Məhəmməd ağa Şahtaxtinski və ya Məhəmməd ağa Şahtaxtlı (az-əbcəd. محمد آغا شاه تختینسقی; 1846, Şahtaxtı, Naxçıvan qəzası, Gürcüstan-İmeretiya quberniyası, Rusiya imperiyası – 12 dekabr 1931, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan publisisti, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim. Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü, Bakı Dövlət Universitetinin professoru (1920).
Məhəmməd ağa Şahtaxtinski | |
---|---|
az-əbcəd. محمد آغا شاه تختینسقی | |
Doğum tarixi | 1846 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1931 |
Vəfat yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtlı (Şahtaxtinski) 1846-cı ildə Şahtaxtı kəndində anadan olmuşdur. Lüsyen Buvanın "Məhəmməd ağa Şahtaxtinski" məqaləsində, "XX əsrin ensiklopediyası"nda göstərilir ki, M.Şahtaxtlı 1848-ci ildə İrəvanda, "Dövlət Dumasının üzvləri. 2-ci çağırış" soraq kitabında 1851-ci ildə anadan olduğu qeyd edilir. Fransız mənbələrində ədibin anadan olduğu yerin adı səhv olaraq Şahtaxtı kəndinin yerləşdiyi quberniyanın (Şahtaxtı kəndi 1849-cu ildə yaradılmış İrəvan quberniyasının tərkibində olmuşdur) adı ilə əvəzlənmişdir. Anadan olduğu tarix də düzgün göstərilməmişdir. Naxçıvan qəzası polis idarəsinin M.Şahtaxtinski barəsində hazırladığı sənəddə ədibin anadan olma tarixi 1846-cı il göstərilir.
Araz sahilində yerləşən Şahtaxtı kəndi özünün adlı-sanlı adamları ilə tanınmışdır. Bu kənd İsa Sultan, Əbülfət ağa, Həmid bəy, Heydər bəy, Sadıq ağa, Behbud ağa, Baxşəli bəy Şaxtaxtinskilər kimi siyasi, hərbi və maarif xadimlərinin Vətəni olmuşdur. Məhəmməd ağanın ata babası Ağagir ağa Qacarlar hakimiyyəti vaxtında bəylik rütbəsi qazanmış varlı əyanlardan biri idi. Ədibin atası Məhəmmədtağı Şahtaxtlı isə bu nəsil arasında ilk dəfə olaraq sultan rütbəsi və "Şahtaxtinski" titul hüququ qazanmışdır. Sonradan bu fəxri bir ad kimi irsən ailə üzvlərinə də keçmişdir.
İlk təhsilini o zaman Naxçıvanda məşhur ruhani ziyalılarından Hacı Mirzə Məhəmmədəlinin yanında almış, fars, ərəb dillərini, hüsnxətt öyrənmiş, xəttatlıq ilə məşğul olmuş, sonra isə təhsilini Naxçıvandakı yeganə rus-tatar məktəbində davam etdirmişdir. 1860-cı ildə məktəbi bitirərək 14 yaşında ikən Tiflis klassik gimnaziyasında təhsilini davam etdirib. Kiçik yaşlarından Şərq dillərini mənimsəməsi, çalışqanlığı və dərin hafizəsi ilə gimnaziya tələbələri arasında seçilən M.Şahtaxtlı təhsilini müvəffəqiyyətlə bitirib Peterburqa yollanır. Məhəmməd ağa burada Şərq dillərini kamil mənimsəməklə bərabər Avropa dillərini, xüsusən, alman dilini öyrənir. Leypsiqə gedən bir dəstə rus ziyalısına qoşularaq Almaniyaya gedir. Leypsiq Universitetinə müvaffəqiyyətlə imtahan vermiş və 1871-ci ildə fəlsəfə, tarix və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Burada Məhəmməd ağa Şahtaxtlıya V.Drobin, K.V.H.Masius, H.L.Fleyşer, V.Hanke, F.Qsarnke, O.F.Pespel kimi o zaman Almaniyanın hüdudlarından uzaqlarda belə böyük şöhrət qazanmış alimlər dərs deyirdi. Lüsyen Buvanın "Revue du monde musulman" jurnalında yazdığına görə:
1872-ci ildən Leypsiqdə tələbə yoldaşı cənab Martin Hartmanla Fleyşerin mühazirələrini dinləyir. Oradan Berlinə, sonra Parisə gedir. Burada bizim Şərq Dilləri Məktəbində mühazirələr dinləyir və dilimizi hərtərəfli öyrənir. |
1873–1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib.
M.Şahtaxtlı 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir və ata mülkünün bir hissəsini 18 min manata satır.
1899–1902-ci illlərdə Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində təhsil alır. Bu dövrdə Tiflisə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist şəxsi mətbəəsini qurur, 1903–1905-ci illərdə orada "Şərqi-rus" qəzetini nəşr etdirir. 1906-cı ildə isə həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır.
1907-ci ildə İrəvan quberniyasından Dövlət Dumasına millət vəkili seçilir.
