1808–1809-cu illərdə Rus-İsveç müharibəsi (Finlandiya müharibəsi), İsveç və fin tarixşünaslığında Fin müharibəsi adlanır — Fransa və Danimarka tərəfindən dəstəklənən Rusiyanın İsveçə qarşı apardığı müharibə. Rus-İsveç müharibələrindən sonuncusu.
Rus-İsveç müharibəsi (1808-1809) | |||
---|---|---|---|
Napoleon müharibələri, rus - İsveç müharibələri | |||
| |||
Tarix | 9 (21) fevral 1808 — 5 (17) sentyabr 1809 (1 il, 6 ay, 3 həftə və 4 gün) | ||
Yeri | Finlandiya, İsveç | ||
Səbəbi | Tilzit sülhü, İngilis-Danimarka müharibəsi | ||
Nəticəsi | Finlandiyanın Rusiyaya birləşdirilməsi, Fridrixsqam sülh müqaviləsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibə Rusiyanın qələbəsi və Fridrixsqam sülh müqaviləsinin bağlanması ilə başa çatdı. Müqaviləyə əsasən Finlandiya İsveçdən alınaraq Böyük Finlandiya knyazlığı adı ilə Rusiya imperiyasının tərkibinə daxil edildi.
Müharibənin səbəbləri və məqsədləri
1807-ci ilin yayında imperator I Aleksandr və I Napoleon Rusiya-Prussiya-fransız müharibələrinə son qoyaraq Tilzit sülhünü imzaladılar. Elə bu vaxtI Aleksandr İsveç kralı IV Qustava Napoleon ilə barışmaq üçün vasitəçiliyini təklif etdi.
Sülh müqaviləsinin şərtlərindən biri Rusiya imperiyasının Böyük Britaniyanın kontinental blokadasına — Napoleonun təşkil etdiyi iqtisadi və siyasi sanksiyalar sisteminə daxil olması idi. Həmçinin, Danimarka krallığı da blokadaya qoşulmağı planlaşdırırdı. Buna cavab olaraq 1807-ci ilin avqustunda Birləşmiş Krallığın hərbi dəniz qüvvələri Kopenhagenə hücum etdi və bütün Danimarka donanmasını ələ keçirdi.
Rusiya imperatorluq evinin Danimarka və Qolşteyn sarayları ilə qohumluq əlaqələri var idi. Bundan əlavə Danimarka yüz ildən çox idi ki, İsveçlə müharibələrdə Rusiyanın müttəfiqi idi. Buna görə də, 1807-ci ilin oktyabrında Rusiya İngiltərəyə ultimatum təqdim etdi. Donanmanın Danimarkaya qaytarılmasından və bütün zərərlərin ödənməsinə qədər bütün diplomatik münasibətləri pozdu. I Aleksandr 1780 və 1800-cü illər müqavilələri əsasında Baltik dənizini Qərb ölkələrinin donanmasına qapalı vəziyyətdə saxlamaq üçün İsveçdən kömək istədi. IV Qustav bu tələbləri rədd etdi və özünə düşmən olan Napoleona qarşı mübarizəni davam etdirərək İngiltərə ilə yaxınlaşmağa başladı. Rusiya ilə Böyük Britaniya arasında mühasibətlər tam kəsildi — hər iki tərəf səfirlərini geri çağırdı və elə də aktiv hərbi əməliyyatları olmayan ingilis-rus müharibəsi başladı.
1807-ci il noyabrın 16-da Rusiya hökuməti kömək təklifi ilə yenidən İsveç kralına müraciət etdi, ancaq iki aya yaxın heç bir cavab almadı. Nəhayət IV Qustav cavab verdi ki, fransızlar Baltik dənizinin limanlarını əldə saxladığı müddətdə 1780 və 1800-cü illər müqavilələrinin icrası mümkün deyil. Elə bu vaxt məlum oldu ki, İsveç kralı Danimarka ilə müharibədə İngiltərəyə kömək etməyə hazırlaşır və ondan Norveçi almağa çalışır. Belə bir vəziyyət imperator I Aleksandra Finlyandiyanı işğal etməsi üçün fürsət qazandırdı. O, həm də Sankt-Peterburqun təhlükəsizliyini təmin etmək üçün fin torpaqlarını tutmağı bəhanə gətirdi.
Napoleon isə öz növbəsində İsveçi limanlarını ingilislərin üzünə bağlamağı məcbur etmək istəyirdi. 1808-ci ilin əvvəlində o, I Aleksandra "isveçliləri paytaxtından uzaqlaşdırmağı" tövsiyə etdi və bu məsələdə köməkdə təklif etdi. 1808-ci il fevralın 5-də Napoleon Rusiyanın Parisdəki səfiri qraf P.A.Tolstoya Rusiyanın Stokholm da daxil olmaqla bütün İsveçi işğal etməsinə razı olacağını bildirdi.
Böyük Britaniya öz növbəsində 1808-ci ilin fevralında İsveçlə müqavilə bağladı və bu müqaviləyə əsasən Rusiya ilə müharibə dövründə ona aylıq 1 milyon funt sterlinq ödəmək öhdəliyi götürdü.
Müharibədən əvvəl tərəflərin qüvvələri
1808-ci ilin əvvəllərində Rusiya ordusu (təxminən 24 min) Fridrixsqam və Neyşlot arasında sərhəddə yerləşirdi. Ordunun rəhbərliyi F.F.Buksqevdenə həvalə edildi.
O dövrdə Finlandiyadakı isveçlilərin general Klerkerin müvəqqəti komandanlığı altında 19 min əsgər var idi. Ordunun komandanı qraf V.M.Klinqspor hələ də Stokholmda idi və burada hər kəs anlaşılmazlığın sülh yolu ilə həll olunacağına ümid edirdi. Kralın özü Vıborq quberniyasında rus qoşunlarının cəmləşməsi xəbərinə inanmırdı və bu səbəbdən İsveç ordusu döyüş vəziyyətinə gətirilmədi.
Qraf Klinqspor nəhayət Finlyandiyaya gedəndə ona verilən göstərişlərin mahiyyəti düşmənlə döyüşmək, Sveaborq qalasını son ana qədər saxlamaq və mümkünsə rusların arxasında fəaliyyət göstərmək idi.
Elan olunmamış müharibə
Rəsmi müharibə elan edilməməsinə baxmayaraq, Rusiya qoşunları fevralın 9-da sərhədi keçdilər. Fevralın 18-də qraf Buksqevden Helsinqforsa girdi. İsveç qoşunları isə Sveaborqa sığındı. Fevralın 23-də qraf Klinqspor Tammerfors şəhərinə geri çəkildi və Finlyandiyanın şimalına səpələnmiş bütün qoşunlara orada toplaşmağı əmr etdi. Bunun ardınca fevralın 24-də Tavastexus Rusiya qoşunları tərəfindən işğal olundu.
