , Bakı , 1974, 410 c.
Mənbə
- Musa Abdullayevin anadan olmasından 93 il ötür
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Musa Mirmemmed oglu Abdullayev 27 noyabr 1927 Masalli rayonu 1979 Baki Azerbaycanin hematoloq alimi tibb elmleri doktoru professor filoloq tercumeci 1942 1944 cu illerde Azerbaycanin musteqilliyi ugrunda yaradilan Ildirim teskilatinin milletci telebe genclerin antisovet siyasi teskilatinin 8 uzvunden biri Musa AbdullayevMusa Mirmemmed oglu AbdullayevMusa Abdullayev is otagindaDogum tarixi 27 noyabr 1927 1927 11 27 Dogum yeri Masalli rayonuVefat tarixi 1979Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri BakiElm saheleri hematologiya kardiologiyaElmi derecesi tibb elmleri doktoruElmi adi professorTehsili Azerbaycan Tibb UniversitetiElmi rehberi Fuad Efendiyev Vikianbarda elaqeli mediafayllarHeyatiMusa Mirmemmed oglu Abdullayev 27 noyabr 1927 ci ilde Masalli rayonunun Qizilagac kendinde ziyali ailesinde anadan olmusdur Hele orta mekteb illerinden hemin dovrun gorkemli hekimi Gedebeyin Slavyanka kendinde yasayan milliyetce alman hekim Zininden ingilis dili derslerini almasi onun gelecek heyat yolunda hekimlik ve mutercimlik istedadinin parlamasinda muhum tekan olmusdur O mekteb yaslarinda olarken atasi Mirmemmed Abdullayev dovlet qullugu ile elaqedar ailesi ile birge Baki seherine kocmusdur Musa Abdullayev orta mektebi bitirdikden sonra Azerbaycan Dovlet Tibb Institutunun indiki Azerbaycan Dovlet Tibb Universiteti mualice profilaktika fakultesini elece de Azerbaycan Dovlet Pedoqoji Xarici Diller Institutunun indiki Azerbaycan Diller Universiteti ingilis dili fakultesini bitirmisdir Ildirim teskilatinin uzvleri 2 ci sira soldan birinci Musa Abdullayev Ildirim teskilati Sovet Azerbaycanini SSRI nin terkibinden cixarib musteqil milli Respublika teskil etmek meqsedile yaradilmisdir Bu barede Akademik Ziya Bunyadovun Qirmizi terror kitabina istinad etmek olar Musa Abdullayev 1942 1943 cu illerde yaradilmis ve onun siyasi baxislari ile ust uste dusen Ildirim teskilati na antisovet milletci telebe gencler teskilatina uzv olmusdur Kecmis SSRI de tehsil alan telebe genclerden biri kimi Azerbaycanin musteqilliyi ana dilimizin dovlet dili seviyyesine qaldirilmasi telebi ile 1930 cu illerden baslayaraq repressiyaya meruz qalmis Azerbaycan ziyalilarinin mudafiesine qalxmisdir 1948 ci il 11 noyabrda SSRI Dovlet Tehlukesizlik Komitesinin 402 nomreli orderine esasen hebs olunmus 1949 cu il 21 22 mart tarixlerinde Azerbaycan SSR Ali Mehkemesinin Cinayet Isleri uzre Mehkeme kollegiyasinin qerari ile 10 illik Sibir surgunune gonderilmisdir 1955 ci il 22 iyulda SSRI Ali Mehkemesinin cinayet isleri uzre mehkeme kollegiyasinin qerari ile cinayet isine xitam verilmis 1956 ci ilde beraet almisdir 1958 ci ilde B E Eyvazov adina Elmi Tedqiqat Hematologiya ve Transfuziologiya Merkezinde kecmis Respublika Hematologiya ve Qankocurme Institutu calisarken qanin laxtalanma sistemini tedqiq etmisdir 