Martin Lüter (alm. Martin Luther [ˈmaɐ̯tiːn ˈlʊtɐ] dinlə; 10 noyabr 1483[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası – 18 fevral 1546[…], Lyuterştadt-Aysleben, Müqəddəs Roma imperiyası) — Almaniyada reformasiyanın başçısı, alman protestantlığının (lüteranlıq) banisi. 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi ilə çıxış etmişdi.
Martin Lüter | |
---|---|
alm. Martin Luther | |
Doğum tarixi | 10 noyabr 1483[…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 1546[…](62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, ilahiyyatçı, professor, vəkil, Bibliya tərcüməçisi[d], xristiyan himnlərinin müəllifi[d], reformasiyaçı[d], filosof, pastor[d], yazıçı, vaiz[d], bəstəkar, Katib |
Vikianbarda əlaqəli mediafayllar |
Martin Lüter tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Həyatı
Böyük dini islahatçı kimi tanınan Martin Lüter 10 noyabr 1483-cü ildə Almaniyanın şəhərində, kəndli ailəsində doğulmuşdur. On üç yaşında ikən atası onu Eyzenax şəhərindəki kilsə məktəbinə oxumağa yollamışdır. Burada Ursula Kott adlı xeyirxah bir qadınla tanış olan Lüter dörd ildən sonra onun köməyi ilə Erfurt Universitetinə daxil olmuşdur. 1502-ci ildə bakalavr, üç ildən sonra isə fəlsəfə magistri dərəcəsi almışdır. Atasının təzyiqi ilə hüquqşünas peşəsinə yiyələnən Martin gözlənilmədən rahib olmaq qərarına gəlmiş və 1507-ci ildə avqustinçilər monastırına getmişdir. Rəvayətə görə, onun rahib olmasının səbəbi, tufan vaxtı ölüm qorxusuna düşərək, "Müqəddəs Anna, məni xilas et, sağ qalsam, monastıra gedəcəyəm" andı verməsi ilə əlaqədardır.
Avqustinçilər cəmiyyətinin başçısı, Lüterin dostu İohann Ştaupits idi. O, dostunun məsləhəti ilə Vittenberq Universitetinə getmiş və ilahiyyat üzrə əvvəlcə birinci, sonra isə ikinci elmi dərəcə almışdır. 1510-cu ildə isə cəmiyyətin işləri ilə əlaqədar olaraq Romaya göndərilmişdir. Lüter yazırdı ki, burada qaldığı dörd ay ərzində "Müqəddəs Şəhər"in düşdüyü vəziyyətə xeyli heyrətlənmiş və daxili nifrət duyğusuna qapılmışdır. 1512-ci ildə Vittenberq Universitetində ilahiyyat doktoru adını almış və bu təhsil ocağında qalaraq müəllimlik fəaliyyətinə başlamışdır. Həmin dövrdə o, paralel olaraq kilsədə vaizlik də etmişdir. Lüter İncili alman dilinə tərcümə etmək fikrinə də bu dövrdə düşmüşdür.
Doxsan beş tezis
Martin Lüterin dini baxışlarının mərkəzində duran əsas müddəalardan biri "məşğulluq" (almanca:Berufung) anlayışıdır. Onun dində islahatlar aparmaq fikri 1517-ci ildə, yəni Almaniyada indulgensiya (günahların bağışlanması haqqında kilsənin hər şəxsə verdiyi qəbz) satışına başlanılması dövrünə təsadüf edir. O vaxtlar belə iddia edilirdi ki, guya bu qəbzi alan şəxs və onun yaxınları Cəhənnəm əzabından xilas ola bilər. Papa göstərişinə əsasən, bu "alverlə" Mayns arxiyepiskopu Albrext məşğul idi. Satışdan əldə olunacaq vəsait hesabına Romadakı tikiləcəkdi.