Fevralın 27-də Buksqevden knyaz P.İ.Baqrationa Klinqsporun arxasınca gedib izləməyi, general N.A.Tuçkova isə onun geri çəkilməsini dayandırmağı çalışmağı əmr etdi. Buksqevden özü isə Sveaborqun mühasirəsinə başlamağa qərar verdi. Qotlandın tutulması mühasirənin uğurlu bitməsinə səbəb oldu. Qorxuya düşən İsveç hökuməti adanı geri qaytarmaq üçün böyük donanma qüvvələri göndərdi və bununla da Sveaborq müdafiəçilərini dəniz tərəfdən ffektiv dəstək almaqdan məhrum etdi..
İsveçlilər sərbəst şəkildə Braqestad şəhərinə doğru çəkildi, lakin Sveaborq 21–26 aprel aralığında rus qoşunlarına təslim oldu. Qaliblərə 7,5 min əsir, 2 mindən çox top, hər növ nəhəng ehtiyat və 110 hərbi gəmi qənimət kimi çatdı. Bundan əvvəl isə martın 6-da Svartholm qalası təslim oldu. Demək olar ki, eyni vaxtda möhkəmləndirilmiş Qangut burnu və Aland adaları işğal edildi.
Müharibənin elan olunması
Rusiya tərəfindən rəsmi müharibə elanı 1808-ci il martın 16-da rus qoşunlarının sərhəddən keçməsini öyrənən İçveç kralının Stokholmdakı Rusiya səfirliyinin bütün üzvlərinin həbs edilməsini əmr etdiyi xəbəri gələndə verildi.
İsveçdə ictimai rəy müharibənin əleyhinə idi və kralın verdiyi fövqəladə tədbirlər istəksiz və zəif həyata keçirilirdi. Elə Rusiyada da kübar cəmiyyət müharibənin yalnız Napoleonun xeyirinə olacağını düşünürdü. "İlk dəfə bəlkə də Rusiya mövcud olduğundan, qədim düşmənlərinə qarşı hücum müharibəsi bütün Ruslar tərəfindən qınanır və qoşunlarımızın uğurları rüsvayçılıqla qarşılanır" — deyə bu barədə F.F.Viqel yazırdı.
Rusiya üçün uğursuz başlanğıc
Bu arada, Finlandiyanın şimalında vəziyyət Rusiya üçün əlverişsiz bir şəkildə dönüş etdi. Tuçkovun birləşməsi dəstələrə və qarnizonlara ayrılma səbəbindən 4.5 minə nəfərə düşdü. Aprelin 6-da Y.Kulnevin komandanlığı altında olan rus qoşunlarının avanqardı Siykayoki kəndi yaxınlığında isveçlilərə hücum etdi, lakin döyüşdə tab gətirməyərək məğlub oldu. Bundan sonra aprelin 15-də Revolaks yaxınlığında rus hərbi dəstəsi eyni aqibəti yaşayır. Üstəlik bir çox uğurlu döyüşlər keçirən bu dəstənin komandiri general M.L.Bulatov ağır yaralanaraq əsir düşür. Bundan əlavə, mayın 2-də Pulkildə polkovnik Yohan Avqust Sandels Bulatova köməyə gedən polkovnik Obuxovun dəstəsini darmadağın edir.
Finlərdə ruslara qarşı qalxdılar. Onlar İsveç zabitlərinin komandanlığı altında partizan dəstələri yaradaraq rus ordusuna çox böyük ziyan vurmağa başladılar. Rus yazıçısı Fadey Bulqarin öz xatirələrində yazırdı: "Bütün fin kəndliləri əla atıcıdırlar, hər evdə tüfəng və yay var. Pastorların, landmanların və … fin zabitləri və əsgərlərinin rəhbərlik etdiyi dəstələr güclü piyada və at izdihamı ilə … zəif rus qoşunlarına, xəstəxanalarına hücum edir, amansızcasına xəstə və personalı qətlə yetiridilər… Qəzəbləri həddən çox idi və xalqın müharibəsi bütün dəhşətləri ilə alovlanırdı".
Aprel ayının sonunda Aland adaları yaxınlığında güclü İsveç donnanması peyda oldu və üsyan etmiş yerli İsveç mənşəli sakinlərinin köməkliyi ilə polkovnik N.İ.Vuiçin dəstəsini təslim olmağa məcbur etdilər.
Mayın 3-də Qotland adasını işğal edən kontr-admiral N.A.Bodisko təslim olma aktına imza atdı. Akta əsasən onun dəstəsi Qotlanı tərk etdi və elə gəldikləri eyni gəmilərlə yenidən Lekoya yola düşdü.
Mayın 4-də ingilis donanması general Con Murun komandanlığı altında 14 min nəfərlik köməkçi korpusla Göteborqa gəldi. Lakin IV Qustav birgə hərəkət planı ilə onunla razılığa gələ bilmədi və Murun qoşunları İspaniyaya göndərildi. İsveç kralının sərəncamında yalnız 16 gəmi və 20 digər qayıqdan ibarət olan ingilis donanması qaldı.
Bu arada, Finlandiyanın şimalında fəaliyyət göstərən rus qoşunları Kuopioya doğru çəkilməyə məcbur edildi. Klinqspor müvəffəqiyyətlərini davamlı təqiblərlə tamamlamadı və Salmi (fin Salmi(Kurotane)) kəndi yaxınlığında dayandı. O, burada İsveçdən əlavə qüvvələrin gəlməsini və Finlandiyanın qərb sahilinə çıxarılan desantın nəticəsini gözləməyə başladı. Lakin desant Lemu və Vaasa döyüşlərində darmadağın edildi. Fürsətdən istifadə edən general qraf Kamenski avqustun 2-də yenidən hücuma keçdi.
20 və 21 avqustda Kuortan və Salmi bölgələrində ağır döyüşlərdən sonra Klinqspor Vaasa və Nykarleba istiqamətində geri çəkildi. Sentyabrın 2-də isə Oravais döyüşündə ruslar tərəfindən yeni məğlubiyyətə uğradıldı. Klinqsporun əmrləri ilə uğursuz fəaliyyət göstərən İsveç desantı da Vaasa doğru geri çəkildi. Alland adalarına sentyabr ayında desant çıxarma cəhdləri də uğursuzluqla nəticələndi.
Rusiya üçün dönüş
Finlandiyanın şərqində general-leytenant N.A.Tuçkov İsveç qoşunu və yerli sakinlərdən ibarət silahlı dəstəyə qarşı müdafiə mövqeyindən çıxış edirdi. Ona kömək üçün göndərilən Alekseyevin dəstəsi partizanların faliyyəti nəticəsində dayandırıldı və avqustun 1-də Serdobola tərəf geri döndü. Yalnız sentyabrın 17-də Alekseyevi əvəz edən knyaz M.P.Dolqorukov Melansemi kəndinə çatdı və Tuçkov ilə əlaqəyə girdi. Bu vaxta adyutant-general rütbəsi almış Yohan Sandelsə edilən birgə hücum baş tutmadı, çünki sonuncu Klinqsporun Oravais yaxınlığında uğursuzluğunu bildikdən sonra İdensalmi kəndinə tərəf geri çəkildi.
