Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. Standart azərbaycancada Azərbaycan dilinin dialektlərindən fərqli olaraq, sözlərin vahid yazılış və tələffüz qaydaları təyin edilmişdir, həm də orta Azərbaycan dili ilə müqayisədə ərəb və fars təsiri azdır.
Standart azərbaycanca | |
---|---|
Rəsmi status | Azərbaycan Rusiya (Dağıstan) |
Tənzimləyən təşkilat | Şimal standartı: AMEA Dilçilik İnstitutu Cənub standartı: tənzimləyən qurum yoxdur |
ədəbi dil, rəsmi dil | |
Təsnifatı | |
Yazı | kiril və latın (əsas), ərəb (ilkin dövr) |
Tarixi əsas
Orta əsrlərdə Azərbaycan ədəbi dili
XIV əsrin əvvəllərində Yusif Məddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan ədəbi dilinin mövqeyi Təbrizi paytaxtları edən Qaraqoyunluların (1410-1468-cü illər) dövründə güclənmişdir.
Kişvəri XV–XVI əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşma dövründə onun inkişafında böyük rol oynamışdır. Onun poeziyası Azərbaycan ədəbi dilinin təkamülü üçün “ən qiymətli resurslardan biri”, dilin tarixi qrammatikasının yaradılmasında təməl daşı olaraq qiymətləndirilir.
XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, (tarixi əsərlərdə) və s. istifadə edilirdi. XVII–XVIII əsrlərdə İran Azərbaycanında aşıq sənəti böyük irəliləyişlər elədi və klassik ədəbi dil ilə yerli dialektlər arasında körpü oldu.
Orta əsrlərdə Qarabağın siyasi, sosial və iqtisadi mövqeyi güclənmiş, bölgənin türk əhalisinin nitqi koyne dialekti (bir dilin bir neçə formasının qarışması nəticəsində əmələ gələn standart dialekt) səviyyəsinə yüksəlmiş və Azərbaycan ədəbi dilinin normalarının formalaşmasında əsas mənbəyə çevrilmişdir. Beləliklə, artıq XVIII əsrdə Azərbaycan ədəbi dili Qarabağ dialektinə əsaslanırdı.
Müasir standartın inkişaf tarixi
Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi. Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.
Şimal standartı (Şirvan mərkəzli)
1857-ci ildə Mirzə Fətəli Axundov Azərbaycan dil islahatını təklif etmiş, beləliklə, bir əsr boyunca gərgin şəkildə davam edəcək dil islahatı səylərini başlatmışdır. Dil islahatı ilə bağlı birinci problem əlifba ilə bağlı idi. Azərbaycan ərəb əlifbasında sait səslər çatışmırdı. Məsələn, "oldu" və "öldü" sözləri ərəb əlifbası ilə eyni şəkildə yazılır, sadəcə oxucunun konteksti tutması nəticəsində mətnin mənası anlaşılırdı. Digər bir problem isə Azərbaycan dilində fars və ərəb qrammatik elementlərinin və lüğətinin istifadəsini tənzimləyən normaların olmaması idi. Bu problemdən Osmanlı türk dili də əziyyət çəkirdi. Dil islahatından əvvəl yazıçıların və oxuyucuların doğma Azərbaycan dilindən başqa Quran ərəbcəsini (klassik ərəb dilini) bilməsi və fars dilində səlis danışması tələb edilirdi. Bunun nəticəsində yalnızca sayları az olan, təhsilli elit təbəqə savada malik olurdu.
1870–1880-ci illərində Azərbaycan ədəbi dili bir çox ərəb mənşəli sözlərdən, bəzi ağır ərəb-fars söz birləşmələrindən azad edilmiş və bununla da ədəbi dilin Azərbaycan danışıq dilinə daha nəzərəçarpacaq dərəcədə yaxınlaşdığı formallaşma prosesi başa çatmışdır. Bu prosesin sürətləndirilməsində Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və başqalarının yaradıcılığı mühüm rol oynamışdır. Həsən bəy Zərdabi "Əkinçi" qəzetində Azərbaycan dilində ilk dəfə olaraq durğu işarələrindən istifadə edərək Azərbaycan dil islahatlarına töhfə vermişdir.
