İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufişair.
İzzəddin Həsənoğlu | |
---|---|
| |
Doğum tarixi | XIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1260 |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
İzzəddin Həsənoğlu Vikimənbədə |
Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "" əsərindən aşkar edilmişdir.
İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir.
Həyatı
İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. ХIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin ХIII yüzilliyin sonu və ХIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
Həsənoğlu barədə orta əsr mənbələrində ilk məlumata XV əsrdə rast gəlinir. Teymuri Şahrux Mirzənin lələsi Əmir Alaüddəvlə-i Əsfərayinin oğlu Dövlətşah Səmərqəndinin 1487-ci ildə tamamladığı "" əsərində İzzəddin Həsənoğludan bəhs edərkən yazır:
"O, müdrik, müvahhid, fədai və məczub bir şəxs olub, İslam və müsəlmanların şeyxi Raziyü’l Haq və Din Əli ibn Səid Lalənin xəlifələrindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. O, divanı həm də Azərbaycanda çox məşhur sufi şairidir…Türkidə Həsənoğlu, farsidə Purhəsən təxəllüsü işlədirdi."
Səmərqəndi Həsənoğlunu " Əsfəraini" nisbəsi il ə xatırladır. Xorasan vilayətindəki Cahan dağının ətəyində, Herdə dağının şimalında yerləşən Əsfərain qədim bir yaşayış məntəqəsidir. Tarixi mənbələr, о cümlədən "Mücmələt-t əvarix vəl-Qisəs", "Lübabül Əbvab", "Tarixi-Cahangüşa", "Qamusüləlam", "Reyhann ətülədəb" və s. kimi mötəbər məxəzlər Əsfəraində bir sıra görkəmli şəxsiyyətlər, elm, ürfan, fəzil ət sahibləri və dövlət adamları yetişdiyini, burada qədimlərdən türklərin və farsların bir yerdə yaşadığını xəbər verirlər.
Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir. Məzarı bir neçə dəfə dağıdılıb. Bu barədə Seyfəddin Altaylı özünün " İzzəddin Həsənoğlu ve Altı Balkan Şairinin Şeirlərində Türk Mifiologiyasına Aid Bəzi Ortaq Motiflər" adlı məqaləsində yazır:
Həsənoğlunun İsferayin yolu üzərində Şah Cahan dağına söykənmiş təpədə olan məzarı uçub. Bölgədəki dostlarla əlaqə qurub, bəzi zəruri işlər həyata keçirşrşk, adına layiq məzarlıq ucaldılsa da, təsəvvüf şairinin irsi onun xalqda milli kimliyi gücləndirəcəyindən qorxan, İran coğrafiyasındakı şovinist təfəkkürlü insanlar tərəfindən məhv edilib.
Yaradıcılığı
Qeyd etdiyimiz kimi İzzəddin Həsənoğlunu Həsənoğlunu Azərbaycan ədəbiyyatı tarixinə ilk daxil edən Fuat Köprülü olduğu məlumdur. Bütün tədqiqatçılar onun iki türk, iki fars şeiri olduğunu qeyd etmişlər. Fuad Körpülü onun üç türk şeirini tapılıb nəşr etmişdir.
Azərbaycan türkcəsində şeirləri
"Apardı könlümü.." qəzəli
Türk şeirlərində Həsənoğlu, fars dilində şeirlərində isə Pürhəsən təxəlllüsündən istifadə edən şair Azərbaycan ədəbiyyətında ana dilli ilk qəzəl olan "apardı könlümü.." qəzəlinin müəllifidir. M. F. Köprülü tərəfindən Avropa şərqşünası Kramersin yaxından köməkliyi ilə üzə çıxarılan yeddi beytlik qəzəl Seyfi Sarayinin "Gülüstan" tərcüməsinə əlavə edilmişdir. Qəzəlin poetik forması (daxili mükalimə) klassik şərq şeirində daha qədim dövrlərdə işlənmiş "Rəddül-əcəz" formasıdır. Əsl adı "Rəddül-əciləsul-sədr"dir. Yəni əvvəlin inkarı və ya onun izahıdır. Qəzəl əruzun bütov həzc bəhrində, məfAİlün təfiləsinin 4 dəfə təkrarlanması ilə başa çatdırılıb.
Apardı könlümü bir xoş qəməryüz canfəza dilbər;
Nə dilbər, dilbəri-şahid, nə şahid, nə şahidi-sərvər.
"Apardı könlümü" qəzəlində işlənən nə əvəzliyi beytin ikinci misralarında (onların sayı 7-dir) suallıqdan çıxır, misraya heyranlıq, məftunluq məzmunu gətirir. Lirik qəhrəman "canfəza dilbər"in, "qəməryüz"ün gözəlliyi qarşısında dərin hisslər, duyğular içərisindədir. O, bu gözəllik, füsunkarlıq, bənzərsizlik qarşısında vəcdə gəlmişdir.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Sənətkar bu beytdə bir müqayisə – bənzətmə yaradır. Belə ki, gözəlin qaməti sürahiyə bənzədilir. Bu dilbərin boyu da sürahi kimi uca, mütənasib və zərifdir. Boğazı sürahininki kimi incə və xoşagələndir. Sürahinin içərisindəki şərab badəyə süzülərkən onun dar boğazından keçən maye "qül-qül" deyə zərif səs çıxarır. Gözəl də danışarkən onun da boğazından gələn səs lətif və ürəyəyatan "qül-qül" avazını xatırladır. Deməli, gözəlin həm boyu, həm də danışığı sürahi və ondan süzülən şəraba bənzədilir.
İ. Həsənoğlunun haqqında danışdığımız qəzəli lirik-aşiqanə mövzuda yazılmışdır. Lakin son dövrlərdə yazılmış bir sıra əsərlərdə o, sufi şeiri kimi də qiymətləndirilir. Məsələn, "XII-XVI əsrlər Azərbaycan şeirində təsəvvüf" adlı monoqrafik tədqiqatında X. Hümmətova yazır: "Apardı könlümü" adlı qəzəli məna semantikası baxımından şairin sufiyanə görüşlərini əks etdirən bir qəzəldir". Bu qəzəllə bağlı A. Rüstəmova yazır: "Şairin "Apardı könlümü" qəzəli onun istedadlı bir şəxs olub, azəri türkcəsində kamil əsərlər yaratdığına dəlalət edir. İlahi eşqin simvollarla əyaniləşdirilməsi kimi, dildən uzun əsrlər ərzində formalaşa biləcək ifadə imkanı tələb edən mürəkkəb bir formada mükəmməl qəzəl nümunəsi olan Həsənoğlunun bu şeiri qəzəl janrının tələbləri baxımından kamildir".
