Nazim Əsədulla oğlu Rzayev (14 fevral 1925, Bakı – 2 may 2006, Əskişəhər) — Azərbaycan dirijoru, Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin rəhbəri, Azərbaycan SSR xalq artisti (1977), SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı, professor (1985).
Nazim Rzayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Əskişəhər, Türkiyə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, konsertmeyster, pedaqoq |
Janr | klassik musiqi |
Musiqi aləti | skripka |
Təhsili | Moskva Dövlət Konservatoriyası (1951) |
Mükafatları | |
Həyat və yaradıcılığı
Nazim Rzayev 14 fevral 1925-ci ildə Bakıda anadan olmuşdur. 1951-ci ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını skripka üzrə (professor [ru] sinfi) bitirmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestrin konsertmeysteri və Azərbaycan Dövlət Konservatoriyasında kamera sinfi üzrə müəllim vəzifəsində işləmişdir. 1958-ci ildə ifaçılıqdan dirijorluğa keçmişdir. Bir il sonra Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün hazırlanmasında fəal iştirak etmişdir.
Nazim Rzayev 1961–1963-cü illərdə SSRİ xalq artisti [ru] rəhbərliyi ilə Moskvanın Böyük Teatrında dirijorluq təcrübəsi keçmişdir. Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının opera studiyasına rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə studiyada Çimarozanın "Gizli nikah", Üzeyir Hacıbəyovun "Koroğlu" və Fikrət Əmirovun "Sevil" operaları tamaşaya qoyulmuşdur. Nazim Rzayev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin fəaliyyətində də yaxından iştirak etmişdir. Onun dirijorluğu ilə Bethoven, Çaykovski, Brams, R. Ştraus, Qara Qarayev, Fikrət Əmirov və başqa bəstəkarların əsərləri ifa olunmuşdur.
Nazim Rzayev 1964-cü ildə Azərbaycan televiziyası və radiosunun kamera orkestrinin bədii rəhbəri və baş dirijoru işləməyə başlamışdır. Onun rəhbərlik etdiyi bu orkestrin Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, Qara Qarayevin "Yeddi gözəl" baletində Aişənin rəqsi və "İldırımlı yollarla" baletindən qızlar rəqsini ifa etmişdir. Sonralar dirijorun repertuarında Qara Qarayevin Üçüncü simfoniyası və Klassik süitası, Fikrət Əmirovun "Nizami" simfoniyası, "Gülüstan-Bayatı-Şiraz" muğamı və "Min bir gecə" baleti mühüm yer tutmuşdur.
Nazim Rzayev rəhbərlik etdiyi kamera orkestri ilə SSRİ-nin bir sıra şəhərlərində, xarici ölkələrdə qastrolda olmuşdur. O, 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olmuşdur. Fəaliyyətinin sonrakı illərində isə Türkiyədə işləmişdir.
Dirijor pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1968-ci ildə dosent, 1985-ci ildə professor adlarını almışdır.
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 iyun 1977
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958
- SSRİ Dövlət mükafatı — 6 noyabr 1980 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Min bir gecə" baletinə görə)
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1974 (M. F. Axundov adına AzDAOBT-da Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasına görə)
- — 9 iyun 1959
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 9 dekabr 1966, 7 iyul 1967, 24 fevral 1979, 14 iyun 1985
Filmoqrafiya
Dirijoru olduğu filmlər
- Arşın mal alan (film, 1965)
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Əmək və qızılgül (film, 1962)
- Gilas ağacı (film, 1972)
- Göyçək Fatma (film, 1973)
- İntibah (film, 1972)
- Qaraca qız (film, 1966)
- Qəzəlxan (film, 1991)
- Qızıl qaz (film, 1972)
- Mən ki gözəl deyildim (film, 1968)
- Mücrü (film, 1973)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
İstinadlar
- РЗАЈЕВ Назим Әсәдулла оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 145.
- Тофиг Бакыханов. Јүксәк сәвијјәли мусигичи // Коммунист. № 138 (19709). 16 ијун 1985-ҹи ил. С. 3.
- Рзајев Назим Әсәдулла оғлу // Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. сәһ. 154.
- РЗА́ЕВ Назим Асадулла оглы // Музыкальный энциклопедический словарь. Москва: Советская энциклопедия. Гл. ред. Г. В. Келдыш. 1990. ст. 460. ISBN . 150 000 экз.
- RZAYEV Nazim Əsədulla oğlu // Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 182. ISBN .
