Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır.
Ərəbistan yarımadası haqqında qısa məlumat
Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Misir, Fələstin və Mesopotamiyada olduğu kimi Ərəbistanda da arxeoloji qazıntılar aparılana qədər, bu bölgənin ilk dövr tarixi qaranlıqda qalmağa məhkumdur. Tədqiqatçı yarı-gerçək və yarı-yanlış fərziyyələrin qalıqları arasında ehtiyatla hərəkət etmək məcburiyyətindədir. Tarixçi, əlindəki az bir qisim məlumatla, bu fərziyyələri nə tamamlaya bilər, nə də rədd edə bilər. Bunların ən məşhuru, ən seçilmiş iki qabaqcılının adlarını daşıyan “Vinckler-Caetani” nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, Ərəbistan əvvəllər çox məhsuldar bir bölgə və Sami qövmlərinin ana vətəni idi. Yarımada min illərlə davamlı şəkildə qurumağa, sərvət mənbələri ilə su yollarının tükənməsinə və əkinçiliyə əlverişli torpaqların səhraya çevrilməsinə məruz qaldı. İstehsalın geriləməsilə bərabər əhalinin sayındakı artım böhranlara səbəb oldu. Bunun nəticəsində də yarımadada yaşayan Sami qövmləri zamanla qonşu ölkələri istila etdilər. Süryaniləri, Aramiləri, Kənaniləri (Finikiyalılarla İbranilər daxil olmaqla) və nəhayət məhz Ərəbləri münbit hilal ölkələrinə yönəldən bu böhranlar oldu. Bu halda isə tarixdəki ərəblər qədim zamanlarda baş verən böyük işğalların, bunlardan fərqli xüsusiyyət daşımayan qalıqlarıdır. Ərəbistan geoloji baxımdan hələ də əsaslı şəkildə araşdırılmamış olmasına baxmayaraq, adı çəkilən nəzəriyyəni dəstəkləyən bəzi dəlillər, qurumuş su yolları və ölkənin qədim məhsuldarlığına işarə edən başqa əlamətlər əldə edilmişdir.
Ərəbistanın coğrafi vəziyyəti haqqında məlumat verən İslam coğrafiyaçılarından Əsmai yarımadanı Yəmən, Nəcd, Hicaz və Tihamə olmaqla dörd, İstəxri isə Hicaz, Nəcd və Yəmən olaraq üç hissəyə ayırmaqdadır. Yarımadanı Həmdani ilə Müqəddəsi Şam və Yəmən adı ilə iki hissəyə, Bəkri ilə Yaqud əl-Həməvi isə daha ətraflı şəkildə təsnifləndirmək surətilə Tihamə, Hicaz, Nəcd, Əruz və Yəmən olaraq beş hissəyə ayırmaqdadır. Müasir dövrdə siyasi dəyişikliklər nəzərə alınaraq Ərəb yarımadası Səudiyyə Ərəbistanı, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt sərhədləri içində qalan bölgə olaraq müəyyənləşməkdədir və ərazisi 3 milyon kvadratkilometrdən çoxdur (3.184.515 kvadrat kilometr). İslamdan əvvəl Ərəb yarımadasında müəyyən bir sistemin varlığı bilinməməkdədir. Yarımadanı bütünlüklə hakimiyyəti altnda saxlayan mərkəzi idarə mövcud olmamışdır. Ancaq yarımadanın şimal-şərqində Hirəlilər, cənub-qərbində Qəssanilər, cənubunda yerləşən Yəməndə isə Səbə və Himyər krallıqları kimi dövlətlər qurulmuşdur.
Nəbatilər dövləti
Bu dövlət, Fələstinin cənubundakı qədim Edom bölgəsində qurulmuşdur. Sərhədləri, cənubda Əqəbə körfəzinin aşağı hissələrinə qədər uzanırdı. Buralarda çox qədim zamanlardan Hurrilər yaşayırdı. Bunlardan sonra Edomlular məskunlaşmışdılar ki, bunlar da, İsrail hökmdarı Hz. Davud və oğlu Hz. Süleyman dövründə İsrail oğulları boyunduruğu altından qurtulmaq üçün çalışsalar da, bu istəklərinə ancaq ikinci Babil kralı Nabuhodonosor'un, İsrail kralı Jokanias dövründə eradan əvvəl 599-cu ildə Fələstinə hücumunda ona yardım etmək surətilə müzəffər ola bilmişdilər. Nabuhodonosor Edomluların bu yardımlarına qarşılıq olaraq, onlara toxunmamış, onlar da sərhədlərini genişləndirə bilmişdilər. Fəqət eradan əvvəl beşinci yüzillikdə şərqdən gələn Nəbatilərin hücumlarına məruz qalaraq onlara qarışıb, assimlyasiyaya uğramış və bu hadisələrdən sonra meydana “Nəbatilər dövləti” adı ilə yeni bir dövlət çıxmışdır.
Yazılı mənbələrdə Nabat, Nəbat, Nəbit, Ənbat, Nəbati və Nubati şəklində qeyd edilən adın – yaşadıqları bölgəyə istinadla – “fışqırmaq, parlamaq” mənalarındakı, Akkad dilində nabatu məsdərindən və ya Tövratdakı Nabayot şəxs adından (babaları olan Hz. İsmayılın böyük oğlu) gəldiyi qeyd edilməkdədir. İslami qaynaqlarda Ənbatus-Səvad (İraq) və Ənbatuş-Şam (Suriya) olaraq iki cür bəhs edilən Nəbatilərlə əlaqəli bir-birindən çox fərqli fikirlər ortaya atılmışdır. Buna görə də 1. Nəbatilər əslində ərəbdir; fəqət xaricilərlə (əcəm) birlikdə yaşamaları səbəbindən nəsəbləri qarışmış və dilləri dəyişmişdir. 2. Səvad Nəbatiləri kökləri İrəmə gedib çıxan Aramilərdir. 3. Dəhhaq İraqda bir şəhər qurmuş və Nəbatilər bura yerləşmişdir. 4. Buxtunnəsr ərəb əsirlərini Ənbarda toplamış, bu səbəbdən də bura Ənbarul-Ərəb deyilmiş və bunlar daha sonra Nəbatilərlə qarışmışdır.
Bu dövlət ən qüdrətli dövründə Şimali Hicazın böyük bir hissəsini əhatə etməklə, Əqəbə körfəzindən Aralıq dənizinə qədər yayılan geniş bir əraziyə hakim olmuşdur. Kitabələrdən tanınan ilk kral miladdan əvvəl 169-cu ildə Aretasdır (ərəbcə: Harisa). Mərkəzi şəhəri müasir İordaniya Krallığı torpaqlarında yerləşən Petra şəhəri idi. Nəbati krallığının Roma ilə ilk dəfə əlaqə qurması eramızdan əvvəl 65-ci ildə Pompeius'un Petra şəhərini ziyarət etməsilə baş tutdu. Romalılar ərəb krallığı ilə dostluq əlaqələri qurdular. Bu krallıq Roma imperatorluğunun şərqdəki torpaqları ilə çöl arasında bir növ sərhəd dövləti vəzifəsi daşımaqdaydı. Eradan əvvəl 25-24-cü illərdə Aelius Gallus'un səfərində, Nəbati krallığı bir vasitə olaraq istifadə edildi. Yəməni zəbt etməkdən ötrü Augustus tərəfindən göndərilən bu hərbi səfər, romalıların Ərəbistana nüfuz etmək məqsədilə etdikləri tək təşəbbüsdür. Bunun səbəbi, Hindistan ticarət yolunun cənub qapısını nəzarət altına almaq idi. Qırmızı dənizin sahilindəki bir Nəbati limanından gemiyə minən Aelius Gallus Yəməndə sahilə çıxaraq, ölkənin içərilərinə qədər irəliləməyi bacardı. Buna baxmayaraq səfər uğurla nəticələnmədi və romalıların zəlil halda geri çəkilməsilə sona çatdı.
