"Veys və Ramin" (fars. ويس و رامين) — parflar dövrünə aid olduğu güman edilən qədim İran poeması. Nəsrlə pəhləvi dilində yazılmış poema XI əsr fars şairi Fəxrəddin Əsəd Gurgani tərəfindən fars dilində nəzmə çəkilmişdir.
Veys və Ramin | |
---|---|
ويس و رامين Vis o Rāmin | |
Müəllif | Fəxrəddin Əsəd Gurgani |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərdə təsvir olunmuş hadisələrin kökü İslamdan əvvəlki İrana gedib çıxır. Hər nə qədər Gurgani hekayəni Sasanilər dövrü ilə bağlamağa çalışsa da, aparılan tədqiqatlar "Veys və Ramin" dastanının parflar dövründə, ehtimal ki, b.e. I əsrində yarandığını iddia etməyə əsas vermişdir. Şübhəsiz ki, əsərdə təsvir olunmuş hadisələr Gurganinin özünün yaşadığı dövrdən xeyli əvvəlki tarixin adətlərini əks etdirir.
Məzmunu
Poema Qərbi İranda (Cənubi Azərbaycan) Mah (Midiya) sülaləsindən olan Şəhru və Karenin qızı Vis və Şərqi İranda Mərv hökmdarı olan Mobedan Monikanın qardaşı Ramin haqqındadır. Monikan Şəhrunu hökmdar məclisində görür, onun gözəlliyinə heyran olur və onunla evlənməyi xahiş edir. Şəhru artıq evli olduğunu bildirsə də, gələcəkdə qızı doğulsa onu Monikana ərə verməyi vəd edir.
Şəhrunun qızı doğulur və onu Veys adlandırırlar. Uşağı böyüdülməsi və tərbiyə olunması üçün Xuzana göndərirlər və elə olur ki, eyni dayə həm də Veyslə həmyaşıd olan Ramini tərbiyə edir. Onlar birlikdə böyüyürlər. Veys yetginlik yaşına çatdıqda anasının yanına qayıdır və anası onu qardaşı Viru ilə evləndirir. Lakin, Beysin menstruasiya dövrünə təsdüf etdiyindən nikah tamamlanmamış qalır, çünki, zərdüşti qanunlarına görə, həmin dövrdə qadınlar toxunulmaz olurdu. Mobid Monikan toy mərasimi haqqında eşidir və qardaşı Zardı göndərərək Şəhruya vaxtilə Veysi ona ərə verəcəyi haqqında danışıqlarını xatırladır. Veys Monikanın təklifini rədd edir və getmək istəmir. Səbri tükənən Monikan Mahabada qarşı ordu yığmağa başlayır. Visin atası Karen yaranmış qarşıdurmada öldürülür, Monikan isə Viru tərəfindən yaralanır. Daha sonra Monikan ordusunu Veysin döyüşün başa çatmasını gözlədiyi Quraba gətirir. O, elçilərini Veysin yanına göndərərək müxtəlif cazibədar təkliflər qarşılığında ona ərə gəlməsini xahiş edir. Veys məğrurluqla Monikanın bütün təkliflərini rədd edir. Monikan qardaşları Zard və Ramindən məsləhət istəyir. Veysə aşiq olan Ramin Monikanı evlənmək fikrindən daşındırmağa çalışır. Lakin, digər qardaşı Zard Monikana məsləhət görür ki, Veysi əldə etmək üçün əvvəlcə onun anası Şəhrunu hədiyyələrlə ələ almaq lazımdır. Monikan Şəhruya pul və zinət əşyaları göndərərək onu qalaya buraxmasına nail olur. Daha sonra, Virunu incitmək üçün Veysi uzağa göndərir.
Mərvə geri qayıdarkən Ramin yolda Veyslə qarşılaşır, eşqin təsirindən huşunu itirərək atdan yerə yıxılır. Monikanın hərəminə yerləşdirilən Veysə çoxlu hədiyyələr verilir. Veysin dayəsi də Mərvə kimi onu müşayət edir və razı salmağa çalışır ki, Virunu unudub Monikanı qəbul etsin. Əvvəlcə Veys taleyin onun üçün təyin etdiyi həyatla razılaşa bilməsə də, sonradan hərəm həyatına uyğunlaşır.
Hələ də atasının və qaçırılmasının yasını saxlayan Veys bir il ərzində Monikana təslim olmur. Dayəsi Veys üçün, onu ay ərzində halsız göstərən talisman hazırlayır. Cadu yalnız talismanın sındırılması ilə aradan qaldırıla bilərdi və beləcə Monikan heç vaxt Veysə yaxınlaşa bilmir. Bu arada uzun müddət Veyslə əlaqə qurmağa çalışan Ramin, nəhayət ki, onunla görüşür və Monikanın müharibədə olduğu müddətdə onlar bir-birlərinə olan hisslərini aydınlaşdırırlar.
Monikan müharibədən qayıdıb Veys və onun dayəsi ilə danışdıqdan sonra aydınlaşdırır ki, Veys onun qardaşı Ramini sevir. Monikan tələb edir ki, Veys oddan keçərək təmizliyini sübut etsin. Lakin, Veys Raminlə birgə qaçır. Monikanın anası Ramin və hökmdar arasında sülh yarada bilir və onlar Mərvə qayıdırlar. Romalılara qarşı olan yürüşdə Monikan Ramini də özü ilə götürür, lakin, Ramin xəstələnərək onlardan geri qalır. Ramin geriyə, Monikan tərəfindən qalada həbs edilən və digər qardaş Zard tərəfindən qorunan Veysin yanına qayıdır. Ramin divarı atlayaraq Veysin yanına keçə bilir və Monikanın müharibədən qayıdıb onları bir otaqda tutmasına kimi vaxtını Veyslə əylənərək keçirir.
