Vərqa və Gülşa — XIV əsrdə yaşamış Azərbaycan şairi Yusif Məddah tərəfindən qələmə alınmış əsər. Ərəb əfsanəsi olan, buna baxmayaraq ilk dəfə İran ədəbiyyatında məsnəvi kimi görünən Vərqa və Gülşa hekayəsi Qəznəvilər dövründə Əyyuqi adlı bir şair tərəfindən qələmə alınıb. Bu mövzu İran ədəbiyyatının digər məsnəvi mövzuları kimi geniş yayılmayıb. Vərqa və Gülşa mövzusu türk ədəbiyyatında ilk dəfə 1368–1369-cu ildə Yusif Məddah tərəfindən işlənilib.
Vərqa və Gülşa | |
---|---|
Janr | məsnəvi |
Müəllif | Yusif Məddah |
Orijinal dili | Şərqi Oğuz türkcəsi |
Yazılma ili | 1368-1369 |
Müəllif
Yusif Məddahın həyatı haqqında çox məlumat yoxdur. XIV əsrdə yaşadığı məlumdur. Lakin onun doğum və ölüm tarixi məlum deyil. Onun adı sadəcə Şeyxoğlunun "Kənzül Kübəra və Məhəkkül-Uləma" adlı əsərində çəkilir. Müəllif həmçinin əsərinə Vərqa və Gülşa məsnəvisindən aşağıdakı beyti daxil edib:
"Sənligün gedər hicab olmuş sənə
Sən onun üzünə onsuz baxsana"
İ. Hikmət şairi daha çox Azərbaycan ərazisində xalq arasında dolaşan və öz əsərlərini xalq kütlələrinə oxuyan bir dərviş hesab edir. Bu mülahizəni söyləyərkən о, əsasən, Yusif Məddahın fars dilində yazdığı ''Xamuşnamə'' məsnəvisindəki fikirlərə əsaslanır. Çünki burada ötəri də olsa, bu barədə məlumat verilmişdir. Sənətkar ''Vərqa və Gülşah'' pоemasının sonunda öz adını işlədərək yazır:
Yusifi Məddahi-biçarə anun,
Еşqi yolunda fəda eylə canun
Çox ehtimal ki, şairin əsl adı Yusifdir, Məddah isə onun təxəllüsüdür. ''Məddah'' sözünün bir mənası Allahı, peyğəmbəri və başqa müqəddəs şəxsiyyətləri öyən, mədh edən deməkdir.
Sənətkarın ''Vərqa və Gülşa'' pоemasından əlavə 3 əsərinin olduğu da bəllidir:
1.''Xamuşnamə'';
2.''Dastani-İblis Əleyhillanə'';
3.''Məqtəl-i Hüseyn''.
Fars dilində məsnəvi formasında yazılmış ''Xamuşnamə''də susmağın hikmət və fəzilətlərindən danışılır. İkinci əsər Məhəmməd peyğəmbərlə Şeytan arasında baş verən bir əhvalatla əlaqədar məsnəvidir. Üçüncü əsər – '''' isə Əbu Mihənfdən tərcümədir. Əsər 1361-ci ildə Candaroğluları hökmdarlarından Kötürüm Bəyazidə həsr olunmuşdur.
Tədqiqi
Yusif Məddahın ən məşhur əsəri hesab edilən Vərqa və Gülşa məsnəvisi barədə elm aləminə ilk dəfə M. Fuad Körpülü məlumat vermişdir.Daha sonra əsərə yığcam giriş yazıb, sözlük tərtib etmiş, habelə Vərqa və Gülşa poemasının Türkiyədə qorunub saxlanılan hər iki nüsxəsinin fotofaksimilesini vermişdir. Bundan sonra abidə bir müddət unudulmuşdur.
1976-cı ldə Greys Martin Smit "Yusuf-ı Meddah, Varqa ve Gülşah A Fourteenth Century Anatolian Turkish Mesnevi" adlı məqaləsində adı çəkilən məsnəvinin tədqiqinə dair əhəmiyyətli məlumatlar vermişdir.
1977-ci ildə ədəbiyyatşünas alim Əliyar Səfərli Məshinin “Vərqa və Gülşa” poemasını tərtib edərkən əsərə yazdığı ön sözdə XIV əsrdə qələmə alınan bu məsnəvidən də söz edir və hər iki əsəri sənətkarlıq və bədii cəhətdən müqayisə edir.
Pоemanın dili üzərində geniş elmi araşdırma aparan C.Qəhrəmanov və Z. Hacıyeva da əsərin Azərbaycan türkcəsində yazıldığını ibarədə sübutlar təqdim etmiş, həmçinin onun əldə olan tam mətnini 1988-ci ildə geniş sözlə birlikdə Bakıda tərtib və nəşr etdirmişlər.
Əsər Türkiyədə 2001-ci ildə türk alim Kazım Göktəkin tədqiqatı və nəşri ilə istifadəyə verilib. 2007-ci ildə Göktəkin məsnəvinin tənqidi mətnini nəşr etdirir. Burada həm dilçilik baxımından araşdırmalara həm də Yusif Məddahın həyatı və fəaliyyəti haqqında məlumatlara yer verilib.
Məzmunu
Məhəmməd Pеyğəmbərin dövründə Məkkədə Bəni-Şеybə qəbiləsinin Hümam və Hilal adlı iki rəisi vardır. Bunlar qardaşdırlar. Bir gün Hümamın oğlu, Hilalın isə qızı olur. Oğlana Vərqa qıza isə Gülşah adı verirlər və onları beşikkərtmə edirlər. 5 yaşlarına çatdıqda elm və ədəb öyrənmək üçün məktəbə göndərilirlər və burada bir birlərinə aşiq olurlar. 7 yaşa çatdıqda hər ikisinə silah təlimi verilir. 12 yaşlarında qəbilə rəisləri uşaqların evləndirilməsinə qərar verirlər və toyları edilir. Bu hadisələr baş verərkən Bəni Zeyf qəbiləsinin başçısı Bəni Əmr Gülşahın gözəlliyini eşidir və ona aşiq olur. O, Gülşahı atasından istəmək üçün yola çıxır və yolda ikən toy xəbərini eşidəndə toya basqın edir və Gülşahı qaçırır.
Toy epizodu Gülşahın qaçırılması ilə başlayır. Bu bəyin altmış min əsgərinə qarşı Vərqa tayfasının on iki min əsgəri var. Vərqa hücum planını dəyişir və onlar haqqında məlumat toplamaq üçün düşmən qəbiləsinə casuslar göndərir. Bir gecə Vərqa Gülşahı qaldığı çadırdan qaçıraraq xilas edir, lakin Bəni Əmr onların arxasınca gedəndə Gülşah onunla döyüşmək üçün çıxır və yenidən əsir düşür. Sonrakı döyüşlərdə Bəni Əmr Vərqanın atası Hümamı öldürür. Son döyüşdə Vərqanın atının büdrəməsi nəticəsində Vərqa Bəni Əmr tərəfindən əsir götürülür. Gülşahın hiləsi nəticəsində Gülşah və Vərqa bir gecə Bəni Əmri öldürür və sevgililər öz qəbilələrinə qayıdırlar. Yenidən toy planlaşdırılsa da, Gülşahın anası süd haqqı istəyir, amma yetim qalan Vərqanın buna gücü çatmır. Vərqa himayəsində olan qara qulam vasitəsilə dayısı Yəmən şahına məktub göndərərək ondan bu problemin həllinə kömək etməsini xahiş edir, lakin Vərqa dayısından cavab almır. Maraqlısı budur ki, məktub gəlmədiyi kimi, qulam da gəlmir.