Nəbatilərin soykökü haqqında müxtəlif fikirlər irəli sürülmüşdür:
1. Tövratda onların İsmayılın oğlu Nabayotun soyundan gəldikləri qeyd edilir. Əvvəl İraq ətrafında olduqları halda daha sonralar qərbə - Edom bölgəsinə gəlmişlər;
2. Ərəb yarımadasının Səmmar dağları ərazisindən gəlmişlər; - bu halda isə birbaşa Edoma deyil, əvvəlcə Mesopotamiyaya gedib məskunlaşdıqdan sonra assuriyalıların oradan qovub çıxartdıqları səbəbilə Edoma gəlmişlər;
3. Bəsrə körfəzi ətrafından gəldikləri kimi, Petra bölgəsinə də haradan gəldikləri mübahisəli bir mövzudur. Digər tərəfdən onların soykökü baxımından ərəb yoxsa arami olduqları da dəqiq şəkildə müəyyənləşdirilməmişdir. Nəbatilərdən qalan kitabələrin ərəb dili ilə yazılmasına görə hökm verən alimlər onların arami olduqlarını söyləyirlər. Qədim dövrlə bağlı araşdırma aparan qərb tarixçilərinə görə isə kitabələrdə adı keçən Nəbatlı hökmdar adlarının əl-Haris (qədim yunan dilində Aretas), Übadə (qədim yunan dilində Obadas) və Malik ( qədim yunan dilində Malikus) olması onların ərəb olduğu ehtimalını qüvvətləndirir.
Eradan əvvəl IV əsrin sonlarından etibarən varlığı bilinən Nəbati krallığının meydana gəlmə tarixi dəqiq olaraq məlum deyil. Bu dövlət İsgəndərin ölümündən sonra Diadoklar zamanında önəmli rol oynamışdır. Antigonos`un iki dəfə Petra şəhərinə göndərdiyi Suriya ordusunu məğlubiyyətə uğratmışdılar. Miladdan əvvəl 170-ci ildən sonrakı Nəbati krallarının adları və hökmranlıq tarixləri daha aydın şəkildə təsbit edilməkdədir. Onlardan birincisi I Arethas (haris), ən böyükləri miladdan əvvəl 8 və ya miladdan sonra 40-cı illər arasında səltənət sahibi və Nil vadisi – Əqəbə körfəzindən Şimali Hicazın böyük bir qismi daxil olmaqla Fərata qədər olan torpaqların tamamına hökmedən IV Arethas və sonuncusu III Malicos`dur (Malik). Dövlət Roma imperatoru Traianus zamanında paytaxtı Petra işğal edildikdən sonra süqut etmiş (106), bu tarixdən sonra Nəbatilər, Sina yarımadası və Şərqi Aralıq dənizi sahilləri ilə Fərat çayı arasında dağınıq halda varlıqlarını davam etdirmişlər.
Eradan sonra I yüzillikdə Roma-Nəbati əlaqələri pozuldu və miladdan sonra 105-ci ildə imperator Traianus Nəbatın şimalını, Palaestina Tertia adı ilə tanınan Roma əyaləti halına gətirdi. Sərhəd bölgələrində yaşayan ərəblərdən, Roma İmperatorluğuna heç olmasa bir imperatorun, miladdan sonra 244-cü ildən 249-cu ilə qədər hökm edən Filippus`un yetişdiyini qeyd etməliyik. Onun ölümündən sonrakı dövrdə Suriyanın cənub-şərqində aramiləşmiş ərəb sərhəd dövlətlərindən ikincisi meydana gəldi. Bu, Suriya-Ərəbistan çölündə, qərb ticarət yolunun başlanğıc nöqtəsində qurulmuş olan Palmira Krallığıdır.
Tədmurlular dövləti
Üçüncü əsrdə Sаsаni şаhlаrı ilə Rum imperаtorlаrı аrаsındа bаş vermiş mühаribələr və Həbəşilərin Ərəbistаnın cənubunа müdаxilə etməsi nəticəsində Hind okeаnındа gəmilərin gediş-gəlişi аzаldı. Nəticədə dəniz vаsitəsi ilə olunаn ticаrətin əvəzinə, Ərəbistаnın quru səhrаlаrındаn keçən ticаrət yolu rövnəq tаpdı. Bu dəyişiklik nəticəsində Pаlmirа (onun bаşqа bir аdı Tədmurdur) Petrаnın yerini əvəz etdi. İlk hökmdarı, Sasanilərə qarşı müharibədə yardım etdiyinə görə, imperator Qalüenus tərəfindən miladi 265-ci ildə kral olaraq tanınan Odenathusdur (ərəbcə: Üzeynə). Onun ölümündən sonra, yerinə dul arvadı məşhur Zenobia (ərəbcə: Zeynəb) keçdi. Bu qadın, bir müddət, Yaxın Şərqin böyük bir hissəsinin kraliçası oldu və klassik qaynaqlarda göstərilən Athenodorus adı ilə tanınan oğlunu Caesar Augustus elan etdi.
Suriya çölünün ortasındakı bir vahədə, Xumusun 145 kilometr şərqində, Şamın 260 kilometr şimal-şərqində yerləşir. Bölgədə çoxlu sayda xurma ağacı olduğuna görə Yunan və Roma coğrafiyaşünasları şəhəri Palmira (xurma ölkəsi) adlandırmışlar. Qədim dövrlərdən bəri şəhər mərkəzi olduğu bilinən Tədmur, Mesopatamiyanı Suriyaya birləşdirən tarixi ticarət yolunun önəmli dayanacaqlarından biri idi. Assur hökmdarı I Tiglath-Pileser zamanından (e.ə. 1116-1076) qalma kitabələr, Tədmurun o dövrdə bölgənin bilinən məşhur şəhərləri arasında yer aldığını göstərməkdədir. III əsrdə Sasanilərlə Roma imperatorluğu arasında başlanan mübarizə Tədmurda bir ərəb dövlətinin qurulmasına səbəb oldu. Tədmurun öndə gedənlərindən biri olan Üzeynə (Üzeynə ibn Xəyran ibn Vəhbüllat) iki imperatorluğun mübarizəsini fürsət bilərək Tədmurda müstəqilliyini elan etdi.
Tədmurlular müəyyən zamanlarda romalıların hücumlarına məruz qalmış, bəzən də onlarla birləşərək Sasanilərə hücum etmişlər. Son olaraq romalılar qarşısında məğlubiyyətə uğramışlar. Roma imperatoru Orelyan 273-cü ildə şəhərə daxil olaraq dağıtmış və çoxlu sayda insanı öldürmüşdü. Tədmur bu hadisədən sonra bir daha özünə gələ bilməmiş və ölkədə ticarət geriləmişdi. Bundan sonra şəhərdə xristianlıq yayılmağa başlamış, İslam fəthlərinə qədər üç yüz ildən artıq bir dövrdə Roma hakimiyyətində qalmışdır.