Tezliklə Finlandiyanın şərqindəki həyəcan azaldı. Payızın gəlməsi, ərzaq çatışmazlığı və qoşunların dincəlməsi zərurəti qraf Buksqevdenə Klinqsporun barışıq təklifini qəbul etməyə məcbur etdi. Sentyabrın 17-si barışıq bağlandı, lakin imperator bu sazişi təsdiqləmədi.
1808-ci il oktyabrın 15-də Tuçkovun 5000 nəfərlik korpusu ön dəstəsinin komandiri knyaz M. Dolqorukovun səhvi ucbatından təxminən 2000 döyüşçüsü olan Sandels tərəfindən İdensalmi döyüşündə məğlub edildi. Dolqorukov bu səhvini həyatı hesabına ödədi. Onun taktiki səhvləri və kəşfiyyatsız hərəkət etməsi ruslara baha başa gəldi. Ancaq taktiki qələbə qazansada Sandels əks hücum üçün lazımi qüvvələrə sahib olmadığından Uleaborqa doğru geri çəkilməyə məcbur oldu.
Qısa fasilədən sonra başlayan Rusiya tərəfinin hücumu demək olar ki, maneəsiz davam edirdi. Klinqspor komandanlığı general Klerkerə təslim edərək Stokholma getdi. Rus ordusunun irəliləməsinin qarşısının alınmasının mümkünsüzlüyünü anlayan general Klerk Kamenski ilə danışıqlara başladı. Danışıqların nəticəsi isə isveçlilərin Torneoya geri çəkilməsi və 1808-ci ilin noyabrında rus qoşunları tərəfindən bütün Finlandiyanın işğalı oldu.
İmperator I Aleksandr qraf Buksqevdenin fəaliyyətindən razı deyildi, çünki bölgədə rus qüvvələrinin xeyli üstünlüyünə baxmayaraq, İsveç ordusu döyüş potensialını tam tərkibdə qoruyurdu və buna görə də müharibə bitmiş sayıla bilməzdi. Dekabrın əvvəlində Buksqevdenin yerini infanteriya generalı B.F.Knorrinq tutdu. İmperator yeni komandana qətiyyətlə döyüş əməliyyatlarını dərhal İsveç sahillərinə keçirməyi əmr etdi. Bunun üçün təbiətin yaratmış olduğu nadir fürsətdən istifadə edərək donmuş körfəzin (buxtanın donması tarixdə ən nadir hallardandır) üstündən keçməyi məsləhət gördü.
Rusiya komandanlığının planına əsasən 1809-cu ildə hərbi əməliyyatlar İsveç ərazisinə keçməli, Stokholm tutulmalı və İsveç donanması məhv edilməli idi. Bu məqsədlə 3 korpus formalaşdırıldı. Baqrationun korpusuna (15,5 min piyada, 2 minədək süvari, 20 top) Aland adalarını işğal etmək və buz bağlamış Botnik körfəzinin üzərindən İsveç sahillərinə çatmaq tapşırıldı.
Şimal dəstəsi Torneoya doğru hərəkət etməli, oradakı anbarları ələ keçirib Umea şəhərinə getməli idi. Onlar Vaasadan Kvarken adaları yaxınlığından (Kvarken boğazından keçməklə) Botnik körfəzinin buzları boyunca getmək əmri verilən başqa bir dəstə ilə birləşməli idilər. Nəhayət üçüncü dəstə Aland adalarına hücum etməli idi və sonra hər üç dəstə Stokholma doğru həmlə etmək tapşırılmışdı.
Knorrinq ağlasığmaz planın icrasını ləngidirdi. O, fevralın ortalarına qədər heç bir hərəkət etmədi. Bundan olduqca narazı qalan I Aleksandr Hərbi nazir qraf A.A.Arakçeyevi Finlandiyaya göndərdi. Nazir fevralın 20-də Aboya gələrək imperatorun iradəsinin ən sürətli şəkildə yerinə yetirilməsində israr etdi. Arakçeyev Knorrinqin bu hərəkətlərini məqbul saymadı və general Q.F.Debeln ilə görüşərkən imperator tərəfindən "barışıq deyil, sülh əldə etmək" üçün göndərildiyini bildirdi.
Aland adaları general Debelnin (6 min nəfər) İsveç korpusu və 4 min silahlı yerli sakin tərəfindən müdafiə edilirdi. 1809-cu il fevral ayının sonunda Abo bölgəsindən (indiki Turku, Finlandiya) Baqrationun korpusu Kumlinq adasındakı istinad nöqtəsinə qədər irəlilədi. Martın 3-də o, şərq cəbhəsindən dörd cərgə ilə hücuma keçdi və 5-ci cərgə isə cənubdan Aland adalarını dolandı. İsveçlilər tələsik geri çəkilməyə başladı. 5-ci cərgənin avanqardı Siqniliper adası yaxınlığında isveçlilərin arxa cəbhəsini mühasirəyə almağı və təslim olmağa vadar etməyi bacardı.
1809-cu il martın 6-da Baqrationun korpusu Aland adalarını işğal etdi, 2 mindən çox məhbus, 32 top, 150-dən çox gəmi və qayıq ələ keçirdi. General-mayor Kulnevin başçılıq etdiyi rus qoşunlarının avanqardı martın 7-də İsveç sahillərinə çıxdı və Stokholm üçün dərhal təhlükə yaradan Qrisselqamı (hazırkı Norrtele kommunası) tutdu.
Bu, İsveç hökumətini sülh təklif etməyə məcbur etdi. Aland adalarına İsveç hökümətinin rəsmi səlahiyyətlərinə malik nümayəndə gəldi. Onun əlində Zyudermanland hersoqu adından verilmiş rəsmi məktub var idi. Məktubda hersoq rus qoşunlarının İsveç sahillərinə keçməməsi şərtiylə barışıq istəyirdi. Knorrinq hərbi əməliyyatların dayandırılmasına razılıq verdi. Knyaz Baqrationun əsas qüvvələri Aboya qaytarıldı. Artıq Kvarken körfəzindən keçən Barklay-de-Tollinin dəstəsi də geri çağırıldı.
Bu arada, qraf P.A.Şuvalovun komandanlığı altında rus qoşunlarının şimal dəstəsi əhəmiyyətli müvəffəqiyyətlər əldə edə bildi. Ona qarşı döyüşən Qrippenberqin dəstəsi müqavimətsiz Torneo şəhərini güzəştə getdi və sonra martın 13-də Kaliks kəndində rus qoşunlarının əhatəsinə düşərək silah sursatını təhvil verdi [3]. Sonra qraf Şuvalov Aland adalarında bağlanmış barışıq barədə xəbər alaraq döyüş əməliyyatını dayandırdı.