Ramin düşünür ki, onun Veyslə olan sevgisinin gələcəyi yoxdur və buna görə də, Monikandan xahiş edir ki, onu missiya ardına Maaha göndərsin. Orada Ramin Gül adlı bir qızla tanış olur və evlənir. Veys bu haqqda öyrənir və dayəsini Raminin yanına göndərir ki, onların sevgisini xatırlatsın. Ramin ona sərt cavab verir. Veys ona xəbər göndərərək qayıtmasını xahiş edir. Bu müddət ərzində Ramin evlilik həyatından bezir və geri qayıtmaq xahişi ilə Veysdən ikinci xəbəri alır. Lakin, qarlı gündə at belində Raminin Mərvə çatmasından sonra Veys qalanın başına çıxaraq onun sevgisini rədd edir. Naəlac olan Ramin oranı tərk edir. Tutduğu hərəkətdən peşman olan Veys Raminin arxasınca dayəsini göndərərək qayıtmağı xahiş edir. Onlar barışırlar.
Monikan Ramini özü ilə birgə ova aparır, bu arada Veys dayəsi və bir neçə qızla birlikdə yaxınlıqda yerləşən atəşgaha ziyarətə gəlirlər. Ramin ovu tərk edərək qadın libasları geyinir ki, qadınlarla birgə atəşgaha daxil ola bilsin, daha sonra isə Veyslə birgə qaçır. Onlar geriyə, qalaya qayıdırlar, Raminin dostunun köməyi ilə qardaşı Zardı və keşikçiləri öldürürlər. Daha sonra onlar Xəzər sahilində yerləşən Deyləmə qaçırlar. Monikan ov zamanı qaban tərəfindən öldürülür. Veys və Ramin Mərvə qayıdırlar, Ramin hökmdar kimi taxta oturur və Veyslə evlənir. Ramin 83 il ömür sürür. Hakimiyyətinin səksən birinci ilində Veys ölür və Ramin böyük oğlunun xeyrinə hakimiyyətdən əl çəkərək Veysin türbəsinə gedir, ömrünün yerdə qalan iki ilini onun türbəsində xidmətlə keçirir.
Tarixi
F. Gurgani “Veys və Ramin” poemasını 1104-1105-ci ildə (h.446) yazmışdır. Əsərin mövzusu İslam dinindən qabaq, parflar dövründə İran feodal-zadəgan hakim dairələrinin əxlaq və həyat tərzinə aiddir. Aşiqanə mövzuda yazılmış “Veys və Ramin” poeması pəhləvi dilində olan eyni adlı bir nəsr əsərinin tərcüməsindən nəzmə çəkilmişdir. Lakin, əsərin pəhləvi dilindən F. Gürgani yaxud başqası tərəfindən tərcümə olunması aydın deyildir.
Məsnəvinin vəzni həzəci-müsəddəsi-məqsur (məxzuf) bəhrindədir (məfailün, məfailün, fəülun). Əsərin həcmi doqquz min beytə yaxındır. Əsərdə iştirak edən əsas surətlər isə Veysin anası Şəhru, atası şahın qardaşı və Veysin ilk nişanlısı Viru , dayəsi, sonrakı əri Mobid və onun qardaşı Zarddır.
Əsərin ideya və məzmunu barəsində müxtəlif fikirlər vardır. Onu dəyərsiz bir əsər sayıb, tamamilə rədd edənlər və mənfi cəhətləri ilə yanaşı bəzi müsbət cəhətlərini qeyd edənlər də vardır.
Müasir İran alimi Əli Əkbər Şəhabi tarixən qədim, həcm etibarilə böyük olan bu əsərə tamamilə mənfi münasibət bəsləmiş, onu rədd etmişdir. Tədqiqatçının fikrincə, bu poemada eşqin ancaq ehtiraslı tərəfi təsvir və tərənnüm edilir. Əsərdə yüksək amaldan, mənəviyyatdan, aşiq ilə məşuqə arasındakı nəcib, həqiqi, insani əlaqədən, bəşər həyatının zinəti olan ismət və əxlaqdan bir nişanə də yoxdur.
XIV əsrin görkəmli satirik şairi və dövlət xadimi Übeyd Zagani orta əsrlərdə bu poemaya olan mənfi münasibəti ifadə edərək: “"Veys və Ramin” hekayəsini oxuyan bir qadından...əxlaq və ismət...gözləməyin”, - deyə əsərin oxunamamsını məsləhət görməmidir. Müasir İran alimi Fruzanfər yazır: “Bu poemanın şirin və ürəyəyatan olmasına baxmayaraq, şərəf və namusla uyğun olmadığına görə, heç də din və əxlaq normaları ilə düz gəlmir.” Sadıq Hidayət əsəri tamamilə ehtiras və əyləncə təsviri, əyyaşlıq və kef macərası adlandırır.
Bununla bərabər, İslam mühitindən kənar dairələrdə əsər öz əhəmiyyətini itirməmişdir. Poema, hələ XII əsrin axırlarında yaşayan gürcü şairi Sarkis Tomaçveli tərəfindən gürcü dilinə nəsrlə tərcümə olunub, “” adı ilə mənsur bir roman kimi yayılmışdır. Hətta XII əsrdə yaşayan gürcü şairlərindən Çaxuruxadze özünün “Tamaryani” əsərində, məşhur “Pələng dərisi geymiş pəhləvan” adlı əsərin müəllifi Şota Rustaveli öz əsərinin bir neçə misrasında “Veys və Ramin” poemasının qəhrəmanlarının adlarını çəkmişlər. Orta əsrlərdə Gürcüstanda əsər geniş yayılmış, sonra da dəfələrlə çap edilmiş və nahəyət 1960-cı ildə gürcü dilindən rus dilinə tərcümə olunmuşdur.
