Qorçubaşı və ya Qorçibaşı – "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları «üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi.
Etimologiyası
Qorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F.Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı.
Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir.
Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir.
Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının - şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir.
V. Minorski "gur" sözünün silah mənasını önə sürərək qorçuların gördükləri iş səbəbindən deyil, daşıdıqları silaha görə belə adlandırdıqlarını yazmışdır.
Tarixi
Qorçubaşı qorçuların rəislərinə deyilirdi. Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri 911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl "Sultan Heydərlə döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Abdal bəy Dədəyə tapşırmışdır." Bu ifadə ilk dəfə qorçubaşı vəzifəsini əmir əl-üməra vəzifəsindən ayırmaq məqsədilə istifadə olunmuşdu.
Səfəvi dövlətinin mənbələrdə adı çəkilən ilk qorçubaşısı Abdal Dədə bəydir. Abdal bəy Dədə Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər dairəsinin – "əhl-i ixtisas"ın üzvü olmuşdu. Digər tərəfdən Professor Zabil Bayramlı yazır ki, mənbələrdə I Şah İsmayılın dövründə Ərdəbil təriqət işləri ilə bağlı olan Abdal bəy adlı iki nəfərin isminə təsadüf edilir. İsgəndər bəy Münşi Türkmanın onlar haqqında yazdıqlarının təhlilindən aydın olur ki, qorçubaşı Abdal bəy Türk-Qızılbaş Zülqədər eli əyanı olub, «Dədə» ünvanın da daşıyıcısı o olmuşdu. Lakin sonralar qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. I Şah İsmayılın hakimiyyəti dövründə Dədə Abdal bəy Zülqədərdən sonra qorçubaşı Qızılbaş-Türk əyanlarından Yeqan bəy Təkəli (1509- 1510) və Sarı Pirə Ustaclı olmuşdu. O, Çaldıran savaşında (1514) öldürülmüşdü. 1514-cü ildə Şiraz hakimi Xəlil sultan Zülqədər döyüş səhnəsini savaşmadan tərk etdiyinə görə h. 925 (1519)-ci ildə öldürüldü və yerinə hakim Əli sultan Zülqədər təyin edildi ki, o bu vəzifəyə gətirilənə qədər qorçubaşı idi
İlk əvvəl qorçubaşının səlahiyyətləri əmir əl-üməra qədər olmasa da I Şah Təhmasibin hakimiyyəti dövründə əmir əl-üməra vəzifəsinin zəifləməsi ilə qorçubaşı vəzifəsi əhəmiyyət qazanmağa başladı. Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə müqayisədə xeyli kiçik sima idi.
Şah Təhmasib dövründə əyalətlərdə yaşayan qorçuların da mərkəzdəki qorçubaşıya tabe olan qorçubaşıları vardı. Qorçubaşı Padarın Şirvanın mədaxil və məxaricini yaxşı bildiyi üçün 1538-ci ildə Səfəvi silahlı qüvvləri ilə birlikdə Şirvana göndərilməsi barədə məlumata görə o, bir müddət Şirvan qorçularının qorçubaşısı olmuşdu. «Təkmilətül-əxbar»da Şirvanda Əhməd bəy Ustaclı adlı başqa bir qorçubaşının da adı çəkilir.
Şah Təhmasib yeni hakimiyyətə gəldiyi zaman həm əmir əl-üməra həm də vəkil vəzifəsini icra edən Çuxa sultan Təkəli vəzifəsindən sui-istifadə etdiyi üçün şahın əmri ilə 1531-ci ildə qorçubaşı Nəzər adlı şəxs tərəfindən Qəzvində öldürülmüşdü. Nəzərin hansı türk boyuna mənsub olması barədə mənbələrdə məlumata rast gəlinmir. Yenə Şah Təhmasibin təzkirəsində 1531-ci ildə baş vermiş Təkəli qiyamı zamanı qorçubaşı Pərvanə bəy Təkəlinin adı çəkilir. Bu hadisədən sonra şahın əmri ilə Pərvanə bəy Təkəli öldürülmüşdü.Sultan Süleymanın Azərbaycan torpaqlarına 1534-cü ildə baş verən hücumu zamanı qorçubaşı Oğlan xəlifə Şamlı idi. Onun bir digər adı Məhəmməd xəlifə olmuşdur.
İlk dövrlərdə bu vəzifələrə seçilən şəxslər əsasən Ustaclı, Şamlı və Təkəli tayfalarından seçilirdi. I Şah Təhmasibin qızılbaşların təsirini azaltmaq üzrə fəaliyyəti nəticəsində 1534-cü ildə Sevindik bəy Əfşar qorçubaşı təyin edildi. Bununla da əfşar tayfasın ön plana çıxmağa başladı. Onun ölümündən sonra sənədlərdə məlumatlarda boşluq olsa da, 1589-cu ildə Vəli xan Əfşarın ölümünə qədər 55 il ərzində bu vəzifə Əfşar tayfasından olan şəxslər tərəfindən icra olundu. Sevindik bəy Əfşar 1538-ci ildən 1562-ci ilə qədər qorçubaşı vəzifəsini icra etmişdir.
