Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı,Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir.
Yeni Daşkənd | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1953 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 120 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 20 |
Poçt indeksi | AZ 0943 |
Nəqliyyat kodu | 09 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Etimologiya
Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir.
XX əsr
Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bu plana əsasən ümumilikdə 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi.
Deportasiya olunanlar arasında Basarkeçər rayonunun Daşkənd kəndindən olan 130 ailə də vardı. Onlara 1953-cü ildə köçmə bileti paylanılmış və üç aylıq müvəqqəti vəsiqə verilmişdi. Köçürülmə prosesinə bir həftə qalmış yerli sakinlərdən Süleyman, Xıdır və Bayram adlı üç ağsaqqal ərazi seçimi üçün Bərdəyə gəlir və indiki Yeni Daşkənd kəndinin ərazisini tövsiyə edirlər. Beləliklə, daşkəndlilər 1953-cü il mayın 18-də yük maşınları ilə Zəngibasar rayonundakı Uluxanlı stansiyasına, oradan isə yük vaqonları ilə Yevlax Dəmiryol Stansiyasına, mayın 27-də isə yenidən yük maşınları ilə Bərdə rayonunun "Yeddi çinar" adlanan ərazisinə gətirilirlər. İlk günlərdə ailələrin rayonun 10–12 kəndində yerləşdirilməsi nəzərdə tutulsa da, Bərdə rayon rəhbərliyi daha əvvəl ərazidə olmuş ağsaqqalların xahişi və təkidi ilə ayrıca kəndin salınmasına razılıq verir. Beləliklə, həmin ilin may–iyun aylarında Yeni Daşkənd kəndinin əsası qoyulur.
1988-ci ilin noyabr–dekabr aylarında Daşkənd kəndinin qalan azərbaycanlı əhalisi yenidən deportasiyaya məruz qalır. Nəticədə daha 56 ailə Yeni Daşkəndə gələrək müvəqqəti məskunlaşır. Onlardan 18-i sonralar öz istəkləri ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürlər.
XXI əsr
21 may 2023-cü ildə Yeni Daşkənd kəndində Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, deputatlar Əhliman Əmiraslanov, Zahid Oruc, professorlar Azər Kərimov, Ələddin Allahverdiyev, akademik Abel Məhərrəmov, tədqiqatçı Araz Yaquboğlu və yerli sakinlərin iştirakı ilə bu yaşayış məntəqəsinin yaranmasının və Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndindən deportasiyanın 70 illiyi, eləcə də Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub.
Əhalisi
Demoqrafiyası
1953-cü ildə kənddə yerləşdirilən ilk 130 ailə olmuşdur. 1980-ci ildə 1280 nəfər, 1999-cu ildə 1964 nəfər (1000 kişi, 964 qadın), 2009-cu ildə 2498 nəfər (1246 kişi, 1252 qadın), 2012-ci ildə 2586 nəfər kənd əhalisi siyahıya alınmışdır.
1988-ci il deportasiyasında ata-baba yurdları olan Basarkeçər rayonunun Daşkənd kəndindən 56 ailə Yeni Daşkənd kəndinə gələrək müvəqqəti məskunlaşıb. Onlardan 38 ailə (172 nəfər) Yeni Daşkənd kəndində daimi yaşayış üçün yerləşdirilmiş, 18 ailə isə öz istəkləri ilə daimi yaşayış üçün Azərbaycanın müxtəlif yerlərinə köç etmişlər.
Hal-hazırda kənddə 630 təsərrüfat var. Kənddə 750 ailədən ibarət olmaqla 2768 nəfər əhali yaşayır. Seçicilərin sayı 1497 nəfərdir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Din
Kənd qəbiristanlığı 1954-cü ildə salınmışdır. Həmin vaxtadək vəfat edənlər qonşu İmamqulubəyli kəndinin köhnə qəbiristanlığında dəfn olunmuşdur.
2004-cü ildə kənd sakini Hacı Rövşən Vəli oğlu Quliyevin şəxsi vəsaiti ilə məscid tikilmiş, sakinlərin istifadəsinə verilmişdir.
Siyasət
Kənd sovetliyi
Yeni Daşkənd kəndi 1955-ci ilədək Şatırlı sovetliyinin tabeliyində qeydiyyata alınmış, daha sonra kənd eyniadlı sovetliyin mərkəzi olmuşdur. 19 may 1993-cü ildə Zümürxaç kəndi Yeni Daşkənd kənd sovetliyindən ayrılaraq həmin kənd mərkəz olmaqla Zümürxaç kənd sovetliyi yaradılmış, Yeni Daşkənd kənd sovetliyinin İmamqulubəyli və Dilənçilər kəndləri isə Zümürxaç kənd sovetliyinin tərkibinə verilmişdir.