Gurgani məsnəvi janrının həzəc bəhrində mənzum eşq dastanı yazan müəlliflər içərisində ilk şairlərdən biridir. O, Firdovsinin, onun sələf və xələflərinin yazdığı hərbə və rəcəzxanlığa uyğun gələn mütəqarib bəhrini kənara qoyub, ürək oxşayan, könülə yatan əyləncəyə, musiqiyə daha uyğun gələn həzəc bəhrində aşiqanə mənzum dastan yaratmışdır.
Tədqiqi
“Veys və Ramin” məsnəvisi XIX əsrin II yarısından sonra tədqiqatçıların diqqətini çəkməyə başlamışdır. K. Qraf 1869-cu ildə “Veys və Ramin” poemasının qısa məzmunu və nisbətən geniş təhlilini verərək, əsərin o vaxta qədər əldə olunan əlyazmaları haqqında məlumat vermişdi. Bir qədər sonra H. Ete bu əsər haqqında fikir söyləyir. O, 1872-ci ildə ilk dəfə olaraq XII-XIII əsrlərdə Qərbi Avropada yayılmış “Tristan və İzolda” romanını Gurganinin “Veys və Ramin” əsərinə bənzətmiş, bu əsərin süjetinin tarixən Şərqdən Qərbə keçməsi haqqında fikir söyləmişdir.
R. R. Ştakelberq 1896-cı ildə nəşr etdirdiyi «О древностях восточных» adlı əsərində ““Veys və Ramin” məsnəvisi barəsində bir neçə söz” başlığı altında həmin poemada hələ islamdan çox qabaq qədim İran adət və ənənələri haqqında bir çox məlumat olmasından danışmışdır. R. R. Ştakelberqə görə fars ədəbiyyatında “Şahnamə”dən başqa digər epik şeirlər də vardır ki, onlar ya bilavasitə Firdovsinin əsərini tamamlayır yaxud da “Şahnamə”də toxunulmayan hadisə və qəhrəmanlardan bəhs edir. Həmin epik əsərlərdən biri də “Veys və Ramin” romanıdır ki, onu Fəxrəddin Gurgani pəhləvi dilindən tərcümə etmişdir. R. R. Ştakelberq qeyd edir ki, “Veys və Ramin” poemasında “Şahnamə”dəki baxışlar və təfəkkür tərzi özünü aydın göstərir. Çünki, həmin əsərdə farsların daxili və xarici həyatının mənzərəsi əks olunur. Əsəri oxuyarkən, oxucu öz qarşısında sanki, Sasani dövrünün əxlaq və adətlərinin təsvirini görür. Bütün bunlarla bərabər, “Veys və Ramin” əsərində İslamın təsiri də öz əksini tapır. Poemada işlədilən ərəb sözləri “Şahnamə”dəkindən daha çoxdu. İslam mifologiyasından bir sıra adlar da əsərə daxil edilmişdir.
XX əsr Danimarka şərqşünası A. Kristensen R. R. Ştakelberqin əksinə çıxış edərək, 1936-cı ildə nəşr etdirdiyi “Qədim İran ənənələrində şahların rolu” adlı əsərində “Veys və Ramin” poemasının məzmunu, tarixi və ictimai hədəfi etibarilə müəyyən bir dövrün, quruluşun, yaxud mövcud bir cəmiyyətin həyatı ilə əlaqədar bir əsər olduğunu inkar edib, poemanı fantastik və uydurma bir əsər adlandırmışdır. Əsərin qədim iran adət və ənənələri ilə bağlılığını tamamilə inkar etmişdir.
V.F.Minorski 1946-cı ildə yazdığı “Vis u Ramin, a parthian romance” adlı əsərində A. Kristensenin bu iddiasını rədd edib, R. R. Ştakelberqin fikri ilə şərik olaraq “Veys və Ramin” poemasının İranda müəyyən dövrün, tarixi ictimai şəraitin və quruluşun adət ənənəsinin inikasının təsviri olduğunu iddia etmişdir.
A. Krımski 1915-ci ildə nəşr etdirdiyi “История Персии, ее литературы и дервишской теософии” adlı əsərində “Veys və Ramin” poemasından da bəhs etmişdir.
Nizami Gəncəviyə təsiri iddiası
Bəzi tədqiqatçıların fikrincə Nizami Gəncəvi “Xosrov və Şirin”i Fəxrəddin Əsəd Gurganinin “Veys və Ramin” poemasının müstəqim təsiri altında yazmışdır.
İran alimi Səid Nəfisi Nizaminin “Xosrov və Şirin” əsəri ilə F. Gurganinin “Veys və Ramin” poemasını müqayisə edərkən söyləmişdir ki, bu iki mənzum dastan eşq macərasına həsr edilib, həzəc bəhrində yazılmış olsa da, eşq və məhəbbətin məhfumu etibarilə sözün əsil mənasında öz məzmununun səciyyəsi və qayəsi, şeriyyət və sənətkarlıq xüsusiyyətləri etibarilə kökündən bir-birinə zidd olub, müxtəlif düşüncə və təfəkkürün məhsulu olan ayrı-ayrı əsərlərdir.
Görkəmli Sovet şərqşünaslarından A.N.Boldıryev isə bu fikirdədir ki, Nizami “Veys və Ramin” əsərini yaxşı bilirdi. Onun “Xosrov və Şirin” poemasının bəzi epizodları isə, şübhəsiz ki, “Veys və Ramin” əsasında qurulmuşdur. M.İ.Zand isə yazır: “Romantik eposun ilk abidələrindən ən maraqlısı, şübhəsiz ki, Fəxrəddin Gurganinin “Veys və Ramin” poemasıdır. Bu əsər sonrakı romantik poeziyanın inkişafına, o cümlədən Nizaminin yaradıcılığına böyük təsir göstərmişdir.”