1809-cu il martın 13-də İsveçdə dövlət çevrilişi baş verdi. IV Qustav Adolf devrildi. Kral hakimiyyəti onun əmisi Zyudermanland hersoqu və ətrafındakı aristokratiyanın əlinə keçdi.
İsveçlilərin Finlandiyada məğlub olması
Martın 19-da imperator I Aleksandr Aboya gələr-gəlməz Aland adalarında bağlanmış barışığı tanımadığını bildirdi. Aprelin əvvəlində Barklay-de-Tolli Knorrinqin yerinə təyin edildi. Hərbi əməliyyatlar yenidən bərpa edildi. Rusiya tərəfindən hərbi əməliyyatlar əsasən şimal dəstəsi tərəfindən aparılırdı və o, mart ayının 10-da Umeo şəhərini ələ keçirdi. İsveç qoşunlarının bəzisi geri atıldı, bəzisi isə tələsik geri çəkildi. Hələ Umeo tutulmamışdan öncə qərargahı Vestro-Botnada yerləşən İsveç generalı Debeln qraf Şuvalovdan qan tökülməsinin qarşısının alınması üçün atəşkəs xahişi etmişdi. Debeln sülh razılaşmasının əldə olunması üçün bütün Vestro-Botnanı ruslara təklif etdi. Şuvalov onunla konvensiya bağlamağa razılıq verdi, ancaq Barklay de Tolli bu qərara o qədər də dəstək göstərmədi və Rusiya ordusunun şimal dəstəsinə ilk fürsətdə yenidən hərbi əməliyyatlara başlamaq üçün əmr verdi. Bundan əlavə, şimal dəstəsinin çox ehtiyac duyduğu ərzaq təminatının yaxşılaşdırılması üçün tədbirlər görüldü.
Stokholmda toplaşan riksdaq Züdermanland hersoqunu XIII Karl adı ilə kral elan etdi. Yeni hökumət general qraf Vredenin rusları Esterbotnadan çıxartmaq təklifinə müsbət yanaşırdı. Hərbi əməliyyatlar yenidən bərpa olundu, lakin isveçlilərin uğuru yalnız bir neçə nəqliyyat vasitəsinin ələ keçirilməsi ilə məhdudlaşdı. Yerli əhalini Rusiyaya qarşı vətən müharibəsinə qaldırmaq cəhdləri uğursuzluqla nəticələndi. Ruslar üçün uğurlu bir neçə əməliyyatdan sonra Qerneforsda yenə də barışıq əldə edildi. Sülh istəməyən rusların belə addım atmasına səbəb onların kəsad olan ərzaq ehtiyacını ödəmək niyyətindən irəli gəlirdi.
İsveçlilər Aland adalarının Rusiyaya verilməsi məsələsində inadla müqavimət göstərdikləri üçün Barklay, şimal dəstəsinin yeni komandanı qraf Kamenskiyə öz istəyinə uyğun hərəkət etməyi icazə verdi.
İsveçlilər Kamenskinin qüvvələrinə qarşı iki dəstə göndərdilər. Biri Sandelsin rəhbərliyi ilə cəbhədən hücum etməli, digəri isə desant olaraq Ratan kəndi yaxınlığında sahilə çıxmalı və arxadan Kamenskiyə hücum etməli idi. Lakin isveçlilərin bu planı rusların bacarıqlı manevrləri nəticəsində uğursuzluğa düçar oldu. Lakin hərbi və ərzaq ehtiyatlarının demək olar ki, təmamilə tükənməsi səbəbindən Kamenski Piteoya doğtu çəkilmək məcburiyyətində qaldı. Orada o, çörək ilə dolu araba tapdı və yenidən Umeoya doğru irəlilədi. Elə ilk keçiddə Sandels onun yanına gəldi və barışıq təklif etdi. Qoşunlarını lazım olan ehtiyyatla təmin edə bilməməsi səbəbindən o, bu təklifdən imtina edə bimədi.
Beynəlxalq siyasi nəticələri
1809-cu il sentyabrın 5-də Fridrixsqamda sülh müqaviləsi imzalanmdı. Sülhün əsas maddələri ağağıdakılar idi:
- İsveç Rusiya və onun müttəfiqləri ilə barışıq imzalayır;
- İsveç kontinental blokadaya qoşulur və ingilis gəmiləri üçün bütün limanlarını bağlayır;
- Bütün Finlandiyanı güzəştə gedir, Aland adalarını, Botniya və Laplandiyanın şərq hissələrini Torneo və Muonio çaylarına qədər Rusiyanın əbədi mülkiyyətinə verilir.
Hərbi nəticələri
Müharibələr tarixində ilk dəfə donmuş buxtanın buzu üstündən keçilmişdir.
Xatirə
Rus ordusunun uğurlarını əbədiləşdirmək üçün imperator I Aleksandr 1809-cu il aprelin 14-də müharibədə iştirak etmiş əsgərlər üçün iki mükafat təsis etdi: "Torneo üzərindən İsveç üzərinə yürüşə görə" və "İsveç üzərinə yürüşə görə" medalları.
İstinadlar
- Bragstad, Jakob (1996). Fjordane Infanteriregiment, no. 10. Oslo: Elanders Publishing. .
- Англо-русская война 1807 — 1812 гг. // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Ордин, Кесарь Филиппович "Покорение Финляндии. Опыт описания по неизданным источникам". Том I. — СПб: Тип. И. Н. Скороходова, 1889
- Ниве П. А. Русско-шведская война 1808—1809. СПб.: Военная Типография. 1910. səh. 453.
- Bengt Hammarhjelm Gotländsk krigshistoria från Gutasagan till 1814// 1998, 446 страницы,
- "Воспоминанія Ф. Ф. Вигеля - Филипп Филиппович Вигель - Google Книги". 2022-06-08 tarixində . İstifadə tarixi: 2013-04-14.
- Финляндская (шведско-русская) война 1808–1809 гг. 2021-10-23 at the Wayback Machine // Международная военно-историческая ассоциация.
- Булгарин Ф. Воспоминания // Библиотека для чтения. — СПб., 1848.
- Ниве П. А. Русско-шведская война 1808–09 гг. — С. 285–287.
Ədəbiyyat
- Булгарин Ф. В. Воспоминания
- Захаров Г. Т. Русско-шведская война 1808–1809 / полк. Г. Захаров. — М.: Воениздат, 1940. — 88 с. — (Военно-историческая библиотека).
- Лебедев А. А. Поражение без купюр // Гангут. 2014–2015. № 84–85.
- Михайловский-Данилевский А. И. Описание Финляндской войны на сухом пути и на море в 1808 и 1809 годах. — СПб., 1841.
- Мертваго Д. Б. Записки Дмитрия Борисовича Мертваго. 1790–1824. — М.: тип. Грачева и К, 1867. — XIV, 340 стб. — Прил. к "Русскому архиву" за 1867 г. (Вып. 8–9).