Lüter indulgensiya satışına dair etirazlarını 31 oktyabr 1517-ci ildə "Doxsan beş tezis" adı altında hazırlayaraq Vittenberq kilsəsinin divarlarından asmışdır. Tezislərin əsas məqsədi kahinlərin Allahla insan arasında vasitəçi olmdığını, onların yalnız rəhbərlik etməklə həqiqi xristianlara nümunə qismində çıxış etməli olduqlarını göstərmək idi. Bu haqda xəbər tezliklə Papaya da çatmış və Lüter izahat üçün Romaya çağırılmışdır. Lakin Saksoniya kurfürstü (nüfuzlu knyaz) Fridrixin köməyi ilə məsələyə Almaniyada baxılması qərara alınmışdır. 1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 1520-ci ildə Papa rəsmən Lüteri dindən çıxarmış və bununla da, onun yeni məzhəb yaratmaq işini sürətləndirmişdir.
O bu dövrdə yazdığı bir çox əsərlərdə dövləti dinin caynaqlarından qurtarmaq üçün kilsə daxilində islahat aparmağın vacibliyini vurğulamışdır. 1521-ci ildə Almaniyanın Vorms şəhərində keçirilən Reyxstaq iclasında yaydığı fikirlərdən imtina edib-etməməsi barədə ona verilən suala, o, belə cavab vermişdir: "Siz məndən sadə cavab istəyirsinizsə, mən onu sizə verərəm. Mən Müqəddəs Kitab və qəti dəlillərlə mühakimə olunmamışam. Mənim vicdanım Allahın əlindədir və heç nədən imtina edə bilmərəm. Çünki vicdana qarşı getmək mümkün deyil. Başqa cür edə bilmərəm, Allah mənə kömək olsun".
Bu hadisədən sonra Lüterə qarşı "Vorms edikti" adlı sənəd qəbul edilmiş və o, kurfürst Fridrixin köməyi ilə Vartburq qəsrində gizlənməyə məcbur olmuşdur. O, burada da fəaliyyətini davam etdirərək, İncilin tərcüməsini başa çatdırmışdır. Bir müddət sonra Vittenberqə qayıdaraq, kilsədə aparılan islahatlarda fəallıq göstərmişdir (bu işdə ona yaxın dostu və silahdaşı Filipp Melanxton yardım etmişdir).
1525-ci ildə Almaniyada kəndli üsyanı baş vermişdi. Üsyançılar Lüterin fikirlərindən yararlansalar da, o, qiyama qarşı olmuşdur. Bu üsyan nəticəsində Lüterə qarşı daha sərt və dözümsüz münasibət yaranmışdı. Lüter yazırdı: "İnsan öz ruhunu kilsə vasitəsilə deyil, imanla xilas edir". Lüter bu fikirləri 1519-cu ildə məşhur ilahiyyatçı İohann Ek ilə müzakirə zamanı səsləndirmiş, papa şəxsiyyətinin qüsursuzluğu doqmasını təkzib etmişdir.
Şəxsi həyatı və ölümü
Belə çətin dövrdə onun şəxsi həyatında yenilik baş vermişdir. Zamanın təsiri altına düşən bir qrup gənc qadının monastırdan qaçmalarına kömək edən Lüter onların yeni həyata başlamalarına -həyat yoldaşı tapmaqlarına da yardımçı olmuş və onların hamısını evləndirmişdir. Sonda tək qalan Katarina fon Bora ilə o özü evlənmişdir (27 iyun 1525-ci il). Bu nikahdan onların altı uşağı olmuşdur.
Bundan sonrakı dövrdə Lüter, əsasən, pedaqoq və vaiz kimi fəaliyyətini davam etdirmiş, yazdığı müxtəlif əsərlərdə dini görüşlərini açıqlamaq üçün gərgin fəaliyyət göstərmişdir. Onun əsərləri bütün Avropada geniş əks-sədaya səbəb olmuşdur. Böyük həyat yolu keçən dini reformator 18 fevral 1546-cı ildə şəhərində vəfat etmişdir.