Azərbaycan alimi Q. Beqdeli isə yazır: “Nizaminin “Xosrov və Şirin” əsəri bəzi epizodlar və tarixi hadisələr etibarilə Fordovsi “Şahnamə”si ilə, süjet və kompozisiya cəhətdən isə Gurganinin “Veys və Ramin” poemasındakı iki-üç epizodla səsləşir. Aydındır ki, heç bir şairin əsəri şifahi və yazılı ədəbi ənənələrdən təcrid olunmuş halda yaranmamışdır. Nizami də öz yaradıcılığının formalaşmasında və kamilləşməsində özündən əvvəlki Şərq şerinin nailiyyətlərindən, böyük sənətkarların bədii təcrübəsindən və şifahi xalq yaradıcılığı ənənələrindən bacarıqla istifadə etmişdir. Lakin, bəzi tədqiqatçıların, Nizaminin “Xosrov və Şirin”ini Firdovsinin “Şahnamə”sinin bir hissəsinin təkrarı və ya Gurganinin “Veys və Ramin”inin təsiri ilə yazılmış bir əsər kimi qələmə verməkləri, əlbəttə ki, səhv yanaşmadır.”
İran alimi Məhəmməd Cəfər Məhcub deyir ki, “Fəxrəddin Gurganinin “Veys və Ramin” poeması üçün seçdiyi vəzn çox bəyənilmişdir. Belə ki, aşiqanə məsnəvi yazan şairlərin ən şöhrətlisi, “Xosrov və Şirin”in müəllifi Nizami Gəncəvi də onun vəznini və bəzi tərkib hissələrini təqlid etmişdir.” Əli Əkbər Şəhabi isə yazır: “Qəhrəmanları aşiq Ramin və məşuqə Veys olan bu məsnəvidə Nizaminin “Xosrov və Şirin” əsərinin əksinə aşiq və məşuqənin heç birində həqiqi eşq və insani səciyyədən bir iz də yoxdur. Məhz buna görə də, Nizami öz dastanında hər şerdə Şirinin iffət, namus və sədaqətindən danışanda Veysi məzəmmət edir. Onun əri ola-ola əyyaşlığa qurşanıb özünü başqasının ixtiyarına verməsini pisləyir.”
Vəhid Dəstgerdi bu iki əsəri müqayisə edərkən qeyd edir ki, “Nizamidən xeyli qabaq Fəxrəddin Gurgani “Veys və Ramin” əsərini nəzmə çəkmişdir. Ancaq bu əsər “Xosrov və Şirin” bərabərində o qədər kiçik, o qədər zəifdir ki, ruzigarın nəzərində tamamilə unudulmuş, quruca adı qalmışdır. Həqiqətdə isə, Yəmən əqiqi qarşısındakı atəşböcəyinə və günəş müqabilindəki bir qarı çırağına bənzər.”
İstinadlar
- Dick Davis (January 6, 2005), "Vis o Rāmin", in: İranika Ensiklopediyası Online Edition. Accessed on 01 iyun 2014.[1] 2014-02-21 at the Wayback Machine
- Beqdeli, 42
- Zərdüşt dininə görə birinci dərəcəli qohumla evlənmək olar: qardaş bacı ilə, ata öz qızı ilə evlənə bilərdi. Lakin, müasir zərdüştilərdə bu adət yoxdur və onlar qədimdə dı belə bir adətin olmasını inkar edirlər.
- Əli Əkbər Şəhabi. Dastan yazan şair Nizami., Tehran, 1337, şəmsi, s.203
- Bədiüzzəman Foruzanfər. “Söz və şairlər., 2- ci cild, s. 13-14
- Sadiq Hidayət, "Yeni xəbər" 1-ci il, 9-cu say,səh. 15
- Beqdeli, 44
- Ş.Rustaveli-Pələng dərisi geymiş pəhləvan, Bakı, 1937, səh. 37, 260
- Иранская филология, 1964, səh. 105
- Висрамиани (Вис и Рамин), Роман, перевод с древнегрузинского С. Иорданашвили, Тбилиси, 1960
- Beqdeli, 45
- K.N.Graf-Wis und Ramin (ZDMG, Bd 23, 1869, səh. 375-733
- R. Zenker – Di Tristane und das Persische Epos von Wis und Ramin, Romanische Forschungen, Bd.29, 1910, səh. 321-369
- О древностях восточных, т. II, вып. 1, М., 1896, səh. 10-23
- A. Christensen – Les Gestes des rols dans les tradition de L’Iran antique, Paris, Librairie Orientaliste Paul Geuthner, 1936
- V. Minorsky - Vis u Ramin, a parthian romance, OSOAS, 1946, v. XI, partu, səh. 741-763
- А. Крымский - История Персии, ее литературы и дервишской теософии, т. I, М., 1915, səh. 417
- Müctəba Meynəvi, Vis və Ramin, “Söz” dərgisi, 6-cı il,nömrə 1, ; Fəxrəddin Əsəd Gurgani, Vis və Ramin Məhəmməd Cəfər Məhcubun səyi ilə, müqəddimə, 1959
- Nizami Gəncəvi həyatı, əsərləri, qəsidələri, qəzəlləri.. Ustad Səid Nəfisinin çalışması. Tehran, 1338, şəmsi , s. 128
- Низами, поэмы и стихотверения, Л., 1960, səh. 12
- М.И.Занд-Шесть веков славы, М., 1964, səh. 107
- Beqdeli, 53
- Fəxrəddin Gurgani, Vis və Ramin. Məhəmməd Cavad Məhcubun səyi ilə, Tehran 1959, səh. 92
- Əbu Əli Məhəmməd Beləminin Təbəri Tarixi tərcüməsi. Cəvad Məşkurun müqəddimə və qeydləri ilə. Tehran kitabxanasının nəşri, şəmsi 1337, s. 22-221
- Filosof Nizami Gəncəvi. Gəncənin kitab xəzinəsi. Ustad mərhum Vəhid Dəstəgərdinin redaktəsilə, Tehran, 1335, s. 47
Ədəbiyyat
- Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mğvzusu, Bakı, Elm, 1970
- Julie Scott Meisami, Medieval Persian Court Poetry, Princeton, 1987.