1909–1912-ci illərdə Rusiya İmperiyasının Türkiyədəki səfirliyində tərcüməçi-jurnalist olan M.Şahtaxtlı sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası tərəfindən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı professoru idi. M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.
Fəaliyyəti
Publisistikası
Məhəmməd Şahtaxtlı dövrünün tanınan ictimai xadimi, filosofu olmaqla yanaşı, istedadlı jurnalist kimi tanınırdı. Onun publisistik yaradıcılığı XIX əsrin sonu, XX əsrin əvvəllərində baş verən ictimai-siyasi prosesləri, zəmanənin bütün ağrılı məsələlərini özündə ehtiva edir. O, jurnalistlik fəaliyyətinə "Moskovskyevedomosti" qəzetində başlayıb. Ümumiyyətlə, Məhəmməd Şahtaxtlının dünyagörüşü şərq və qərb arasında yaşanan, mədəni texniki-inqilabi ziddiyyətlər fonunda formalaşmışdı. Onun formalaşdığı mühitdən bəhs edərkən islam dini ilə bağlı məsələləri də yaddan çıxarmaq olmaz, ən azından ona görə ki, Şahtaxtlı islam tarixini, fəlsəfəsini çox gözəl bilirdi. Azərbaycan sovet dönəminin mətbu araşdırıcıları M.Şahtaxtlının dünyagörüşündəki ziddiyyətli məqamları onun islam dininə bağlılığı ilə əlaqələndirirdilər. M.Şahtaxtlı islamı tək dini inanc kimi deyil, sosial-psixoloji yaşantı və fəlsəfi dünyagörüş kimi dəyərləndirirdi.
M.Şahtaxtlının sosial məzmunlu əsərləri içərisində görkəmli İran maarifçisi, publisist və dövlət xadimi Mirzə Mülküm xana (1833–1908) həsr olunmuş beş məqaləsini xüsusilə fərqləndirmək lazımdır. Bu silsilə yazılarda maraqlı taleyi olan, zəmanəsinin qabaqcıl adamlarından biri kimi tanınan, ziyalı və vətəndaş mövqeyi ilə seçilən, M.F.Axundovla uzun illər dostluq əlaqələri saxlayan diplomat Mirzə Melkum xanın müfəssəl tercümeyi-halı verilmişdi. Mirzə Melkum xan XIX əsrin sonları, XX əsrin əvvəllərində İran həyatının yeniləşməsi, avropalaşması uğrunda mübarizə aparan görkəmli maarifçi və dövlət xadimi idi. İran cəmiyyətinin həyatında mütərəqqi dəyişikliklərə nail olmaq Mirzə Mülküm xanın ən böyük arzularından biri idi. İnkişaf etmiş ölkələrin köməyi olmadan bu cür inkişafa heç cürə nail olmağın mümkünsüzlüyünü o, öz əsərlərində yazır və İran gənclərinin kütləvi surətdə xarici ölkələrdə ali təhsil almağa göndərmək ideyasını irəli sürürdü. M.Şahtaxtlı Mirzə Mülküm xanı "ziyalı fars" adlandıraraq, onun tərəqqi və mədəniyyət uğrunda mübarizəsinə dəstək verirdi.
M.Şahtaxtlı uzun müddət islamın təriqət, məzhəb ayrılığına qarşı çıxış edərək, ilkin islam ideyasının tərəfdarı olaraq qalmışdı. O, islamın saflığı, tərəqqisi uğrunda böyük bir hərəkatın başında dayanan Şeyx Cəmaləddin Əfqaniyə, onun dünyagörüşünə, fəaliyyətinə ayrıca bir məqalə həsr etmişdi. Azərbaycanlı publisist Şeyx Cəmaləddin Əfqaninin dünyagörüşünü, əqli qabiliyyətini, fəaliyyətini yüksək qiymətləndirir, onun fəlsəfə və tarix sahəsində hətta E.Renan kimi tanınmış Avropa alimlərini heyrətə gətirdiyini yazırdı. Renanın Əfqani haqqındakı fikirləri də Şahtaxtlının məqaləsində sitat kimi istifadə olunmuşdu:
Bu adamla (Cəmaləddin nəzərdə tutulur) söhbət edərkən mən düşündüm ki, əsərlərini uzun müddət böyük bir məhəbbətlə öyrəndiyim Fərabi, İbn Sina kimi filosoflar yenidən həyata qayıdıblar. Cəmaləddini görəndə mən müsəlman Şərqində fəlsəfi əqlin intibahına bir daha inanıram. |