Vərqa dayısının yanına getmək üçün yola çıxır və yolda dayısının düşmən tayfası ilə döyüşdüyünü öyrənir. Dayısı ona məktub gəlmədiyini bildirir. Düşmən tayfasının ağası Məlik Əntərdir. Vərqa dayısına kömək etmək istəyir və igidliyi ilə dəfələrlə Məlik Ənterə qalib gəlir. Döyüşdən vaz keçən Məlik Əntərin hiyləgər vəziri intriqa planlaşdırır və Məlik Əntəri geri çəkilmək qərarından çəkindirir. Hadisələrin axarını dəyişən bu hiylə ilə Vərqa ələ keçirilir. Vərqanın ölümdən qorxmaması və Gülşahla görüşmək üçün yalvarması cəllada çox təsir edir. Söhbət edirlər və bir-birlərini tanımağa başlayırlar. Bu cəllad məktubu Vərqanın dayısına aparan qara qulamdır; O, yolda oğrular tərəfindən tutulub və ağasını utandırmamaq üçün geri qayıtmayıb. Gecə yarısı Məlik Əntər zəncinin köməyi ilə öldürülür və bu ölüm xəbəri Vərqanın dayısına çatır.
Vərqanın dayısı Məlik Ənterdən qazandığı qənimətləri Vərqaya hədiyyə edir və nişan məclislərindən sonra ona çoxlu sayda əsgər verərək bacısı oğlunu yola salır. Vərqanın mübarizələrlə dolu Yəmən macərası zamanı Məkkədə bəzi hadisələr baş verir. Şam ölkəsində Məlik Möhsün adlı bir hökmdar Gülşahın gözəlliyini eşidib ona aşiq olur və böyük hədiyyələr və əsgərlərlə yola düşür. Məqsədi Gülşahı atasından istəməkdir. Hilal ölmüş qardaşının oğluna söz verdiyini bildirir və qızını hökmdara vermək istəmir. Hilalın arvadı deyir ki, aylar keçsə də Vərqa gəlməyib. Gülşahın anası Şam hökmdarının qüdrətinə və sərvətinə heyran qalaraq, Hilalı razı salmaq üçün hiyləyə əl atır. Vərqanı Gülşahın öldüyünə inandırmaq üçün qoyun kəsib məzara basdırırlar. Hökmdarla evli olan Gülşah yola düşməzdən əvvəl üzüyünü sirdaşına verib, Vərqaya çatdırmasını xahiş edir. Dəməşqdə toy gecəsindən əvvəl Gülşah xəncəri çıxararaq Məlik Möhsünə deyir ki onu toxunsa ihtihar edəcək. Həmçinin Vərqaya olan eşindən bəhs edir. Məlik Möhsün bundan sonra onu bacısı kimi qəbul edir.
Vərqa Məkkəyə qayıdanda qəbiləni qara geyinib yas içində görür. Vərqaya Gülşahın öldüyü deyilir və Vərqanı məzarına aparırlar. Vərqanın bütün silahları onun öz həyatına qəsd etməsinin qarşısını almaq üçün ondan alınır. Gülşahın sirdaşı səfalət içində qıvrılan Vərqanın köməyinə gəlir və üzüyü ona verib hiylədən danışır. Vərqa qəbri qazır və bir qoyun meyitinə rast gəlir.
Beləliklə, Vərqanın ikinci səyahəti başlayır. Vərqa yolda qırx nəfərlik oğru dəstəsinə rast gəlir və onlarla toqquşur. Ç oxunu öldürsə də, özü yaralı halda ağacın altında huşunu itirir. Bir gün gəzintiyə çıxan Məlik Möhsün və əsgərləri onu tapırlar. Vərqa bu adamın hökmdar olduğunu təxmin edir, özünü tacir kimi təqdim edir və yolda oğrular tərəfindən qəsb edildiyini deyir. Məlik Möhsün onu sarayına gətirir, müalicə etdirir. Məlik Möhsün Vərqanın simasını Gülşahın simasına bənzədir və bu onda şübhə doğurur. Məlik Möhsün bu hadisəni Gülşaha danışır. Bir gün Vərqa baxıcı vasitəsilə üzüyü Gülşaha çatdırır. Gülşah üzüyü alandan sonra sarayın bağçasında Vərqanı görür və huşunu itirir. Aşiqlərin görüşdüyünə şahid olan Məlik Möhsün bu vəziyyətə çox sevinir. Vərqaya təzə paltar geyindirir, onların macərasını dinləyir.
Aylar keçir və Vərqa qəbiləsini ziyarət etmək üçün qayıtmaq qərarına gəlir. Gülşah buna mane olmaq istəyir və bir müddət daha qalmasına nail olur. Vərqa təkrar getmək istədikdə Məlik Möhsün onları evləndirmək istədiyini bildirir. Lakin Vərqa qulamla birlikdə yola düşür.
Yolda Vərqa qulamdan atları otarmağı xahiş edir və bir az uzaqlaşır. Canını almaq üçün Allaha dua edən Vərqanın duası qəbul olur və yerindəcə dünyasını dəyişir. Qulam bu hala kədərlənir. Yoldan keçən iki sərnişindən kömək istəyir və üçü birlikdə Vərqanı basdırırlar. Qulam aşiqin məzarı başında gözləyir. Digər iki sərnişin isə bu ölüm xəbərini Gülşaha çatdırır. Bir qrup insan Məlik Möhsün və Gülşahla birlikdə yola düşərək Vərqanın məzarına gəlirlər. Gülşah Məlik Möhsündən icazə alıb Vərqanın məzarına gedib dua edir. Daha sonra isə məzar başında intihar edir. Məlik Möhsün iki sevgilini bir-birini qucaqlamış şəkildə dəfn edir və qəbri məqbərəyə çevirir. Bir müddət sonra Hz. Məhəmməd, Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman, Hz. Əli və yoldaşları səfərdən qayıdarkən Məlik Möhsünin qonağı olurlar. Hz. Peyğəmbər Məlik Möhsündən hamının niyə qara geyindiyini soruşduqda, Məlik Möhsün baş verənləri izah edir. Sonra aşiqlərin məzarına gedirlər. Səhabələr Məhəmməd peyğəmbərdən bu iki sevgilinin dirilməsi üçün dua etməsini xahiş edir. Peyğəmbər qəbul edir. Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli ömrünün on ilini bu sevgililərə bağışlayır. Allah, Peyğəmbər Məhəmmədin duasını qəbul edir və oradakı insanlar “Amin!” deyirlər. Bunu deyəndə aşiqlər qəbirdən çıxıb dirilirlər. Hz. Məhəmməd bu iki sevgilinin nikahını həyata keçirir. Vərqa ilə Gülşah qırx il xoşbəxt yaşayırlar.
Əsas xüsusiyyətləri
Mövzu
Vərqa və Gülşa poemasının mövzusunun haradan alınması və hansı xalqın təfəkkürünün məhsulu olması ilə bağlı bir çox fikir irəli sürülmüşdür. Məsələn Ə. Atəşin fikrincə əfsanə ərəb ədəbiyyatından, ərəb folklorundan gəlir. Lakin bu mövzunu türk xalqlarının şifahi xalq ədəbiyyatı ilə bağlayanlar da var. Əliyar Səfərli bu barədə yazır:
"Vərqa və Gülşa hekayəsi türk xalqlarının şifahi xalq yaradıcılığı ilə bağlı olmuş və yaxun ənənələr üzərində yüksəlmişdir. Əfsanə buradan baş alaraq Yaxın Şərqə yayılmışdır."
