Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir.
Qövsi Təbrizi | |
---|---|
Təxəllüsü | Ковси Табризи |
Doğum tarixi | 1568 |
Doğum yeri | |
Vəfat tarixi | 1640 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair |
Qövsi Təbrizi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir.
Həyatı
Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir.
Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir. Araslı həmçinin Töhfə-i Sami təzkirəsinin tərcüməsində- “təxəllüsündən Qövsi Təbrizinin sənəti məlumdur. Qara camaatdandır və hərdən bir şeir söyləyir. Ancaq səhv qafiyələri çox gözəl işləyir.”- cümlələrindən yola çıxaraq şairin atasının ağacdan qövs, qaşıq kimi əşyalar hazırlayan şəhər sənətkarlarından biri olduğunu söyləyir. Əlican Qövsinin atası İsmayıl Qövsi həm də farsca və Azərbaycan türkcəsində yazan şair idi. Araslı eyni soyadlı babadan da bəhs etsə də onun haqqında ətraflı məlumat verməyib. Şairin ailəsi haqqında başqa bir məlumata rast gəlinmir. Lakin Töhfə-i Sami təzkirəsində Nami Təbrizi və Nuri Təbrizi adlı iki şəxsdən bəhs olunur. Nuri Təbrizinin Qövsinin qardaşı olduğu və X əsrdə doğulduğu, yay aylarında suçuluqla məşğul olduğu bildirilir. Bu qardaşların ata İsmayıl Qövsinin qardaşları olduğu ehtimal olunur. Çünki Töhfə-i Samidə adı çəkilən Qövsi Təbrizi İsmayıl Təbrizidir. Mirəli Seyidov da bu fikri təsdiqləyir. O, Əlican və ailəsinin bu təxəllüsü seçmə səbəbi kimi, qövs sözünün yay mənasını verdiyini, bununla da şairin sözlərinin ox kimi iti olduğunu və şeirlərinin təsirli gücünü göstərdiyini bildirir. Digər tərəfdən Mahmud Hidayət Gülzar-i Cavidan əsərində Qövsi Təbrizinin atasının yay ustası olduğunu təxəllüslərinin də buradan gəldiyi fikrini irəli sürür.
Əlican Qövsi Təbrizi əslən Təbrizlidir. XVII əsrin ikinci yarısında anadan olmuş şairin dəqiq doğum tarixi bəlli deyil. Qövsi Təbrizi öz divanında Mirzə Tahir Vahid Qəzviniyə yazdığı nəzirə şairin yaşadığı dövr haqqında bizə məlumat verir
Nə yaxşı söyləmiş, Qövsi Vahidi-pakgövhər kim,
“Məni yandırdı bir atəş ki, düşməndən iraq olsun”
Ədəbiyyat tarixi tədqiqatçısı Paşa Kərimovun Azərbaycan Sovet Ensiklopediyasında yazdığı məlumatlara əsasən Mirzə Tahir Vahid 1606-cı ildə Qəzvində anadan olmuş, 1701-ci ildə vəfat etmişdir. II Şah Abbasın vəqiənəvisi kimi Abbasnamə əsərini yazmış, 1689-1697-ci illərdə I Süleyman və daha sonra I Şah Hüseynin baş vəziri olmuşdur. Vahidin Qövsi Təbrizi yaradıcılığına təsiri olduqca böyükdür.Qövsi Təbrizi başqa bir beytdə Şah I Süleymandan bəhs edir və özünün Uğurlu xanın qulu, şah Süleymanın bəndəsi olduğunu vurğulayır:
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında
Ki biz onun qulu ol bəndə-i Sultan Süleymandır
Beytdə bəhs olunan I Süleyman adı ilə taxta çıxan Səfi Mirzə 1666-1694-cü illərdə hakimiyyətdə olmuşdur. Adı çəkilən digər şəxs Uğurlu xan Ziyad oğlu Müsahib barədə türk ədəbiyyatşünas Yavuz Akpınar məlumat verib bildirir ki, bu şəxs 1666-1667-ci illərdə Gəncədə hakimlik edirmiş. Tarixçi Süleyman Əliyarlı da Qövsi Təbrizinin bir müddət Uğurlu xanın sarayında yaşadığını bildirir.
Görkəmli ədəbiyyatşünas Salman Mümtaz da Qövsi Təbrizi ilə bağlı tarixi adlardan çıxış edərək yazır:
“Qövsinin yaşadığı əsrə gəldikdə hicri XI, miladi XVII əsrlərdir. Çünki Şah Abbas Sani, Şah Süleyman, Ağahüseyn Xansari, Mirzə Tahir də XI əsrdə yaşamış tarixi şəxslərdir ki, onların yaşadıqları əsr barədə heç bir ixtilaf ola bilməz. Hələ Qövsinin ustadı olaraq Zülcəmalın ləqəbi ilə məşhur olan Ağahüseyn Xansarinin hicri 1077-ci ildə Şah Süleymanı niyabətən Səfəviyyə taxtına oturduğu nəzəri-etibarə alsaq, Qövsinin XI əsrin nəhayətində hal-həyatda olduğunu qəbul etməyə məcburuq. Mirzə Tahir bağını tərif və töfsif edən Qövsi, şübhəsiz, hər iki hökmdarın, yəni Şah Abbas Sani ilə oğlu Şah Süleymanın zamanlarını dərk edə bilmişdir.”
Təbrizdə doğulub ilk təhsilini burada alan Əlican Qövsi sonradan dövrün elm və incəsənət mərkəzlərindən biri olan İsfahana üz tutmuşdur. Burada dövrün məşhur alimlərindən Ağa Hüseyn Ənsarinin tələbəsi olmuşdur. Təbrizi təhsil üçün tərk edən şair şeirlərində Təbriz həsrəti çəkdiyini tez-tez vurğulayır:
Təbriz cəbəsi yaxamı tutmuş aparır
Qövsi əgər ki damənümi İsfahan tutar
Qaynaqların verdiyi məlumatlara əsasən şair İsfahanda bir müddət yaşadıqdan sonra Hindistana gedib burada Əkbər şahın sarayında olur. Daha sonra Təbriz şəhərinə qayıdan şair həyatını burada din xadimi kimi davam etdirib. Ailəsi ilə bağlı məlumatlar çərçivəsində Qövsinin evli və uşaq sahibi olub-olmaması ilə bağlı məlumatlar beytlərinə əsaslanır. Şair deyir ki, insanın rahat hərəkət edə bilməsi üçün onun pərvanə kimi bir yerə bağlı olmamağı lazımdır. Buradan belə nəticəyə gəlmək mümkündür ki, o, ya evli deyil, ya da evlidirsə, bu öhdəliyi bəyənmir:
Rahat istəyirsən müqəyyəd olmayıb pərvanə tək
Hər nəfəs bir atəşin ruxsarə yalvarmaq gərək
Başq bir beytdə isə şair uşaqsız olduğu üçün başının əyildiyini, nəsil qəmi çəkdiyini bildirir:
Qövsi yaxardı nəsil qəmi cavidan məni
Yandırmasaydı misra-i rəngin çırağımı
Yaradıcılığı
Uşaqlıqdan şeir yazan bir atanın oğlu kimi ilk təhsilini atasından aldığını nəzərə alsaq, onun şeir texnikasını kiçik yaşlarından inkişaf etdirdiyini söyləmək olar. Qövsinin şeirdəki ustalığını onun qəzəl sahəsindəki uğurlu tələffüzündən də anlamaq olar. Bu səbəbdən Qövsinin ədəbi şəxsiyyətini müəyyən etmək üçün onun qəzəllərinə nəzər salmaq lazımdır. Qövsi şeirlərini həm xalq, həm də klassik üslub üzərində qurmuş bir şairdir. Şairin “Divan”ında Füzuliyə yazdığı nəzirələr də onun şəxsiyyətinin üzə çıxarılmasında həlledici rola sahibdir.