Kəndin qabaqcıl sakinləri öz kəndlərinin idarəetməsində iştirak etməklə yanaşı, ayrı-ayrı illərdə Bərdənin və Ağdaşın rayon xalq deputatları sovetinə və Moskva vilayətinin Lyubertsı şəhər sovetinə də deputat seçilmişlər.
Bələdiyyə
Yeni Daşkənd bələdiyyəsi ancaq bu kəndi əhatə edir. Yeni Daşkənd bələdiyyəsi 782.41 ha (bənzi mənbələrdə 940 ha) əraziyə və 2516 nəfər əhaliyə malikdir və Yeni Daşkənd kəndində yerləşir. Bələdiyyə ərazisində ümumilikdə 566 ailə yaşayır. Seçicilərin sayı 1317 nəfərdir. Yaşayış torpaqlarının ümumi ərazisi 112 hektardır. Bələdiyyə torpaqları 135.62 ha, bələdiyyə ehtiyat fondu isə 11.40 ha təşkil edir. Torhaq sahəsinin 560 hektarı əkin üçün yaralıdır. Kənd təbii qazla təmin olunmuşdur. 2004–2008-ci illərdə 384 nömrəlik elektron ATS quraşdırılmış, Yeni Daşkənd yarımstansiyasında 4,0 MVA-lıq transformator 6,3 MVA-lıq transformatorla əvəz olunmuşdur.
Yeni Daşkənd bələdiyyəsinin hazırkı sədri Piriyev Fəzair Məzahim oğludur. O, 1 may 1963-cü ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuş, 1970–1980-ci illərdə Daşkənd kənd orta mətkəbində oxumuşdur. 1984-cü ildə Krasnodar Politexnik İnstitutuna qəbul olmuş, 1989-cu ildə institutu bitirmişdir. 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərində Yeni Daşkənd bələdiyyəsinin sədri seçilmiş, 2004-cü ilin dekabrına qədər həmin vəzifədə işləmişdir. Fəzair Piriyev kənddə sovet hakimiyyəti illərində yanmış ATS-in yenidən qurulması, CHF təşkilatının dəstəyi ilə elektrik transfarmatorlarının dəyişdirilməsinə nail olmuşdur. OKSFAM və "Uşaqları qoruyun" xarici təşkilatları ilə danışıqları nəticəsində kənddəki həkim məntəqəsini təmir etdirmişdir. 2008-ci ildə layihə əsasında Yeni Daşkənd kənd yollarının 15 km-ni qum-çınqıl materialı ilə təmir etdirmiş, 2015-ci ildə isə ABŞ səfirliyinin dəstəyi ilə kəndin bir hissəsinin su xətlərini yenilətmişdir. Onun uğurlu fəaliyyəti nəticəsində 2015–2018-ci illərdə ABŞ-nin Azərbaycanda səfiri olmuş Robert Sekuta iki dəfə Yeni Daşkənd kəndində olmuşdur. Fəzair Piriyev 2019-cu ilin dekabrında keçirilən beşinci bələdiyyə seçkilərində bir daha Yeni Daşkənd bələdiyyəsinin sədri seçilmişdir.
Sosial vəziyyəti
Sosial baxımdan ən müasir kəndlərdəndir. Kənddə mədəniyyət evi, kənd həkim məntəqəsi, 41 saylı Yeni Daşkənd kənd kitabxanası, uşaq bağçası-körpələr evi və poçt şöbəsi fəaliyyət göstərir.
Təhsil
1953-cü ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbi kimi fəaliyyətə başlamışdır. Ətrafdakı 15-ə qədər kənddə tam orta məktəb olmadığından və yeni təşkil olunan bu kənddə ali təhsilli müəllimlərin çoxluğuna görə 1953/1954-cü tədris ilində burada tam orta məktəb açılmışdır. Bu sahədə ən böyük təşəbbüskar və fədakar fəaliyyət göstərən Əliyev Tapdıq Xıdır oğlu olmuşdur. Elə o özü də məktəbin ilk direktoru olmuşdur. İlk tədris ilində kənd sakinlərinin əməyi ilə palçıq-saman qarışığından hazırlanan kərpicdən beş sinif otağı inşa edilmişdir. Hətta sinif çatışmazlığı olduğundan məktəbə yaxın olan 4–5 evdə də (Mustafanın, İbrahimin, Məhərrəmin) dərslər keçirilmişdir. Məktəbdə Bərdə rayonunun Şatırlı, Kürdborakı, Çəmənli, İmamqulubəyli, Zümürxan eləcə də Tərtər çayının sağ sahilində yerləşən Qasımbəyli, Körpüqıran, Muğanlı kəndlərindən Tərtər rayonunun isə Sarıcalı, Kürdlər həmçinin Ağdam rayonunun kəndlərindən məktəblilər tam orta təhsil almışlar. Məktəb regionda yaxşı məktəb kimi ad-san çıxarmışdır. Beləki məktəbdə digər rayonların məktəbliləri ilə yanaşı Göyçə mahalının Daşkənd, Aşağı və Yuxarı Şorca kəndlərindən də uşaqlar gələrək təhsil almış, ali məktəblərə qəbul olmuşlar.