Qeyd etmək lazımdır ki, həmin dövrdə Cəmaləddin Əfqaninin yaşadığı Əfqanıstan islamın öz ilkinliyini, "saflığını" qoruyub saxladığı, heç bir islahata uğramadığı azsaylı ölkələrdən idi. Əfqaninin islamı modernləşdirmək istəkləri, bu yöndəki fəaliyyəti M.Şahtaxtlı tərəfindən yüksək qiymətləndirilsə də, ancaq Azərbaycanlı publisist panislamizmi qəbul etmir, tənqid edirdi. M.Şahtaxtlının maarifçilik ideyaları içərisində xalqın mədəniyyətinin təməl daşı olan əlifba, təkmilləşdirilmiş milli yazı sistemi uğrundakı mübarizəsi xüsusi yer tutur. Düzdür, onun bu ideyası dövrün bəzi ziyalıları, xüsusən İsmayıl bəy Qaspralı, Ömər Faiq Nemanzadənin tənqidlərinə tuş gəlirdi. M.Şahtaxtlı Türkiyənin ictimai-siyasi həyatına daha yaxından bələd olduğu üçün bir neçə əsərini də bu ölkənin həyatına həsr etmişdir. Onun 1901-ci ildə Fransada çap etdirdiyi "Türkiyəni necə xilas etməli" fəlsəfi traktatı yalnız öz dövrü üçün deyil, bu gün və sabah üçün də dəyər kəsb edir. Osmanlı imperatorluğunun tənəzzülü və yeni Türkiyənin yaradılması ideyası bu əsərin ana xəttidir. Müəllif Osmanlı İmperatorluğunun tənəzzül səbəbinin köklərini Sultan Süleymanın məmləkətin müxtəlif yerləri ndə yaşayan, öz əyalətini mülki və hərbi qüvvələrini tam əldə saxlayan bütün şahzadələri saraya yığmasında və beləliklə onların idarəçilik təcrübəsinin məhv edilməsində görür. Gələcək hökmdar, şahzadə əyaləti tərk edir, sarayda yaşamaqla məmləkətin işlərindən xəbərsiz olur və tamamilə idarəçilikdən uzaqlaşır. Müəllif böyük təəssüf hissiylə yazırdı:
Budur, üç əsrdir ki, heç bir sultan, heç bir imperiya şahzadəsi dəniz limanlarına, hətta Türkiyənin ən əhəmiyyətli limanlarına belə baş çəkməmişlər. Aydındır ki, donanmanın rəhbərliyindən, danışmağa belə dəyməz. Heç bir sultan nə ciddi bir milli, siyasi, dini, hərbi və ictimai qüvvəyə, nə də lazımi bilik və təcrübəyə malik deyildir. |
İmperatorluğun həmin dövr üçün ağır vəziyyəti yalnız bunlarla bitmir. Ən dəhşətlisi odur ki, hakimiyyət sahibi olan Sultan Əbdülhəmid məmləkətin bütün tarixi şəxsiyyətlərini, düşünən beyinlərini məhv edirdi. M.Şahtaxtlı bu fəlsəfi traktatda Türkiyəni xilas etməyin yolları və üsullarını da göstərir. Beləliklə o, Türkiyə modelini düşüncəsinə uyğun şəkildə qurur və yazırdı:
Əgər Türkiyə öz mövcudluğunu qoruyub-saxlamaq istəyirsə, o elə bir hökumət təşkil etməlidir ki, həmin hökumət nəinki namuslu olub milli marağın qayğısına qalmalıdır, həm də savadlı olmalı, ölkədə ictimai-siyasi inkişafı təmin etmək üçün böyük enerjiyə sahib olmalıdır. Bunlarsız milli istiqlaliyyəti qoruyub saxlamaq qeyri-mümkündür.Bu, Türkiyənin Avropalaşmasıdır. Müəllif həmin prinsipin qaçılmazlığını, labüdlüyünü şərh edərək yazırdı: "Həqiqətən, milli istiqlaliyyətin yükü bizim dövrümüzdə elə ağırlaşıb ki, onu Avropa mədəniyyətinin köməyi olmadan daşımaq mümkün deyil. |
M.Şahtaxtlı M.F.Axundovdan başlayan maarifçilik hərəkatının davamçısı olaraq milli düşüncə, yeni məktəb, yeni əlifba və mətbuatın yaradılmasında əzmlə çalışırdı. Şübhəsiz, M.Şahtaxtlı bütün bunları Zaqafqaziya müsəlmanlarının necə
adlandırılmasından başlayırdı və milli düşüncəyə yeni əhvali-ruhiyyə gətirirdi. O, bu xüsusda "Kaspi" qəzetinin 1891-ci il 93-cü sayında yazırdı: "Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışlar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz. Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olardı". M.Şahtaxtlının "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?" məqaləsini azərbaycanşünaslığın ilk bünövrələrindən hesab etmək olar.
Əsərləri
- Təkmillənmiş müsəlman əlifbası (rus. Усовершенствованная мусульманская азбука). Tiflis: Tomsonun litoqrafiyası, 1879;
- Türkiyəni necə xilas etməli? (fr. Comment sauver la Turquie ?). Paris: impr. de J. Gainche, 1901;
- Sövti Şərq yazısı. Xırda Azərbaycan əlifbası (rus. Фонетическое восточное письмо. Маленькая азербайджанская азбука (объяснение по-русски) və rus. Фонетическое восточное письмо. Маленькая азербайджанская азбука (объяснение по-тюркски)). Tiflis, 1902;
- Sövti Şərq əlifbası (az-əbcəd. صوتی شرق الفباسی; rus. Фонетическая восточная азбука). Tiflis, 1902;
- Xətti-Məhəmməd ağa (az-əbcəd. خط محمد آغا). Tiflis: E.Xeladze mətbəəsi, 1903;
- Fonetik əlifba üçün izahedici qeyd (rus. Пояснительная записка о фонетической азбуке). Tiflis: Gürcü şirkətinin mətbəəsi, 1903.
