Seyid Yəhya Bakuvi — mənşəcə Azərbaycan türklərindən olan Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
Seyid Yəhya Bakuvi | |
---|---|
Seyid Yəhya ibn əs-Seyid Bəha əd-Din əş-Şirvani əş-Şamaxi əl-Bakuvi | |
Doğum tarixi | 1410 |
Doğum yeri | |
Vəfat tarixi | 1462 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
İstiqaməti | Xəlvətilik |
Əsas maraqları | sufilik |
Təsirlənib | Ömər Xəlvəti |
Bioqrafiya
Seyid Yəhya 1403-cü ildəAzərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən : "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır. Bu biliklər işığında onun XIV əsrin sonlarında doğulduğu söylənilir.
Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirvana mənsub edilmişdir. O dövrlərdə Şirvan bölgəsində olan üləma və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı. Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir. Əsərlərində doğulduğu Şamaxı şəhərinin adından götürülən əş-Şamaxi nisbəsinə az təsadüf olunur. Seyid Yəhya üçün qaynaqlarda sevgi və hörmət ifadə edən bir çox üstün sifətlər ifadə olunmuşdur:
- -Nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi, seyidlərin görkəmlisi
- -Şeyx, arifi-billah
- -Xəlvətilik təriqətinin feyz qaynağı
- -Qüdvətüs-sani, həqiqət məşrəbində imamür-rəbbani, qütbül-arifin, cəlalül-milləti vəl-həqqi vəd-din
- -Qütbü-vəqtihi və fəridi-əsrihi
- -Safiyyə üləmasının böyüklərindən, qüdvəyi-sani, gövs
- -Xəlvətilik taifəsinin piri-sanisi
Piri-sani S.Yəhya üçün ən çox istifadə olunan və adətən onunla adlanmış olan bir ifadədir. Pir təsəvvüfdə təriqətin qurucusu, təriqət sahibi anlamında işlədilir. Bu mənada xəlvətiliyin piri Ömər Xəlvətidir. Piri-san isə ikinci ər anlamındadır. Bir təriqətin quruluşundan sonra təriqətə yeni bir istiqamət verən və yeni həyat qazandıran sufiyə deyilir. Məsələn piri-sanisi İsmayıl Rumi (piri Əbdülqədir Geylanidir), xəlvətiliyin piri-sanisi S.Yəhyadır.
Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır. Onun atası yeddinci imam Musa Kazımın soyundandır. Şerlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları nəqiblər sülaləsindən olmuşdur. Atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi.
Uşaqlıq və gənclik illəri
Seyid Yəhyanın uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında keçmişdir. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə kitablarında xatırlanan məlumatlar vardır. Bu mənqəbələrdən onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını təmin etmişdir. Bütün bunlarla yanaşı kiçik yaşlarından əxlaqı və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyatmışdır.
S.Yəhyanın mükəmməl bir təhsil aldığı şəkksizdir. Əsərlərinin çoxunu ərəb dili və fars dilində yazmış olması öz doğma Azərbaycan türkcəsi ilə yanaşı bu iki dilə də hakim olduğunu göstərir. Əsərləri İslam dininə aid bir çox elm sahəsinə dərindən bələd olduğu təsəvvürünü yaradır. Şamaxıdan nə vaxt getməsinə dair bir məlumat olmasa da, təhsilini doğma şəhərində tamamladığı ehtimal edilir.
Müəllimlərinin kim olduğuna dair məlumatı Şəfaül-əsrar əsərində vermişdir. Burada yad etdiyi adlardan "ustadım" dediyi Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, "ustadım və sənədim" dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.
Bakı dövrü
S.Yəhya Bakıda qırx ildən çox yaşamışdır. Bakıdakı fəaliyyətinə nəzər saldıqda bu müddətin mənbələrdə doğru göstərildiyi aydınlaşır. Bunun əksinə başqa bir məlumat da yoxdur. Bu halda S.Yəhyanın Bakıya XV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtlafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.
S.Yəhyanın Bakıya köçdüyü zaman Şirvanşah I Xəlilullah xan idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açmışdır. Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilulllah xanın yardımçı olmasını Seyid Yəhya türbəsinin ətrafında Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilmişdir.
Şirvanşah I Xəlilullah xan ilə aralarındakı yaxşı münasibəti göstərən əlamətlərdən biri də S.Yəhyanın Kəşfül-qülub əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: "Bu risaləni yazmanın səbəbi ua ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül Mənnanın hökmünün davam etdiricisi, Xəlilür-rəhmanın adaşı sultan ibni sultan Əmir Xəlilullahın (Uca Allah bütün aləmə və almdəkilərə yaydığı rəhməti ilə onu ən uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsi ilə tapdığım əmniyyət və əman ilə yazdım (Əmirül-adil. Əzam, Əkrəm, Xülasətüs-səlatin fil-aləm, əl-Müəyyəd, əl-Məlikül-Məənnan, Xəlilur-rəhman, Sultan ibni sultan, Əmir Xəliullah hallədallahu təala səradika əzəmətəhu və cəlalulhu adına yazılmışdır".
Seyid Yəhya müridlərinə uzun ömür verməsi üçün Allaha dua edərkən "Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır" – demişdir. Həqiqətən də Şirvanşah I Xəlilullah xanın ölümündən doqquz ay sonra S.Yəhya da vəfat etmişdir.
Mənbələrdə S.Yəhyanın təsəvvüfi həyatı ilə bağl məlumatlarla yanaşı ailə həyatı ilə də bağlı məlumatlara rast gəlinir. Onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi S.Yəhyanı qızı ilə evləndirmişdi.
S.Yəhyanın övladlarının sayı qaynaqlarda açıq ifadəsini tapmamışdır. Ancaq mənbələrdəki bilgilərdən üç oğlunun olması dəqiq bilinir. M.Nəzmi S.Yəhyanın böyük oğlunun adının Fəthullah olduğunu və atası vəfat etdikdən sonra onun yerinə Bakıda səccadəyə oturduğunu bildirir. Fəthullah atasından sonra bir il şeyxlik etdikdən sonra vəfat etmiş və atasının yanında dəfn olunmuşdur.