Nəqliyyat
2009–2010-cu illərdə Azərbaycan Kənd İnvestisiya Layihəsinin "Şimal-Qərb" icma layihələri çərçivəsində kənd yollarının 13 km-i bərpa edilmişdir.
Həmin illərdə ABŞ səfirliyinin dəstəyi ilə kənd camaatının su problemi qismən həll edilmiş, Piriyev Fəzair Məzahim oglunun dəvəti ilə iki dəfə ABŞ səfiri Robert Sekuta kənddə olmuşdur.
2015-ci ildə prezident İlham Əliyev on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd–Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalamışdır. Açılış mərasimində prezidentin də iştirak etdiyi, hərəkət hissəsinin eni 6 metr olan iki hərəkət zolaqlı bu yol 2018-ci ildə istifadəyə verilmişdir.
İqtisadiyyat
Kəndin iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, bostançılıq, heyvandarlıq və baramaçılıq aparıcı rol oynayır. Əsas kənd-təsərrüfat bitkiləri pambıq, taxıl, kartof, soğan, günəbaxan, çuğundur və qarğıdalıdır.
Kənddə 1998-ci ilədək "Yeni həyat" kolxozu olmuşdur. 1955-ci ildə yaradılmış bu təşkilat Yeni Daşkənd, Zümürxaç, İmamqulubəyli və Dilənçilər kəndlərini əhatə edirdi. Kolxozun idarə heyətinin binası, maşın–traktor parkı Yeni Daşkənddə, mal-qara ferması isə İmamqulubəylidə yerləşirdi.
2018-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi layihə çərçivəsində kəndin 40 sot sahəsində istixana yaradılıb.
Görməli yerləri
1982-ci ildə Yeni Daşkənd kəndinin girişində "Şəlalə kompleksi" tikilmişdir. Tikili 1981-ci ildə "Yeni Həyat" kolxozunun sədri seçilmiş Qiyas Kərimovun və mühəndis Yaqub Hacıyevin təşəbbüsü sayəsində ərsəyə gəlmişdir. Şəlalə Bərdə-Tərtər yolu üzərində yerləşir və yoldan ötən yolçuların dayanacaq, su içmək, əl-üz yumaq üçün qısamüddətli bir istirahət yeridir.
Kənddə görməli yerlərdən biri də qədim çinarlardır. Kənd 1953-cü ildə yaradılarkən əhali həmin çinarların kölgəsində yerləşdirilmişdir. Tarixi dəqiq məlum olmasada çinarlar göz oxşayır.
Kənddə İkinci Dünya müharibəsində həlak olmuş kənd sakinlərinin xatirəsinə abidə qoyulmuşdur.
Tanınmış sakinləri
Şəhidləri
- Yasif Kərimov
- Ziyafət Balıyev
- Ziya Quliyev
- Mehdi Məhərrəmov
- Eldəniz Nəzərov
- Rəşadət Piriyev
- Elçin Hüseynov
- Firudin Həsənov
- Cəfər Cəmilov
- Səfayət Hümbətov
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. İnzibati-ərazi vahidləri (PDF) (az.). səh. 61. 2016-03-06 tarixində (PDF). İstifadə tarixi: 2016-03-10.
- Јени Дашкәнд // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 110.
- . 2014-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.
- Yaquboğlu, 2023. səh. 67–68
- AMEA Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Bakı: Şərq-Qərb. 2007. səh. 275. ISBN . 2023-06-02 tarixində . İstifadə tarixi: 2023-06-02.
- Zubok, 2007. səh. 58
- Paşayev, 1995. səh. 4
- Qurbanlı, 2018. səh. 18-20
- Həsənli, 2005. səh. 503
- Saparov, 2003. səh. 187-188
- Qurbanlı, 2018. səh. 82
- "Yeni Daşkənd kəndinin yaranmasının 70 illiyi qeyd olunub" (az.). kaspi.az. 22 may 2023. 3 iyun 2023 tarixində . İstifadə tarixi: 3 iyun 2023.
- Yaquboğlu, 2023. səh. 64
- "Azərbaycan Milli Ensiklopediyası" (az.). 4 iyun 2023 tarixində . İstifadə tarixi: 4 iyun 2023.
- Yaquboğlu, 2023. səh. 71
- Vəliyev, Vəli. "Yeni Daşkənd kəndində görüş" (az.). Respublika qəzeti. 24 may 2023. 5 iyun 2023 tarixində .
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə.. Səda, 2000. S. 68.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild.. Səda, 2010. S. 77.