- Ниве П. А. Русско-шведская война 1808–1809. — СПб., 1910.
- Ордин К. Покорение Финляндии. — СПб., 1889.
- Ростунов И. И. П. И. Багратион. Финляндский поход — М.: Московский рабочий, 1970.
- Русско-шведские войны // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Фомин А. А. Швеция в системе европейской политики накануне и в период русско-шведской войны 1808–1809 гг. — Волгоград, 2003.
- Фомин А. А. Швеция во внешней политике Англии, Франции и России в 1800–1809 гг. : Дис. … канд. ист. наук : 07.00.03 : Волгоград, 2004
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1808 1809 cu illerde Rus Isvec muharibesi Finlandiya muharibesi Isvec ve fin tarixsunasliginda Fin muharibesi adlanir Fransa ve Danimarka terefinden desteklenen Rusiyanin Isvece qarsi apardigi muharibe Rus Isvec muharibelerinden sonuncusu Rus Isvec muharibesi 1808 1809 Napoleon muharibeleri rus Isvec muharibeleriHelena Serfbek Qar uzerinde yarali esger Tarix 9 21 fevral 1808 5 17 sentyabr 1809 1 il 6 ay 3 hefte ve 4 gun Yeri Finlandiya IsvecSebebi Tilzit sulhu Ingilis Danimarka muharibesiNeticesi Finlandiyanin Rusiyaya birlesdirilmesi Fridrixsqam sulh muqavilesiMunaqise terefleriRusiya imperiyasi Boyuk Finlandiya knyazligi Fransa imperiyasi Danimarka Norvec birliyi Isvec kralligi Boyuk Finlandiya Hersoqlugu Britaniya imperiyasiKomandan lar A A Arakceyev F F Buksqevden B F Knnorinq M B Barklay de Tolli P I Baqration N M Kamenski P A Suvalov M Klinqspor K Y Adlerkreyc Q K Debeln Y A SandelsTereflerin quvvesi24 min nefer 21 min nefer 13 min fin eskeri 8 min Isvec eskeriItkiler6 mine qeder 7 mine qeder Vikianbarda elaqeli mediafayllarMuharibede esas hadiselerin bas verdiyi eraziler 1808 ci ilin mart may ayinda muharibenin gedisi Norvec dilinde 180801809 cu ilin qisinda muharibenin gedisi Rusiya ve Isvec serheddi Finlandiya xeritesinde Muharibe Rusiyanin qelebesi ve Fridrixsqam sulh muqavilesinin baglanmasi ile basa catdi Muqavileye esasen Finlandiya Isvecden alinaraq Boyuk Finlandiya knyazligi adi ile Rusiya imperiyasinin terkibine daxil edildi Muharibenin sebebleri ve meqsedleriNapoleon ve I Aleksandirin Tilzitde gorusu 1807 ci ilin yayinda imperator I Aleksandr ve I Napoleon Rusiya Prussiya fransiz muharibelerine son qoyaraq Tilzit sulhunu imzaladilar Ele bu vaxtI Aleksandr Isvec krali IV Qustava Napoleon ile barismaq ucun vasiteciliyini teklif etdi Sulh muqavilesinin sertlerinden biri Rusiya imperiyasinin Boyuk Britaniyanin kontinental blokadasina Napoleonun teskil etdiyi iqtisadi ve siyasi sanksiyalar sistemine daxil olmasi idi Hemcinin Danimarka kralligi da blokadaya qosulmagi planlasdirirdi Buna cavab olaraq 1807 ci ilin avqustunda Birlesmis Kralligin herbi deniz quvveleri Kopenhagene hucum etdi ve butun Danimarka donanmasini ele kecirdi Rusiya imperatorluq evinin Danimarka ve Qolsteyn saraylari ile qohumluq elaqeleri var idi Bundan elave Danimarka yuz ilden cox idi ki Isvecle muharibelerde Rusiyanin muttefiqi idi Buna gore de 1807 ci ilin oktyabrinda Rusiya Ingiltereye ultimatum teqdim etdi Donanmanin Danimarkaya qaytarilmasindan ve butun zererlerin odenmesine qeder butun diplomatik munasibetleri pozdu I Aleksandr 1780 ve 1800 cu iller muqavileleri esasinda Baltik denizini Qerb olkelerinin donanmasina qapali veziyyetde saxlamaq ucun Isvecden komek istedi IV Qustav bu telebleri redd etdi ve ozune dusmen olan Napoleona qarsi mubarizeni davam etdirerek Ingiltere ile yaxinlasmaga basladi Rusiya ile Boyuk Britaniya arasinda muhasibetler tam kesildi her iki teref sefirlerini geri cagirdi ve ele de aktiv herbi emeliyyatlari olmayan ingilis rus muharibesi basladi 1807 ci il noyabrin 16 da Rusiya hokumeti komek teklifi ile yeniden Isvec kralina muraciet etdi ancaq iki aya yaxin hec bir cavab almadi Nehayet IV Qustav cavab verdi ki fransizlar Baltik denizinin limanlarini elde saxladigi muddetde 1780 ve 1800 cu iller muqavilelerinin icrasi mumkun deyil Ele bu vaxt melum oldu ki Isvec krali Danimarka ile muharibede Ingiltereye komek etmeye hazirlasir ve ondan Norveci almaga calisir Bele bir veziyyet imperator I Aleksandra Finlyandiyani isgal etmesi ucun furset qazandirdi O hem de Sankt Peterburqun tehlukesizliyini temin etmek ucun fin torpaqlarini tutmagi behane getirdi Napoleon ise oz novbesinde Isveci limanlarini ingilislerin uzune baglamagi mecbur etmek isteyirdi 1808 ci ilin evvelinde o I Aleksandra isveclileri paytaxtindan uzaqlasdirmagi tovsiye etdi ve bu meselede komekde teklif etdi 1808 ci il fevralin 5 de Napoleon Rusiyanin Parisdeki sefiri qraf P A Tolstoya Rusiyanin Stokholm da daxil olmaqla butun Isveci isgal etmesine razi olacagini bildirdi Boyuk Britaniya oz novbesinde 1808 ci ilin fevralinda Isvecle muqavile bagladi ve bu muqavileye esasen Rusiya ile muharibe dovrunde ona ayliq 1 milyon funt sterlinq odemek ohdeliyi goturdu Muharibeden evvel tereflerin quvveleri1808 ci ilin evvellerinde Rusiya ordusu texminen 24 min Fridrixsqam ve Neyslot arasinda serhedde yerlesirdi Ordunun rehberliyi F F Buksqevdene hevale edildi O dovrde Finlandiyadaki isveclilerin general Klerkerin muveqqeti komandanligi altinda 19 min esger var idi Ordunun komandani qraf V M Klinqspor hele de Stokholmda idi ve burada her kes anlasilmazligin sulh yolu ile hell olunacagina umid edirdi Kralin ozu Viborq quberniyasinda rus