"Şərqi-rus" qəzeti (az-əbcəd. شرق روس) — 1903-cü ildən Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış ictmai-siyasi, iqtisadi, elmi, ədəbi qəzet. "Şərqi-rus" 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk azərbaycandilli qəzet idi.
Şərqi-rus | |
---|---|
az-əbcəd. شرق روس | |
Format | gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet |
Təsisçi | |
Nəşriyyat | Məhəmməd ağa Şahtaxtinski |
Baş redaktor | |
Redaktor | |
Yazıçılar |
|
Yaranma tarixi | 30 mart (12 aprel) 1903 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 15 (28) yanvar 1905 |
Baş ofis |
Qəzetin nəşrinə qədərki dövr
1891-ci ilin oktyabrında "Kəşkül" qəzeti bağlandıqdan 12 il müddətində Azərbaycan türkcəsində qəzet və jurnal nəşri mümkün olmadı, milli ruhlu ziyalıların təşəbbüsləri fayda vermədi. Kamal Ünsizadənin, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Sultan Məcid Qənizadənin, Məhəmməd ağa Şahtaxtlının Qafqaz Canişinliyinə etdiyi müraciətlərə "yox" cavabı verildi.
Qafqazda ruslaşdırma siyasətini həyata keçirən missioner İlimskinin hələ 1870-ci ildə rus olmayan əhalini ruslaşdırmaq planları anadilli mətbuat orqanlarının yaradılması ideyasının həyata keçirilməsinə sədd idi. Lakin Çar Rusiyasının yerli ləhcələri ədəbi dilə çevirmək yolu ilə əhalini ruslaşdırmaq siyasəti nəticəsiz qaldı. Xalqa ana dilində mətbuat orqanı bəxş etmək üçün mübarizə aparan ziyalılardan biri Kamal Ünsizadə 1900-cü ildə "Daniş", Məhəmməd ağa Şahtaxtlı isə 1896-cı ildə "Tiflis" adlı qəzet çıxarmaq istəsələr də, təşəbbüsləri nəticəsiz qaldı.
1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə Rusiyaya qayıtdıqdan sonra yenidən qəzet çıxarmaq istədi. O, öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçdü və orada mətbəə təşkil etdi. Tiflisdə fəaliyyət göstərdiyi müddətdə M.Şahtaxtlı növbəti dəfə cəhd edərək doğma Azərbaycan dilində qəzet açmaq niyyətilə Rusiya hökumətinə ərizə ilə müraciət etdi.
Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, "Şərqi-rus" qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib:
Arzu edirəm ki, qəzetin həcmi “Svet” (İşıq) qəzetinin həcmində olsun. |
Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar o, Tiflisə köçüb müasir avadanlıqlı mətbəə açmışdı. M. Şaxtaxtinski bu haqda belə demişdir:
Bir evin istifadəsiz qalmasındansa satılıb xeyirli işlərə sərf olunması daha münasibdir. Düşündüm ki, Şərqi-rus"u inkişaf etdirərək həm özümün, həm də millətin könlündə əbədi bir mülk ucaldaram. |
Beləliklə, Məhəmməd ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnir və çar Rusiyasının Qafqaz canişinliyi 1903-cü ilin əvvəllərində "Şərqi-rus" qəzetinin çapına razılıq verir.
Nəşri
Məhəmməd ağa Şahtaxtinskinin "Şərqi-rus" adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da nəşr olundu. Qəzet əvvəllər həftədə üç dəfə çap olunurdu. 1904-cü il iyunun 8-dən etibarən isə gündəlik qəzetə çevrildi. "Şərqi-rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar.
Mövzular
"Şərqi-rus" 1903-cü il 16 aprel tarixli 7-ci sayında öz ideya istiqamətini, məramnaməsini belə bəyan etmişdi:
Bizim borcumuz həqayiqnəvislikdir, yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdan füruşanə mədhiyyələr oxuyaq. |
Qəzetin redaktoru Məhəmməd ağa Şahtaxtinski idi. O, qəzetdə "Qəzetnəvis" imzası ilə öz dövrünün ən aktual məsələlərindən bəhs edən məqalələr yazmışdır.
Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və s. məsələlər qaldırılmış və həmin məsələlər barəsində çoxlu yazı dərc olunmuşdur. "Şərqi – rus"un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.
"Şərqi-rus" xalqın ağır vəziyyətini görərək yazırdı:
Tüstü və baş pulu deyilən xərcdən azad olmağın əvəzində rəiyyətlərin boynuna mülkədarlarla bərabər padşahlıq torpaq vergisi (zemstvo) təhmili gəlmişdir... Bu növ xərclər rəiyyətlərin çoxuna ifrat artıq düşübdür və onlara nəhayətdə ağır yük olubdur. |
Qəzetin fəaliyyəti ilə bağlı yaranan fikir ayrılıqları
Məhəmməd ağa Şahtaxtlının rus təəbəçiliyini qəbul etməsi, bir çox ciddi məsələlərin qəzet səhifələrinə çıxarılmasının əleyhinə olması, hökumətlə kompromiss siyasəti dövrün bəzi ziyalıları tərəfindən birmənalı qarşılanmır, "Şərqi-rus" tənqid atəşinə tutulurdu. Türk dünyasının milli-mənəvi birliyini, "Dildə, fikirdə, işdə birlik" düsturunu sahibi olduğu "Tərcüman" qəzetinin ana tezisinə çevirmiş İsmayıl bəy Qaspıralı da Məhəmməd ağa Şahtaxtlının tutduğu yolu bəyənmirdi. "Tərcüman"ın "Şərqi-rus" adlı xəbərində qəzetin Cəlil Məmmədquluzadənin redaktəsinə keçəndən sonra istiqamətinin müsbət məcraya yönəldiyi, bu mətbu orqanın doğru, düz yola qədəm qoyduğu əksini tapmışdı. Qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoymuşdu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verirdi.