II Şah İsmayılın və Məhəmməd Xudabəndənin hakimiyyəti illərində qorçubaşı vəzifəsi daha da güclənmiş bu proses I Şah Abbas dövrünə qədər davam etmişdir. Bu dövrdə əfşarlardan Qulu bəy Əfşar qorçubaşı təyin edilmiş və o bu vəzifəni Məhəmməd Xudabəndənin dövründə də davam etdirmişdir. İsgəndər Münşi II Şah İsmayıl dövründə qorçubaşı Yusifqulu sultandan söhbət açarkən onu «ərkan-i dövlət» (dövlətin dayağı) adlandırmışdı.
I Şah Abbasın dövründə qorçuların hüquqlarının qismən məhdudlaşdırılması istisna olmaqla, qorçular və onların hərbi rəislərinin Səfəvi dövlətçiliyindəki müstəsna nüfuzları ciddi dəyişikliklərə uğramamışdır. I Şah Abbas taxta çıxdıqdan sonra Əbərqu hakimi Yusif xan Əfşar qorçubaşı təyin edilir. O Qulu bəy Əfşarın oğlu idi. Yusif xanın bu vəzifəyə təyin olunmasında atası ilə yaxın olmuş Mürşüdqulu xan Ustaclının böyük rolu olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan Mürşüdqulu xan Ustaclını aradan götürmək istəyən əmirlərə qoşulmuş, ancaq onlar uğursuzluğa düçar olmuş və Yusif xan Əfşar da yaxalanmışdır. Fəqət Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs cəzasına məhkum etmişdilər. Qorçubaşı vəzifəsi isə Bədr xan Əfşara verilmişdi.
1588-ci ildə Bədr xan Əfşar Astrabad hakimi təyin edilir və onun vəzifəsini Vəli xan Əfşar icra etməyə başlayır. 1591-ci ildə qorçubaşı vəzifəsinə Allahqulu bəy Qapanoğlu Qacar təyin edilir. O daha sonra şahın əmri ilə Mərəndin Osmanlı ordusundan müdafiəsinə göndərilir. Onun ardınca qorçubaşı vəzifəsinə Məsum bəy Səfəvinin oğlu İsa bəy Səfəvi təyin edilmişdir.
I Şah Səfinin hakimiyyəti dövründə qorçubaşılar türk əsilzadələrindən təyin edilməyə davam edirdi. I Şah Səfi dövrünün ilk qorçubaşısı yenə Məsum bəy Səfəvinin nəvəsi İsa xan Səfəvi olmuşdur ki, o həm də Şah Abbasın qızı Zübeydə bəyimin əri idi. Lakin Şah Səfi onun kimi nüfuzlu bir şəxsin qorçubaşı olmasından narahat olduğu üçün əmr verərək İsa bəy Səfəvini və 3 oğlunu öldürtmüşdü. Qorçubaşı vəzifəsi 1632-ci ildə Çıraq xan Zahidliyə tapşırılır. İsa xan Səfəvinin tiyulu, bütün əmlakı və evi müsadirə edilib ona verildi. Qorçubaşı vəzifəsi bir qayda olaraq türk əsilzadələrinə aid olduğuna görə, Çıraq xan Zahidi bu vəzifədə çox qalmamış və 1633-cü ildə hərəkətlərində qüsurlara yol verməsi bəhanə edilmiş, edam olunmuşdu. Həmin ildə qorçubaşı vəzifəsi Kirman hakimi, həm də möhürdar vəzifəsində olan Zülqədər türk tayfasının Söklən obasının böyük əmirlərindən Əmir xan Zülqədərə tapşırılır. Səyyah Adam Oleari gündəliyində qorçubaşının soykökü və sosial tərkibi ilə bağlı məsələlər barədə məlumat verərkən bildirir ki, biz orada olarkən qorçubaşı kökcə kəndli oğlu olan və I Şah Abbasın yanında əvvəllər adi xidmətçi kimi çalışmış Şamlı Cani xan idi. Bu tarix 1638-ci ilə təsadüf edir. Canı xan Şamlı bu vəzifəni 1645-ci ilə qədər icra etmişdi. Onun ardınca Murtuzaqulu xan Qacar daha sonra 1663-cü ildə o edam edildikdən sonra isə İmamqulu xan Qacar qorçubaşı təyin olunmuşdu.
Mənbələrdə qorçubaşı vəzifəsinə 1737-ci ilə qədər rast gəlinir. Qasım bəy Qacar 1733-1736-cı ildə bu vəzifəni icra etmiş, Səfəvi dövlətinin son qorçubaşısı olmuşdur.
Qorçubaşının səlahiyyət və vəzifələri
Alessandri dövlət şurası və onun tərkibi haqqında məlumatlarında bu şurada müşavir olan əmirlərin sırasında qorçubaşının da adını çəkir, həm də onun səltənət qorçularının başçısı olduğunu yazır . Qorçubaşı dövlətin əsas və sanballı dayağı idi.