Oktyabr inqilabından sonra, Azərbaycan ədəbi dili standart danışıq dili oldu. Beləliklə, müasir Azərbaycan ədəbi dili qədim Azərbaycan ədəbi dilinin ənənələri və Azərbaycan dilinin dialektlərinin qarışığı əsasında əmələ gəldi. Dialektlər arasında Azərbaycan ədəbi dilinə ən çox təsir edən komponentlər Bakı-Şamaxı dialektləri idi. Bakı-Şamaxı dialekti azərbaycanlıların yaşadığı ərazinin ən güclü siyasi və iqtisadi bölgəsinə məxsus idi. Azərbaycan ədəbi dilinin Azərbaycan SSR-inin şərq hissəsinin dialekti əsasında yaradılması o demək deyil ki, ədəbi dil Bakı dialekti ilə eynidir.
Azərbaycanda dialektlər hələ də canlı bir şəkildə mövcuddur. Bir çox yerlərdə övladlar valideynləri və digər ailə üzvləri ilə dialektləri vasitəsilə danışıb, kənar həmsöhbətlərlə ünsiyyət qurarkən isə standart dilə keçə bilirlər. Azərbaycan məktəblərində dialektlərə yer verilmir, müəllimlər ancaq standart dildə dərs keçir. Azərbaycan Respublikası Audiovizual Şurası televiziyada ləhcə ilə danışanlara standart dildə danışmaq barədə xəbərdarlıq edir.
Cənub standartı (Təbriz mərkəzli)
İran Azərbaycanında yaradılan ədəbi əsərlər bu bölgənin əsas şəhəri olan Təbrizin dialektinə bənzəyir. 1940-cı illərdə Məhəmmədhüseyn Şəhriyar Azərbaycan dilinin onun tərəfindən danışılan danışıq dilini (ləhcəsini) ustalıqla ədəbi dilə çevirməyə başlayır. İslam inqilabından sonra standart Azərbaycan ədəbi dilinin formalaşdırılması üçün yeni cəhdlər edilmişdir. Maraqlıdır ki, bu dövrə aid azərbaycanca-farsca lüğəti Azərbaycan SSR-in ədəbi dilinə əsaslanır. Məsələn, fars "istgah" sözü "vağzal" sözü ilə əvəz edilmişdir.
İranda Azərbaycan dilinin orfoqrafiyasının standartlaşdırılması prosesi 1979-cu ildən "Varlıq" (وارلیق) kimi Azərbaycan jurnal və qəzetlərinin nəşri ilə başlamışdır. Azərbaycandilli alimlər və ədəbiyyatçılar belə işlərdə iştiraka və dil standartının hazırlanması istiqamətində işlərə böyük maraq göstərirdilər. Bu səylər 2001-ci ildə Varlıq qəzetinin təsisçisi Cavad Heyətin sədrliyi ilə Tehranda keçirilən dilçilik seminarları ilə yekunlaşdırılmış və burada standart orfoqrafiya və yazı qaydalarını əks etdirən sənəd ictimaiyyət üçün nəşr olunmuşdur. Bu yazı standartı İranda çap edilmiş rəsmi farsca-Azərbaycan türkcəsi lüğəti ("lugat name-ye Turki-ye Azarbayjani") vasitəsilə qayda halına salınmışdır.