"Şərqi-rus"un ilk saylarında dərc olunan məqalələri Ömər Faiq Nemanzadə "camaatın məlumatını artırmağa, fikirlərini işıqlandırmağa xidmət edən" publisist nümunələr adlandırır, qəzetin çatışmayan cəhətlərini, xüsusən "barışdırıcı" missiyasını tənqid edirdi.
Bir neçə əcnəbi dil bilən M.Şahtaxtlının fəaliyyətinin bir hissəsi də əlifba islahatı ilə bağlıdır. O, əlifba layihələri üzərində mütəmadi çalışmış, bu barədə yalnız Azərbaycan dilində deyil, rus və fransız dillərində də kitablar çap etdirmiş, özünə tərəfdar toplamağa çalışmışdı. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da, özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi-rus"u xeyli nüfuzdan saldı.
Qəzet bəzi hallarda liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi–rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Qəzetin ümummilli məsələlərdə prinsipial deyil, liberal mövqe sərgiləməsi də çarizmin mürtəce rejimindən qorunmaq mahiyyəti daşıyırdı. Aydındır ki, belə bir şəraitdə qəzet ardıcıl demokratik mövqe tuta bilməzdi. M.Şahtaxtlı təzyiqlərdən, təhdidlərdən qəzeti qorumaq üçün manevrlər edir, onu mövqesizlikdə, prinsipsizlikdə qınayan qələm dostlarına qəzet səhifəsində cavablar verirdi. Belə yazılardan biri "Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşova ünvanlanmışdı. M.Şahtaxtlı bu məqalədə deyirdi:
Allah bizi rus təbəəsi yaratmış, biz zahirən və batilən rus padşahımıza və rus dövlətinə sadiq təbəə olub islam dinimizi və türk dilimizi can və dil ilə bəsləməyi kəndimizə fərz bilib beynəlmiləl politikadan və intriqadan istər din pərdəsi altında, istərsə də açıq olsun, kəndimizi daima şiddətlə kənara tutmalıyız. |
Çar Rusiyasına qarşı bu cür münasibətə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kəskin reaksiya verərək "bu yolun, bu əhvalın cürətsizlik, barışdırıcılıq, gözqapamaq" olduğunu söyləyir, M.Şahtaxtlıya qarşı açıq yazılarla çıxış edirdilər. Tənqiddə liberallıq "Şərqi-rus"a çox baha başa gəlirdi.
Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun "Şərqi-rus"a qarşı kəskin münasibətinə səbəb mesenant Hacı Zeynalabdin Tağıyevin "Şərqi-rus"un ilk sayında tənqidi olmuşdu. Belə ki qəzetin birinci nömrəsində qəzetin əməkdaşları böyük cəsarətlə millət atası hesab olunan Hacı Zeynalabdin Tağıyevin Tiflisdə müsəlman məktəbini hamiliyə götürüb lakin heç bir kömək göstərməməsini tənqid etmişdilər. Bunun üstündə Bakıdakı jurnalistlər, o cümlədən Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov qəzetin üzərinə hücumlar edirdilər. İlk vaxtlarda qəzet onlara qarşı kəskin münasibət bəsləyib, sərt cavablar verir, onları "Hacı Zeynalabdinin qələm qoçuları" adlandırırdı. Məqalələrinin birində qəzet yazırdı:
Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar... ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyub, ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, mən bunları pişvayi-islam tanıyıb, bunların rəzalətini millət nəzərində fəzilət göstərəm. |
Çarizm bir tərəfdən pantürkizmi və panislamizmi pisləyir, digər tərəfdən onlarla ittifaq bağlayırdı. O dövrdə hər bir ictimai cərəyan mətbuat orqanını öz tərəfinə çəkməyə çalışırdı. "Şərqi-rus" da gah mütərəqqi-demokratik, gah mürtəce istiqamətə yuvarlanırdı. Qəzetin məsləki haqqında C.Məmmədquluzadə "Xatiratım" əsərində yazmışdır:
O əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın: yaxud ehtiyatla da olmuş olsa hökumət ilə oppozisiyada ola bilsin. Və təbiidir ki, bir belə azaditələb cəridəyə heç bir vəchlə icazə almaq mümkün olmazdı. Onunçün xah Məhəmməd ağanın, xah onun biztək köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib etməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyil idi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmməd ağa tərəfindən qəzetdə yazılmış bir məqalədə "qadın azadlığı" kimi iki kəlmənin üstə müsəlman içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: haman əsrin senzorunun tələbatı o qədər səxt idi ki, siyasət nədir ki, siyasətin qorxusundan "s" hərfini yazmağa cürət etməzdik. |
Əməkdaşlıq
Azərbaycanda milli oyanış getdikcə açıq-aşkar özünü büruzə verirdi. Çar hökuməti günü-gündən mübarizləşən azərbaycanlı aydınlar və ziyalılar arasında – xüsusilə də Tiflisdə məskunlaşıb fəaliyyət göstərən ziyalılarla Bakıda fəaliyyət göstərənləri qarşı-qarşıya qoymağa, milli aydınlar və fəal azərbaycanlılar arasında nifaq salmağa çalışırdılar.