Bu qvardiyanın hərbi rəisi, yəni qorçubaşı dövlətin idarə quruluşunda da statusu baxımından çox mühüm vəzifə olub, I Şah İsmayılın hakimiyyətinin ilk illərindən təsis edilmişdi. Dövrün qaynaqlarında ona çox məsul işlərin tapşırılması hallarına rast gəlirik. Əbdi bəy Şirazinin əsərində I Şah İsmayıl tərəfindən qorçubaşı vəzifəsinə təyin olunan Dədə Abdal bəy Zülqədərin müəyyən cinayət məsələləri üzrə mühakimə aparmaq səlahiyyəti ilə təmin edilməsinə toxunulur.
Dövlətin qorçulardan ibarət olan bütün hərbi qüvvəsinin başçısı olan qorçubaşı və onun statusu haqqında «Təzkirət əl-müluk» dakı müfəssəl məlumatlara dövrün digər qaynaqlarında təsadüf olunmur.
Qorçubaşının vəzifələri aşağıdakılardır:
- Qorçuların vəzifələrinə təyin edilməsi. Qorçulara aid olan bütün məsələləri qorçubaşı, təhqiqat aparıb, həll edirdi. Qorçubaşı şahın razılığı ilə təyin olunacaq qorçuların vəzifələrinin və adlarının siyahısını hazırlayırdı. Bu siyahı əvvəlcə vəzir-i əzəmə aparılır daha sonra vəzirin əmri ilə qorçuların əmək təzkərələri hazırlanırdı. Bundan başqa qorçuların əyalətlərə hakim, sultan kimi təyini də qorçubaşının razılığı ilə baş verirdi. Qorçular vəzifə öhdəlikləri ilə bağlı şahın hüzuruna çıxmalı olarsa qorçubaşı da onunla getməli, onu şaha tanıtmalı idi.
- Qorçuların maaşlarının ödənməsi. Qorçuların maaşları işlərinin əhəmiyyətinə görə təyin edilir, onlara torpaq verilirdi. Ödəmə əmrinin üzərində qorçubaşının möhürü olmalı idi. Həmesale alan qorçuların alacaqları məbləğ ilin əvvəlində qorçubaşı tərəfindən təsdiq olunduqdan və onun möhürü vurulduqdan sonra böyük vəzirə göndərilirdi. Bu proeses belə baş verirdi: Qorçular ilk olaraq alacaqları illik əmək haqqının təsdiqini qorçubaşına təqdim edirdilər. Bu əmək haqlar qorçu vəziri tərəfindən yoxlanılır və qorçubaşının icazəsindən sonra təsdiq edilir. Daha sonra müstövfiler qorçuların ödəniş müddəalarını, ödəniş qəbzini və maaş sənədlərini qorçubaşıya möhür üçün təqdim edirdilər.
- Qorçulara aid məsələlər. Qorçubaşı qorçular arasındakı məsələlər baxır və onların maaş tələblərini araşdıraraq həll edirdi. Əgər onlardan hər hansı birinin divan vergiləri ilə bağlı tələbi olarsa, bu tələb əvvəlcə böyük vəzirə təqdim edilirdi. Vəzir məsələni araşdırdıqdan sonra cavab almaq üçün məsələni padşaha təqdim edərdi. Əgər məsələ şərri olarsa, buna qadı baxırdı.
- Şahın, hərəmin və türbələrin qorunması. Şah harasa səfər edəndə hərəmin arxa qismində qadağan olunmuş ərazini qorumaq qorçubaşı və onun tabeliyində olanların öhdəsinə düşürdü. Bundan əlavə, şah yürüşə çıxanda qorçubaşı və tabeliyində olanlar onu qorumaq üçün gecələr növbətçi olmalı idilər. Bundan əlavə, hökmdarların məzarlarının mühafizəsi 100 tümən qarovul haqqı ilə qorçubaşına məxsus idi.
- Digər vəzifələri. Bundan başqa, qorçubaşı Səfəvilərin vassalı olan Dağıstan valilərindən gələn səfirlik heyəti ilə də məşğul olmağı öz üzərinə götürmüşdü. Nümayəndələr saraya gələndə onlar üçün mehmandar təyin edər və xahişlərini şaha çatdırardı. Nəticədə çıxarılan qərar və müddəaların yerinə yetirilməsini təmin edər və onlar üçün hazırlanmış hədiyyələri və xələtləri qonaqlara təqdim edərdi. Qorçubaşı şahın hər ad günündə öz malının bir hissəsini, təxminən 300 tümənini şaha pul, qalanını isə yemək, geyim və s. şəklində hədiyyə edərdi. Nağd pullar insanların ehtiyaclarına uyğun olaraq şahın istədiyi həddə bölüşdürülməsi üçün xəzinəyə həvalə edilirdi. Digər hədiyyələr isə yoxsullara paylamaq üçün münəccimbaşıya göndərilirdi. Bunun qarşlığında həbs edilən əmirlərin və ya istədikləri şəxslərin sərbəst buraxılması üçün 3 böyük haqqa sahib olurdu. Şahın ad günü mərasimində geyinəcəyi libas qorçubaşına verilirdi. Həmçinin bu libasın verilməsi münasibətilə ona dəyərli xələt, qəftan, ciğə təqdim olunurdu.