Qəhrəmanov-Hacıyeva da bu fikri təsdiqləyir və poemanın "Arzı Qəmbər" adlı kərkük xalq dastanı ilə eyni motivlər üzərində qurulduğunu bildirirlər.
Yaqub Babayevə görə ''Arzı Qəmbər'' dastanı ilə ''Vərqa və Gülşa'' arasında ciddi mövzu və süjet yaxınlığı vardır. Hadisələrin çoxu oxşardır və hər iki əsərdə üstüstə düşən motivlər kifayət qədər qabarıqdır.
H. Ərtaylanın fikrincə, əsərin mövzusu islami və təsəvvüf mahiyyətindədir və əsərdəki bəzi ifadələr sufi baxışı və düşüncəsini ifadə etsə də, Peyğəmbərin duası ilə dirilmə motivi təsəvvüflə uyğun gəlmir. Bu baxımdan əsər özünəməxsus xüsusiyyəti olan bir məsnəvidir. Smit Ərtaylanın fikrini qəbul edir və hesab edir ki, əsərdə mistik mövzu kiçik yer tutsa da, əsər tam mistik povest kimi qəbul edilə bilməz və buna görə də əsərdə "eşq və müharibə" mövzusu üstünlük təşkil edir. Qəhrəmanov-Hacıyeva əsərdə təsəvvüf elementlərinin çox az olduğunu bildirir. Çələbioğlu əsəri belə dəyərləndirir: "Vərqa və Gülşah məsnəvisi ara-sıra öyüd-nəsihət qoşmalarından ibarət olsa da, islami ləzzətli, bəzi təsəvvüf motivləri və ilahi eşq qoxusu daşısa da, mahiyyətcə insani bir sevgi hekayəsidir". Qocatürk isə bu əsərin bəzi çağdaş əsərlərdən daha inkişaf etmiş mistik ab-havaya malik olduğu qənaətindədir.
Quruluşu
''Vərqa və Gülşa'' məclislər şəklindədir. Bu ənənə XIII–XIV əsr epik abidələrinin çoxuna xas bir bədii formadır. Görünür, bu epik əsərləri xalq arasında, məclislərdə söyləmək, nağıl etmək ənənəsi ilə əlaqədar olmuşdur. Əsər orta əsr pоemalarına məxsus bir bədii formada – məsnəvi formasında qələmə alınmışdır, altı məclisdən və qəhrəmanların bir birinə söylədiyi 12 qəzəldən ibarətdir. Məclislərin adı ərəbcə verilmişdir:
- Əl Məclisül-Üla (birinci məclis, 37-297)
- Əl Məclisüs-Sani (ikinci məclis, 298-592)
- Əl Məclisüs-Salis (üçüncü məclis, 593-896)
- Əl Məclisür-Rabi (dördüncü məclis, 897-1178)
- Əl Məclisül-Hamis (beşinci məclis, 1179-1487)
- Əl Məclisüs-Sadis (altıncı məclis, 1488-1744)
Qəzəllər isə bunlardır:
- Hekayəti Zəngi Qulam u Vərqa-i Pəhləvan-i Cahan (776-801)
- Hekayəti Məlik Möhsün Be-Vilayəti Şam (853-890)
- Hekayəti Hilal Şah Aldayub Vərqai Vəfat Etdi Gülşah (1149-1176)
- Hekayəti Məlik Möhsün Şah Seyrə Çıxıb Vərqa Buluşdu Şah (1248-1294)
- Hekayəti Həzrəti Məhəmməd Mustafa Aleyhisalatu Vəssəlam (1682-1722)
Giriş qismi "Bismillahir-Rahmənir-Rahim"lə başlayır, 7 beytlik tövhid, 6 beytlik nət və ilk məclisdən əvvəl 5 beytlik 4 xəlifənin tərifindən ibarətdir. Əsərin sonluğu 22 beytdir. Bu bölmə 8 hissədir. 1. Oxucuya nəsihət, 2. Məsnəvinin beyt sayı,3. Məsnəvinin yazılış yeri, 4. Məsnəvinin yazılma tarixi, 6. Oxucudan xeyir dua istəmək, 7. Tanrıya dua, 8. Məsnəvinin vəzni.
Şair bu hissədə məsnəvinin 1700 beytdən ibarət olduğunu söyləyir:
Bin yedi yüz beyt ola bu dastan
İçi dolu dürr cəvahir lal ü kan
Məsnəvinin yazıldığı yer Sivas şəhəri, il isə 1342-ci il olaraq ifadə edilib:
Başladuq Sivas şehrinde bunı
Kim rebiüll-əvvəlün əvvəl güni (1737)
Yeddi yüz qırx üç yılındadur bu dəm
Kim bunun tarixinə urduq qədəm
Sonluq qismində şeirin rəməl bəhrində, failatun, failatun, failat formasında olduğu yazılıb.
Dil xüsusiyyətləri
Y.Məddah ''Vərqa və Gülşah''ının dili həm yarandığı çağın Həsənоğlu, Q.Bürhanəddin, Nəsimi, həm də sоnrakı yüzilliklərin Həbibi, Füzuli, Qövsi Təbrizi kimi klassik ədəbiyyat nümayəndələrinin, hətta XVII əsrdə еyni mövzuda qələmə alınmış Məsihi ''Vərqa və Gülşa''sının dili ilə müqayisədə daha sadə, xəlqi və millidir. Əsərdə alınma lеksik-sеmantik və qrammatik vahidlərin kəmiyyəti də həmin yazılı ədəbiyyat klassiklərinin əsərlərindən qat-qat azdır. Milli arxaizmlərin sayı və çəkisi isə xеyli çоxdur. Bu isə pоеmanın dil baxımından daha xəlqi оlmasına dəlalət еdən faktdır.
Əsərdə bеlə bir səciyyəvi xüsusiyyətlə qarışlaşırıq: sözlərin bir qismi (kəndü, uş, nəsnə, ayıtdum, yəvlaq, bеcid, urdi, qatümə, tərkimi ur, altun, şimdi və s.) ümumiyyətlə, milli arxaizmlərdir və bu gün işləklikdən qalmışdır; digər bir qismi isə (qırq/qırx; tayusi/dayısı; ana/оna; оl/о; vеrəlüm/vеrək; qо/qоy; övrət/arvad; bənüm- /mənim; bitirü vеrim/bitirib vеrim; sana/sənə; andə/оnda; bular/bunlar və s.) müasir dilimizdə səs məxrəci dəyişməklə mövcud оlan milli lеksik vahidlərdir.
Obrazlar
Vərqa - Əsərdə baş qəhrəmandır. Məktəbə gedərək burada elm, əxlaq və döyüş qaydaları öyrənir. Şücaəti ilə Bəni Əmri öldürür və Gülşahı xilas edir, Yəmən şahı dayısına kömək edir və Məlik Əntəri öldürür. Vərqa qeyri-adi xüsusiyyətlərə malikdir. Yəmənə səfərdə rastlaşdığı qırx oğrudan otuz ikisini təkbaşına öldürür. Vərqa müsbət və üstün xüsusiyyətlər göstərdiyi üçün ideal tip və yaxşı insandır. İdeal tip olduğu üçün dastanlardakı kimi qeyri-adi xüsusiyyətlərə malikdir. Eyni zamanda Vərqanın şücaətindən Məlik Ənterin vəziri və Məlik Möhsün də bəhs edir. Vərqa öz xüsusiyyətləri ilə türk ədəbiyyatında “alp tipindən çevrilmiş qazi tipi”nə yaxınlaşır. Vərqa etibarlı şəxsiyyətə malikdir. Onun dürüstlüyü Məlik Möhsün tərəfindən sınanır və o, bu sınaqdan uğurla çıxır. O, həm də ayıq bir insandır. Məlik Möhsünlə rastlaşanda özünü tacir kimi təqdim edir və sarayda işləyən qadına üzüyü verəndə üzüyü yolda başqa birindən aldığını söyləyir.
