Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat,az-əbcəd. روحيات) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir.
Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir.
Psixologiyaya tarixi baxış
Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, "ruh haqqında" adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub "psixi olan" deməkdir) fəlsəfə, , (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.
XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Emprik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur.
Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.
Psixika
Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur. Psixika obyektiv aləmin subyektiv inikasından ibarətdir. İnikas materiyanın ən ümumi xassəsidir. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxmaq qabiliyyətidir. Bu zaman həmin obyektlərdən birində əmələ gələn dəyişikliklər digərinin təsiri ilə şərtlənir və sonuncunun strukturuna uyğun olur.
İvan Seçenov sübut etdi ki, psixika reflekor (latınca reflexus – əks olunan deməkdir) xarakter daşıyır.
Akademik İvan Pavlov reflektor nəzəriyyəni geniş eksperimental tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyənin inkişafında xüsusi mərhələ təşkil edir.
Psixika haqqında elmi təsəvvürlərin formalaşmasında təbiət elmləri mühüm rol oynamışdır. Müasir təsəvvürlərə görə psixi funksiyalar beyin sahələrinin birgə işi sayəsində həyata keçirilən funksional sistemlər (P. K. Anoxin) kimi fəaliyyət göstərir. Onun sistem təşkil edən mərkəzi amili işin nəticəsi və ya məqsədilə uzlaşırlar.
Psixi hadisələrin təsnifi
Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:
- Psixi proseslər.
- Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).
- Psixi xassələr (və ya xüsusiyyətlər).
Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslər deyilir. Başqa sözlə, psixi proseslər özləri də üç yarımqrupa bölünür: idrak prosesləri, hissi proseslər, iradi proseslər.
Psixi hadisələrin ikinci qrupunu təşkil edən psixi hallar və ya vəziyyətlər da müxtəlifdir. Şən əhval, affektlər, ehtiraslar, dalğınlıq, inamsızlıq, şübhə və s. psixi hallara misal ola bilər.
Psixi xassələr də psixologiya elminin kateqoriyaları içərisində mühüm yer tutur. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın onun üçün səciyyəvi olan keyfiyyətlərini (ağlın tənqidiliyi və ya müstəqilliyini), emosional xassələrini (tez özündən çıxma, emosionallıq) və s. də psixi xassələrə aid edirlər.
Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər. Onlardan biri adətən o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.
"Proses", "hal" və "xassə" nə deməkdir? Nə üçün duyğuları, qavrayışı, diqqəti, hafizəni, təfəkkürü, nitqi və təxəyyülü, iradəni və hissləri psixi proses adlandırırlar, halbuki şübhəni və ya dalğınlığı psixi hallar, temperament, xarakter və ya qabiliyyətlərə psixi xassələr deyilir. Proses latın sözü olub hər hansı bir hadisənin başlanması, gedişi və inkişafı mərhələlərini əks etdirir. Bu baxımdan bütün psixi hadisələr – istər psixi xassələr, istərsə də psixi hal və xassələr prosessual xarakter daşıyır. Məsələnin belə qoyuluşuna ilk dəfə diqqəti rus alimi İ. M. Seçenov cəlb etmişdir.
Müasir psixologiyada proses sözü əslində geniş və dar mənada işlənir. Geniş mənada psixi olan proses kimi nəzərdən keçirilir, bütün psixi hadisələr eyni dərəcədə proses kimi təhlil edilir. Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül, iradə və hisslər nəzərdə tutulur.
Psixi proses termini psixi faktın prosesuallığını, dinamikasını nəzərə çarpdırır. Psixi halət termini psixi faktın nisbi davamlılığını bildirir. Psixi xassə və ya psixi xüsusiyyət termini isə psixi faktın sabitliyini, onun şəxsiyyətin strukturunda möhkəmləndiyini və təkrar olunmasını ifadə edir. Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir.