1963 1966 ci illerde Azerbaycan Dovlet Tibb Institutunda elmi katib islemis on il erzinde tibb elmleri namizedi ve doktorluq dissertasiyalari mudafie etmis professor titulunu qazanmisdir 1967 1968 ci iller 1967 ci ilde Voprosy svyortyvaniya krovi v norme i patologii Norma ve patologiya zamani qanin laxtalanmasinin bir sira meseleleri adli monoqrafiyasi isiq uzu gormusdur Musa Abdullayev bu monoqrafiyasi ile qanin laxtalanmasi haqqinda elmi nezeriyyenin esasini qoymusdur Onun bu monoqrafiyasi kecmis SSRI hematoloq alimlerinin diqqetini celb etmisdir Hetta bu monoqrafiya ile elaqedar SSRI de nesr olunan Medisinskaya qazeta nin 1967 ci il 25 aprel tarixli sayinda genis yer ayrilmisdir Xaricdeki hematoloq alimlerin diqqetini ceken novator alim Musa Abdullayev 1969 cu ilde hematoloqlarin 12 ci beynelxalq konfransina Almaniya Federativ Respublikasina devet alsa da kecmis SSRI hokumeti terefinden hemin beynelxalq konfransa buraxilmamisdir Ildirim teskilatindaki siyasi fealiyyetine gore 1956 ci ilde beraet almasina baxmayaraq Musa Abdullayev xarici dovletlerin kecirdiyi beynelxalq elmi konfranslara devet olunsa da cox teessuf ki Sovet rejimi onun qarsisina sedd cekirdi Baxmayaraq ki Ildirim teskilatinin uzvleri 8 nefer o cumleden Musa Abdullayev beraet almisdilar yene de onlarin siyasi baxislarindan tefekkurlerinden Sovet hokumeti qorxurdu meselen 1967 ci ilde Avstriyadan gelen devete de qadaga qoyulmusdu Hetta o vaxtlar genc alim bunun sebebini gizletmeyerek cesaretle demisdi Almaniya Federativ Respublikasindan gelmis Devetname Meni xarici olkelerde yaxsi taniyirlar lakin ne yaziqlar ki siyasi daireler meni ora buraxmaq istemirler Tedqiqatci alim 1964 cu ilde Ekmolinin hemostatik xususiyyetlerinin oyrenilmesi adli meqalesi ile hemin vaxtadek tibb elminde tromboembolik agirlasmanin qarsisini almaq ucun yeni bir preparatdan istifade olunmasini elmi tecrubelerle genis tibb ictimaiyyetine teqdim etmisdir Hemin vaxtadek tibb aleminde tromboembolik agirlasmanin qarsisini almaq ucun heparinden istifade edilirdi Bir sira hallarda heparini bedenden cixarmaq ucun prokain sulfatdan istifade edilirdi Mehz professor Musa Abdullayev ilk defe olaraq prokain sulfat evezine ekmolin preparatini isletmisdir Onu da qeyd etmek lazimdir ki o vaxta qeder ekmolin professorlar Yermolov ve Valentinskaya terefinden virus qriplerinin mualicesinde istifade edilirdi Musa Abdullayev ise ekmolini heparinin tesirini azaltmaq ucun onun yeni bir xususisyyetini oyrenib kesf etmisdir Alim bu kesfine gore 10 it uzerinde 32 tecrube aparmisdir Melum olub ki ekmolin prokain sulfat kimi tesir etmek imkanlarina malikdir Maraqlidir ki 1969 cu ilde SSRI Tibb Elmleri Akademiyasinin heqiqi uzvu dunya sohretli alim ve siyasi xadim Mustafa Topcubasovun Kommunist qezetinde gorkemli elm xadimi Fuad Efendiyevin 60 illik yubileyine hesr olunan Gorkemli cerrah adli meqalesinde onun yetirmelerinin adlarini qeyd ederken onlarin arasinda professor Musa