Gülşah - Vərqadan sonra ikinci baş qəhrəmandır. O da Vərqa kimi döyüşçüdür. Bəni Əmrin qarşısına tək başına çıxır və onunla döyüşür. Məsnəvidə ərəb qəbiləsindən olan döyüşçü bir qadın obrazına yer verilməsi şairin türk olması ilə əlaqəli bir detaldır. Türk-İslam cəmiyyətində qadının döyüşçü cəhəti tarixin bir çox mərhələsində ön plana çıxmışdır.Gülşah həm də ağıllıdır. O Vərqanın Bəni Əmri öldürməsi ilə nəticələnən bir hiyləyə ət atır. Gülşah cəsarətli bir obrazdır. Bu cəsarəti özünü Məlik Möhsünlə olan toy axşamında göstərir. Daha sonra başqa bir səhnədə Vərqanın öldüyünü biləndə onun məzarı üzərində canına qəsd edir.
Gülşah sadəcə cəsarəti və ağılı ilə deyil həm də xarici görünüşü ilə diqqət çəkən bir obrazdır. Onun gözəlliyi dillərə dastandır. Bəni Əmr və Məlik Möhsün onu görmədən sadəcə eşitdikləri ilə ona aşiq olurlar. Lakin bu gözəllik həm də əsərdə baş verən bəlaların da səbəbkarıdır.
Hümam - Vərqanın atasıdır. Qəbilə rəisi kimi gücü təmsil edir. Oğlunun əxlaqlı, elm və ədəb ilə yetişdirmək üçün çalışır. Qardaşı Hilal ilə münasibətləri yaxşıdır.
Hilal- Hümamın qardaşıdır. O da qəbilə başçısıdır. Hilaldan fərqli olaraq zəif və tez təsirə düşən bir obrazdır. Qardaşına söz verməsinə baxmayaraq qızını Məlik Möhsünlə nişanlayır.
Məlik Möhsün - Şam hökmdarıdır. Dürüst və yardımsevər bir şəxsdir. Əsərdə bir çox yerdə həm Gülşaha həm Vərqaya kömək edir. Məlik Möhsün Gülşahın Vərqaya olan sevgisinə hörmət edir, Gülşahı bacısı, Vərqanı isə oğlu kimi qəbul edir və Gülşahı Vərqa ilə evləndirməyə çalışır. Peyğəmbərə onların sevgisindən bəhs edən, onların dirilməsi və Məhəmməd peyğəmbər tərəfindən evləndirilmələrini təmin edən məhz Məlik Möhsündür.
Əsərdə Bəni Əmr, Gülşahın anası, Məlik Əntər, Məlik Əntərin vəziri kimi mənfi, Zənci qulam, Səlim şah, Səlim şahın vəziri, Gülşahın rəfiqəsi kimi müsbət obrazlara da yer verilib.
Nüsxələri
C.Qəhrəmanov və Z.Hacıyeva yazır ki, son dövrlərə qədər əsərin elm aləminə sadəcə 4 nüsxəsi məlum idi. Bu nüsxələrdən ikisi Türkiyədə, ikisi AMEA-nın Əlyazmalar İnstitiutunda saxlanılır. Daha sonra fransız şərqşünas Qreys Martin Smit Paris Milli Kitabxanasında daha yeddi nüsxə aşkar etmişdir. Hətta məlum olmuşdur ki, əsərin Hamburq universitetinin kitabxanasında bir neçə nüsxəsi mühafizə olunur. Əsərin Türkiyə nüsxələrindən biri natamamdır. 1508 beytdən ibarət olan Qoyunoğlu kitabxanasında yerləşən ikinci nüsxəsi digər əlyazmalar içərisində ən bütöv nüsxə hesab olunur. Martin Smitin verdiyi məlumata görə Paris nüsxələrindən yalnız 4-ü tədqiqat üçün yararlıdır. Alim həmçinin belə hesab edir ki, abidənin 1342-43-cü ildə Qoyunoğlu nüsxəsindən 27 il əvvəl köçürülmüş Paris nüsxəsi daha qədimdir.
AMEA Əlyazmalar İnstitutunda qorunub saxlanılan nüsxələr:
B-4228/23804 nömrəli nüsxə - 37 vərəqdən ibarətdir, 19,5 x 14 sm ölçüdədir. Mətn ölçüsü 14 x 9,5 sm-dir. Sətirlərin sayı müxtəlifdir, cildi qəhvəyi rəngli meşindir. Nəstəliq xətti ilə yazılmışdır. Nüsxə tam haldadır və 1092 beytdən ibarətdir. Mətn qara, başlıqlar isə qırmızı rəngli mürəkkəblə nəstəliq xətti ilə XVI əsr filiqranlı İtalyan kağızına köçürülüb. ƏSas mətn qırmızı rəngli çərçivə içərisinə salınıb. Kitabın köçürüldüyü yer və tarix bəlli deyil. 36, 37 ci səhifələr başqa bir şəxs tərəfindən yazılıb mətnə əlavə edilib. 10a, 11a,11b, 12a, 14a, 16a, 23a vərəqlərinin haşiyəsinə buraxılmış söz və ifadələr katib tərəfindən əlacə edilmişdir. 14b vərəqində oxunmayan 4 ədəd dörgünk möhür var. Paleoqrafik xüsusiyyətlərinə əsasən nüsxəni XVI əsrin ikinci yarısına aid etmək olar.
B-5266/26169 nömrəli nüsxə - 37 vərəq, 20,5x 14,5 ölçüdədir. Mətn ölçüsü isə 14,5x9 smdir. Sətirlərin sayı 15-dir və cildsizdir. Nüsxə 1081 beytdən ibarətdir. Mətn qara, başlıqlar isə qırmızı mürəkkəblə, nəstəliq xətti ilə XVII əsr filiqranlı Avropa kağızına köçürülmüşdür. Nüsxənin katibi Tullab Bədr ibn Dursun adlı şəxsdir. 6a, 13a, 14a, 33a vərəqlərində qeydlər vardır. 12a vərəqində 6 guşəli 1 ədəd möhür var.
İstinadlar
- Köktekin, 2007. səh. 5
- Babayev, 2008. səh. 116
- Körpülü, 1934. səh. 990
- Qəhrəmanov, Hacıyeva, 1988. səh. 5
- Smith, 1976. səh. 3
- Babayev, 2008. səh. 117
- Akman, 2019. səh. 82
- Babayev, 2008. səh. 118
- Tolu, 2021. səh. 576
- Tolu, 2021. səh. 577
- Babayev, 2008. səh. 119
- Tolu, 2021. səh. 578
- Babayev, 2008. səh. 120
- Tolu, 2021. səh. 579
- Səfərli, 2005. səh. 7
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 7
- Smith, 1976. səh. 6-7
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 11
- Kocatürk, 1964. səh. 156
- Sedghi, 2015. səh. 97
- Tolu, 2021. səh. 575
- Sedghi, 2015. səh. 102
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 9
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 8
- Babayev, 2008. səh. 123
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 14
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 13
- Tolu, 2021. səh. 581
- Tolu, 2021. səh. 583
- Tolu, 2021. səh. 584
- Tolu, 2021. səh. 585
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 6
- Qəhrəmanov-Hacıyeva, 1988. səh. 4
Mənbə
- Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
- Əliyar Səfərli. Məsihi. Vərqa və Gülşa. Bakı: Şərq-Qərb. 2005. səh. 336.