Nümunələr
İslahatlardan əvvəlki Azərbaycan ədəbi və danışıq dilinin müqayisəsi
Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə" əsərində Azərbaycan dilini 2 ayrı şəkildə istifadə etməsi (latın qrafikasına transliterasiya edilmişdir) | |
---|---|
Ərəb və fars təsirinə malik hissə (türk mənşəli sözlərin sayı 11-dir) | Sadə dillə yazılmış hissə (türk mənşəli sözlərin sayı 36-dır) |
Bu rəsmi dilaviz ilə firqeyi-ülul-əlbabə bəyani-mafilbal etmiş və əlvahi-zəmairi-ərbabül-bəsairə bu şiveyi-zövqəngiz ilə qələmi-ə’lam yürütmüş ki, çün məzmuni-hikmət məşhünil-ərvahi-cünudi məcənnədə təarifi-minha etmədən və "Ma təkərrümiha" ixtilafi dəlalət ilə xəl’əti-xilqəti-işbah geymədən rəqabeyi-zənciri-məhəbbət çəkmişlər və riyazi-vücudi-bəşəriyyədə və "həmdəhül-insanü fəkanə zülmən cəhulən" misdaqincə nihali-möhnət əkmişlər. | Xülasə, ol məzlumə dedi: – Ey aşiqi-mehribanım! Bu sözlər fayda verməz. Bir fikir elə ki, sən bu yerə gəlmək üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin. Dedi: – Ey yari-mehribanım! On şahi pul sənə verim, amma məni rədd etmə, hər vaxt gəlib ol məbləği mütalibə eyləsəm bir bəhanə ilə tə’xir et. Bəlkə bu vəsilə ilə bir-birimizi görmək müyəssər ola. |
Azərbaycan dilində yazılmış, fars izafət qaydasının (biduni-vasiteyi-nüqat) və ərəb cəm formasının (hüruf=hərflər; əşkal=şəkillər) istifadə edildiyi "Kəmalüddövlə məktubları" əsərindən hissə (türk mənşəli sözlərin sayı 25-dir) | "Sərgüzəşti mərdi-xəsis"dən hissə (Azərbaycan ədəbiyyatında canlı danışıq dilinin istifadə edildiyi ilk mətnlərdən biri) |
Bir əlac elə ki, İran əhli oxumağa qadir olsun. Bir əlac elə ki, bu bərbəriyyət zamanının əlifbasında e’rab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqit olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb e’rab ilə müttəsil mərqum olsun, taki, hər kəs ədna müddətdə cüzvi ehtimam ilə, biistitaət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. | Tükəz: A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? Hacı Qara: Səfərim var, yola çıxacam! Tükəz: De görüm hara gedəcəksən? Hacı Qara: Sənə deməli deyil! Tükəz: Necə deməli deyil? Quldurluğa getmirsən ki, məndən gizlirsən. Hacı Qara: Elə bir zaddır. |
Dialektlər ilə müqayisə
Azərbaycan dili | ||
---|---|---|
Standard azərbaycancada | Azərbaycan dilinin dialektlərində | Dialekt bölgəsi |
dovşan | davşan | Zaqatala-Qax |
sevmək, nazik | söymək, nəzik | Qazax |
bənövşə | bənöyşə | Qarabağ |
tövlə, ov, ovuc, ayaq | təvlə, av, avuc, əyəx | Naxçıvan və ya Ordubad |
budaq | putax | Quba, Gəncə, Qarabağ, Zaqatala-Qax |
İstinadlar
- Mustafayev, 2013. səh. 335
- H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində . İstifadə tarixi: 2017-01-10.
- Arasly, 1966; Demirci, 2010a.
- Eyvazova, 1983. səh. 130
- Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 26.
- "ʿās̲h̲ik̲h̲", in: Encyclopaedia of Islam, Second Edition, Glossary and Index of Terms, Edited by: P. J. Bearman, Th. Banquis, C. E. Bowworth, E. van Donzel, W. P. Heinrichs Bowworth. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 97890041444484, PAGES 137–592, 20090501
- Məmmədov, 2021. səh. 243
- Məmmədli, 2019. səh. 7
- Ширалиев М. Ш. О диалектной основе азербайджанского национального литературного языка // Вопросы языкознания. — М.: Изд-во АН СССР, 1958. — № 1. — С. 79.