Ləmazatdakı süfrə mənqəbəsindən aydın olur ki, ortancıl oğlunun adı Əmir Güllə olmuşdur.
Şeyxin üçüncü oğlu ilə əlaqədar məlumat verən Həsən Krımidir. O, S.Yəhyanın kiçik oğlunun adının Nəsrullah olduğunu, Krım xanı tərəfindən Krıma dəvət olunduğunu, onun da bu dəvəti qəbul edərək Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik etmişdir. O, həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləmişdir. Krım və ətrafında xəlvətilik onun vasitəsi ilə yayılmışdır. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahn nəsli davam etmişdir.
Vəfatı
S.Yəhya Bakıda vəfat etmişdir. Vəfatı haqqında müxtəlif tarixlər verilmişdir. Belə ki, Nəfəhatüs-üns, Şəqayiq və Töhfətül-mücahidin əsərlərində 868 və ya 869-cu il deyə iki tarix verilir. Xulvi və Əhməd Hilmi 869-cu il, S.Vicdani və M.Ə.Ayni isə 862-ci il tarixi göstərir. Lakin əksər mənbələr S.Yəhyanın Şirvanşah I Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir. Şirvanşahlar dövlətinin görkəmli tədqiqatçısı Sara Aşurbəyli Əbdürrəhman Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn İlyasa əsaslanaraq yazır: "Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir tarixçisi Əbdürrəhman (1445–1505) "Nəzm əl-ükban fi iyan" əsərində belə qeyd edilmişdir: "Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi, hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi olmuşdur. O, böyük müsəlman hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (miladi 3. sentyabr 1464 – 23. avqust 1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı vardı. Buna baxmayaraq asanlıqla oxuyurdu və sapsağlam idi". Şirvanşahın bu ölüm tarixini digər ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da təsdiqləyir. O, Şirvanşah I Xəlilullahın ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25.07.1465–23.08.1465) vəfat etdiyini yazır. Numizmatik məlumatlar da bu tarixi təsdiqləyir. Onun oğlu I Fərrux Yasarın kəsdiyi ilk sikkələr 869/1465-ci ilə aiddir.
Şirvanşah I Xəlilullahın 1465-ci ildə vəfat etdiyini nəzərə alan qeyd edir ki, böyük ehtimal şeyxin vəfatı 870-ci ilin ramazan ayına (17.04.1466–17.05.1466) düşmüşdür.
Bakı səyahətini anladan Xulvi Seyid Yəhyanın cənazə mərasimi haqqında bilgi verir. Çələbi Xəlifə onu görmək üçün Ərzincandan yola çıxmış, ancaq Bakıya çatanda insanların dəstələrlə bir tərəfə getdiklərini görmüşdür. Maraq edib səbəbini soruşanda "Seyid Yəhya adında kamil bir mürşidimiz vardı. Bu gün vəfat etdi. Ona son vəzifəmizi etməyə gedirik." – cavabını almışdır. Bu xəbərə çox üzülmüş, camaatla qılaraq o gecə qəbri başında muraqəbəyə getmişdir.
Haqqında mənbələr
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. S.Yəhya zəngin üç dilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir etmişdir.
Müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər. Ancaq müsəlman müəlliflər, adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür təvazökarlıqdan irəli gəlmişdir. S.Yəhya da əsərlərində özündən çox bəhs etmir. Lakin yenə də onun həyatı ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Belə ki, o, Şifaül-əsrar əsərində müəllimlərini, Kəşfül-qülub əsərində Şirvanşah I Xəlilullahı yad edir. Bəzi şerlərində də həyatı və çilləri barədə məlumata rast gəlinir.
S.Yəhyanın əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat vardır. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan öncə yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur.
O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir. qeyd edir ki, xəlvətilik təriqətinin bütün şöbə və qolları tərəfindən oxunan xüsusi dua (vird) və təriqətdə yerinə yetirilməsi zəruri olan üsul və qaydalar (ədəb) S.Yəhya tərəfindən yazılmış və yayılmışdır.Virdü-Səttar və Meyari-təriqət adı ilə tanınan bu əsərlər əslində xəlvətiliyin həqiqi qurucusu adını ona vermək üçün kifayətdir.
Lamii Nəfahət tərcüməsi, Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə fi üləmayi-dövləti Osmaniyyə", Məcdi Məhəmməd əfəndinin "Hədaiqüş-şəqayiq", Yusif ibn Yaqubun "Mənaqibi-şərif və təriqətnammeyi-piran və məşayixi əliyyəyi-xəlvətiyyə", Məhəmməd Cəmaləddin əl-Xulvinin "Ləmazati-xulvi və Ləmazati-ulviyyə", Əli Əlinin "Töhfətül-mücahidin və Behcətüz-zahidin", Məhəmməd Nəzminin "Hədiyyətül-ixvan", Həsən Krıminin "Məqalate-əliyyeyi-təriqəti-xəlvətiyyeyi-Camaliyyə", Həririzadə Məhəmməd Kəmaləddin əfəndinin "Tibyani-vəsail-il-həqaiq fi bəyani-səlasil-it təraiq", Sadiq Vicdaninin "Tomari-turuki-Əliyyə", Hüseyin Vəssafın "Səfineyi-övliyayi-əbrar şərhi-əsmar", Bursalı Məhəmməd Tahir əfəndinin "Osmanlı müəllifləri", Bağdadlı İsmayıl paşanın "Hədiyyətül-arifin", Məhəmməd Əli Ayninin "Təsəvvüf tarixi", Xocazadə Əhməd Hilminin "Seyid Yəhya və Ziyarəti-övliya", Rəhmi Sərinin "İslam təsəvvüfündə xəlvətilik və xəlvətilər" əsərləri həm S.Y.Bakuvinin həyat və yaradıcılığı, həm də xəlvətiliyin tarixi üçün əhəmiyyətli mənbələrdir.