Qəzəldə işlənən "dilbər", "Dilbəri şahid", "şahidi sərvər", "büt", sürahi, "badə" və s. söz-simvollardan istifadə edilməsi klakssik şeirimizə xas olan xüsusiyyətlərdir. Həmçinin, "sevgili", "sultan", "məhbub", "şərab", "ağız", (dəhan) "qönçeyi-xəndan" və s. kimi söz və ifadələr də bədii təsvir vasitələridir".
Qəzəldə Ərəb-fars söz və ifadələri Azərbaycan dilinin sintaktik sisteminə və cümlə quruluşuna məharətlə uyuşdurulmuşdur. "Apardı könlümü…", "başımdan getm ədi", "canım içində yazıldı" və s. kimi ifadələr sadə və canlı xalq dilindən xəbər verir. Həsə noğludan s onra istər türk və istərsə də fars dilində "Apardı könlümü…" qəzəlinə çoxlu sayda nəzirələr yazılmışdır. Türk dilində bənzətmə yazanlardan Seyfi Sarayini, ХV əsrin Anadolu şairi Əhməd Daini, Azərbaycan sənətkarlarından Möhnəti Bakuini (ХIVəsr), Şəkili Nəbini (ХVIII əsr), Şirvanlı Salehi (ХVIII əsr), Əbdülxalıq Cənnətini (1855–1931) və s., farsca nəzirə qələmə alanlardan isə "Ima" təxəllüslü bir şairi, Tüfeylini (ХV-ХVI əsrlər), ХVII yüzillikdə Hindistanda ömür sürmüş Bidili və b. göstərmək olar.
"Bənim" rədifli qəzəli
İzzəddin Həsənoğlunun bizə məlum olan türkcə ikinci qəzəli isə "Necəsən, gəl ey yüzü ağum bənüm" misrası ilə başlayan qəzəlidir. Həmin şeiri alman şərqşünası, Hamburq Universitetinin professoru Barbara Flemminq aşkara çıxarmış, 27–29 sentyabr 1972-ci il tarixlərdə Türkiyədə keçirilmiş I Türk Dili Bilimsəl Qurultayında etdiyi "Sultan Qavri divanında naməlum şeirlər" adlı məruzəsində bu barədə elmi ictimaiyyətə məlumat vermişdir. Daha sonra Azərbaycan alimi Fərhad Zeynalov alman şərqşünası B. Flemminqin aşkarladığı qəzəl barədə Bakıda çıxan "Ədəbiyyat və incəsənət" qəzetinin 25 noyabr 1972-ci il tarixli sayında dərc olunmuş "Həsənoğlunun azərbaycanca yeni şeiri" adlı yığcam məqaləsində məlumat vermiş, şeirin mətnini də oxuculara çatdırmışdır.
"Necəsən, gəl, ey yüzü ağum bənüm?
Sən əritdün odlara yağum bənüm."
Bu şeirdə Apardı könlümü qəzəli kimi məhəbbəd mövzusundadır. İlk beytdə qəhrəman sevgilisinə xitab edir, onun gəlişini arzulayır, bildirir ki, nigarın eşqinin ucbatından aşiqin bədəninin yağı odlarda ərimişdir.
"And içərəm səndən artuq sevməyəm,
Sənün ilə xoş keçər çağum bənüm."
Bu beytdə qəhrəman sevgilisinə öz sədaqətini vurğulayır, onunla keçən günləri xoş sayır.
"Hüsn içində sana manənd olmaya,
Əsli yuca, gönlü alçağum bənüm."
Üçüncü beytdə aşiq sevgilisinin tərənnümünə yer vermişdir. Onun gözəlliyi ilə yanaşı mənəvi keyfiyyətlərini mədh edir.
"Al əlimi irəyim məqsuduma,
Qoma yürəkdə yana dağum bənüm"
Bu beytdə aşiq çəkdiyi hicrandan danışır, vüsal arzusunu ifadə edir.
"Sən rəqibə sirrini faş eylədün,
Anun ilə oldu şiltağum bənim."
5-ci beytdə aşiqin giley-güzarı görünür.
"Qışladum qapunda itlərün ilə,
Оldu kuyin uşda yaylağum bənüm."
6-cı beytdə aşiq sevgilinin yaşadığı yerin önündə daimi məskən salmışdır, qışı onun qapısında itlərlə qışlayır, yayda isə yar yaşayan küçəni özünə yaylaq edir.
"Bən ölücək yolına gömün bəni,
Baxa dursun yara toprağum bənüm
Toprağumdan bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağum bənüm."
7–8-ci beytlərdə aşiq hətta dünyasını dəyişəndən sonra da bu eşqə sadiqliyinin, nigara hüdudsuz məhəbbətinin bilinməsini istəyir.
"Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə, yüzi ağum bənüm."
Sonuncu beytdə İzzəddin Həsənoğlu özündən bəhs edərək özünü onun bəndəsi sayır və eşqinə cavab gözlədiyini bildirir.
İ. Həsənoğlunun "Apardı könlümü…" şeiri ilə müqayisədə "Necəsən, gəl…" qəzəlinin dili daha sadədir. Bunun bir səbəbi ilk qəzəldə subyekt-atribut münasibətlərinin təqdiminə xidmət göstərən poetik strukturun, ifadə tərzinin xüsusiyyətlərinə uyğun olaraq bütün beytlərin ikinci misralarının izafət birləşmələri üzərində qurulmasıdır ki, bu da özlüyündə şeirin dilində müəyyən ağırlaşma yaratmışdır. Beytlərdə ilk misralarla müqayisədə ikinci misraların nisbətən qəlizliyi, onlarda alınma sözlərin çoxluğu (hərçənd ki, bunların da böyük əksəriyyəti dilimizdə əsrlərdən bəridir ki, vətəndaşlıq hüququ qazanmışdır) da ilk növbədə bununla bağlıdır.
Türkiyəli alim Ersen Ersoy 2013-cü ildə yayınlanmış "XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua ve İbn-i Ömerin şiirleri" məqaləsində Parisdə milli kitabxanada saxlanılan bir əlyazmada bir sıra şairlərin əsərləri ilə yanaşı, İ. Həsənoğlunun vaxtı ilə Barbara Fleminq tərəfindən aşkarlanmış qəzəlinə də rast gəldiyini nəzərə çatdırmışdır. E. Ersoyun yazdığına görə, Paris kitabxanasındakı əlyazmada qeydə alınan Həsənoğlu qəzəli B. Flemminq nüsxəsi ilə müqayisədə bir neçə beyt artıqdır.