Əsərlərini Azərbaycan türkcəsində yazan, klassik incəliyi xalq poeziyasının səmimiyyəti ilə birləşdirən Qövsi öz şeirlərində klassik yazı dili ilə danışıq dilini birləşdirmiş, fikirlərini aydın ifadə etmişdir. Onun bu şeirlərində xalq deyimləri və atalar sözlərinə tez-tez rast gəlinir. Qövsi Təbrizinin şeirləri vizual vasitələrin rəngarəngliyi, forma zərifliyi, intonasiya zənginliyi ilə seçilir. Onun poeziyasında idealist-panteist dünyagörüşü, bədbin motivlər xalqın düşüncə və arzularının təsviri ilə birləşmişdir. Qövsi Təbrizi öz əsərlərində sosial ədalətsizliyi pisləmiş, ruhaniləri tənqid etmişdir. Onun lirikasında romantik sevgi mövzusu mühüm yer tutmuşdur.
Azərbaycan ədəbiyyatı ilə bağlı əhəmiyyətli tədqiqatlar aparmış professor Həmid Araslı Füzulinin qəzəllərinin təsiri ilə şeir yazan Qövsini Saib Təbrizini çox oxuyan bir şair kimi xarakterizə edir. “Yaradıcılığı çox zəngin, bədii sözün qüdrət və təsirini bilən, əruzun ən oynaq bəhrlərini seçən, işlənmiş qafiyə və rədiflərdən istifadə edən, dili son dərəcə canlı, təşbehləri təbii və səmimi olan şair bədii dilin sadələşməsində, kütləviləşməsində böyük rola sahibdir.”
Azadə Rüstəmova Qövsini “Füzuli məktəbinin mühüm nümayəndəsi” və “türk lirikasının ustadı” kimi xarakterizə edir. Yenə Azərbaycan sahəsinə aid əsərlərindən tanıdığımız Yavuz Akpınarın fikri belədir: “Klassik yazı dili ilə danışıq dilini uğurla birləşdirən, fikirlərini aydın ifadəsi ilə diqqət çəkən Qövsinin bu şeirlərində xalq deyimlərinə, atalar sözünə tez-tez rast gəlinir”.
Şeirlərinin dili
Qövsi türkcə şeirləri ilə yanaşı farsca da şeirlər yazan şairdir. İran Məlik Kitabxanasında saxlanılan 1116-cı il tarixli məcmuada Qövsinin türkcə və farsca şeirləri ilə yanaşı bir çox şairin şeirləri də var. Üstəlik, Pakistanın Lahor şəhərindəki farsca bir kataloqda Qövsi divanının bir nüsxəsi qeyd edilir və divanın əvvəlində farsca bir beyt qeyd olunur. Şirvani təzkirəsində Qövsinin farsca bir beytini də yerləşdirmişdir. O, divanında bir beytdə türkcə və farsca yazdığını, lakin hər iki dilində onun vəziyyətini təsvir etməyə bəs etmədiyini bildirir:
Türk nəzmi Fars lafz ilə sözlər söylədim
Ah kim bir şəmmi Qövsi şərh-i əhval olmadı
Şair həmçinin yaşadığı dövrdə idarəçilər tərəfindən türkcənin fars dilindən arxa plana salınmasından narahat olduğunu bildirir. Onun şeirlərində xalq deyimlərindən, deyimlərdən, atalar sözlərindən istifadə etməsi bu narahatçılığın sübutudur. Üstəlik şair beytlərində tez-tez “dilsizlikdən” şikayətlənir. Həmid Araslının tədqiqatlarına görə, bu dilsizlikdən şikayət türkcəyə lazımi qədər əhəmiyyət verilməməsidir. Qövsi bu səbəbdən aləmlərə rüsvay olduğunu, başqalarının sirrini sözlə açdığını bildirir.
Bi-zəbanlıq eylədi aləmlərə rüsva məni
Ol rəviş kim özgələr razı qılır izhar söz
Qövsi dilinin anlaşılmadığından məzəmmət edir.
Haray, kiməm, nə dilim var, nə bir dil anlayanım
Əgərki nə kimi cismim fiqan ilə doludur
Sadə dildə yazsa da, vəzn qüsurları çox deyil. O, qəzəllərində əruz vəzninin mürəkkəb olmayan bəhirlərindən istifadə etmiş və bu zaman türk sözlərini vəznə uyğunlaşdırmışdır.
Qövsi yaradıclılğının digər mühüm xüsusiyyəti xalq deyimlərinə, atalar sözünə və məsəllərə üstünlük verməsidir. O, deyimlərdən həm hərfi, həm də məcazi mənada fikrini çatdırmaq üçün uğurla istifadə etmişdir. Sözlərlə bağlı uğurla həyata keçirdiyi başqa bir xüsusiyyət də ərəb və ya fars dillərində işlətdiyi sözün eyni beytdə türkcə sinonimini işlətməsidir. Aşağıdakı beytdə “pünhan” sözü ilə eyni mənada işlənən söz “yaşurmaq”dır. Yaşurmaq həm də “gizlətmək, saxlamaq” mənasındadır:
Könül bir qətrə qandır eşq bil dadın yaşursun mı
Gözüm bir qətrədə bir bəhr pünhan eyləmək olmaz
Qövsi qəzəllərində digər mənzum formalarla müqayisədə daha sadə dildən istifadə etmişdir. O, vaxtaşırı öz beytlərinə artıq işlənməmiş və ya Azərbaycan türkcəsində işlənən, lakin Anadolu türkcəsində olmayan sözləri uğurla daxil etmiş, xalq tələffüzünü ön plana çıxarmışdır:
“Yaşurmaq,ötmək, danmaq, yaşınmaq, culğaşmaq, yığmaq, soraq, aparmaq, küymək, daldanamaq, yegin, haray, dözmək, tapşırmaq, tikan, dükan, çapmaq, sancılmaq, sınmaq, ötürmək, bir havur, yügürmək, yübül, yavancımaq, ütüzmək, ütmək, çalxamaq, qıraq, iyə, tük, güzgü, qaravul, danla, anul, buxaq, dustaq, ilqar ” sözləri buna misaldır.