S.Yəhyanın olan əsərləri haqqında Əhməd Atəş məlumat vermişdir. Fuad Köprülü, və da Seyid Yəhya və xəlvətilik haqqında dəyərli məlumatları əsərlərində nəql etmişlər.
Yaradıcılığı
Seyid Yəhyanın dini-təsəvvüfi əsərlərinin sayı və siyahısı heç bir qaynaqda tam olaraq verlməmişdir. Bu əsərlərdən Virdü-Səttar və Əsrarüt-Talibin istisna olmaqla digər əsərlərin məzmunundan isə qaynaqlarda heç bəhs edilməmişdir. Əsərlərindən mükəmməl təhsil aldığı məlum olan Seyid Yəhya nəsr əsərlərini türk, ərəb və fars dillərində, nəzm əsərlərini isə fars dilində qələmə almışdır. Bu dildə yazdığı şerlərində "Seyid" məxləsindən istifadə etmişdir. Türkiyə və Azərbaycan kitabxanalarında apardığı uzun araşdırmalar zamanı bu ölkələrin kitabxanalarında Seyid Yəhya əsərlərinin 100-dən artıq əlyazma nüsxəsinin olduğunu üzə çıxarmışdır. Ümumiyyətlə, Seyid Yəhya irsinə aid olan əsərlər aşağıdakılardır:
- Ətvarül-qəlb
- Bəyanül-elm (Çehel Mənazil və həft məqam)
- Əsrarüt-Talibin
- Ətvarül-qəlb
- Qəzəliyyat
- Kəşfül-qülub
- Qisseyi-Mənsur
- Kitabül-vüdu
- Məkarimi-əxlaq
- Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu
- Mənazilül-aşiqin
- Mənazilüs-sabiqin
- Meyari-təriqət
- Rümuzül-işarət (Təfsir və təvili "İhdinəs siartəl müstəqim")
- Risaleyi-Ma la buddə batiniyyə (Əsrarül-vüdu)
- Şərül-Əsmai-səmaniyyə
- Şəfaül-əsrar
- Təsərrufatü mükaşəfat
- Virdü-Səttar
Seyid Yəhyanın müxtəlif mənbə və kataloqlarda başqa əsər adlarına da təsadüf edilir. Bunlar "Elmi-lədün", "Mənazilül-arifin", "Əsrarül- vəhy", "Əsrarül-qülub", "Gəncineyi əsrar", "Kitabül-üsul" əsərləridir. Mehmet Rıhtım yazır ki, "bunlardan bir qismi ehtimal ki, adı fərqli qeyd edilmiş əsərlərdir. Çünki, uzun tədqiqatlar bu əsərlərin olmadığını göstərdi".
Seyid Yəhyanın təsəvvüf elminin bir çox sahəsində yazılmış olan əsərlərindəki dil, ədəbi xüsusiyyətlər və məzmun zənginliyi müəllifin təfəkkürününn dərinliyini göstərməsi baxımından da dəyərlidir. Bununla yanaşı onun nəzm və nəsrlə çoxlu sayda əsər yazması da diqqəti xüsusi cəlb edir. Çünki, ona qədər xəlvəti şeyxləri arasında bu sayda və çeşiddə əsər yazan olmamışdır.
Əsərlərində İslam dünyasında işlək olan üç dildən – ərəb dili, fars dili və Azərbaycan türkcəsindən istifadə etmiş və farsca şeirlər yazmışdır. Bu da onun dil zənginliyini və ifadə genişliyini göstərir. Əsərlərində diqqət çəkən cəhətlərdən biri də qaynaq zənginliyidir. Müəllif əsərlərində mövzuları çox vaxt Quran ayələri və Məhəmməd peyğəmbərin hədisləri ilə əsaslandırmışdır. Bu da onun Quran və hədis bilgisinin dərinliyini göstərir. Digər tərəfdən özündən əvvəl yaşamış və əsər yazmış bir çox sufi aliminin də əsərlərindən yararlanmışdır.
Müridləri
Mənbələrdə Seyid Yəhyanın iyirmi minə yaxın müridinin olduğu, onlardan 360-nın xilafət aldığı bildirilir. Ən məşhur mürid və xəlifələri bunlardır:
Həmçinin bax
İstinadlar
- M. Rıhtım – Seyid Yəya Bakuvi və Xəlvtilik, Bakı, 2006, səh 17
- M. Ə. Ayni – Seyid Yəhya Şirvani//Maarif və Mədəniyyət məcmuəsi, N6, Bakı, 1923
- S. Mümtaz – Seyid Yəhya, AMEA Əİ Fondu: 24/345
- A. A. Seyidzade – Seyid Yaxya Bakuvi, Salman Mümtaz adına ƏİA Fondu:47, saxlama vahidi97, səh 67
- B. G. Martin – A short history of the Khalweti order of Derwishes? California: Nikki k. Riddie, 1975
- F. D. Long – Khalwetiyya, IV, 1991
- V. Minorskiy – The Turks İran and the Caucasus in the middle ages, London, 1978
- H. Altınbaş – Tasavvuf tarihi, Ankara, tarihsiz, səh 198
- Encyclopaedia of Islam, leiden, new edition, 1978
- Y/ Akp;nar – Azeri edebiyyatı araştırmaları, İstanbul, Dergah yayınları, 1994, səh 512
- Y. V. Çəmənzəminli – Tarixi, coğrafi və iqtisadi Azərbaycan, Bakı, 1993, səh 55
- F. Köçərli – Azərbaycan ədəbiyyatı materialları, I cild, Bakı, 1925
- Z. Məmmədov – Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
- N. V. Minkeviç – Mustafayeva – Qrobniçı vuspalniçe Şirvanşaxov/Dokladı AN Azerb SSR, t. III, N1, 1947
- A. Akpınar – Bin yılın yüz şairi, Azerbaycan şiiri antolojisi, Ankara, KB, 2000, səh 305
- M. Ə. Rəsulzadə – Azerbaycan şairi Nizami, İstanbul, 1991, səh 402
- A. H. Hocazade – Seyid Yahya eş-Şirvani, İstanbul, 1319
- V. Bartold, F. Köprülü – İslam medeniyyeti tarihi, Ankara, DİB, 1984, səh 367
- M. Rıhtım – Seyid Yəhya Bakuvi və Xəlvətilik, Bakı, 2006
- S.S. Mustakimzde – Şerhi Virdü – Settar, SK: Pertev Paşa, N611
- "PROPOSALS FOR THE CELEBRATIONS OF ANNIVERSARIES WITH WHICH UNESCO COULD BE ASSOCIATED IN 2012–2013, AND APPEALS BY MEMBER STATES CONCERNING THEIR PROPOSALS". 2013-11-14 tarixində . İstifadə tarixi: 2013-04-10.