Abdullayevin de adini xususi olaraq qeyd etmisdir Musa Abdullayev 1958 ci ilden B E Eyvazov adina Elmi Tedqiqat Hematologiya ve Transfuziologiya Merkezinde kecmis Respublika Hematologiya ve Qankocurme Institutu islemis 1970 1979 cu illerde Azerbaycan Dovlet Tibb Institutunun ikinci daxili xestelikler propedevtikasi kafedrasinin mudiri vezifesinde calismisdir Gorkemli hematoloq Musa Abdullayev Tibb Institutunun ikinci daxili xestelikler propedevtikasi kafedrasina rehberlik ederken 1970 1979 cu illerde ureyin defibrilyasiyasi metodikasini heyata kecirererek Azerbaycan tibb elmi tarixinde yenilik etmis esl alim elm xiridari kimi oz sozunu demisdir Stalin rejiminin insan talelerine vurdugu sagalmaz zerbeler dehsetli surgun illeri zaman zaman Ildirim cilarin her bir uzvunun o cumleden Musa Abdullayevin de saglamligini tehluke altina qoymusdu O dovrunun zamaninin tibb elmi sahesinde ele bir fedakar alimi idi ki onun fitri tefekkuru ile qeleme aldigi tedqiqat isleri aktualligi ile bu gun de gundemdedir Musa Abdullayev yazdigi meqalelerle yuzlerle elmi nezeriyyenin dersliyin bunovresini qoyub Soyuq amansiz olumun elm fedaisine furset vermemesi nece nece elmi ixtirani fundamental eserleri Musa Abdullayev imzasindan mehrum etdi Musteqil Azerbaycan namine eqidesi mesleki ugrunda repressiya olunan milleti veteni namine surgun omrunun acilarina qatlasan feqet sinmayan sarsilmayan mubariz vetendas omru yasayan Musa Abdullayevin vaxtsiz olumu yalniz bir ailenin itkisi deyil heyat amalinda oldugu kimi elmde de Fedai movqeyi ile secilen alimin heyatdan vaxtsiz getmesi Azerbaycanin Azerbaycan tibb elminin Azerbaycan mutercimlik tarixinin boyuk evezsiz itkisidir Professor Musa Abdullayev 8 avqust 1979 cu ilde 51 yasinda Baki seherinde vefat edib Musa Abdullayevin 4 ovladi ve neveleri vardir Ingilis rus fars ve ereb dillerini bilirdi Elmi yaradiciligi Musa Abdullayev kecmis SSRI de qankesici preparatin trombinin texnologiyasinin ve tetbiqinin elmi esaslarini oyrenen ilk azerbaycanli mutexessis alimdir Hematoloq alim hemofiliyali xestelerde fibrinoliz prosesinin yuksek olmasini ilk defe kesf etmisdir Bu onun adi ile bagli elmi ixtiradir Musa Abdullayev riyazi usulla xesteliyin diaqnostikasi sahesinde de Azerbaycan Tibb elmi tarixine ilk imza atanlardan biridir Professor Musa Abdullayev 1979 cu ilde Azerbaycanda ilk defe olaraq iki cildlik Ingilisce Azerbaycanca tibb lugetini yazmisdir 1974 1975 ci illerde ureyin defibrilyasiyasi metodikasini heyata kecirirek Azerbaycan tibb elmi tarixinde novatorluq etmisdir Azerbaycan Sovet Ensiklopediyasinin 7 ci cildinde ilk defe olaraq Musa Abdullayev haqqinda melumat verilmisdir Musa Abdullayev Problemi Qematoloqii i perelivaniya krovi jurnalinda hematoloq alim kimi muhum ehemiyyeti olan elmi tedqiqatlarini genis tibb ictimaiyyetine teqdim etmekle yanasi kardiologiya ve allerqologiya problemleri ile de bagli fundamental eserler yazmisdir SSRI de ilk defe olaraq 1979 cu ilde Ingilisce