- Азербайджанский язык // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
- Robert Denis. "The Pre-Soviet Language Reform Movement in Azerbaijan: An Overview" (az.). Baku Research Institute. 2018-05-01. 2023-08-06 tarixində . İstifadə tarixi: 2023-07-17.
- The Modern Encyclopedia of East Slavic, Baltic, and Eurasian Literatures (англ.) / Edited by Harry Weber. — Gulf Breeze: Academic International Press, 1978. — Vol. II. — P. 13. — 246 p.
- G. Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish". Iranica. December 15, 1988. 2019-10-23 tarixində . İstifadə tarixi: 2017-07-20.
- Daniel, Michael & Dobrushina, Nina & Koryakov, Yuri. (2020). Languages and Sociolinguistics of the Caucasus. 10.1093/oxfordhb/9780190690694.013.30. page 48-49.
- Azeri Arabic Turk standard of writing; authored by Javad Heyat; 2001 http://www.azeri.org/Azeri/az_arabic/azturk_standard.pdf 2023-07-18 at the Wayback Machine
- Ameli, Seyed Hassan. لغتنامه ترکی آذربایجانی: حروف آ (جلد ۱ (fars və az.). Mohaghegh Ardabili. 2021. ISBN .
- Rind-Pawlowski, Monika, "Azeri, Dialects of 2023-08-05 at the Wayback Machine", in: Encyclopedia of Turkic Languages and Linguistics Online, General Editor: Lars Johanson. Consulted online on 05 August 2023.
Ədəbiyyat
- Arasly, Hamid. Кишвери́ [Kishveri] // Surkov, Alexey (redaktor). (rus). 3. 1966. 6 April 2023 tarixində . İstifadə tarixi: 2 September 2023.
- Demirci, Jale. "XV-XVI. Yüzyıl Azerbaycan Edebiyatının Önemli Bir Temsilcisi: Kişverî" [XV-XVI. An Important Representative of 20th Century Azerbaijan Literature: Kishveri]. Türkbilig (türk) (19). January 2010a: 104–116. 30 August 2023 tarixində – Dergipark vasitəsilə.
- Eyvazova, Roza. Кишвәри "Диван"ынын Дили [Language of the Kishveri "Divan"] (PDF) (az.). Elm. 1983. 2 September 2023 tarixində (PDF). İstifadə tarixi: 2 September 2023.
- Məmmədli M. Azərbaycan dialektologiyası / Elmi redaktor: Məmmədəli Qıpçaq. — Б.: Zərdabi Nəşr, 2019. — 352 с.
- Məmmədov M. Azərbaycan dilinin Qarabağ dialektində arxaik sözlər // Uluslararası Türk Lehçe Araştırmaları Dergisi. — Турция, 2021. — C. V, no 2. — S. 241–250.
- Mustafayev, Shahin. Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan (14th–15th Centuries) // Lascu, Stoica; Fetisleam, Melek (redaktorlar ). Contemporary Research in Turkology and Eurasian Studies: A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of His 70th Birthday. Cluj-Napoca: Cluj University Press. 2013. 333–346. ISBN .
