Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi.
Tarixi
Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.
Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.
Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir. Müsavat Partiyasından olan nümayəndələr danışıqlar boyu Osmanlının verdiyi ultimatumun qəbul edilməsini müdafiə etmişdilər. Onlar əks halda, seymdən ayrılıb Azərbaycanın müstəqilliyini elan edəcəklərini bildirmişdilər. Müsavatçıların Zaqafqaziyanın müsəlman hissəsinin tamamilə Osmanlı imperiyasına birləşdirilməsi tələb etməsinə baxmayaraq, Osmanlı nümayəndə heyətinin başçısı Rauf bəy və Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib paşa cavab vermişdilər ki, onların daha geniş siyasəti Azərbaycanın Cənubi Qafqazın qalan hissəsindən ayrılmaması, lakin konfederasiya şəklində müəyyən müstəqilliyini saxlayaraq onlarla ümumi dövlət formasını saxlaması idi.
13 aprel 1918-ci ildə Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib. Müsəlman fraksiyası qərara qoşulmamışdı. Qərar formal xarakter daşıyırdı, çünki Seymin real ordu qüvvəsi yox idi. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başladı. Mayın əvvəlində Zaqafqaziya hökuməti Osmanlı ilə yeni danışıqlara Batum şəhərində razılıq verdi.
İstinadlar
- Агамалиева, Худиев, 1994. səh. 7
- Агамалиева, Худиев, 1994. səh. 8
Əlavə ədəbiyyat
- Агамалиева Н., Худиев Р. Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг. Б.: Сабах. Под ред. Е. А. Токаржевского. 1994. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Trabzon konfransi ve ya Trabzon sulh konfransi 14 mart 1918 ci ilden 13 aprele qeder Trabzon seherinde Osmanli imperiyasi ile Zaqafqaziya Seymi ve hokumetinin numayende heyeti arasinda kecirilen konfrans Acilis iclasi 14 mart 1918 ci ilde bas tutmusdur Numayendeler heyetlerinin bascilari Osmanli imperiyasindan kontr admiral Huseyn Rauf bey Zaqafqaziya numayende heyetinde ise Akaki Cxenkeli idi TarixiKonfransin Zaqafqaziya ve Osmanli numayendeleri bir yerde Onde Akaki Cxenkeli Huseyn Rauf bey ve Xelil bey Xasmemmedov Zaqafqaziya Seyminin Osmanli hokumeti ile danisiqlar platformasi Osmanli imperiyasi ile daimi sulhun berqerar edilmesi ve muharibeden evvelki dovletlerarasi serhedlerin berpasi meqsedini dasiyirdi Seym Osmanli hokumeti ile danisiqlar aparmaq ucun Akaki Cxenkelinin basciliq etdiyi numayende heyeti yaratmisdir Numayende heyetinin azerbaycanlilardan ibaret hissesini Musavat dan Xelil bey Xasmemmedov ve Memmedhesen Hacinski Muselman Sosialist Blokundan Ibrahim bey Heyderov Ittihad dan Mir Yaqub Mehdiyev Hummet den Ekber aga Seyxulislamov bundan elave meslehetci ve tercumeci kimi Ehmed bey Pepinov ve Mehemmed Emin Resulzade teskil edirdi Danisiqlarin 12 martda baslamasi planlasdirilirdi ve bu sebebden numayende heyeti Trabzon seherine getmisdi Zaqafqaziya seymi Osmanli hokumeti ile sulh danisiqlarina hazirlasarken Brest Litovskda Rusiya ile Almaniya arasinda separat sulh muqavilesi imzalanmis muqavilenin sertlerine gore Erdehan Qars ve Batum bolgeleri Osmanli imperiyasinin hakimiyyetine verilmisdi Zaqafqaziya seymi bu qerarlari tanimamis ve Petroqrada uvanlanmis teleqram gondererek seym bolsevik hokumetini ve Xalq Komissarlari Sovetini tanimadigindan muqavileni de tanimadigini bildirmisdir Osmanli hokumeti Zaqafqaziya seymine ultimatum vererek onlardan qosunlarini Qars Batum ve Erdehandan derhal cixarmaqlarini teleb etmisdiler 14 mart 1918 ci ilde Osmanli hokumeti ve Zaqafqaziya seymi Trabzonda sulh konfransi kecirmisdiler Osmanli numayendeleri Zaqafqaziya musteqilliyini elan etmediyi ucun seymin numayende heyetinin danisiqlar aparacaq huquqi sexs ola bilmediyini beyan etmisdir Musavat Partiyasindan olan numayendeler danisiqlar boyu Osmanlinin verdiyi ultimatumun qebul edilmesini mudafie etmisdiler Onlar eks halda seymden ayrilib Azerbaycanin musteqilliyini elan edeceklerini bildirmisdiler Musavatcilarin Zaqafqaziyanin muselman hissesinin tamamile Osmanli imperiyasina birlesdirilmesi teleb etmesine baxmayaraq Osmanli numayende heyetinin bascisi Rauf bey ve Qafqaz cebhesinin komandani Mehmet Vehib pasa cavab vermisdiler ki onlarin daha genis siyaseti Azerbaycanin Cenubi Qafqazin qalan hissesinden ayrilmamasi lakin konfederasiya seklinde mueyyen musteqilliyini saxlayaraq onlarla umumi dovlet formasini saxlamasi idi 13 aprel 1918 ci ilde Trabzon konfransi neticesiz bitdikden sonra Zaqafqaziya Seymi turk qosunlarinin yurusunu dayandirmaq ucun Osmanliya muharibe elan etmek barede qerar qebul edib Muselman fraksiyasi qerara qosulmamisdi Qerar formal xarakter dasiyirdi cunki Seymin real ordu quvvesi yox idi Buna cavab olaraq turk qosunlari Qars ve Erdehanin ardinca Batumu tutdu ve Ermenistan Gumru istiqametinde irelilemeye basladi Mayin evvelinde Zaqafqaziya hokumeti Osmanli ile yeni danisiqlara Batum seherinde raziliq verdi IstinadlarAgamalieva Hudiev 1994 seh 7 Agamalieva Hudiev 1994 seh 8Elave edebiyyatAgamalieva N Hudiev R Azerbajdzhanskaya Respublika Stranicy politicheskoj istorii 1918 1920 gg B Sabah Pod red E A Tokarzhevskogo 1994 ISBN 5 86106 037 1 Tarix ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Etdiyiniz redakteleri menbe ve istinadlarla esaslandirmagi unutmayin