- Yaquboğlu, 2023. səh. 65
- Yaquboğlu, 2023. səh. 75
- "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli 611 saylı Qərarı". 8 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2012.
- Yaquboğlu, 2023. səh. 76
- (PDF). 2016-03-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16.
- "Aqşin ŞAHİNOĞLU. "Bərdə gündən-günə müasirləşir və inkişaf edir", "Yeni Azərbaycan" qəzeti, 2009–09–05". 2016-03-05 tarixində . İstifadə tarixi: 2013-10-17.
- "Bərdə rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat". 2018-10-26 tarixində . İstifadə tarixi: 2013-08-03.
- Bərdə Poçt Filialının Yeni Daşkənd kənd poçt şöbəsi
- "Azərbaycan Kənd İnvestisiya Layihəsi: Şimal – Qərb". 2016-03-04 tarixində . İstifadə tarixi: 2013-10-16.
- "Bərdə şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və Yeni Daşkənd-Umudalılar kəndlərarası avtomobil yolunun yenidən qurulmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 13 mart 2015. 2015-03-17 tarixində . İstifadə tarixi: 2015-03-13.
- "İlham Əliyev Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib" (az.). President.az. 25 mart 2018. 5 iyun 2023 tarixində .
- Yaquboğlu, 2023. səh. 69
- Yaquboğlu, 2023. səh. 81
- "Bərdədə yeni istixana istifadəyə verilib" (az.). modern.az. 12 noyabr 2018. 5 iyun 2023 tarixində .
Mənbə
- Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006.
- Araz Yaquboğlu, , Bakı, "Nurlan", 2008.
- Araz Yaquboğlu, "Bərdə rayonundakı Yeni Daşkənd kəndi" məqaləsi, "Daşkənd və daşkəndlilər" kitabı, Bakı, "Hərbi Nəşriyyat", 2012. (az.)
- Araz Yaquboğlu. Daşkənddən Yeni Daşkəndə (PDF). Bakı: Elm və təhsil. 2023. ISBN .
- Arseny Saparov. . Cahiers du monde russe Russie Empire russe Union soviétique États indépendants. 2003.
- Vladislav Zubok. A Failed Empire: The Soviet Union in the Cold War from Stalin to Gorbachev. Chapel Hill: University of North Carolina Press. 2007.
- Ataxan Paşayev. Köçürülmə. Bakı: Gənclik. 1995. 40.
- Əsəd Qurbanlı. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası tarixindən: 1947-1953-cü illər. Bakı: Turxan NPB. 2018. 168.
- Cəmil Həsənli. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı. Bakı: Adiloğlu. 2005. 544.
Xarici keçidlər
- Yeni Daşkənd kəndinin Kosmosdan görünüşü
- Yeni Daşkənd: Wikimapia
- cityseek.org saytı [ölü keçid]
- Yeni Daşkənd
- Yeni Daşkənd Sarı səhifələr (Yellow Pages) [ölü keçid]
- Yolların siyahısı: Bərdə rayonu, R-29 (8km) — Yeni Daşkənd 2013-11-03 at the Wayback Machine
- 93 SAYLI BƏRDƏ ŞƏHƏR SEÇKİ DAİRƏSİ ÜZRƏ MƏNTƏQƏLƏR — 33 saylı məntəqə
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yeni Daskend Azerbaycan Respublikasinin Berde rayonunun eyniadli inzibati erazi vahidinde kend Deniz seviyyesinden 120 metr yukseklikde yerlesen kend rayon merkezinden 10 km qerbde Berde Terter avtomobil yolundan 2 km arali Qarabag duzunde Aran cografi bolgesindedir Terter cayi kendden 2 5 km mesafeden kecir ve kendin cenub serhedini teskil edir Yasayis menteqesi Berdenin Terter yolu ustundeki sonuncu kendi olmaqla uzunluq dairesi 40 23 9 N en dairesi 47 2 10 E olan meridianlarin kesisdiyi noqtede yerlesir Yeni Daskend kendi Terter rayonunun Saricali ve Kurdler Berde rayonunun ise Satirli Cemenli Imamqulubeyli ve Zumurxan kendleri ile hemserheddir Yeni Daskend40 23 09 sm e 47 02 10 s u Olke AzerbaycanTarixi ve cografiyasiEsasi qoyulub 1953Sahesi 9 4 km Merkezin hundurluyu 120 mSaat qursagi UTC 04 00EhalisiEhalisi 2 768 nef 2023 Reqemsal identifikatorlarTelefon kodu 994 20Poct indeksi AZ 0943Neqliyyat kodu 09Yeni Daskend Vikianbarda elaqeli mediafayllarTarixiEtimologiya Yasayis menteqesi XX