- Vladimir Minorsky, "Vis u Ramin: A Parthian Romance," Bulletin of the School of Oriental and African Studies, vol. XI, 1943–46, pp. 741–63; Vol. XII, 1947–1948, pp. 20–35; Vol. XVI, 1954, pp. 91–92; "New Developments". Vol. XXV, 1962, pp. 275–86.
Həmçinin bax
- Fars ədəbiyyatı
- Şahnamə (digər epik fars poeması)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Veys ve Ramin deqiqlesdirme Veys ve Ramin fars ويس و رامين parflar dovrune aid oldugu guman edilen qedim Iran poemasi Nesrle pehlevi dilinde yazilmis poema XI esr fars sairi Fexreddin Esed Gurgani terefinden fars dilinde nezme cekilmisdir Veys ve Raminويس و رامين Vis o RaminMuellif Fexreddin Esed GurganiJanr mesneviOrijinalin dili fars dili Vikianbarda elaqeli mediafayllar Eserde tesvir olunmus hadiselerin koku Islamdan evvelki Irana gedib cixir Her ne qeder Gurgani hekayeni Sasaniler dovru ile baglamaga calissa da aparilan tedqiqatlar Veys ve Ramin dastaninin parflar dovrunde ehtimal ki b e I esrinde yarandigini iddia etmeye esas vermisdir Subhesiz ki eserde tesvir olunmus hadiseler Gurganinin ozunun yasadigi dovrden xeyli evvelki tarixin adetlerini eks etdirir MezmunuXeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir Iki asiq miniaturu ressam Rza Abbasi 1629 1630 Sefeviler imperiyasi Metropoliten muzeyi Poema Qerbi Iranda Cenubi Azerbaycan Mah Midiya sulalesinden olan Sehru ve Karenin qizi Vis ve Serqi Iranda Merv hokmdari olan Mobedan Monikanin qardasi Ramin haqqindadir Monikan Sehrunu hokmdar meclisinde gorur onun gozelliyine heyran olur ve onunla evlenmeyi xahis edir Sehru artiq evli oldugunu bildirse de gelecekde qizi dogulsa onu Monikana ere vermeyi ved edir Sehrunun qizi dogulur ve onu Veys adlandirirlar Usagi boyudulmesi ve terbiye olunmasi ucun Xuzana gonderirler ve ele olur ki eyni daye hem de Veysle hemyasid olan Ramini terbiye edir Onlar birlikde boyuyurler Veys yetginlik yasina catdiqda anasinin yanina qayidir ve anasi onu qardasi Viru ile evlendirir Lakin Beysin menstruasiya dovrune tesduf etdiyinden nikah tamamlanmamis qalir cunki zerdusti qanunlarina gore hemin dovrde qadinlar toxunulmaz olurdu Mobid Monikan toy merasimi haqqinda esidir ve qardasi Zardi gondererek Sehruya vaxtile Veysi ona ere vereceyi haqqinda danisiqlarini xatirladir Veys Monikanin teklifini redd edir ve getmek istemir Sebri tukenen Monikan Mahabada qarsi ordu yigmaga baslayir Visin atasi Karen yaranmis qarsidurmada oldurulur Monikan ise Viru terefinden yaralanir Daha sonra Monikan ordusunu Veysin doyusun basa catmasini gozlediyi Quraba getirir O elcilerini Veysin yanina gondererek muxtelif cazibedar teklifler qarsiliginda ona ere gelmesini xahis edir Veys megrurluqla Monikanin butun tekliflerini redd edir Monikan qardaslari Zard ve Raminden meslehet isteyir Veyse asiq olan Ramin Monikani evlenmek fikrinden dasindirmaga calisir Lakin diger qardasi Zard Monikana meslehet gorur ki Veysi elde etmek ucun evvelce onun anasi Sehrunu hediyyelerle ele almaq lazimdir Monikan Sehruya pul ve zinet esyalari gondererek onu qalaya buraxmasina nail olur Daha sonra Virunu incitmek ucun Veysi uzaga gonderir Merve geri qayidarken Ramin yolda Veysle qarsilasir esqin tesirinden husunu itirerek atdan yere yixilir Monikanin heremine yerlesdirilen Veyse coxlu hediyyeler verilir Veysin dayesi de Merve kimi onu musayet edir ve razi salmaga calisir ki Virunu unudub Monikani qebul etsin Evvelce Veys taleyin onun ucun teyin etdiyi heyatla razilasa bilmese de sonradan herem heyatina uygunlasir Hele de atasinin ve qacirilmasinin yasini saxlayan Veys bir il erzinde Monikana teslim olmur Dayesi Veys ucun onu ay erzinde halsiz gosteren talisman hazirlayir Cadu yalniz talismanin sindirilmasi ile aradan qaldirila bilerdi ve belece Monikan hec vaxt Veyse yaxinlasa bilmir Bu arada uzun muddet Veysle elaqe qurmaga calisan Ramin nehayet ki onunla gorusur ve Monikanin muharibede oldugu muddetde onlar bir birlerine olan hisslerini aydinlasdirirlar Monikan muharibeden qayidib Veys ve onun dayesi ile danisdiqdan sonra aydinlasdirir ki Veys onun qardasi Ramini sevir Monikan teleb edir ki Veys oddan kecerek temizliyini subut etsin Lakin Veys Raminle birge qacir Monikanin anasi Ramin ve hokmdar arasinda sulh yarada bilir