Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Talış xanlığı (tal. Tolışə xanəti) (fars. خانات تالش) — Azərbaycan xanlıqlarından biridir. Ərazisi təxminən 8000 kv. verst idi. Talış xanlıq 6 mahala bölünürdü. Bunlar, Ərkivan, Dərin, Alar, Məringül, Zuvand və Sepidac idi. 235 kəndi birləşdirən xanlıqda təxminən 40 minə yaxın əhali yaşayırdı.
Xanlıq | |||
Talış xanlığı | |||
---|---|---|---|
| |||
| |||
| |||
Paytaxt | Lənkəran | ||
Dilləri | fars dili, Azərbaycan dili, talış dili | ||
Rəsmi dilləri | Talış dili, Fars dili, Azərbaycan dili | ||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xanlar | |||
• (1736–1736) | |||
• (1736–1747) | |||
• (1747–1786) | Qara xan | ||
• (1786–1812) | Mir Mustafa xan | ||
• (1812–1826) | Mir Həsən xan | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının indiki Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan ostanının Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi.
Sərhədləri təxminən şimaldan Bolqarçayın, şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə, cənubdan və qərbdən İran sərhədlərinə qədər bir ərazini əhatə edirdi. Belə ki, Talış xanlığı şimal-şərqdə Quba xanlığına tabe olan Salyan sultanlığı ilə, şimalda ərazisi sonradan Şamaxı xanlığı ilə Qarabağ xanlığı arasında bölüşdürülmüş Cavad xanlığı ilə, şimal-qərbdə Qaradağ xanlığı ilə, qərbdə Ərdəbil xanlığı ilə, cənubda isə Gilan xanlığı ilə həmsərhəd idi.
Talış xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndi, sonra Astara, sonda isə Lənkəran şəhəri olmuşdur.
Talış xanları
№ | Adı | Hakimiyyət illəri |
---|---|---|
1 | ?-1736 | |
2 | 1736–1747 | |
3 | Cəmaləddin Mirzə bəy | 1747–1786 |
4 | Mir Mustafa xan | 1786–1812 |
5 | Mir Həsən xan | 1812–1826 |
Sülalə
Talış xanları sülaləsinin mənşəyi haqqında məlumat Mirzə Əhməd oğlunun müəllifi olduğu "Əxbarnamə" (1882) əsərində və Azərbaycan tarixçisi "Cəvahirnameyi-Lənkəran" əsərində verilmişdir. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" əsərində qeyd edir ki, Lənkəran xanları sülaləsinin banisi nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına – Xarxatan kəndinə köçmüşdür. Seyid Abbas bəyin səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə).
Seyid Əli Kazım bəy oğlu 1869-cu ildə yazdığı "Cəvahirnameyi Lənkəran" əsasərində II Şah Abbas Səfəvinin (1642–1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır, bu şəxsin də 20-ci nəsildən babası Həzrəti Məhəmməd peyğəmbərdir. Yəni Seyid Abbas Məhəmməd peyğəmbər 32-ci nəsil şəcərəsidir, dolayısı ilə mənşəcə ərəb olmuşdur.
Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu — XVIII əvvəllərində Güney Azərbaycandan Talış mahalına – Xarxatan kəndinə köçüb məskunlaşmışdır. Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüseyn bəy oğlunun bacısı Ahu xanımla evləndi. Onunla izdivacdan Seyid Abbas bəyin Seyid Cəmaləddin bəy adlı oğlu dünyaya gəldi. Seyid Abbas bəy və Əsəd bəy 1736-cı ildə Muğan qurultayında iştirak etmiş, Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş, orada isə onlara yüzbaşı rütbəsi verilmişdi. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1747-ci ildən 1786-cı ilədək Lənkəran xanı oldu) deyirdilər. O, Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixlə 1154-cü ildə (miladi tarixlə 1741/1742-ci ildə) Nadir şah tərəfindən irsi "xan" titulu ilə mükafatlandırılmışdı.
Qara xan
Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmləndirmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi, daimi qoşun təşkil etdi. O zaman Talış xanlığının ərazisindəki torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. İran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.
Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol oynayırdı. Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana köçürdü. Bu zaman Talış xanlığına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand, Sebican, Vəryadüz və Biləsuvar daxil idi. Talış xanlığında Astara, Lənkəran, Muranqul, Ərkivan, Dəştvənd (Masallıdan Nefçalaya kimi), Ucarud, Dırıq, Sırıq, Zuvand, Pirand, Orand mahalları mövcud idi.
Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirtmişdi. O, şəhərin qala divarlarını, xan sarayını, məscid, hamam, bazar, karvansara inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edirdi. İki mərtəbədən ibarət olan saray başdan başa şəbəkəli olub, rəngarəng şüşələrlə bəzədilmişdi.
Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi, onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında əhəmiyyətli rol oynamışdı.
Mahalları
- Astara mahalı
- Çayiçi Lənkəran mahalı
- Drığ mahalı
- Ucarud mahalı * * * Alar
- Muğan mahalı
- Pirand
- Talış mahal
Astara mahalnın yarısı, Əsalim mahalı, Ucarud mahalı, Vilgic mahalı, Qorqanrud mahalı İranın tərkibində qalıb.
İran və Rusiya ilə münasibətləri
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu, bəzi İran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Lənkərana daxill oldu, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbəlayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Talış xanlığı qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib, güclü bir dövlət yaratmaq istəyirdi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə başladı.
1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786–1814). Bu dövr xanlıq üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar İranda da öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücüma başladı. O, bütün Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd etdi. Yaranmış vəziyyətdən istifadə edən Rusiya hökuməti Qafqazda, xüsusilə Azərbaycanda öz mövqelərinin gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq İrana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi. Buna baxmayaraq Qacar öz qoşunlarını 1795-ci ildə həm İrəvan, həm də Lənkəran istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Lənkərana qayıdan Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsində qəbul edilməsi haqqında Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.
Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi, Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796-cı ildə II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxuldu. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu.
İran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərdi. Əhali Lənkəranı tərk edib Sarı adasına köçdü. Bu Rusiyanı narahat etməyə bilməzdi. 1813-cü il yanvarın 1-də günəş doğduğu zaman General Kotlyarevskinin komandanlıq etdiyi rus qoşunları hücuma başladılar və 3 saat davam edən qanlı döyüş nəticəsində 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq xan 4 min əsgəri ilə qəhrəmancasına savaşaraq şəhid oldu. Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki, əsl qətliam edərək şəhərin 16 min sakinini qətlə yetirdilər.
1813-cü il oktyabrın 12-də Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı da bir çox digər Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildi.
1814-cü ilin 26 iyulunda general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. Talış xanlığı 1826-cı ildə Rusiya tərəfindən işğal olundu və ləğv edildi. Sonuncu xan olan Mir Həsən xan 1831-ci il Lənkəran üsyanında ruslara qarşı qəhrəmancasına vuruşsa da tab gətirə bilməyib İrana sığınmalı oldu. 1832-ci ildə isə zəhərlənərək öldürüldü.
Talış xanlığı tarixi rol oynamış siyasi hakimiyyət idi. Bunu onun bir sıra qonşu xanlıqlarla, Rusiya ilə diplomatik əlaqəsi də göstərir.
Həmçinin bax
İstinadlar
- "Карта Кавказского края с обозначением границ 1801-1813 г. Составлена в военно-историческом отделе при штабе Кавказского военного округа подполковником Томкиевым. Тифлис 1901 г." 2015-11-26 tarixində . İstifadə tarixi: 2022-04-10.
- P. Zablotskiy. Obozreniye Talışinskogo xanstva za 1836 god — 1836. — 61 s.
- Obozreniye rossiyskix vladeniy za Kavkazom v statistiçeskom, etnografiçeskom, topografiçeskom i finansovom otnoşeniyax. — Sankt-Peterburg, 1836. — Т. 3. — S. 175.
- Obozrenie…, IV hissə, səh.175.
- "Əxbarnamə",2009, səh.158)
- "Səidiyyə" kitabında xanlığın mahallarının sayı 11 (səh.28)
- "Arxivlənmiş surət". 2021-06-14 tarixində . İstifadə tarixi: 2020-12-07.
- Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbarnamə" Bakı — 2009
Ədəbiyyat
- Əsədov F. Taliş xanlığı. Bakı, Çənlibel nəşriyyatı, 1998
- Генеалогия Талышинский — Талышхановых Arxivləşdirilib 2005-05-25 at Archive.today
- "Azərbaycan uğrunda savaş tablosu – Talış xanlığı" (az.). azadliq.info. 2011-10-04. 2017-05-29 tarixində . İstifadə tarixi: 2017-05-29.
- , Əxbarnamə (Talış Xanlığının tarixindən), Bakı — 2009, Fars dilindən tərcümə edən: Əli Hüseynzadə, 159 səh.
- Firudin Nurullabəyli — Əsədov, "", Elmi-publisistik tarixi oçerk. Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2007, 96 səh.
