Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir.
Kəmalüddövlə məktubları | |
---|---|
azərb. Kəmalüddövlə məktubları | |
| |
Müəllif | Mirzə Fətəli Axundov |
Janr | Traktat |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1924 |
Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır.
Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır. Əsər yalnız 1924-cü ildə qismən Bakıda "Yeni Əlifba Komiteti" tərəfindən dərc olunmuş, tam versiyası isə 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Baki filialında buraxılmışdır.
Əsərin yazılma səbəbi
Mənbələr qeyd edir ki, İstanbuldan qayıtdıqdan sonra M. F. Axundov yenə əlifba haqqında ikinci bir layihə tərtib edərək Tehrana göndərir. Bu layihədə fanatik İran ruhanilərindən ehtiyat etdiyi üçün hərflərin şəklini sağdan sola doğru göstərir, lakin başda Nəsrəddin şah özü olmaq üzrə irticapərəst İran hökuməti onun bu xüsusdakı fikirlərinə qətiyyən etina etməyib. Bundan başqa, əlifba məsələsi ətrafında üçüncü bir layihə yazaraq Türkiyə sədr-əzəmi Ali paşaya göndərir. Həmin layihədə Türkiyə alimlərindən Suavinin islam əlifbasının dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsinə bir tənqid yazaraq ona əlavə edir, lakin islam cəhalətpərəstliyinin hökm sürdüyü ölkələrdə onun bu layihələri həyata keçirilə bilmir. Bundan mütəəssir olan ədib 1868-ci ildə farsca "Yeni əlifba haqqında" mənzuməsini yazır. Bu mənzumədə İranın və Türkiyənin cəhalətpərəst dövlət başçılarını şiddətli tənqid atəşinə tutur.
M. F. Axundov həmin illərdə "Mollayi-Ruminin məsnəvisi haqqında tənqid", "Yek kəlmə haqqında", "Yuma cavab", "Türkiyə ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti" və s. siyasi, ictimai, tənqidi və fəlsəfi məqalələrini yazır. Bu dövrdə ədibin ən böyük və ciddi əsəri "Kəmalüddövlə məktubları" traktatıdır. Bu əsərdə dinin və ruhaniliyin kəskin surətdə tənqid edilməsi cəhalətin və fanatizmin hökm sürdüyü o zamankı mühitdə M. F. Axundovun həyatı üçün təhlükə yarada bilirdi. Mütəfəkkir bu barədə yazırdı: "Bu dinin əsasını yıxmaq, fanatizmi qaldırmaq, Asiya xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq və islamda protestantizmin lüzumunu sübut etmək məqsədilə "Kəmalüddövlə"ni yazmağa başladım".
Məzmun
Kəmalüddövlə məktublarının əlyazmaları |
Kəmalüddövlə ilə Cəlalüddövlə şahzadədirlər. Hər ikisi siyasi təqiblər üzündən Misirə köçməyə məcbur olmuşlar. Kəmalüddövlənin vətəni Hindistanda ingilislər ağalıq edir, onlar Kəmalüddövlənin atası Övrəngzibi hakimiyyət başından götürüb məmləkətə sahib olmuşlar. Cəlalüddövlə isə vətəni İranda despotun özbaşınalığına və zülmünə dözə bilməyib Misirə köçmək məcburiyyətində qalmışdır.
Göründüyü kimi, hər iki şahzadə ölkələrində hökm sürən vəziyyətlə barışa bilmir, vətənlərinin geridə qalmasına acıyır və düçar olduqları fəlakətdən xilas olmaq üçün yollar axtarır.
Kəmalüddövlə səyahətə çıxır, əvvəl Amerika, sonra Avropa ölkələrini gəzir. Onun bu səyahəti adicə seyr etmək və ya əylənmək məqsədi daşımır, öz ölkəsinin və xalqının, eləcə də Şərq xalqlarının geridə qalması səbəblərini öyrənmək, tərəqqi etmiş ölkələrin ictimai-siyasi quruluşu ilə tanış olmaq — bir sözlə, onların irəliləməsinin əsas şərtlərini araşdırmaq üçündür. Bu müdrik səyyah Qərb ölkələrini gəzdikdən sonra dostu Cəlalüddövlənin xahişi ilə onun vətəni İrana gedir.