Martin Lüter və antisemitizm
Lüterin antisemitizminin mahiyyəti müxtəlif cür başa düşülür. Bəziləri hesab edirlər ki, antisemitizm Lüterin şəxsi mövqeyi olmaqla, onun teoloji baxışlarına təsir etməmiş və sadəcə olaraq dövrün ruhunun ifadəsi olaraq meydana çıxmışdır. Digər bir qrupun fikrincə isə, Lüterin baxışları onun davamçıları arasında antisemitik əhval-ruhiyyənin güclənməsinə davamlı təsir göstərmişdir. Təbliğata başlamazdan öncə Lüter, görünür, antisemit olmamış, hətta 1523-cü ildə o, "İsa Məsih yəhudi olaraq doğuldu" adlı bir broşür hazırlamışdır. Lakin Reformasiya irəlilədikcə, Lüter yəhudilərin kütləvi şəkildə xristianlığı qəbul etməsinə ümidini itirməyə başlamış və buna görə də illər keçdikcə yəhudiliyə qarşı daha da dözümsüz olmuş, ardıcıllarına qarşı sərt mövqe tutmuşdur. Daha sonrakı iki əsərində Lüter artıq yəhudilik haqqında düşmən mövqeyini açıq şəkildə ifadə etmiş və vəftiz olunmaqdan imtina edən bütün yəhudilərin qovulmasına və sinaqoqlarının yandırılmasına çağırmışdır. 20-ci əsrdə Lüterin antisemitik baxışları Hitler və onun tərəfdarlarının ona olan rəğbətini artırdığından hətta "Büllur gecə" adlı bayramı da nasistlər Lüterin doğum gününündə qeyd edirdilər.
Martin Lüterin fəaliyyətinin tarixi əhəmiyyəti
Maks Veberə görə, lüteran təbliğatı təkcə Reformasiyaya təkan verməklə yanaşı, həm də kapitalizmin yaranmasında dönüş nöqtəsi oldu və Yeni dövrün ruhunu müəyyənləşdirdi. Martin Lüter alman ictimai fikir tarixinə mədəniyyət xadimi — təhsilin, dilin və musiqinin islahatçısı kimi daxil olmuşdur. 2003-cü ildə keçirilən ictimai rəy sorğularının nəticələrinə əsasən Martin Lüterin Almaniyanın bütün tarixində ikinci ən tanınmış şəxs (birinci yer Konrad Adenauer, üçüncü yerdə Karl Marks) olduğu müəyyən edilmişdir. Lüter təkcə İntibah mədəniyyətindən təsirlənməmiş, papanın tərəfdarlarına qarşı mübarizədə o, xalq mədəniyyətindən istifadə etməyə çalışmış və onun inkişafında əhəmiyyətli rol oynamışdır. Böyük əhəmiyyət kəsb edən Bibliyanın alman dilinə tərcümə edilməsi, əsasən, Lüter (1522–1542) tərəfindən həyata keçirilmiş, ümumalman milli dilinin normalarını müəyyən etmişdir. Bu işdə ona sadiq dostu və silahdaşı İohann-Kaspar Akvila kömək etmişdir.
Həmçinin bax
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- BeWeB.