Əlavə oxu
- Lummus, Wesley. (2021). One Nation, Two Languages: Latinization and Language Reform in Turkey and Azerbaijan, 1905–1938. Retrieved from the University of Minnesota Digital Conservancy, https://hdl.handle.net/11299/223150.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Standart azerbaycanca ve ya Muasir Azerbaycan edebi dili esasen Azerbaycan Respublikasinda Azerbaycan dilinin standart formasi olaraq istifade edilen dil Standart azerbaycancada Azerbaycan dilinin dialektlerinden ferqli olaraq sozlerin vahid yazilis ve teleffuz qaydalari teyin edilmisdir hem de orta Azerbaycan dili ile muqayisede ereb ve fars tesiri azdir Standart azerbaycancaResmi status Azerbaycan Rusiya Dagistan Tenzimleyen teskilat Simal standarti AMEA Dilcilik Institutu Cenub standarti tenzimleyen qurum yoxduredebi dil resmi dilTesnifatiAltay dilleri Turk dilleriOguz dilleriQedim Anadolu Azerbaycan turkcesiOrta AzerbaycancaStandart azerbaycanca dd dd dd dd Yazi kiril ve latin esas ereb ilkin dovr Tarixi esasOrta esrlerde Azerbaycan edebi dili Esas meqaleler Azerbaycan dilinin formalarinin siyahisi Qedim azerbaycanca ve Orta azerbaycanca XIV esrin evvellerinde Yusif Meddahin poeziyasi Azerbaycan edebi dilinin formalasmasinda muhum rol oynamisdir Azerbaycan edebi dilinin movqeyi Tebrizi paytaxtlari eden Qaraqoyunlularin 1410 1468 cu iller dovrunde guclenmisdir Kisveri XV XVI esrlerde Azerbaycan edebi dilinin formalasma dovrunde onun inkisafinda boyuk rol oynamisdir Onun poeziyasi Azerbaycan edebi dilinin tekamulu ucun en qiymetli resurslardan biri dilin tarixi qrammatikasinin yaradilmasinda temel dasi olaraq qiymetlendirilir XVI XVII esrlerden etibaren Mehemmed Fuzuli Qovsi Tebrizi kimi sairlerin eserlerinde Azerbaycan edebi dilinin Azerbaycan danisiq diline yaxinlasdigi gorulur Bu tendensiya ozunu XVIII esr sairi Molla Penah Vaqifin eserlerinde daha aciq sekilde buruze verir Belelikle uzun muddet iki Azerbaycan edebi dili movcud olmusdur Birincisi Azerbaycan diline esaslanirdi ve esasen Azerbaycan asiq senetinde istifade edilirdi Ikinci Azerbaycan edebi dili ise Azerbaycan dili elementleri ile ereb ve fars dillerine esaslanirdi ve huquq edebiyyatinda tarixi eserlerde ve s istifade edilirdi XVII XVIII esrlerde Iran Azerbaycaninda asiq seneti boyuk irelileyisler eledi ve klassik edebi dil ile yerli dialektler arasinda korpu oldu Orta esrlerde Qarabagin siyasi sosial ve iqtisadi movqeyi guclenmis bolgenin turk ehalisinin nitqi koyne dialekti bir dilin bir nece formasinin qarismasi neticesinde emele gelen standart dialekt seviyyesine yukselmis ve Azerbaycan edebi dilinin normalarinin formalasmasinda esas menbeye cevrilmisdir Belelikle artiq XVIII esrde Azerbaycan edebi dili Qarabag dialektine esaslanirdi Muasir standartin inkisaf tarixiRusiyanin Cenubi Qafqazi ele kecirmesinden sonra edebi dil iki erazide inkisaf etmeye basladi Merkezi Tebriz olmaqla Iran Azerbaycaninda ve merkezi Samaxi olmaqla Sirvan tarixi erazisinde Belelikle Iran Azerbaycaninda nesr olunan muxtelif edebiyyatlarda elmi bedii dini bu bolgenin dialekt elementleri Sirvanda ise Sirvan qrupuna aid dialektik elementler ustunluk teskil edirdi Artiq XIX esrin ortalarinda Baki ve Samaxi dialektleri esasinda muasir Azerbaycan edebi dili