- "Tanınmış Azərbaycan dirijoru Nazim Rzayev Türkiyədə dünyasını dəyişib". trend.az. 2 may 2006. 27 noyabr 2020 tarixində . İstifadə tarixi: 27 noyabr 2020.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nazim Esedulla oglu Rzayev 14 fevral 1925 Baki 2 may 2006 Eskiseher Azerbaycan dirijoru Azerbaycan televiziyasi ve radiosunun kamera orkestrinin rehberi Azerbaycan SSR xalq artisti 1977 SSRI 1980 ve Azerbaycan 1974 Dovlet mukafatlari laureati professor 1985 Nazim RzayevUmumi melumatlarDogum tarixi 14 fevral 1925Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 2 may 2006 81 yasinda Vefat yeri Eskiseher TurkiyeMusiqici melumatlariFealiyyeti dirijor konsertmeyster pedaqoqJanr klassik musiqiMusiqi aleti skripkaTehsili Moskva Dovlet Konservatoriyasi 1951 Mukafatlari 1977 1980 1974 1959Heyat ve yaradiciligiNazim Rzayev 14 fevral 1925 ci ilde Bakida anadan olmusdur 1951 ci ilde P I Caykovski adina Moskva Dovlet Konservatoriyasini skripka uzre professor ru sinfi bitirmisdir Bakiya qayitdiqdan sonra Azerbaycan Dovlet Akademik Opera ve Balet Teatrinda orkestrin konsertmeysteri ve Azerbaycan Dovlet Konservatoriyasinda kamera sinfi uzre muellim vezifesinde islemisdir 1958 ci ilde ifaciliqdan dirijorluga kecmisdir Bir il sonra Moskvada kecirilen Azerbaycan edebiyyati ve inceseneti ongunluyunun hazirlanmasinda feal istirak etmisdir Nazim Rzayev 1961 1963 cu illerde SSRI xalq artisti ru rehberliyi ile Moskvanin Boyuk Teatrinda dirijorluq tecrubesi kecmisdir Bakiya qayitdiqdan sonra Azerbaycan Dovlet Konservatoriyasinin opera studiyasina rehberlik etmisdir Onun rehberliyi ile studiyada Cimarozanin Gizli nikah Uzeyir Hacibeyovun Koroglu ve Fikret Emirovun Sevil operalari tamasaya qoyulmusdur Nazim Rzayev Uzeyir Hacibeyov adina Azerbaycan Dovlet Simfonik Orkestrinin fealiyyetinde de yaxindan istirak etmisdir Onun dirijorlugu ile Bethoven Caykovski Brams R Straus Qara Qarayev Fikret Emirov ve basqa bestekarlarin eserleri ifa olunmusdur Nazim Rzayev 1964 cu ilde Azerbaycan televiziyasi ve radiosunun kamera orkestrinin bedii rehberi ve bas dirijoru islemeye baslamisdir Onun rehberlik etdiyi bu orkestrin Uzeyir Hacibeyovun Sensiz romansi Qara Qarayevin Yeddi gozel baletinde Aisenin reqsi ve Ildirimli yollarla baletinden qizlar reqsini ifa etmisdir Sonralar dirijorun repertuarinda Qara Qarayevin Ucuncu simfoniyasi ve Klassik suitasi Fikret Emirovun Nizami simfoniyasi Gulustan Bayati Siraz mugami ve Min bir gece baleti muhum yer tutmusdur Nazim Rzayev rehberlik etdiyi kamera orkestri ile SSRI nin bir sira seherlerinde xarici olkelerde qastrolda olmusdur O 1984 1985 ci iller teatr movsumunde Ankara Dovlet Opera ve Balet Teatrinda Uzeyir Hacibeyovun Arsin mal alan musiqili komediyasinin quruluscu dirijoru olmusdur Fealiyyetinin sonraki illerinde ise Turkiyede islemisdir Dirijor pedaqoji fealiyyetle de mesgul olmus 1952 ci ilden Azerbaycan Dovlet Konservatoriyasinda ders demisdir 1968 ci ilde dosent 1985 ci ilde professor adlarini almisdir Nazim Rzayev 2 may 2006 ci ilde Eskiseherde vefat etmisdir Teltif ve mukafatlari Azerbaycan SSR xalq artisti fexri adi 29 iyun 1977 Azerbaycan SSR emekdar artisti fexri adi 26 aprel 1958 SSRI Dovlet mukafati 6 noyabr 1980 M F Axundov adina AzDAOBT da Fikret Emirovun Min bir gece baletine gore Azerbaycan SSR Dovlet mukafati 26 aprel 1974 M F Axundov adina AzDAOBT da Fikret Emirovun Nesimi dastani xoreoqrafik poemasinin tamasasina gore Seref nisani ordeni 9 iyun 1959 Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fexri fermani 9 dekabr 1966 7 iyul 1967 24 fevral 1979 14 iyun 1985FilmoqrafiyaDirijoru oldugu filmler Arsin mal alan film 1965 Biri vardi biri yoxdu film 1967 Bizim Cebis muellim film 1969 Emek ve qizilgul film 1962 Gilas agaci film 1972 Goycek Fatma film 1973 Intibah film 1972 Qaraca qiz film 1966 Qezelxan film 1991 Qizil qaz film 1972 Men ki gozel deyildim film 1968 Mucru film 1973 Torpaq Deniz Od Sema film 1967 Yasamaq gozeldir qardasim film 1966 IstinadlarRZAЈEV Nazim Әsәdulla oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә VIII ҹild Prado Sprint Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1984 S 145 Tofig Bakyhanov Јүksәk sәviјјәli musigichi Kommunist 138 19709 16 iјun 1985 ҹi il S 3 Rzaјev Nazim Әsәdulla oglu Үzeјir Һaҹybәјov ensiklopediјasy Baky Azәrbaјҹan nәshriјјaty Elmi redaksiјa shurasynyn sәdri N S Ibraһimov 1996 sәһ 154 RZA EV Nazim Asadulla ogly Muzykalnyj enciklopedicheskij slovar Moskva Sovetskaya enciklopediya Gl red G V Keldysh 1990 st 460 ISBN 5 85270 033 9 150 000 ekz RZAYEV Nazim Esedulla oglu Uzeyir Hacibeyov ensiklopediyasi Baki Serq Qerb 2007 seh 182 ISBN 978 9952 34 075 4 Taninmis Azerbaycan dirijoru Nazim Rzayev Turkiyede dunyasini deyisib trend az 2 may 2006 27 noyabr 2020 tarixinde Istifade tarixi 27 noyabr 2020