Lakin bu çəkişmələrin sonunda tərəflər bir araya gəlib ittihamlara son qoyaraq əməkdaşlıq yolu tutdular. Cəlil Məmmədquluzadə "Xatiratım" əsərində bu olaylara toxunaraq yazır:
Dünyada hikmətə inanan adam olsa idim, mən deyə bilərdim ki, "Şərqi-rus" qəzetinin yox olmağında bir "hikmət" var. Məlum şeydir, cəridənin dalı kəsilməyinə ya onun maliyyəsinin zəifliyi, ya da hökumətin qərardadı, yaxud nadir vaxtlarda cəridənin sahibinin özünün fövti ola bilər. "Şərqi-rus"un bağlanmasında bu üç maneələrin heç biri üz vermədi. Qəzetin həmişəlik yatmağı bu qərar ilə əmələ gəldi. Necə ki, ərz olundu, Qafqazda müsəlmanlar içində türkcə qəzet tək bir "Şərqi-rus" idi. Bu da məlumdur ki, Tiflisdə bina olunmuşdu və orada da çıxmaqda idi. Bakı şəhəri, o milyonlu və mədənli Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Əmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik "Şərqi-rus" qəzetinə həsəd aparırdılar. Bəs necə olsun? Belə məlum olur ki, o vaxtlar türk qəzetinə izin hasil etmək bəhərhal çox çətin bir məsələ imiş. İndi belə güman etmək olar ki, o vaxt Bakının birinci jurnalistlərindən Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadəyə ya qəzet icazəsi Peterburqdan verilmədi, yaxud bunlar Peterburqun siyasətini nəzərə alıb oradan bu icazəni istəmədilər, onunçün də bunlar belə məşqə düşdülər. Mərkəzdən ki, təzə bir türk cəridəsinə izin almaq ümidi yoxdur, səlah buradadır ki, hal-hazırdakı "Şərqi-rus" qəzetinə bir növ əl uzatmaq və şəriklikmi sifətilə, ya qeyri bir vəchlə oraya daxil olmaq və qəzeti də Bakıya köçürmək. Axirül əmr Məhəmməd ağa Bakıda Əhməd bəy Ağayevin "Şərqi-rus" qəzetinə yoldaşlı sifətilə daxil olmağını qəbul etdi. Və niyə qəbul etdi və nə mülahizə ilə qəbul etdi, bunu mən o vədə bilmədim. Ancaq Əhməd bəyin qəzetə daxil olmağına Qafqaz hökuməti izin verə bilmədi: onunçün də bu izini hasil etmək qəsdi ilə Məhəmməd ağa Peterburqa getməyə məcbur oldu və oradan icazəni da aldı. Və sənə 1905-ci ilin yanvar ayında qəzetin təzə il abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmməd ağa qəzeti yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. Yanvardan fevraladək ancaq idarənin əşyasının qutulara dolmağı çəkdi və qutulara da dolub hazır olandan sonra haman yerdə qaldı ki, qaldı". |
Yaradıcı heyət
Qəzetin işində C.Məmmədquluzadədən başqa Ömər Faiq Nemanzadə və Səməd ağa Qaibov da yaxından iştirak edirdilər. "Şərqi-rus"un Azərbaycan mətbuatı tarixində ən böyük xidmətləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi kimi dövrün böyük publisist və şairlərinin mətbu tribunasına çevrilməsi, onları ictimaiyyətə yaxından tanıtmasıdır.
Qəzetdə Sultan Məcid Qənizadənin, Firidun bəy Köçərlinin yazısı, Mirzə Ələkbər Sabirin şeiri, Ömər Faiq Nemanzadənin, Rəşid bəy Əfəndiyevin publisist məqaləsi, Mirzə Cəlilin felyetonu, Məmməd Səid Ordubadinin hekayəsi, Abbas Səhhətin əsərləri dərc olunmuşdu.
Cəlil Məmmədquluzadə
"Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də odur ki, Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmış, özündən sonrakı mətbuatda demokratik cəbhəni ardıcıl olaraq möhkəmləndirə bilən mahir bir redaktor yetirmişdi. Cəlil Məmmədquluzadənin "Şərqi-rus"da əməkdaşlığının maraqlı tarixçəsi vardır. 1903-cü ildə xəstə arvadını Tiflisə aparan Cəlil Məmmədquluzadə təsadüfən Şahtaxtinski ilə görüşmüş və onu "Poçt qutusu" hekayəsi ilə tanış etmişdir. Şahtaxtinski həmin hekayəni qəzetdə çap etməklə C.Məmmədquluzadəyə də Tiflisdə qalıb "Şərqi-rus" qəzetində iştirakını təklif etmişdir. O vaxtdan etibarən Mirzə Cəlil Tiflisdə yaşamış və jurnalistlik fəaliyyətini "Şərqi-rus"da davam etdirmişdir. O, qəzetdə "Poçt qutusu"ndan başqa "Kişmiş oyunu" adlı hekayə, L.N.Tolstoydan etdiyi "Zəhmət, ölüm və naxoşluq" adlı tərcümə əsəri, "Arvad" adlı ruscadan tərcümə hekayəsini dərc etdirmiş, Naxçıvan müəllimlərindən Sidqinin vəfatına aid nekroloq yazmış, habelə çoxlu tərcümələr etmişdir. Mirzə Cəlilin rus və başqa xalqların ədəbiyyatı ilə əlaqəsi məhz "Şərqi-rus" qəzetində möhkəmlənmişdir.
