Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, Dağlıq Qarabağ) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.
Məmmədqulu Şuşinski | |
---|---|
| |
Ümumi məlumatlar | |
Digər adı | Məhəmmədqulu Şuşinski |
Ləqəbləri | Dabbax Məmmədqulu Dabbax Məhəmmədqulu |
Doğum tarixi | 1874 |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | mart 1929 |
Vəfat yeri | Şuşa, DQMV, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-xanəndə |
Fəaliyyət illəri | 1893–1929 |
Janrlar | muğam, xalq mahnısı |
Musiqi aləti | qaval |
Musiqi şirkəti | Ekstrafon[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.
Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.
Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir. O, tarzən Tatevos Arutyunovla ifa etmiş, bir neçə dəfə İran məclislərinə dəvət olunmuşdur.
1913-cü ildə Şəkili Ələsgər, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev və Seyid Şuşinski ilə birgə "Ekstrafon" aksioner şirkəti tərəfindən Kiyev şəhərinə dəvət olunan Məmmədqulu tarzən Arsen Yaramışev və kamançaçalan Moses Quliyansın müşayiəti ilə "Bayatı-Kürd", "Zabul-Segah", "Kürdü-Şahnaz", "Qatar", "Hasar", "Müxalif", "Qarabağ şikəstəsi", "Heyratı" muğamlarını, "Axşam oldu" təsnifini qrammafon vallarına yazdırmışdır.
Xanəndə Məmmədqulu Şuşinski 1929-cu ilin mart ayında Şuşada 55 yaşında vəfat etmişdir.
İstinadlar
- Фиридун Шушински. Даббах Мәммәдгулу // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 164–168.
- Firidun Şuşinski. Dabbaq Məhəmmədqulu // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 408–412. ISBN .
Xarici keçidlər
Həmçinin bax
- Musa Şuşinski (Məmmədqulunun bacısı oğlu)
- Qasım Abdullayev
- Davud Səfiyarov
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmedqulu Mehemmedqulu Susinski ve ya Dabbax Memmedqulu Mehemmedqulu 1874 Susa mart 1929 Susa Dagliq Qarabag XIX XX esr Azerbaycan mugenni xanendesi Qarabag mugam mektebinin numayendesi Memmedqulu SusinskiMemmedqulu Susinskinin 1915 ci ilde buraxilmis Ekstrafon valindaki sekliUmumi melumatlarDiger adi Mehemmedqulu SusinskiLeqebleri Dabbax Memmedqulu Dabbax MehemmedquluDogum tarixi 1874Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi mart 1929Vefat yeri Susa DQMV Azerbaycan SSR ZSFSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIMusiqici melumatlariFealiyyeti mugenni xanendeFealiyyet illeri 1893 1929Janrlar mugam xalq mahnisiMusiqi aleti qavalMusiqi sirketi Ekstrafon d Vikianbarda elaqeli mediafayllarHeyat ve yaradiciligiMemmedqulu 1874 cu ilde Susa seherinde yerlesen Ayaqyalin qurdlar Kicik qurdlar mehellesinde dabbaq ailesinde dogulmusdur O ailesi kimi dabbaqliqla mesgul oldugu ucun Dabbax Memmedqulu leqebi ile cagirilmisdir Ilk tehsilini Susada Kor Xelifenin hucresinde alan Memmedqulu tarzen Susulu Qrikorun destesine qosulmusdur Atasi terefinden Mir Mohsun Nevvabin mektebine gonderilen Memmedqulu burada uc il mugam dersleri kecmis 19 yasinda olarken Qarabagin musiqi meclislerinde xanendelik etmeye baslamisdir 20 yasinda olarken o tarzen Qrikor qarmoncu Isi beyle meclislerde istirak etmis Qarabag sikestesi ni ozunemexsus sekilde oxumusdur Memmedqulunun xanendeliyik senetinin formalasmasinda XIX esr mugennisi Sahsenem oglu Deli Ismayilin ve tarzen Susulu Qrikorun komeyi olmusdur Deli Ismayil onun zil sesini zengulelerini nezere almis ona ilk once major ruhlu mugamlari elelxusus Hasar Muxalif Kurdu Sahnaz Heyrati kimi uzun nefes davamli zengule teleb eden mugamlari oyretmisdi Malibeyli Hemid de Memmedqulunun ifaciliq istiqametinin mueyyenlesmesinde rol oynamisdir Onlarin dostluq elaqeleri neticesinde Memmedqulu Gence Sirvan ve Tiflis meclislerinde taninmaga baslamisdir Tiflis meclislerinin birinde Memmedqulu ile yaxindan tanis olan Bulbulcan bir nece il erzinde Tiflisde devet olundugu meclislere onu ozu ile aparmisdir Memmedqulu 1905 ci ilden sonra Susaya qayitmis ve yeniden Susa meclislerinde istirak etmeye davam etmisdir O tarzen Tatevos Arutyunovla ifa etmis bir nece defe Iran meclislerine devet olunmusdur 1913 cu ilde Sekili Elesger Kececioglu Mehemmed Islam Abdullayev ve Seyid Susinski ile birge Ekstrafon aksioner sirketi terefinden Kiyev seherine devet olunan Memmedqulu tarzen Arsen Yaramisev ve kamancacalan Moses Quliyansin musayieti ile Bayati Kurd Zabul Segah Kurdu Sahnaz Qatar Hasar Muxalif Qarabag sikestesi Heyrati mugamlarini Axsam oldu tesnifini qrammafon vallarina yazdirmisdir Xanende Memmedqulu Susinski 1929 cu ilin mart ayinda Susada 55 yasinda vefat etmisdir IstinadlarFiridun Shushinski Dabbah Mәmmәdgulu Azәrbaјҹan halg musigichilәri Baky Јazychy 1985 S 164 168 Firidun Susinski Dabbaq Mehemmedqulu Azerbaycanin musiqi xezinesi Baki Vetenoglu 2015 S 408 412 ISBN 978 9952 8283 8 2 Xarici kecidler Memmedqulu Susinski Gozelim sensenHemcinin baxMusa Susinski Memmedqulunun bacisi oglu Qasim Abdullayev Davud Sefiyarov