- Deutsche Nationalbibliothek Record #118575449 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Burr G. L., Burr G. L. A New Fragment on Luther's Death, With Other Gleanings From the Age of the Reformation (ing.). // Am. Hist. Rev. American Historical Association, University of Chicago Press, OUP, 1911. Vol. 16, Iss. 4. P. 723–735. ISSN 0002-8762; 1937-5239 doi:10.2307/1835704; doi:10.1086/AHR/16.4.723
- Hendrix, Scott H. "The Controversial Luther", Word & World 3/4 (1983), Luther Seminary, St. Paul, MN. Также см. Hillerbrand, Hans. "The legacy of Martin Luther" Архивная копия от 16 июля 2011 на Wayback Machine, in Hillerbrand, Hans & McKim, Donald K. (eds.) The Cambridge Companion to Luther. — Cambridge University Press, 2003
- Мартин Лютер и протестантская реформация. Дата обращения: 30 ноября 2011. Архивировано 10 марта 2012 года
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Martin Luter alm Martin Luther ˈmaɐ tiːn ˈlʊtɐ dinle 10 noyabr 1483 Lyuterstadt Aysleben Muqeddes Roma imperiyasi 18 fevral 1546 Lyuterstadt Aysleben Muqeddes Roma imperiyasi Almaniyada reformasiyanin bascisi alman protestantliginin luteranliq banisi 1517 ci ilde katolik kilsesine qarsi 95 tezisi ile cixis etmisdi Martin Luteralm Martin Luther Dogum tarixi 10 noyabr 1483 Dogum yeri Lyuterstadt Aysleben Muqeddes Roma imperiyasiVefat tarixi 18 fevral 1546 62 yasinda Vefat yeri Lyuterstadt Aysleben Muqeddes Roma imperiyasiDefn yeri Butun Muqeddesler kilsesi d Tehsili Erfurt Universiteti 1501 1505 Fealiyyeti tercumeci ilahiyyatci professor vekil Bibliya tercumecisi d xristiyan himnlerinin muellifi d reformasiyaci d filosof pastor d yazici vaiz d bestekar Katib Vikianbarda elaqeli mediafayllar Martin Luter tarixde 100 en cox oyrenilmis sexsiyyetler siyahisina daxil edilib HeyatiUniversitet Vittenberg Boyuk dini islahatci kimi taninan Martin Luter 10 noyabr 1483 cu ilde Almaniyanin seherinde kendli ailesinde dogulmusdur On uc yasinda iken atasi onu Eyzenax seherindeki kilse mektebine oxumaga yollamisdir Burada Ursula Kott adli xeyirxah bir qadinla tanis olan Luter dord ilden sonra onun komeyi ile Erfurt Universitetine daxil olmusdur 1502 ci ilde bakalavr uc ilden sonra ise felsefe magistri derecesi almisdir Atasinin tezyiqi ile huquqsunas pesesine yiyelenen Martin gozlenilmeden rahib olmaq qerarina gelmis ve 1507 ci ilde avqustinciler monastirina getmisdir Revayete gore onun rahib olmasinin sebebi tufan vaxti olum qorxusuna duserek Muqeddes Anna meni xilas et sag qalsam monastira gedeceyem andi vermesi ile elaqedardir Avqustinciler cemiyyetinin bascisi Luterin dostu Iohann Staupits idi O dostunun mesleheti ile Vittenberq Universitetine getmis ve ilahiyyat uzre evvelce birinci sonra ise ikinci elmi derece almisdir 1510 cu ilde ise cemiyyetin isleri ile elaqedar olaraq Romaya gonderilmisdir Luter yazirdi ki burada qaldigi dord ay erzinde Muqeddes Seher in dusduyu veziyyete xeyli heyretlenmis ve daxili nifret duygusuna qapilmisdir 1512 ci ilde Vittenberq Universitetinde ilahiyyat doktoru adini almis ve bu tehsil ocaginda qalaraq muellimlik fealiyyetine baslamisdir Hemin dovrde o paralel olaraq kilsede vaizlik de etmisdir Luter Incili alman diline tercume etmek fikrine de bu dovrde dusmusdur Doxsan bes tezis Esas meqale 95 tezis Martin Luterin dini