İzzəddin Həsənoğlunun Azərbaycan türkcəsində bilinən 3-cü qəzəli "Kim" rədifli qəzəlidir.
Əcəb bilsəm, bəni şeyda qılan kim?
Bana bu eşq odun peyda qılan kim?
Əcəblərəm, əcəb qaldum ilahi
İman əhlin dutub tərsa qılan kim?
Bu şeiri ritorik sual üzərində qurulmuş lakonik və məzmunlu tövhidnamə adlandırırlar. Qəzəl sadə, axarlı və ekspressiv bir dilə malikdir.
"Kitabi-Sirətin-Nəbi" məsnəvisi
Əsər İlhan Şimşək tərəfindən 2009-cu ildə Finlandiyadakı şəxsi kolleksionerdən satın alınaraq Türkiyəyə gətirilmiş, Türk Dil Qurumuna verilmiş və qurumun kitabxanasında “əlyazma 766, 15/2554” nömrə ilə qeyd edilmişdir. Əsərin ölçüsü 17x23,5-12x18 sm, 366 vərəqdən ibarətdir. Filiqranlı Avropa kağızına hərəkəli nəsx xətti ilə yazılıb. Əsərin hərəkəli olması orijinal nüsxədə də hərəkələrin olması fikrini gücləndirir. Məsnəvinin əsli indiyədək tapılmayıb. Əsər 12390 beytdən ibarətdir. Qissə başlıqları, ayələr qırmızı hərflərlə yazılıb.
Həsənoğlunun Kitab-i Sirətin-Nəbi adlı məsnəvisi Hz. Məhəmmədə həsr olunmuş dini-ədəbi əsərdir. Məsnəvinin dili XIII əsr Azərbaycan türkcəsidir. 17 Səfər 1217 (miladi 1802) tarixində İstanbulda köçürülüb tədqiq edilmiş və hazırlanmış bir nüsxədir. Mənzum şəkildə olan əsərin mövzusu Əbül Həsən əl Bekri əl-Kasasinin Sirətün-Nəbi adlı əsərindən götürülüb. Həsənoğlu bir neçə beytə "Əbül Həsən Bəkri rəvayət edir ki" cümlələri ilə başlayır. Müəllif əsərin xətiməsində “Həsənoğlu bu xidmətin eşiyində, Üzün oldu türab əl-həmdü li-l-lah” yazıb,öz imzasını atmışdır.
Məsnəvinin bölmələri aşağıdakılardır:
- Ağazı qissə-i vəladeti Seyyidil Mürsəlin ve Ḫətəmi Nəbiyyin ve Həbibi Rəbbil Aləmin;
- Qissə-i Resul Həzrətinin mübarək gözləri ağrıyub kəndü ağız yari şefa olduğı qissədir;
- Qissə-i kiştəni giriftani Mustafa bə Əbu Cəhil leini-bi-vəfa;
- Qissə-i mühacirəti Mustafa berayi Xədicə əl Kübra radiallahi anha;
- Qissə veladət əmirül möminin ve imami əl müttəḳin imam Əli kərrəmallahü vəchə;
- Qissə-i-amiden vəhyi Peyğəmbər sellallahu əleyhə və səllləm;
- Qissə-i Müselman şidden Əbu Bəkir ve Osman ibn Affan radiallahü anhuma;
- Zikr-i İslam Ömər radiallahü anha;
- Zikr-i mirac Rəsūlullah səlləllahü əleyhi vəsəlləm;
- Zikr qissə-i inşikakı kəmər və Həbib Müsəlman olduğı;
- Qissə-i ərzə kərdən Rəsulullah ḫud ra bər kəbaili ərəb;
- Zikr-i ta Pəyğəmbərin ḳaftani olan Yəhudi Tayan qissəsidir;
- Qissə-i hicrət Pəyğəmbər səllallahu əleyhi ve səlləm;
- Qissə-i Miḳdad-ı ibn Əsvəd əl kəndi ba siyasə dəhdər həbbə birin məzahim;
- Zikri qəza-i Bədir ba küffarı Qureyş ve həlak şoden-i Əbu Cəhl-i lein;
- Zikr-i qəza-i Uhud və şəhid şodeni Həmzə pəhləvan radiyallahu anha;
- Zikr-i qissə-i qəzai Xeybər;
- Zikr-i qəzayə Bəni Qureyzə Şah-ı Mərdan mancılığa qoyub qalaya atdıqları qissədir;
- Əmirül möminin Əbu Bəkrin oğlu Əbdürrəhman Müsəlman olduğu qissədir;
- Tanrı qılıcı Xalid ibn-i Vəlid müsəlman olduğu ve Tanrı düşmanı Vəlid ibn-i Muğərəylə cəngi qissəsidir;
- Qurab qalasının alındığı qəza ve andağı əcayiblər ve Samam olduğu ve Zatil Nəvar ağacın kəsdikləri ve Şah-ı Mərdanun cəngi qissəsidir;
- Mirkal ibn-i Fəṣahül-Əbtal qəzasının qissəsidir ve Şahın ulu cəngidür;
- Zatil-Əbatilde Əsəd ve Qeys leinle olan cəng qissəsidir ve Tuḳun qız ile olan qəzasıdır;
- Məkkənin Şərəfellahu Təala fəth olduğu qezadur bu qissə.