Təsirləndiyi şairlər
Əlican Qövsi İsfahanda olduğu dövrdə Təbriz haqqında şeirlər yazaraq iki şəhəri bir-birləri ilə müqayisə etmişdir. İranı, Hindistanı və Qafqazı gəzən Qövsi Təbrizə qayıtdıqdan sonra din xadimi olmuş, Saib Təbrizinin və xüsusilə Füzulinin təsiri altında olmuşdur. O, Nəsimi və Füzulinin ənənələrinin bilavasitə davamçısı olmuş, Füzuliyə və Əlişir Nəvaiyə nəzirələr yazmış, eləcə də müxtəlif qəzəllər ərsəyə gətirmişdir.
Qövsi yaradıcılığına ən güclü təsiri Füzuli şeiri göstərmişdir. Kavsi XVII əsrdə Füzuli məktəbini davam etdirən şairlər sırasındadır. Çünki bu əsrdə yazılan qəzəllərin əksəriyyətində Füzulinin üslubunun, dilinin qorunub saxlanması böyük sənətkarlıq sayılırdı. Füzuli ənənəsinə sadiq qalan Qövsi çağdaş şairlərindən bir addım öndədir. Zəngin xalq ədəbiyyatı sərvət və motivlərindən yararlanmaqla yanaşı həm də şeir texnikasının ustadıdır.
Qövsi Füzuli şeirinin təsiri ilə nəzirə və “nəzirənin uzantısı” sayılan təzminlər yazmışdır. Zaman-zaman o, Füzulinin istifadə etdiyi rediflərdən istifadə edirdi. Amma bu qəzəllər təqlid deyil. Qövsinin özünəməxsus ixtiraları var və bu beytlər tələffüz baxımından olduqca uğurludur. Qövsinin görgəc rədifli qəzəli, Füzulinin eyni rədifli qəzəlinə nəzirədir.
Əldən gedərəm sərv-i xuramanunu görgəc
Dildən düşərəm qönçəyi xəndanını görgəc
Alim Mirzağa Quluzadə bu barədə yazır:
“Füzuli lirikasının Qövsi yaradıcılığı üzərindəki xeyli qüvvətli təsirini Qövsinin zəif, epiqonçu şair olması ilə izah etmək səhvdir. Söz yoxdur ki, Füzuli yeni ədəbi məktəb yaratmış dahi sənətkardır. Qövsi isə onun ən istedadlı və görkəmli davamçılarından biridir”.Qövsi də Füzuli kimi aşiqdir. Beytlərində sevgidən, gözəllikdən bəhs edir. Füzuli kimi eşqin dərdindən gileylənir. Amma onun kimi təsəvvüfi dərinliyə malik deyil. Onun qəzəllərində dini ünsürlərə münasibəti səthi xarakter daşıyır. Qövsi Füzulidən fərqli olaraq eşq bəlasından qurtulmaq, sevgilisinə qovuşmaq istəyir.
Qövsi Təbrizi həmçinin özbək şairi Əlişir Nəvaidən də təsirlənmiş, öz şeirlərində ondan iqtibas gətirmişdir. Qövsinin göz rədifli qəzəli Nəvainin eyni rədifli qəzəlinə nəzirdəir. Bu nəzirəsində Nəvainin adını çəkib bir beytini də zikr edir:
Bu həmin rəna qəzəldir ki, Nəvai söyləmiş
Sürməgün tünlərdə hicran şami tut bidar göz.
Şairin gəl rədifli qəzəi isə Nəsiminin eyni adlı qəzəlini xatırladır:
Saqiyə bağrım mey-i gülgün içün qan oldu gəl
Səbr evi sənsiz təzəlzül buldu viran oldu gəl
Qövsi Təbrizi Füzuli, Nəvai, Vahid və Saib Təbrizi kimi böyük şairlərdən təsirləndiyi kimi, onun xalq dilindən, atalar sözündən, deyimlərdən istifadə etməsi ondan sonra gələn şairlərə, xüsusilə də Molla Pənah Vaqifə təsir etmişdir. Vaqif Qövsinin
Bu səhralarda hər harı muğaylandan cəfa gördüm
Səni ey Kəcbə-i maqsud xoş gördüm səfa gördüm
beyti ilə başlayan qəzəlinə “Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim" misrası ilə başlayan müxəmməsini yazmışdır.
Nüxsə və nəşrləri
Qövsi Təbrizinin “Divan”ı müxtəlif xəttatlar tərəfindən dəfələrlə köçürülmüş, Azərbaycanda, Türkiyə, İran və bir çox bölgələrdə yazılmışdır.
Onlardan bir neçəsi bunlardır
- Təbriz Milli Kitabxanası nüsxəsi - 356 nömrədə qeydiyyatdadır. 235 vərəqdir, nəstəliq xətti ilə qələmə alınmışdır. 13x22 sm ölçüdədir. 1675-ci ildə Əsgər ibn Hacı Əli Təbrizi tərəfindən köçürülüb. Üzərindəki möhürdən aydın olur ki, Hacı Hüseyn Naxçıivaninin kolleksiyasına daxil edilib. Ümumi həcmi 4700 beytdən ibarət nüsxədə, 547 qəzəl, 2 tərkibənd, 3 tərcibənd, 1 müsəddəs, 5 müxəmməs, 1 mürəbbe, 1 rübai var.
- Tehran Məlik kitabxanası nüsxələri -NR4621 nömrədə qeydiyyatdadır. 1672-1673-cü ildə Əsgər adlı şəxs tərəfindən köçürülüb. Təbriz nüsxəsi ilə xəttlərin oxşarlığı hər iki nüsxənin eyni şəxs tərəfindən köçürüldüyünü göstərir. 156 vərəqdən ibarət nüsxədə 3910 beytlik 368 qəzəl, 2 tərkibbənd, 2 tərcibənd, 1 müsəddəs, 1 müxəmməs, 1 mürəbbe var. Bir digər nüsxə NR5604 nömrədə qeydiyyatdadır. Nəstəliq yazısı ilə yazılıb, Türkcə qismi 96 vərəqdir. Fars dilində olan qisim isə 81 vərəqdir.
- Tehran Milli Kitabxanası nüsxəsi - NR5-10833 (f.833), Nəstəliq, 135 vərəq. 1284 (1867) tarixi qeyd olunub. Əvvəldən 1 səhifə və sondan bir neçə səhifə çatışmır.
