Martin Hartman (alm. Martin Hartmann; 9 dekabr 1851, Vrotslav, Prussiya – 5 dekabr 1918, Berlin) — alman şərqşünas-ərəbşünası.
Martin Hartman | |
---|---|
Doğum tarixi | 9 dekabr 1851 |
Doğum yeri |
|
Vəfat tarixi | 5 dekabr 1918(66 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | şərqşünaslıq |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Martin Hartman 1851-ci ildə Breslauda (indiki Vrotslavda) anadan olmuşdur. İbtidai və orta təhsilini həmin şəhərdə almışdır. 1875-ci ildə Leypsiq Universitetində professor Henrix Leberext Fleyşerin rəhbərliyində "Sami dillərində çoxhərfli birləşmələr" (alm. Die Pluriliteralbildungen in den semitischen Sprachen) adlı doktorluq işini müdafiə etmişdir. Daha sonra Bursaya və İstanbula gələrək türkcə öyrənmiş, 1876–1887-ci illərdə Beyrutdakı Almaniya konsulluğunda tərcüməçi olaraq çalışmışdır. 1887-ci ildən ölümünə qədər Berlində qurulmuş Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen) institutunda dərs demişdir.
Fəaliyyəti
Martin Hartman islamşünaslığın müstəqil bir elm kimi tanınmasını qətiyyətlə müdafiə etmişdir. Onun tədqiqat mövzusu yaranışından bu günə qədər İslam və onun Çindən Qərbi Afrikaya qədər yayılma coğrafiyasını əhatə edib. O, Almaniya universitetlərində diqqətdən kənarda qalan müasir İslamın öyrənilməsinin böyük əhəmiyyətini vurğulayıb. 1912-ci ildə həmkarları ilə birlikdə Almaniya İslamşünaslıq Cəmiyyətini (alm. Deutsche Gesellschaft für Islamkunde) və islamşünaslığa dair "Die Welt des Islamics" jurnalını təsis etmişdir. Martin Hartman ərəb xalq mahnılarını ilk toplayanlardan biri olub, ərəb mətbuatı haqqında yazılar yazıb. Çində İslamın yayılması haqqında ilk bəhs edənlərdən olub. Osmanlı imperiyasında baş verən hadisələrdən də geniş yazıb.
O, Almaniyada islamşünaslığın öyrənilməsinə sosioloji metodu gətirən ilk şəxsdir.
Əsərləri
- Arabischer Sprachführer für Reisende (Leypsiq, 1880)
- Die hebräische Verskunst (Berlin, 1894)
- Metrum und Rhytmus. Die Entstehung der arabischen Versmaße (Gissen, 1896)
- Das Muwaššaḥ. Das arabische Strophengedicht (Veymar, 1897)
- The Arabic Press of Egypt (London, 1899)
- Lieder der libyschen Wüste (Leypsiq, 1900)
- Čaghataisches. Die Grammatik ussi lisani turki des Mehemed Sadiq (Heydelberq, 1902)
- Chinesisch Turkestan. Geschichte, Verwaltung, Geistesleben und Wirtschaft (Halle, 1908)
- Der Islam. Geschichte-Glaube-Recht. Ein Handbuch (Leypsiq, 1909)
- Die Frau im Islam. Vortrag (Halle, 1909)
- Fünf Vorträge über den Islam (Leypsiq, 1912)
- Islam, Mission, Politik (Leypsiq, 1912)
- Reisebriefe aus Syrien (Berlin, 1913)
- Die Literatur der neuen Türkei (Leypsiq, 1917)
- Dichter der neuen Türkei (Berlin, 1919)
- Zur Geschichte des Islam in China (Leypsiq, 1921)
İstinadlar
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Deutsche Nationalbibliothek Record #119120828 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Hilal Görgün. "HARTMANN, Martin (1851-1918)" (türk). TDV İslâm Ansiklopedisi. 13.01.2023. 2023-01-14 tarixində . İstifadə tarixi: 2023-01-13.