esrin 50 ci illerinde Ermenistan SSR in Basarkecer rayonunun Daskend kendinden kutlevi sekilde kocurulmus aileler terefinden salindigina gore bele adlandirilmisdir Oykonimin birinci komponenti yasayis menteqesinin ikinci defe yeniden salindigini ikinci komponenti ise kohne kendin adini bildirir XX esr Turkiyeni oz tesir dairesine salmaq isteyen Sovet rehberliyine gore Ermenistanda yasayan azerbaycanlilar Turkiye ile gozlenilen munaqisede potensial besinci kolonna rolunu oynaya bilerdiler Azerbaycanlilarin tarixi torpaqlarindan kocurulmesinin sebebleri sirasinda Kremlin siyasi dairelerinde ermeni lobbisinin aktiv fealiyyeti ve xaricden Ermenistan SSR e kocurulmus ermenilerin sosial meiset seraitinin yaxsilasdirilmasi da qeyd olunurdu Bu prosesin neticesinde SSRI Nazirler Sovetinin Kolxozcularin ve basqa azerbaycanli ehalinin Ermenistan SSR den Azerbaycan SSR in Kur Araz ovaligina kocurulmesi haqqinda 23 dekabr 1947 ci il tarixli 4083 sayli qerarina uygun olaraq 1948 1950 ci illerde Ermenistan SSR in azerbaycanli ehalisinin kutlevi sekilde kocurulmesine baslanildi Bu plana esasen umumilikde 100 min azerbaycanli Ermenistandan kocurulmeli idi Deportasiya olunanlar arasinda Basarkecer rayonunun Daskend kendinden olan 130 aile de vardi Onlara 1953 cu ilde kocme bileti paylanilmis ve uc ayliq muveqqeti vesiqe verilmisdi Kocurulme prosesine bir hefte qalmis yerli sakinlerden Suleyman Xidir ve Bayram adli uc agsaqqal erazi secimi ucun Berdeye gelir ve indiki Yeni Daskend kendinin erazisini tovsiye edirler Belelikle daskendliler 1953 cu il mayin 18 de yuk masinlari ile Zengibasar rayonundaki Uluxanli stansiyasina oradan ise yuk vaqonlari ile Yevlax Demiryol Stansiyasina mayin 27 de ise yeniden yuk masinlari ile Berde rayonunun Yeddi cinar adlanan erazisine getirilirler Ilk gunlerde ailelerin rayonun 10 12 kendinde yerlesdirilmesi nezerde tutulsa da Berde rayon rehberliyi daha evvel erazide olmus agsaqqallarin xahisi ve tekidi ile ayrica kendin salinmasina raziliq verir Belelikle hemin ilin may iyun aylarinda Yeni Daskend kendinin esasi qoyulur 1988 ci ilin noyabr dekabr aylarinda Daskend kendinin qalan azerbaycanli ehalisi yeniden deportasiyaya meruz qalir Neticede daha 56 aile Yeni Daskende gelerek muveqqeti meskunlasir Onlardan 18 i sonralar oz istekleri ile Azerbaycanin muxtelif bolgelerine kocurler XXI esr 21 may 2023 cu ilde Yeni Daskend kendinde Qerbi Azerbaycan Icmasinin sedri Eziz Elekberli deputatlar Ehliman Emiraslanov Zahid Oruc professorlar Azer Kerimov Eleddin Allahverdiyev akademik Abel Meherremov tedqiqatci Araz Yaquboglu ve yerli sakinlerin istiraki ile bu yasayis menteqesinin yaranmasinin ve Goyce mahalinin Basarkecer rayonunun Daskend kendinden deportasiyanin 70 illiyi elece de Heyder Eliyevin anadan olmasinin 100 illiyi qeyd olunub EhalisiDemoqrafiyasi 1953 cu ilde kendde yerlesdirilen ilk 130 aile olmusdur 1980 ci ilde 1280 nefer 1999 cu ilde 1964 nefer 1000 kisi 964 qadin 2009 cu ilde 2498 nefer 1246 kisi 1252 qadin 2012 ci ilde 2586 nefer kend ehalisi siyahiya alinmisdir 1988 ci il deportasiyasinda ata baba yurdlari olan Basarkecer rayonunun Daskend kendinden 56 aile Yeni Daskend kendine gelerek muveqqeti meskunlasib Onlardan 38 aile 172 nefer Yeni Daskend kendinde daimi yasayis ucun yerlesdirilmis 18 aile ise oz istekleri ile daimi yasayis ucun Azerbaycanin muxtelif yerlerine koc etmisler Hal hazirda kendde 630 teserrufat var Kendde 750 aileden ibaret olmaqla 2768 nefer ehali yasayir Secicilerin sayi 1497 neferdir Texniki problemlere gore qrafikler muveqqeti olaraq sondurulub Il Sayi1953 