Mənbə
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддə]. Бакы: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 1976. C. 10. S. 481. 6265 s.
- ШАҺТАХТЛЫ, Мәһәммәд аға // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 481.
- . Naxçıvanın Görkəmli Şəxsiyyətləri. Archived from the original on 2023-04-08. İstifadə tarixi: 2023-08-08.
- Novruzov, 1967. səh. 60–61
- Novruzov, 1988. səh. 17
- Lucien Bouvant. "Mohammed Aga Schahtakhtinsky". Revue du monde musulman (fransız). II. 1907: 583–584. 2023-01-15 tarixində . İstifadə tarixi: 2023-01-14.
- Larousse du XXe siècle (fransız). Tome II. Paris: Éditions Larousse. 1926. səh. 103.
- Члены Государственной думы (портреты и биографии). Второй созыв (rus) (2-е изд.). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 478. 2023-08-03 tarixində . İstifadə tarixi: 2023-01-20.
- Əliyev, 1999. səh. 60
- Əliyev, 1999. səh. 60–61
- Novruzov, 1988. səh. 18
- Əliyev, 1999. səh. 61
- Əliyev, 1999. səh. 61–62
- Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 93. 2019-07-12 tarixində (PDF). İstifadə tarixi: 2023-10-13.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 279.
- Zeynalzadə Ağarəfi. Azərbaycan mətbuatı və çar senzurası. (1850–1905). Bakı,."Elm", 2006.
- Talıbzadə Kamal. Ədəbi irs və varislər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1974.
- Hüseynov Şirməmməd. Mətbu irsimizdən səhifələr. Bakı. "Çənlibel", 2007.
- Məmməd Məmmədov. İdeal qardaşları. Bakı, "Azəməşr". 1967.
- Mirzəbala Məhəmmədzadə. Azərbaycan türk mətbuatı (Ərəb əlifbasından çevirmə, tərtib, ön soz, qeydlər və lüğət Alxan Bayramoğlunundur). Bakı Universiteti Nəşriyyatı, 2004.
Ədəbiyyat
- Şövqi Novruzov. "Şərqi Rus" qəzeti. Namizədlik dissertasiyası. Bakı, 1967.
- Şövqi Novruzov. Məhəmməd ağa Şahtaxtlı // Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri. Bakı: Azərnəşr. 1967.
- Кямаля Зейналова. Литературно-публицистическая деятельность М. Шахтинского в русской периодической печати : диссертация кандидата филологических наук. Баку, 1984.
- Şövqi Novruzov. "Şərqi Rus"un çağırışı. Bakı: Yazıçı. 1988.
- Кямаля Зейналова. Мухаммед Ага Шахтахтинский в русской периодической печати. Баку: Седа. 1995.
- Əsgər Əliyev. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-Fransa ədəbi əlaqələri: (Məhəmməd ağa Şahtaxtinski yaradıcılığında). Namizədlik dissertasiyası. Naxçıvan, 1998.
- Əsgər Əliyev. Elmin Eyfel qülləsi. Bakı: Ağrıdağ. 1999.
- Məhəmməd ağa Şahtaxtlı: taleyi və sənəti (məqalələr). Bakı: Nurlan, 2008.
- İsa Həbibbəyli. Məhəmməd ağa Şahtaxtlı. Bakı: Elm və təhsil, 2011.
- Samirə Həsənova. Məhəmməd Ağa Şahtaxtlının dilçilik görüşləri. Filol. üzrə fəls. d-ru dissertasiyası. Naxçıvan, 2012.
- Təranə Abdullayeva. Azərbaycan ədəbi fikrində qərbçilik meylləri (XX əsrin əvvəlləri). Bakı: AVROPA, 2014.
- Təranə Abdullayeva. Məhəmməd ağa Şahtaxtlı və Yaxın Şərq. Bakı: AVROPA. 2016.
- Əbülfəz Quliyev. Məhəmməd Ağa Şahtaxtlının publisistikası. Bakı: Elm və təhsil. 2016.
- Əbülfəz Quliyev, Samirə Həsənova. Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir. Naxçıvan: Əcəmi, 2017.
- Fəridə Xudiyeva. Məhəmməd ağa Şahtaxtlının maarifçilik fəaliyyəti və pedaqoji ideyaları. Doktorluq dissertasiyası. Bakı, 2022.