Əsər İslam dininin ilk dövrlərində cəngnamələrinə və ədəbiyyatımızda cəngnamələrin görünməyə başladığı dövrlərə aiddir. Həmin dövrdə bu cür əsərlərin yazılmasında əsas məqsəd, bir tərəfdən, türk cəmiyyətində davam edən müharibələr dövründə türklərə İslamı qəbul etmə prosesində köməklik etmək, digər tərəfdən isə, Türk cəmiyyətində fəth ruhunu təşviq etmək idi. Əsərin bir çox yerində “Dədə Qorqud dastanları” və ilkin dini-əfsanəvi məsnəvilərin üslubu üstünlük təşkil edir.Məs:
“Dedi sənə söylərəm ey can igid
Canım olsun yoluna qurban igid”
Əsərdəki bəzi hekayələr müstəqil əsər xarakteri daşıyır. Bunlar “Qissə-i Miḳdad-ı ibn Əsvəd əl kəndi ba siyasə dəhdər həbbə birin məzahim”, “Zikr-i qissə-i qəzai Xeybər”, “Zikr-i qəzayə Bəni Qureyzə” bölmələridir. Əsərdə türk dili baxımından diqqət çəkən mühüm məsələ bu gün Güney Azərbaycanda danışılan dilin, hətta Bakı kəndlərində danışılan ləhcənin bütün əsərə hakim olmasıdır. Əsrlər boyu Cənubi Azərbaycanda yazılı ədəbiyyata icazə verilməsə də, hətta Səlcuqlu imperiyasının dövlət dilinin fars dili olması və sonrakı əsrlərdə bu coğrafiyaya hakim olan siyasi güclər müstəsna illər istisna olmaqla, eyni vəziyyəti davam etdirmiş, xalq öz dilini şifahi ədəbiyyat vasitəsilə işlətmiş, mifoloji dövrlərdən bu günə qədər toxunulmaz şəkildə daşımışdır. Bu fikrə əsaslanaraq, İzzəddin Həsənoğlunun Xorasan bölgəsində doğulsa da, Cənubi Azərbaycanda, xüsusən də Təbriz bölgəsində yaşamış olduğu və orada yaşayan türk dilini mənimsədiyi güman edilir.
Bir qoxusu var ki, müşkə bənzəməz
Dünyada olmaz o qoxuya dəyməgəz
--
Handa gedərsin bəri gəl bərivə
Müstafa bəs döndü baxdı yuxarıva
Bu beytlərdəki qoxuva, bərivə, yuxarıva sözləri Təbriz bölgəsində istifadə edilir.
Əsərin bir çox yerində kosmik anlayış və mifik ifadələr öz əksini tapmışdır. Bu onu göstərir ki, Həsənoğlunun yaşadığı dövrdə türk millətinin min illərdir qorunub saxladığı Göy Tanrı inancı və səma anlayışı yeni qəbul olunmuş İslam dini daxilində davam etmişdir.
Gök atamız yer anamızdır yəqin
Ol ikinizin oğluyuz biz uş həmin
--
Şu kim dedin ki kimün oğlusan sən
Atam göydür anam yer oğluyam mən
Bu cür ifadələr məsnəvidə bir çox yerdə istifadə edilmişdir.
İstinadlar
- H. Javadi and K. Burrill. AZERBAIJAN x. Azeri Turkish Literature 2013-02-01 at the Wayback Machine:"It was in the 13th and 14th centuries that a stylized poetry began to develop, partly due to Eastern Turkic traditions brought from Khorasan during the Mongol occupation. An early example is a couple of verses of Turkish and Persian poetry attributed to the late-13th-century minor poet Sheikh ʿEzz-al-Din Esfarāʾini, known as Ḥasanoḡlu or Pur-e Ḥasan (cf. Heyʾat, 1979, p. 26)."
- Sadıqova, 2011. səh. 33
- "History of Azerbaijan-Information about Azerbaijan history". Oriental Express Central Asia. 2016-12-02 tarixində .
- ( (az.)). azerbaijan.az. 2015-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
- A. Caferoglu, "Adhari (azeri)", in Encyclopedia of Islam, (new edition), Vol. 1, (Leiden, 1986).
- Даулет-шах Алайе Самарканди, Тезкерет-ош-шаорае, Тегеран, 1337 с. г. х. (1958).
- Mustafa Zərir, "Yusif və Züleyxa", Bakı, 1991, səh. 157–158
- http://zaman.az/site/shownews.php?news_id=14975 [ölü keçid]
- Bababyev, 2009. səh. 15
- Demiroğlu, 1994. səh. 244
- Flemming, 2018. səh. 73, "The Turkish poem bearing the taḫalluṣ Ḥasan oġlï, which according to general consensus belongs to Şayḫ ʿIzzed-dīn Asfarāʾinī, has been preserved in an appendix to Sayf-i Sarāyī’s Turkish translation of Saʿdī’s Gulistān, which was completed in Egypt in 1391 and has survived in a single manuscript written in that country"
- "Həsənoğlunun məzarının dağıdılması İranın iyrənc simasını göstərir – Azərbaycanl alım". 2023-02-10 tarixində . İstifadə tarixi: 2023-02-10.
- Altaylı, 2023. səh. 183
- Ercan, 2017. səh. 179
- Bababyev, 2009. səh. 19
- Əliyev, 2017. səh. 8
- Ercan, 2017. səh. 183
- Bababyev, 2009. səh. 22
- Həşimli, 2016. səh. 3
- Zeynalov, 1972
- Ercan, 2017. səh. 180
- Həşimli, 2016. səh. 4
- Ercan, 2017. səh. 181
- Ercan, 2017. səh. 184
- Həşimli, 2016. səh. 5
- Həşimli, 2016. səh. 8
- Babayev, 2009. səh. 25
- Altaylı, 2023. səh. 242
- Altaylı, 2021. səh. 83
- Altaylı, 2021. səh. 85
- Altaylı, 2021. səh. 86
- Altaylı, 2021. səh. 87
Mənbə
- Sadıqova, Sevda, Bədii mətnin linqvistik təhlili, Bakı: , 2011
- Hüseyn Həşimli. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı: Elm və təhsil, 2016, 136 səh.
- Flemming, Barbara. Essays on Turkish Literature and History (ingilis). Brill. 2018.
- Əliyev, Məmməd. İlk anadilli qəzəlimiz (az.). 525-ci qəzet. 13 sentyabr 2017. 8.
- Seyfəddin Altaylı. İzzeddin Hasanoğlu ve Altı Balkan Şairinin Şiirlerinde Türk Mitolojisine Ait Bazı Ortak Motifler. 5. Balkanlarda Türk Dili ve Edebiyatı Araştırmaları. BALTED. 2023. 181–203.
- Seyfəddin Altaylı. MİTOLOJİDEN İZZEDDİN HASANOĞLU’NA GÖK ARKETİPİ. 17. Milli Folklor Dergisi. 2021. 72–89.
- Seyfəddin Altaylı. İZZEDDİN HASANOĞLU’NUN “KİTAB-I SİRETÜ’N NEBİ” MESNEVİSİNDE HZ. ALİ CENKNAMELERİNİN İZLERİ. XX. Karadeniz Araştırmaları. 2023. 237–258.
- HÜSEYN HƏŞİMLİ. İZZƏDDİN HƏSƏNOĞLUNUN BİR QƏZƏLİ HAQQINDA. 4. Naxçıvan: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. Qeyrət nəşriyyat. 2016. 3–9.