Qorçubaşı yüksək nüfuza sahib olduğu üçün adətən sarayda yaşayır, paytaxtı tərk etməzdi. Sadəcə mühüm döyüşlərdə orduya rəhbərlik edəcəyi zaman olduğu yeri tərk edə bilərdi. Sanson yazır ki, şah adətən bu vəzifəni qorçubaşına vermək istəmirdi. Çünki qorçubaşı bu vəzifəni yerinə yetirən zaman bütün ehtiyacları saray tərəfindən qarşılanmalı idi. Bundan başqa şah öz əsgərlərini və qvardiyasını da qorçubaşıya verməli idi. Qorçubaşı döyüş zamanı şahın sağ tərəfində dayanırdı. Sancağı yaşıl rəngdə idi. Mirzə Əli Naqi Nəsiri yazır ki, onun səlahiyyətləri vəziri-əzəmdən çox idi. Divanda sol tərəfdə sərd-i məmalikin arxasında otururdu.
İstinadlar
- Vəliyeva, 2007. səh. 188
- Savory, 1986. səh. 437
- Bayramlı, 2015. səh. 93
- Erdoğan, 2015. səh. 48
- Əfəndiyev, 2007. səh. 227
- Vəliyeva, 2007. səh. 189
- Rumlu, 2017. səh. 88
- Bayramlı, 2015. səh. 29
- Şərəfnamə. səh. 158
- Bayramlı, 2015. səh. 94
- Musalı, 2011. səh. 316
- Məmmədi, 1993. səh. 22
- Rumlu, 2017. səh. 145
- Musalı, 2011. səh. 310
- Bayramlı, 2015. səh. 96
- Süleymanov, 2020. səh. 67
- Süleymanov, 2020. səh. 351
- Şirazi, 1996. səh. 52
- Rumlu, 2017. səh. 280
- Sarıçiçek, 2016. səh. 53
- Sarıçiçek, 2016. səh. 72
- Sarıçiçek, 2016. səh. 76
- Bayramlı, 2015. səh. 97
- Bayramlı, 2015. səh. 98
- Erdoğan, 2015. səh. 103
- Musalı, 2011. səh. 311
- Bayramlı, 2015. səh. 95
- Vəiyeva, 2007. səh. 190
- Erdoğan, 2015. səh. 100
- Vəliyeva, 2007. səh. 191
- Erdoğan, 2015. səh. 101
- Erdoğan, 2015. səh. 102
- Vəliyeva, 2007. səh. 192
- Vəliyeva, 2007. səh. 193
Ədəbiyyat
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN .
- Sertaç Sarıçiçek. SAFEVİLER DÖNEMİNDE İRAN'DA AVŞARLAR. Ankara. Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı. 2016.
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Savory, Roger. “Kurci” (ingilis). V. Leiden: The Encyclopaedia of Islam. 1986.
- Şərəfxan Bidlisi. Şərəfnamə. İstanbul: Osmanbey Matbaası. 1971.
- Erdoğan, Eralp. SAFEVİ DEVLETİ’NİN ASKERİ TEŞKİLATI (türk). Ankara: T.C. ANKARA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TARİH (GENEL TÜRK TARİHİ) ANABİLİM DALI. 2015.
- Rumlu, Həsən bəy. Əhsənüt-təvarix (az.). Bakı: Uzanlar. 2017. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Musalı, Namiq. I ŞAH İSMAYILIN HAKİMİYYƏTİ (“TARİX-İ ALƏMARA-Yİ ŞAH İSMAYIL” ƏSƏRİ ƏSASINDA) (az.). Bakı: Nurlan. 2011.
- Şirazi, Xacə Zeynalabidin Əli Əbdi bəy. TƏKMİLƏTÜL-ƏXBAR (PDF) (az.). Bakı: Elm. 1996. ISBN .
- Vəliyeva, Zülfiyyə. Səfəvi Dövlət Təşkilatı (Təzkirətül-Mülükə əsasən) (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007.
Əlavə ədəbiyyat
- Məmməd, R.Ə. Dəstur ül-Müluk. Hökmdarlar üçün nizamnamə (az.). Bakı: Mütərcim. 2015.
- Sümer, Faruk. Safevi devletinin kuruluşu və gelişmesinde Anadolu türklerinin rolu (türk). Ankara: Türk Tarih Kurumu Basımevi. 1976.
- Sanson. Səfərnaməyi Sanson (fars). Tehran: Kitapfuruşi-yi İbn-i Sina. 1363.