Psixikanın əmələ gəlməsi materiyanın hərəkətinin bioloji formasının təşəkkülü ilə bağlıdır. Həyat təbiətin inkişafının keyfiyyətcə yeni mərhələsidir. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Psixikanın filogenizdə inkişafı əksetdirmənin tropizm, instinktiv, həyatda qazanılan və intellektual davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmanın xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər: fototropzim – canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; termotropizm – işığın təsiri ilə hərəkətetmə meyli; xemotropizm – müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli; topotropizm – mexaniki qıcıqlandırıcıların təsiri ilə hərəkət etmə meyli və s. Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır. Ali heyvanlarda instinktiv davranış forması ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir, lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil edir, lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
Psixologiya elminin inkişaf mərhələləri
Psixologiya elmi öz inkişafının müxtəlif mərhələlərində keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki birinci mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII–VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika)haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII–VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci mərhələnin başa çatması ilə bağlı olaraq psixoloji ədəbiyyatda fikir və mövqelər fərqlidir.
Psixologiyanın inkişafının mərhələlərə ayrılması digər elmlərdə olduğu kimi şərti xarakter daşıyır. Bəzən psixologiya elminin müstəqil elm sahəsi kimi yaranmasını V. Vundtun eksperimental psixologiya laboratoriyasının yaranması tarixindən götürmədiyi də təklif edənlər də var.
Psixologiya elminin inkişafının üçüncü mərhələsi: İlk dəfə Vilhelm Vundtun Almaniyanın Leypsiq şəhərində ilk eksperimental psixologiya laboratoriyasını yaratmaq ilə öz fəaliyyətinə başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ilə psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi, lakin V. Vundtun assosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhu aləmi, emosional haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi.
XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
Həmçinin bax
İstinadlar
- https://www.azleks.az/online-dictionary/ruhiyyat?s=my ruhiyyat 1. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm. 2. Bu elmin məzmununu təfsir edən fənn.
- http://web2.anl.az:81/read/page.php?bibid=142693&pno=18 2023-05-08 at the Wayback Machine İctimai-iqtisadi istilahati-elmiyyə lüğəti [Mətn] /müqəddimə.Ə. Ə. Səidzadə, Bakı, 1922. (s.33)
Mənbə
- PSİXOLOGİYANIN BİR ELM KİMİ XARAKTERİSTİKASI 2011-06-13 at the Wayback Machine
Ədəbiyyat
- Bayramov Ə. S. Əlizadə Ə. Ə. Psixologiya. Bakı-2003
- Seyidov S. İ. Həmzəyev M. Ə. Psixologiya. Bakı-2007
- Немов Р.С . Психология. М: 2001
- Маклаков С.Я. Общая психология. М: 2006
- Геппенрейтер Ю. Введение в психологии. М: 1996