Kəmalüddövlənin 1-ci məktubu
Kəmalüddövlə ilk məktubunda yazır ki, o İngiltərə, Amerika və Avropanı gəzib gəlir İrana. O öz həmməzhəblərinin halına yanır, düşünür ki, İran əvvəllər çox yaxşı vəziyyətdə idi, əhali çox xoşbəxt idi. Və o pis olur ki, o səadət, şövkət gedib, bu işdə ərəbləri günahkar bilir. O deyir: "Əhali nadandır və sivilizasyoni-cahandan bixəbərdir". Hesab edir ki, despotluq rejimi və ruhanilərin dini fanatizmi İranı zəiflədib. Ancaq yazır ki, elə hesab etməsin ki, o hansısa məzhəbi islamdan üstün tutur. O həmin dini üstün tutur ki, onun vasitəsilə insan bu dünyada xoşbəxtliyə çatsın. İranlıların nə dərəcədə fanatik olduqlarına misallar gətirir, bunlara özü də təəccüblənir. O İranda tacirlərin sərmayəsiz, kəndlilərin yoxsul, dövlət xəzinəsinin boş olduğundan və qanunların olmadığından şikayətlənir. Kəmalüddövlə ən çox ona yanır ki, xalq bu bəlaların əzabını dərk etmir. O münəccimlərin şaha yaltaqlıq üçün təqvimlərin başına yazdığı sözləri qəbul edə bilmir, çünki şah o sözlərə layiq deyil, çünki o əzəmət sahibi deyil, o nə ədalət, vətənpərvərlik qaydalarından xəbərdardır, nə də ölkəsini köçərilərdən qoruya bilir. Maarifin necə aşağı səviyyədə olmasından danışır, söz açır ki, uşaqlar molla yanında çubuq və fələqqə ilə tərbiyə edilir və belə uşaqdan gələcəkdə əxlaq, mərifət gözləmək olmaz. Vilayətin içində elmsiz və dünyadan xəbərsiz şahzadələrin oturması, onların xalq ilə ən alçaq formada rəftarı, xalqın onların hər sözünə "bəli" deməsi ona toxunur. Onlar nə xalqı düşmənlərdən qoruyur, nə xalqa şəfaxana, mədrəsələr açır, nə də ticarətə rövnəq verirlər. O, Cəmalüddövləyə deyir ki, əgər o da İrandan xali olmasaydı, bu eyibləri onun üzünə deməzdi. O bilir ki, İran nəşeyi-azadiyyət və hüquqi-insaniyyətdən bixəbərdir, ona görə də despot zülmündən nicat tapa bilməz. Düşünür ki, İranın məzhəbi ona liberal olmağa mane olur. Əsas da ona əsəbiləşir ki, İranda heç kəs şarlatan üləma və avamın qorxusundan heç nəyi deyə bilmir. Vəhşi və barbar tayfaların cəza tədbirlərinin İranda müşahidə olunması, ancaq Avropada bunun tamamilə qadağan olunmasını sivilizasyonla əlaqələndirir.