- Tiflis Gürcüstan Dövlət Kitabxanası - L51 nömrədə qeydiyyatdadır. 195 vərəqdir, ilk səhifəsində 1838-ci il tarixi qeyd edilib. 4200 beytdən ibarətdir. Nisbətən mükəmməl hesab edilən nüsxədir. Bu nüsxədə 448 qəzəl, 1 mürəbbe, 1 müxəmməs, 1 müsəddəs, 3 tərcibənd, 2 tərkibənd var.
- İstanbul Universiteti Kitabxanası nüsxəsi - T5478 nömrədə qeydiyyatdadır. 138 vərəqdir və təliq xətti ilə yazılmışdır. Sonda h.1095 (m.1683) tarixi qeyd olunub. 2767 beytdən ibarətdir.
- London-Britiş Musey nüsxəsi - ADD7927 nömrədə qeydiyyatdadır. 118 vərəq, təliq xətti ilə yazılmışdır. İlk səhifədə h.1186 (m.1771) tarixi qeyd olunub. İkinci səhifədə isə h.1213-ci (m.1798) ildə Bağdad şəhərində yazılmış qeyd var. 3382 beytdən ibarətdir.
- Bakı AMEA Əlyazmalar İnstitutu nüsxəsi - B-4366 (II) nömrədə qeydiyyatdadır. 37 vərəqdən ibarətdir. Nəstəliq yazısı ilə yazılmışdır. 918 beytdir.
- Türkiyədə olan digər nüsxələr. Süleymaniyə Kitabxanası nüsxəsi- NR 3140 nömrədə saxlanılır. 104 vərəq, təliq yazısı ilə yazılıb. Malatya İl Xalq Kitabxanası nüsxəsi - N252 nömrədə saxlanılır. 126 vərəq, təliq yazısı ilə yazılıb.
Bilinən digər nüsxələr - İran Tehran Hüseyn Miftah kolleksiyası nüsxəsi (nr1150) , İran Qum Ayətullah Gülpayqani Kitabxanası nüsxəsi (nr15/88, 16 vərəq, 1833-cü il), Pakistan Danışgahi Pəncab nüsxəsi (nr699 pi VI 165, 1882-ci il, nəstəliq), İngiltərə Oksford-Bodleyn Kitabxanası nüsxəsi (nr.MS Turk.d.10, 162 vərəq, təliq), İstanbul Murad Molla Kitabxanası Arif Hikmət bəy arxivi (nr.3665, 190 vərəq)
Azərbaycan ədəbiyyat tarixçisi Firidun bəy Köçərli, iranlı tədqiqatçı Məhəmmədəli Tərbiyətdə və Həmidə Rəiszadədə də Qövsinin "Divan"ının nüsxələri var. Qövsi haqqında ilk dəfə məlumat tərtib edən Firidun bəy Köçərli onun bəzi şeirlərini "Azərbaycan ədəbiyyatı tarixi materialları" (Bakı, 1925) çap etdirmişdir. Bu kitaba şairin 62 qəzəli, bir müxəmməsi, bir neçə rübaisi daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz da Qövsinin "Divan"ını ilk dəfə natamam formada çap etdirmişdir (Bakı, 1925). Şair haqqında ən mühüm araşdırmalar aparan Həmid Araslı Qövsi Təbrizinin ədəbi irsinin oxuculara çatdırılmasında və tədqiq olunmasında xüsusi rola malikdir. O, Seyid Əzim Şirvaninin, Şarl Rionun, Firudin bəy Köçərlinin, İsmayıl Hikmətin əsərlərində Qövsi Təbrizi haqqında yazılanlardan, eyni zamanda şairin Britaniya və Gürcüstan muzeylərində saxlanılan nüsxələrindən istifadə edərək, əsərini təkmilləşmiş halda geniş müqəddimə ilə 1958-ci ildə nəşr etdirmişdir. Ədəbiyyatşünas M.Seyidov şairin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq ayrıca monoqrafiya yazmış və 1963-cü ildə "Qövsi Təbrizi" adlı kitabını çap etdirmişdir. Qövsi Təbrizinin əsərləri 1925, 1958-ci illərdə Bakıda, 1960, 1972-ci illərdə Moskvada çap olunmuşdur.
İstinadlar
- Akpınar, Yavuz. Kavsî Tebrîzî (türk). 25 (Kasti̇lya – Ki̇le). İstanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies. 2002. ISBN . 2022-05-07 tarixində . İstifadə tarixi: 2022-05-07.
- Qövsi Təbrizi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Araslı, 1998. səh. 570
- Seyidov, 1963
- Hidayət. səh. 1146
- Kərimov, 2005. səh. 4
- Mümtaz, 1925. səh. 6
- Əliyarlı, 1996. səh. 432
- Javadi, H.; Burrill, K. Yarshater, Ehsan (redaktor). AZERBAIJAN x. Azeri Turkish Literature (ingilis). III: Ātaš–Bayhaqī, Ẓahīr-al-Dīn. Fasc. 3. London və Nyu-York: Routledge & Kegan Paul. 1988. 251–255. ISBN . 2022-01-14 tarixində . İstifadə tarixi: 2022-05-07.
- Çakır, 2008. səh. 25
- Гусейнов, Ч. Г. Ковси Тебризи (rus). 31: Социальное партнёрство — Телевидение. 2016. ISBN .
- Çakır, 2008. səh. 24
- Çakır, 2008. səh. 27
- Лебедева, Л. И. Азербайджанская литература // Николаева, П. А. (redaktor). Литературный энциклопедический словарь (rus). Moskva: Sovet Ensiklopediyası. 1987. (#first_missing_last)
- Rəhimi, 2016. səh. 1784
- Kərimov, 2005. səh. 7
- Çakır, 2008. səh. 35
- Kərmov, 2005. səh. 7
- Rəhimi, 2016. səh. 1785
- Çakır, 2008. səh. 37
- Rəhimi, 2016. səh. 1786
- Rəhimi, 2016. səh. 1791
- Kərimov, 2005. səh. 11
- Kərimov, 2005. səh. 12
- Rəhimi, 2016. səh. 1792
- Rəhimi, 2016. səh. 1793
- Rəhimi, 2016. səh. 1794
- Rəhimi, 2016. səh. 1795
Mənbə
- Paşa Kərimov. Qövsi Təbrizi. Seçilmiş əsərləri (PDF). Bakı: Lider nəşriyyat. 2005. səh. 328. ISBN .
- Mahmud Hidayet. Gülzar-ı Cavidan. 2.
- Salman Mümtaz. Qövsi. 5. Üçüncü Beynəlmiləl Mətbəəsi. Azərbaycan Ədəbiyyatı. 1925.
- Həmid Araslı. Qövsi Təbrizi. I. Bakı: Gənclik. Azərbaycan Ədəbiyyatı Tarixi və Problemləri. 1998. 569–586.
- Yavuz Akpınar. Azeri Edebiyyatı Araştırmaları. İstanbul: Dergah yayımları. 1994.