azerbaycanca tibb lugeti tertib etmisdir Onun yazdigi Herbi sehra terapiyasi haqqinda qeydler ve Daxili xesteliklerin propedevtikasi tedrisinin metodikasi kitablari elece de Laborator analizlerin klinik serhi Bronxial astma allergik xestelikdir Qan sisteminin bezi xestelikleri elmi eserleri indi de tibb universitetinin telebeleri ucun qiymetli ders vesaitidir Gorkemli alim hemofiliyanin epidemiologiyasi trombositlerin elektron mikroskopiyasi qan laxtalanmasi prosesinde kalsiumun rolu donorluq meseleleri ve s movzular uzerinde elmi tedqiqat isleri aparmisdir 1962 ci ilde xerceng eleyhine beynelxalq konqresin isinde qan laxtalanmasi problemlerine aid elmi meruzesi genis tibb ictimaiyyetinin diqqetini celb etmisdir 1958 ci ilin 18 sentyabr tarixinde Italiyanin paytaxti Romada kecirilmis Beynelxalq Hematoloqlar Cemiyyetinin VII konqresinin materiallari Musa Abdullayev terefinden ingilis dilinden rus diline tercume olunmusdur Tercumenin redaktoru Elmler Akademiyasinin muxbir uzvu tibb elmleri doktoru professor Fuad Efendiyev olmusdur Zaqafqaziya Hematoloqlar ve Qankocurme Institutlararasi kecirilen I konfransin materiallarina M Abdullayevin 3 meqalesi daxil edilmisdir Birinci meqale Muxtelif splenomeqaliyali xestelerin qaninda laxtalanma sistemi ve onun fibrogen aktivliyinin hali adlanir ki o bu isi professorlar Fuad Efendiyev ve A Axundova ile birlikde isleyib hazirlayib Musa muellimin bu meqalesi o dovr ucun son derece aktual movzunun arasdirilmasina hesr olunmusdur Cerrahi emeliyyatlar zamani qanin laxtalanma sisteminin deyismesi adli elmi tedqiqat isi tibb elmi ucun muhum yenilikler baximindan bu gun de aktualligini itirmemisdir SSRI de nesr olunan Problemi Qematoloqii i perelevaniya krovi jurnalinda Musa Abdullayevin elmi meqaleleleri mutemadi olaraq cap olunmusdur Onun meqalelerinden biri de Donorlarda qan alma zamani qanin laxtalanma sisteminde bas veren deyisiklikler adli elmi tedqiqat isi kecmis Sovet Ittifaqi seviyyesinde diqqeti celb etmisdir Musa Abdullayevin professor O M Huseynovla birge islediyi Modifitsirovanniy suxoy sterilniy trombin Azerbaydjanskoqo Instituta Perelivaniya krovi i yeqo primeneniye v lor klinike meqalesi de oz uslubu yenilik baximindan fundamental tedqiqat isidir Ele bu sebebden de Musa Abdullayevin qeyd etdiyimiz elmi ixtirasinin neticelerinden bu gun de tibb aleminde burun qulaq bogaz xestelikleri zamani istifade olunur 1962 ci ilde Cerrahi mudaxileden evvel ve sonra xestelerde qan sisteminin fibrinolitik aktivliyi ve laxtalanma faktorlarinin gostericilerinin deyismesi adli namizedlik dissertasiya isini Azerbaycan Milli Elmler Akademiyasinin muxbir uzvu Emekdar Elm Xadimi Fuad Efendiyevin rehberliyi altinda mudafie etmisdir 1967 ci ilde ise Musa Abdullayev Normada ve bezi patoloji hallarda qanin laxtalanmasi adli doktorluq dissertasiyasini mudafie etmisdir Professor Musa Abdullayevin rehberliyi ile 4 doktorluq 8 namizedlik dissertasiyasi mudafie edilmisdir Musa