Qəssanilər dövləti
Mərib su səddinin dağılmasından sonra Yəməndən köçərək III əsrin əvvəllərində Suriyada məskunlaşan Qəssanilər Qəhtanilərin Qəhlan qoluna mənsubdur. Qəbilənin Əmr ibn Müzeyqə ibn Əmr Meysəmə adlı rəisinin oğlu olan Cəfnə Qəssanilərin qurucusu və ilk hökmdarıdır. Buna görə də xanədana Cəfnəoğulları da deyilir. Məsudi isə Qəssanilərin ilk hökmdarının Haris ibn Əmr ibn Amir ibn Harisə ibn İmrəul-Qeys olduğunu qeyd edir. Cəfnə ibn Əmrin rəhbərliyi altında Suriyaya köçən Qəssanilərin bu adı Mərib su səddi (başqa bir rəvayətə görə Cöhfə) yaxınlığında və ya Tihamə çölündə olan Qəssan su hövzəsindən götürdükləri qeyd edilir. Yəməndə məskunlaşdıqları yerin adını daha sonra yerləşdikləri bölgədəki bir su hövzəsinə vermələri də mümkündür. Qəssanilər Suriyada bir müddət Qudaə qəbiləsinin Dəcaim qoluna mənsub Səlih qəbiləsinin hakimiyyəti altında yaşadılar. Daha sonra onları məğlub edərək Dəməşq və Tədmur bölgəsini ələ keçirtdilər. Təxminən 200-cü illərdə Qəssani dövlətini quran Cəfnənin yerinə oğlu Əmr gəldi. Onun ölümündən sonra isə yerinə oğlu Sələbə ibn Əmr keçdi. On yeddi il hökmdarlıq edən Sələbə ibn Əmr Həvranın ətrafında önəmli memarlıq fəaliyyətləri həyata keçirtdi. Qəssanilər Suriyada ana dilləri olan ərəbcəni qorumaqla yanaşı, bu bölgədə danışılan arami dilini də öyrəndilər. Bizans imperatorluğunun vassalı olan Qəssanilər xristianlığı qəbul edərək, Bizans mədəniyyətinin təsiri altına düşdülər. Sələbə ibn Əmrdən sonra Bizans valisi kimi hərəkət edən Qəssani hökmdarlarından II Haris ibn Cəbələ zamanında (529-569) xanədanlıq ən ehtişamlı dövrünü keçirdi.
Qəssanilər Batlamios`un bildirdiyinə görə miladi ikinci yüzillikdə Tihamədə məskunlaşmışdılar. Daha sonra bu bölgədən şimala doğru Şam sərhədlərində, Bəlx və Əzraq bölgəsinə gəldilər. Burada yerləşmiş Qudaə qəbiləsinin Dəcaim qoluna mənsub olanlarla döyüşüb onlarıı məğlub edərək bölgəni zəbt etdilər və Romaya bağlı olan bir dövlət qurdular. Bəzi qədim tarixçilər onların 600 il hökm etdiklərini, otuzdan artıq hökmdar dəyişdirdiklərini bildirsələr də bu mövzuda çox önəmli bir kitab müəllifi olan Noeldek adındakı alman alimi onların ilk hökmdarlarının miladi 500-cü ildə ölən Əbu Şəmr Cəbələ, son hökmdarlarının isə 636-cı ildə Ömər ibn Xəttab tərəfindən hakimiyyətinə son qoyulan Eyhəm ibn Cəbələ olduğunu söyləyir. Hərhalda V əsrdən əvvəl qurulmuş dövlət olsalar da, bəlkə də başçılarının hökmdar adlanması biraz gec də baş tuta bilərdi. Həmzə İsfəhani Əmr ibn Cəfnənin miladi 220-ci ildə hökmdar olduğunu qeyd edir. İlk başçılarının adının və ya ləqəblərinin Cəfnə olması səbəbilə bu dövlətə Cəfnə oğulları dövləti də deyilir. Jüstinyenin imperаtor olduğu dövrdə Qəssаni dövləti dаhа dа gücləndi. O, bu qəbilənin əmiri olаn Hаris ibn Cəbələni pаdşаhlıq rütbəsinə qаldırdı. O, bu işdən Qəssаnilərin Ləxmilər müqаbilində dаhа dа qüdrətlənməsi məqsədini güdürdü. Qəssаni dövləti İslаmın şimаldаkı ilk qələbələrinə və Suriyаnın müsəlmаnlаr tərəfindən fəth olunmаsınа qədər mövcud olmuşdur. Yərmuk mühаribəsində Roma imperiyаsının qoşunu məğlub edildikdən sonrа, bu əhаlinin bir hissəsi öz yerlərində qаlаrаq müsəlmаnlаrlа həmkаrlıq etmiş və bаşqа bir hissəsi isə Romа və yа Kiçik Аsiyаyа getmişdir.
Həzrəti Muhəmməd Qəssani əmirlərindən Haris ibn Əbu Şəmirə 628-ci ildə İslama dəvət məktubu göndərmiş, başqa bir Qəssani olan Büsra əmiri Şürehbil ibn Əmrə yolladığı Haris ibn Ümeyr adlı elçi Mutədə öldürüldükdə Mutə səfərini təşkil etmək məcburiyyətində qalmışdır. Qəssanlı bir heyətin Mədinə şəhərinə gələrək İslamı qəbul etdiklərinə dair də rəvayətlər mövcuddur. Bu məlumatlardan belə başa düşülür ki, həzrəti Peyğəmbər zamanında Qəssani dövləti siyasi cəhətdən dağınıq halda idi. Bununla yanaşı, Mədinə şəhərində, Bizansın himayəsi altında yaşayan Qəssanilər tərəfindən gələ biləcək hücum təhlükəsi daim hiss edilirdi. Beləki, Mutədən sonra baş verən Təbuk səfəri bu təhdidə qarşı təşkil edilmişdi. Raşidi xəlifələrinin dövründə Qəssanilərdən bəhs etməyən qaynaqlar, Siffeyn döyüşündə onlardan bəzilərinin Müaviyənin tərəfində yer aldıqlarını, Yezidin bu qəbilədən bir qadınla evləndiyini, bəzilərinin isə Şimali Afrika fəthlərinə qatıldıqlarından xəbər verir. Bugün Yaxın Şərqdəki xristian ərəblərin Qəssanilərin nəslindən olduqları ehtimal olunur.