6171980 1 280 Il Sayi1999 1 9642009 2 498 Il Sayi2012 2 5862023 2 768Din Yeni Daskendde mescid Kend qebiristanligi 1954 cu ilde salinmisdir Hemin vaxtadek vefat edenler qonsu Imamqulubeyli kendinin kohne qebiristanliginda defn olunmusdur 2004 cu ilde kend sakini Haci Rovsen Veli oglu Quliyevin sexsi vesaiti ile mescid tikilmis sakinlerin istifadesine verilmisdir SiyasetKend sovetliyi Yeni Daskend kendi 1955 ci iledek Satirli sovetliyinin tabeliyinde qeydiyyata alinmis daha sonra kend eyniadli sovetliyin merkezi olmusdur 19 may 1993 cu ilde Zumurxac kendi Yeni Daskend kend sovetliyinden ayrilaraq hemin kend merkez olmaqla Zumurxac kend sovetliyi yaradilmis Yeni Daskend kend sovetliyinin Imamqulubeyli ve Dilenciler kendleri ise Zumurxac kend sovetliyinin terkibine verilmisdir Kendin qabaqcil sakinleri oz kendlerinin idareetmesinde istirak etmekle yanasi ayri ayri illerde Berdenin ve Agdasin rayon xalq deputatlari sovetine ve Moskva vilayetinin Lyubertsi seher sovetine de deputat secilmisler Belediyye Yeni Daskend belediyyesi ancaq bu kendi ehate edir Yeni Daskend belediyyesi 782 41 ha benzi menbelerde 940 ha eraziye ve 2516 nefer ehaliye malikdir ve Yeni Daskend kendinde yerlesir Belediyye erazisinde umumilikde 566 aile yasayir Secicilerin sayi 1317 neferdir Yasayis torpaqlarinin umumi erazisi 112 hektardir Belediyye torpaqlari 135 62 ha belediyye ehtiyat fondu ise 11 40 ha teskil edir Torhaq sahesinin 560 hektari ekin ucun yaralidir Kend tebii qazla temin olunmusdur 2004 2008 ci illerde 384 nomrelik elektron ATS qurasdirilmis Yeni Daskend yarimstansiyasinda 4 0 MVA liq transformator 6 3 MVA liq transformatorla evez olunmusdur Yeni Daskend belediyyesinin hazirki sedri Piriyev Fezair Mezahim ogludur O 1 may 1963 cu ilde Basarkecer rayonunun Daskend kendinde anadan olmus 1970 1980 ci illerde Daskend kend orta metkebinde oxumusdur 1984 cu ilde Krasnodar Politexnik Institutuna qebul olmus 1989 cu ilde institutu bitirmisdir 1999 cu ilin dekabrinda kecirilen ilk belediyye seckilerinde Yeni Daskend belediyyesinin sedri secilmis 2004 cu ilin dekabrina qeder hemin vezifede islemisdir Fezair Piriyev kendde sovet hakimiyyeti illerinde yanmis ATS in yeniden qurulmasi CHF teskilatinin desteyi ile elektrik transfarmatorlarinin deyisdirilmesine nail olmusdur OKSFAM ve Usaqlari qoruyun xarici teskilatlari ile danisiqlari neticesinde kenddeki hekim menteqesini temir etdirmisdir 2008 ci ilde layihe esasinda Yeni Daskend kend yollarinin 15 km ni qum cinqil materiali ile temir etdirmis 2015 ci ilde ise ABS sefirliyinin desteyi ile kendin bir hissesinin su xetlerini yeniletmisdir Onun ugurlu fealiyyeti neticesinde 2015 2018 ci illerde ABS nin Azerbaycanda sefiri olmus Robert Sekuta iki defe Yeni Daskend kendinde olmusdur Fezair Piriyev 2019 cu ilin dekabrinda kecirilen besinci belediyye seckilerinde bir daha Yeni Daskend belediyyesinin sedri secilmisdir Sosial veziyyetiKendde poct sobesi Sosial baximdan en muasir kendlerdendir Kendde medeniyyet evi kend hekim menteqesi 41 sayli Yeni Daskend kend kitabxanasi usaq bagcasi korpeler evi ve poct sobesi fealiyyet gosterir TehsilYasif Kerimov adina Yeni Daskend kend tam orta mektebi 1953 cu ilde Berde rayonu Yeni Daskend kend orta mektebi kimi fealiyyete baslamisdir Etrafdaki 15 e qeder kendde tam orta mekteb olmadigindan ve yeni teskil olunan bu kendde ali tehsilli muellimlerin coxluguna gore 1953 1954 cu tedris ilinde burada tam orta mekteb acilmisdir Bu sahede en boyuk tesebbuskar ve fedakar fealiyyet gosteren Eliyev Tapdiq Xidir oglu olmusdur Ele o ozu de mektebin ilk direktoru