Həmçinin bax
Xarici keçidlər
- Kəlbizadə E., Hacıyev İ. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s.[ölü keçid]
- Yafəz Əkrəmoğlu. "«Yeni tarix»dən adı silinən şəxsiyyət - M. Şahtaxtinski" (az.). azadliq.org. 2011-04-11. İstifadə tarixi: 2014-10-20.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed aga Sahtaxtinski ve ya Mehemmed aga Sahtaxtli az ebced محمد آغا شاه تختینسقی 1846 Sahtaxti Naxcivan qezasi Gurcustan Imeretiya quberniyasi Rusiya imperiyasi 12 dekabr 1931 Baki Azerbaycan SSR ZSFSR SSRI Azerbaycan publisisti serqsunas dilci pedaqoq ve ictimai xadim Beynelxalq Fonetika Cemiyyeti 1899 Beynelxalq Asiya Cemiyyeti 1900 ve Rusiya Imperator Cografiya Cemiyyeti Qafqaz sobesinin 1903 heqiqi uzvu Baki Dovlet Universitetinin professoru 1920 Mehemmed aga Sahtaxtinskiaz ebced محمد آغا شاه تختینسقی Dogum tarixi 1846Dogum yeri Sahtaxti Naxcivan qezasi Gurcustan Imeretiya quberniyasi Rusiya imperiyasiVefat tarixi 12 dekabr 1931 1931 12 12 Vefat yeri Baki Azerbaycan SSR ZSFSR SSRITehsili Leypsiq Universiteti Serqi Dilleri ve Sivilizasiyalari uzre Milli Institut Praktik Ali Elmler Mektebi Vikianbarda elaqeli mediafayllarHeyatiMehemmed aga Mehemmedtagi Sultan oglu Sahtaxtli Sahtaxtinski 1846 ci ilde Sahtaxti kendinde anadan olmusdur Lusyen Buvanin Mehemmed aga Sahtaxtinski meqalesinde XX esrin ensiklopediyasi nda gosterilir ki M Sahtaxtli 1848 ci ilde Irevanda Dovlet Dumasinin uzvleri 2 ci cagiris soraq kitabinda 1851 ci ilde anadan oldugu qeyd edilir Fransiz menbelerinde edibin anadan oldugu yerin adi sehv olaraq Sahtaxti kendinin yerlesdiyi quberniyanin Sahtaxti kendi 1849 cu ilde yaradilmis Irevan quberniyasinin terkibinde olmusdur adi ile evezlenmisdir Anadan oldugu tarix de duzgun gosterilmemisdir Naxcivan qezasi polis idaresinin M Sahtaxtinski baresinde hazirladigi senedde edibin anadan olma tarixi 1846 ci il gosterilir Araz sahilinde yerlesen Sahtaxti kendi ozunun adli sanli adamlari ile taninmisdir Bu kend Isa Sultan Ebulfet aga Hemid bey Heyder bey Sadiq aga Behbud aga Baxseli bey Saxtaxtinskiler kimi siyasi herbi ve maarif xadimlerinin Veteni olmusdur Mehemmed aganin ata babasi Agagir aga Qacarlar hakimiyyeti vaxtinda beylik rutbesi qazanmis varli eyanlardan biri idi Edibin atasi Mehemmedtagi Sahtaxtli ise bu nesil arasinda ilk defe olaraq sultan rutbesi ve Sahtaxtinski titul huququ qazanmisdir Sonradan bu fexri bir ad kimi irsen aile uzvlerine de kecmisdir Ilk tehsilini o zaman Naxcivanda meshur ruhani ziyalilarindan Haci Mirze Mehemmedelinin yaninda almis fars ereb dillerini husnxett oyrenmis xettatliq ile mesgul olmus sonra ise tehsilini Naxcivandaki yegane rus tatar mektebinde davam etdirmisdir 1860 ci ilde mektebi bitirerek 14 yasinda iken Tiflis klassik gimnaziyasinda tehsilini davam etdirib Kicik yaslarindan Serq dillerini menimsemesi calisqanligi ve derin hafizesi ile gimnaziya telebeleri arasinda secilen M Sahtaxtli tehsilini muveffeqiyyetle bitirib Peterburqa yollanir Mehemmed aga burada Serq dillerini kamil menimsemekle beraber Avropa dillerini xususen alman dilini oyrenir Leypsiqe geden bir deste rus ziyalisina qosularaq Almaniyaya gedir Leypsiq Universitetine muvaffeqiyyetle imtahan vermis ve 1871 ci ilde felsefe tarix ve edebiyyat fakultesine daxil olmusdur Burada Mehemmed aga Sahtaxtliya V Drobin K V H Masius H L Fleyser V Hanke F Qsarnke O F Pespel kimi o zaman Almaniyanin hududlarindan uzaqlarda bele boyuk sohret qazanmis alimler ders deyirdi Lusyen Buvanin Revue du monde musulman jurnalinda yazdigina gore 1872 ci ilden Leypsiqde telebe yoldasi cenab Martin Hartmanla Fleyserin muhazirelerini dinleyir Oradan Berline sonra Parise gedir Burada bizim Serq Dilleri Mektebinde muhazireler dinleyir ve dilimizi herterefli oyrenir 1873 1875 ci illerde Parisde yasadiqdan sonra Tiflise qayidib 1879 cu ilde Tekmillesdirilmis muselman