qosunlarinin cemlesmesi xeberine inanmirdi ve bu sebebden Isvec ordusu doyus veziyyetine getirilmedi Qraf Klinqspor nehayet Finlyandiyaya gedende ona verilen gosterislerin mahiyyeti dusmenle doyusmek Sveaborq qalasini son ana qeder saxlamaq ve mumkunse ruslarin arxasinda fealiyyet gostermek idi Elan olunmamis muharibeResmi muharibe elan edilmemesine baxmayaraq Rusiya qosunlari fevralin 9 da serhedi kecdiler Fevralin 18 de qraf Buksqevden Helsinqforsa girdi Isvec qosunlari ise Sveaborqa sigindi Fevralin 23 de qraf Klinqspor Tammerfors seherine geri cekildi ve Finlyandiyanin simalina sepelenmis butun qosunlara orada toplasmagi emr etdi Bunun ardinca fevralin 24 de Tavastexus Rusiya qosunlari terefinden isgal olundu Fevralin 27 de Buksqevden knyaz P I Baqrationa Klinqsporun arxasinca gedib izlemeyi general N A Tuckova ise onun geri cekilmesini dayandirmagi calismagi emr etdi Buksqevden ozu ise Sveaborqun muhasiresine baslamaga qerar verdi Qotlandin tutulmasi muhasirenin ugurlu bitmesine sebeb oldu Qorxuya dusen Isvec hokumeti adani geri qaytarmaq ucun boyuk donanma quvveleri gonderdi ve bununla da Sveaborq mudafiecilerini deniz terefden ffektiv destek almaqdan mehrum etdi Isvecliler serbest sekilde Braqestad seherine dogru cekildi lakin Sveaborq 21 26 aprel araliginda rus qosunlarina teslim oldu Qaliblere 7 5 min esir 2 minden cox top her nov neheng ehtiyat ve 110 herbi gemi qenimet kimi catdi Bundan evvel ise martin 6 da Svartholm qalasi teslim oldu Demek olar ki eyni vaxtda mohkemlendirilmis Qangut burnu ve Aland adalari isgal edildi Muharibenin elan olunmasiRusiya terefinden resmi muharibe elani 1808 ci il martin 16 da rus qosunlarinin serhedden kecmesini oyrenen Icvec kralinin Stokholmdaki Rusiya sefirliyinin butun uzvlerinin hebs edilmesini emr etdiyi xeberi gelende verildi Isvecde ictimai rey muharibenin eleyhine idi ve kralin verdiyi fovqelade tedbirler isteksiz ve zeif heyata kecirilirdi Ele Rusiyada da kubar cemiyyet muharibenin yalniz Napoleonun xeyirine olacagini dusunurdu Ilk defe belke de Rusiya movcud oldugundan qedim dusmenlerine qarsi hucum muharibesi butun Ruslar terefinden qinanir ve qosunlarimizin ugurlari rusvayciliqla qarsilanir deye bu barede F F Viqel yazirdi Rusiya ucun ugursuz baslangicBu arada Finlandiyanin simalinda veziyyet Rusiya ucun elverissiz bir sekilde donus etdi Tuckovun birlesmesi destelere ve qarnizonlara ayrilma sebebinden 4 5 mine nefere dusdu Aprelin 6 da Y Kulnevin komandanligi altinda olan rus qosunlarinin avanqardi Siykayoki kendi yaxinliginda isveclilere hucum etdi lakin doyusde tab getirmeyerek meglub oldu Bundan sonra aprelin 15 de Revolaks yaxinliginda rus herbi destesi eyni aqibeti yasayir Ustelik bir cox ugurlu doyusler keciren bu destenin komandiri general M L Bulatov agir yaralanaraq esir dusur Bundan elave mayin 2 de Pulkilde polkovnik Yohan Avqust Sandels Bulatova komeye geden polkovnik Obuxovun destesini darmadagin edir Finlerde ruslara qarsi qalxdilar Onlar Isvec zabitlerinin komandanligi altinda partizan desteleri yaradaraq rus ordusuna cox boyuk ziyan vurmaga basladilar Rus yazicisi Fadey Bulqarin oz xatirelerinde yazirdi Butun fin kendlileri ela aticidirlar her evde tufeng ve yay var Pastorlarin landmanlarin ve fin zabitleri ve esgerlerinin rehberlik etdiyi desteler guclu piyada ve at izdihami ile zeif rus qosunlarina xestexanalarina hucum edir amansizcasina xeste ve personali qetle yetiridiler Qezebleri hedden cox idi ve xalqin muharibesi butun dehsetleri ile alovlanirdi Aprel ayinin sonunda Aland adalari yaxinliginda guclu Isvec donnanmasi peyda oldu ve usyan etmis yerli Isvec menseli sakinlerinin komekliyi ile polkovnik N I Vuicin destesini teslim olmaga mecbur etdiler Mayin 3 de Qotland adasini isgal eden kontr admiral N A Bodisko teslim olma aktina imza atdi Akta esasen onun destesi Qotlani terk etdi ve ele geldikleri eyni gemilerle yeniden Lekoya yola dusdu Mayin 4 de ingilis donanmasi general Con Murun komandanligi altinda 14 min neferlik komekci korpusla Goteborqa geldi Lakin IV Qustav birge hereket plani ile onunla raziliga gele bilmedi ve Murun qosunlari Ispaniyaya gonderildi Isvec kralinin serencaminda yalniz 16 gemi ve 20 diger qayiqdan ibaret olan ingilis donanmasi qaldi Bu arada Finlandiyanin simalinda fealiyyet gosteren rus qosunlari Kuopioya dogru cekilmeye mecbur edildi Klinqspor muveffeqiyyetlerini davamli teqiblerle tamamlamadi ve Salmi fin Salmi Kurotane kendi yaxinliginda dayandi O burada Isvecden elave quvvelerin gelmesini ve Finlandiyanin qerb sahiline cixarilan desantin neticesini gozlemeye basladi Lakin desant Lemu ve Vaasa doyuslerinde darmadagin edildi Fursetden istifade eden general qraf Kamenski avqustun 2 de yeniden hucuma kecdi 20 ve 21 avqustda Kuortan ve Salmi bolgelerinde agir doyuslerden sonra Klinqspor Vaasa ve Nykarleba istiqametinde geri cekildi Sentyabrin 2 de ise Oravais doyusunde ruslar terefinden yeni meglubiyyete ugradildi Klinqsporun emrleri ile ugursuz fealiyyet gosteren Isvec desanti da Vaasa dogru geri cekildi Alland adalarina sentyabr ayinda desant cixarma cehdleri de ugursuzluqla neticelendi Rusiya ucun donusFinlandiyanin serqinde general leytenant N A Tuckov Isvec qosunu ve yerli sakinlerden ibaret silahli desteye qarsi mudafie movqeyinden cixis edirdi Ona komek