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Psixologiya q yun psyxh ruh ruhi alem logos bilik oyrenmek elm kohne Azerbaycandilli menbelerde ruhiyyat az ebced روحيات canli varliqlarin psixikasini psixi ve ruhi fealiyyetinin prosesini oyrenen elm Psixologiya termini evristik baximdan elmin predmetini deqiq ifade edir psixologiya psixika haqqinda elmdir Psixologiya elminin predmeti murekkeb ve coxcehetlidir Psixologiya elmi hem de fealiyyet ve unsiyyetin psixoloji problemlerini oyrenir Psixika fealiyyet ve unsiyyet prosesinde muxtelif formalarda tezahur edir Psixologiya beyinde obyektiv alemin subyektiv sureti kimi emele gelen psixikanin faktlari qanunauygunluqlari ve mexanizmleri haqqinda elmdir Psixologiyaya tarixi baxisPsixologiya elmi qedim tarixe malikdir Psixoloji anlayislar sistem seklinde ilk defe olaraq Aristotelin eramizdan evvel IV esr Ruh haqqinda traktatinda serh olunmusdur Traktat psixologiya yox ruh haqqinda adlanir Bu da tesadufi deyildir Uzun muddet XIX esrin sonlarina qeder psixologiya elmi felsefeye aid fenn hesab olunub Avropa edebiyyatinda mental latin sozu olub psixi olan demekdir felsefe pnevma yunan sozu olub nefes ruh demekdir adlandirilmislar XVIII esrin sonuna qeder psixologiya sozu ne ingilis ne de fransiz edebiyyatinda islenmisdir Alman edebiyyatinda ise psixologiya sozu ensiklopedist alim Xristian Volfun 1732 ci ilde Emprik psixologiya ve 1734 cu ilde Rasional psixologiya kitablari nesr olunandan sonra melum olmusdur Azerbaycanda psixologiya termini XIX esrin sonu XX esrin evvellerinde rus psixoloqlari vasitesile islenmeye baslanmisdir PsixikaQedimden psixika haqqinda iki telim materialist ve idealist telim vardir Psixologiyanin bir elm kimi inkisafi esasen materialist telimin inkisafi ile bagli olmusdur Psixika obyektiv alemin subyektiv inikasindan ibaretdir Inikas materiyanin en umumi xassesidir Inikas maddi obyektlerin diger maddi obyektlerle qarsiliqli tesirde olmalari neticesinde ozunde onlarin izini buraxmaq qabiliyyetidir Bu zaman hemin obyektlerden birinde emele gelen deyisiklikler digerinin tesiri ile sertlenir ve sonuncunun strukturuna uygun olur Ivan Secenov subut etdi ki psixika reflekor latinca reflexus eks olunan demekdir xarakter dasiyir Akademik Ivan Pavlov reflektor nezeriyyeni genis eksperimental tedqiqatlar esasinda yeni faktlarla zenginlesdirdi Onun ali sinir fealiyyeti haqqindaki telimi reflektor nezeriyyenin inkisafinda xususi merhele teskil edir Psixika haqqinda elmi tesevvurlerin formalasmasinda tebiet elmleri muhum rol oynamisdir Muasir tesevvurlere gore psixi funksiyalar beyin sahelerinin birge isi sayesinde heyata kecirilen funksional sistemler P K Anoxin kimi fealiyyet gosterir Onun sistem teskil eden merkezi amili isin neticesi ve ya meqsedile uzlasirlar Psixi hadiselerin tesnifiPsixi hadiseleri serti olaraq uc boyuk qrupa bolurler Psixi prosesler Psixi hallar ve ya psixi haletler veziyyetler Psixi xasseler ve ya xususiyyetler Psixi prosesler psixologiya elminin esas kateqoriyalarindan biridir duygu qavrayis diqqet hafize tefekkur nitq ve texeyyul iradi proseslere ve emosional proseslere birlikde psixi prosesler deyilir Basqa sozle psixi prosesler ozleri de uc yarimqrupa bolunur idrak prosesleri hissi prosesler iradi prosesler Psixi hadiselerin ikinci qrupunu teskil eden psixi hallar ve ya veziyyetler da muxtelifdir Sen ehval affektler ehtiraslar dalginliq inamsizliq subhe ve s psixi hallara misal ola biler Psixi xasseler de psixologiya elminin kateqoriyalari icerisinde muhum yer tutur Temperament xarakter ve qabiliyyetler esas psixi xasselerdir Insanin onun ucun seciyyevi olan keyfiyyetlerini