Hirəlilər dövləti
Hirənin quruluş tarixini Buxtunnəsr zamanına qədər aparıb çıxaran bəzi əfsanəvi rəvayətlər mövcuddur. Şəhər ilk dəfə 240-cı illərdə Sasanilərin verdiyi kral adı ilə burada bir dövlət quran Ləxmilərin III-VII yüzilliklərdə paytaxtı və böyük ticarət mərkəzi olaraq tarix səhnəsinə çıxmışdır. Hirə IV-VI əsrlərdə Ləxmilərin Bizansa qarşı Sasanilərlə birgə mübarizə aparmaları səbəbindən siyasi və hərbi baxımdan önəmli rola malik oldu və şöhrət qazandı. Ləxmi kralları şəhəri və ətrafını bir çox qəsr və saraylarla bəzədiyi halda, Hind ibn Nöman kimi kral ailəsinə mənsub xristian şahzadələr də burda müxtəlif monastır və kilsələr tikdirdilər. Ətrafında müəyyən sayda kənd və qəsəbələr olan Hirə, III Munzirin hakimiyyəti illərində ən möhtəşəm dövrünü keçirmişdi. Ləxmilər və yа Ləxm (bə’zən onlаrа sonuncu pаdşаhlаrının аdı ilə bаğlı olаrаq Аli-Munzir də deyirlər) üçüncü əsrin sonundаn Hirə və onunlа qonşu olаn torpаqlаrа hаkim olmuşlаr. Hirə şаhlаrı Sаsаni dövlətinə tаbe olmuş, Rum imperiyаsı ilə mühаribədə onlаrа kömək etmişlər. Görünür, Hirə əhаlisi (Qəhtаni qəbiləsindən) cənubdаn mühаcirət etmiş və onlаr Ədnаni qəbiləsi ilə bir yerdə məskunlаşmışlаr. Ləxm qəbiləsinin nüfuzu Hirə və onun ətrаfındа genişlənib qüvvətləndi. Onlаr Fərаt çökəkliyindən əlаvə, Ərəbistаnın dаxilinə də nüfuz etdilər. Hirə dövləti bir sədd kimi səhrа ilə İrаnın işğаl etdiyi ərаzilər аrаsındа yerləşmişdir. Bu dövlətin şаhlаrı bir tərəfdən səhrаdа yаşаyаnlаrın Sаsаni torpаqlаrınа hücumunun qаrşısını аlır, digər tərəfdən isə İrаnın köməkliyi ilə Rum imperiyаsının müttəfiqi olаn Qəssаnilərlə mühаribə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər dаvаm etmişdir.
Sayları iyirmiyə qədər olduğu bəlli olan Ləxmi hökmdarlarının ən məşhuru Əmr ibn Ədiyyin oğlu İmrəul-Qeysdir. 288-328-ci illərdə hakimiyyət başında olan İmrəul-Qeys, Əsəd və Nizar qəbilələrini öz hakimiyyətinə tabe edərək dövlətin genişlənməsini təmin etdi. Bununla yanaşı xristianlığı qəbul edərək Sasanilərdən əlavə Bizans ilə də münasibətlərini qaydaya salmış oldu. Daha sonra Suriya ərazisinə daxil olsa da Həvranda (Nəmarə) öldü. Nəmarədə tapılan məzardakı 329-cu il yazılmış yazı ən qədim ərəb kitabələrindən biridir və həmin kitabədə “bütün ərəblərin kralı” İmrəul-Qeysin Sasani və Bizans dövlətləri tərəfindən vəkil olaraq tanınmasından bəhs edilir. Hirə əmirliyi başlarına gələn böyük fəlakətlər və İran dövlətinin zəifləməsi nəticəsində parçalanma və tənəzzül mərhələsinə qədəm qoydu. Ləxmi xanədanının (Hirə kral ailəsi) başına gələn fəlakətlərin ən birincisi kralları Munzir ibn Məis-Səmanın Mərcu-Həlimə döyüşündə Qəssani kralı Haris ibn Əbi Şəmr tərəfindən öldürülməsi oldu. Bununla yanaşı oğlu da miladi 570-ci ildə Munzir ibn Haris əl-Qəssani tərəfindən məğlub edilmiş və öldürülmüşdür. Daha sonra bu xanədanın başına gələn sıkıntılar zəncirinə Munzirin övladları arasında taxt üstündə baş verən mübarizə əlavə oldu. Nöman ibn Munzir bu bu mübarizədən qalib ayrılsa da İran sarayının onun üçün hazırlamış olduğu hiylə və tələdən qurtula bilmədi. Kəsra onu sarayına çağırdı. Nöman mövcud vəziyyətini ərəb qəbilə rəislərinə bildirib yardım istəsə də, heç kim Kəsraya qarşı ona yardım etməyə cəsarət etmədi. Bu halda istəmədən də olsa İrana getməyə məcbur oldu. Ölənə qədər burda qaldı. Sonra Kəsra Nömanın ailəsindən olmadığı halda İyas ibn Qabisəni Nömanın yerinə Hirə əmirliyinə başçı seçdi və iran əsilli “Nahircan” adlı birini də səltənətdə ona ortaq olaraq təyin etdi. Nömanın iqtidarının zorla əlindən alınmasının nəticəsi olaraq həm Hirə əmirliyi idarəetmə baxımından zəiflədi, həm də Sasanilər tərəfindən dəstəklənən yeni Hirə əmiri İyas ilə ərəb qəbilələri arasından Ziqar döyüşü baş verdi. Bu döyüşdə ərəblər qalib gəlmiş, Hirə əmiri və iranlılar məğlubiyyətə uğradılmışdır. Bu döyüşdən sonra Hirə səltənətində tək başına qalan Azad ibn Yabiyanei-Həmdani 17 il hökm etmişdir. Ondan sonra Hirə əmirliyinə keçən Munzir ibn Nöman ibn Munzir hakimiyyətinin səkkizinci ayı tamamlanmamış, Xalid ibn Vəlid Hirəyə gəldi.
Cahiliyyət dövründə Ərəbistan yarımadasında mərkəzləşdirilmiş bir dövlət mövcud olmamışdır. Bununla belə, yarımadanın müxtəlif bölgələrində müəyyən zamanlarda ayrı-ayrı dövlətlər yaransalar da, bu, siyasi, iqtisadi, sosial və mədəni sabitliyin olmasını təmin etməyə kifayət etməmişdir. Yarımadanın, xüsusən, şimal hissəsində yaranan dövlətlər arasında gedən mübarizə, zaman-zaman onların bir-birinə qarşı hərbi müdaxilə etmələrinə gətirib çıxarmışdır. Aydındır ki, bu halda onların inkişaf edərək güclü dövlətə çevrilməsi qeyri-mümkündür. Bütün bunları ümumiləşdirərək, İslamdan öncəki Ərəbistan yarımadasında yaranan dövlətlərin müəyyən olunmuş, vahid hədəflərinin olmadığı nəticəsini əldə etmiş oluruq.
İstinadlar
- Kudret Büyükcoşkun, Arabistan, İslam Ansiklopedisi, İstanbul, 1991, c.3, s. 248.
- Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 19.
- Dr. Neşet Çağatay, “İslamdan önce Arap tarihi ve Cahiliye Çağı”, Ankara, 1957, s. 1.
- Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 35.
- Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 20.
- Dr. Neşet Çağatay, “İslamdan önce Arap tarihi ve Cahiliye Çağı”, Ankara, 1957, s. 34.
- Ahmet Ağırakça, Nabatiler, İslam Ansiklopedisi, İstanbul, 2006, c.32, s. 257.
- Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40.
- Dr. Neşet Çağatay, “İslamdan önce Arap tarihi ve Cahiliye Çağı”, Ankara, 1957, s. 35.
- Bernard Lewis, Tarihte araplar, Ağaç kitap evi yayınları, İstanbul, 2009, s. 40-41.
- Dr. Cəfər Şəhidi, “İslam tarixi və təhlillər”, Bakı, 2006, s. 16.
- Ahmet Ağırakça, Tedmür, İslam Ansiklopedisi, İstanbul, 2011, c.40, s. 264.
- Ahmet Ağırakça, Tedmür, İslam Ansiklopedisi, İstanbul, 2011, c.40, s. 265.
- Prof. Dr. İbrahim Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, Ankara, 2012, s. 21.
- Ahmet Ağırakça, Gassaniler, İslam Ansiklopedisi, İstanbul, 1996, c. 13, s. 397.