- Engelbert, Kaempfer. Səyahətnaməyi Kaempfer (fars). Tehran: İntışârât-ı Harezmî. 1363.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qorcubasi ve ya Qorcibasi qorcularin reisi qizilbas tayfalarinin doyusculerinden ibaret olan sah qvardiyasinin bascisi anlamini verir V F Minorski gosterir ki ilk Sefeviler dovrunde daimi qosun yox idi ve qorcubasi herbi nazir idi onun adi adi da ele Emir el umera olmusdur Mirze Semia merkezde sahin xidmetinde olan xususi vezife sahiblerinden soz acib onlari umera ye dovletxane ye mubarek mubarek dovletxana emirleri adlandirirdi ki qorcubasi da mehz bu emirlerin siyahisina daxil idi QorcularEtimologiyasiQorcubasinin ehtimal olunan leqebi Ruknul Seltenet El Qahire olmusdur Tezkiret el Mulk eserinde qorcubasinin tam adi Ruknul Seltenet El Qahire Alicah Qorcubasi kimi cekilir Qorcu kelimesinin menasi menbelerde esasen qorucu kimi aciqlanir F Sumer de bu adi qorucu kimi izah ederek bildirir ki Agqoyunlu herbi teskilatinda bele bir vezife olmadigi ucun Sah Ismayil ehtimal ki bu vezifeni cagataylari teqlid ederek yaratmisdi Sefevi tarixi uzre tedqiqatlar aparan alimlerden bezileri ise qorcu sozunun Mogol dilinde qor kokunden yarandigini ve oxcu ve ya ox qini dasiyan menasini ifade etdiyini bildirir Dovletin sanballi dayagi olan qorcubasini Adam Oleari 10 12 min nefer oxcunun reisi kimi seciyyelendirilmis ve qorcu alayinin I Sah Ismayilin dovrunde yaradildigini ve onun cihadlarinda yuksek fedakarliq gosterdiklerini bildirmisdir Fransiz seyyah Sarden bu adin aciqlamasini qovmaq uzaqlasdirmaq kimi diger bir seyyah Pyetro Della Valli ise qorumaq qollamaq kimi vermisdir Oqtay Efendiyev meseleye bir diger terefden yanasmis ve qorcubasinin sah qvardiyasinin reisi menasini ifade etdiyini bildirmisdir V Minorski gur sozunun silah menasini one surerek qorcularin gordukleri is sebebinden deyil dasidiqlari silaha gore bele adlandirdiqlarini yazmisdir TarixiQorcubasi qorcularin reislerine deyilirdi Salnamelerde qorcibasi adini ilk defe ceken Hesen bey Rumlu hicri 911 1505 1506 ci ilde yazirdi ki bu il Sah Ismayil Sultan Heyderle doyusde onun dusmenlerinin terefinde istirak edenlerin hamisini oldurmeyi emr etmisdir O bunu tehqiq etmeyi qorcibasi Abdal bey Dedeye tapsirmisdir Bu ifade ilk defe qorcubasi vezifesini emir el umera vezifesinden ayirmaq meqsedile istifade olunmusdu Sefevi dovletinin menbelerde adi cekilen ilk qorcubasisi Abdal Dede beydir Abdal bey Dede Talis sakini idi O Seyx Heyderin olumunden sonra genc Ismayil Gilanda oldugu dovrde Erdebil teriqetinin islerini aparmis mehdud sexsler dairesinin ehl i ixtisas in uzvu olmusdu Diger terefden Professor Zabil Bayramli yazir ki menbelerde I Sah Ismayilin dovrunde Erdebil teriqet isleri ile bagli olan Abdal bey adli iki neferin ismine tesaduf edilir Isgender bey Munsi Turkmanin onlar haqqinda yazdiqlarinin tehlilinden aydin olur ki qorcubasi Abdal bey Turk Qizilbas Zulqeder eli eyani olub Dede unvanin da dasiyicisi o olmusdu Lakin sonralar qorcibasi vezifesini siyasi heyatda az nezere carpan adamlar tuturlar I Sah Ismayilin hakimiyyeti dovrunde Dede Abdal bey Zulqederden sonra qorcubasi Qizilbas Turk eyanlarindan Yeqan bey Tekeli 1509 1510 ve Sari Pire Ustacli olmusdu O Caldiran savasinda 1514 oldurulmusdu 1514 cu ilde Siraz hakimi Xelil sultan Zulqeder doyus sehnesini savasmadan terk etdiyine gore h 925 1519 ci ilde olduruldu ve yerine hakim Eli sultan Zulqeder teyin edildi ki o bu vezifeye getirilene qeder qorcubasi idi Ilk evvel qorcubasinin selahiyyetleri emir el umera qeder olmasa da I Sah Tehmasibin hakimiyyeti dovrunde emir el umera vezifesinin zeiflemesi ile qorcubasi vezifesi ehemiyyet qazanmaga basladi Sefeviler dovleti banisinin dovrunde qorcibasi emir el umera ile muqayisede xeyli kicik sima idi Sah Tehmasib dovrunde