C.Məmmədquluzadənin "Şərqi-rus"da fəaliyyətə başlaması Mirzə Cəlilin ideya-yaradıcılıq axtarışlarını bir səmtə yönəltməkdə, daha doğrusu, onun bundan sonra ədəbiyyata və jurnalistikaya üstün yer verməsində müəyyən təkan rolu oynadı. Məmmədquluzadə və onun müasiri olan publisistlərin "Şərqi-rus"da ən çox bəyəndikləri xüsusiyyət qəzetin müstəqil, demokratik yol tutacağını vəd etməsi və imkan daxilində buna müəyyən dərəcədə əməl olunması idi. C.Məmmədquluzadə bu mətbu orqanda 1904-cü ilin yanvar ayından 1905-ci ilin elə həmin ayına qədər fəaliyyət göstərdi. O, ilk dəfə azərbaycanca publisist və ədəbi-tənqidi məqalələr yazdı, tərcümə sahəsində qələmini sınadı. 1904-cü ilin noyabr ayının 26-dan 1905-ci ilin yanvarın 15-dək qəzetin müvəqqəti redaktoru oldu. O, bu vəzifədə redaktorluq peşəsinin çətinliklərinə, həmçinin sirlərinə bələd oldu. Qəzetçilik işinin tərtibat və poliqrafik cəhətlərini, habelə senzura və rabitə orqanları ilə əlaqə yollarını öyrəndi, "Molla Nəsrəddin"in nəşrinə qədər hazırlıq keçdi.
Mirzə Cəlil gələcək dostlarını da "Şərqi-rus"da tapdı. Ömər Faiq, Firudin Köçərli, Üzeyir Hacıbəyovla təmas qurdu, dostluq etdi. "Şərqi-rus"un çapını dərhal alqışlayıb, şeir həsr edən M.Ə.Sabirlə qiyabi tanış oldu. M.Cəlilin "Şərqi-rus"a vaxtında gəldi, qəzet hələ nəşrə başlamadığı vaxtda rus və Azərbaycan dillərini bilən mütərcimə ehtiyac olduğu barədə elan vermişdi. O, qəzetdə dərc olunan mətbuat xülasəsini, teleqramları ruscadan ana dilinə tərcümə edirdi. "Şərqi-rus"da çalışması C.Məmmədquluzadənin gələcək yaradıcılığı üçün bir məktəb rolu oynadı və o, 1905-ci ilin əvvəlindən bəzi fikir ixtilaflarına görə redaksiyadan uzaqlaşdı.
Mirzə Ələkbər Sabir də "Şərqi-rus" qəzetini, onun ideya istiqamətini izləmiş və bəyənirdi. Bunun nəticəsi olaraq "Şərqi-rus"a şeir həsr etmişdi. Sabirin bu şeiri 1903-cü il iyun ayının 27-də "Ədəbiyyat" başlığı altında Ələkbər Tahirov imzası ilə işıq üzü görmüşdür.
Fəaliyyətinin dayandırılması
Sonralar Hacı Zeynalabdin Tağıyev Bakıda Azərbaycan dilində "Həyat" adlı qəzetin nəşrinə icazə aldı, Əhməd bəy Ağayevlə Əli bəy Hüseynzadə redaktor vəzifəsinə sahib oldular. M.Şahtaxtinski isə çıxılmaz vəziyyətdə qaldı. Qəzetin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılmışdır.
Xatirəsi
Azərbaycan mətbuat tarixində mühüm yer tutan "Şərqi-rus" qəzetinin 110 illik yubileyi 2013-cü ildə təmtəraqlı şəkildə qeyd olunmuşdur.
Xarici keçidlər
- "Şərqi-rus"
Mənbə
- N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh.
- Sona Vəliyeva "İşığa gedən yol". Bakı, "Zərdabi LTD", MMC, 2016, 768 səh.
- Azərbaycan tarixi 7 cilddə, V cild. Bakı, 1998.
İstinadlar
- Шəрги-рус // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. X ҹилд. сәһ. 511
- "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006–248 səh" (PDF). 2016-03-05 tarixində (PDF). İstifadə tarixi: 2018-09-12.
- (PDF). 2020-05-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-09-12.
- ""Şərqi-rus" qəzeti ilə bağlı yeni araşdırmalar". 2020-08-12 tarixində . İstifadə tarixi: 2018-09-12.