- YAQUB BABAYЕV. İzzəddin Həsənoğlu // ХIII – ХIV ƏSRLƏR ANA DİLLİ LİRİK ŞЕİRİMİZİN İNKİŞAF YОLU. Bakı: Elm və Təhsil. 2009. səh. 256.
- Özlem Ercan. AZERÎ ŞAİR HASANOĞLU’NUN BİR GAZELİNE AHMEDÎ VE AHMED-İ DÂ’Î TARAFINDAN YAZILMIŞ NAZİRELER. 12. Turkish Studies (Elektronik). 2017. 177–192.
Həmçinin bax
Xarici keçidlər
- İzzəddin Həsənoğlu Rasexun saytı
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Izzeddin Hesenoglu XIII esr Xorasan 1260 XIII XIV esrlerde yasayib yaratmis azerbaycan ve farsca seirler yazmis sufisair Izzeddin HesenogluNizami adina Edebiyyat Muzeyinin binasinin penceresinde Izzeddin Hesenoglu resmi Dogum tarixi XIII esrDogum yeri Xorasan IranVefat tarixi 1260Fealiyyeti sairEserlerinin dili Azerbaycan diliIzzeddin Hesenoglu Vikimenbede Hesenoglunun heyat ve yaradiciligi haqqinda ilk melumat XV esrde yasamis Dovletsah Semerqendinin 1487 ci ilde tertib etdiyi eserinden askar edilmisdir Izzeddin Hesenoglu Azerbaycan dilli poeziyanin bilinen ilk numayendesi hesab edilir HeyatiIzzeddin Hesenoglunun heyati haqqinda orta esr qaynaqlarinda kifayet qeder melumat yoxdur Onu muasir elmi edebi ictimaiyyete ilk defe tanidan ve haqqinda melumat veren turk alimi M F Koprulu olmusdur Koprulunun Azeri Edebiyyatina dair notlar Hesenoglu Hebib adli meqalesinde verdiyi melumata gore Esferayin turklerinden olan sair Seyx Rediyuddin Eli Lele xilafetinden Seyx Cemaleddin Ehmed Zakirin sagirdidir Buna esasen Izzeddin Hesenoglunun XIII esrin birinci yarisinda yasamis oldugu ehtimal edilir HIV esrin tatar qipcaq sairi Seyfi Sarayi 1321 1396 Seyx Izzeddinin Apardi konlumu qezeline nezire yazmis hem hemin qezel hem de nezire S Sarayinin S Sirazinin Gulustan eserini turkceye etdiyi tercumeye elave olunmusdur Bu o demekdir ki Hesenoglu ya S Sarayi ile cagdas idi ya da ondan evvel yasamisdi Beleki turk alimlerinden M F Koprulu I Hikmet N S Banarli ve basqalari da sairin HIII yuzilliyin sonu ve HIV yuzilliyin evvellerinde yasadigini qebul edirler Hesenoglu barede orta esr menbelerinde ilk melumata XV esrde rast gelinir Teymuri Sahrux Mirzenin lelesi Emir Alauddevle i Esferayinin oglu Dovletsah Semerqendinin 1487 ci ilde tamamladigi eserinde Izzeddin Hesenogludan behs ederken yazir O mudrik muvahhid fedai ve meczub bir sexs olub Islam ve muselmanlarin seyxi Raziyu l Haq ve Din Eli ibn Seid Lalenin xelifelerinden Seyx Cemaleddin Ehmed Zakirin sagirdidir O divani hem de Azerbaycanda cox meshur sufi sairidir Turkide Hesenoglu farside Purhesen texellusu isledirdi Azerbaycandilli klassik esebiyyatin ilk numunesi olan Izzeddin Hesenoglunun Apardi konlumu qezelinin 1391 ci ilde Seyfi Sarayi terefinden tertib edilmis Kitabi Gulustan bil Turki adli antologiyaya daxil olan nusxesi Or 1553 kodlu elyazma hazirda Leyden Universiteti Kitabxanasinda saxlanilir 11 Semerqendi Hesenoglunu Esferaini nisbesi il e xatirladir Xorasan vilayetindeki Cahan daginin eteyinde Herde daginin simalinda yerlesen Esferain qedim bir yasayis menteqesidir Tarixi menbeler o cumleden Mucmelet t evarix vel Qises Lubabul Ebvab Tarixi Cahangusa Qamusulelam Reyhann etuledeb ve s kimi moteber mexezler Esferainde bir sira gorkemli sexsiyyetler elm urfan fezil et sahibleri ve dovlet adamlari yetisdiyini burada qedimlerden turklerin ve farslarin bir yerde yasadigini xeber verirler Doguldugu ve yasadigi Esferainde de vefat etmis ve ele orada da defn edilmisdir Mezari bir nece defe dagidilib Bu barede Seyfeddin Altayli ozunun Izzeddin Hesenoglu ve Alti Balkan Sairinin Seirlerinde Turk Mifiologiyasina Aid Bezi Ortaq Motifler adli meqalesinde yazir Hesenoglunun Isferayin yolu uzerinde Sah Cahan dagina soykenmis tepede olan mezari ucub Bolgedeki dostlarla elaqe qurub bezi zeruri isler heyata kecirsrsk adina layiq mezarliq ucaldilsa da tesevvuf sairinin irsi onun xalqda milli kimliyi guclendireceyinden qorxan Iran cografiyasindaki sovinist tefekkurlu insanlar terefinden mehv edilib YaradiciligiQeyd etdiyimiz kimi Izzeddin Hesenoglunu Hesenoglunu Azerbaycan edebiyyati tarixine ilk daxil eden Fuat Koprulu oldugu melumdur Butun tedqiqatcilar onun iki turk iki fars seiri oldugunu qeyd etmisler Fuad Korpulu onun uc turk seirini tapilib nesr etmisdir Azerbaycan turkcesinde seirleri Apardi konlumu qezeli Turk seirlerinde Hesenoglu fars dilinde seirlerinde ise Purhesen texelllusunden istifade eden sair Azerbaycan edebiyyetinda ana dilli ilk qezel olan apardi konlumu qezelinin muellifidir M F Koprulu terefinden Avropa serqsunasi Kramersin yaxindan komekliyi ile uze cixarilan yeddi beytlik qezel Seyfi Sarayinin Gulustan tercumesine elave edilmisdir Qezelin poetik formasi daxili mukalime klassik serq seirinde daha qedim dovrlerde islenmis Reddul ecez formasidir Esl adi Reddul ecilesul sedr dir Yeni evvelin inkari ve ya onun izahidir Qezel eruzun butov hezc behrinde mefAIlun tefilesinin 4 defe tekrarlanmasi