eyaletlerde yasayan qorcularin da merkezdeki qorcubasiya tabe olan qorcubasilari vardi Qorcubasi Padarin Sirvanin medaxil ve mexaricini yaxsi bildiyi ucun 1538 ci ilde Sefevi silahli quvvleri ile birlikde Sirvana gonderilmesi barede melumata gore o bir muddet Sirvan qorcularinin qorcubasisi olmusdu Tekmiletul exbar da Sirvanda Ehmed bey Ustacli adli basqa bir qorcubasinin da adi cekilir Sah Tehmasib yeni hakimiyyete geldiyi zaman hem emir el umera hem de vekil vezifesini icra eden Cuxa sultan Tekeli vezifesinden sui istifade etdiyi ucun sahin emri ile 1531 ci ilde qorcubasi Nezer adli sexs terefinden Qezvinde oldurulmusdu Nezerin hansi turk boyuna mensub olmasi barede menbelerde melumata rast gelinmir Yene Sah Tehmasibin tezkiresinde 1531 ci ilde bas vermis Tekeli qiyami zamani qorcubasi Pervane bey Tekelinin adi cekilir Bu hadiseden sonra sahin emri ile Pervane bey Tekeli oldurulmusdu Sultan Suleymanin Azerbaycan torpaqlarina 1534 cu ilde bas veren hucumu zamani qorcubasi Oglan xelife Samli idi Onun bir diger adi Mehemmed xelife olmusdur Ilk dovrlerde bu vezifelere secilen sexsler esasen Ustacli Samli ve Tekeli tayfalarindan secilirdi I Sah Tehmasibin qizilbaslarin tesirini azaltmaq uzre fealiyyeti neticesinde 1534 cu ilde Sevindik bey Efsar qorcubasi teyin edildi Bununla da efsar tayfasin on plana cixmaga basladi Onun olumunden sonra senedlerde melumatlarda bosluq olsa da 1589 cu ilde Veli xan Efsarin olumune qeder 55 il erzinde bu vezife Efsar tayfasindan olan sexsler terefinden icra olundu Sevindik bey Efsar 1538 ci ilden 1562 ci ile qeder qorcubasi vezifesini icra etmisdir II Sah Ismayilin ve Mehemmed Xudabendenin hakimiyyeti illerinde qorcubasi vezifesi daha da guclenmis bu proses I Sah Abbas dovrune qeder davam etmisdir Bu dovrde efsarlardan Qulu bey Efsar qorcubasi teyin edilmis ve o bu vezifeni Mehemmed Xudabendenin dovrunde de davam etdirmisdir Isgender Munsi II Sah Ismayil dovrunde qorcubasi Yusifqulu sultandan sohbet acarken onu erkan i dovlet dovletin dayagi adlandirmisdi I Sah Abbasin dovrunde qorcularin huquqlarinin qismen mehdudlasdirilmasi istisna olmaqla qorcular ve onlarin herbi reislerinin Sefevi dovletciliyindeki mustesna nufuzlari ciddi deyisikliklere ugramamisdir I Sah Abbas taxta cixdiqdan sonra Eberqu hakimi Yusif xan Efsar qorcubasi teyin edilir O Qulu bey Efsarin oglu idi Yusif xanin bu vezifeye teyin olunmasinda atasi ile yaxin olmus Mursudqulu xan Ustaclinin boyuk rolu olmusdu Ancaq buna baxmayaraq Yusif xan Mursudqulu xan Ustaclini aradan goturmek isteyen emirlere qosulmus ancaq onlar ugursuzluga ducar olmus ve Yusif xan Efsar da yaxalanmisdir Feqet Mursudqulu xan Ustaclinin ricasi ile onu edam etmeyib hebs cezasina mehkum etmisdiler Qorcubasi vezifesi ise Bedr xan Efsara verilmisdi 1588 ci ilde Bedr xan Efsar Astrabad hakimi teyin edilir ve onun vezifesini Veli xan Efsar icra etmeye baslayir 1591 ci ilde qorcubasi vezifesine Allahqulu bey Qapanoglu Qacar teyin edilir O daha sonra sahin emri ile Merendin Osmanli ordusundan mudafiesine gonderilir Onun ardinca qorcubasi vezifesine Mesum bey Sefevinin oglu Isa bey Sefevi teyin edilmisdir I Sah Sefinin hakimiyyeti dovrunde qorcubasilar turk esilzadelerinden teyin edilmeye davam edirdi I Sah Sefi dovrunun ilk qorcubasisi yene Mesum bey Sefevinin nevesi Isa xan Sefevi olmusdur ki o hem de Sah Abbasin qizi Zubeyde beyimin eri idi Lakin Sah Sefi onun kimi nufuzlu bir sexsin qorcubasi olmasindan narahat oldugu ucun emr vererek Isa bey Sefevini ve 3 oglunu oldurtmusdu Qorcubasi vezifesi 1632 ci ilde Ciraq xan Zahidliye tapsirilir Isa xan Sefevinin tiyulu butun emlaki ve evi musadire edilib ona verildi Qorcubasi vezifesi bir qayda olaraq turk esilzadelerine aid olduguna gore Ciraq xan Zahidi bu vezifede cox qalmamis ve 1633 cu ilde hereketlerinde