- "Seyid Yəhya Bakuviyə həsr edilmiş tədbir keçirib". 2023-08-03 tarixində . İstifadə tarixi: 2013-04-10.
- Carl Ritter: Die Erdkunde im Verhältniß zur Natur und zur Geschichte des Menschen. Bd. 2, Berlin 1818, S. 880.
- E. Bertles – Sufizm i sufiyskaya literatura, izbrannıe trudı, Moskva, 1965
- Y. Sinaneddin – Tezkireyi Halvetiyye, SK: Osman Huludi Öztürkler, N63
- H. J. Kissling – Halvetiyye tarikatı, İstanbul 1993–1994
- A. Knysh – Islamic mysticism a short history, Brill – Boston, 2000
- M. A. Ayni – Tasavvuf tarihi, İstanbul kitapevi, 2000, səh 344
- S. Eraydın – Tasavvuf ve tarikatlar, İstanbul MÜİ Vakfı, 1987, səh 518
- M. Özdamar – Yahya Efendi, İstanbul, 1997
- M. Özdamar – Yahya Efendi, İstanbul, 1997, səh 68
- A. Abdülkadiroğlu – Halvetiliyin Şabaniyye kolu, Ankara, 1991
- R. Serin – İslam tasavvufunda halvetilik ve halvetiler, İstnbul, Petek yayınları, 1984, səh 176
- Ə. Rəhimov – Bakıda Şirvanşahlar saray şəhərciyindəki türbədə dəfn olunanlar haqqında/ AMEA xəbərləri, N1, 1975, səh 49 – 57
- S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- L. Bretanskiy – Bakı, Moskva – Leninqrad, 1965, səh 325
- S Mumtaz – Xəlvətilik, AMEA Əİ Fondu: 24/454
- O. Türer – Ana hatlarıyla tasavvuf tarihi, İstanbul, 1995, səh 316
- S. Ayper – Seyid Yahya Şirvani ve Şerhi Meratib-i Esrarı Kulub, İstanbul Üniversitesi Edebiyat Fakültesi, magistr dissertasiyası, İstanbul, 1989
- A. Musayeva – Seyid Yəhya Bakuvinin əlyazmaları/Elm və Həyat, N9, 1986
- A. Musayeva – Seyid Yəhya Bakuvinin əlyazmaları, Azər. SSR EA Məruzələri, N11, Bakı, 1986
- J. S. Trimingham – The Sufi orders in Islam, Oxford, 1971
- A. Musayeva – Dədə Ömər Rövşəni əsərlərinin tədqiqatları üzərində araşdırmalar (filoloji – tekstaloji tədqiqat), I cild, Bakı, 2003, səh 475
- A.Musayeva – Dədə Ömər Rövşəninin əsərlərinin əlyazmaları/ Əlyazmalar xəzinəsində, III cild, AMEA Əİ, Bakı, 1986
- K. K. Şərifov – Yusif Şirvani Müsküri və onun bir əsəri haqqında/ AMEA Məruzələri, N2
Xarici keçidlər
• Film izlə
- Seyid Yəhya Bakuvi haqqında sənədli film izlə[ölü keçid]
- Azərbaycan Övliyaları və Mənqibələri — Seyid Yəhya Şirvani
- Azərbaycan vəlilərindən Seyid Yahya Şirvani[ölü keçid]
- Əsərlərini sifariş ver 2011-06-20 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Bakuvi Seyid Yehya Bakuvi mensece Azerbaycan turklerinden olan Azerbaycanin taninmis filosof alim ve sairlerinden biri xelvetilik teriqetinin ikinci qurucusu Bakuvi eyni zamanda xelvetiliyin virdi olan Virdu Settarin muellifidir 2013 cu ilde UNESCO nun Bas Konfransinin 36 ci sessiyasinda Seyid Yehya Bakuvinin 550 illik yubileyinin dunya seviyyesinde qeyd edilmesi haqqinda qerar qebul edilib Seyid Yehya BakuviSeyid Yehya ibn es Seyid Beha ed Din es Sirvani es Samaxi el BakuviDogum tarixi 1410Dogum yeri SamaxiVefat tarixi 1462Vefat yeri BakiDefn yeri BakiVetendasligi Sirvansahlar dovletiIstiqameti XelvetilikEsas maraqlari sufilikTesirlenib Omer XelvetiBioqrafiyaSeyid Yehya 1403 cu ildeAzerbaycanin Samaxi seherinde dogulmusdur Onun anadan oldugu dovrde Sirvansahlar dovletinin paytaxti olan Samaxi seheri bu bolgede onemli elmi siyasi ve medeni merkez movqeyinde idi Seyid Yehyanin dogum tarixi barede qaynaqlarda hec bir melumat verilmemisdir Ancaq onun XIV esrin sonlarinda doguldugunun texmin edilmesine sovq eden bilgiler vardir Bunlardan biri Nezminin Bakida qirx ilden cox yasamasini neql etmesidir Bu mulahize heqiqet kimi qebul edildikde Seyid Yehyanin 1466 ci ilde vefat etdiyini nezere almaqla onun Bakiya 1426 ci ilden once geldiyi soylenile biler Pir Mehemmed Erzincani Bakiya gederken Erzincana gelib onunla gorusen O indi cox yaslandi yaxinda vefat eder dediyine baxilirsa S Yehyanin uzun omur surduyu anlasilir Bu bilikler isiginda onun XIV esrin sonlarinda doguldugu soylenilir Seyxin tam adi es Seyid Cemaleddin Yehya ibn es Seyid Behaeddin es Samaxi el Bakuvidir Samaxida anadan olmasina baxmayaraq o hakimiyyet merkezi olan Sirvana mensub edilmisdir O dovrlerde Sirvan bolgesinde olan ulema ve seyxlerin Sirvani nisbesi ile yad olunmasi genis yayilmisdi Sirvani nisbesi ile yanasi ona Bakuvi nisbesinin de verilmesi heyatinin en uzun ve muhum dovrunu Bakida kecirmesi oradaki irsad fealiyyeti ile etraf alemde taninib meshur olmasi ve burada vefat etmesi ile elaqedardir Azerbaycan