Şahtaxtinskilər — Azərbaycanın tanınmış soyadlarından biri.
Soyun yaranması
Bu kənd onlara miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman Şahtaxtı - öz ata-baba yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib: "Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq". Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı şəhərlərində, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar. Və Şahtaxtı kəndi ilə əlaqələri olmuşdur.
XIX və XX əsrdə elm aləmində böyük nailiyyətlər, uğurlar əldə edən alimlərin əksəriyyəti Şahtaxtinskilərdən olub. Amma çox təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Ymumiyyətlə, Azərbaycanda şəcərə tarixi demək olar ki, işlənməyib. Elə bu unutqanlığın nəticəsidir ki, Azərbaycan diplomatiyasında mühüm rol oynamış böyük diplomat Behbud ağa Şahtaxtinskinin atasının da adı elmi əsərlərdə, ensiklopediyalarda göstərilməmişdir.
Bir neçə ildir mən Şahtaxtinskilərin nəsil şəcərəsini araşdırıram. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacıq, Əli bəy Ağacıq və s. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də "Ağalıq" deyirdilər. Elə indinin özündə də həmin ərazi yaşlılar tərəfindən "Ağalıq" adlandırılır. Çox ehtimal ki, bu söz "Ağacığ"ın təhrif olunmuş variantıdır. Çünki 1840-1859-cu illərdə İrəvan bəy komissiyasında onlar ulu babalarının adının Ağa-Cır ağa kimi qeyd etmişlər.
Əlimizdə olan sənədlərə görə, I İsa Sultan Şah Sultanın oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyanı heyrətdə qoyan Şahtaxtinskilər I İsa sultanın törəmələridir. II İsa Sutan Nəcəfqulu Sultan oğlu isə onun nəvəsidir. II İsa Sultanın həyatı və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir nümunədir. Onun haqqında ədəbiyyatşünas alim V.Quliyevin "İsa sultan Şaxtaxtinskinin qəribə həyatı", (Bakı, 1999) monoqrafiyasında yazdıqlarını təkrarlamaq istəmirəm. Bir onu demək istəyirəm ki, qürbətdə əbədiyyətə gedən bu həmyerlimizin həyatını və fəaliyyətinin lazımınca təbliğ edə bilməmişik. O, bütün həyatını imperiya əsarətinə qarşı mübarizəyə həsr edib.
Şahtaxtinskilər əsasən Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Bu yerlərdə onların iri torpaq sahələri və mülkləri olub. Naxçıvanın Kəngərlilər yaşayan kəndlərinin bir neçəsində - Cəhridə, Xəlillidə, , Tumbulda, Şahtaxtında və Yurdçuda da onların çox böyük torpaq sahələri var idi. Onlar yüksək təbəqəyə daxil olsalar da, həmişə sadə xalqla birgə olmuşlar. Övladlarını sadə xalqın içərisində böyüdüb tərbiyə etmişdilər və təhsillərinin də qayğısına qalmışdılar. Məsələn, I İsa Sultanın oğlu Məhəmmədtağı sultan öz oğlu Məhəmməd ağa Şahtaxtınskini (1846-1931) Moskvada, Almaniğada və Parisdə oxutmuşdu. Məhəmməd ağa Şahtaxtınski ensiklopedik biliyə malik bir alim kimi 8 dildə mükəmməl yazıb oxumuş, məqalələr yazmışdır. Onun elmi fəaliyyətinə nəzər yetirsək, görərik ki, o, ömrünü Azərbaycan xalqının gələcəyi naminə sərf edib.
Məhəmməd ağanın qardaşı Baxşəli ağa da Peterburq Universitetinin hüquq fakültəsini bitirib Naxçıvana qayıtmışdı. Onun oğlu Hüseyn ağa da Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb. Lakin 1918-ci ildə ata və oğul Culfadan Naxçıvana qayıdarkən Nehrəm kəndi yaxınlığındakı "Dərəlik" adlı yerdə irticaçılar tərəfindən vəhşicəsinə qətl olunurlar. Qatillərin dediklərinə görə, Baxşəli ağa yalvarırmış ki, əvvəlcə məni öldürün, sonra oğlumu. Amma qatillər atanın gözləri önündə oğlunu əzabla, işgəncə ilə qətlə yetirirlər. Sonra da Baxşəli ağanı öldürürlər. Onlar həmin yerdə dəfn olunublar. Məzarları indi də oradadır.