- "Şərqi-rus" qəzetinin 110 illik yubileyi qeyd olunmuşdur.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serqi rus qezeti az ebced شرق روس 1903 cu ilden Tiflisde Azerbaycan dilinde heftede uc defe cixmis ictmai siyasi iqtisadi elmi edebi qezet Serqi rus 1891 ci ilde Keskul qezeti baglandiqdan sonra Tiflisde nesr olunan ilk azerbaycandilli qezet idi Serqi rusaz ebced شرق روس Format gundelik ictimai siyasi iqtisadi ve edebi qezetTesisci Mehemmed aga SahtaxtinskiNesriyyat Mehemmed aga SahtaxtinskiBas redaktor Mehemmed aga SahtaxtinskiRedaktor Celil MemmedquluzadeYazicilar Celil Memmedquluzade Omer Faiq Nemanzade Sultan Mecid Qenizade Firudin bey Kocerli Memmed Seid Ordubadi Resid bey EfendiyevYaranma tarixi 30 mart 12 aprel 1903Dil Azerbaycan diliNesrini dayandirib 15 28 yanvar 1905Bas ofis TbilisiQezetin nesrine qederki dovr1891 ci ilin oktyabrinda Keskul qezeti baglandiqdan 12 il muddetinde Azerbaycan turkcesinde qezet ve jurnal nesri mumkun olmadi milli ruhlu ziyalilarin tesebbusleri fayda vermedi Kamal Unsizadenin Ehmed bey Agaoglunun Neriman Nerimanovun Sultan Mecid Qenizadenin Mehemmed aga Sahtaxtlinin Qafqaz Canisinliyine etdiyi muracietlere yox cavabi verildi Qafqazda ruslasdirma siyasetini heyata keciren missioner Ilimskinin hele 1870 ci ilde rus olmayan ehalini ruslasdirmaq planlari anadilli metbuat orqanlarinin yaradilmasi ideyasinin heyata kecirilmesine sedd idi Lakin Car Rusiyasinin yerli lehceleri edebi dile cevirmek yolu ile ehalini ruslasdirmaq siyaseti neticesiz qaldi Xalqa ana dilinde metbuat orqani bexs etmek ucun mubarize aparan ziyalilardan biri Kamal Unsizade 1900 cu ilde Danis Mehemmed aga Sahtaxtli ise 1896 ci ilde Tiflis adli qezet cixarmaq isteseler de tesebbusleri neticesiz qaldi 1889 cu ilde Fransaya geden Mehemmed aga 1902 ci ilde Rusiyaya qayitdiqdan sonra yeniden qezet cixarmaq istedi O oz dogma Sahtaxti kendindeki ata mulkunu sataraq Tiflise kocdu ve orada metbee teskil etdi Tiflisde fealiyyet gosterdiyi muddetde M Sahtaxtli novbeti defe cehd ederek dogma Azerbaycan dilinde qezet acmaq niyyetile Rusiya hokumetine erize ile muraciet etdi Tapilan qovluqda onun yazdigi genis ehateli erizeler vardir Yazdigi erizelerde elmi maraqli delil ve subutlarla Qafqazin canisinini inandirmaga calismis ve uzun uzadi muracietlerden sonra onlarin muqavimetini qira bilmisdir Meselen onun general adyutant knyaz G S Qolitsine yazdigi erize cox ehatelidir Burada Mehemmed aganin nesr ucun tertib etdiyi proqram da vardir O burada maraqli izahatlar vererek car hokumetini inandirmaga calisir ki Serqi rus qezeti nesri ile Rusiya hokumetine xeyir vere biler ve sair Erizede 50 yasinda oldugunu da qeyd edir Amma bu vaxtlar onun 56 yasi vardi Tiflisde yasadigi unvani Olqinski kucesi Qoqniyevlerin evi 16 gosteren Mehemmed aga erizenin axirinda qeyd edib Arzu edirem ki qezetin hecmi Svet Isiq qezetinin hecminde olsun Hetta o bu erizede qeyd etmisdi ki qezet Libermanin metbeesinde cap edilecek Gorunur ki bu metbee car hokumetinin inandigi yer imis Amma sonralar o Tiflise kocub muasir avadanliqli metbee acmisdi M Saxtaxtinski bu haqda bele demisdir Bir evin istifadesiz qalmasindansa satilib xeyirli islere serf olunmasi daha munasibdir Dusundum ki Serqi rus u inkisaf etdirerek hem ozumun hem de milletin konlunde ebedi bir mulk ucaldaram Belelikle Mehemmed aga Sahtaxtinskinin tesebbusu musbet neticelenir ve car Rusiyasinin Qafqaz canisinliyi 1903 cu ilin evvellerinde Serqi rus qezetinin capina raziliq verir NesriMehemmed aga Sahtaxtinskinin Serqi rus adlandirdigi qezetin birinci nomresi 1903 cu il martin 30 da nesr olundu Qezet evveller heftede uc defe cap olunurdu 1904 cu il iyunun 8 den etibaren ise gundelik qezete cevrildi Serqi rus qezeti Azerbaycanda ictimai fikrin inkisafi tarixinde muhum yerlerden birini tutur O XX esrin ilk Azerbaycan qezetidir hem de ilk gundelik Azerbaycan qezetidir Bu qezetin sehifelerinde muxtelif xalqlarin numayendeleri istirak etmisler Onu Eqsayi serqden Cin hududlarinadek yayilan din ayri dil ayri ziyalilarin qabaqcil fikirlerinin vistavkasi adlandirirdilar Movzular Serqi rus 1903 cu il 16 aprel tarixli 7 ci sayinda oz ideya istiqametini meramnamesini bele beyan etmisdi Bizim borcumuz heqayiqnevislikdir yaxsiligi dediyimiz kimi yamanligi da gizletmeyeceyik Biz meydana ona gore cixdiq ki xalqa dogru soz deyek ve neinki ona buna vicdan furusane medhiyyeler oxuyaq Qezetin redaktoru Mehemmed aga Sahtaxtinski idi O qezetde Qezetnevis imzasi ile oz dovrunun en aktual meselelerinden behs eden meqaleler yazmisdir Qezetde elifbanin