Abdullayev 1972 ci ilde tibb institunun telebeleri ucun Laborator analizlerin klinik serhi adlanan kitabini yazmisdir Bu gun de hemin kitabdan Tibb Universitetinin telebelerinin tedqiqat aparmasi ucun esas elmi baza kimi istifade olunur 1972 ci ilde Musa Abdullayev I T Abbasovla birlikde Herbi sehra terapiyasi adli elmi kitabini tibbi ictimaiyyete teqdim etmisdir Zaman ele getirib ki onun 1972 ci ilde yazdigi elmi vesait bu gun de Azerbaycan Tibb universitetinde istifade olunur Musa Abdullayev uzun iller Azerbaycan tibb jurnali nda elmi meqaleleri ile xususile qan mutexessisi kimi arasadirmalarini cap etdirmekle Azerbaycan tibb elmi tarixine xidmet etmisdir Klinik cerrahliq ders vesaitinin Qan Xestelikleri bolmesini de mehz professor Musa Abdullayev yazmisdir Onlarla tibb mutexessisinin elm aleminde formalasmasinda ozunemexsus yer tutmasinda tibb elmleri doktoru professor Musa Abdullayevin bir alim elm xiridari kimi xidmetleri bu gun de Azerbaycan tibb elminin tarixinde muhum ehemiyyete malikdir Professor Musa Abdullayev qisa lakin menali omru ile bugunku ve gelecek nesillere mukemmel zengin elmi irs qoyub getmisdirDerslikler kitablarDaxili xesteliklerin propedevtikasi qan dovrani sistemi Tibb institutu telebeleri ucun derslik 266 seh sekilli Voprosy svyortyvaniya krovi v norme i patologii Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo Baku 1967 200 s Laborator analizlerin klinik serhi ADTI nin metbeesi Baki 1972 93 s 1 2 3 AMEA Milli Azerbaycan Tarixi Muzeyinin toplusu Voenno polevaya terapiya Tipografiya Azgosmedinstituta Baku 1972 155 s Klinik cerrahliq Maarif nesriyyati Baki 1974 410 c Klinik cerrahliq fesil 5 Baki 1975 Theoretical and practical problems of medicine Azerneshr publisher 1976 Herbi sehra terapiyasindan qeydler ADTI nesriyyati Baki 1976 130 s Bronxial astma allergik xestelikdir Genclik nesriyyati Baki 1976 16 s Ingilisce azerbaycanca tibb lugeti Maarif nesriyyati Baki 1979 I cild 200 s Ingilisce azerbaycanca tibb lugeti Baki 1983 II cild 180 s QalereyaFilmoqrafiyaMusteqil Azerbaycan namine senedli film 2020 Zaman ve Tale Musa Abdullayev Senedli film 2020IstinadlarIrade Nuriyeva Azerbaycan tarixi en qedim zamanlardan XXI esrin evvellerinedek 18 ci fesil Ildirim teskilati haqqinda Baki Mutercim 2015 seh 278 Veli Veliyev Ildirim omru publisistika Baki Genclik 2002 seh 198 Qizilagac ve Qizilagaclilar https ia601403 us archive org 35 items qizilaqac ve qizilaqaclilar Qizilaqac 20ve 20qizilaqaclilar pdf Qizilagac dunen ve bu gun https ia601501 us archive org 24 items qizilaqac dunen ve bugun Qizilaqac 20dunen 20ve 20bugun pdf Qirmizi terror a boyun eymeyen azadliq asiqi Xalq qezeti 10 iyun 2020 http xalqqazeti com az news 44987 2020 04 13 at the Wayback Machine Novruzda oxunan surgun hokmu https www smartnews az v novruzda oxunan surgun hokmu olu kecid Tarix institutu Musa Abdullayev haqqinda https ia801404 us archive org 2 items musa abdullayev haqqinda az tarix institutu