- Süleyman Əliyarlı. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı: “Azərbaycan” nəşriyyatı. 1996. 872 səh.
- Fərhad Rəhimi. XVII. YÜZYIL AZERBAYCAN ŞAİRİ TEBRİZLİ KAVSÎ VE DÎVÂNI ÜZERİNE. 5\4. Türkiyə. Uluslararası Türkçe Edebiyat Kültür Eğitim Dergisi. 2016. 1773–1804.
- Mümine Çakır. KAVSÎ, HAYATI, EDEBÎ KİŞİLİĞİ VE DÎVÂNI. Ankara. T.C.GAZİ ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI ESKİ TÜRK EDEBİYATI BİLİM DALI. 2008.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elican Ismayil oglu Qovsi Tebrizi 1568 Tebriz 1640 Tebriz XVII esrin evvellerinde yasamis Azerbaycan sairi O Tebrizde anadan olmus ilk tehsilini atasindan almis Isfahanda oxumus sonradan Tebrize qayidaraq burada din xadimi kimi heyatini davam etdirmisdir Qovsi TebriziTexellusu Kovsi TabriziDogum tarixi 1568Dogum yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranVefat tarixi 1640Vefat yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranMilliyyeti azerbaycanliFealiyyeti sairQovsi Tebrizi Vikimenbede Vikianbarda elaqeli mediafayllar Sair Fuzuli edebi mektebinin gorkemli davamcilarindan hesab olunur Qovsi Tebrizi hem kohne Azerbaycan dilinin klassik seir dili merhelesini XV esr hem de yeni Azerbaycan dilinin xelqilesmesi dovrunu XVII esr oz yaradiciliginda inikas etdire bilmisdir HeyatiElican Ismayil oglu Qovsi Tebrizi XVII esrin ikinci rubunde o dovrde Sefeviler dovletinin bir hissesi olan Tebriz seherinde senetkar ve sair ailesinde anadan olmusdur Onun deqiq dogum ve olum tarixi melum deyil Qovsi Tebrizinin ailesi haqqinda etrafli melumati Hind tezkirelerini tedqiq etmis professor Hemid Arasli vermisdir Azerbaycan edebiyyati tarixinde Qovsi texelluslu uc yazici vardir ki akademik Hemid Arasli onlarin hamisinin eyni aileden oldugunu ireli surmusdur Tarixcinin fikrince Qovsi texellusu ile yazib yaratmis bu muellifler baba ata ve neve idiler Arasli Revzetul Cahan eserinin muellifi Dervis Huseynin Qovsi texelluslu iki Tebrizli sairden behs etdiyini bildirir ve elave edir ki onlar ogul Elican Qovsi ve ata Ismayil Qovsidir Arasli hemcinin Tohfe i Sami tezkiresinin tercumesinde texellusunden Qovsi Tebrizinin seneti melumdur Qara camaatdandir ve herden bir seir soyleyir Ancaq sehv qafiyeleri cox gozel isleyir cumlelerinden yola cixaraq sairin atasinin agacdan qovs qasiq kimi esyalar hazirlayan seher senetkarlarindan biri oldugunu soyleyir Elican Qovsinin atasi Ismayil Qovsi hem de farsca ve Azerbaycan turkcesinde yazan sair idi Arasli eyni soyadli babadan da behs etse de onun haqqinda etrafli melumat vermeyib Sairin ailesi haqqinda basqa bir melumata rast gelinmir Lakin Tohfe i Sami tezkiresinde Nami Tebrizi ve Nuri Tebrizi adli iki sexsden behs olunur Nuri Tebrizinin Qovsinin qardasi oldugu ve X esrde doguldugu yay aylarinda suculuqla mesgul oldugu bildirilir Bu qardaslarin ata Ismayil Qovsinin qardaslari oldugu ehtimal olunur Cunki Tohfe i Samide adi cekilen Qovsi Tebrizi Ismayil Tebrizidir Mireli Seyidov da bu fikri tesdiqleyir O Elican ve ailesinin bu texellusu secme sebebi kimi qovs sozunun yay menasini verdiyini bununla da sairin sozlerinin ox kimi iti oldugunu ve seirlerinin tesirli gucunu gosterdiyini bildirir Diger terefden Mahmud Hidayet Gulzar i Cavidan eserinde Qovsi Tebrizinin atasinin yay ustasi oldugunu texelluslerinin de buradan geldiyi fikrini ireli surur Elican Qovsi Tebrizi eslen Tebrizlidir XVII esrin ikinci yarisinda anadan olmus sairin deqiq dogum tarixi belli deyil Qovsi Tebrizi oz divaninda Mirze Tahir Vahid Qezviniye yazdigi nezire sairin yasadigi dovr haqqinda bize melumat verir Ne yaxsi soylemis Qovsi Vahidi pakgovher kim Meni yandirdi bir ates ki dusmenden iraq olsun Edebiyyat tarixi tedqiqatcisi Pasa Kerimovun Azerbaycan Sovet Ensiklopediyasinda yazdigi melumatlara esasen Mirze Tahir Vahid 1606 ci ilde Qezvinde anadan olmus 1701 ci ilde vefat etmisdir II Sah Abbasin veqienevisi kimi Abbasname eserini yazmis 1689 1697 ci illerde I Suleyman ve daha sonra I Sah Huseynin bas veziri olmusdur Vahidin Qovsi Tebrizi yaradiciligina tesiri olduqca boyukdur Qovsi Tebrizi basqa bir beytde Sah I Suleymandan behs edir ve ozunun Ugurlu xanin qulu sah Suleymanin bendesi oldugunu vurgulayir Ugurlu xan Ziyad oglu Musahib ruzigarinda Ki biz onun qulu ol bende i Sultan Suleymandir Beytde behs olunan I Suleyman adi ile taxta cixan Sefi Mirze 1666 1694 cu illerde hakimiyyetde olmusdur Adi cekilen diger sexs Ugurlu xan Ziyad oglu Musahib barede turk edebiyyatsunas Yavuz Akpinar melumat verib bildirir ki bu sexs 1666 1667 ci illerde Gencede hakimlik edirmis Tarixci Suleyman Eliyarli da Qovsi Tebrizinin bir muddet Ugurlu xanin sarayinda yasadigini bildirir Gorkemli edebiyyatsunas Salman Mumtaz da Qovsi Tebrizi ile bagli tarixi adlardan cixis ederek yazir Qovsinin yasadigi esre geldikde hicri XI miladi XVII esrlerdir Cunki Sah Abbas Sani Sah Suleyman Agahuseyn Xansari Mirze Tahir de XI esrde yasamis tarixi sexslerdir ki onlarin yasadiqlari esr barede hec bir ixtilaf ola bilmez Hele Qovsinin ustadi olaraq Zulcemalin leqebi