formalasmisdir Simal standarti Sirvan merkezli Esas meqaleler Azerbaycan milli oyanisi ve Azerbaycanda elifba islahatlariMirze Feteli Axundovun 100 illiyi munasibetile Molla Nesreddin jurnalinin uz resmi 1857 ci ilde Mirze Feteli Axundov Azerbaycan dil islahatini teklif etmis belelikle bir esr boyunca gergin sekilde davam edecek dil islahati seylerini baslatmisdir Dil islahati ile bagli birinci problem elifba ile bagli idi Azerbaycan ereb elifbasinda sait sesler catismirdi Meselen oldu ve oldu sozleri ereb elifbasi ile eyni sekilde yazilir sadece oxucunun konteksti tutmasi neticesinde metnin menasi anlasilirdi Diger bir problem ise Azerbaycan dilinde fars ve ereb qrammatik elementlerinin ve lugetinin istifadesini tenzimleyen normalarin olmamasi idi Bu problemden Osmanli turk dili de eziyyet cekirdi Dil islahatindan evvel yazicilarin ve oxuyucularin dogma Azerbaycan dilinden basqa Quran erebcesini klassik ereb dilini bilmesi ve fars dilinde selis danismasi teleb edilirdi Bunun neticesinde yalnizca saylari az olan tehsilli elit tebeqe savada malik olurdu 1870 1880 ci illerinde Azerbaycan edebi dili bir cox ereb menseli sozlerden bezi agir ereb fars soz birlesmelerinden azad edilmis ve bununla da edebi dilin Azerbaycan danisiq diline daha nezerecarpacaq derecede yaxinlasdigi formallasma prosesi basa catmisdir Bu prosesin suretlendirilmesinde Mirze Feteli Axundovun Hesen bey Zerdabinin ve basqalarinin yaradiciligi muhum rol oynamisdir Hesen bey Zerdabi Ekinci qezetinde Azerbaycan dilinde ilk defe olaraq durgu isarelerinden istifade ederek Azerbaycan dil islahatlarina tohfe vermisdir Oktyabr inqilabindan sonra Azerbaycan edebi dili standart danisiq dili oldu Belelikle muasir Azerbaycan edebi dili qedim Azerbaycan edebi dilinin eneneleri ve Azerbaycan dilinin dialektlerinin qarisigi esasinda emele geldi Dialektler arasinda Azerbaycan edebi diline en cox tesir eden komponentler Baki Samaxi dialektleri idi Baki Samaxi dialekti azerbaycanlilarin yasadigi erazinin en guclu siyasi ve iqtisadi bolgesine mexsus idi Azerbaycan edebi dilinin Azerbaycan SSR inin serq hissesinin dialekti esasinda yaradilmasi o demek deyil ki edebi dil Baki dialekti ile eynidir Azerbaycanda dialektler hele de canli bir sekilde movcuddur Bir cox yerlerde ovladlar valideynleri ve diger aile uzvleri ile dialektleri vasitesile danisib kenar hemsohbetlerle unsiyyet qurarken ise standart dile kece bilirler Azerbaycan mekteblerinde dialektlere yer verilmir muellimler ancaq standart dilde ders kecir Azerbaycan Respublikasi Audiovizual Surasi televiziyada lehce ile danisanlara standart dilde danismaq barede xeberdarliq edir Cenub standarti Tebriz merkezli Iran Azerbaycaninda yaradilan edebi eserler bu bolgenin esas seheri olan Tebrizin dialektine benzeyir 1940 ci illerde Mehemmedhuseyn Sehriyar Azerbaycan dilinin onun terefinden danisilan danisiq dilini lehcesini ustaliqla edebi dile cevirmeye baslayir Islam inqilabindan sonra standart Azerbaycan edebi dilinin formalasdirilmasi ucun yeni cehdler edilmisdir Maraqlidir ki bu dovre aid azerbaycanca farsca lugeti Azerbaycan SSR in edebi diline esaslanir Meselen fars istgah sozu vagzal sozu ile evez edilmisdir Iranda Azerbaycan dilinin orfoqrafiyasinin standartlasdirilmasi prosesi 