- "Hartmann, Martin" (alman). Deutsche Biographie. 13.01.2023. 2017-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Martin Hartman alm Martin Hartmann 9 dekabr 1851 Vrotslav Prussiya 5 dekabr 1918 Berlin alman serqsunas erebsunasi Martin HartmanDogum tarixi 9 dekabr 1851 1851 12 09 Dogum yeri Vrotslav Breslau d Sileziya d Prussiya Almaniya ittifaqiVefat tarixi 5 dekabr 1918 1918 12 05 66 yasinda Vefat yeri Berlin Veymar RespublikasiElm saheleri serqsunasliqTehsili Leypsiq Universiteti Vikianbarda elaqeli mediafayllarHeyatiMartin Hartman 1851 ci ilde Breslauda indiki Vrotslavda anadan olmusdur Ibtidai ve orta tehsilini hemin seherde almisdir 1875 ci ilde Leypsiq Universitetinde professor Henrix Leberext Fleyserin rehberliyinde Sami dillerinde coxherfli birlesmeler alm Die Pluriliteralbildungen in den semitischen Sprachen adli doktorluq isini mudafie etmisdir Daha sonra Bursaya ve Istanbula gelerek turkce oyrenmis 1876 1887 ci illerde Beyrutdaki Almaniya konsullugunda tercumeci olaraq calismisdir 1887 ci ilden olumune qeder Berlinde qurulmus Serq Dilleri Seminari alm Seminar fur Orientalische Sprachen institutunda ders demisdir FealiyyetiMartin Hartman islamsunasligin musteqil bir elm kimi taninmasini qetiyyetle mudafie etmisdir Onun tedqiqat movzusu yaranisindan bu gune qeder Islam ve onun Cinden Qerbi Afrikaya qeder yayilma cografiyasini ehate edib O Almaniya universitetlerinde diqqetden kenarda qalan muasir Islamin oyrenilmesinin boyuk ehemiyyetini vurgulayib 1912 ci ilde hemkarlari ile birlikde Almaniya Islamsunasliq Cemiyyetini alm Deutsche Gesellschaft fur Islamkunde ve islamsunasliga dair Die Welt des Islamics jurnalini tesis etmisdir Martin Hartman ereb xalq mahnilarini ilk toplayanlardan biri olub ereb metbuati haqqinda yazilar yazib Cinde Islamin yayilmasi haqqinda ilk behs edenlerden olub Osmanli imperiyasinda bas veren hadiselerden de genis yazib O Almaniyada islamsunasligin oyrenilmesine sosioloji metodu getiren ilk sexsdir EserleriArabischer Sprachfuhrer fur Reisende Leypsiq 1880 Die hebraische Verskunst Berlin 1894 Metrum und Rhytmus Die Entstehung der arabischen Versmasse Gissen 1896 Das Muwassaḥ Das arabische Strophengedicht Veymar 1897 The Arabic Press of Egypt London 1899 Lieder der libyschen Wuste Leypsiq 1900 Caghataisches Die Grammatik ussi lisani turki des Mehemed Sadiq Heydelberq 1902 Chinesisch Turkestan Geschichte Verwaltung Geistesleben und Wirtschaft Halle 1908 Der Islam Geschichte Glaube Recht Ein Handbuch Leypsiq 1909 Die Frau im Islam Vortrag Halle 1909 Funf Vortrage uber den Islam Leypsiq 1912 Islam Mission Politik Leypsiq 1912 Reisebriefe aus Syrien Berlin 1913 Die Literatur der neuen Turkei Leypsiq 1917 Dichter der neuen Turkei Berlin 1919 Zur Geschichte des Islam in China Leypsiq 1921 IstinadlarCex Milli Hakimiyyet Melumat bazasi Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Deutsche Nationalbibliothek Record 119120828 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Hilal Gorgun HARTMANN Martin 1851 1918 turk TDV Islam Ansiklopedisi 13 01 2023 2023 01 14 tarixinde Istifade tarixi 2023 01 13 Hartmann Martin alman Deutsche Biographie 13 01 2023 2017 07 12 tarixinde arxivlesdirilib Istifade tarixi 2023 01 13