ucun gonderilen Alekseyevin destesi partizanlarin faliyyeti neticesinde dayandirildi ve avqustun 1 de Serdobola teref geri dondu Yalniz sentyabrin 17 de Alekseyevi evez eden knyaz M P Dolqorukov Melansemi kendine catdi ve Tuckov ile elaqeye girdi Bu vaxta adyutant general rutbesi almis Yohan Sandelse edilen birge hucum bas tutmadi cunki sonuncu Klinqsporun Oravais yaxinliginda ugursuzlugunu bildikden sonra Idensalmi kendine teref geri cekildi Tezlikle Finlandiyanin serqindeki heyecan azaldi Payizin gelmesi erzaq catismazligi ve qosunlarin dincelmesi zerureti qraf Buksqevdene Klinqsporun barisiq teklifini qebul etmeye mecbur etdi Sentyabrin 17 si barisiq baglandi lakin imperator bu sazisi tesdiqlemedi 1808 ci il oktyabrin 15 de Tuckovun 5000 neferlik korpusu on destesinin komandiri knyaz M Dolqorukovun sehvi ucbatindan texminen 2000 doyuscusu olan Sandels terefinden Idensalmi doyusunde meglub edildi Dolqorukov bu sehvini heyati hesabina odedi Onun taktiki sehvleri ve kesfiyyatsiz hereket etmesi ruslara baha basa geldi Ancaq taktiki qelebe qazansada Sandels eks hucum ucun lazimi quvvelere sahib olmadigindan Uleaborqa dogru geri cekilmeye mecbur oldu Qisa fasileden sonra baslayan Rusiya terefinin hucumu demek olar ki maneesiz davam edirdi Klinqspor komandanligi general Klerkere teslim ederek Stokholma getdi Rus ordusunun irelilemesinin qarsisinin alinmasinin mumkunsuzluyunu anlayan general Klerk Kamenski ile danisiqlara basladi Danisiqlarin neticesi ise isveclilerin Torneoya geri cekilmesi ve 1808 ci ilin noyabrinda rus qosunlari terefinden butun Finlandiyanin isgali oldu Imperator I Aleksandr qraf Buksqevdenin fealiyyetinden razi deyildi cunki bolgede rus quvvelerinin xeyli ustunluyune baxmayaraq Isvec ordusu doyus potensialini tam terkibde qoruyurdu ve buna gore de muharibe bitmis sayila bilmezdi Dekabrin evvelinde Buksqevdenin yerini infanteriya generali B F Knorrinq tutdu Imperator yeni komandana qetiyyetle doyus emeliyyatlarini derhal Isvec sahillerine kecirmeyi emr etdi Bunun ucun tebietin yaratmis oldugu nadir fursetden istifade ederek donmus korfezin buxtanin donmasi tarixde en nadir hallardandir ustunden kecmeyi meslehet gordu Isvec ordusunun doyus marsi Rusiya komandanliginin planina esasen 1809 cu ilde herbi emeliyyatlar Isvec erazisine kecmeli Stokholm tutulmali ve Isvec donanmasi mehv edilmeli idi Bu meqsedle 3 korpus formalasdirildi Baqrationun korpusuna 15 5 min piyada 2 minedek suvari 20 top Aland adalarini isgal etmek ve buz baglamis Botnik korfezinin uzerinden Isvec sahillerine catmaq tapsirildi Simal destesi Torneoya dogru hereket etmeli oradaki anbarlari ele kecirib Umea seherine getmeli idi Onlar Vaasadan Kvarken adalari yaxinligindan Kvarken bogazindan kecmekle Botnik korfezinin buzlari boyunca getmek emri verilen basqa bir deste ile birlesmeli idiler Nehayet ucuncu deste Aland adalarina hucum etmeli idi ve sonra her uc deste Stokholma dogru hemle etmek tapsirilmisdi Knorrinq aglasigmaz planin icrasini lengidirdi O fevralin ortalarina qeder hec bir hereket etmedi Bundan olduqca narazi qalan I Aleksandr Herbi nazir qraf A A Arakceyevi Finlandiyaya gonderdi Nazir fevralin 20 de Aboya gelerek imperatorun iradesinin en suretli sekilde yerine yetirilmesinde israr etdi Arakceyev Knorrinqin bu hereketlerini meqbul saymadi ve general Q F Debeln ile goruserken imperator terefinden barisiq deyil sulh elde etmek ucun gonderildiyini bildirdi Aland adalari general Debelnin 6 min nefer Isvec korpusu ve 4 min silahli yerli sakin terefinden mudafie edilirdi 1809 cu il fevral ayinin sonunda Abo bolgesinden indiki Turku Finlandiya Baqrationun korpusu Kumlinq adasindaki istinad noqtesine qeder ireliledi Martin 3 de o serq cebhesinden dord cerge ile hucuma kecdi ve 5 ci cerge ise cenubdan Aland adalarini dolandi Isvecliler telesik geri cekilmeye basladi 5 ci cergenin avanqardi Siqniliper adasi yaxinliginda isveclilerin arxa cebhesini muhasireye almagi ve teslim olmaga vadar etmeyi bacardi 1809 cu il martin 6 da Baqrationun korpusu Aland adalarini isgal etdi 2 minden cox mehbus 32 top 150 den cox gemi ve qayiq ele kecirdi General mayor Kulnevin basciliq etdiyi rus qosunlarinin avanqardi martin 7 de Isvec sahillerine cixdi ve Stokholm ucun derhal tehluke yaradan Qrisselqami hazirki Norrtele kommunasi tutdu Bu Isvec hokumetini sulh teklif etmeye mecbur etdi Aland adalarina Isvec hokumetinin resmi selahiyyetlerine malik numayende geldi Onun elinde Zyudermanland hersoqu adindan verilmis resmi mektub var idi Mektubda hersoq rus qosunlarinin Isvec sahillerine kecmemesi sertiyle barisiq isteyirdi Knorrinq herbi emeliyyatlarin dayandirilmasina raziliq verdi Knyaz Baqrationun esas quvveleri Aboya qaytarildi Artiq Kvarken korfezinden kecen Barklay de Tollinin destesi de geri cagirildi Bu arada qraf P A Suvalovun komandanligi altinda rus qosunlarinin simal destesi ehemiyyetli muveffeqiyyetler elde ede bildi Ona qarsi doyusen Qrippenberqin destesi muqavimetsiz Torneo seherini guzeste getdi ve sonra martin 13 de Kaliks kendinde rus qosunlarinin ehatesine duserek silah sursatini tehvil verdi 3 Sonra qraf Suvalov Aland adalarinda baglanmis barisiq barede xeber alaraq doyus emeliyyatini dayandirdi 1809 cu il martin 13 de Isvecde dovlet cevrilisi bas verdi IV Qustav Adolf devrildi Kral