Kəmalüddövlənin 2-ci məktubu
2-ci məktubunda deyir ki, o bilir ki, onun yazdıqlarını oxuyub başa düşsələr də, bunlar fayda verməz. O deyir ki, bir əlac tap ki, İran əhli yazıb-oxumağa qadir olsun. Əslində, Axundzadə özü də əlifba hazırlamış, hətta onu Osmanlı dövlətinə təqdim etmiş, lakin qəbul etməmişdilər. Burda da, əslində, Axundzadə ömrünün sonuna qədər arzuladığı yeni əlifbanı Kəmalüddövlənin dilindən söyləyir. O deyir ki, İran xalqının kütlüyündən despot sevinməsin, onların heç biri əbədi deyil. O, Nadiri misal gətirir ki, onun kimi qorxulu despotun da sonunun necə olduğu məlumdur. Molla Sadığın sözlərindən sonra deyir ki, belə cəfəng əqidə heç bir xalqda yoxdur. Sonra Allahın ədaləti haqda fikirlər söyləyir. O insanın behişt ümidi və cəhənnəm qorxusundan danışır. O deyir ki, ərəb tayfasının yalan quraşdırmaqda və İranlıların yalana inanmaqda misli-bərabəri yoxdur. Kəmalüddövlə Molla Sadığın yalanlarına müxtəlif mənbələrdən faktlar gətirir. Kəmalüddövlə dini və elmi cəhətdən müqayisələr aparır. Sonra surələrdən danışır, onlardan da dəlillər göstərərək sanki öz fikrini təsdiqlətməyə çalışır. O bilir ki, Cəmalüddövlə deyəcək: "Hikmətdən sual yoxdur!" Amma o bunu qəbul edə bilmir, onu ittiham edir, ondan elmsizliyini etiraf etməsini istəyir. Əsərdə Kəmalüddövlənin mövqeyi çox kəskin, sərtdir. O düşünür ki, əqidə ağıl və hikmət əsasında qurulmalıdır, onun açıqlaması olmalıdır, belə olmayan halda, ona etibar etmək olmaz. "İslam dini o zaman yaşayıb davam edə bilər ki, insanlar dinin mahiyyətini şüur və mərifət əsasında anlamış olsunlar". 2-ci məktubun əvvəlindən Kəmalüddövlə dəlillər ki göstərirdi, məktubun sonunda artıq deyir: "Daha bəsdir! Nə vaxta qədər faydasız arzular dalınca düşəcəksiniz? Artıq elə vaxt yetişib ki, 5 duyğu orqanınızı da müvəffəqiyyət qazanmaq və fəzilət sahibi olmaq üçün sərf edəsiniz".
Kəmalüddövlənin 3-cü məktubu
3-cü məktubda Molla Cabbarın danışdığı "nağıllardan" danışır. Ancaq yenə üsyan edir: "Axı, sən də bir hərəkət elə, bir proqresə ayaq qoy, bir sivilizasyona talib ol. Nə çağacan qəflət yuxusunda yatacaqsan?" Molla Cabbarın məclisindəkilərlə söhbətdən sonra bu nəticəyə gəlir: "Pərvərdigara, qəribə halətdir. Külli-aləm dəyişilib, külli-aləmin uşaqları həddi-büluğa çatıb, əhli-İran yenicə kəkələməyə başlayır". Bu məktubda o varlıqdan, onun necə və nədən yaranmasından danışır. Yenə çox kəskin mövqedə durur. O deyir ki, xalq haqq ilə batilə fərq qoymağa qadir deyilsə, gündə bir adam çıxıb bu xalqı bədbəxt edəcək.
Cəmalüddövlənin cavab məktubu
Cəmalüddövlə onun 3 məktubuna da alır və ona cavab yazır. O da ən az Kəmalüddövlə qədər kəskin bir şəkildə deyir ki, sənin beynin xarabmı olub, sən bilmirsənmi ki, islamdan əvvəl iranlılar atəşpərəst idi?! O bu məzhəbə qulluq etməyin bədbəxtlik olduğunu bildirir. O deyir: "Sən necə fars millətinin o halına səadət adı qoyursan, heyif sənə!" Özünü doğrultmaq üçün məktublarında Firdovsini şahid gətirən Kəmalüddövləyə cavab kimi məhz Firdovsidən danışır. Onu da Kəmalüddövlə kimi laməzhəb adlandırır. O belə deyir: "Əgər sənin nəslinin qanında haqq ilə batilə fərq qoymaq, filosofluq, bəşər övladının halına yanmaq var idi, bəs niyə sənin babaların hindlilərin puç etiqadlarına mültəfit olmadılar?" Cəmalüddövlə hindlilərin ən pis cəhətlərini sayır, onların ən pis xüsusiyyətlərini ifşa edir. Cəmalüddövlə ona deyir: "Mən sənə İranı gəz, həmməzhəblərinlə danış, könlün açılsın demişdim, daha deməmişdim ki, dinimizi və məzhəbimizi bir-birinə vur". Cəmalüddövlə deyirdi ki, başqalarının dini və məzhəbi haqdırsa, bizimki niyə olmasın? Sonda Cəmalüddövlənin yekunu belə olur: "Əgər sən belə filosof idin və öz rəyincə politikanın ali məsələlərindən belə xəbərdar idin, bilirdin ki, despotluq pisdir, bəs niyə bunları Övrəngzəbə vermədin ki, dediklərinə əməl edəydi, ingilis gəlib ölkəsini əlindən almayaydı və milləti zəlil etməyəydi? Bizim padşahımız despot isə də, allaha şükür, özümüzündür, biz sizin kimi biganə millət əlində qalmamışıq".