- C.Qəhrəmanov, Z.Hacıyeva. Yusif Məddah. "Vərqa və Gülşah" (XIV əsr Azərbaycan yazılı abidəsi, mətn və qrammarik oçerk). Bakı: Elm. 1988. səh. 184.
- Mehmed Fuad Köprülü. Litterature Turque Othmanli. Paris: Encyclopédie de L’Islam. 1934. səh. 128.
- Vasfi Mahir Kocatürk. Türk Edebiyatı Tarihi. Ankara: Edebiyat Yayınevi. 1964. 153–156.
- SMITH, Grace Martin. Yusuf-ı Meddah, Varqa ve Gülşah A Fourteenth Century Anatolian Turkish Mesnevi (Translation, Glossary and Introduction). Leiden: E.J.Brill. 1976.
- Eyüp Akman. Varka ve Gülşah Mesnevisinin Yeni Bir Nüshası, Kastamonnu nüshası. Türkologiya. 2019. 81–87.
- Elham NİKOOSOKHAN SEDGHİ. AYYUKİ İLE YUSUF-I MEDDAH’IN VARKA VE GÜLŞAH MESNEVİLERĠNĠN KARŞILAŞTIRILMASI. Bursa. T. C. ULUDAĞ ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI ESKİ TÜRK EDEBİYATI BİLİM DALI. 2015.
- Orhan Aytuğ Tolu. Yûsuf-ı Meddâh’ın Varka ve Gülşah Mesnevisinin Roman Tekniği Bakımından İncelenmesi. 4. HARS AKADEMİ. 2021. 571–603.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Verqa ve Gulsa XIV esrde yasamis Azerbaycan sairi Yusif Meddah terefinden qeleme alinmis eser Ereb efsanesi olan buna baxmayaraq ilk defe Iran edebiyyatinda mesnevi kimi gorunen Verqa ve Gulsa hekayesi Qezneviler dovrunde Eyyuqi adli bir sair terefinden qeleme alinib Bu movzu Iran edebiyyatinin diger mesnevi movzulari kimi genis yayilmayib Verqa ve Gulsa movzusu turk edebiyyatinda ilk defe 1368 1369 cu ilde Yusif Meddah terefinden islenilib Verqa ve GulsaJanr mesneviMuellif Yusif MeddahOrijinal dili Serqi Oguz turkcesiYazilma ili 1368 1369MuellifYusif Meddahin heyati haqqinda cox melumat yoxdur XIV esrde yasadigi melumdur Lakin onun dogum ve olum tarixi melum deyil Onun adi sadece Seyxoglunun Kenzul Kubera ve Mehekkul Ulema adli eserinde cekilir Muellif hemcinin eserine Verqa ve Gulsa mesnevisinden asagidaki beyti daxil edib Senligun geder hicab olmus sene Sen onun uzune onsuz baxsana I Hikmet sairi daha cox Azerbaycan erazisinde xalq arasinda dolasan ve oz eserlerini xalq kutlelerine oxuyan bir dervis hesab edir Bu mulahizeni soyleyerken o esasen Yusif Meddahin fars dilinde yazdigi Xamusname mesnevisindeki fikirlere esaslanir Cunki burada oteri de olsa bu barede melumat verilmisdir Senetkar Verqa ve Gulsah poemasinin sonunda oz adini islederek yazir Yusifi Meddahi bicare anun Esqi yolunda feda eyle canun Cox ehtimal ki sairin esl adi Yusifdir Meddah ise onun texellusudur Meddah sozunun bir menasi Allahi peygemberi ve basqa muqeddes sexsiyyetleri oyen medh eden demekdir Senetkarin Verqa ve Gulsa poemasindan elave 3 eserinin oldugu da bellidir 1 Xamusname 2 Dastani Iblis Eleyhillane 3 Meqtel i Huseyn Fars dilinde mesnevi formasinda yazilmis Xamusname de susmagin hikmet ve feziletlerinden danisilir Ikinci eser Mehemmed peygemberle Seytan arasinda bas veren bir ehvalatla elaqedar mesnevidir Ucuncu eser ise Ebu Mihenfden tercumedir Eser 1361 ci ilde Candaroglulari hokmdarlarindan Koturum Beyazide hesr olunmusdur TedqiqiYusif Meddahin en meshur eseri hesab edilen Verqa ve Gulsa mesnevisi barede elm alemine ilk defe M Fuad Korpulu melumat vermisdir Daha sonra esere yigcam giris yazib sozluk tertib etmis habele Verqa ve Gulsa poemasinin Turkiyede qorunub saxlanilan her iki nusxesinin fotofaksimilesini vermisdir Bundan sonra abide bir muddet unudulmusdur 1976 ci lde Greys Martin Smit Yusuf i Meddah Varqa ve Gulsah A Fourteenth Century Anatolian Turkish Mesnevi adli meqalesinde adi cekilen mesnevinin tedqiqine dair ehemiyyetli melumatlar vermisdir 1977 ci ilde edebiyyatsunas alim Eliyar Seferli Meshinin Verqa ve Gulsa poemasini tertib ederken esere yazdigi on sozde XIV esrde qeleme alinan bu mesneviden de soz edir ve her iki eseri senetkarliq ve bedii cehetden muqayise edir Poemanin dili uzerinde genis elmi arasdirma aparan C Qehremanov ve Z Haciyeva da eserin Azerbaycan turkcesinde yazildigini ibarede subutlar teqdim etmis hemcinin onun elde olan tam metnini 1988 ci ilde genis sozle birlikde Bakida tertib ve nesr etdirmisler Eser Turkiyede 2001 ci ilde turk alim Kazim Goktekin tedqiqati ve nesri ile istifadeye verilib 2007 ci ilde Goktekin mesnevinin tenqidi metnini nesr etdirir Burada hem dilcilik baximindan arasdirmalara hem de Yusif Meddahin heyati ve fealiyyeti haqqinda melumatlara yer verilib MezmunuMehemmed Peygemberin dovrunde Mekkede Beni Seybe qebilesinin Humam ve Hilal adli iki reisi vardir Bunlar qardasdirlar Bir gun Humamin oglu Hilalin ise qizi olur Oglana Verqa qiza ise Gulsah adi verirler ve onlari besikkertme edirler 5 yaslarina catdiqda elm ve edeb oyrenmek ucun mektebe gonderilirler ve burada bir birlerine asiq olurlar 7 yasa catdiqda her ikisine silah telimi verilir 12 yaslarinda qebile reisleri usaqlarin evlendirilmesine qerar verirler ve toylari edilir Bu hadiseler bas vererken Beni Zeyf qebilesinin bascisi Beni Emr Gulsahin gozelliyini esidir ve ona asiq olur O Gulsahi atasindan istemek ucun yola cixir ve yolda iken toy xeberini esidende toya basqin edir ve Gulsahi qacirir Toy epizodu Gulsahin qacirilmasi ile baslayir Bu beyin altmis min esgerine qarsi Verqa tayfasinin on iki min esgeri var Verqa hucum planini deyisir ve onlar haqqinda melumat toplamaq ucun dusmen qebilesine casuslar gonderir Bir gece Verqa Gulsahi qaldigi cadirdan qaciraraq xilas edir lakin Beni Emr onlarin arxasinca gedende Gulsah onunla doyusmek ucun cixir ve yeniden esir dusur Sonraki doyuslerde Beni Emr Verqanin atasi Humami oldurur Son doyusde Verqanin