hakimiyyeti onun emisi Zyudermanland hersoqu ve etrafindaki aristokratiyanin eline kecdi Isveclilerin Finlandiyada meglub olmasiRus ordusunun buzlarin uzeri le hereketi Martin 19 da imperator I Aleksandr Aboya geler gelmez Aland adalarinda baglanmis barisigi tanimadigini bildirdi Aprelin evvelinde Barklay de Tolli Knorrinqin yerine teyin edildi Herbi emeliyyatlar yeniden berpa edildi Rusiya terefinden herbi emeliyyatlar esasen simal destesi terefinden aparilirdi ve o mart ayinin 10 da Umeo seherini ele kecirdi Isvec qosunlarinin bezisi geri atildi bezisi ise telesik geri cekildi Hele Umeo tutulmamisdan once qerargahi Vestro Botnada yerlesen Isvec generali Debeln qraf Suvalovdan qan tokulmesinin qarsisinin alinmasi ucun ateskes xahisi etmisdi Debeln sulh razilasmasinin elde olunmasi ucun butun Vestro Botnani ruslara teklif etdi Suvalov onunla konvensiya baglamaga raziliq verdi ancaq Barklay de Tolli bu qerara o qeder de destek gostermedi ve Rusiya ordusunun simal destesine ilk fursetde yeniden herbi emeliyyatlara baslamaq ucun emr verdi Bundan elave simal destesinin cox ehtiyac duydugu erzaq teminatinin yaxsilasdirilmasi ucun tedbirler goruldu Stokholmda toplasan riksdaq Zudermanland hersoqunu XIII Karl adi ile kral elan etdi Yeni hokumet general qraf Vredenin ruslari Esterbotnadan cixartmaq teklifine musbet yanasirdi Herbi emeliyyatlar yeniden berpa olundu lakin isveclilerin uguru yalniz bir nece neqliyyat vasitesinin ele kecirilmesi ile mehdudlasdi Yerli ehalini Rusiyaya qarsi veten muharibesine qaldirmaq cehdleri ugursuzluqla neticelendi Ruslar ucun ugurlu bir nece emeliyyatdan sonra Qerneforsda yene de barisiq elde edildi Sulh istemeyen ruslarin bele addim atmasina sebeb onlarin kesad olan erzaq ehtiyacini odemek niyyetinden ireli gelirdi Isvecliler Aland adalarinin Rusiyaya verilmesi meselesinde inadla muqavimet gosterdikleri ucun Barklay simal destesinin yeni komandani qraf Kamenskiye oz isteyine uygun hereket etmeyi icaze verdi Isvecliler Kamenskinin quvvelerine qarsi iki deste gonderdiler Biri Sandelsin rehberliyi ile cebheden hucum etmeli digeri ise desant olaraq Ratan kendi yaxinliginda sahile cixmali ve arxadan Kamenskiye hucum etmeli idi Lakin isveclilerin bu plani ruslarin bacariqli manevrleri neticesinde ugursuzluga ducar oldu Lakin herbi ve erzaq ehtiyatlarinin demek olar ki temamile tukenmesi sebebinden Kamenski Piteoya dogtu cekilmek mecburiyyetinde qaldi Orada o corek ile dolu araba tapdi ve yeniden Umeoya dogru ireliledi Ele ilk kecidde Sandels onun yanina geldi ve barisiq teklif etdi Qosunlarini lazim olan ehtiyyatla temin ede bilmemesi sebebinden o bu teklifden imtina ede bimedi Beynelxalq siyasi neticeleri1809 cu il sentyabrin 5 de Fridrixsqamda sulh muqavilesi imzalanmdi Sulhun esas maddeleri agagidakilar idi Isvec Rusiya ve onun muttefiqleri ile barisiq imzalayir Isvec kontinental blokadaya qosulur ve ingilis gemileri ucun butun limanlarini baglayir Butun Finlandiyani guzeste gedir Aland adalarini Botniya ve Laplandiyanin serq hisselerini Torneo ve Muonio caylarina qeder Rusiyanin ebedi mulkiyyetine verilir Herbi neticeleriMuharibeler tarixinde ilk defe donmus buxtanin buzu ustunden kecilmisdir XatireRus ordusunun ugurlarini ebedilesdirmek ucun imperator I Aleksandr 1809 cu il aprelin 14 de muharibede istirak etmis esgerler ucun iki mukafat tesis etdi Torneo uzerinden Isvec uzerine yuruse gore ve Isvec uzerine yuruse gore medallari IstinadlarBragstad Jakob 1996 Fjordane Infanteriregiment no 10 Oslo Elanders Publishing ISBN 82 90545 57 6 Anglo russkaya vojna 1807 1812 gg Enciklopedicheskij slovar Brokgauza i Efrona v 86 t 82 t i 4 dop SPb 1890 1907 Ordin Kesar Filippovich Pokorenie Finlyandii Opyt opisaniya po neizdannym istochnikam Tom I SPb Tip I N Skorohodova 1889 Nive P A Russko shvedskaya vojna 1808 1809 SPb Voennaya Tipografiya 1910 seh 453 Bengt Hammarhjelm Gotlandsk krigshistoria fran Gutasagan till 1814 1998 446 stranicy ISBN 91 85716 81 2 Vospominaniya F F Vigelya Filipp Filippovich Vigel Google Knigi 2022 06 08 tarixinde Istifade tarixi 2013 04 14 Finlyandskaya shvedsko russkaya vojna 1808 1809 gg 2021 10 23 at the Wayback Machine Mezhdunarodnaya voenno istoricheskaya associaciya Bulgarin F Vospominaniya Biblioteka dlya chteniya SPb 1848 Nive P A Russko shvedskaya vojna 1808 09 gg S 285 287 EdebiyyatBulgarin F V Vospominaniya Zaharov G T Russko shvedskaya vojna 1808 1809 polk G Zaharov M Voenizdat 1940 88 s Voenno istoricheskaya biblioteka Lebedev A A Porazhenie bez kupyur Gangut 2014 2015 84 85 Mihajlovskij Danilevskij A I Opisanie Finlyandskoj vojny na suhom puti i na more v 1808 i 1809 godah SPb 1841 Mertvago D B Zapiski Dmitriya Borisovicha Mertvago 1790 1824 M tip Gracheva i K 1867 XIV 340 stb Pril k Russkomu arhivu za 1867 g Vyp 8 9 Nive P A Russko shvedskaya vojna 1808 1809 SPb 1910 Ordin K Pokorenie Finlyandii SPb 1889 Rostunov I I P I Bagration Finlyandskij pohod M Moskovskij rabochij 1970 Russko shvedskie vojny Enciklopedicheskij slovar Brokgauza i Efrona v 86 t 82 t i 4 dop SPb 1890 1907 Fomin A A Shveciya v sisteme evropejskoj politiki nakanune i v period russko shvedskoj vojny 1808 1809 gg Volgograd 2003 Fomin A A Shveciya vo vneshnej politike Anglii Francii i Rossii v 1800 1809 gg Dis kand ist nauk 07 00 03 Volgograd 2004