1979 cu ilden Varliq وارلیق kimi Azerbaycan jurnal ve qezetlerinin nesri ile baslamisdir Azerbaycandilli alimler ve edebiyyatcilar bele islerde istiraka ve dil standartinin hazirlanmasi istiqametinde islere boyuk maraq gosterirdiler Bu seyler 2001 ci ilde Varliq qezetinin tesiscisi Cavad Heyetin sedrliyi ile Tehranda kecirilen dilcilik seminarlari ile yekunlasdirilmis ve burada standart orfoqrafiya ve yazi qaydalarini eks etdiren sened ictimaiyyet ucun nesr olunmusdur Bu yazi standarti Iranda cap edilmis resmi farsca Azerbaycan turkcesi lugeti lugat name ye Turki ye Azarbayjani vasitesile qayda halina salinmisdir NumunelerIslahatlardan evvelki Azerbaycan edebi ve danisiq dilinin muqayisesi Abbasqulu aga Bakixanovun Kitabi Esgeriyye eserinde Azerbaycan dilini 2 ayri sekilde istifade etmesi latin qrafikasina transliterasiya edilmisdir Ereb ve fars tesirine malik hisse turk menseli sozlerin sayi 11 dir Sade dille yazilmis hisse turk menseli sozlerin sayi 36 dir Bu resmi dilaviz ile firqeyi ulul elbabe beyani mafilbal etmis ve elvahi zemairi erbabul besaire bu siveyi zovqengiz ile qelemi e lam yurutmus ki cun mezmuni hikmet meshunil ervahi cunudi mecennede tearifi minha etmeden ve Ma tekerrumiha ixtilafi delalet ile xel eti xilqeti isbah geymeden reqabeyi zenciri mehebbet cekmisler ve riyazi vucudi beseriyyede ve hemdehul insanu fekane zulmen cehulen misdaqince nihali mohnet ekmisler Xulase ol mezlume dedi Ey asiqi mehribanim Bu sozler fayda vermez Bir fikir ele ki sen bu yere gelmek ucun elinde behane olsun ve xalq bed guman etmesin Dedi Ey yari mehribanim On sahi pul sene verim amma meni redd etme her vaxt gelib ol meblegi mutalibe eylesem bir behane ile te xir et Belke bu vesile ile bir birimizi gormek muyesser ola Mirze Feteli Axundovun eserlerinde Azerbaycan dilini 2 ayri sekilde istifade etmesi latin qrafikasina transliterasiya edilmisdir Azerbaycan dilinde yazilmis fars izafet qaydasinin biduni vasiteyi nuqat ve ereb cem formasinin huruf herfler eskal sekiller istifade edildiyi Kemaluddovle mektublari eserinden hisse turk menseli sozlerin sayi 25 dir Serguzesti merdi xesis den hisse Azerbaycan edebiyyatinda canli danisiq dilinin istifade edildiyi ilk metnlerden biri Bir elac ele ki Iran ehli oxumaga qadir olsun Bir elac ele ki bu berberiyyet zamaninin elifbasinda e rab huruf ile muttesil yazilsin ve nuqat kullen saqit olsun ve huruf eskal ile biduni vasiteyi nuqat bir birinden tesxis tapib e rab ile muttesil merqum olsun taki her kes edna muddetde cuzvi ehtimam ile biistitaet olsa da oz dilini oxuyub yazmaga qudret tapsin Tukez A kisi ne qayirirsan Bu yaraq esbabi qabagina niye tokubsen Haci Qara Seferim var yola cixacam Tukez De gorum hara gedeceksen Haci Qara Sene demeli deyil Tukez Nece demeli deyil Quldurluga getmirsen ki menden gizlirsen Haci Qara Ele bir zaddir Dialektler ile muqayise Azerbaycan diliStandard azerbaycancada Azerbaycan dilinin dialektlerinde Dialekt bolgesidovsan davsan Zaqatala Qaxsevmek nazik soymek nezik Qazaxbenovse benoyse Qarabagtovle ov ovuc ayaq tevle av avuc eyex Naxcivan ve ya Ordubadbudaq putax Quba Gence Qarabag Zaqatala QaxIstinadlarMustafayev 2013 seh 335 H Javadi and K Burrill AZERBAIJAN x Azeri Turkish Literature iranicaonline org December 