ile meshur olan Agahuseyn Xansarinin hicri 1077 ci ilde Sah Suleymani niyabeten Sefeviyye taxtina oturdugu nezeri etibare alsaq Qovsinin XI esrin nehayetinde hal heyatda oldugunu qebul etmeye mecburuq Mirze Tahir bagini terif ve tofsif eden Qovsi subhesiz her iki hokmdarin yeni Sah Abbas Sani ile oglu Sah Suleymanin zamanlarini derk ede bilmisdir Tebrizde dogulub ilk tehsilini burada alan Elican Qovsi sonradan dovrun elm ve incesenet merkezlerinden biri olan Isfahana uz tutmusdur Burada dovrun meshur alimlerinden Aga Huseyn Ensarinin telebesi olmusdur Tebrizi tehsil ucun terk eden sair seirlerinde Tebriz hesreti cekdiyini tez tez vurgulayir Tebriz cebesi yaxami tutmus aparir Qovsi eger ki damenumi Isfahan tutar Qaynaqlarin verdiyi melumatlara esasen sair Isfahanda bir muddet yasadiqdan sonra Hindistana gedib burada Ekber sahin sarayinda olur Daha sonra Tebriz seherine qayidan sair heyatini burada din xadimi kimi davam etdirib Ailesi ile bagli melumatlar cercivesinde Qovsinin evli ve usaq sahibi olub olmamasi ile bagli melumatlar beytlerine esaslanir Sair deyir ki insanin rahat hereket ede bilmesi ucun onun pervane kimi bir yere bagli olmamagi lazimdir Buradan bele neticeye gelmek mumkundur ki o ya evli deyil ya da evlidirse bu ohdeliyi beyenmir Rahat isteyirsen muqeyyed olmayib pervane tek Her nefes bir atesin ruxsare yalvarmaq gerek Basq bir beytde ise sair usaqsiz oldugu ucun basinin eyildiyini nesil qemi cekdiyini bildirir Qovsi yaxardi nesil qemi cavidan meni Yandirmasaydi misra i rengin ciragimiYaradiciligiUsaqliqdan seir yazan bir atanin oglu kimi ilk tehsilini atasindan aldigini nezere alsaq onun seir texnikasini kicik yaslarindan inkisaf etdirdiyini soylemek olar Qovsinin seirdeki ustaligini onun qezel sahesindeki ugurlu teleffuzunden de anlamaq olar Bu sebebden Qovsinin edebi sexsiyyetini mueyyen etmek ucun onun qezellerine nezer salmaq lazimdir Qovsi seirlerini hem xalq hem de klassik uslub uzerinde qurmus bir sairdir Sairin Divan inda Fuzuliye yazdigi nezireler de onun sexsiyyetinin uze cixarilmasinda helledici rola sahibdir Eserlerini Azerbaycan turkcesinde yazan klassik inceliyi xalq poeziyasinin semimiyyeti ile birlesdiren Qovsi oz seirlerinde klassik yazi dili ile danisiq dilini birlesdirmis fikirlerini aydin ifade etmisdir Onun bu seirlerinde xalq deyimleri ve atalar sozlerine tez tez rast gelinir Qovsi Tebrizinin seirleri vizual vasitelerin rengarengliyi forma zerifliyi intonasiya zenginliyi ile secilir Onun poeziyasinda idealist panteist dunyagorusu bedbin motivler xalqin dusunce ve arzularinin tesviri ile birlesmisdir Qovsi Tebrizi oz eserlerinde sosial edaletsizliyi pislemis ruhanileri tenqid etmisdir Onun lirikasinda romantik sevgi movzusu muhum yer tutmusdur Azerbaycan edebiyyati ile bagli ehemiyyetli tedqiqatlar aparmis professor Hemid Arasli Fuzulinin qezellerinin tesiri ile seir yazan Qovsini Saib Tebrizini cox oxuyan bir sair kimi xarakterize edir Yaradiciligi cox zengin bedii sozun qudret ve tesirini bilen eruzun en oynaq behrlerini secen islenmis qafiye ve rediflerden istifade eden dili son derece canli tesbehleri tebii ve semimi olan sair bedii dilin sadelesmesinde kutlevilesmesinde boyuk rola sahibdir Azade Rustemova Qovsini Fuzuli mektebinin muhum numayendesi ve turk lirikasinin ustadi kimi xarakterize edir Yene Azerbaycan sahesine aid eserlerinden tanidigimiz Yavuz Akpinarin fikri beledir Klassik yazi dili ile danisiq dilini ugurla birlesdiren fikirlerini aydin ifadesi ile diqqet ceken Qovsinin bu seirlerinde xalq deyimlerine atalar sozune tez tez rast gelinir Seirlerinin dili Qovsi turkce seirleri ile yanasi farsca da seirler yazan sairdir Iran Melik Kitabxanasinda saxlanilan 1116 ci il tarixli mecmuada Qovsinin turkce ve farsca seirleri ile yanasi bir cox sairin seirleri de var Ustelik Pakistanin Lahor seherindeki farsca bir kataloqda Qovsi divaninin bir nusxesi qeyd edilir ve divanin evvelinde farsca bir beyt qeyd olunur Sirvani tezkiresinde Qovsinin farsca bir beytini de yerlesdirmisdir O divaninda bir beytde turkce ve farsca yazdigini lakin her iki dilinde onun veziyyetini tesvir etmeye bes etmediyini bildirir Turk nezmi Fars lafz ile sozler soyledim Ah kim bir semmi Qovsi serh i ehval olmadi Sair hemcinin yasadigi dovrde idareciler terefinden turkcenin fars dilinden arxa plana salinmasindan narahat oldugunu bildirir Onun seirlerinde xalq deyimlerinden deyimlerden atalar sozlerinden istifade etmesi bu narahatciligin subutudur Ustelik sair beytlerinde tez tez dilsizlikden sikayetlenir Hemid Araslinin tedqiqatlarina gore bu dilsizlikden sikayet turkceye lazimi qeder ehemiyyet verilmemesidir Qovsi bu sebebden alemlere rusvay oldugunu basqalarinin sirrini sozle acdigini bildirir Bi zebanliq eyledi alemlere rusva meni Ol revis kim ozgeler razi qilir izhar soz Qovsi dilinin anlasilmadigindan mezemmet edir Haray kimem ne dilim var ne bir dil anlayanim Egerki ne kimi cismim fiqan ile doludur Sade dilde yazsa da vezn qusurlari cox deyil O qezellerinde eruz vezninin murekkeb olmayan