Musa 20Abdullayev 20haqqinda 20Az 20Tarix 20Institutu pdf Ziya Bunyadov Qirmizi terror Baki Qanun nesriyyati 2017 seh 280 297 latin qrafikasi ile Ziya Bunyadov Qirmizi terror Azernesr 1993 seh 306 324 kiril elifbasi ile Voprosy svyortyvaniya krovi v norme i patologii Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo Baku 1967 200 s Arxivlenmis suret 2020 02 17 tarixinde Istifade tarixi 2020 08 06 Sostoyanie svertyvayushej sistemy i fibrinoliticheskoj aktivnosti krovi u bolnyh so splenomegaliej razlichnoj etiologii Pervaya mezhrespublikanskaya konferenciya instituta gematologii zakavkazskih respublik 1960 g Str 50 51 Tezisy Ingilisce azerbaycanca tibb lugeti Maarif nesriyyati Baki 1979 I cild 200 s Ingilisce azerbaycanca tibb lugeti Baki 1983 II cild 180 s Infarktopodobnaya klinika pri ostrom pankreatite I Resp Nauchnaya konferenciya kardiologov 1975 str 32 34 Azerbaycan Sovet Ensiklopediyasi Baki 1970 seh 20 Problemy gematologii i perelivaniya krovi N10 1961 str 19 23 Voenno polevaya terapiya Tipografiya Azgosmedinstituta Baku 1972 155 s Herbi sehra terapiyasindan qeydler ADTI nesriyyati Baki 1976 130 s Daxili xesteliklerin propedevtikasi qan dovrani sistemi Tibb institutu telebeleri ucun derslik 266 seh sekilli Laborator analizlerin klinik serhi ADTI nin metbeesi Baki 1972 93 s Bronxial astma allergik xestelikdir Genclik nesriyyati Baki 1976 16 s Voprosy svyortyvaniya krovi v norme i patologii Azerbajdzhanskoe gosudarstvennoe izdatelstvo Baku 1967 200 s Elektronno mikroskopicheskoe izuchenie processa svertyvaniya krovi v norme i pri nekotoryh patologicheskih sostoyaniyah Uchenye zapiski tom XVIII 1966 g str 80 88 VII Kongress Mezhdunarodnogo obshestva gematologii Rim 1958 Ingilis dilinden rus diline materiallarin tercumesi Muxtelif spelnomegaliyali xestelerin qaninda qanin laxtalanma sistemi ve onun fibrinolitik aktivliyinin hali Zaqafqaziya Hemotoloji ve Qankocurme institutlarinin respublikalararasi birinci konfransi Baki 1960 Operativ mudaxileler zamani qanin laxtalandirici sistemi gostericilerinin ve fibrinolitik fealligin deyisilmesi Azerbaycan tibb jurnali N2 1961 s26 32 Izuchenie pokazatelej svertyvayushej sistemy krovi u donorov v zavisimosti ot kolichestva krovodach Problemy gematologii i perelivaniya krovi N9 1969 str 46 49 Modificirovannyj suhoj sterilnyj trombin Azerbajdzhanskogo instituta perelivaniya krovi i ego primenenie v lor klinike Azerbajdzhanskij medicinskij zhurnal 1 1962 str 17 20 Izmenenie fibrinoliticheskoj aktivnosti krovi u hirurgicheskih bolnyh pri razlichnyh vmeshatelstvah Sbornik nauchnyh trudov Azerb NII gematolgii i perelivaniya krovi Baku 1962 Str 87 91 Sostoyanie svertyvayushej sistemy i fibrinoliticheskoj aktivnosti krovi u bolnyh so splenomegaliej razlichnoj etiologii Hirurgiya 2 1962 str 3 8 Herbi sehra terapiyasindan qeydler ADTI nesriyyati Baki 1976 130 s Klinik cerrahliq Maarif nesriyyati Baki 1974 410 c MenbeMusa Abdullayevin anadan olmasindan 93 il otur