- Dr. Neşet Çağatay, “İslamdan önce Arap tarihi ve Cahiliye Çağı”, MARS T. ve S.A.Ş. Matbaası, Ankara, 1957, s.
- Dr. Cəfər Şəhidi, “İslam tarixi və təhlillər”, Bakı, 2006, s. 18.
- Ahmet Ağırakça, Gassaniler, İslam Ansiklopedisi, İstanbul, 1996, c. 13, s. 398.
- Hüseyin Ali ed-Daküki, Hire, İslam Ansiklopedisi, İstanbul, 1998, c.18, s. 122.
- Mehmet Ali Kapar, Lahmiler, İslam Ansiklopedisi, Ankara, 2003, c.27, s. 54-55.
- Prof. Dr. H. İbrahim Hasan, “İslam Tarihi”, Kayıhan Yayınları, c. I, s. 17.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cahiliyyet dovrunde Erebistan yarimadasinda siyasi veziyyet Islam tarixi baximindan cahiliyyet dovrunde Erebistan yarimadasinin erazisinde mueyyen zamanlarda movcud olmus dovletler xususi onem dasimaqdadir Cunki cahiliyyet dovru ereblerinin dusunce terzini onlara siyasi iqtisadi sosial dini ve medeni aspektlerden yanasmaqla oyrene bilerik Buna ise biz ilk novbede Erebistan yarimadasinda qurulan dovletlerin tarixi inkisaf prosesini oyrenmekle nail ola bilerik Cahiliyyet dovru ereb dunyasinin movcud durumunu oyrenmek Islam tarixinin muxtelif movzularini daha rahat anlamaqda bize yardimci olacaqdir Erebistan yarimadasinin cografi xeritesiErebistan yarimadasi haqqinda qisa melumatEsil adi Sibhu Ceziretil Arab Ereb yarimadasi oldugu halda qisa sekilde Ceziretul arab deye adlandirilmisdir Sadece el Cezire de deyilir ve turk dilinde buna benzer sekilde Ereb yarimadasi evezine qisaca Erebistan adi istifade olunur Ereb yarimadasi Asiya Afrika ve Avropanin kesistiyi onemli bir noqtede yerlesir Serqde Besre ve Oman korfezleri cenubda Hind okeani ve qerbde Qirmizi deniz ile ehate olunmusdur Cenubda Babul Mendeb bogazi ile Afrikadan ayrildigi halda simalda Suveys kanali vasitesile bu qiteye birlesir Oten yuzilliyin sonlarina dogru Yemenin Merib bolgesinde aparilan arxeoloji qazintilar bu bolgenin miladdan 10 15 esr evvele gedib cixan qedim ve parlaq bir medeniyyete sahib oldugunu gostermekdedir Misir Felestin ve Mesopotamiyada oldugu kimi Erebistanda da arxeoloji qazintilar aparilana qeder bu bolgenin ilk dovr tarixi qaranliqda qalmaga mehkumdur Tedqiqatci yari gercek ve yari yanlis ferziyyelerin qaliqlari arasinda ehtiyatla hereket etmek mecburiyyetindedir Tarixci elindeki az bir qisim melumatla bu ferziyyeleri ne tamamlaya biler ne de redd ede biler Bunlarin en meshuru en secilmis iki qabaqcilinin adlarini dasiyan Vinckler Caetani nezeriyyesidir Bu nezeriyyeye gore Erebistan evveller cox mehsuldar bir bolge ve Sami qovmlerinin ana veteni idi Yarimada min illerle davamli sekilde qurumaga servet menbeleri ile su yollarinin tukenmesine ve ekinciliye elverisli torpaqlarin sehraya cevrilmesine meruz qaldi Istehsalin gerilemesile beraber ehalinin sayindaki artim bohranlara sebeb oldu Bunun neticesinde de yarimadada yasayan Sami qovmleri zamanla qonsu olkeleri istila etdiler Suryanileri Aramileri Kenanileri Finikiyalilarla Ibraniler daxil olmaqla ve nehayet mehz Erebleri munbit hilal olkelerine yonelden bu bohranlar oldu Bu halda ise tarixdeki erebler qedim zamanlarda bas veren boyuk isgallarin bunlardan ferqli xususiyyet dasimayan qaliqlaridir Erebistan geoloji baximdan hele de esasli sekilde arasdirilmamis olmasina baxmayaraq adi cekilen nezeriyyeni destekleyen bezi deliller qurumus su yollari ve olkenin qedim mehsuldarligina isare eden basqa elametler elde edilmisdir Erebistanin cografi veziyyeti haqqinda melumat veren Islam cografiyacilarindan Esmai yarimadani Yemen Necd Hicaz ve Tihame olmaqla dord Istexri ise Hicaz Necd ve Yemen olaraq uc hisseye ayirmaqdadir Yarimadani Hemdani ile Muqeddesi Sam ve Yemen adi ile iki hisseye Bekri ile Yaqud el Hemevi ise daha etrafli sekilde tesniflendirmek suretile Tihame Hicaz Necd Eruz ve Yemen olaraq bes hisseye ayirmaqdadir Muasir dovrde siyasi deyisiklikler nezere alinaraq Ereb yarimadasi Seudiyye Erebistani Yemen Oman Birlesmis Ereb Emirlikleri Qeter Behreyn ve Kuveyt serhedleri icinde qalan bolge olaraq mueyyenlesmekdedir ve erazisi 3 milyon kvadratkilometrden coxdur 3 184 515 kvadrat kilometr Islamdan evvel Ereb yarimadasinda mueyyen bir sistemin varligi bilinmemekdedir Yarimadani butunlukle hakimiyyeti altnda saxlayan merkezi idare movcud olmamisdir Ancaq yarimadanin simal serqinde Hireliler cenub qerbinde Qessaniler cenubunda yerlesen Yemende ise Sebe ve Himyer kralliqlari kimi dovletler qurulmusdur Nebatiler dovletiBu dovlet Felestinin cenubundaki qedim Edom bolgesinde qurulmusdur Serhedleri cenubda Eqebe korfezinin asagi hisselerine qeder uzanirdi Buralarda cox qedim zamanlardan Hurriler yasayirdi Bunlardan sonra Edomlular meskunlasmisdilar ki bunlar da Israil hokmdari Hz Davud ve oglu Hz Suleyman dovrunde Israil ogullari boyundurugu altindan qurtulmaq ucun calissalar da bu isteklerine ancaq ikinci Babil krali Nabuhodonosor un Israil krali Jokanias dovrunde eradan evvel 599 cu ilde Felestine hucumunda ona yardim etmek suretile muzeffer ola bilmisdiler Nabuhodonosor Edomlularin bu yardimlarina qarsiliq olaraq onlara toxunmamis onlar da serhedlerini genislendire bilmisdiler Feqet eradan evvel besinci yuzillikde serqden gelen Nebatilerin hucumlarina meruz qalaraq onlara qarisib assimlyasiyaya ugramis ve bu hadiselerden sonra meydana Nebatiler dovleti adi ile yeni bir dovlet cixmisdir Yazili menbelerde Nabat Nebat Nebit Enbat Nebati ve Nubati seklinde qeyd edilen adin yasadiqlari bolgeye istinadla fisqirmaq parlamaq menalarindaki Akkad dilinde nabatu mesderinden ve ya Tovratdaki Nabayot sexs adindan babalari olan Hz Ismayilin boyuk oglu geldiyi qeyd edilmekdedir Islami qaynaqlarda Enbatus Sevad Iraq ve Enbatus