ve onlar Merve qayidirlar Romalilara qarsi olan yurusde Monikan Ramini de ozu ile goturur lakin Ramin xestelenerek onlardan geri qalir Ramin geriye Monikan terefinden qalada hebs edilen ve diger qardas Zard terefinden qorunan Veysin yanina qayidir Ramin divari atlayaraq Veysin yanina kece bilir ve Monikanin muharibeden qayidib onlari bir otaqda tutmasina kimi vaxtini Veysle eylenerek kecirir Ramin dusunur ki onun Veysle olan sevgisinin geleceyi yoxdur ve buna gore de Monikandan xahis edir ki onu missiya ardina Maaha gondersin Orada Ramin Gul adli bir qizla tanis olur ve evlenir Veys bu haqqda oyrenir ve dayesini Raminin yanina gonderir ki onlarin sevgisini xatirlatsin Ramin ona sert cavab verir Veys ona xeber gondererek qayitmasini xahis edir Bu muddet erzinde Ramin evlilik heyatindan bezir ve geri qayitmaq xahisi ile Veysden ikinci xeberi alir Lakin qarli gunde at belinde Raminin Merve catmasindan sonra Veys qalanin basina cixaraq onun sevgisini redd edir Naelac olan Ramin orani terk edir Tutdugu hereketden pesman olan Veys Raminin arxasinca dayesini gondererek qayitmagi xahis edir Onlar barisirlar Monikan Ramini ozu ile birge ova aparir bu arada Veys dayesi ve bir nece qizla birlikde yaxinliqda yerlesen atesgaha ziyarete gelirler Ramin ovu terk ederek qadin libaslari geyinir ki qadinlarla birge atesgaha daxil ola bilsin daha sonra ise Veysle birge qacir Onlar geriye qalaya qayidirlar Raminin dostunun komeyi ile qardasi Zardi ve kesikcileri oldururler Daha sonra onlar Xezer sahilinde yerlesen Deyleme qacirlar Monikan ov zamani qaban terefinden oldurulur Veys ve Ramin Merve qayidirlar Ramin hokmdar kimi taxta oturur ve Veysle evlenir Ramin 83 il omur surur Hakimiyyetinin seksen birinci ilinde Veys olur ve Ramin boyuk oglunun xeyrine hakimiyyetden el cekerek Veysin turbesine gedir omrunun yerde qalan iki ilini onun turbesinde xidmetle kecirir Xeberdarligin sonu TarixiPoemanin gurcu dilinde elyazmasinin miniaturlu sehifesi 1729 Milli Elyazmalar Merkezi Tbilisi F Gurgani Veys ve Ramin poemasini 1104 1105 ci ilde h 446 yazmisdir Eserin movzusu Islam dininden qabaq parflar dovrunde Iran feodal zadegan hakim dairelerinin exlaq ve heyat terzine aiddir Asiqane movzuda yazilmis Veys ve Ramin poemasi pehlevi dilinde olan eyni adli bir nesr eserinin tercumesinden nezme cekilmisdir Lakin eserin pehlevi dilinden F Gurgani yaxud basqasi terefinden tercume olunmasi aydin deyildir Mesnevinin vezni hezeci museddesi meqsur mexzuf behrindedir mefailun mefailun feulun Eserin hecmi doqquz min beyte yaxindir Eserde istirak eden esas suretler ise Veysin anasi Sehru atasi sahin qardasi ve Veysin ilk nisanlisi Viru dayesi sonraki eri Mobid ve onun qardasi Zarddir Eserin ideya ve mezmunu baresinde muxtelif fikirler vardir Onu deyersiz bir eser sayib tamamile redd edenler ve menfi cehetleri ile yanasi bezi musbet cehetlerini qeyd edenler de vardir Muasir Iran alimi Eli Ekber Sehabi tarixen qedim hecm etibarile boyuk olan bu esere tamamile menfi munasibet beslemis onu redd etmisdir Tedqiqatcinin fikrince bu poemada esqin ancaq ehtirasli terefi tesvir ve terennum edilir Eserde yuksek amaldan meneviyyatdan asiq ile mesuqe arasindaki necib heqiqi insani elaqeden beser heyatinin zineti olan ismet ve exlaqdan bir nisane de yoxdur XIV esrin gorkemli satirik sairi ve dovlet xadimi Ubeyd Zagani orta esrlerde bu poemaya olan menfi munasibeti ifade ederek Veys ve Ramin hekayesini oxuyan bir qadindan exlaq ve ismet gozlemeyin deye eserin oxunamamsini meslehet gormemidir Muasir Iran alimi Fruzanfer yazir Bu poemanin sirin ve ureyeyatan olmasina baxmayaraq seref ve namusla uygun olmadigina gore hec de din ve exlaq normalari ile duz gelmir Sadiq Hidayet eseri tamamile ehtiras ve eylence tesviri eyyasliq ve kef macerasi adlandirir Bununla beraber Islam muhitinden kenar dairelerde eser oz ehemiyyetini itirmemisdir Poema hele XII esrin axirlarinda yasayan gurcu sairi Sarkis Tomacveli terefinden gurcu diline nesrle tercume olunub adi ile mensur bir roman kimi yayilmisdir Hetta XII esrde yasayan gurcu sairlerinden Caxuruxadze ozunun Tamaryani eserinde meshur Peleng derisi geymis pehlevan adli eserin muellifi Sota Rustaveli oz eserinin bir nece misrasinda Veys ve Ramin poemasinin