Yeri gəlmişkən, bu ölüm haqqında müxtəlif versiyalar var. Ancaq 1918-20-ci illərdə baş verən hadisələr düzgün təhlil edilməyincə, yazılanlara inanmaq çətindir. Çünki 1920-ci ildən sonra yazılanların hamısı o dövrün siyasətinə uyğunlaşdırılıb. Belə ki, "Araz-Türk" Respublikası daxilində gedən feodal çəkişmələri bu qətldə əsas rol oynayıb...
Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla bəy və Həbibulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıya - Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Bu nikahlardan oğulan övladlar da Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermişlər. Belə ki, Nemətulla bəy Şahtaxtinski ilə Zəhra xanımın oğlu Toğrul Şahtaxtinski akademikdir. Həbibulla bəy də akademik olub. Övladlarının qalanları da elmin müxtəlif sahələri üzrə alim idilər. Qızı Elmira xanım isə Azərbaycanın xalq rəssamı olmuşdur.
Məmmədtağı Sultan 1892-ci ildə doğulub. Tiflisdə və Rusiyanın hərbi məktəblərində təhsil alıb. Tiflisdə oxuyarkən çex qızı Olqa Stefanovna Bosiko (Kuzmina) ilə ailə qurmuş və Gülnaz adlı qızları olmuşdur. Naxçıvanın daşnaklardan müdafiə olunmasında fəal iştirak edən Məmmədtağı Sultanı quldurlar ataları Baxşəli ağanın gözləri önündə amansızcasına Dərəlikdə (Culfa) öldürmüşlər. Hüseyn ağa 1893-cü ildə Şahtaxtı kəndində dünyaya gəlmiş, İrəvan gimnaziyasında, sonralar isə Sankt-Peterburqda oxumuşdur. Hüquqşünas kimi Naxçıvana dönən Hüseyn ağa da digər Şahtaxtinskilərlə birlikdə Naxçıvanın müdafiəsində cəsurluqla döyüşənlərdən biri olmuşdur. O, sosial-demokrat olmuş və dostu Hüseyn Mamayevin yazdığına görə, 1915-ci ildə Moskva universitetində oxumuşdur. Sənədlərin dili ilə desək, 1917-ci ildə Peterburqdan İrəvana dönmüş və burada "Gecə kursları"nda dərs demişdir. Onu sovet hakimiyyəti illərində bolşevik kimi təqdim etsələr də, bu, doğru deyil. Çünki o, müstəqilliyin əsl təbliğatçılarından biri olmuşdur. Hüseyn ağa İrəvanda, Şahtaxtıda xalqa izah edirdi ki, oktyabristlərin və kadetlərin qurduqları Tuçkovlar və Milyukovlar hökumətinə inanmayın, sözlərində səmimi olsalar da, onlar müharibə hökuməti qurmuşlar. "Müharibə hökuməti isə xalqa sülh və çörək, həmçinin azadlıq verə bilməz. Bu hökumət "Polesyeni, Türkiyəni talan etmək, İstanbulu ələ keçirmək, Polşanı, Hollandiyanı, Litva ölkəsini və başqa ölkələri işğal etmək istəyən soyğunçuluq hökumətidir" - deyən Hüseyn ağanı hər yerdə çar tərəfdarları və xəfiyyələri təqib edirdilər. O, Şahtaxtı kəndinin mərkəzində təşkil etdiyi çıxışlarda belə şüarları tez-tez səsləndirirdi: "Yox olsun müharibə! Yaşasın sülh!"
O da digər qardaşları kimi əyninə əsgər paltarı geyinərək erməni daşnakları ilə döyüşürdü. Tarixi sənədlərə görə, "Müdafiye-məzluman təşkilatı"nı yaratmışdı. Onu da atası və qardaşı ilə birlikdə Dərəlikdə amansızlıqla qətlə yetiriblər. Qeyd etmək yerinə düşər. 1919-cu ildə Bakıda nəşr edilən "Zəhmət" qəzeti (oktyabr) böyük ürək ağrısı ilə onların faciəli qətlə yetirilməsi ilə bağlı yazı dərc edib. Hüseyn ağanın tələbəlik dostu M.Ə.Nasir adlı bir nəfər sonralar onun haqqında 1967-ci ildə "Şərq qapısı" qəzetində kiçik bir xatirə dərc etdirib. Ulu babaları İsa Sultan maarifə, mədəniyyətə var-dövlətini əsirgəməyən bir şəxs olduğu kimi, onun varisləri də bu yola sadiq qalmışlar. Bunu onların şəcərə tarixlərindəki faktlar da sübut edir. Hal-hazırda Şahtaxtı kəndində "Şahtaxtinskilər muzeyi" fəliyyət göstərir.