Sam Suriya olaraq iki cur behs edilen Nebatilerle elaqeli bir birinden cox ferqli fikirler ortaya atilmisdir Buna gore de 1 Nebatiler eslinde erebdir feqet xaricilerle ecem birlikde yasamalari sebebinden nesebleri qarismis ve dilleri deyismisdir 2 Sevad Nebatileri kokleri Ireme gedib cixan Aramilerdir 3 Dehhaq Iraqda bir seher qurmus ve Nebatiler bura yerlesmisdir 4 Buxtunnesr ereb esirlerini Enbarda toplamis bu sebebden de bura Enbarul Ereb deyilmis ve bunlar daha sonra Nebatilerle qarismisdir Bu dovlet en qudretli dovrunde Simali Hicazin boyuk bir hissesini ehate etmekle Eqebe korfezinden Araliq denizine qeder yayilan genis bir eraziye hakim olmusdur Kitabelerden taninan ilk kral miladdan evvel 169 cu ilde Aretasdir erebce Harisa Merkezi seheri muasir Iordaniya Kralligi torpaqlarinda yerlesen Petra seheri idi Nebati kralliginin Roma ile ilk defe elaqe qurmasi eramizdan evvel 65 ci ilde Pompeius un Petra seherini ziyaret etmesile bas tutdu Romalilar ereb kralligi ile dostluq elaqeleri qurdular Bu kralliq Roma imperatorlugunun serqdeki torpaqlari ile col arasinda bir nov serhed dovleti vezifesi dasimaqdaydi Eradan evvel 25 24 cu illerde Aelius Gallus un seferinde Nebati kralligi bir vasite olaraq istifade edildi Yemeni zebt etmekden otru Augustus terefinden gonderilen bu herbi sefer romalilarin Erebistana nufuz etmek meqsedile etdikleri tek tesebbusdur Bunun sebebi Hindistan ticaret yolunun cenub qapisini nezaret altina almaq idi Qirmizi denizin sahilindeki bir Nebati limanindan gemiye minen Aelius Gallus Yemende sahile cixaraq olkenin icerilerine qeder irelilemeyi bacardi Buna baxmayaraq sefer ugurla neticelenmedi ve romalilarin zelil halda geri cekilmesile sona catdi Nebatilerin soykoku haqqinda muxtelif fikirler ireli surulmusdur 1 Tovratda onlarin Ismayilin oglu Nabayotun soyundan geldikleri qeyd edilir Evvel Iraq etrafinda olduqlari halda daha sonralar qerbe Edom bolgesine gelmisler 2 Ereb yarimadasinin Semmar daglari erazisinden gelmisler bu halda ise birbasa Edoma deyil evvelce Mesopotamiyaya gedib meskunlasdiqdan sonra assuriyalilarin oradan qovub cixartdiqlari sebebile Edoma gelmisler 3 Besre korfezi etrafindan geldikleri kimi Petra bolgesine de haradan geldikleri mubahiseli bir movzudur Diger terefden onlarin soykoku baximindan ereb yoxsa arami olduqlari da deqiq sekilde mueyyenlesdirilmemisdir Nebatilerden qalan kitabelerin ereb dili ile yazilmasina gore hokm veren alimler onlarin arami olduqlarini soyleyirler Qedim dovrle bagli arasdirma aparan qerb tarixcilerine gore ise kitabelerde adi kecen Nebatli hokmdar adlarinin el Haris qedim yunan dilinde Aretas Ubade qedim yunan dilinde Obadas ve Malik qedim yunan dilinde Malikus olmasi onlarin ereb oldugu ehtimalini quvvetlendirir Eradan evvel IV esrin sonlarindan etibaren varligi bilinen Nebati kralliginin meydana gelme tarixi deqiq olaraq melum deyil Bu dovlet Isgenderin olumunden sonra Diadoklar zamaninda onemli rol oynamisdir Antigonos un iki defe Petra seherine gonderdiyi Suriya ordusunu meglubiyyete ugratmisdilar Miladdan evvel 170 ci ilden sonraki Nebati krallarinin adlari ve hokmranliq tarixleri daha aydin sekilde tesbit edilmekdedir Onlardan birincisi I Arethas haris en boyukleri miladdan evvel 8 ve ya miladdan sonra 40 ci iller arasinda seltenet sahibi ve Nil vadisi Eqebe korfezinden Simali Hicazin boyuk bir qismi daxil olmaqla Ferata qeder olan torpaqlarin tamamina hokmeden IV Arethas ve sonuncusu III Malicos dur Malik Dovlet Roma imperatoru Traianus zamaninda paytaxti Petra isgal edildikden sonra suqut etmis 106 bu tarixden sonra Nebatiler Sina yarimadasi ve Serqi Araliq denizi sahilleri ile Ferat cayi arasinda daginiq halda varliqlarini davam etdirmisler Eradan sonra I yuzillikde Roma Nebati elaqeleri pozuldu ve miladdan sonra 105 ci ilde imperator Traianus Nebatin simalini Palaestina Tertia adi ile taninan Roma eyaleti halina getirdi Serhed bolgelerinde yasayan ereblerden Roma Imperatorluguna hec olmasa bir imperatorun miladdan sonra 244 cu ilden 249 cu ile qeder hokm eden Filippus un yetisdiyini qeyd etmeliyik Onun olumunden sonraki dovrde Suriyanin cenub serqinde aramilesmis ereb serhed dovletlerinden ikincisi meydana geldi Bu Suriya Erebistan colunde qerb ticaret yolunun baslangic noqtesinde qurulmus olan Palmira Kralligidir Tedmurlular dovletiUcuncu esrde Sasani sahlari ile Rum imperatorlari arasinda bas vermis muharibeler ve Hebesilerin Erebistanin cenubuna mudaxile etmesi neticesinde Hind okeaninda gemilerin gedis gelisi azaldi Neticede deniz vasitesi ile olunan ticaretin evezine Erebistanin quru sehralarindan kecen ticaret yolu rovneq tapdi Bu deyisiklik neticesinde Palmira onun basqa bir adi Tedmurdur Petranin yerini evez etdi Ilk hokmdari Sasanilere qarsi muharibede yardim etdiyine gore imperator Qaluenus terefinden miladi 265 ci ilde kral olaraq taninan Odenathusdur erebce Uzeyne Onun olumunden sonra yerine dul arvadi meshur Zenobia erebce Zeyneb kecdi Bu qadin bir muddet Yaxin Serqin boyuk bir hissesinin kralicasi oldu ve klassik qaynaqlarda gosterilen Athenodorus adi ile taninan oglunu Caesar Augustus elan etdi Suriya colunun ortasindaki bir vahede Xumusun 145 kilometr serqinde Samin 260 kilometr simal serqinde yerlesir Bolgede coxlu sayda xurma agaci olduguna gore Yunan ve Roma cografiyasunaslari seheri Palmira xurma olkesi adlandirmislar Qedim dovrlerden beri seher merkezi oldugu bilinen Tedmur Mesopatamiyani Suriyaya birlesdiren tarixi ticaret yolunun onemli dayanacaqlarindan biri idi Assur hokmdari I Tiglath Pileser zamanindan e e 1116 1076 qalma kitabeler Tedmurun o dovrde bolgenin bilinen meshur