İstinadlar
- Axundzadənin ən böyük arzusu
- "Kəmalüddövlə məktubları" barədə İsakova yazdığı məktub
- Bir əsər, üç müəllif, iki növ oxucu
Mənbələr
Ədəbiyyat 10 — Nizami Cəfərov, Teymur Kərimli, Zaman Əsgərli, Afət Bakıxanova (2005,2009).
"Mirzə Fətəli və ərəb əlifbası" məqaləsi — Əbdürrəhim bəy Haqverdiyev.
Xarici keçidlər
- "bədii-fəlsəfi traktatında". 2022-03-24 tarixində . İstifadə tarixi: 2015-01-01.
- "" bu sənət məktubu o qədər güc-qüdrətli olub ki, onun başqa sənəd-məktubları kölgədə qalıb". 2023-07-26 tarixində . İstifadə tarixi: 2015-01-01.
- "Məqsəd". 2022-03-24 tarixində . İstifadə tarixi: 2015-01-01.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kemaluddovle mektublari Mirze Feteli Axundovun 1865 ci ilde yazdigi bedii felsefi traktat Bu eser Axundovun yazdigi en muhum tenqid tipli publisistik isi sayilir Hind sahzadesi Kemaluddovle ile fars sahzadesi Celaluddovleyle yazismasi sujetin esasini teskil edir Burada yazici her cur dini fanatizmi aradan qaldirmaq ucun amansiz mubarizeni qarsisina meqsed qoyur Odur ki Kemaluddovle mektublari beseriyyete xidmet etmek serq xalqlarini dini xurafatdan zalimlarin esaret zencirinden azad etmek ucun zulme ve esarete qarsi mubarize silahina cevrilir Kemaluddovle mektublariazerb Kemaluddovle mektublari 2012 ci ilde Qanun Nesriyyati terefinden derc edilen kitabMuellif Mirze Feteli AxundovJanr TraktatOrijinalin dili Azerbaycan diliOlke AzerbaycanOrijinalin nesr ili 1924 Axundov 1857 ci ilde kohne muselman elifbasini islah etmek meqsedile ereb qrafikasi esasinda yeni bir elifba layihesi tertib etmisdir Bu layiheni muselman olkelerinde qebul etdirmek meqsedile o 1863 cu ilde Istanbula getmis layiheni Turkiyenin bas naziri Fuad pasaya teqdim etmisdir Layihe bas nazirin gosterisi ile Cemiyyeti Elmiyyeyi Osmaniyye de muzakire edilmis lakin qebul olunmamisdir Turkiyeden qayitdiqdan sonra Kemaluddovle mektublari adli bedii felsefi eserini yazmaga baslamis 1865 ci ilde ise tamamlamisdir O 1866 ci ilde eseri yaxin dostu Mirze Yusif xanla birlikde fars diline 1874 cu ilde ise gorkemli serqsunas Adolf Berje ile rus diline cevirmis ve cap etmek ugrunda calismisdir lakin yazici bu isteyini heyata kecire bilmemis arzusu gozunde qalmisdir Eser yalniz 1924 cu ilde qismen Bakida Yeni Elifba Komiteti terefinden derc olunmus tam versiyasi ise 1938 ci ilde SSRI Elmler Akademiyasinin Baki filialinda buraxilmisdir Eserin yazilma sebebiMenbeler qeyd edir ki Istanbuldan qayitdiqdan sonra M F Axundov yene elifba haqqinda ikinci bir layihe tertib ederek Tehrana gonderir Bu layihede fanatik Iran ruhanilerinden ehtiyat etdiyi ucun herflerin seklini sagdan sola dogru gosterir lakin basda Nesreddin sah ozu olmaq uzre irticaperest Iran hokumeti onun bu xususdaki fikirlerine qetiyyen etina etmeyib Bundan basqa elifba meselesi etrafinda ucuncu bir layihe yazaraq Turkiye sedr ezemi Ali pasaya gonderir