menbelerinde daha cox Yehya Bakuvi kimi yad edilir Eserlerinde doguldugu Samaxi seherinin adindan goturulen es Samaxi nisbesine az tesaduf olunur Seyid Yehya ucun qaynaqlarda sevgi ve hormet ifade eden bir cox ustun sifetler ifade olunmusdur Neqibler neqibi neciblerin necibi seyxlerin seyxi seyidlerin gorkemlisi Seyx arifi billah Xelvetilik teriqetinin feyz qaynagi Qudvetus sani heqiqet mesrebinde imamur rebbani qutbul arifin celalul milleti vel heqqi ved din Qutbu veqtihi ve feridi esrihi Safiyye ulemasinin boyuklerinden qudveyi sani govs Xelvetilik taifesinin piri sanisi Piri sani S Yehya ucun en cox istifade olunan ve adeten onunla adlanmis olan bir ifadedir Pir tesevvufde teriqetin qurucusu teriqet sahibi anlaminda isledilir Bu menada xelvetiliyin piri Omer Xelvetidir Piri san ise ikinci er anlamindadir Bir teriqetin qurulusundan sonra teriqete yeni bir istiqamet veren ve yeni heyat qazandiran sufiye deyilir Meselen piri sanisi Ismayil Rumi piri Ebdulqedir Geylanidir xelvetiliyin piri sanisi S Yehyadir Seyid Yehya nesebi saglam seyidlerden sayilir Onun atasi yeddinci imam Musa Kazimin soyundandir Serlerinde Seyid texellusu istifade etmis eserlerinin sonunda adini Yehya el Huseyni yazaraq seyid oldugunu bildirmisdir Babalari neqibler sulalesinden olmusdur Atasi Behaeddin Sirvansahlar dovletinin neqibul esrafi idi Usaqliq ve genclik illeri Seyid Yehyanin usaqliq illeri Samaxida ailesinin yaninda kecmisdir Usaqliq dovrune aid elimizde ancaq menqebe kitablarinda xatirlanan melumatlar vardir Bu menqebelerden onun zengin ve nufuzlu bir ailede doguldugu anlasilir Ailesinin seyid olmasi da onun oz muhitinde sayilan ve sevilen biri olmasini temin etmisdir Butun bunlarla yanasi kicik yaslarindan exlaqi ve terbiyesi ile insanlar uzerinde musbet tesir oyatmisdir S Yehyanin mukemmel bir tehsil aldigi sekksizdir Eserlerinin coxunu ereb dili ve fars dilinde yazmis olmasi oz dogma Azerbaycan turkcesi ile yanasi bu iki dile de hakim oldugunu gosterir Eserleri Islam dinine aid bir cox elm sahesine derinden beled oldugu tesevvurunu yaradir Samaxidan ne vaxt getmesine dair bir melumat olmasa da tehsilini dogma seherinde tamamladigi ehtimal edilir Muellimlerinin kim olduguna dair melumati Sefaul esrar eserinde vermisdir Burada yad etdiyi adlardan ustadim dediyi Seyx Semseddin Exisketiden fiqh elmini Movlana Hafizeddin el Gerderiden ereb dili belaget ve xitabeti ustadim ve senedim dediyi Movlana Taceddinden hedis ve fiqh elmlerini Qutbeddin es Serabiden eqaid ve kelam elmlerini oyrenmesi melumdur Baki dovru S Yehya Bakida qirx ilden cox yasamisdir Bakidaki fealiyyetine nezer saldiqda bu muddetin menbelerde dogru gosterildiyi aydinlasir Bunun eksine basqa bir melumat da yoxdur Bu halda S Yehyanin Bakiya XV esrin 20 ci illerinde gelmesi qenaeti hasil olur Bakiya getmesine sebeb olan hadise vefatindan sonra seyxlik meselesinde Pirzade ile aralarinda cixan ixtlafdir Seyx Sedreddin vefatindan once terefdarlarini toplayaraq Seyid Yehyani yerine teyin etmis ve ona itaet etmelerini soylemisdir Lakin seyxin olumunden sonra Pirzade onun yerine taxta eylesmis ve S Yehya Bakiya kocmusdur S Yehyanin Bakiya kocduyu zaman Sirvansah I Xelilullah xan idi O Bakiya geldikden sonra burada Sirvansah I Xelilullah xanin da yardimi ile xelvetiliyin ilk boyuk xanegahini acmisdir Bakidaki xanegahin insasinda Sirvansah I Xelilulllah xanin yardimci olmasini Seyid Yehya turbesinin etrafinda Sirvansah terefinden insa edilen mescid ve diger binalardan da anlamaq mumkundur Menbelerde de Sirvansah I Xelilullahin ona boyuk yardim gosterdiyi ve hormet etdiyi qeyd edilmisdir Sirvansah I Xelilullah xan ile aralarindaki yaxsi munasibeti gosteren elametlerden biri de S Yehyanin Kesful qulub eserini Sirvansaha ithaf etmesidir Bele ki eser bu ifadelerle baslayir Bu risaleni yazmanin sebebi ua edalet emiri alemdeki butun sultanlarin en sereflisi el Melikul Mennanin hokmunun davam etdiricisi Xelilur rehmanin adasi sultan ibni sultan Emir Xelilullahin Uca Allah butun aleme ve almdekilere yaydigi rehmeti ile onu en uca meqama cixarsin gunden gune artan dovletinin itidali vasitesi ile tapdigim emniyyet ve eman ile yazdim Emirul adil Ezam Ekrem Xulasetus selatin fil alem el Mueyyed el Melikul Meennan Xelilur rehman Sultan ibni sultan Emir Xeliullah halledallahu teala