behirlerinden istifade etmis ve bu zaman turk sozlerini vezne uygunlasdirmisdir Qovsi yaradiclilginin diger muhum xususiyyeti xalq deyimlerine atalar sozune ve mesellere ustunluk vermesidir O deyimlerden hem herfi hem de mecazi menada fikrini catdirmaq ucun ugurla istifade etmisdir Sozlerle bagli ugurla heyata kecirdiyi basqa bir xususiyyet de ereb ve ya fars dillerinde isletdiyi sozun eyni beytde turkce sinonimini isletmesidir Asagidaki beytde punhan sozu ile eyni menada islenen soz yasurmaq dir Yasurmaq hem de gizletmek saxlamaq menasindadir Konul bir qetre qandir esq bil dadin yasursun mi Gozum bir qetrede bir behr punhan eylemek olmaz Qovsi qezellerinde diger menzum formalarla muqayisede daha sade dilden istifade etmisdir O vaxtasiri oz beytlerine artiq islenmemis ve ya Azerbaycan turkcesinde islenen lakin Anadolu turkcesinde olmayan sozleri ugurla daxil etmis xalq teleffuzunu on plana cixarmisdir Yasurmaq otmek danmaq yasinmaq culgasmaq yigmaq soraq aparmaq kuymek daldanamaq yegin haray dozmek tapsirmaq tikan dukan capmaq sancilmaq sinmaq oturmek bir havur yugurmek yubul yavancimaq utuzmek utmek calxamaq qiraq iye tuk guzgu qaravul danla anul buxaq dustaq ilqar sozleri buna misaldir Tesirlendiyi sairler Elican Qovsi Isfahanda oldugu dovrde Tebriz haqqinda seirler yazaraq iki seheri bir birleri ile muqayise etmisdir Irani Hindistani ve Qafqazi gezen Qovsi Tebrize qayitdiqdan sonra din xadimi olmus Saib Tebrizinin ve xususile Fuzulinin tesiri altinda olmusdur O Nesimi ve Fuzulinin enenelerinin bilavasite davamcisi olmus Fuzuliye ve Elisir Nevaiye nezireler yazmis elece de muxtelif qezeller erseye getirmisdir Qovsi yaradiciligina en guclu tesiri Fuzuli seiri gostermisdir Kavsi XVII esrde Fuzuli mektebini davam etdiren sairler sirasindadir Cunki bu esrde yazilan qezellerin ekseriyyetinde Fuzulinin uslubunun dilinin qorunub saxlanmasi boyuk senetkarliq sayilirdi Fuzuli enenesine sadiq qalan Qovsi cagdas sairlerinden bir addim ondedir Zengin xalq edebiyyati servet ve motivlerinden yararlanmaqla yanasi hem de seir texnikasinin ustadidir Qovsi Fuzuli seirinin tesiri ile nezire ve nezirenin uzantisi sayilan tezminler yazmisdir Zaman zaman o Fuzulinin istifade etdiyi rediflerden istifade edirdi Amma bu qezeller teqlid deyil Qovsinin ozunemexsus ixtiralari var ve bu beytler teleffuz baximindan olduqca ugurludur Qovsinin gorgec redifli qezeli Fuzulinin eyni redifli qezeline neziredir Elden gederem serv i xuramanunu gorgecDilden duserem qonceyi xendanini gorgec Alim Mirzaga Quluzade bu barede yazir Fuzuli lirikasinin Qovsi yaradiciligi uzerindeki xeyli quvvetli tesirini Qovsinin zeif epiqoncu sair olmasi ile izah etmek sehvdir Soz yoxdur ki Fuzuli yeni edebi mekteb yaratmis dahi senetkardir Qovsi ise onun en istedadli ve gorkemli davamcilarindan biridir Qovsi de Fuzuli kimi asiqdir Beytlerinde sevgiden gozellikden behs edir Fuzuli kimi esqin derdinden gileylenir Amma onun kimi tesevvufi derinliye malik deyil Onun qezellerinde dini unsurlere munasibeti sethi xarakter dasiyir Qovsi Fuzuliden ferqli olaraq esq belasindan qurtulmaq sevgilisine qovusmaq isteyir Qovsi Tebrizi hemcinin ozbek sairi Elisir Nevaiden de tesirlenmis oz seirlerinde ondan iqtibas getirmisdir Qovsinin goz redifli qezeli Nevainin eyni redifli qezeline nezirdeir Bu neziresinde Nevainin adini cekib bir beytini de zikr edir Bu hemin rena qezeldir ki Nevai soylemis Surmegun tunlerde hicran sami tut bidar goz Sairin gel redifli qezei ise Nesiminin eyni adli qezelini xatirladir Saqiye bagrim mey i gulgun icun qan oldu gel Sebr evi sensiz tezelzul buldu viran oldu gel Qovsi Tebrizi Fuzuli Nevai Vahid ve Saib Tebrizi kimi boyuk sairlerden tesirlendiyi kimi onun xalq dilinden atalar sozunden deyimlerden istifade etmesi ondan sonra gelen sairlere xususile de Molla Penah Vaqife tesir etmisdir Vaqif Qovsinin Bu sehralarda her hari mugaylandan cefa gordum Seni ey Kecbe i maqsud xos gordum sefa gordum beyti ile baslayan qezeline Men cahan mulkunde mutleq dogru halet gormedim misrasi ile baslayan muxemmesini yazmisdir Nuxse ve nesrleri Qovsi Tebrizinin Divan i muxtelif xettatlar terefinden defelerle kocurulmus Azerbaycanda Turkiye Iran ve bir cox bolgelerde yazilmisdir Onlardan bir necesi bunlardir Tebriz Milli Kitabxanasi nusxesi 356 nomrede qeydiyyatdadir 235 vereqdir nesteliq xetti ile qeleme alinmisdir 13x22 sm olcudedir 1675 ci ilde Esger ibn Haci Eli Tebrizi terefinden kocurulub Uzerindeki mohurden aydin olur ki Haci Huseyn Naxciivaninin kolleksiyasina daxil edilib Umumi hecmi 4700 beytden ibaret nusxede 547 qezel 2 terkibend 3 tercibend 1 museddes 5 muxemmes 1 murebbe 1 rubai var Tehran Melik kitabxanasi nusxeleri NR4621 nomrede qeydiyyatdadir 1672 1673 cu ilde Esger adli sexs terefinden kocurulub Tebriz nusxesi ile xettlerin oxsarligi her iki nusxenin eyni sexs terefinden kocurulduyunu gosterir 156 vereqden ibaret nusxede 3910 beytlik 368 qezel 2 terkibbend 2 tercibend 1 museddes 1 muxemmes 1 murebbe var Bir diger nusxe NR5604 nomrede qeydiyyatdadir Nesteliq yazisi