Hemin layihede Turkiye alimlerinden Suavinin islam elifbasinin deyisdirilmesinin luzumsuzlugu haqqinda meqalesine bir tenqid yazaraq ona elave edir lakin islam cehaletperestliyinin hokm surduyu olkelerde onun bu layiheleri heyata kecirile bilmir Bundan muteessir olan edib 1868 ci ilde farsca Yeni elifba haqqinda menzumesini yazir Bu menzumede Iranin ve Turkiyenin cehaletperest dovlet bascilarini siddetli tenqid atesine tutur M F Axundov hemin illerde Mollayi Ruminin mesnevisi haqqinda tenqid Yek kelme haqqinda Yuma cavab Turkiye ordusunun 1618 ci ilde Bagdad etrafinda veziyyeti ve s siyasi ictimai tenqidi ve felsefi meqalelerini yazir Bu dovrde edibin en boyuk ve ciddi eseri Kemaluddovle mektublari traktatidir Bu eserde dinin ve ruhaniliyin keskin suretde tenqid edilmesi cehaletin ve fanatizmin hokm surduyu o zamanki muhitde M F Axundovun heyati ucun tehluke yarada bilirdi Mutefekkir bu barede yazirdi Bu dinin esasini yixmaq fanatizmi qaldirmaq Asiya xalqlarini qeflet ve nadanliq yuxusundan oyandirmaq ve islamda protestantizmin luzumunu subut etmek meqsedile Kemaluddovle ni yazmaga basladim MezmunKemaluddovle mektublarinin elyazmalari Kemaluddovle ile Celaluddovle sahzadedirler Her ikisi siyasi teqibler uzunden Misire kocmeye mecbur olmuslar Kemaluddovlenin veteni Hindistanda ingilisler agaliq edir onlar Kemaluddovlenin atasi Ovrengzibi hakimiyyet basindan goturub memlekete sahib olmuslar Celaluddovle ise veteni Iranda despotun ozbasinaligina ve zulmune doze bilmeyib Misire kocmek mecburiyyetinde qalmisdir Gorunduyu kimi her iki sahzade olkelerinde hokm suren veziyyetle barisa bilmir vetenlerinin geride qalmasina aciyir ve ducar olduqlari felaketden xilas olmaq ucun yollar axtarir Kemaluddovle seyahete cixir evvel Amerika sonra Avropa olkelerini gezir Onun bu seyaheti adice seyr etmek ve ya eylenmek meqsedi dasimir oz olkesinin ve xalqinin elece de Serq xalqlarinin geride qalmasi sebeblerini oyrenmek tereqqi etmis olkelerin ictimai siyasi qurulusu ile tanis olmaq bir sozle onlarin irelilemesinin esas sertlerini arasdirmaq ucundur Bu mudrik seyyah Qerb olkelerini gezdikden sonra dostu Celaluddovlenin xahisi ile onun veteni Irana gedir Kemaluddovlenin 1 ci mektubu Kemaluddovle ilk mektubunda yazir ki o Ingiltere Amerika ve Avropani gezib gelir Irana O oz hemmezheblerinin halina yanir dusunur ki Iran evveller cox yaxsi veziyyetde idi ehali cox xosbext idi Ve o pis olur ki o seadet sovket gedib bu isde erebleri gunahkar bilir O deyir Ehali nadandir ve sivilizasyoni cahandan bixeberdir Hesab edir ki despotluq rejimi ve ruhanilerin dini fanatizmi Irani zeifledib Ancaq yazir ki ele hesab etmesin ki o hansisa mezhebi islamdan ustun tutur O hemin dini ustun tutur ki onun vasitesile insan bu dunyada xosbextliye catsin Iranlilarin ne derecede fanatik olduqlarina misallar getirir bunlara ozu de teeccublenir O Iranda tacirlerin sermayesiz