yenilesdirilmesi hicab ortuk meselesi maarifin yayilmasi mekteblerde tedrisin yaxsilasdirilmasi ve s meseleler qaldirilmis ve hemin meseleler baresinde coxlu yazi derc olunmusdur Serqi rus un sehifelerinde medeniyyet edebiyyat dil meselelerine xususi yer verilirdi Lev Tolstoydan Azerbaycan diline ilk tercumeler bu qezetin sehifelerinde cixmisdi Serqi rus xalqin agir veziyyetini gorerek yazirdi Tustu ve bas pulu deyilen xercden azad olmagin evezinde reiyyetlerin boynuna mulkedarlarla beraber padsahliq torpaq vergisi zemstvo tehmili gelmisdir Bu nov xercler reiyyetlerin coxuna ifrat artiq dusubdur ve onlara nehayetde agir yuk olubdur Qezetin fealiyyeti ile bagli yaranan fikir ayriliqlari Mehemmed aga Sahtaxtlinin rus teebeciliyini qebul etmesi bir cox ciddi meselelerin qezet sehifelerine cixarilmasinin eleyhine olmasi hokumetle kompromiss siyaseti dovrun bezi ziyalilari terefinden birmenali qarsilanmir Serqi rus tenqid atesine tutulurdu Turk dunyasinin milli menevi birliyini Dilde fikirde isde birlik dusturunu sahibi oldugu Tercuman qezetinin ana tezisine cevirmis Ismayil bey Qaspirali da Mehemmed aga Sahtaxtlinin tutdugu yolu beyenmirdi Tercuman in Serqi rus adli xeberinde qezetin Celil Memmedquluzadenin redaktesine kecenden sonra istiqametinin musbet mecraya yoneldiyi bu metbu orqanin dogru duz yola qedem qoydugu eksini tapmisdi Qezet getdikce mueyyen meseleleri dolasiq dumanli sekilde oxucuya catdirmaq yoluna qedem qoymusdu Meselen milli beraberlik ve azadliq dil birliyi soz ve fikir azadligi kimi meseleler baresinde mucerred yazilar verirdi Serqi rus un ilk saylarinda derc olunan meqaleleri Omer Faiq Nemanzade camaatin melumatini artirmaga fikirlerini isiqlandirmaga xidmet eden publisist numuneler adlandirir qezetin catismayan cehetlerini xususen barisdirici missiyasini tenqid edirdi Bir nece ecnebi dil bilen M Sahtaxtlinin fealiyyetinin bir hissesi de elifba islahati ile baglidir O elifba layiheleri uzerinde mutemadi calismis bu barede yalniz Azerbaycan dilinde deyil rus ve fransiz dillerinde de kitablar cap etdirmis ozune terefdar toplamaga calismisdi Ereb elifbasini islah etmekde Mirze Feteli Axundovun isini davam etdirmeye calismasi M Sahtaxtinskinin musbet tesebbusu olsa da ozunun teklif etdiyi layihenin ciddi noqsanlari onu bu sahede muveffeqiyyetsizliye ugratdi Tercuman qezetinin redaktoru I Qasprinskinin elifba meselesi ustunde M Sahtaxtinskinin keskin tenqid etmesi de Serqi rus u xeyli nufuzdan saldi Qezet bezi hallarda liberal movqe tuturdu Bunu her seyden evvel dovrle elaqelendirmek lazimdir Serqi rus hem inqilabi mubarizenin qizisdigi hem de murtece hakim tebeqelerin tezyiqinin artdigi bir zamanda buraxilirdi Qezetin umummilli meselelerde prinsipial deyil liberal movqe sergilemesi de carizmin murtece rejiminden qorunmaq mahiyyeti dasiyirdi Aydindir ki bele bir seraitde qezet ardicil demokratik movqe tuta bilmezdi M Sahtaxtli tezyiqlerden tehdidlerden qezeti qorumaq ucun manevrler edir onu movqesizlikde prinsipsizlikde qinayan qelem dostlarina qezet sehifesinde cavablar verirdi Bele yazilardan biri Kaspi qezetinin redaktoru Elimerdan bey Topcubasova unvanlanmisdi M Sahtaxtli bu meqalede deyirdi Allah bizi rus tebeesi yaratmis biz zahiren ve batilen rus padsahimiza ve rus dovletine sadiq tebee olub islam dinimizi ve turk dilimizi can ve dil ile beslemeyi kendimize ferz bilib beynelmilel politikadan ve intriqadan ister din perdesi altinda isterse de aciq olsun kendimizi daima siddetle kenara tutmaliyiz Car Rusiyasina qarsi bu cur munasibete Elimerdan bey Topcubasov Ehmed bey Agaoglu keskin reaksiya vererek bu yolun bu ehvalin curetsizlik barisdiriciliq gozqapamaq oldugunu soyleyir M Sahtaxtliya qarsi aciq yazilarla cixis edirdiler Tenqidde liberalliq Serqi rus a cox baha basa gelirdi Elimerdan bey Topcubasovun Ehmed bey Agaoglunun Serqi rus a qarsi keskin munasibetine sebeb mesenant Haci Zeynalabdin Tagiyevin Serqi rus un ilk sayinda tenqidi olmusdu Bele ki qezetin birinci nomresinde qezetin emekdaslari boyuk cesaretle millet atasi hesab olunan Haci Zeynalabdin Tagiyevin Tiflisde muselman mektebini hamiliye goturub lakin hec bir komek gostermemesini tenqid etmisdiler Bunun ustunde Bakidaki jurnalistler o cumleden Ehmed bey Agayev Eli bey Huseynzade Elimerdan bey Topcubasov qezetin uzerine hucumlar edirdiler Ilk vaxtlarda qezet onlara qarsi keskin munasibet besleyib sert cavablar verir onlari Haci Zeynalabdinin qelem qoculari adlandirirdi Meqalelerinin birinde qezet yazirdi Merdan bey ve Ehmed bey kimilerde prinsip meslek ne gezir Bunlar