aglin tenqidiliyi ve ya musteqilliyini emosional xasselerini tez ozunden cixma emosionalliq ve s de psixi xasselere aid edirler Psixi prosesler hallar ve xasseler bir birile uzvi suretde elaqelidirler Onlardan biri adeten o birisinin esasinda emele gelir Psixi haletler ve ya veziyyetler ayri ayri psixi proseslerin meselen ehvallar affektler hisslerin dalginliq diqqetin iradenin subhe tefekkurun tezahuru kimi ozunu gosterir Onlar ise mohkemlenib bir adami basqasindan ferqlendiren psixi xasse kimi tezahur ede biler Proses hal ve xasse ne demekdir Ne ucun duygulari qavrayisi diqqeti hafizeni tefekkuru nitqi ve texeyyulu iradeni ve hissleri psixi proses adlandirirlar halbuki subheni ve ya dalginligi psixi hallar temperament xarakter ve ya qabiliyyetlere psixi xasseler deyilir Proses latin sozu olub her hansi bir hadisenin baslanmasi gedisi ve inkisafi merhelelerini eks etdirir Bu baximdan butun psixi hadiseler ister psixi xasseler isterse de psixi hal ve xasseler prosessual xarakter dasiyir Meselenin bele qoyulusuna ilk defe diqqeti rus alimi I M Secenov celb etmisdir Muasir psixologiyada proses sozu eslinde genis ve dar menada islenir Genis menada psixi olan proses kimi nezerden kecirilir butun psixi hadiseler eyni derecede proses kimi tehlil edilir Dar menada ise psixi proses dedikde duygu qavrayis diqqet hafize tefekkur nitq texeyyul irade ve hissler nezerde tutulur Psixi proses termini psixi faktin prosesualligini dinamikasini nezere carpdirir Psixi halet termini psixi faktin nisbi davamliligini bildirir Psixi xasse ve ya psixi xususiyyet termini ise psixi faktin sabitliyini onun sexsiyyetin strukturunda mohkemlendiyini ve tekrar olunmasini ifade edir Psixi prosesler psixi hallar ve psixi xasselerin hamisina birlikde psixika ve ya psixi hadiseler deyilir Psixikanin emele gelmesi materiyanin hereketinin bioloji formasinin tesekkulu ile baglidir Heyat tebietin inkisafinin keyfiyyetce yeni merhelesidir Psixikanin yaranmasi ve inkisafinin oyrenilmesi tebiet elmlerinin o cumleden psixologiyanin qarsisinda duran murekkeb muhum vezifelerden olmusdur Psixikanin filogenizde inkisafi eksetdirmenin tropizm instinktiv heyatda qazanilan ve intellektual davranis formalarinda tezahur etmisdir Elementar qiciqlanma sade birhuceyreli orqanizmlerde ozunu gosterir ve onlarin muhum tesirine hereketle cavab verirler Muhit canli orqanizme bioloji tesir gostere bilir ki bunun neticesinde hemin orqanizmin protoplazmanin xassesi deyisir Bioloji amillere ozunemexsus cavab vermek usullari tropizmler ve ya taksikler adlanir Tropizmlerin asagidaki novlerini ferqlendirirler fototropzim canli orqanizmin isigin tesiri ile hereket etme meyli termotropizm isigin tesiri ile hereketetme meyli xemotropizm mueyyen fiziki kimyevi muhiti secme meyli topotropizm mexaniki qiciqlandiricilarin tesiri ile hereket etme meyli ve s Canlilarda psixikanin tesekkul tapmasi onlarin muhite uygunlasa bilmemeleri ile bagli olan deyisikliklerden yaranir Bir cox canlilarin davranisi instiktiv davranisdir ve tebii telebatdan dogur Muhitin mueyyen seraitine tesirine qarsi murekkeb anadangelme reaksiya formasi instinktler adlanir Instinktiv davranis mueyyen bir novun hamisi ucun xarakterik olan anadangelme davranisdir Bir cox alimler hesab edirler ki instinktler deyismezdir ve canlilarin