elifbasi layihesini hazirlayib nesr etdirib M Sahtaxtli 1894 cu ilde Azerbaycan dilinde nesr etmek istediyi qezet ve yaratmaq istediyi metbeenin avadanliqlarini almaq ucun Naxcivana gelir ve ata mulkunun bir hissesini 18 min manata satir 1899 1902 ci illlerde Fransanin Sorbon Universitetinde Ali Tecrubi Tehsil mektebinde tehsil alir Bu dovrde Tiflise qayidan gorkemli ictimai siyasi xadim publisist sexsi metbeesini qurur 1903 1905 ci illerde orada Serqi rus qezetini nesr etdirir 1906 ci ilde ise hemin metbeeni Celil Memmedquluzadeye bagislayir 1907 ci ilde Irevan quberniyasindan Dovlet Dumasina millet vekili secilir 1909 1912 ci illerde Rusiya Imperiyasinin Turkiyedeki sefirliyinde tercumeci jurnalist olan M Sahtaxtli sonraki dovrde Baki Dovlet Universitetinde serqsunas kimi calisir Bu sahedeki fealiyyetine gore universitetin Elmi Surasi terefinden ona Professor elmi adi verilir O BDU nun ilk azerbaycanli professoru idi M Sahtaxtli 12 dekabr 1931 ci ilde Baki seherinde vefat edib FealiyyetiPublisistikasi Mehemmed Sahtaxtli dovrunun taninan ictimai xadimi filosofu olmaqla yanasi istedadli jurnalist kimi taninirdi Onun publisistik yaradiciligi XIX esrin sonu XX esrin evvellerinde bas veren ictimai siyasi prosesleri zemanenin butun agrili meselelerini ozunde ehtiva edir O jurnalistlik fealiyyetine Moskovskyevedomosti qezetinde baslayib Umumiyyetle Mehemmed Sahtaxtlinin dunyagorusu serq ve qerb arasinda yasanan medeni texniki inqilabi ziddiyyetler fonunda formalasmisdi Onun formalasdigi muhitden behs ederken islam dini ile bagli meseleleri de yaddan cixarmaq olmaz en azindan ona gore ki Sahtaxtli islam tarixini felsefesini cox gozel bilirdi Azerbaycan sovet doneminin metbu arasdiricilari M Sahtaxtlinin dunyagorusundeki ziddiyyetli meqamlari onun islam dinine bagliligi ile elaqelendirirdiler M Sahtaxtli islami tek dini inanc kimi deyil sosial psixoloji yasanti ve felsefi dunyagorus kimi deyerlendirirdi M Sahtaxtlinin sosial mezmunlu eserleri icerisinde gorkemli Iran maarifcisi publisist ve dovlet xadimi Mirze Mulkum xana 1833 1908 hesr olunmus bes meqalesini xususile ferqlendirmek lazimdir Bu silsile yazilarda maraqli taleyi olan zemanesinin qabaqcil adamlarindan biri kimi taninan ziyali ve vetendas movqeyi ile secilen M F Axundovla uzun iller dostluq elaqeleri saxlayan diplomat Mirze Melkum xanin mufessel tercumeyi hali verilmisdi Mirze Melkum xan XIX esrin sonlari XX esrin evvellerinde Iran heyatinin yenilesmesi avropalasmasi ugrunda mubarize aparan gorkemli maarifci ve dovlet xadimi idi Iran cemiyyetinin heyatinda mutereqqi deyisikliklere nail olmaq Mirze Mulkum xanin en boyuk arzularindan biri idi Inkisaf etmis olkelerin komeyi olmadan bu cur inkisafa hec cure nail olmagin mumkunsuzluyunu o oz eserlerinde yazir ve Iran genclerinin kutlevi suretde xarici olkelerde ali tehsil almaga gondermek ideyasini ireli sururdu M Sahtaxtli Mirze Mulkum xani ziyali fars adlandiraraq onun tereqqi ve medeniyyet ugrunda mubarizesine destek verirdi M Sahtaxtli uzun muddet islamin teriqet mezheb ayriligina qarsi cixis ederek ilkin islam ideyasinin terefdari olaraq qalmisdi O islamin safligi tereqqisi ugrunda boyuk bir herekatin basinda dayanan Seyx Cemaleddin Efqaniye onun dunyagorusune fealiyyetine ayrica bir meqale hesr etmisdi Azerbaycanli publisist Seyx Cemaleddin Efqaninin dunyagorusunu eqli qabiliyyetini fealiyyetini yuksek qiymetlendirir onun felsefe ve tarix sahesinde hetta E Renan kimi taninmis Avropa alimlerini heyrete getirdiyini yazirdi Renanin Efqani haqqindaki fikirleri de Sahtaxtlinin meqalesinde sitat kimi istifade olunmusdu Bu adamla Cemaleddin nezerde tutulur sohbet ederken men dusundum ki eserlerini uzun muddet boyuk bir mehebbetle oyrendiyim Ferabi Ibn Sina kimi filosoflar yeniden heyata qayidiblar Cemaleddini gorende men muselman Serqinde felsefi eqlin