Soyun tanınmış nümayəndələri
- Əsədulla bəy Şahtaxtinski — folklorçu və tərcüməçi.
- — Metalların texnologiyası üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri, mühəndis –metallurq.
- Behbud ağa Şahtaxtinski — tanınmış diplomat.
- Məhəmməd ağa Şahtaxtılı — publisist, şərqşünas, dilçi, pedaqoq və ictimai xadim.
- Adilə Şahtaxtinskaya — Azərbaycanın tibb sahəsində ilk qadın professorlarından biri.
- Elmira Şahtaxtinskaya — xalq rəssamı.
- İsasultan Şahtaxtinski — alim, jurnalist və ictimai xadim.
- Məhəmməd Şahtaxtinski — fizika-riyaziyyat elmləri doktoru, professor.
- Toğrul Şahtaxtinski — kimya elmləri doktoru, professor.
- Həbibulla Şahtaxtinski — kimya elmləri doktoru, professor.
- Həmid bəy Şahtaxtinski — maarifçi, pedaqoq.
- Əbülfət ağa Şahtaxtinski — hərbçi, ictimai xadim.
- Leyla Şahtaxtinskaya — xaricdə təhsil almış ilk Azərbaycanlı qadın.
- — ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi (2014–2015).
İstinadlar
- "Arxivlənmiş surət". 2017-10-18 tarixində . İstifadə tarixi: 2018-04-01.
Mənbə
- Musa Quliyev, Şahtaxtının sahibləri Şahtaxtinskilər olub.
- Azərbaycan Sovet Ensiklopegiyası X cild
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sahtaxtinskiler Azerbaycanin taninmis soyadlarindan biri Soyun yaranmasiBu kend onlara miras kimi nesilden nesle oturulub Onlar her zaman Sahtaxti oz ata baba yurdlari ile oyunubler Bu fakt da fikrimizi tesdiqleyir ki bir defe Irevan qubernatoruna Sahtaxtinskilerin agsaqqali Haci Veli aga cox qururla deyib Bizim teze familiya qebul etmeye ehtiyacimiz yoxdur Biz 500 ilden artiqdir ki Sahtaxtili familiyasini dasiyiriq Sahtaxtinskiler Rusiya imperiyasinin Avropanin hansi seherlerinde elece de dunyanin hansi olkesinde yasayib yaratsalar da oz dogma yurdlarini hec vaxt unutmamisdilar Ve Sahtaxti kendi ile elaqeleri olmusdur XIX ve XX esrde elm aleminde boyuk nailiyyetler ugurlar elde eden alimlerin ekseriyyeti Sahtaxtinskilerden olub Amma cox teessuf ki onlarin nesil secereleri az oyrenilib Ymumiyyetle Azerbaycanda secere tarixi demek olar ki islenmeyib Ele bu unutqanligin neticesidir ki Azerbaycan diplomatiyasinda muhum rol oynamis boyuk diplomat Behbud aga Sahtaxtinskinin atasinin da adi elmi eserlerde ensiklopediyalarda gosterilmemisdir Bir nece ildir men Sahtaxtinskilerin nesil seceresini arasdiriram Senedlerde bu neslin adi Agaciq kimi de qeyd olunub Meselen I Isa Sultan Agaciq Eli bey Agaciq ve s Son illere qeder Sahtaxti kendinde onlarin malikaneleri yerlesen eraziye de Agaliq deyirdiler Ele indinin ozunde de hemin erazi yaslilar terefinden Agaliq adlandirilir Cox ehtimal ki bu soz Agacig in tehrif olunmus variantidir Cunki 1840 1859 cu illerde Irevan bey komissiyasinda onlar ulu babalarinin adinin Aga Cir aga kimi qeyd etmisler Elimizde olan senedlere gore I Isa Sultan Sah Sultanin ogludur Ve bu gun 200 ilden artiqdir ki dunyani heyretde qoyan Sahtaxtinskiler I Isa sultanin toremeleridir II Isa Sutan Necefqulu Sultan oglu ise onun nevesidir II Isa Sultanin heyati ve sexsiyyeti elece de fealiyyeti nesillere bir numunedir Onun haqqinda