ile yazilib Turkce qismi 96 vereqdir Fars dilinde olan qisim ise 81 vereqdir Tehran Milli Kitabxanasi nusxesi NR5 10833 f 833 Nesteliq 135 vereq 1284 1867 tarixi qeyd olunub Evvelden 1 sehife ve sondan bir nece sehife catismir Tiflis Gurcustan Dovlet Kitabxanasi L51 nomrede qeydiyyatdadir 195 vereqdir ilk sehifesinde 1838 ci il tarixi qeyd edilib 4200 beytden ibaretdir Nisbeten mukemmel hesab edilen nusxedir Bu nusxede 448 qezel 1 murebbe 1 muxemmes 1 museddes 3 tercibend 2 terkibend var Istanbul Universiteti Kitabxanasi nusxesi T5478 nomrede qeydiyyatdadir 138 vereqdir ve teliq xetti ile yazilmisdir Sonda h 1095 m 1683 tarixi qeyd olunub 2767 beytden ibaretdir London Britis Musey nusxesi ADD7927 nomrede qeydiyyatdadir 118 vereq teliq xetti ile yazilmisdir Ilk sehifede h 1186 m 1771 tarixi qeyd olunub Ikinci sehifede ise h 1213 ci m 1798 ilde Bagdad seherinde yazilmis qeyd var 3382 beytden ibaretdir Baki AMEA Elyazmalar Institutu nusxesi B 4366 II nomrede qeydiyyatdadir 37 vereqden ibaretdir Nesteliq yazisi ile yazilmisdir 918 beytdir Turkiyede olan diger nusxeler Suleymaniye Kitabxanasi nusxesi NR 3140 nomrede saxlanilir 104 vereq teliq yazisi ile yazilib Malatya Il Xalq Kitabxanasi nusxesi N252 nomrede saxlanilir 126 vereq teliq yazisi ile yazilib Bilinen diger nusxeler Iran Tehran Huseyn Miftah kolleksiyasi nusxesi nr1150 Iran Qum Ayetullah Gulpayqani Kitabxanasi nusxesi nr15 88 16 vereq 1833 cu il Pakistan Danisgahi Pencab nusxesi nr699 pi VI 165 1882 ci il nesteliq Ingiltere Oksford Bodleyn Kitabxanasi nusxesi nr MS Turk d 10 162 vereq teliq Istanbul Murad Molla Kitabxanasi Arif Hikmet bey arxivi nr 3665 190 vereq Azerbaycan edebiyyat tarixcisi Firidun bey Kocerli iranli tedqiqatci Mehemmedeli Terbiyetde ve Hemide Reiszadede de Qovsinin Divan inin nusxeleri var Qovsi haqqinda ilk defe melumat tertib eden Firidun bey Kocerli onun bezi seirlerini Azerbaycan edebiyyati tarixi materiallari Baki 1925 cap etdirmisdir Bu kitaba sairin 62 qezeli bir muxemmesi bir nece rubaisi daxil edilmisdir Azerbaycan edebiyyatsunasi Salman Mumtaz da Qovsinin Divan ini ilk defe natamam formada cap etdirmisdir Baki 1925 Sair haqqinda en muhum arasdirmalar aparan Hemid Arasli Qovsi Tebrizinin edebi irsinin oxuculara catdirilmasinda ve tedqiq olunmasinda xususi rola malikdir O Seyid Ezim Sirvaninin Sarl Rionun Firudin bey Kocerlinin Ismayil Hikmetin eserlerinde Qovsi Tebrizi haqqinda yazilanlardan eyni zamanda sairin Britaniya ve Gurcustan muzeylerinde saxlanilan nusxelerinden istifade ederek eserini tekmillesmis halda genis muqeddime ile 1958 ci ilde nesr etdirmisdir Edebiyyatsunas M Seyidov sairin heyat ve yaradiciligi haqqinda ilk defe olaraq ayrica monoqrafiya yazmis ve 1963 cu ilde Qovsi Tebrizi adli kitabini cap etdirmisdir Qovsi Tebrizinin eserleri 1925 1958 ci illerde Bakida 1960 1972 ci illerde Moskvada cap olunmusdur IstinadlarAkpinar Yavuz Kavsi Tebrizi turk 25 Kasti lya Ki le Istanbul Turkiye Diyanet Foundation Centre for Islamic Studies 2002 ISBN 9789753894036 2022 05 07 tarixinde Istifade tarixi 2022 05 07 Qovsi Tebrizi Bolshaya sovetskaya enciklopediya v 30 t 3 e izd M Sovetskaya enciklopediya gl red A M Prohorov 1969 1978 Arasli 1998 seh 570 Seyidov 1963 Hidayet seh 1146 Kerimov 2005 seh 4 Mumtaz 1925 seh 6 Eliyarli 1996 seh 432 Javadi H Burrill K Yarshater Ehsan redaktor AZERBAIJAN x Azeri Turkish Literature ingilis III Atas Bayhaqi Ẓahir al Din Fasc 3 London ve Nyu York Routledge amp Kegan Paul 1988 251 255 ISBN 978 0 71009 121 5 2022 01 14 tarixinde Istifade tarixi 2022 05 07 Cakir 2008 seh 25 Gusejnov Ch G Kovsi Tebrizi rus 31 Socialnoe partnyorstvo Televidenie 2016 ISBN 978 5 85270 368 2 Cakir 2008 seh 24 Cakir 2008 seh 27 Lebedeva L I Azerbajdzhanskaya literatura Nikolaeva P A redaktor Literaturnyj enciklopedicheskij slovar rus Moskva Sovet Ensiklopediyasi 1987 first missing last Rehimi 2016 seh 1784 Kerimov 2005 seh 7 Cakir 2008 seh 35 Kermov 2005 seh 7 Rehimi 2016 seh 1785 Cakir 2008 seh 37 Rehimi 2016 seh 1786 Rehimi 2016 seh 1791 Kerimov 2005 seh 11 Kerimov 2005 seh 12 Rehimi 2016 seh 1792 Rehimi 2016 seh 1793 Rehimi 2016 seh 1794 Rehimi 2016 seh 1795MenbePasa Kerimov Qovsi Tebrizi Secilmis eserleri PDF Baki Lider nesriyyat 2005 seh 328 ISBN 9952 417 28 2 Mahmud Hidayet Gulzar i Cavidan 2 Salman Mumtaz Qovsi 5 Ucuncu Beynelmilel Metbeesi Azerbaycan Edebiyyati 1925 Hemid Arasli Qovsi Tebrizi I Baki Genclik Azerbaycan Edebiyyati Tarixi ve Problemleri 1998 569 586 Yavuz Akpinar Azeri Edebiyyati Arastirmalari Istanbul Dergah yayimlari 1994 Suleyman Eliyarli Azerbaycan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Baki Azerbaycan nesriyyati 1996 872 seh Ferhad Rehimi XVII YUZYIL AZERBAYCAN SAIRI TEBRIZLI KAVSI VE DIVANI UZERINE 5 4 Turkiye Uluslararasi Turkce Edebiyat Kultur Egitim Dergisi 2016 1773 1804 Mumine Cakir KAVSI HAYATI EDEBI KISILIGI VE DIVANI Ankara T C GAZI UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU TURK DILI VE EDEBIYATI ANABILIM DALI ESKI TURK EDEBIYATI BILIM DALI 2008 Xarici kecidler