ile basa catdirilib Apardi konlumu bir xos qemeryuz canfeza dilber Ne dilber dilberi sahid ne sahid ne sahidi server Apardi konlumu qezelinde islenen ne evezliyi beytin ikinci misralarinda onlarin sayi 7 dir sualliqdan cixir misraya heyranliq meftunluq mezmunu getirir Lirik qehreman canfeza dilber in qemeryuz un gozelliyi qarsisinda derin hissler duygular icerisindedir O bu gozellik fusunkarliq benzersizlik qarsisinda vecde gelmisdir Men olsem sen buti sengul surahi eyleme qulqul Ne qulqul Qulquli bade Ne bade Badeyi ehmer Senetkar bu beytde bir muqayise benzetme yaradir Bele ki gozelin qameti surahiye benzedilir Bu dilberin boyu da surahi kimi uca mutenasib ve zerifdir Bogazi surahininki kimi ince ve xosagelendir Surahinin icerisindeki serab badeye suzulerken onun dar bogazindan kecen maye qul qul deye zerif ses cixarir Gozel de danisarken onun da bogazindan gelen ses letif ve ureyeyatan qul qul avazini xatirladir Demeli gozelin hem boyu hem de danisigi surahi ve ondan suzulen seraba benzedilir I Hesenoglunun haqqinda danisdigimiz qezeli lirik asiqane movzuda yazilmisdir Lakin son dovrlerde yazilmis bir sira eserlerde o sufi seiri kimi de qiymetlendirilir Meselen XII XVI esrler Azerbaycan seirinde tesevvuf adli monoqrafik tedqiqatinda X Hummetova yazir Apardi konlumu adli qezeli mena semantikasi baximindan sairin sufiyane goruslerini eks etdiren bir qezeldir Bu qezelle bagli A Rustemova yazir Sairin Apardi konlumu qezeli onun istedadli bir sexs olub azeri turkcesinde kamil eserler yaratdigina delalet edir Ilahi esqin simvollarla eyanilesdirilmesi kimi dilden uzun esrler erzinde formalasa bilecek ifade imkani teleb eden murekkeb bir formada mukemmel qezel numunesi olan Hesenoglunun bu seiri qezel janrinin telebleri baximindan kamildir Qezelde islenen dilber Dilberi sahid sahidi server but surahi bade ve s soz simvollardan istifade edilmesi klakssik seirimize xas olan xususiyyetlerdir Hemcinin sevgili sultan mehbub serab agiz dehan qonceyi xendan ve s kimi soz ve ifadeler de bedii tesvir vasiteleridir Qezelde Ereb fars soz ve ifadeleri Azerbaycan dilinin sintaktik sistemine ve cumle qurulusuna meharetle uyusdurulmusdur Apardi konlumu basimdan getm edi canim icinde yazildi ve s kimi ifadeler sade ve canli xalq dilinden xeber verir Hese nogludan s onra ister turk ve isterse de fars dilinde Apardi konlumu qezeline coxlu sayda nezireler yazilmisdir Turk dilinde benzetme yazanlardan Seyfi Sarayini HV esrin Anadolu sairi Ehmed Daini Azerbaycan senetkarlarindan Mohneti Bakuini HIVesr Sekili Nebini HVIII esr Sirvanli Salehi HVIII esr Ebdulxaliq Cennetini 1855 1931 ve s farsca nezire qeleme alanlardan ise Ima texelluslu bir sairi Tufeylini HV HVI esrler HVII yuzillikde Hindistanda omur surmus Bidili ve b gostermek olar Benim redifli qezeli Izzeddin Hesenoglunun bize melum olan turkce ikinci qezeli ise Necesen gel ey yuzu agum benum misrasi ile baslayan qezelidir Hemin seiri alman serqsunasi Hamburq Universitetinin professoru Barbara Flemminq askara cixarmis 27 29 sentyabr 1972 ci il tarixlerde Turkiyede kecirilmis I Turk Dili Bilimsel Qurultayinda etdiyi Sultan Qavri divaninda namelum seirler adli meruzesinde bu barede elmi ictimaiyyete melumat vermisdir Daha sonra Azerbaycan alimi Ferhad Zeynalov alman serqsunasi B Flemminqin askarladigi qezel barede Bakida cixan Edebiyyat ve incesenet qezetinin 25 noyabr 1972 ci il tarixli sayinda derc olunmus Hesenoglunun azerbaycanca yeni seiri adli yigcam meqalesinde melumat vermis seirin metnini de oxuculara catdirmisdir Necesen gel ey yuzu agum benum Sen eritdun odlara yagum benum Bu seirde Apardi konlumu qezeli kimi mehebbed movzusundadir Ilk beytde qehreman sevgilisine xitab edir onun gelisini arzulayir bildirir ki nigarin esqinin ucbatindan asiqin bedeninin yagi odlarda erimisdir And icerem senden artuq sevmeyem Senun ile xos kecer cagum benum Bu beytde qehreman sevgilisine oz sedaqetini vurgulayir onunla kecen gunleri xos sayir Husn icinde sana manend olmaya Esli yuca gonlu alcagum benum Ucuncu beytde asiq sevgilisinin terennumune yer vermisdir Onun gozelliyi ile yanasi menevi keyfiyyetlerini medh edir Al elimi ireyim meqsuduma Qoma yurekde yana dagum benum Bu beytde asiq cekdiyi hicrandan danisir vusal arzusunu ifade edir Sen reqibe sirrini fas eyledun Anun ile oldu siltagum benim 5 ci beytde asiqin giley guzari gorunur Qisladum qapunda itlerun ile Oldu kuyin usda yaylagum benum 6 ci beytde asiq sevgilinin yasadigi yerin onunde daimi mesken salmisdir qisi onun qapisinda itlerle qislayir yayda ise yar yasayan kuceni ozune yaylaq edir Ben olucek yolina gomun beni Baxa dursun yara topragum benum Topragumdan bite hesretle agac Qila zari cumle yapragum benum 7 8 ci beytlerde asiq hetta dunyasini deyisenden sonra da bu esqe sadiqliyinin nigara hududsuz mehebbetinin bilinmesini isteyir Bu Hesenoglu senin