ferdi qaydada muhite uygunlasmasi prosesinde deyismez qalir Ali heyvanlarda instinktiv davranis formasi ile yanasi deyisken formali davranis verdisler ve intellektual hereketler de movcuddur Verdisler inkisafin en asagi pillesinde bele ozunu gosterir lakin aciq askar ifade olunan verdisler yalniz bas beyin qabigina malik olan heyvanlarda musahide edilir Ali heyvanlarda davranisin en yuksek seviyyesi intellektual davranisdir Intellektual davranisin esasini ayri ayri cisimler arasindaki murekkeb munasibetleri eks etdirmek teskil edir lakin heyvanlarin intellektual ve ya eqli davranisi tebii ki insan aglindan ferqli keyfiyyete malikdir Psixologiya elminin inkisaf merheleleriPsixologiya elmi oz inkisafinin muxtelif merhelelerinde kecmisdir Bunlar asagidakilardan ibaretdir Elmeqederki birinci merhele Qedim dovrden baslayaraq bizim eradan evvelki VII VI esrlere qederki dovru ehate edir Bu dovrde ruh psixika haqqinda tesevvurler coxsayli mif ve efsanelerde nagil ve ilkin dini inamlarda totemlerde oz eksini tapmisdir Ilkin elmi tesevvurler ikinci merhele Bu dovr eramizdan evvel VII VI esrlerden baslayaraq XVIII esrin sonuna qeder olan dovru ehate edir Bu dovrde psixologiya elmi felsefenin terkibinde inkisaf etmisdir Ikinci merhelenin basa catmasi ile bagli olaraq psixoloji edebiyyatda fikir ve movqeler ferqlidir Psixologiyanin inkisafinin merhelelere ayrilmasi diger elmlerde oldugu kimi serti xarakter dasiyir Bezen psixologiya elminin musteqil elm sahesi kimi yaranmasini V Vundtun eksperimental psixologiya laboratoriyasinin yaranmasi tarixinden goturmediyi de teklif edenler de var Psixologiya elminin inkisafinin ucuncu merhelesi Ilk defe Vilhelm Vundtun Almaniyanin Leypsiq seherinde ilk eksperimental psixologiya laboratoriyasini yaratmaq ile oz fealiyyetine baslayir Eksperimental psixologiya laboratoriyasinin yaranmasi ile psixologiya musteqil obyektiv ve eksperimental elm sahesine cevrildi lakin V Vundtun assosianist yanasmanin esasinda qurdugu psixoloji model insanin ruhu alemi emosional haleti sexsiyyetin strukturu yaradici fealligi ile bagli yeni faktlar vere bilmedi XX esrin II yarisinda yeni psixologiya mektebleri ve istiqametleri humanist psixologiya genetik psixologiya koqnitiv psixologiya meydana cixdi Belelikle demek olar ki XX esrin 60 ci illerinden baslayaraq psixologiya elmi ozunun yeni inkisaf merhelesine daxil oldu Bu merhelenin xarakterik xususiyyeti ondan ibaretdir ki indi ayrilma parcalanma yox ayri ayri mekteblerin tedqiqat istiqametlerinin birlesmesi prosesi gedir Hemcinin baxBarnum effekti Verter effekti Lovber effekti AksentuasiyaIstinadlarhttps www azleks az online dictionary ruhiyyat s my ruhiyyat 1 Insanin psixikasindan psixi fealiyyetinin proses ve qanunauygunluqlarindan behs eden elm 2 Bu elmin mezmununu tefsir eden fenn http web2 anl az 81 read page php bibid 142693 amp pno 18 2023 05 08 at the Wayback Machine Ictimai iqtisadi istilahati elmiyye lugeti Metn muqeddime E E Seidzade Baki 1922 s 33 MenbePSIXOLOGIYANIN BIR ELM KIMI XARAKTERISTIKASI 2011 06 13 at the Wayback MachineEdebiyyatBayramov E S Elizade E E Psixologiya Baki 2003 Seyidov S I Hemzeyev M E Psixologiya Baki 2007 Nemov R S Psihologiya M 2001 Maklakov S Ya Obshaya psihologiya M 2006 Geppenrejter Yu Vvedenie v psihologii M 1996Xarici kecidler