olmusdur Ilk tedris ilinde kend sakinlerinin emeyi ile palciq saman qarisigindan hazirlanan kerpicden bes sinif otagi insa edilmisdir Hetta sinif catismazligi oldugundan mektebe yaxin olan 4 5 evde de Mustafanin Ibrahimin Meherremin dersler kecirilmisdir Mektebde Berde rayonunun Satirli Kurdboraki Cemenli Imamqulubeyli Zumurxan elece de Terter cayinin sag sahilinde yerlesen Qasimbeyli Korpuqiran Muganli kendlerinden Terter rayonunun ise Saricali Kurdler hemcinin Agdam rayonunun kendlerinden mektebliler tam orta tehsil almislar Mekteb regionda yaxsi mekteb kimi ad san cixarmisdir Beleki mektebde diger rayonlarin mekteblileri ile yanasi Goyce mahalinin Daskend Asagi ve Yuxari Sorca kendlerinden de usaqlar gelerek tehsil almis ali mekteblere qebul olmuslar Neqliyyat2009 2010 cu illerde Azerbaycan Kend Investisiya Layihesinin Simal Qerb icma layiheleri cercivesinde kend yollarinin 13 km i berpa edilmisdir Hemin illerde ABS sefirliyinin desteyi ile kend camaatinin su problemi qismen hell edilmis Piriyev Fezair Mezahim oglunun deveti ile iki defe ABS sefiri Robert Sekuta kendde olmusdur 2015 ci ilde prezident Ilham Eliyev on bes min nefer ehalinin yasadigi 17 yasayis menteqesini birlesdiren Yeni Daskend Umudalilar kendlerarasi avtomobil yolunun yeniden qurulmasi meqsedile Azerbaycan Respublikasinin 2015 ci il dovlet budcesinde nezerde tutulmus Azerbaycan Respublikasi Prezidentinin ehtiyat fondundan Berde Rayon Icra Hakimiyyetine 5 0 bes milyon manat ayrilmasi haqqinda serencam imzalamisdir Acilis merasiminde prezidentin de istirak etdiyi hereket hissesinin eni 6 metr olan iki hereket zolaqli bu yol 2018 ci ilde istifadeye verilmisdir IqtisadiyyatKendin iqtisadiyyatinda taxilciliq pambiqciliq bostanciliq heyvandarliq ve baramaciliq aparici rol oynayir Esas kend teserrufat bitkileri pambiq taxil kartof sogan gunebaxan cugundur ve qargidalidir Kendde 1998 ci iledek Yeni heyat kolxozu olmusdur 1955 ci ilde yaradilmis bu teskilat Yeni Daskend Zumurxac Imamqulubeyli ve Dilenciler kendlerini ehate edirdi Kolxozun idare heyetinin binasi masin traktor parki Yeni Daskendde mal qara fermasi ise Imamqulubeylide yerlesirdi 2018 ci ilde Azerbaycan Kend Teserrufati Nazirliyi ile Dunya Bankinin birge icra etdiyi layihe cercivesinde kendin 40 sot sahesinde istixana yaradilib Gormeli yerleriBerde Terter yolu uzerindeki Yeni Daskend kendinin girisindeki Selale kompleksi 1982 ci ilde Yeni Daskend kendinin girisinde Selale kompleksi tikilmisdir Tikili 1981 ci ilde Yeni Heyat kolxozunun sedri secilmis Qiyas Kerimovun ve muhendis Yaqub Haciyevin tesebbusu sayesinde erseye gelmisdir Selale Berde Terter yolu uzerinde yerlesir ve yoldan oten yolcularin dayanacaq su icmek el uz yumaq ucun qisamuddetli bir istirahet yeridir Kendde gormeli yerlerden biri de qedim cinarlardir Kend 1953 cu ilde yaradilarken ehali hemin cinarlarin kolgesinde yerlesdirilmisdir Tarixi deqiq melum olmasada cinarlar goz oxsayir Kendde Ikinci Dunya muharibesinde helak olmus kend sakinlerinin xatiresine abide qoyulmusdur Taninmis sakinleriSehidleri Yasif Kerimov Ziyafet Baliyev Ziya Quliyev Mehdi Meherremov Eldeniz Nezerov Resadet Piriyev Elcin Huseynov Firudin Hesenov Cefer Cemilov Sefayet HumbetovHemcinin baxDaskend kendiIstinadlarAzerbaycan Respublikasi Prezidentinin Isler Idaresi Inzibati erazi vahidleri PDF az seh 61 2016 03 06 tarixinde PDF Istifade tarixi 2016 03 10 Јeni Dashkәnd Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә V ҹild Italiјa Kuba Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1981 S 110 2014 07 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2013 