seherleri arasinda yer aldigini gostermekdedir III esrde Sasanilerle Roma imperatorlugu arasinda baslanan mubarize Tedmurda bir ereb dovletinin qurulmasina sebeb oldu Tedmurun onde gedenlerinden biri olan Uzeyne Uzeyne ibn Xeyran ibn Vehbullat iki imperatorlugun mubarizesini furset bilerek Tedmurda musteqilliyini elan etdi Tedmurlular mueyyen zamanlarda romalilarin hucumlarina meruz qalmis bezen de onlarla birleserek Sasanilere hucum etmisler Son olaraq romalilar qarsisinda meglubiyyete ugramislar Roma imperatoru Orelyan 273 cu ilde sehere daxil olaraq dagitmis ve coxlu sayda insani oldurmusdu Tedmur bu hadiseden sonra bir daha ozune gele bilmemis ve olkede ticaret gerilemisdi Bundan sonra seherde xristianliq yayilmaga baslamis Islam fethlerine qeder uc yuz ilden artiq bir dovrde Roma hakimiyyetinde qalmisdir Qessaniler dovletiMerib su seddinin dagilmasindan sonra Yemenden kocerek III esrin evvellerinde Suriyada meskunlasan Qessaniler Qehtanilerin Qehlan qoluna mensubdur Qebilenin Emr ibn Muzeyqe ibn Emr Meyseme adli reisinin oglu olan Cefne Qessanilerin qurucusu ve ilk hokmdaridir Buna gore de xanedana Cefneogullari da deyilir Mesudi ise Qessanilerin ilk hokmdarinin Haris ibn Emr ibn Amir ibn Harise ibn Imreul Qeys oldugunu qeyd edir Cefne ibn Emrin rehberliyi altinda Suriyaya kocen Qessanilerin bu adi Merib su seddi basqa bir revayete gore Cohfe yaxinliginda ve ya Tihame colunde olan Qessan su hovzesinden goturdukleri qeyd edilir Yemende meskunlasdiqlari yerin adini daha sonra yerlesdikleri bolgedeki bir su hovzesine vermeleri de mumkundur Qessaniler Suriyada bir muddet Qudae qebilesinin Decaim qoluna mensub Selih qebilesinin hakimiyyeti altinda yasadilar Daha sonra onlari meglub ederek Demesq ve Tedmur bolgesini ele kecirtdiler Texminen 200 cu illerde Qessani dovletini quran Cefnenin yerine oglu Emr geldi Onun olumunden sonra ise yerine oglu Selebe ibn Emr kecdi On yeddi il hokmdarliq eden Selebe ibn Emr Hevranin etrafinda onemli memarliq fealiyyetleri heyata kecirtdi Qessaniler Suriyada ana dilleri olan erebceni qorumaqla yanasi bu bolgede danisilan arami dilini de oyrendiler Bizans imperatorlugunun vassali olan Qessaniler xristianligi qebul ederek Bizans medeniyyetinin tesiri altina dusduler Selebe ibn Emrden sonra Bizans valisi kimi hereket eden Qessani hokmdarlarindan II Haris ibn Cebele zamaninda 529 569 xanedanliq en ehtisamli dovrunu kecirdi Qessaniler Batlamios un bildirdiyine gore miladi ikinci yuzillikde Tihamede meskunlasmisdilar Daha sonra bu bolgeden simala dogru Sam serhedlerinde Belx ve Ezraq bolgesine geldiler Burada yerlesmis Qudae qebilesinin Decaim qoluna mensub olanlarla doyusub onlarii meglub ederek bolgeni zebt etdiler ve Romaya bagli olan bir dovlet qurdular Bezi qedim tarixciler onlarin 600 il hokm etdiklerini otuzdan artiq hokmdar deyisdirdiklerini bildirseler de bu movzuda cox onemli bir kitab muellifi olan Noeldek adindaki alman alimi onlarin ilk hokmdarlarinin miladi 500 cu ilde olen Ebu Semr Cebele son hokmdarlarinin ise 636 ci ilde Omer ibn Xettab terefinden hakimiyyetine son qoyulan Eyhem ibn Cebele oldugunu soyleyir Herhalda V esrden evvel qurulmus dovlet olsalar da belke de bascilarinin hokmdar adlanmasi biraz gec de bas tuta bilerdi Hemze Isfehani Emr ibn Cefnenin miladi 220 ci ilde hokmdar oldugunu qeyd edir Ilk bascilarinin adinin ve ya leqeblerinin Cefne olmasi sebebile bu dovlete Cefne ogullari dovleti de deyilir Justinyenin imperator oldugu dovrde Qessani dovleti daha da guclendi O bu qebilenin emiri olan Haris ibn Cebeleni padsahliq rutbesine qaldirdi O bu isden Qessanilerin Lexmiler muqabilinde daha da qudretlenmesi meqsedini gudurdu Qessani dovleti Islamin simaldaki ilk qelebelerine ve Suriyanin muselmanlar terefinden feth olunmasina qeder movcud olmusdur Yermuk muharibesinde Roma imperiyasinin qosunu meglub edildikden sonra bu ehalinin bir hissesi oz yerlerinde qalaraq muselmanlarla hemkarliq etmis ve basqa bir hissesi ise Roma ve ya Kicik Asiyaya getmisdir Hezreti Muhemmed Qessani emirlerinden Haris ibn Ebu Semire 628 ci ilde Islama devet mektubu gondermis basqa bir Qessani olan Busra emiri Surehbil ibn Emre yolladigi Haris ibn Umeyr adli elci Mutede olduruldukde Mute seferini teskil etmek mecburiyyetinde qalmisdir Qessanli bir heyetin Medine seherine gelerek Islami qebul etdiklerine dair de revayetler movcuddur Bu melumatlardan bele basa dusulur ki hezreti Peygember zamaninda Qessani dovleti siyasi cehetden daginiq halda idi Bununla yanasi Medine seherinde Bizansin himayesi altinda yasayan Qessaniler terefinden gele bilecek hucum tehlukesi daim hiss edilirdi Beleki Muteden sonra bas veren Tebuk seferi bu tehdide qarsi teskil edilmisdi Rasidi xelifelerinin dovrunde Qessanilerden behs etmeyen qaynaqlar Siffeyn doyusunde onlardan bezilerinin Muaviyenin terefinde yer aldiqlarini Yezidin bu qebileden bir qadinla evlendiyini bezilerinin ise Simali Afrika fethlerine qatildiqlarindan xeber verir Bugun Yaxin Serqdeki xristian ereblerin Qessanilerin neslinden olduqlari ehtimal olunur Hireliler dovletiHirenin qurulus tarixini Buxtunnesr zamanina qeder aparib cixaran bezi efsanevi revayetler movcuddur Seher ilk defe 240 ci illerde Sasanilerin verdiyi kral adi ile burada bir dovlet quran Lexmilerin III VII yuzilliklerde paytaxti ve boyuk ticaret merkezi olaraq tarix sehnesine cixmisdir Hire IV VI esrlerde Lexmilerin Bizansa qarsi Sasanilerle birge mubarize aparmalari sebebinden siyasi ve herbi baximdan onemli rola malik oldu ve sohret qazandi Lexmi krallari seheri ve etrafini bir cox qesr ve saraylarla bezediyi halda Hind ibn Noman kimi kral ailesine