baxislarinin merkezinde duran esas muddealardan biri mesgulluq almanca Berufung anlayisidir Onun dinde islahatlar aparmaq fikri 1517 ci ilde yeni Almaniyada indulgensiya gunahlarin bagislanmasi haqqinda kilsenin her sexse verdiyi qebz satisina baslanilmasi dovrune tesaduf edir O vaxtlar bele iddia edilirdi ki guya bu qebzi alan sexs ve onun yaxinlari Cehennem ezabindan xilas ola biler Papa gosterisine esasen bu alverle Mayns arxiyepiskopu Albrext mesgul idi Satisdan elde olunacaq vesait hesabina Romadaki Muqeddes Pyotr kilsesi tikilecekdi Luter indulgensiya satisina dair etirazlarini 31 oktyabr 1517 ci ilde Doxsan bes tezis adi altinda hazirlayaraq Vittenberq kilsesinin divarlarindan asmisdir Tezislerin esas meqsedi kahinlerin Allahla insan arasinda vasiteci olmdigini onlarin yalniz rehberlik etmekle heqiqi xristianlara numune qisminde cixis etmeli olduqlarini gostermek idi Bu haqda xeber tezlikle Papaya da catmis ve Luter izahat ucun Romaya cagirilmisdir Lakin Saksoniya kurfurstu nufuzlu knyaz Fridrixin komeyi ile meseleye Almaniyada baxilmasi qerara alinmisdir 1518 ci ilin oktyabrinda Ausburq seherinde kecirilen iclasda Luter Papanin muvekkili kardinal Kaetan terefinden bidetci adlandirilsa da o Almaniyanin bir sira nufuzlu sexsleri terefinden mudafie edilmisdir Butun bunlara baxmayaraq 1520 ci ilde Papa resmen Luteri dinden cixarmis ve bununla da onun yeni mezheb yaratmaq isini suretlendirmisdir O bu dovrde yazdigi bir cox eserlerde dovleti dinin caynaqlarindan qurtarmaq ucun kilse daxilinde islahat aparmagin vacibliyini vurgulamisdir 1521 ci ilde Almaniyanin Vorms seherinde kecirilen Reyxstaq iclasinda yaydigi fikirlerden imtina edib etmemesi barede ona verilen suala o bele cavab vermisdir Siz menden sade cavab isteyirsinizse men onu size vererem Men Muqeddes Kitab ve qeti delillerle muhakime olunmamisam Menim vicdanim Allahin elindedir ve hec neden imtina ede bilmerem Cunki vicdana qarsi getmek mumkun deyil Basqa cur ede bilmerem Allah mene komek olsun Bu hadiseden sonra Lutere qarsi Vorms edikti adli sened qebul edilmis ve o kurfurst Fridrixin komeyi ile Vartburq qesrinde gizlenmeye mecbur olmusdur O burada da fealiyyetini davam etdirerek Incilin tercumesini basa catdirmisdir Bir muddet sonra Vittenberqe qayidaraq kilsede aparilan islahatlarda fealliq gostermisdir bu isde ona yaxin dostu ve silahdasi Filipp Melanxton yardim etmisdir 1525 ci ilde Almaniyada kendli usyani bas vermisdi Usyancilar Luterin fikirlerinden yararlansalar da o qiyama qarsi olmusdur Bu usyan neticesinde Lutere qarsi daha sert ve dozumsuz munasibet yaranmisdi Luter yazirdi Insan oz ruhunu kilse vasitesile deyil imanla xilas edir Luter bu fikirleri 1519 cu ilde meshur ilahiyyatci Iohann Ek ile muzakire zamani seslendirmis papa sexsiyyetinin qusursuzlugu doqmasini tekzib etmisdir Sexsi heyati ve olumu Bele cetin dovrde onun sexsi heyatinda yenilik bas vermisdir Zamanin tesiri altina dusen bir qrup genc qadinin monastirdan qacmalarina komek eden Luter onlarin yeni heyata baslamalarina heyat yoldasi tapmaqlarina da yardimci olmus ve onlarin hamisini evlendirmisdir Sonda tek qalan Katarina fon Bora ile o ozu evlenmisdir 27 iyun 1525 ci il Bu nikahdan onlarin alti usagi olmusdur Bundan sonraki dovrde Luter esasen pedaqoq ve vaiz kimi fealiyyetini davam