ac qurdlardir ki neft sayesinde dovletlenen Bakiya yigilib Elinin borkunu Velinin basina qoyub ciblerini doldururlar Mezesi budur ki boyle capovulcularin hele iddiasi odur ki men bunlari pisvayi islam taniyib bunlarin rezaletini millet nezerinde fezilet gosterem Carizm bir terefden panturkizmi ve panislamizmi pisleyir diger terefden onlarla ittifaq baglayirdi O dovrde her bir ictimai cereyan metbuat orqanini oz terefine cekmeye calisirdi Serqi rus da gah mutereqqi demokratik gah murtece istiqamete yuvarlanirdi Qezetin mesleki haqqinda C Memmedquluzade Xatiratim eserinde yazmisdir O esrde ve o serait icinde hec bir kesin cureti ola bilmezdi ki qelemi ile azad olsun ve esrin hokumetinin istibdadi ile mubarize aparsin yaxud ehtiyatla da olmus olsa hokumet ile oppozisiyada ola bilsin Ve tebiidir ki bir bele azaditeleb cerideye hec bir vechle icaze almaq mumkun olmazdi Onuncun xah Mehemmed aganin xah onun biztek komekcilerinin mesleki ve ideyasi mehz muselman camaatini maarif ve medeniyyete teklif ve tergib etmekden basqa bir sey ola bilmezdi Hetta dini movhumat baresinde soz danismaq bele mumkun deyil idi Hetta yadimdadir ki muselman arvadlarina savadin ve tehsilin luzumu baresinde Mehemmed aga terefinden qezetde yazilmis bir meqalede qadin azadligi kimi iki kelmenin uste muselman icinde boyuk danisiq toredi O ki qaldi siyasi meseleler bu barede dilim lal olsun haman esrin senzorunun telebati o qeder sext idi ki siyaset nedir ki siyasetin qorxusundan s herfini yazmaga curet etmezdik Emekdasliq Azerbaycanda milli oyanis getdikce aciq askar ozunu buruze verirdi Car hokumeti gunu gunden mubarizlesen azerbaycanli aydinlar ve ziyalilar arasinda xususile de Tiflisde meskunlasib fealiyyet gosteren ziyalilarla Bakida fealiyyet gosterenleri qarsi qarsiya qoymaga milli aydinlar ve feal azerbaycanlilar arasinda nifaq salmaga calisirdilar Lakin bu cekismelerin sonunda terefler bir araya gelib ittihamlara son qoyaraq emekdasliq yolu tutdular Celil Memmedquluzade Xatiratim eserinde bu olaylara toxunaraq yazir Dunyada hikmete inanan adam olsa idim men deye bilerdim ki Serqi rus qezetinin yox olmaginda bir hikmet var Melum seydir ceridenin dali kesilmeyine ya onun maliyyesinin zeifliyi ya da hokumetin qerardadi yaxud nadir vaxtlarda ceridenin sahibinin ozunun fovti ola biler Serqi rus un baglanmasinda bu uc maneelerin hec biri uz vermedi Qezetin hemiselik yatmagi bu qerar ile emele geldi Nece ki erz olundu Qafqazda muselmanlar icinde turkce qezet tek bir Serqi rus idi Bu da melumdur ki Tiflisde bina olunmusdu ve orada da cixmaqda idi Baki seheri o milyonlu ve medenli Baki seheri oz qehreman yazicilari ile oz Ehmed bey Agayev Eli bey Huseynzade Hasim bey Vezirov Mehemmed Emin Resulzade doktor Qarabey Qarabeyov sair Muznib Haci Ibrahim Qasimov Cefer Bunyadzade ve qeyri bunlar kimi ehli qelemleri ile uzaqdan Tiflise baxib onun gundelik Serqi rus qezetine hesed aparirdilar Bes nece olsun Bele melum olur ki o vaxtlar turk qezetine izin hasil etmek beherhal cox cetin bir mesele imis Indi bele guman etmek olar ki o vaxt Bakinin birinci jurnalistlerinden Ehmed bey Agayev ve Eli bey Huseynzadeye ya qezet icazesi Peterburqdan verilmedi yaxud bunlar Peterburqun siyasetini nezere alib oradan bu icazeni istemediler onuncun de bunlar bele mesqe dusduler Merkezden ki teze bir turk ceridesine izin almaq umidi yoxdur selah buradadir ki hal hazirdaki Serqi rus qezetine bir nov el uzatmaq ve seriklikmi sifetile ya qeyri bir vechle oraya daxil olmaq ve qezeti de Bakiya kocurmek Axirul emr Mehemmed aga Bakida Ehmed bey Agayevin Serqi rus qezetine yoldasli sifetile daxil olmagini qebul etdi Ve niye qebul etdi ve ne mulahize ile qebul etdi bunu men o vede bilmedim Ancaq Ehmed beyin qezete daxil olmagina Qafqaz hokumeti izin vere bilmedi onuncun de bu izini hasil etmek qesdi ile Mehemmed aga Peterburqa getmeye mecbur oldu ve oradan icazeni da aldi Ve sene 1905 ci ilin yanvar ayinda qezetin teze il abunesi her yandan sirin geldiyi bir vaxtda Mehemmed aga qezeti yatirtdi ve basladi Bakiya kocmeye hazirlasmaga Yanvardan fevraladek ancaq idarenin esyasinin qutulara dolmagi cekdi ve qutulara da dolub hazir olandan sonra haman yerde qaldi ki qaldi Yaradici heyetQezetin isinde C Memmedquluzadeden basqa Omer Faiq Nemanzade ve Semed aga Qaibov da yaxindan istirak edirdiler Serqi rus un Azerbaycan metbuati tarixinde en boyuk xidmetleri Celil Memmedquluzade Omer Faiq Nemanzade E Nezmi M S Ordubadi kimi dovrun boyuk publisist ve sairlerinin metbu tribunasina cevrilmesi onlari ictimaiyyete yaxindan tanitmasidir