qusurlara yol vermesi behane edilmis edam olunmusdu Hemin ilde qorcubasi vezifesi Kirman hakimi hem de mohurdar vezifesinde olan Zulqeder turk tayfasinin Soklen obasinin boyuk emirlerinden Emir xan Zulqedere tapsirilir Seyyah Adam Oleari gundeliyinde qorcubasinin soykoku ve sosial terkibi ile bagli meseleler barede melumat vererken bildirir ki biz orada olarken qorcubasi kokce kendli oglu olan ve I Sah Abbasin yaninda evveller adi xidmetci kimi calismis Samli Cani xan idi Bu tarix 1638 ci ile tesaduf edir Cani xan Samli bu vezifeni 1645 ci ile qeder icra etmisdi Onun ardinca Murtuzaqulu xan Qacar daha sonra 1663 cu ilde o edam edildikden sonra ise Imamqulu xan Qacar qorcubasi teyin olunmusdu Menbelerde qorcubasi vezifesine 1737 ci ile qeder rast gelinir Qasim bey Qacar 1733 1736 ci ilde bu vezifeni icra etmis Sefevi dovletinin son qorcubasisi olmusdur Qorcubasinin selahiyyet ve vezifeleriAlessandri dovlet surasi ve onun terkibi haqqinda melumatlarinda bu surada musavir olan emirlerin sirasinda qorcubasinin da adini cekir hem de onun seltenet qorcularinin bascisi oldugunu yazir Qorcubasi dovletin esas ve sanballi dayagi idi Bu qvardiyanin herbi reisi yeni qorcubasi dovletin idare qurulusunda da statusu baximindan cox muhum vezife olub I Sah Ismayilin hakimiyyetinin ilk illerinden tesis edilmisdi Dovrun qaynaqlarinda ona cox mesul islerin tapsirilmasi hallarina rast gelirik Ebdi bey Sirazinin eserinde I Sah Ismayil terefinden qorcubasi vezifesine teyin olunan Dede Abdal bey Zulqederin mueyyen cinayet meseleleri uzre muhakime aparmaq selahiyyeti ile temin edilmesine toxunulur Dovletin qorculardan ibaret olan butun herbi quvvesinin bascisi olan qorcubasi ve onun statusu haqqinda Tezkiret el muluk daki mufessel melumatlara dovrun diger qaynaqlarinda tesaduf olunmur Qorcubasinin vezifeleri asagidakilardir Qorcularin vezifelerine teyin edilmesi Qorculara aid olan butun meseleleri qorcubasi tehqiqat aparib hell edirdi Qorcubasi sahin raziligi ile teyin olunacaq qorcularin vezifelerinin ve adlarinin siyahisini hazirlayirdi Bu siyahi evvelce vezir i ezeme aparilir daha sonra vezirin emri ile qorcularin emek tezkereleri hazirlanirdi Bundan basqa qorcularin eyaletlere hakim sultan kimi teyini de qorcubasinin raziligi ile bas verirdi Qorcular vezife ohdelikleri ile bagli sahin huzuruna cixmali olarsa qorcubasi da onunla getmeli onu saha tanitmali idi Qorcularin maaslarinin odenmesi Qorcularin maaslari islerinin ehemiyyetine gore teyin edilir onlara torpaq verilirdi Odeme emrinin uzerinde qorcubasinin mohuru olmali idi Hemesale alan qorcularin alacaqlari mebleg ilin evvelinde qorcubasi terefinden tesdiq olunduqdan ve onun mohuru vurulduqdan sonra boyuk vezire gonderilirdi Bu proeses bele bas verirdi Qorcular ilk olaraq alacaqlari illik emek haqqinin tesdiqini qorcubasina teqdim edirdiler Bu emek haqlar qorcu veziri terefinden yoxlanilir ve qorcubasinin icazesinden sonra tesdiq edilir Daha sonra mustovfiler qorcularin odenis muddealarini odenis qebzini ve maas senedlerini qorcubasiya mohur ucun teqdim edirdiler Qorculara aid meseleler Qorcubasi qorcular arasindaki meseleler baxir ve onlarin maas teleblerini arasdiraraq hell edirdi Eger onlardan her hansi birinin divan vergileri ile bagli telebi olarsa bu teleb evvelce boyuk vezire teqdim edilirdi Vezir meseleni arasdirdiqdan sonra cavab almaq ucun meseleni padsaha teqdim ederdi Eger mesele serri olarsa buna qadi baxirdi Sahin heremin ve turbelerin qorunmasi Sah harasa sefer edende heremin arxa qisminde qadagan olunmus erazini qorumaq qorcubasi ve onun tabeliyinde olanlarin ohdesine dusurdu Bundan elave sah yuruse cixanda qorcubasi ve tabeliyinde olanlar onu qorumaq ucun geceler novbetci olmali idiler Bundan elave hokmdarlarin mezarlarinin muhafizesi 100 tumen qarovul