intibahina bir daha inaniram Qeyd etmek lazimdir ki hemin dovrde Cemaleddin Efqaninin yasadigi Efqanistan islamin oz ilkinliyini safligini qoruyub saxladigi hec bir islahata ugramadigi azsayli olkelerden idi Efqaninin islami modernlesdirmek istekleri bu yondeki fealiyyeti M Sahtaxtli terefinden yuksek qiymetlendirilse de ancaq Azerbaycanli publisist panislamizmi qebul etmir tenqid edirdi M Sahtaxtlinin maarifcilik ideyalari icerisinde xalqin medeniyyetinin temel dasi olan elifba tekmillesdirilmis milli yazi sistemi ugrundaki mubarizesi xususi yer tutur Duzdur onun bu ideyasi dovrun bezi ziyalilari xususen Ismayil bey Qasprali Omer Faiq Nemanzadenin tenqidlerine tus gelirdi M Sahtaxtli Turkiyenin ictimai siyasi heyatina daha yaxindan beled oldugu ucun bir nece eserini de bu olkenin heyatina hesr etmisdir Onun 1901 ci ilde Fransada cap etdirdiyi Turkiyeni nece xilas etmeli felsefi traktati yalniz oz dovru ucun deyil bu gun ve sabah ucun de deyer kesb edir Osmanli imperatorlugunun tenezzulu ve yeni Turkiyenin yaradilmasi ideyasi bu eserin ana xettidir Muellif Osmanli Imperatorlugunun tenezzul sebebinin koklerini Sultan Suleymanin memleketin muxtelif yerleri nde yasayan oz eyaletini mulki ve herbi quvvelerini tam elde saxlayan butun sahzadeleri saraya yigmasinda ve belelikle onlarin idarecilik tecrubesinin mehv edilmesinde gorur Gelecek hokmdar sahzade eyaleti terk edir sarayda yasamaqla memleketin islerinden xebersiz olur ve tamamile idarecilikden uzaqlasir Muellif boyuk teessuf hissiyle yazirdi Budur uc esrdir ki hec bir sultan hec bir imperiya sahzadesi deniz limanlarina hetta Turkiyenin en ehemiyyetli limanlarina bele bas cekmemisler Aydindir ki donanmanin rehberliyinden danismaga bele deymez Hec bir sultan ne ciddi bir milli siyasi dini herbi ve ictimai quvveye ne de lazimi bilik ve tecrubeye malik deyildir Imperatorlugun hemin dovr ucun agir veziyyeti yalniz bunlarla bitmir En dehsetlisi odur ki hakimiyyet sahibi olan Sultan Ebdulhemid memleketin butun tarixi sexsiyyetlerini dusunen beyinlerini mehv edirdi M Sahtaxtli bu felsefi traktatda Turkiyeni xilas etmeyin yollari ve usullarini da gosterir Belelikle o Turkiye modelini dusuncesine uygun sekilde qurur ve yazirdi Eger Turkiye oz movcudlugunu qoruyub saxlamaq isteyirse o ele bir hokumet teskil etmelidir ki hemin hokumet neinki namuslu olub milli maragin qaygisina qalmalidir hem de savadli olmali olkede ictimai siyasi inkisafi temin etmek ucun boyuk enerjiye sahib olmalidir Bunlarsiz milli istiqlaliyyeti qoruyub saxlamaq qeyri mumkundur Bu Turkiyenin Avropalasmasidir Muellif hemin prinsipin qacilmazligini labudluyunu serh ederek yazirdi Heqiqeten milli istiqlaliyyetin yuku bizim dovrumuzde ele agirlasib ki onu Avropa medeniyyetinin komeyi olmadan dasimaq mumkun deyil M Sahtaxtli M F Axundovdan baslayan maarifcilik herekatinin davamcisi olaraq milli dusunce yeni mekteb yeni elifba ve metbuatin yaradilmasinda ezmle calisirdi Subhesiz M Sahtaxtli butun bunlari Zaqafqaziya muselmanlarinin nece adlandirilmasindan baslayirdi ve milli dusunceye yeni ehvali ruhiyye getirirdi O bu xususda Kaspi qezetinin 1891 ci il 93 cu sayinda yazirdi Son vaxtlar Zaqafqaziya muselmanlarina onlarin dinlerine gore yox xalqlarina gore ad vermeye calisaraq Zaqafqaziya islam ehlini Qafqazda rus dilinde tatar adlandirmaga baslamislar Amma bu yeniliyi hec cur ugurlu hesab etmek olmaz Ona gore de Zaqafqaziya muselmanlarini azerbaycanli Zaqafqaziya turk dilini ise tatar dili evezine Azerbaycan dili adlandirmaq meqsedeuygun olardi M Sahtaxtlinin Zaqafqaziya muselmanlarini nece adlandirmali meqalesini azerbaycansunasligin ilk bunovrelerinden hesab etmek olar EserleriVikimenbede Muellif Mehemmed aga Sahtaxtli ile elaqeli melumatlar var Tekmillenmis muselman elifbasi rus Usovershenstvovannaya musulmanskaya azbuka Tiflis Tomsonun litoqrafiyasi 