bendendurur Ani redd etme yuzi agum benum Sonuncu beytde Izzeddin Hesenoglu ozunden behs ederek ozunu onun bendesi sayir ve esqine cavab gozlediyini bildirir I Hesenoglunun Apardi konlumu seiri ile muqayisede Necesen gel qezelinin dili daha sadedir Bunun bir sebebi ilk qezelde subyekt atribut munasibetlerinin teqdimine xidmet gosteren poetik strukturun ifade terzinin xususiyyetlerine uygun olaraq butun beytlerin ikinci misralarinin izafet birlesmeleri uzerinde qurulmasidir ki bu da ozluyunde seirin dilinde mueyyen agirlasma yaratmisdir Beytlerde ilk misralarla muqayisede ikinci misralarin nisbeten qelizliyi onlarda alinma sozlerin coxlugu hercend ki bunlarin da boyuk ekseriyyeti dilimizde esrlerden beridir ki vetendasliq huququ qazanmisdir da ilk novbede bununla baglidir Turkiyeli alim Ersen Ersoy 2013 cu ilde yayinlanmis XIV XVI yuzyillar arasinda yazilmis bazi siirleri ihtiva eden bir mecmua ve Ibn i Omerin siirleri meqalesinde Parisde milli kitabxanada saxlanilan bir elyazmada bir sira sairlerin eserleri ile yanasi I Hesenoglunun vaxti ile Barbara Fleminq terefinden askarlanmis qezeline de rast geldiyini nezere catdirmisdir E Ersoyun yazdigina gore Paris kitabxanasindaki elyazmada qeyde alinan Hesenoglu qezeli B Flemminq nusxesi ile muqayisede bir nece beyt artiqdir Izzeddin Hesenoglunun Azerbaycan turkcesinde bilinen 3 cu qezeli Kim redifli qezelidir Eceb bilsem beni seyda qilan kim Bana bu esq odun peyda qilan kim Eceblerem eceb qaldum ilahi Iman ehlin dutub tersa qilan kim Bu seiri ritorik sual uzerinde qurulmus lakonik ve mezmunlu tovhidname adlandirirlar Qezel sade axarli ve ekspressiv bir dile malikdir Kitabi Siretin Nebi mesnevisi Eser Ilhan Simsek terefinden 2009 cu ilde Finlandiyadaki sexsi kolleksionerden satin alinaraq Turkiyeye getirilmis Turk Dil Qurumuna verilmis ve qurumun kitabxanasinda elyazma 766 15 2554 nomre ile qeyd edilmisdir Eserin olcusu 17x23 5 12x18 sm 366 vereqden ibaretdir Filiqranli Avropa kagizina herekeli nesx xetti ile yazilib Eserin herekeli olmasi orijinal nusxede de herekelerin olmasi fikrini guclendirir Mesnevinin esli indiyedek tapilmayib Eser 12390 beytden ibaretdir Qisse basliqlari ayeler qirmizi herflerle yazilib Hesenoglunun Kitab i Siretin Nebi adli mesnevisi Hz Mehemmede hesr olunmus dini edebi eserdir Mesnevinin dili XIII esr Azerbaycan turkcesidir 17 Sefer 1217 miladi 1802 tarixinde Istanbulda kocurulub tedqiq edilmis ve hazirlanmis bir nusxedir Menzum sekilde olan eserin movzusu Ebul Hesen el Bekri el Kasasinin Siretun Nebi adli eserinden goturulub Hesenoglu bir nece beyte Ebul Hesen Bekri revayet edir ki cumleleri ile baslayir Muellif eserin xetimesinde Hesenoglu bu xidmetin esiyinde Uzun oldu turab el hemdu li l lah yazib oz imzasini atmisdir Mesnevinin bolmeleri asagidakilardir Agazi qisse i veladeti Seyyidil Murselin ve Ḫetemi Nebiyyin ve Hebibi Rebbil Alemin Qisse i Resul Hezretinin mubarek gozleri agriyub kendu agiz yari sefa oldugi qissedir Qisse i kisteni giriftani Mustafa be Ebu Cehil leini bi vefa Qisse i muhacireti Mustafa berayi Xedice el Kubra radiallahi anha Qisse veladet emirul mominin ve imami el mutteḳin imam Eli kerremallahu veche Qisse i amiden vehyi Peygember sellallahu eleyhe ve selllem Qisse i Muselman sidden Ebu Bekir ve Osman ibn Affan radiallahu anhuma Zikr i Islam Omer radiallahu anha Zikr i mirac Resulullah sellellahu eleyhi vesellem Zikr qisse i insikaki kemer ve Hebib Muselman oldugi Qisse i erze kerden Resulullah ḫud ra ber kebaili ereb Zikr i ta Peygemberin ḳaftani olan Yehudi Tayan qissesidir Qisse i hicret Peygember sellallahu eleyhi ve sellem Qisse i Miḳdad i ibn Esved el kendi ba siyase dehder hebbe birin mezahim Zikri qeza i Bedir ba kuffari Qureys ve helak soden i Ebu Cehl i lein Zikr i qeza i Uhud ve sehid sodeni Hemze pehlevan radiyallahu anha Zikr i qisse i qezai Xeyber Zikr i qezaye Beni Qureyze Sah i Merdan manciliga qoyub qalaya atdiqlari qissedir Emirul mominin Ebu Bekrin oglu Ebdurrehman Muselman oldugu qissedir Tanri qilici Xalid ibn i Velid muselman oldugu ve Tanri dusmani Velid ibn i Mugereyle cengi qissesidir Qurab qalasinin alindigi qeza ve andagi ecayibler ve Samam oldugu ve Zatil Nevar agacin kesdikleri ve Sah i Merdanun cengi qissesidir Mirkal ibn i Feṣahul Ebtal qezasinin qissesidir ve Sahin ulu cengidur Zatil Ebatilde Esed ve Qeys leinle olan ceng qissesidir ve Tuḳun qiz ile olan qezasidir Mekkenin Serefellahu Teala feth oldugu qezadur bu qisse Eser Islam dininin ilk dovrlerinde cengnamelerine ve edebiyyatimizda cengnamelerin gorunmeye basladigi dovrlere aiddir Hemin dovrde bu cur eserlerin yazilmasinda esas meqsed bir terefden turk cemiyyetinde davam eden muharibeler dovrunde turklere Islami qebul etme prosesinde komeklik etmek diger terefden ise Turk cemiyyetinde feth ruhunu tesviq etmek idi Eserin bir cox yerinde Dede Qorqud dastanlari