15 1988 2013 02 01 tarixinde Istifade tarixi 2017 01 10 Arasly 1966 Demirci 2010a Eyvazova 1983 seh 130 Volkova N G Etnicheskie processy v Zakavkaze v XIX XX vv Kavkazskij etnograficheskij sbornik M Izd vo AN SSSR 1969 T 4 S 26 ʿas h ik h in Encyclopaedia of Islam Second Edition Glossary and Index of Terms Edited by P J Bearman Th Banquis C E Bowworth E van Donzel W P Heinrichs Bowworth Consulted online on 10 December 2023 First published online 2012 First print edition ISBN 97890041444484 PAGES 137 592 20090501 Memmedov 2021 seh 243 Memmedli 2019 seh 7 Shiraliev M Sh O dialektnoj osnove azerbajdzhanskogo nacionalnogo literaturnogo yazyka Voprosy yazykoznaniya M Izd vo AN SSSR 1958 1 S 79 Azerbajdzhanskij yazyk Bolshaya sovetskaya enciklopediya v 30 t gl red A M Prohorov 3 e izd M Sovetskaya enciklopediya 1969 1978 Robert Denis The Pre Soviet Language Reform Movement in Azerbaijan An Overview az Baku Research Institute 2018 05 01 2023 08 06 tarixinde Istifade tarixi 2023 07 17 The Modern Encyclopedia of East Slavic Baltic and Eurasian Literatures angl Edited by Harry Weber Gulf Breeze Academic International Press 1978 Vol II P 13 246 p G Doerfer AZERBAIJAN viii Azeri Turkish Iranica December 15 1988 2019 10 23 tarixinde Istifade tarixi 2017 07 20 Daniel Michael amp Dobrushina Nina amp Koryakov Yuri 2020 Languages and Sociolinguistics of the Caucasus 10 1093 oxfordhb 9780190690694 013 30 page 48 49 Azeri Arabic Turk standard of writing authored by Javad Heyat 2001 http www azeri org Azeri az arabic azturk standard pdf 2023 07 18 at the Wayback Machine Ameli Seyed Hassan لغت نامه ترکی آذربایجانی حروف آ جلد ۱ fars ve az Mohaghegh Ardabili 2021 ISBN 978 600 344 624 3 Rind Pawlowski Monika Azeri Dialects of 2023 08 05 at the Wayback Machine in Encyclopedia of Turkic Languages and Linguistics Online General Editor Lars Johanson Consulted online on 05 August 2023 EdebiyyatArasly Hamid Kishveri Kishveri Surkov Alexey redaktor rus 3 1966 6 April 2023 tarixinde Istifade tarixi 2 September 2023 Demirci Jale XV XVI Yuzyil Azerbaycan Edebiyatinin Onemli Bir Temsilcisi Kisveri XV XVI An Important Representative of 20th Century Azerbaijan Literature Kishveri Turkbilig turk 19 January 2010a 104 116 30 August 2023 tarixinde Dergipark vasitesile Eyvazova Roza Kishvәri Divan ynyn Dili Language of the Kishveri Divan PDF az Elm 1983 2 September 2023 tarixinde PDF Istifade tarixi 2 September 2023 Memmedli M Azerbaycan dialektologiyasi Elmi redaktor Memmedeli Qipcaq B Zerdabi Nesr 2019 352 s Memmedov M Azerbaycan dilinin Qarabag dialektinde arxaik sozler Uluslararasi Turk Lehce Arastirmalari Dergisi Turciya 2021 C V no 2 S 241 250 Mustafayev Shahin Ethnolinguistic Processes in the Turkic Milieu of Anatolia and Azerbaijan 14th 15th Centuries Lascu Stoica Fetisleam Melek redaktorlar Contemporary Research in Turkology and Eurasian Studies A Festschrift in Honor of Professor Tasin Gemil on the Occasion of His 70th Birthday Cluj Napoca Cluj University Press 2013 333 346 ISBN 978 973 595 622 6 Elave oxuLummus Wesley 2021 One Nation Two Languages Latinization and Language Reform in Turkey and Azerbaijan 1905 1938 Retrieved from the University of Minnesota Digital Conservancy https hdl handle net 11299 223150