1879 Turkiyeni nece xilas etmeli fr Comment sauver la Turquie Paris impr de J Gainche 1901 Sovti Serq yazisi Xirda Azerbaycan elifbasi rus Foneticheskoe vostochnoe pismo Malenkaya azerbajdzhanskaya azbuka obyasnenie po russki ve rus Foneticheskoe vostochnoe pismo Malenkaya azerbajdzhanskaya azbuka obyasnenie po tyurkski Tiflis 1902 Sovti Serq elifbasi az ebced صوتی شرق الفباسی rus Foneticheskaya vostochnaya azbuka Tiflis 1902 Xetti Mehemmed aga az ebced خط محمد آغا Tiflis E Xeladze metbeesi 1903 Fonetik elifba ucun izahedici qeyd rus Poyasnitelnaya zapiska o foneticheskoj azbuke Tiflis Gurcu sirketinin metbeesi 1903 MenbeIstinadlar Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹildde Baky Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 1976 C 10 S 481 6265 s ShAҺTAHTLY Mәһәmmәd aga Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 481 Naxcivanin Gorkemli Sexsiyyetleri Archived from the original on 2023 04 08 Istifade tarixi 2023 08 08 Novruzov 1967 seh 60 61 Novruzov 1988 seh 17 Lucien Bouvant Mohammed Aga Schahtakhtinsky Revue du monde musulman fransiz II 1907 583 584 2023 01 15 tarixinde Istifade tarixi 2023 01 14 Larousse du XXe siecle fransiz Tome II Paris Editions Larousse 1926 seh 103 Chleny Gosudarstvennoj dumy portrety i biografii Vtoroj sozyv rus 2 e izd Moskva Tipografiya T va I D Sytina 1907 seh 478 2023 08 03 tarixinde Istifade tarixi 2023 01 20 Eliyev 1999 seh 60 Eliyev 1999 seh 60 61 Novruzov 1988 seh 18 Eliyev 1999 seh 61 Eliyev 1999 seh 61 62 Sahverdiyev Akif Azerbaycan metbuati tarixi PDF Baki Tehsil nesriyyati 2006 seh 93 2019 07 12 tarixinde PDF Istifade tarixi 2023 10 13 Huseyn Ehmedov Azerbaycan mekteb ve pedaqoji fikir tarixi Baki Elm ve tehsil 2014 seh 279 Zeynalzade Agarefi Azerbaycan metbuati ve car senzurasi 1850 1905 Baki Elm 2006 Talibzade Kamal Edebi irs ve varisler Azerbaycan Dovlet Nesriyyati Baki 1974 Huseynov Sirmemmed Metbu irsimizden sehifeler Baki Cenlibel 2007 Memmed Memmedov Ideal qardaslari Baki Azemesr 1967 Mirzebala Mehemmedzade Azerbaycan turk metbuati Ereb elifbasindan cevirme tertib on soz qeydler ve luget Alxan Bayramoglunundur Baki Universiteti Nesriyyati 2004 Edebiyyat Sovqi Novruzov Serqi Rus qezeti Namizedlik dissertasiyasi Baki 1967 Sovqi Novruzov Mehemmed aga Sahtaxtli Celil Memmedquluzadenin naxcivanli muasirleri Baki Azernesr 1967 Kyamalya Zejnalova Literaturno publicisticheskaya deyatelnost M Shahtinskogo v russkoj periodicheskoj pechati dissertaciya kandidata filologicheskih nauk Baku 1984 Sovqi Novruzov Serqi Rus un cagirisi Baki Yazici 1988 Kyamalya Zejnalova Muhammed Aga Shahtahtinskij v russkoj periodicheskoj pechati Baku Seda 1995 Esger Eliyev XIX esrin sonu XX esrin evvellerinde Azerbaycan Fransa edebi elaqeleri Mehemmed aga Sahtaxtinski yaradiciliginda Namizedlik dissertasiyasi Naxcivan 1998 Esger Eliyev Elmin Eyfel qullesi Baki Agridag 1999 Mehemmed aga Sahtaxtli taleyi ve seneti meqaleler Baki Nurlan 2008 Isa Hebibbeyli Mehemmed aga Sahtaxtli Baki Elm ve tehsil 2011 Samire Hesenova Mehemmed Aga Sahtaxtlinin dilcilik gorusleri Filol uzre fels d ru dissertasiyasi Naxcivan 2012 Terane Abdullayeva Azerbaycan edebi fikrinde qerbcilik meylleri XX esrin evvelleri Baki AVROPA 2014 Terane Abdullayeva Mehemmed aga Sahtaxtli ve Yaxin Serq Baki AVROPA 2016 Ebulfez Quliyev Mehemmed Aga Sahtaxtlinin publisistikasi Baki Elm ve tehsil 2016 Ebulfez Quliyev Samire Hesenova Mehemmed aga Sahtaxtli gorkemli dilci ve nasir Naxcivan Ecemi 2017 Feride Xudiyeva Mehemmed aga Sahtaxtlinin maarifcilik fealiyyeti ve pedaqoji ideyalari Doktorluq dissertasiyasi Baki 2022 Hemcinin baxSahtaxtinskilerXarici kecidlerKelbizade E Haciyev I Naxcivanli diplomatlar Naxcivan Ecemi 2017 128 s olu kecid Yafez Ekremoglu Yeni tarix den adi silinen sexsiyyet M Sahtaxtinski az azadliq org 2011 04 11 Istifade tarixi 2014 10 20