seradika ezemetehu ve celalulhu adina yazilmisdir Seyid Yehya muridlerine uzun omur vermesi ucun Allaha dua ederken Xelil beye dua edin cunki menim omrum onun heyatidir demisdir Heqiqeten de Sirvansah I Xelilullah xanin olumunden doqquz ay sonra S Yehya da vefat etmisdir Menbelerde S Yehyanin tesevvufi heyati ile bagl melumatlarla yanasi aile heyati ile de bagli melumatlara rast gelinir Onun xanimi seyxin qizidir Seyx Sedreddin gelecekde xelvetiliyin en boyuk seyxi olacaq istedadli muridi S Yehyani qizi ile evlendirmisdi S Yehyanin ovladlarinin sayi qaynaqlarda aciq ifadesini tapmamisdir Ancaq menbelerdeki bilgilerden uc oglunun olmasi deqiq bilinir M Nezmi S Yehyanin boyuk oglunun adinin Fethullah oldugunu ve atasi vefat etdikden sonra onun yerine Bakida seccadeye oturdugunu bildirir Fethullah atasindan sonra bir il seyxlik etdikden sonra vefat etmis ve atasinin yaninda defn olunmusdur Lemazatdaki sufre menqebesinden aydin olur ki ortancil oglunun adi Emir Gulle olmusdur Seyxin ucuncu oglu ile elaqedar melumat veren Hesen Krimidir O S Yehyanin kicik oglunun adinin Nesrullah oldugunu Krim xani terefinden Krima devet olundugunu onun da bu deveti qebul ederek Krima getdiyini bildirir Nesrullah burada ona bagislanan tekyede seyxlik etmisdir O hem de Krim xanliginin Neqibul esrafi vezifesinde islemisdir Krim ve etrafinda xelvetilik onun vasitesi ile yayilmisdir XVII esre kimi Krimda Seyx Nesrullahn nesli davam etmisdir Vefati S Yehya Bakida vefat etmisdir Vefati haqqinda muxtelif tarixler verilmisdir Bele ki Nefehatus uns Seqayiq ve Tohfetul mucahidin eserlerinde 868 ve ya 869 cu il deye iki tarix verilir Xulvi ve Ehmed Hilmi 869 cu il S Vicdani ve M E Ayni ise 862 ci il tarixi gosterir Lakin ekser menbeler S Yehyanin Sirvansah I Xelilullahin olumunden 9 ay sonra olduyunu gosterir Sirvansahlar dovletinin gorkemli tedqiqatcisi Sara Asurbeyli Ebdurrehman Celaluddin es Suyuti ve Mehemmed ibn Ehmed ibn Ilyasa esaslanaraq yazir Sirvansah I Xelilullahin olum tarixi Misir tarixcisi Ebdurrehman 1445 1505 Nezm el ukban fi iyan eserinde bele qeyd edilmisdir Sirvan hokmdari Xelil ibn Mehemmed ed Derbendi Samaxi hakimi hokmdarlarin mohteremi momini leyaqetlisi ve edaletlisi olmusdur O boyuk muselman hokmdarlarinin sonuncusudur Sirvan ve Samaxi memleketlerinde elli ile yaxin hokmdarliq etmis ve 869 cu ilde miladi 3 sentyabr 1464 23 avqust 1465 olmusdur Onun yuz yaxud ona yaxin yasi vardi Buna baxmayaraq asanliqla oxuyurdu ve sapsaglam idi Sirvansahin bu olum tarixini diger ereb muellifi Mehemmed ibn Ehmed ibn Ilyas da tesdiqleyir O Sirvansah I Xelilullahin olum tarixini daha da deqiqlesdirerek onun 869 cu ilin zilhicce ayinda 25 07 1465 23 08 1465 vefat etdiyini yazir Numizmatik melumatlar da bu tarixi tesdiqleyir Onun oglu I Ferrux Yasarin kesdiyi ilk sikkeler 869 1465 ci ile aiddir Sirvansah I Xelilullahin 1465 ci ilde vefat etdiyini nezere alan qeyd edir ki boyuk ehtimal seyxin vefati 870 ci ilin ramazan ayina 17 04 1466 17 05 1466 dusmusdur Baki seyahetini anladan Xulvi Seyid Yehyanin cenaze merasimi haqqinda bilgi verir Celebi Xelife onu gormek ucun Erzincandan yola cixmis ancaq Bakiya catanda insanlarin destelerle bir terefe getdiklerini gormusdur Maraq edib sebebini sorusanda Seyid Yehya adinda kamil bir mursidimiz vardi Bu gun vefat etdi Ona son vezifemizi etmeye gedirik cavabini almisdir Bu xebere cox uzulmus camaatla qilaraq o gece qebri basinda muraqebeye getmisdir Haqqinda menbelerAzerbaycan tesevvuf mektebinde yetisen mutefekkir alim Seyid Yehya Bakuvi ve onun inkisaf etdirerek yeniden tesis etdiyi xelvetilik teriqeti XV esrden etibaren muselman aleminde boyuk tesire malik olmus ve genis yayilmisdir S Yehya zengin uc dilli turk ereb fars tesevvufi felsefi ve edebi eserleri ile dunyanin bir cox olkelerinin felsefi fikir tarixine tesir etmisdir Muellif haqqinda en dogru bilgileri subhesiz ki oz eserleri vere biler Ancaq muselman muellifler adeten eserlerinde ozleri barede az melumat verirler Bezen adlarini da yazmamalari gorunur tevazokarliqdan ireli gelmisdir S Yehya da eserlerinde ozunden cox behs etmir Lakin yene de onun heyati ile bagli bir sira melumatlara rast gelmek mumkundur Bele ki o Sifaul esrar eserinde muellimlerini Kesful qulub eserinde Sirvansah I Xelilullahi yad edir Bezi serlerinde