qehremanlarinin adlarini cekmisler Orta esrlerde Gurcustanda eser genis yayilmis sonra da defelerle cap edilmis ve naheyet 1960 ci ilde gurcu dilinden rus diline tercume olunmusdur Gurgani mesnevi janrinin hezec behrinde menzum esq dastani yazan muellifler icerisinde ilk sairlerden biridir O Firdovsinin onun selef ve xeleflerinin yazdigi herbe ve recezxanliga uygun gelen muteqarib behrini kenara qoyub urek oxsayan konule yatan eylenceye musiqiye daha uygun gelen hezec behrinde asiqane menzum dastan yaratmisdir TedqiqiPoemanin gurcu dilinde elyazmasinin miniaturlu sehifesi 1729 Milli Elyazmalar Merkezi Tbilisi Veys ve Ramin mesnevisi XIX esrin II yarisindan sonra tedqiqatcilarin diqqetini cekmeye baslamisdir K Qraf 1869 cu ilde Veys ve Ramin poemasinin qisa mezmunu ve nisbeten genis tehlilini vererek eserin o vaxta qeder elde olunan elyazmalari haqqinda melumat vermisdi Bir qeder sonra H Ete bu eser haqqinda fikir soyleyir O 1872 ci ilde ilk defe olaraq XII XIII esrlerde Qerbi Avropada yayilmis Tristan ve Izolda romanini Gurganinin Veys ve Ramin eserine benzetmis bu eserin sujetinin tarixen Serqden Qerbe kecmesi haqqinda fikir soylemisdir R R Stakelberq 1896 ci ilde nesr etdirdiyi O drevnostyah vostochnyh adli eserinde Veys ve Ramin mesnevisi baresinde bir nece soz basligi altinda hemin poemada hele islamdan cox qabaq qedim Iran adet ve eneneleri haqqinda bir cox melumat olmasindan danismisdir R R Stakelberqe gore fars edebiyyatinda Sahname den basqa diger epik seirler de vardir ki onlar ya bilavasite Firdovsinin eserini tamamlayir yaxud da Sahname de toxunulmayan hadise ve qehremanlardan behs edir Hemin epik eserlerden biri de Veys ve Ramin romanidir ki onu Fexreddin Gurgani pehlevi dilinden tercume etmisdir R R Stakelberq qeyd edir ki Veys ve Ramin poemasinda Sahname deki baxislar ve tefekkur terzi ozunu aydin gosterir Cunki hemin eserde farslarin daxili ve xarici heyatinin menzeresi eks olunur Eseri oxuyarken oxucu oz qarsisinda sanki Sasani dovrunun exlaq ve adetlerinin tesvirini gorur Butun bunlarla beraber Veys ve Ramin eserinde Islamin tesiri de oz eksini tapir Poemada isledilen ereb sozleri Sahname dekinden daha coxdu Islam mifologiyasindan bir sira adlar da esere daxil edilmisdir XX esr Danimarka serqsunasi A Kristensen R R Stakelberqin eksine cixis ederek 1936 ci ilde nesr etdirdiyi Qedim Iran enenelerinde sahlarin rolu adli eserinde Veys ve Ramin poemasinin mezmunu tarixi ve ictimai hedefi etibarile mueyyen bir dovrun qurulusun yaxud movcud bir cemiyyetin heyati ile elaqedar bir eser oldugunu inkar edib poemani fantastik ve uydurma bir eser adlandirmisdir Eserin qedim iran adet ve eneneleri ile bagliligini tamamile inkar etmisdir V F Minorski 1946 ci ilde yazdigi Vis u Ramin a parthian romance adli eserinde A Kristensenin bu iddiasini redd edib R R Stakelberqin fikri ile serik olaraq Veys ve Ramin poemasinin Iranda mueyyen dovrun tarixi ictimai seraitin ve qurulusun adet enenesinin inikasinin tesviri oldugunu iddia etmisdir A Krimski 1915 ci ilde nesr etdirdiyi Istoriya Persii ee literatury i dervishskoj teosofii adli eserinde Veys ve Ramin poemasindan da behs etmisdir Nizami Genceviye tesiri iddiasi Esas meqale Xosrov ve Sirin Nizami Bezi tedqiqatcilarin fikrince Nizami Gencevi Xosrov ve Sirin i Fexreddin Esed Gurganinin Veys ve Ramin poemasinin musteqim tesiri altinda yazmisdir Iran alimi Seid Nefisi Nizaminin Xosrov ve Sirin eseri ile F Gurganinin Veys ve Ramin poemasini muqayise ederken soylemisdir ki bu iki menzum dastan esq macerasina hesr edilib hezec behrinde yazilmis olsa da esq ve mehebbetin mehfumu etibarile sozun esil menasinda oz mezmununun seciyyesi ve qayesi seriyyet ve senetkarliq xususiyyetleri etibarile kokunden bir birine zidd olub muxtelif dusunce ve tefekkurun mehsulu olan ayri ayri eserlerdir Gorkemli Sovet serqsunaslarindan A N Boldiryev ise bu fikirdedir ki Nizami Veys ve Ramin eserini yaxsi bilirdi Onun Xosrov ve Sirin poemasinin bezi epizodlari ise subhesiz ki Veys ve Ramin esasinda qurulmusdur M I Zand ise yazir Romantik eposun ilk abidelerinden en maraqlisi subhesiz ki Fexreddin Gurganinin Veys ve Ramin poemasidir Bu eser sonraki romantik poeziyanin inkisafina o cumleden Nizaminin