kendlilerin yoxsul dovlet xezinesinin bos oldugundan ve qanunlarin olmadigindan sikayetlenir Kemaluddovle en cox ona yanir ki xalq bu belalarin ezabini derk etmir O muneccimlerin saha yaltaqliq ucun teqvimlerin basina yazdigi sozleri qebul ede bilmir cunki sah o sozlere layiq deyil cunki o ezemet sahibi deyil o ne edalet vetenperverlik qaydalarindan xeberdardir ne de olkesini kocerilerden qoruya bilir Maarifin nece asagi seviyyede olmasindan danisir soz acir ki usaqlar molla yaninda cubuq ve feleqqe ile terbiye edilir ve bele usaqdan gelecekde exlaq merifet gozlemek olmaz Vilayetin icinde elmsiz ve dunyadan xebersiz sahzadelerin oturmasi onlarin xalq ile en alcaq formada reftari xalqin onlarin her sozune beli demesi ona toxunur Onlar ne xalqi dusmenlerden qoruyur ne xalqa sefaxana medreseler acir ne de ticarete rovneq verirler O Cemaluddovleye deyir ki eger o da Irandan xali olmasaydi bu eyibleri onun uzune demezdi O bilir ki Iran neseyi azadiyyet ve huquqi insaniyyetden bixeberdir ona gore de despot zulmunden nicat tapa bilmez Dusunur ki Iranin mezhebi ona liberal olmaga mane olur Esas da ona esebilesir ki Iranda hec kes sarlatan ulema ve avamin qorxusundan hec neyi deye bilmir Vehsi ve barbar tayfalarin ceza tedbirlerinin Iranda musahide olunmasi ancaq Avropada bunun tamamile qadagan olunmasini sivilizasyonla elaqelendirir Kemaluddovlenin 2 ci mektubu 2 ci mektubunda deyir ki o bilir ki onun yazdiqlarini oxuyub basa dusseler de bunlar fayda vermez O deyir ki bir elac tap ki Iran ehli yazib oxumaga qadir olsun Eslinde Axundzade ozu de elifba hazirlamis hetta onu Osmanli dovletine teqdim etmis lakin qebul etmemisdiler Burda da eslinde Axundzade omrunun sonuna qeder arzuladigi yeni elifbani Kemaluddovlenin dilinden soyleyir O deyir ki Iran xalqinin kutluyunden despot sevinmesin onlarin hec biri ebedi deyil O Nadiri misal getirir ki onun kimi qorxulu despotun da sonunun nece oldugu melumdur Molla Sadigin sozlerinden sonra deyir ki bele cefeng eqide hec bir xalqda yoxdur Sonra Allahin edaleti haqda fikirler soyleyir O insanin behist umidi ve cehennem qorxusundan danisir O deyir ki ereb tayfasinin yalan qurasdirmaqda ve Iranlilarin yalana inanmaqda misli beraberi yoxdur Kemaluddovle Molla Sadigin yalanlarina muxtelif menbelerden faktlar getirir Kemaluddovle dini ve elmi cehetden muqayiseler aparir Sonra surelerden danisir onlardan da deliller gostererek sanki oz fikrini tesdiqletmeye calisir O bilir ki Cemaluddovle deyecek Hikmetden sual yoxdur Amma o bunu qebul ede bilmir onu ittiham edir ondan elmsizliyini etiraf etmesini isteyir Eserde Kemaluddovlenin movqeyi cox keskin sertdir O dusunur ki eqide agil ve hikmet esasinda qurulmalidir onun aciqlamasi olmalidir bele olmayan halda ona etibar etmek olmaz Islam dini o zaman yasayib davam ede biler ki insanlar dinin mahiyyetini suur ve merifet esasinda anlamis olsunlar 2 ci