mensub xristian sahzadeler de burda muxtelif monastir ve kilseler tikdirdiler Etrafinda mueyyen sayda kend ve qesebeler olan Hire III Munzirin hakimiyyeti illerinde en mohtesem dovrunu kecirmisdi Lexmiler ve ya Lexm be zen onlara sonuncu padsahlarinin adi ile bagli olaraq Ali Munzir de deyirler ucuncu esrin sonundan Hire ve onunla qonsu olan torpaqlara hakim olmuslar Hire sahlari Sasani dovletine tabe olmus Rum imperiyasi ile muharibede onlara komek etmisler Gorunur Hire ehalisi Qehtani qebilesinden cenubdan muhaciret etmis ve onlar Ednani qebilesi ile bir yerde meskunlasmislar Lexm qebilesinin nufuzu Hire ve onun etrafinda genislenib quvvetlendi Onlar Ferat cokekliyinden elave Erebistanin daxiline de nufuz etdiler Hire dovleti bir sedd kimi sehra ile Iranin isgal etdiyi eraziler arasinda yerlesmisdir Bu dovletin sahlari bir terefden sehrada yasayanlarin Sasani torpaqlarina hucumunun qarsisini alir diger terefden ise Iranin komekliyi ile Rum imperiyasinin muttefiqi olan Qessanilerle muharibe edirdiler Lexmilerin dovleti VII esrin evveline qeder davam etmisdir Saylari iyirmiye qeder oldugu belli olan Lexmi hokmdarlarinin en meshuru Emr ibn Ediyyin oglu Imreul Qeysdir 288 328 ci illerde hakimiyyet basinda olan Imreul Qeys Esed ve Nizar qebilelerini oz hakimiyyetine tabe ederek dovletin genislenmesini temin etdi Bununla yanasi xristianligi qebul ederek Sasanilerden elave Bizans ile de munasibetlerini qaydaya salmis oldu Daha sonra Suriya erazisine daxil olsa da Hevranda Nemare oldu Nemarede tapilan mezardaki 329 cu il yazilmis yazi en qedim ereb kitabelerinden biridir ve hemin kitabede butun ereblerin krali Imreul Qeysin Sasani ve Bizans dovletleri terefinden vekil olaraq taninmasindan behs edilir Hire emirliyi baslarina gelen boyuk felaketler ve Iran dovletinin zeiflemesi neticesinde parcalanma ve tenezzul merhelesine qedem qoydu Lexmi xanedaninin Hire kral ailesi basina gelen felaketlerin en birincisi krallari Munzir ibn Meis Semanin Mercu Helime doyusunde Qessani krali Haris ibn Ebi Semr terefinden oldurulmesi oldu Bununla yanasi oglu da miladi 570 ci ilde Munzir ibn Haris el Qessani terefinden meglub edilmis ve oldurulmusdur Daha sonra bu xanedanin basina gelen sikintilar zencirine Munzirin ovladlari arasinda taxt ustunde bas veren mubarize elave oldu Noman ibn Munzir bu bu mubarizeden qalib ayrilsa da Iran sarayinin onun ucun hazirlamis oldugu hiyle ve teleden qurtula bilmedi Kesra onu sarayina cagirdi Noman movcud veziyyetini ereb qebile reislerine bildirib yardim istese de hec kim Kesraya qarsi ona yardim etmeye cesaret etmedi Bu halda istemeden de olsa Irana getmeye mecbur oldu Olene qeder burda qaldi Sonra Kesra Nomanin ailesinden olmadigi halda Iyas ibn Qabiseni Nomanin yerine Hire emirliyine basci secdi ve iran esilli Nahircan adli birini de seltenetde ona ortaq olaraq teyin etdi Nomanin iqtidarinin zorla elinden alinmasinin neticesi olaraq hem Hire emirliyi idareetme baximindan zeifledi hem de Sasaniler terefinden desteklenen yeni Hire emiri Iyas ile ereb qebileleri arasindan Ziqar doyusu bas verdi Bu doyusde erebler qalib gelmis Hire emiri ve iranlilar meglubiyyete ugradilmisdir Bu doyusden sonra Hire seltenetinde tek basina qalan Azad ibn Yabiyanei Hemdani 17 il hokm etmisdir Ondan sonra Hire emirliyine kecen Munzir ibn Noman ibn Munzir hakimiyyetinin sekkizinci ayi tamamlanmamis Xalid ibn Velid Hireye geldi Cahiliyyet dovrunde Erebistan yarimadasinda merkezlesdirilmis bir dovlet movcud olmamisdir Bununla bele yarimadanin muxtelif bolgelerinde mueyyen zamanlarda ayri ayri dovletler yaransalar da bu siyasi iqtisadi sosial ve medeni sabitliyin olmasini temin etmeye kifayet etmemisdir Yarimadanin xususen simal hissesinde yaranan dovletler arasinda geden mubarize zaman zaman onlarin bir birine qarsi herbi mudaxile etmelerine getirib cixarmisdir Aydindir ki bu halda onlarin inkisaf ederek guclu dovlete cevrilmesi qeyri mumkundur Butun bunlari umumilesdirerek Islamdan onceki Erebistan yarimadasinda yaranan dovletlerin mueyyen olunmus vahid hedeflerinin olmadigi neticesini elde etmis oluruq IstinadlarKudret Buyukcoskun Arabistan Islam Ansiklopedisi Istanbul 1991 c 3 s 248 Prof Dr Ibrahim Saricam Hz Muhammed ve Evrensel Mesaji Ankara 2012 s 19 Dr Neset Cagatay Islamdan once Arap tarihi ve Cahiliye Cagi Ankara 1957 s 1 Bernard Lewis Tarihte araplar Agac kitap evi yayinlari Istanbul 2009 s 35 Prof Dr Ibrahim Saricam Hz Muhammed ve Evrensel Mesaji Ankara 2012 s 20 Dr Neset Cagatay Islamdan once Arap tarihi ve Cahiliye Cagi Ankara 1957 s 34 Ahmet Agirakca Nabatiler Islam Ansiklopedisi Istanbul 2006 c 32 s 257 Bernard Lewis Tarihte araplar Agac kitap evi yayinlari Istanbul 2009 s 40 Dr Neset Cagatay Islamdan once Arap tarihi ve Cahiliye Cagi Ankara 1957 s 35 Bernard Lewis Tarihte araplar Agac kitap evi yayinlari Istanbul 2009 s 40 41 Dr Cefer Sehidi Islam tarixi ve tehliller Baki 2006 s 16 Ahmet Agirakca Tedmur Islam Ansiklopedisi Istanbul 2011 c 40 s 264 Ahmet Agirakca Tedmur Islam Ansiklopedisi Istanbul 2011 c 40 s 265 Prof Dr Ibrahim Saricam Hz Muhammed ve Evrensel Mesaji Ankara 2012 s 21 Ahmet Agirakca Gassaniler Islam Ansiklopedisi Istanbul 1996 c 13 s 397 Dr Neset Cagatay Islamdan once Arap tarihi ve Cahiliye Cagi MARS T ve S A S Matbaasi Ankara 1957 s Dr Cefer Sehidi Islam tarixi ve tehliller Baki 2006 s 18 Ahmet Agirakca Gassaniler Islam Ansiklopedisi Istanbul 1996 c 13 s 398 Huseyin Ali ed Dakuki Hire Islam Ansiklopedisi Istanbul 1998 c 18 s 122 Mehmet Ali Kapar Lahmiler Islam Ansiklopedisi Ankara 2003 c 27 s 54 55 Prof Dr H Ibrahim Hasan Islam Tarihi Kayihan Yayinlari c I s 17