yaradiciligina boyuk tesir gostermisdir Azerbaycan alimi Q Beqdeli ise yazir Nizaminin Xosrov ve Sirin eseri bezi epizodlar ve tarixi hadiseler etibarile Fordovsi Sahname si ile sujet ve kompozisiya cehetden ise Gurganinin Veys ve Ramin poemasindaki iki uc epizodla seslesir Aydindir ki hec bir sairin eseri sifahi ve yazili edebi enenelerden tecrid olunmus halda yaranmamisdir Nizami de oz yaradiciliginin formalasmasinda ve kamillesmesinde ozunden evvelki Serq serinin nailiyyetlerinden boyuk senetkarlarin bedii tecrubesinden ve sifahi xalq yaradiciligi enenelerinden bacariqla istifade etmisdir Lakin bezi tedqiqatcilarin Nizaminin Xosrov ve Sirin ini Firdovsinin Sahname sinin bir hissesinin tekrari ve ya Gurganinin Veys ve Ramin inin tesiri ile yazilmis bir eser kimi qeleme vermekleri elbette ki sehv yanasmadir Iran alimi Mehemmed Cefer Mehcub deyir ki Fexreddin Gurganinin Veys ve Ramin poemasi ucun secdiyi vezn cox beyenilmisdir Bele ki asiqane mesnevi yazan sairlerin en sohretlisi Xosrov ve Sirin in muellifi Nizami Gencevi de onun veznini ve bezi terkib hisselerini teqlid etmisdir Eli Ekber Sehabi ise yazir Qehremanlari asiq Ramin ve mesuqe Veys olan bu mesnevide Nizaminin Xosrov ve Sirin eserinin eksine asiq ve mesuqenin hec birinde heqiqi esq ve insani seciyyeden bir iz de yoxdur Mehz buna gore de Nizami oz dastaninda her serde Sirinin iffet namus ve sedaqetinden danisanda Veysi mezemmet edir Onun eri ola ola eyyasliga qursanib ozunu basqasinin ixtiyarina vermesini pisleyir Vehid Destgerdi bu iki eseri muqayise ederken qeyd edir ki Nizamiden xeyli qabaq Fexreddin Gurgani Veys ve Ramin eserini nezme cekmisdir Ancaq bu eser Xosrov ve Sirin beraberinde o qeder kicik o qeder zeifdir ki ruzigarin nezerinde tamamile unudulmus quruca adi qalmisdir Heqiqetde ise Yemen eqiqi qarsisindaki atesboceyine ve gunes muqabilindeki bir qari ciragina benzer IstinadlarDick Davis January 6 2005 Vis o Ramin in Iranika Ensiklopediyasi Online Edition Accessed on 01 iyun 2014 1 2014 02 21 at the Wayback Machine Beqdeli 42 Zerdust dinine gore birinci dereceli qohumla evlenmek olar qardas baci ile ata oz qizi ile evlene bilerdi Lakin muasir zerdustilerde bu adet yoxdur ve onlar qedimde di bele bir adetin olmasini inkar edirler Eli Ekber Sehabi Dastan yazan sair Nizami Tehran 1337 semsi s 203 Bediuzzeman Foruzanfer Soz ve sairler 2 ci cild s 13 14 Sadiq Hidayet Yeni xeber 1 ci il 9 cu say seh 15 Beqdeli 44 S Rustaveli Peleng derisi geymis pehlevan Baki 1937 seh 37 260 Iranskaya filologiya 1964 seh 105 Visramiani Vis i Ramin Roman perevod s drevnegruzinskogo S Iordanashvili Tbilisi 1960 Beqdeli 45 K N Graf Wis und Ramin ZDMG Bd 23 1869 seh 375 733 R Zenker Di Tristane und das Persische Epos von Wis und Ramin Romanische Forschungen Bd 29 1910 seh 321 369 O drevnostyah vostochnyh t II vyp 1 M 1896 seh 10 23 A Christensen Les Gestes des rols dans les tradition de L Iran antique Paris Librairie Orientaliste Paul Geuthner 1936 V Minorsky Vis u Ramin a parthian romance OSOAS 1946 v XI partu seh 741 763 A Krymskij Istoriya Persii ee literatury i dervishskoj teosofii t I M 1915 seh 417 Mucteba Meynevi Vis ve Ramin Soz dergisi 6 ci il nomre 1 Fexreddin Esed Gurgani Vis ve Ramin Mehemmed Cefer Mehcubun seyi ile muqeddime 1959 Nizami Gencevi heyati eserleri qesideleri qezelleri Ustad Seid Nefisinin calismasi Tehran 1338 semsi s 128 Nizami poemy i stihotvereniya L 1960 seh 12 M I Zand Shest vekov slavy M 1964 seh 107 Beqdeli 53 Fexreddin Gurgani Vis ve Ramin Mehemmed Cavad Mehcubun seyi ile Tehran 1959 seh 92 Ebu Eli Mehemmed Beleminin Teberi Tarixi tercumesi Cevad Meskurun muqeddime ve qeydleri ile Tehran kitabxanasinin nesri semsi 1337 s 22 221 Filosof Nizami Gencevi Gencenin kitab xezinesi Ustad merhum Vehid Destegerdinin redaktesile Tehran 1335 s 47EdebiyyatQ Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin mgvzusu Baki Elm 1970 Julie Scott Meisami Medieval Persian Court Poetry Princeton 1987 Vladimir Minorsky Vis u Ramin A Parthian Romance Bulletin of the School of Oriental and African Studies vol XI 1943 46 pp 741 63 Vol XII 1947 1948 pp 20 35 Vol XVI 1954 pp 91 92 New Developments Vol XXV 1962 pp 275 86 Hemcinin baxFars edebiyyati Sahname diger epik fars poemasi