atinin budremesi neticesinde Verqa Beni Emr terefinden esir goturulur Gulsahin hilesi neticesinde Gulsah ve Verqa bir gece Beni Emri oldurur ve sevgililer oz qebilelerine qayidirlar Yeniden toy planlasdirilsa da Gulsahin anasi sud haqqi isteyir amma yetim qalan Verqanin buna gucu catmir Verqa himayesinde olan qara qulam vasitesile dayisi Yemen sahina mektub gondererek ondan bu problemin helline komek etmesini xahis edir lakin Verqa dayisindan cavab almir Maraqlisi budur ki mektub gelmediyi kimi qulam da gelmir Verqa dayisinin yanina getmek ucun yola cixir ve yolda dayisinin dusmen tayfasi ile doyusduyunu oyrenir Dayisi ona mektub gelmediyini bildirir Dusmen tayfasinin agasi Melik Enterdir Verqa dayisina komek etmek isteyir ve igidliyi ile defelerle Melik Entere qalib gelir Doyusden vaz kecen Melik Enterin hiyleger veziri intriqa planlasdirir ve Melik Enteri geri cekilmek qerarindan cekindirir Hadiselerin axarini deyisen bu hiyle ile Verqa ele kecirilir Verqanin olumden qorxmamasi ve Gulsahla gorusmek ucun yalvarmasi cellada cox tesir edir Sohbet edirler ve bir birlerini tanimaga baslayirlar Bu cellad mektubu Verqanin dayisina aparan qara qulamdir O yolda ogrular terefinden tutulub ve agasini utandirmamaq ucun geri qayitmayib Gece yarisi Melik Enter zencinin komeyi ile oldurulur ve bu olum xeberi Verqanin dayisina catir Verqanin dayisi Melik Enterden qazandigi qenimetleri Verqaya hediyye edir ve nisan meclislerinden sonra ona coxlu sayda esger vererek bacisi oglunu yola salir Verqanin mubarizelerle dolu Yemen macerasi zamani Mekkede bezi hadiseler bas verir Sam olkesinde Melik Mohsun adli bir hokmdar Gulsahin gozelliyini esidib ona asiq olur ve boyuk hediyyeler ve esgerlerle yola dusur Meqsedi Gulsahi atasindan istemekdir Hilal olmus qardasinin ogluna soz verdiyini bildirir ve qizini hokmdara vermek istemir Hilalin arvadi deyir ki aylar kecse de Verqa gelmeyib Gulsahin anasi Sam hokmdarinin qudretine ve servetine heyran qalaraq Hilali razi salmaq ucun hiyleye el atir Verqani Gulsahin olduyune inandirmaq ucun qoyun kesib mezara basdirirlar Hokmdarla evli olan Gulsah yola dusmezden evvel uzuyunu sirdasina verib Verqaya catdirmasini xahis edir Demesqde toy gecesinden evvel Gulsah xenceri cixararaq Melik Mohsune deyir ki onu toxunsa ihtihar edecek Hemcinin Verqaya olan esinden behs edir Melik Mohsun bundan sonra onu bacisi kimi qebul edir Verqa Mekkeye qayidanda qebileni qara geyinib yas icinde gorur Verqaya Gulsahin olduyu deyilir ve Verqani mezarina aparirlar Verqanin butun silahlari onun oz heyatina qesd etmesinin qarsisini almaq ucun ondan alinir Gulsahin sirdasi sefalet icinde qivrilan Verqanin komeyine gelir ve uzuyu ona verib hiyleden danisir Verqa qebri qazir ve bir qoyun meyitine rast gelir Belelikle Verqanin ikinci seyaheti baslayir Verqa yolda qirx neferlik ogru destesine rast gelir ve onlarla toqqusur C oxunu oldurse de ozu yarali halda agacin altinda husunu itirir Bir gun gezintiye cixan Melik Mohsun ve esgerleri onu tapirlar Verqa bu adamin hokmdar oldugunu texmin edir ozunu tacir kimi teqdim edir ve yolda ogrular terefinden qesb edildiyini deyir Melik Mohsun onu sarayina getirir mualice etdirir Melik Mohsun Verqanin simasini Gulsahin simasina benzedir ve bu onda subhe dogurur Melik Mohsun bu hadiseni Gulsaha danisir Bir gun Verqa baxici vasitesile uzuyu Gulsaha catdirir Gulsah uzuyu alandan sonra sarayin bagcasinda Verqani gorur ve husunu itirir Asiqlerin gorusduyune sahid olan Melik Mohsun bu veziyyete cox sevinir Verqaya teze paltar geyindirir onlarin macerasini dinleyir Aylar kecir ve Verqa qebilesini ziyaret etmek ucun qayitmaq qerarina gelir Gulsah buna mane olmaq isteyir ve bir muddet daha qalmasina nail olur Verqa tekrar getmek istedikde Melik Mohsun onlari evlendirmek istediyini bildirir Lakin Verqa qulamla birlikde yola dusur Yolda Verqa qulamdan atlari otarmagi xahis edir ve bir az uzaqlasir Canini almaq ucun Allaha dua eden Verqanin duasi qebul olur ve yerindece dunyasini deyisir Qulam bu hala kederlenir Yoldan kecen iki sernisinden komek isteyir ve ucu birlikde Verqani basdirirlar Qulam asiqin mezari basinda gozleyir Diger iki sernisin ise bu olum xeberini Gulsaha catdirir Bir qrup insan Melik Mohsun ve Gulsahla birlikde yola duserek Verqanin mezarina gelirler Gulsah Melik Mohsunden icaze alib Verqanin mezarina gedib dua edir Daha sonra ise mezar basinda intihar edir Melik Mohsun iki sevgilini bir birini qucaqlamis sekilde defn edir ve qebri meqbereye cevirir Bir muddet sonra Hz Mehemmed Hz Ebu Bekr Hz Omer Hz Osman Hz Eli ve yoldaslari seferden qayidarken Melik Mohsunin qonagi olurlar Hz Peygember Melik Mohsunden haminin niye qara geyindiyini sorusduqda Melik Mohsun bas verenleri izah edir Sonra asiqlerin mezarina gedirler Sehabeler Mehemmed peygemberden bu iki sevgilinin dirilmesi ucun dua etmesini xahis edir Peygember qebul edir Hz Ebu Bekr Hz Omer Hz Osman ve Hz Eli omrunun on ilini bu sevgililere bagislayir Allah Peygember Mehemmedin duasini qebul edir ve oradaki insanlar Amin deyirler Bunu deyende asiqler qebirden cixib dirilirler Hz Mehemmed bu iki sevgilinin nikahini heyata kecirir Verqa ile Gulsah qirx il xosbext yasayirlar Esas xususiyyetleriMovzu Verqa ve Gulsa poemasinin movzusunun haradan alinmasi ve hansi xalqin tefekkurunun mehsulu olmasi ile bagli bir cox fikir ireli surulmusdur Meselen E Atesin fikrince efsane ereb edebiyyatindan ereb folklorundan gelir Lakin bu movzunu turk xalqlarinin sifahi xalq