edebiyyatsunas alim V Quliyevin Isa sultan Saxtaxtinskinin qeribe heyati Baki 1999 monoqrafiyasinda yazdiqlarini tekrarlamaq istemirem Bir onu demek isteyirem ki qurbetde ebediyyete geden bu hemyerlimizin heyatini ve fealiyyetinin laziminca teblig ede bilmemisik O butun heyatini imperiya esaretine qarsi mubarizeye hesr edib Sahtaxtinskiler esasen Sahtaxti Naxcivan Irevan ve Tiflisde yasayiblar Bu yerlerde onlarin iri torpaq saheleri ve mulkleri olub Naxcivanin Kengerliler yasayan kendlerinin bir necesinde Cehride Xelillide Tumbulda Sahtaxtinda ve Yurdcuda da onlarin cox boyuk torpaq saheleri var idi Onlar yuksek tebeqeye daxil olsalar da hemise sade xalqla birge olmuslar Ovladlarini sade xalqin icerisinde boyudub terbiye etmisdiler ve tehsillerinin de qaygisina qalmisdilar Meselen I Isa Sultanin oglu Mehemmedtagi sultan oz oglu Mehemmed aga Sahtaxtinskini 1846 1931 Moskvada Almanigada ve Parisde oxutmusdu Mehemmed aga Sahtaxtinski ensiklopedik biliye malik bir alim kimi 8 dilde mukemmel yazib oxumus meqaleler yazmisdir Onun elmi fealiyyetine nezer yetirsek gorerik ki o omrunu Azerbaycan xalqinin geleceyi namine serf edib Mehemmed aganin qardasi Baxseli aga da Peterburq Universitetinin huquq fakultesini bitirib Naxcivana qayitmisdi Onun oglu Huseyn aga da Peterburq Universitetinin huquq fakultesinde tehsil alib Lakin 1918 ci ilde ata ve ogul Culfadan Naxcivana qayidarken Nehrem kendi yaxinligindaki Derelik adli yerde irticacilar terefinden vehsicesine qetl olunurlar Qatillerin dediklerine gore Baxseli aga yalvarirmis ki evvelce meni oldurun sonra oglumu Amma qatiller atanin gozleri onunde oglunu ezabla isgence ile qetle yetirirler Sonra da Baxseli agani oldururler Onlar hemin yerde defn olunublar Mezarlari indi de oradadir Yeri gelmisken bu olum haqqinda muxtelif versiyalar var Ancaq 1918 20 ci illerde bas veren hadiseler duzgun tehlil edilmeyince yazilanlara inanmaq cetindir Cunki 1920 ci ilden sonra yazilanlarin hamisi o dovrun siyasetine uygunlasdirilib Bele ki Araz Turk Respublikasi daxilinde geden feodal cekismeleri bu qetlde esas rol oynayib Baxseli aganin o biri oglanlari Nemetulla bey Etaulla bey ve Hebibulla bey Azerbaycan elminde cox boyuk xidmetler gostermisler Onlarin ucu de Behmen Mirzenin neveleri olan 3 baciya Zehra Ziba ve Leyla xanimlarla aile qurmuslar Bu nikahlardan ogulan ovladlar da Azerbaycan elmine medeniyyetine incesenetine boyuk tohfeler vermisler Bele ki Nemetulla bey Sahtaxtinski ile Zehra xanimin oglu Togrul Sahtaxtinski akademikdir Hebibulla bey de akademik olub Ovladlarinin qalanlari da elmin muxtelif saheleri uzre alim idiler Qizi Elmira xanim ise Azerbaycanin xalq ressami olmusdur Memmedtagi Sultan 1892 ci ilde dogulub Tiflisde ve Rusiyanin herbi mekteblerinde tehsil alib Tiflisde oxuyarken cex qizi Olqa Stefanovna Bosiko Kuzmina ile aile qurmus ve Gulnaz adli qizlari olmusdur Naxcivanin dasnaklardan mudafie olunmasinda feal istirak eden Memmedtagi Sultani quldurlar atalari Baxseli aganin gozleri onunde amansizcasina Derelikde Culfa oldurmusler Huseyn aga 1893 cu ilde