de heyati ve cilleri barede melumata rast gelinir S Yehyanin eserlerinde onun felsefi dini dusuncesi ve tesevvufi anlayisi barede genis melumat vardir Ona qeder tesevvuf sahesinde eser yazan muellifler o qeder de cox deyildi Xususile xelvetilik teriqetinin sistemi ve usullari haqqinda ondan once yazilmis eserlere tesaduf edilmir Demek olar ki xelvetilik teriqetinin teqriben 200 illik usul ve prinsipleri ilk defe onun terefinden yaziya alinmisdir Hetta bu usullarin bir coxu ilk defe S Yehya terefinden mueyyenlesdirilerek tetbiq olunmusdur O iyirmiden cox eseri ile xelvetiliyin tesevvufi felsefi esaslarini quraraq gunumuze qeder gelmesini temin etmisdir qeyd edir ki xelvetilik teriqetinin butun sobe ve qollari terefinden oxunan xususi dua vird ve teriqetde yerine yetirilmesi zeruri olan usul ve qaydalar edeb S Yehya terefinden yazilmis ve yayilmisdir Virdu Settar ve Meyari teriqet adi ile taninan bu eserler eslinde xelvetiliyin heqiqi qurucusu adini ona vermek ucun kifayetdir Lamii Nefahet tercumesi Taskopruluzadenin Seqayiqi Numaniyye fi ulemayi dovleti Osmaniyye Mecdi Mehemmed efendinin Hedaiqus seqayiq Yusif ibn Yaqubun Menaqibi serif ve teriqetnammeyi piran ve mesayixi eliyyeyi xelvetiyye Mehemmed Cemaleddin el Xulvinin Lemazati xulvi ve Lemazati ulviyye Eli Elinin Tohfetul mucahidin ve Behcetuz zahidin Mehemmed Nezminin Hediyyetul ixvan Hesen Kriminin Meqalate eliyyeyi teriqeti xelvetiyyeyi Camaliyye Heririzade Mehemmed Kemaleddin efendinin Tibyani vesail il heqaiq fi beyani selasil it teraiq Sadiq Vicdaninin Tomari turuki Eliyye Huseyin Vessafin Sefineyi ovliyayi ebrar serhi esmar Bursali Mehemmed Tahir efendinin Osmanli muellifleri Bagdadli Ismayil pasanin Hediyyetul arifin Mehemmed Eli Ayninin Tesevvuf tarixi Xocazade Ehmed Hilminin Seyid Yehya ve Ziyareti ovliya Rehmi Serinin Islam tesevvufunde xelvetilik ve xelvetiler eserleri hem S Y Bakuvinin heyat ve yaradiciligi hem de xelvetiliyin tarixi ucun ehemiyyetli menbelerdir S Yehyanin olan eserleri haqqinda Ehmed Ates melumat vermisdir Fuad Koprulu ve da Seyid Yehya ve xelvetilik haqqinda deyerli melumatlari eserlerinde neql etmisler YaradiciligiVirdu Settar eserinin Turkiyenin Suleymaniyye kitabxanasinda saxlanan nusxelerinden birinin titul sehifesiSefaul esrar eserinin Turkiyenin Suleymaniyye kitabxanasinda saxlanan yegane nusxesinin miniaturlu sehifesi Seyid Yehyanin dini tesevvufi eserlerinin sayi ve siyahisi hec bir qaynaqda tam olaraq verlmemisdir Bu eserlerden Virdu Settar ve Esrarut Talibin istisna olmaqla diger eserlerin mezmunundan ise qaynaqlarda hec behs edilmemisdir Eserlerinden mukemmel tehsil aldigi melum olan Seyid Yehya nesr eserlerini turk ereb ve fars dillerinde nezm eserlerini ise fars dilinde qeleme almisdir Bu dilde yazdigi serlerinde Seyid mexlesinden istifade etmisdir Turkiye ve Azerbaycan kitabxanalarinda apardigi uzun arasdirmalar zamani bu olkelerin kitabxanalarinda Seyid Yehya eserlerinin 100 den artiq elyazma nusxesinin oldugunu uze cixarmisdir Umumiyyetle Seyid Yehya irsine aid olan eserler asagidakilardir Etvarul qelb Beyanul elm Cehel Menazil ve heft meqam Esrarut Talibin Etvarul qelb Qezeliyyat Kesful qulub Qisseyi Mensur Kitabul vudu Mekarimi exlaq Menaqibi Emirelmominin Eli kerremallahu vechehu Menazilul asiqin Menazilus sabiqin Meyari teriqet Rumuzul isaret Tefsir ve tevili Ihdines siartel musteqim Risaleyi Ma la budde batiniyye Esrarul vudu Serul Esmai semaniyye Sefaul esrar Teserrufatu mukasefat Virdu Settar Seyid Yehyanin muxtelif menbe ve kataloqlarda basqa eser adlarina da tesaduf edilir Bunlar Elmi ledun Menazilul arifin Esrarul vehy Esrarul qulub Gencineyi esrar Kitabul usul eserleridir Mehmet Rihtim yazir ki bunlardan bir qismi ehtimal ki adi ferqli qeyd edilmis eserlerdir Cunki uzun tedqiqatlar bu eserlerin olmadigini gosterdi Seyid Yehyanin tesevvuf elminin bir cox sahesinde yazilmis olan eserlerindeki dil edebi xususiyyetler ve mezmun zenginliyi muellifin tefekkurununn derinliyini gostermesi baximindan da deyerlidir Bununla yanasi onun nezm ve nesrle coxlu sayda eser yazmasi da diqqeti xususi celb edir Cunki ona qeder xelveti seyxleri arasinda bu sayda ve cesidde eser yazan olmamisdir Eserlerinde Islam dunyasinda islek olan uc dilden ereb dili fars dili ve Azerbaycan turkcesinden istifade etmis