etdirmis yazdigi muxtelif eserlerde dini goruslerini aciqlamaq ucun gergin fealiyyet gostermisdir Onun eserleri butun Avropada genis eks sedaya sebeb olmusdur Boyuk heyat yolu kecen dini reformator 18 fevral 1546 ci ilde seherinde vefat etmisdir Martin Luter ve antisemitizmLuterin antisemitizminin mahiyyeti muxtelif cur basa dusulur Bezileri hesab edirler ki antisemitizm Luterin sexsi movqeyi olmaqla onun teoloji baxislarina tesir etmemis ve sadece olaraq dovrun ruhunun ifadesi olaraq meydana cixmisdir Diger bir qrupun fikrince ise Luterin baxislari onun davamcilari arasinda antisemitik ehval ruhiyyenin guclenmesine davamli tesir gostermisdir Tebligata baslamazdan once Luter gorunur antisemit olmamis hetta 1523 cu ilde o Isa Mesih yehudi olaraq doguldu adli bir brosur hazirlamisdir Lakin Reformasiya ireliledikce Luter yehudilerin kutlevi sekilde xristianligi qebul etmesine umidini itirmeye baslamis ve buna gore de iller kecdikce yehudiliye qarsi daha da dozumsuz olmus ardicillarina qarsi sert movqe tutmusdur Daha sonraki iki eserinde Luter artiq yehudilik haqqinda dusmen movqeyini aciq sekilde ifade etmis ve veftiz olunmaqdan imtina eden butun yehudilerin qovulmasina ve sinaqoqlarinin yandirilmasina cagirmisdir 20 ci esrde Luterin antisemitik baxislari Hitler ve onun terefdarlarinin ona olan regbetini artirdigindan hetta Bullur gece adli bayrami da nasistler Luterin dogum gunununde qeyd edirdiler Martin Luterin fealiyyetinin tarixi ehemiyyetiMaks Vebere gore luteran tebligati tekce Reformasiyaya tekan vermekle yanasi hem de kapitalizmin yaranmasinda donus noqtesi oldu ve Yeni dovrun ruhunu mueyyenlesdirdi Martin Luter alman ictimai fikir tarixine medeniyyet xadimi tehsilin dilin ve musiqinin islahatcisi kimi daxil olmusdur 2003 cu ilde kecirilen ictimai rey sorgularinin neticelerine esasen Martin Luterin Almaniyanin butun tarixinde ikinci en taninmis sexs birinci yer Konrad Adenauer ucuncu yerde Karl Marks oldugu mueyyen edilmisdir Luter tekce Intibah medeniyyetinden tesirlenmemis papanin terefdarlarina qarsi mubarizede o xalq medeniyyetinden istifade etmeye calismis ve onun inkisafinda ehemiyyetli rol oynamisdir Boyuk ehemiyyet kesb eden Bibliyanin alman diline tercume edilmesi esasen Luter 1522 1542 terefinden heyata kecirilmis umumalman milli dilinin normalarini mueyyen etmisdir Bu isde ona sadiq dostu ve silahdasi Iohann Kaspar Akvila komek etmisdir Hemcinin baxMartin Luter KinqIstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 BeWeB Deutsche Nationalbibliothek Record 118575449 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Burr G L Burr G L A New Fragment on Luther s Death With Other Gleanings From the Age of the Reformation ing Am Hist Rev American Historical Association University of Chicago Press OUP 1911 Vol 16 Iss 4 P 723 735 ISSN 0002 8762 1937 5239 doi 10 2307 1835704 doi 10 1086 AHR 16 4 723 Hendrix Scott H The Controversial Luther Word amp World 3 4 1983 Luther Seminary St Paul MN Takzhe sm Hillerbrand Hans The legacy of Martin Luther Arhivnaya kopiya ot 16 iyulya 2011 na Wayback Machine in Hillerbrand Hans amp McKim Donald K eds The Cambridge Companion to Luther Cambridge University Press 2003 Martin Lyuter i protestantskaya reformaciya Data obrasheniya 30 noyabrya 2011 Arhivirovano 10 marta 2012 goda