ve ilkin dini efsanevi mesnevilerin uslubu ustunluk teskil edir Mes Dedi sene soylerem ey can igid Canim olsun yoluna qurban igid Eserdeki bezi hekayeler musteqil eser xarakteri dasiyir Bunlar Qisse i Miḳdad i ibn Esved el kendi ba siyase dehder hebbe birin mezahim Zikr i qisse i qezai Xeyber Zikr i qezaye Beni Qureyze bolmeleridir Eserde turk dili baximindan diqqet ceken muhum mesele bu gun Guney Azerbaycanda danisilan dilin hetta Baki kendlerinde danisilan lehcenin butun esere hakim olmasidir Esrler boyu Cenubi Azerbaycanda yazili edebiyyata icaze verilmese de hetta Selcuqlu imperiyasinin dovlet dilinin fars dili olmasi ve sonraki esrlerde bu cografiyaya hakim olan siyasi gucler mustesna iller istisna olmaqla eyni veziyyeti davam etdirmis xalq oz dilini sifahi edebiyyat vasitesile isletmis mifoloji dovrlerden bu gune qeder toxunulmaz sekilde dasimisdir Bu fikre esaslanaraq Izzeddin Hesenoglunun Xorasan bolgesinde dogulsa da Cenubi Azerbaycanda xususen de Tebriz bolgesinde yasamis oldugu ve orada yasayan turk dilini menimsediyi guman edilir Bir qoxusu var ki muske benzemez Dunyada olmaz o qoxuya deymegez Handa gedersin beri gel berive Mustafa bes dondu baxdi yuxariva Bu beytlerdeki qoxuva berive yuxariva sozleri Tebriz bolgesinde istifade edilir Eserin bir cox yerinde kosmik anlayis ve mifik ifadeler oz eksini tapmisdir Bu onu gosterir ki Hesenoglunun yasadigi dovrde turk milletinin min illerdir qorunub saxladigi Goy Tanri inanci ve sema anlayisi yeni qebul olunmus Islam dini daxilinde davam etmisdir Gok atamiz yer anamizdir yeqin Ol ikinizin ogluyuz biz us hemin Su kim dedin ki kimun oglusan sen Atam goydur anam yer ogluyam men Bu cur ifadeler mesnevide bir cox yerde istifade edilmisdir IstinadlarH Javadi and K Burrill AZERBAIJAN x Azeri Turkish Literature 2013 02 01 at the Wayback Machine It was in the 13th and 14th centuries that a stylized poetry began to develop partly due to Eastern Turkic traditions brought from Khorasan during the Mongol occupation An early example is a couple of verses of Turkish and Persian poetry attributed to the late 13th century minor poet Sheikh ʿEzz al Din Esfaraʾini known as Ḥasanoḡlu or Pur e Ḥasan cf Heyʾat 1979 p 26 Sadiqova 2011 seh 33 History of Azerbaijan Information about Azerbaijan history Oriental Express Central Asia 2016 12 02 tarixinde az azerbaijan az 2015 02 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 02 14 A Caferoglu Adhari azeri in Encyclopedia of Islam new edition Vol 1 Leiden 1986 Daulet shah Alaje Samarkandi Tezkeret osh shaorae Tegeran 1337 s g h 1958 Mustafa Zerir Yusif ve Zuleyxa Baki 1991 seh 157 158 http zaman az site shownews php news id 14975 olu kecid Bababyev 2009 seh 15 Demiroglu 1994 seh 244 Flemming 2018 seh 73 The Turkish poem bearing the taḫalluṣ Ḥasan oġli which according to general consensus belongs to Sayḫ ʿIzzed din Asfaraʾini has been preserved in an appendix to Sayf i Sarayi s Turkish translation of Saʿdi s Gulistan which was completed in Egypt in 1391 and has survived in a single manuscript written in that country Hesenoglunun mezarinin dagidilmasi Iranin iyrenc simasini gosterir Azerbaycanl alim 2023 02 10 tarixinde Istifade tarixi 2023 02 10 Altayli 2023 seh 183 Ercan 2017 seh 179 Bababyev 2009 seh 19 Eliyev 2017 seh 8 Ercan 2017 seh 183 Bababyev 2009 seh 22 Hesimli 2016 seh 3 Zeynalov 1972 Ercan 2017 seh 180 Hesimli 2016 seh 4 Ercan 2017 seh 181 Ercan 2017 seh 184 Hesimli 2016 seh 5 Hesimli 2016 seh 8 Babayev 2009 seh 25 Altayli 2023 seh 242 Altayli 2021 seh 83 Altayli 2021 seh 85 Altayli 2021 seh 86 Altayli 2021 seh 87MenbeSadiqova Sevda Bedii metnin linqvistik tehlili Baki 2011 Huseyn Hesimli Izzeddin Hesenoglunun edebi irsi Baki Elm ve tehsil 2016 136 seh Flemming Barbara Essays on Turkish Literature and History ingilis Brill 2018 Eliyev Memmed Ilk anadilli qezelimiz az 525 ci qezet 13 sentyabr 2017 8 Seyfeddin Altayli Izzeddin Hasanoglu ve Alti Balkan Sairinin Siirlerinde Turk Mitolojisine Ait Bazi Ortak Motifler 5 Balkanlarda Turk Dili ve Edebiyati Arastirmalari BALTED 2023 181 203 Seyfeddin Altayli MITOLOJIDEN IZZEDDIN HASANOGLU NA GOK ARKETIPI 17 Milli Folklor Dergisi 2021 72 89 Seyfeddin Altayli IZZEDDIN HASANOGLU NUN KITAB I SIRETU N NEBI MESNEVISINDE HZ ALI CENKNAMELERININ IZLERI XX Karadeniz Arastirmalari 2023 237 258 HUSEYN HESIMLI IZZEDDIN HESENOGLUNUN BIR QEZELI HAQQINDA 4 Naxcivan NAXCIVAN DOVLET UNIVERSITETI Qeyret nesriyyat 2016 3 9 YAQUB BABAYEV Izzeddin Hesenoglu HIII HIV ESRLER ANA DILLI LIRIK SEIRIMIZIN INKISAF YOLU Baki Elm ve Tehsil 2009 seh 256 Ozlem Ercan AZERI SAIR HASANOGLU NUN BIR GAZELINE AHMEDI VE AHMED I DA I TARAFINDAN YAZILMIS NAZIRELER 12 Turkish Studies Elektronik 2017 177 192 Hemcinin baxVikimenbede Muellif Izzeddin Hesenoglu ile elaqeli melumatlar var Seyx SefiXarici kecidlerIzzeddin Hesenoglu Rasexun sayti