10 15 Yaquboglu 2023 seh 67 68 AMEA Dilcilik Institutu Azerbaycan toponimlerinin ensiklopedik lugeti az II Baki Serq Qerb 2007 seh 275 ISBN 978 9952 34 156 0 2023 06 02 tarixinde Istifade tarixi 2023 06 02 Zubok 2007 seh 58 Pasayev 1995 seh 4 Qurbanli 2018 seh 18 20 Hesenli 2005 seh 503 Saparov 2003 seh 187 188 Qurbanli 2018 seh 82 Yeni Daskend kendinin yaranmasinin 70 illiyi qeyd olunub az kaspi az 22 may 2023 3 iyun 2023 tarixinde Istifade tarixi 3 iyun 2023 Yaquboglu 2023 seh 64 Azerbaycan Milli Ensiklopediyasi az 4 iyun 2023 tarixinde Istifade tarixi 4 iyun 2023 Yaquboglu 2023 seh 71 Veliyev Veli Yeni Daskend kendinde gorus az Respublika qezeti 24 may 2023 5 iyun 2023 tarixinde Azerbaycan Respublikasi ehalisinin siyahiya alinmasi 1999 cu il I hisse Seda 2000 S 68 Azerbaycan Respublikasi ehalisinin siyahiyaalinmasi 2009 cu il I cild Seda 2010 S 77 Yaquboglu 2023 seh 65 Yaquboglu 2023 seh 75 Azerbaycan Respublikasi Bilesuvar Berde Qusar Yardimli Yevlax Gedebey Goycay Lenkeran Masalli Neftcala Saatli Samux Siyezen ve Xizi rayonlarinin inzibati erazi bolgusunde qismen deyisiklik edilmesi haqqinda Azerbaycan Respublikasi Milli Meclisinin 19 may 1993 cu il tarixli 611 sayli Qerari 8 July 2012 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 8 July 2012 Yaquboglu 2023 seh 76 PDF 2016 03 09 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2013 10 16 Aqsin SAHINOGLU Berde gunden gune muasirlesir ve inkisaf edir Yeni Azerbaycan qezeti 2009 09 05 2016 03 05 tarixinde Istifade tarixi 2013 10 17 Berde rayon mektebeqeder usaq muessiseleri haqqinda melumat 2018 10 26 tarixinde Istifade tarixi 2013 08 03 Berde Poct Filialinin Yeni Daskend kend poct sobesi Azerbaycan Kend Investisiya Layihesi Simal Qerb 2016 03 04 tarixinde Istifade tarixi 2013 10 16 Berde seherinin menzil fondunun esasli temiri islerinin suretlendirilmesine ve Yeni Daskend Umudalilar kendlerarasi avtomobil yolunun yeniden qurulmasina dair elave tedbirler haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az President az 13 mart 2015 2015 03 17 tarixinde Istifade tarixi 2015 03 13 Ilham Eliyev Yeni Daskend Umudalilar avtomobil yolunun yenidenqurmadan sonra acilisinda istirak edib az President az 25 mart 2018 5 iyun 2023 tarixinde Yaquboglu 2023 seh 69 Yaquboglu 2023 seh 81 Berdede yeni istixana istifadeye verilib az modern az 12 noyabr 2018 5 iyun 2023 tarixinde MenbeAraz Yaquboglu Bir kokun budaqlari Baki Nurlan 2006 Araz Yaquboglu Baki Nurlan 2008 Araz Yaquboglu Berde rayonundaki Yeni Daskend kendi meqalesi Daskend ve daskendliler kitabi Baki Herbi Nesriyyat 2012 az Araz Yaquboglu Daskendden Yeni Daskende PDF Baki Elm ve tehsil 2023 ISBN 978 9952 568 22 6 Arseny Saparov Cahiers du monde russe Russie Empire russe Union sovietique Etats independants 2003 Vladislav Zubok A Failed Empire The Soviet Union in the Cold War from Stalin to Gorbachev Chapel Hill University of North Carolina Press 2007 Ataxan Pasayev Kocurulme Baki Genclik 1995 40 Esed Qurbanli Azerbaycanlilarin Ermenistan SSR den deportasiyasi tarixinden 1947 1953 cu iller Baki Turxan NPB 2018 168 Cemil Hesenli SSRI Turkiye soyuq muharibenin sinaq meydani Baki Adiloglu 2005 544 Xarici kecidlerVikianbarda Yeni Daskend ile elaqeli mediafayllar var Yeni Daskend kendinin Kosmosdan gorunusu Yeni Daskend Wikimapia cityseek org sayti olu kecid Yeni Daskend Yeni Daskend Sari sehifeler Yellow Pages olu kecid Yollarin siyahisi Berde rayonu R 29 8km Yeni Daskend 2013 11 03 at the Wayback Machine 93 SAYLI BERDE SEHER SECKI DAIRESI UZRE MENTEQELER 33 sayli menteqe