mektubun evvelinden Kemaluddovle deliller ki gosterirdi mektubun sonunda artiq deyir Daha besdir Ne vaxta qeder faydasiz arzular dalinca duseceksiniz Artiq ele vaxt yetisib ki 5 duygu orqaninizi da muveffeqiyyet qazanmaq ve fezilet sahibi olmaq ucun serf edesiniz Kemaluddovlenin 3 cu mektubu 3 cu mektubda Molla Cabbarin danisdigi nagillardan danisir Ancaq yene usyan edir Axi sen de bir hereket ele bir proqrese ayaq qoy bir sivilizasyona talib ol Ne cagacan qeflet yuxusunda yatacaqsan Molla Cabbarin meclisindekilerle sohbetden sonra bu neticeye gelir Perverdigara qeribe haletdir Kulli alem deyisilib kulli alemin usaqlari heddi buluga catib ehli Iran yenice kekelemeye baslayir Bu mektubda o varliqdan onun nece ve neden yaranmasindan danisir Yene cox keskin movqede durur O deyir ki xalq haqq ile batile ferq qoymaga qadir deyilse gunde bir adam cixib bu xalqi bedbext edecek Cemaluddovlenin cavab mektubu Cemaluddovle onun 3 mektubuna da alir ve ona cavab yazir O da en az Kemaluddovle qeder keskin bir sekilde deyir ki senin beynin xarabmi olub sen bilmirsenmi ki islamdan evvel iranlilar atesperest idi O bu mezhebe qulluq etmeyin bedbextlik oldugunu bildirir O deyir Sen nece fars milletinin o halina seadet adi qoyursan heyif sene Ozunu dogrultmaq ucun mektublarinda Firdovsini sahid getiren Kemaluddovleye cavab kimi mehz Firdovsiden danisir Onu da Kemaluddovle kimi lamezheb adlandirir O bele deyir Eger senin neslinin qaninda haqq ile batile ferq qoymaq filosofluq beser ovladinin halina yanmaq var idi bes niye senin babalarin hindlilerin puc etiqadlarina multefit olmadilar Cemaluddovle hindlilerin en pis cehetlerini sayir onlarin en pis xususiyyetlerini ifsa edir Cemaluddovle ona deyir Men sene Irani gez hemmezheblerinle danis konlun acilsin demisdim daha dememisdim ki dinimizi ve mezhebimizi bir birine vur Cemaluddovle deyirdi ki basqalarinin dini ve mezhebi haqdirsa bizimki niye olmasin Sonda Cemaluddovlenin yekunu bele olur Eger sen bele filosof idin ve oz reyince politikanin ali meselelerinden bele xeberdar idin bilirdin ki despotluq pisdir bes niye bunlari Ovrengzebe vermedin ki dediklerine emel edeydi ingilis gelib olkesini elinden almayaydi ve milleti zelil etmeyeydi Bizim padsahimiz despot ise de allaha sukur ozumuzundur biz sizin kimi bigane millet elinde qalmamisiq IstinadlarAxundzadenin en boyuk arzusu Kemaluddovle mektublari barede Isakova yazdigi mektub Bir eser uc muellif iki nov oxucuMenbelerEdebiyyat 10 Nizami Ceferov Teymur Kerimli Zaman Esgerli Afet Bakixanova 2005 2009 Mirze Feteli ve ereb elifbasi meqalesi Ebdurrehim bey Haqverdiyev Xarici kecidler bedii felsefi traktatinda 2022 03 24 tarixinde Istifade tarixi 2015 01 01 bu senet mektubu o qeder guc qudretli olub ki onun basqa sened mektublari kolgede qalib 2023 07 26 tarixinde Istifade tarixi 2015 01 01 Meqsed 2022 03 24 tarixinde Istifade tarixi 2015 01 01