Qezetde Sultan Mecid Qenizadenin Firidun bey Kocerlinin yazisi Mirze Elekber Sabirin seiri Omer Faiq Nemanzadenin Resid bey Efendiyevin publisist meqalesi Mirze Celilin felyetonu Memmed Seid Ordubadinin hekayesi Abbas Sehhetin eserleri derc olunmusdu Celil Memmedquluzade Serqi rus qezetinin Azerbaycan metbuati tarixinde en boyuk xidmetlerinden biri de odur ki Celil Memmedquluzade kimi gorkemli bir jurnalisti uze cixarmis ozunden sonraki metbuatda demokratik cebheni ardicil olaraq mohkemlendire bilen mahir bir redaktor yetirmisdi Celil Memmedquluzadenin Serqi rus da emekdasliginin maraqli tarixcesi vardir 1903 cu ilde xeste arvadini Tiflise aparan Celil Memmedquluzade tesadufen Sahtaxtinski ile gorusmus ve onu Poct qutusu hekayesi ile tanis etmisdir Sahtaxtinski hemin hekayeni qezetde cap etmekle C Memmedquluzadeye de Tiflisde qalib Serqi rus qezetinde istirakini teklif etmisdir O vaxtdan etibaren Mirze Celil Tiflisde yasamis ve jurnalistlik fealiyyetini Serqi rus da davam etdirmisdir O qezetde Poct qutusu ndan basqa Kismis oyunu adli hekaye L N Tolstoydan etdiyi Zehmet olum ve naxosluq adli tercume eseri Arvad adli ruscadan tercume hekayesini derc etdirmis Naxcivan muellimlerinden Sidqinin vefatina aid nekroloq yazmis habele coxlu tercumeler etmisdir Mirze Celilin rus ve basqa xalqlarin edebiyyati ile elaqesi mehz Serqi rus qezetinde mohkemlenmisdir C Memmedquluzadenin Serqi rus da fealiyyete baslamasi Mirze Celilin ideya yaradiciliq axtarislarini bir semte yoneltmekde daha dogrusu onun bundan sonra edebiyyata ve jurnalistikaya ustun yer vermesinde mueyyen tekan rolu oynadi Memmedquluzade ve onun muasiri olan publisistlerin Serqi rus da en cox beyendikleri xususiyyet qezetin musteqil demokratik yol tutacagini ved etmesi ve imkan daxilinde buna mueyyen derecede emel olunmasi idi C Memmedquluzade bu metbu orqanda 1904 cu ilin yanvar ayindan 1905 ci ilin ele hemin ayina qeder fealiyyet gosterdi O ilk defe azerbaycanca publisist ve edebi tenqidi meqaleler yazdi tercume sahesinde qelemini sinadi 1904 cu ilin noyabr ayinin 26 dan 1905 ci ilin yanvarin 15 dek qezetin muveqqeti redaktoru oldu O bu vezifede redaktorluq pesesinin cetinliklerine hemcinin sirlerine beled oldu Qezetcilik isinin tertibat ve poliqrafik cehetlerini habele senzura ve rabite orqanlari ile elaqe yollarini oyrendi Molla Nesreddin in nesrine qeder hazirliq kecdi Mirze Celil gelecek dostlarini da Serqi rus da tapdi Omer Faiq Firudin Kocerli Uzeyir Hacibeyovla temas qurdu dostluq etdi Serqi rus un capini derhal alqislayib seir hesr eden M E Sabirle qiyabi tanis oldu M Celilin Serqi rus a vaxtinda geldi qezet hele nesre baslamadigi vaxtda rus ve Azerbaycan dillerini bilen mutercime ehtiyac oldugu barede elan vermisdi O qezetde derc olunan metbuat xulasesini teleqramlari ruscadan ana diline tercume edirdi Serqi rus da calismasi C Memmedquluzadenin gelecek yaradiciligi ucun bir mekteb rolu oynadi ve o 1905 ci ilin evvelinden bezi fikir ixtilaflarina gore redaksiyadan uzaqlasdi Mirze Elekber Sabir de Serqi rus qezetini onun ideya istiqametini izlemis ve beyenirdi Bunun neticesi olaraq Serqi rus a seir hesr etmisdi Sabirin bu seiri 1903 cu il iyun ayinin 27 de Edebiyyat basligi altinda Elekber Tahirov imzasi ile isiq uzu gormusdur Fealiyyetinin dayandirilmasiSonralar Haci Zeynalabdin Tagiyev Bakida Azerbaycan dilinde Heyat adli qezetin nesrine icaze aldi Ehmed bey Agayevle Eli bey Huseynzade redaktor vezifesine sahib oldular M Sahtaxtinski ise cixilmaz veziyyetde qaldi Qezetin axirinci nomresi 1905 ci il yanvarin 15 de buraxilmisdir XatiresiAzerbaycan metbuat tarixinde muhum yer tutan Serqi rus qezetinin 110 illik yubileyi 2013 cu ilde temteraqli sekilde qeyd olunmusdur Xarici kecidler Serqi rus Vikimenbede Serqi Rus qezeti ile elaqeli melumatlar var MenbeN N Zeynalov Azerbaycan metbuat tarixi I hisse Baki 1973 ADU nun nesriyyati Veliyev Akif Abdulezim oglu Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve Tehsil 2009 172 seh Sona Veliyeva Isiga geden yol Baki Zerdabi LTD MMC 2016 768 seh Azerbaycan tarixi 7 cildde V cild Baki 1998 IstinadlarShergi rus Azәrbaјҹan Sovet Ensiklopediјasy 10 ҹilddә Bash redaktor Ҹ B Guliјev X ҹild sәһ 511 Sahverdiyev A B Azerbaycan metbuati tarixi Tehsil nesriyyati 2006 248 seh PDF 2016 03 05 tarixinde PDF Istifade tarixi 2018 09 12 PDF 2020 05 25 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2018 09 12 Serqi rus qezeti ile bagli yeni arasdirmalar 2020 08 12 tarixinde Istifade tarixi 2018 09 12 Serqi rus qezetinin 110 illik yubileyi qeyd olunmusdur