Sahtaxti kendinde dunyaya gelmis Irevan gimnaziyasinda sonralar ise Sankt Peterburqda oxumusdur Huquqsunas kimi Naxcivana donen Huseyn aga da diger Sahtaxtinskilerle birlikde Naxcivanin mudafiesinde cesurluqla doyusenlerden biri olmusdur O sosial demokrat olmus ve dostu Huseyn Mamayevin yazdigina gore 1915 ci ilde Moskva universitetinde oxumusdur Senedlerin dili ile desek 1917 ci ilde Peterburqdan Irevana donmus ve burada Gece kurslari nda ders demisdir Onu sovet hakimiyyeti illerinde bolsevik kimi teqdim etseler de bu dogru deyil Cunki o musteqilliyin esl tebligatcilarindan biri olmusdur Huseyn aga Irevanda Sahtaxtida xalqa izah edirdi ki oktyabristlerin ve kadetlerin qurduqlari Tuckovlar ve Milyukovlar hokumetine inanmayin sozlerinde semimi olsalar da onlar muharibe hokumeti qurmuslar Muharibe hokumeti ise xalqa sulh ve corek hemcinin azadliq vere bilmez Bu hokumet Polesyeni Turkiyeni talan etmek Istanbulu ele kecirmek Polsani Hollandiyani Litva olkesini ve basqa olkeleri isgal etmek isteyen soygunculuq hokumetidir deyen Huseyn agani her yerde car terefdarlari ve xefiyyeleri teqib edirdiler O Sahtaxti kendinin merkezinde teskil etdiyi cixislarda bele suarlari tez tez seslendirirdi Yox olsun muharibe Yasasin sulh O da diger qardaslari kimi eynine esger paltari geyinerek ermeni dasnaklari ile doyusurdu Tarixi senedlere gore Mudafiye mezluman teskilati ni yaratmisdi Onu da atasi ve qardasi ile birlikde Derelikde amansizliqla qetle yetiribler Qeyd etmek yerine duser 1919 cu ilde Bakida nesr edilen Zehmet qezeti oktyabr boyuk urek agrisi ile onlarin facieli qetle yetirilmesi ile bagli yazi derc edib Huseyn aganin telebelik dostu M E Nasir adli bir nefer sonralar onun haqqinda 1967 ci ilde Serq qapisi qezetinde kicik bir xatire derc etdirib Ulu babalari Isa Sultan maarife medeniyyete var dovletini esirgemeyen bir sexs oldugu kimi onun varisleri de bu yola sadiq qalmislar Bunu onlarin secere tarixlerindeki faktlar da subut edir Hal hazirda Sahtaxti kendinde Sahtaxtinskiler muzeyi feliyyet gosterir Soyun taninmis numayendeleriEsedulla bey Sahtaxtinski folklorcu ve tercumeci Metallarin texnologiyasi uzre Azerbaycanda ilk mutexessislerden biri muhendis metallurq Behbud aga Sahtaxtinski taninmis diplomat Mehemmed aga Sahtaxtili publisist serqsunas dilci pedaqoq ve ictimai xadim Adile Sahtaxtinskaya Azerbaycanin tibb sahesinde ilk qadin professorlarindan biri Elmira Sahtaxtinskaya xalq ressami Isasultan Sahtaxtinski alim jurnalist ve ictimai xadim Mehemmed Sahtaxtinski fizika riyaziyyat elmleri doktoru professor Togrul Sahtaxtinski kimya elmleri doktoru professor Hebibulla Sahtaxtinski kimya elmleri doktoru professor Hemid bey Sahtaxtinski maarifci pedaqoq Ebulfet aga Sahtaxtinski herbci ictimai xadim Leyla Sahtaxtinskaya xaricde tehsil almis ilk Azerbaycanli qadin ATET in Bakidaki layihe elaqelendiricisi 2014 2015 Istinadlar Arxivlenmis suret 2017 10 18 tarixinde Istifade tarixi 2018 04 01 MenbeMusa Quliyev Sahtaxtinin sahibleri Sahtaxtinskiler olub Azerbaycan Sovet Ensiklopegiyasi X cildHemcinin baxNaxcivan