edebiyyati ile baglayanlar da var Eliyar Seferli bu barede yazir Verqa ve Gulsa hekayesi turk xalqlarinin sifahi xalq yaradiciligi ile bagli olmus ve yaxun eneneler uzerinde yukselmisdir Efsane buradan bas alaraq Yaxin Serqe yayilmisdir Qehremanov Haciyeva da bu fikri tesdiqleyir ve poemanin Arzi Qember adli kerkuk xalq dastani ile eyni motivler uzerinde quruldugunu bildirirler Yaqub Babayeve gore Arzi Qember dastani ile Verqa ve Gulsa arasinda ciddi movzu ve sujet yaxinligi vardir Hadiselerin coxu oxsardir ve her iki eserde ustuste dusen motivler kifayet qeder qabariqdir H Ertaylanin fikrince eserin movzusu islami ve tesevvuf mahiyyetindedir ve eserdeki bezi ifadeler sufi baxisi ve dusuncesini ifade etse de Peygemberin duasi ile dirilme motivi tesevvufle uygun gelmir Bu baximdan eser ozunemexsus xususiyyeti olan bir mesnevidir Smit Ertaylanin fikrini qebul edir ve hesab edir ki eserde mistik movzu kicik yer tutsa da eser tam mistik povest kimi qebul edile bilmez ve buna gore de eserde esq ve muharibe movzusu ustunluk teskil edir Qehremanov Haciyeva eserde tesevvuf elementlerinin cox az oldugunu bildirir Celebioglu eseri bele deyerlendirir Verqa ve Gulsah mesnevisi ara sira oyud nesihet qosmalarindan ibaret olsa da islami lezzetli bezi tesevvuf motivleri ve ilahi esq qoxusu dasisa da mahiyyetce insani bir sevgi hekayesidir Qocaturk ise bu eserin bezi cagdas eserlerden daha inkisaf etmis mistik ab havaya malik oldugu qenaetindedir Qurulusu Verqa ve Gulsa meclisler seklindedir Bu enene XIII XIV esr epik abidelerinin coxuna xas bir bedii formadir Gorunur bu epik eserleri xalq arasinda meclislerde soylemek nagil etmek enenesi ile elaqedar olmusdur Eser orta esr poemalarina mexsus bir bedii formada mesnevi formasinda qeleme alinmisdir alti meclisden ve qehremanlarin bir birine soylediyi 12 qezelden ibaretdir Meclislerin adi erebce verilmisdir El Meclisul Ula birinci meclis 37 297 El Meclisus Sani ikinci meclis 298 592 El Meclisus Salis ucuncu meclis 593 896 El Meclisur Rabi dorduncu meclis 897 1178 El Meclisul Hamis besinci meclis 1179 1487 El Meclisus Sadis altinci meclis 1488 1744 Qezeller ise bunlardir Hekayeti Zengi Qulam u Verqa i Pehlevan i Cahan 776 801 Hekayeti Melik Mohsun Be Vilayeti Sam 853 890 Hekayeti Hilal Sah Aldayub Verqai Vefat Etdi Gulsah 1149 1176 Hekayeti Melik Mohsun Sah Seyre Cixib Verqa Bulusdu Sah 1248 1294 Hekayeti Hezreti Mehemmed Mustafa Aleyhisalatu Vesselam 1682 1722 Giris qismi Bismillahir Rahmenir Rahim le baslayir 7 beytlik tovhid 6 beytlik net ve ilk meclisden evvel 5 beytlik 4 xelifenin terifinden ibaretdir Eserin sonlugu 22 beytdir Bu bolme 8 hissedir 1 Oxucuya nesihet 2 Mesnevinin beyt sayi 3 Mesnevinin yazilis yeri 4 Mesnevinin yazilma tarixi 6 Oxucudan xeyir dua istemek 7 Tanriya dua 8 Mesnevinin vezni Sair bu hissede mesnevinin 1700 beytden ibaret oldugunu soyleyir Bin yedi yuz beyt ola bu dastan Ici dolu durr cevahir lal u kan Mesnevinin yazildigi yer Sivas seheri il ise 1342 ci il olaraq ifade edilib Basladuq Sivas sehrinde buni Kim rebiull evvelun evvel guni 1737 Yeddi yuz qirx uc yilindadur bu dem Kim bunun tarixine urduq qedem Sonluq qisminde seirin remel behrinde failatun failatun failat formasinda oldugu yazilib Dil xususiyyetleri Y Meddah Verqa ve Gulsah inin dili hem yarandigi cagin Hesenoglu Q Burhaneddin Nesimi hem de sonraki yuzilliklerin Hebibi Fuzuli Qovsi Tebrizi kimi klassik edebiyyat numayendelerinin hetta XVII esrde eyni movzuda qeleme alinmis Mesihi Verqa ve Gulsa sinin dili ile muqayisede daha sade xelqi ve millidir Eserde alinma leksik semantik ve qrammatik vahidlerin kemiyyeti de hemin yazili edebiyyat klassiklerinin eserlerinden qat qat azdir Milli arxaizmlerin sayi ve cekisi ise xeyli coxdur Bu ise poemanin dil baximindan daha xelqi olmasina delalet eden faktdir Eserde bele bir seciyyevi xususiyyetle qarislasiriq sozlerin bir qismi kendu us nesne ayitdum yevlaq becid urdi qatume terkimi ur altun simdi ve s umumiyyetle milli arxaizmlerdir ve bu gun isleklikden qalmisdir diger bir qismi ise qirq qirx tayusi dayisi ana ona ol o verelum verek qo qoy ovret arvad benum menim bitiru verim bitirib verim sana sene ande onda bular bunlar ve s muasir dilimizde ses mexreci deyismekle movcud olan milli leksik vahidlerdir Obrazlar Verqa Eserde bas qehremandir Mektebe gederek burada elm exlaq ve doyus qaydalari oyrenir Sucaeti ile Beni Emri oldurur ve Gulsahi xilas edir Yemen sahi dayisina komek edir ve Melik Enteri oldurur Verqa qeyri adi xususiyyetlere malikdir Yemene seferde rastlasdigi qirx ogrudan otuz ikisini tekbasina oldurur Verqa musbet ve ustun xususiyyetler gosterdiyi ucun ideal tip ve yaxsi insandir Ideal tip oldugu ucun dastanlardaki kimi qeyri adi xususiyyetlere malikdir Eyni zamanda Verqanin sucaetinden Melik Enterin veziri ve Melik Mohsun de behs edir Verqa oz xususiyyetleri ile turk edebiyyatinda alp tipinden cevrilmis qazi tipi ne yaxinlasir Verqa etibarli sexsiyyete malikdir Onun durustluyu Melik Mohsun terefinden sinanir ve o bu sinaqdan ugurla cixir O hem de ayiq bir insandir Melik Mohsunle rastlasanda ozunu tacir kimi teqdim edir ve sarayda isleyen qadina uzuyu verende uzuyu yolda basqa birinden aldigini soyleyir Gulsah Verqadan sonra ikinci bas qehremandir O da Verqa kimi doyuscudur Beni Emrin qarsisina tek basina cixir ve onunla doyusur Mesnevide ereb qebilesinden olan doyuscu bir qadin obrazina yer verilmesi sairin turk olmasi ile elaqeli bir detaldir Turk Islam cemiyyetinde