haqqi ile qorcubasina mexsus idi Diger vezifeleri Bundan basqa qorcubasi Sefevilerin vassali olan Dagistan valilerinden gelen sefirlik heyeti ile de mesgul olmagi oz uzerine goturmusdu Numayendeler saraya gelende onlar ucun mehmandar teyin eder ve xahislerini saha catdirardi Neticede cixarilan qerar ve muddealarin yerine yetirilmesini temin eder ve onlar ucun hazirlanmis hediyyeleri ve xeletleri qonaqlara teqdim ederdi Qorcubasi sahin her ad gununde oz malinin bir hissesini texminen 300 tumenini saha pul qalanini ise yemek geyim ve s seklinde hediyye ederdi Nagd pullar insanlarin ehtiyaclarina uygun olaraq sahin istediyi hedde bolusdurulmesi ucun xezineye hevale edilirdi Diger hediyyeler ise yoxsullara paylamaq ucun muneccimbasiya gonderilirdi Bunun qarsliginda hebs edilen emirlerin ve ya istedikleri sexslerin serbest buraxilmasi ucun 3 boyuk haqqa sahib olurdu Sahin ad gunu merasiminde geyineceyi libas qorcubasina verilirdi Hemcinin bu libasin verilmesi munasibetile ona deyerli xelet qeftan cige teqdim olunurdu Qorcubasi yuksek nufuza sahib oldugu ucun adeten sarayda yasayir paytaxti terk etmezdi Sadece muhum doyuslerde orduya rehberlik edeceyi zaman oldugu yeri terk ede bilerdi Sanson yazir ki sah adeten bu vezifeni qorcubasina vermek istemirdi Cunki qorcubasi bu vezifeni yerine yetiren zaman butun ehtiyaclari saray terefinden qarsilanmali idi Bundan basqa sah oz esgerlerini ve qvardiyasini da qorcubasiya vermeli idi Qorcubasi doyus zamani sahin sag terefinde dayanirdi Sancagi yasil rengde idi Mirze Eli Naqi Nesiri yazir ki onun selahiyyetleri veziri ezemden cox idi Divanda sol terefde serd i memalikin arxasinda otururdu IstinadlarVeliyeva 2007 seh 188 Savory 1986 seh 437 Bayramli 2015 seh 93 Erdogan 2015 seh 48 Efendiyev 2007 seh 227 Veliyeva 2007 seh 189 Rumlu 2017 seh 88 Bayramli 2015 seh 29 Serefname seh 158 Bayramli 2015 seh 94 Musali 2011 seh 316 Memmedi 1993 seh 22 Rumlu 2017 seh 145 Musali 2011 seh 310 Bayramli 2015 seh 96 Suleymanov 2020 seh 67 Suleymanov 2020 seh 351 Sirazi 1996 seh 52 Rumlu 2017 seh 280 Saricicek 2016 seh 53 Saricicek 2016 seh 72 Saricicek 2016 seh 76 Bayramli 2015 seh 97 Bayramli 2015 seh 98 Erdogan 2015 seh 103 Musali 2011 seh 311 Bayramli 2015 seh 95 Veiyeva 2007 seh 190 Erdogan 2015 seh 100 Veliyeva 2007 seh 191 Erdogan 2015 seh 101 Erdogan 2015 seh 102 Veliyeva 2007 seh 192 Veliyeva 2007 seh 193EdebiyyatOqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 seh 344 ISBN 978 9952 34 101 0 Sertac Saricicek SAFEVILER DONEMINDE IRAN DA AVSARLAR Ankara Hacettepe Universitesi Sosyal Bilimler Enstitusu Tarih Anabilim Dali 2016 Suleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Savory Roger Kurci ingilis V Leiden The Encyclopaedia of Islam 1986 Serefxan Bidlisi Serefname Istanbul Osmanbey Matbaasi 1971 Erdogan Eralp SAFEVI DEVLETI NIN ASKERI TESKILATI turk Ankara T C ANKARA UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU TARIH GENEL TURK TARIHI ANABILIM DALI 2015 Rumlu Hesen bey Ehsenut tevarix az Baki Uzanlar 2017 ISBN 978 605 030 641 5 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Musali Namiq I SAH ISMAYILIN HAKIMIYYETI TARIX I ALEMARA YI SAH ISMAYIL ESERI ESASINDA az Baki Nurlan 2011 Sirazi Xace Zeynalabidin Eli Ebdi bey TEKMILETUL EXBAR PDF az Baki Elm 1996 ISBN 5 8066 0436 5 Veliyeva Zulfiyye Sefevi Dovlet Teskilati Tezkiretul Muluke esasen turk Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 2007 Elave edebiyyatMemmed R E Destur ul Muluk Hokmdarlar ucun nizamname az Baki Mutercim 2015 Sumer Faruk Safevi devletinin kurulusu ve gelismesinde Anadolu turklerinin rolu turk Ankara Turk Tarih Kurumu Basimevi 1976 Sanson Sefernameyi Sanson fars Tehran Kitapfurusi yi Ibn i Sina 1363 Engelbert Kaempfer Seyahetnameyi Kaempfer fars Tehran Intisarat i Harezmi 1363