ve farsca seirler yazmisdir Bu da onun dil zenginliyini ve ifade genisliyini gosterir Eserlerinde diqqet ceken cehetlerden biri de qaynaq zenginliyidir Muellif eserlerinde movzulari cox vaxt Quran ayeleri ve Mehemmed peygemberin hedisleri ile esaslandirmisdir Bu da onun Quran ve hedis bilgisinin derinliyini gosterir Diger terefden ozunden evvel yasamis ve eser yazmis bir cox sufi aliminin de eserlerinden yararlanmisdir MuridleriMenbelerde Seyid Yehyanin iyirmi mine yaxin muridinin oldugu onlardan 360 nin xilafet aldigi bildirilir En meshur murid ve xelifeleri bunlardir Dede Omer Rovseni Hebib Qaramani Pir Mehemmed Erzincani Ziyaeddin Yusif MuskuriHemcinin baxTercumeyi beyani usuli etvari seba Ecaibul qulubIstinadlarM Rihtim Seyid Yeya Bakuvi ve Xelvtilik Baki 2006 seh 17 M E Ayni Seyid Yehya Sirvani Maarif ve Medeniyyet mecmuesi N6 Baki 1923 S Mumtaz Seyid Yehya AMEA EI Fondu 24 345 A A Seyidzade Seyid Yaxya Bakuvi Salman Mumtaz adina EIA Fondu 47 saxlama vahidi97 seh 67 B G Martin A short history of the Khalweti order of Derwishes California Nikki k Riddie 1975 F D Long Khalwetiyya IV 1991 V Minorskiy The Turks Iran and the Caucasus in the middle ages London 1978 H Altinbas Tasavvuf tarihi Ankara tarihsiz seh 198 Encyclopaedia of Islam leiden new edition 1978 Y Akp nar Azeri edebiyyati arastirmalari Istanbul Dergah yayinlari 1994 seh 512 Y V Cemenzeminli Tarixi cografi ve iqtisadi Azerbaycan Baki 1993 seh 55 F Kocerli Azerbaycan edebiyyati materiallari I cild Baki 1925 Z Memmedov Azerbaycan felsefesi tarixi Baki 1994 N V Minkevic Mustafayeva Qrobnici vuspalnice Sirvansaxov Dokladi AN Azerb SSR t III N1 1947 A Akpinar Bin yilin yuz sairi Azerbaycan siiri antolojisi Ankara KB 2000 seh 305 M E Resulzade Azerbaycan sairi Nizami Istanbul 1991 seh 402 A H Hocazade Seyid Yahya es Sirvani Istanbul 1319 V Bartold F Koprulu Islam medeniyyeti tarihi Ankara DIB 1984 seh 367 M Rihtim Seyid Yehya Bakuvi ve Xelvetilik Baki 2006 S S Mustakimzde Serhi Virdu Settar SK Pertev Pasa N611 PROPOSALS FOR THE CELEBRATIONS OF ANNIVERSARIES WITH WHICH UNESCO COULD BE ASSOCIATED IN 2012 2013 AND APPEALS BY MEMBER STATES CONCERNING THEIR PROPOSALS 2013 11 14 tarixinde Istifade tarixi 2013 04 10 Seyid Yehya Bakuviye hesr edilmis tedbir kecirib 2023 08 03 tarixinde Istifade tarixi 2013 04 10 Carl Ritter Die Erdkunde im Verhaltniss zur Natur und zur Geschichte des Menschen Bd 2 Berlin 1818 S 880 E Bertles Sufizm i sufiyskaya literatura izbrannie trudi Moskva 1965 Y Sinaneddin Tezkireyi Halvetiyye SK Osman Huludi Ozturkler N63 H J Kissling Halvetiyye tarikati Istanbul 1993 1994 A Knysh Islamic mysticism a short history Brill Boston 2000 M A Ayni Tasavvuf tarihi Istanbul kitapevi 2000 seh 344 S Eraydin Tasavvuf ve tarikatlar Istanbul MUI Vakfi 1987 seh 518 M Ozdamar Yahya Efendi Istanbul 1997 M Ozdamar Yahya Efendi Istanbul 1997 seh 68 A Abdulkadiroglu Halvetiliyin Sabaniyye kolu Ankara 1991 R Serin Islam tasavvufunda halvetilik ve halvetiler Istnbul Petek yayinlari 1984 seh 176 E Rehimov Bakida Sirvansahlar saray seherciyindeki turbede defn olunanlar haqqinda AMEA xeberleri N1 1975 seh 49 57 S Asurbeyli Sirvansahlar dovleti Baki 2006 L Bretanskiy Baki Moskva Leninqrad 1965 seh 325 S Mumtaz Xelvetilik AMEA EI Fondu 24 454 O Turer Ana hatlariyla tasavvuf tarihi Istanbul 1995 seh 316 S Ayper Seyid Yahya Sirvani ve Serhi Meratib i Esrari Kulub Istanbul Universitesi Edebiyat Fakultesi magistr dissertasiyasi Istanbul 1989 A Musayeva Seyid Yehya Bakuvinin elyazmalari Elm ve Heyat N9 1986 A Musayeva Seyid Yehya Bakuvinin elyazmalari Azer SSR EA Meruzeleri N11 Baki 1986 J S Trimingham The Sufi orders in Islam Oxford 1971 A Musayeva Dede Omer Rovseni eserlerinin tedqiqatlari uzerinde arasdirmalar filoloji tekstaloji tedqiqat I cild Baki 2003 seh 475 A Musayeva Dede Omer Rovseninin eserlerinin elyazmalari Elyazmalar xezinesinde III cild AMEA EI Baki 1986 K K Serifov Yusif Sirvani Muskuri ve onun bir eseri haqqinda AMEA Meruzeleri N2Xarici kecidlerVikimenbede Muellif Seyid Yehya Bakuvi ile elaqeli melumatlar var Film izleSeyid Yehya Bakuvi haqqinda senedli film izle olu kecid Azerbaycan Ovliyalari ve Menqibeleri Seyid Yehya Sirvani Azerbaycan velilerinden Seyid Yahya Sirvani olu kecid Eserlerini sifaris ver 2011 06 20 at the Wayback Machine