qadinin doyuscu ceheti tarixin bir cox merhelesinde on plana cixmisdir Gulsah hem de agillidir O Verqanin Beni Emri oldurmesi ile neticelenen bir hiyleye et atir Gulsah cesaretli bir obrazdir Bu cesareti ozunu Melik Mohsunle olan toy axsaminda gosterir Daha sonra basqa bir sehnede Verqanin olduyunu bilende onun mezari uzerinde canina qesd edir Gulsah sadece cesareti ve agili ile deyil hem de xarici gorunusu ile diqqet ceken bir obrazdir Onun gozelliyi dillere dastandir Beni Emr ve Melik Mohsun onu gormeden sadece esitdikleri ile ona asiq olurlar Lakin bu gozellik hem de eserde bas veren belalarin da sebebkaridir Humam Verqanin atasidir Qebile reisi kimi gucu temsil edir Oglunun exlaqli elm ve edeb ile yetisdirmek ucun calisir Qardasi Hilal ile munasibetleri yaxsidir Hilal Humamin qardasidir O da qebile bascisidir Hilaldan ferqli olaraq zeif ve tez tesire dusen bir obrazdir Qardasina soz vermesine baxmayaraq qizini Melik Mohsunle nisanlayir Melik Mohsun Sam hokmdaridir Durust ve yardimsever bir sexsdir Eserde bir cox yerde hem Gulsaha hem Verqaya komek edir Melik Mohsun Gulsahin Verqaya olan sevgisine hormet edir Gulsahi bacisi Verqani ise oglu kimi qebul edir ve Gulsahi Verqa ile evlendirmeye calisir Peygembere onlarin sevgisinden behs eden onlarin dirilmesi ve Mehemmed peygember terefinden evlendirilmelerini temin eden mehz Melik Mohsundur Eserde Beni Emr Gulsahin anasi Melik Enter Melik Enterin veziri kimi menfi Zenci qulam Selim sah Selim sahin veziri Gulsahin refiqesi kimi musbet obrazlara da yer verilib NusxeleriC Qehremanov ve Z Haciyeva yazir ki son dovrlere qeder eserin elm alemine sadece 4 nusxesi melum idi Bu nusxelerden ikisi Turkiyede ikisi AMEA nin Elyazmalar Institiutunda saxlanilir Daha sonra fransiz serqsunas Qreys Martin Smit Paris Milli Kitabxanasinda daha yeddi nusxe askar etmisdir Hetta melum olmusdur ki eserin Hamburq universitetinin kitabxanasinda bir nece nusxesi muhafize olunur Eserin Turkiye nusxelerinden biri natamamdir 1508 beytden ibaret olan Qoyunoglu kitabxanasinda yerlesen ikinci nusxesi diger elyazmalar icerisinde en butov nusxe hesab olunur Martin Smitin verdiyi melumata gore Paris nusxelerinden yalniz 4 u tedqiqat ucun yararlidir Alim hemcinin bele hesab edir ki abidenin 1342 43 cu ilde Qoyunoglu nusxesinden 27 il evvel kocurulmus Paris nusxesi daha qedimdir AMEA Elyazmalar Institutunda qorunub saxlanilan nusxeler B 4228 23804 nomreli nusxe 37 vereqden ibaretdir 19 5 x 14 sm olcudedir Metn olcusu 14 x 9 5 sm dir Setirlerin sayi muxtelifdir cildi qehveyi rengli mesindir Nesteliq xetti ile yazilmisdir Nusxe tam haldadir ve 1092 beytden ibaretdir Metn qara basliqlar ise qirmizi rengli murekkeble nesteliq xetti ile XVI esr filiqranli Italyan kagizina kocurulub ESas metn qirmizi rengli cercive icerisine salinib Kitabin kocurulduyu yer ve tarix belli deyil 36 37 ci sehifeler basqa bir sexs terefinden yazilib metne elave edilib 10a 11a 11b 12a 14a 16a 23a vereqlerinin hasiyesine buraxilmis soz ve ifadeler katib terefinden elace edilmisdir 14b vereqinde oxunmayan 4 eded dorgunk mohur var Paleoqrafik xususiyyetlerine esasen nusxeni XVI esrin ikinci yarisina aid etmek olar B 5266 26169 nomreli nusxe 37 vereq 20 5x 14 5 olcudedir Metn olcusu ise 14 5x9 smdir Setirlerin sayi 15 dir ve cildsizdir Nusxe 1081 beytden ibaretdir Metn qara basliqlar ise qirmizi murekkeble nesteliq xetti ile XVII esr filiqranli Avropa kagizina kocurulmusdur Nusxenin katibi Tullab Bedr ibn Dursun adli sexsdir 6a 13a 14a 33a vereqlerinde qeydler vardir 12a vereqinde 6 guseli 1 eded mohur var IstinadlarKoktekin 2007 seh 5 Babayev 2008 seh 116 Korpulu 1934 seh 990 Qehremanov Haciyeva 1988 seh 5 Smith 1976 seh 3 Babayev 2008 seh 117 Akman 2019 seh 82 Babayev 2008 seh 118 Tolu 2021 seh 576 Tolu 2021 seh 577 Babayev 2008 seh 119 Tolu 2021 seh 578 Babayev 2008 seh 120 Tolu 2021 seh 579 Seferli 2005 seh 7 Qehremanov Haciyeva 1988 seh 7 Smith 1976 seh 6 7 Qehremanov Haciyeva 1988 seh 11 Kocaturk 1964 seh 156 Sedghi 2015 seh 97 Tolu 2021 seh 575 Sedghi 2015 seh 102 Qehremanov Haciyeva 1988 seh 9 Qehremanov Haciyeva 1988 seh 8 Babayev 2008 seh 123 Qehremanov Haciyeva 1988 seh 14 Qehremanov Haciyeva 1988 seh 13 Tolu 2021 seh 581 Tolu 2021 seh 583 Tolu 2021 seh 584 Tolu 2021 seh 585 Qehremanov Haciyeva 1988 seh 6 Qehremanov Haciyeva 1988 seh 4MenbeYaqub Babayev ANA DILLI AZERBAYCAN EDEBIYYATININ TESEKKULU VE EPIK SEIRIN INKISAFI XIII XIV ESRLER Baki ADPU 2008 seh 128 Eliyar Seferli Mesihi Verqa ve Gulsa Baki Serq Qerb 2005 seh 336 C Qehremanov Z Haciyeva Yusif Meddah Verqa ve Gulsah XIV esr Azerbaycan yazili abidesi metn ve qrammarik ocerk Baki Elm 1988 seh 184 Mehmed Fuad Koprulu Litterature Turque Othmanli Paris Encyclopedie de L Islam 1934 seh 128 Vasfi Mahir Kocaturk Turk Edebiyati Tarihi Ankara Edebiyat Yayinevi 1964 153 156 SMITH Grace Martin Yusuf i Meddah Varqa ve Gulsah A Fourteenth Century Anatolian Turkish Mesnevi Translation Glossary and Introduction Leiden E J Brill 1976 Eyup Akman Varka ve Gulsah Mesnevisinin Yeni Bir Nushasi Kastamonnu nushasi Turkologiya 2019 81 87 Elham NIKOOSOKHAN SEDGHI AYYUKI ILE YUSUF I MEDDAH IN VARKA VE GULSAH MESNEVILERĠNĠN KARSILASTIRILMASI Bursa T C ULUDAG UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU TURK DILI VE EDEBIYATI ANABILIM DALI ESKI TURK EDEBIYATI BILIM DALI 2015 Orhan Aytug Tolu Yusuf i Meddah in Varka ve Gulsah Mesnevisinin Roman Teknigi Bakimindan Incelenmesi 4 HARS AKADEMI 2021 571 603