- İldırım Şükürzadə. "Talış xanlığı". Cenub.az - Regional Qazet (az.). İstifadə tarixi: 2024-02-17.
- Mürüvvət Abbasov. "Qızılağaclı Musa xan –Talış xanlığının yaradıcısıdırmı?". Cenub.az - Regional Qazet (az.). İstifadə tarixi: 2024-02-17.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede yalniz ilkin ve ya onunla elaqeli menbelerden istifade olunur Melumatlar musteqil ikinci menbelere esaslanmalidir eks halda meqalenin neytralligi ve ya ehemiyyeti ile bagli subheler yarana bunun neticesinde de siline biler Meqaleye etibarli istinad ve menbeler elave etmekle onu tekmillesdire bilersiniz Bu adin diger istifade formalari ucun bax Talis deqiqlesdirme Talis xanligi tal Tolise xaneti fars خانات تالش Azerbaycan xanliqlarindan biridir Erazisi texminen 8000 kv verst idi Talis xanliq 6 mahala bolunurdu Bunlar Erkivan Derin Alar Meringul Zuvand ve Sepidac idi 235 kendi birlesdiren xanliqda texminen 40 mine yaxin ehali yasayirdi XanliqTalis xanligiBayraq1801 1813 cu iller serhedleri ile Qafqaz xeritesinde Talis xanligi 1747 22 fevral 1828Paytaxt LenkeranDilleri fars dili Azerbaycan dili talis diliResmi dilleri Talis dili Fars dili Azerbaycan diliDovlet dini IslamIdareetme formasi Mutleq monarxiyaXanlar 1736 1736 1736 1747 1747 1786 Qara xan 1786 1812 Mir Mustafa xan 1812 1826 Mir Hesen xan Vikianbarda elaqeli mediafayllarTarixiTalis xanliginin en genis serhedleri 1747 ci ilde may ayinin 9 da Nadir sah olduruldukden sonra Azerbaycanda xanliqlar yaranmaga basladi Bu dovrde yaranan xanliqlardan biri de Talis xanligi idi Xanligin erazisi demek olar ki Azerbaycan Respulikasinin indiki Astara Lenkeran Lerik Yardimli Masalli rayonlarinin erazilerini ve indiki Iranin Gilan ostaninin Astara ve Hestper hazirda Tales adlanir bolgelerini ehate edirdi Serhedleri texminen simaldan Bolqarcayin serqden Kur cayinin mensebinedek Xezer denizine cenubdan ve qerbden Iran serhedlerine qeder bir erazini ehate edirdi Bele ki Talis xanligi simal serqde Quba xanligina tabe olan Salyan sultanligi ile simalda erazisi sonradan Samaxi xanligi ile Qarabag xanligi arasinda bolusdurulmus Cavad xanligi ile simal qerbde Qaradag xanligi ile qerbde Erdebil xanligi ile cenubda ise Gilan xanligi ile hemserhed idi Talis xanliginin merkezi evvelce Qizilagac kendi sonra Astara sonda ise Lenkeran seheri olmusdur Talis xanlari Adi Hakimiyyet illeri1 17362 1736 17473 Cemaleddin Mirze bey 1747 17864 Mir Mustafa xan 1786 18125 Mir Hesen xan 1812 1826Sulale Talis xanlari sulalesinin menseyi haqqinda melumat Mirze Ehmed oglunun muellifi oldugu Exbarname 1882 eserinde ve Azerbaycan tarixcisi Cevahirnameyi Lenkeran eserinde verilmisdir Mirze Ehmed Mirze Xudaverdi oglu Exbarname eserinde qeyd edir ki Lenkeran xanlari sulalesinin banisi nesli Guney Azerbaycanin Xalxal mahalinin Hir kendindendir ve Seyid Abbas bey agir maliyye veziyyetinden dolayi XVII esrin sonu XVIII esrin evvellerinde Sirvan Beylerbeyliyinin Talis mahalina Xarxatan kendine kocmusdur Seyid Abbas beyin sefevi neslinden geldiyi bilinir yuksek ehtimalla ana xetti uzre Seyid Eli Kazim bey oglu 1869 cu ilde yazdigi Cevahirnameyi Lenkeran esaserinde II Sah Abbas Sefevinin 1642 1666 1654 cu ilde verdiyi fermana istinad ederek Seyid Abbasin 12 ci nesilde babasinin Seyid Muntesir Billah oldugunu yazir bu sexsin de 20 ci nesilden babasi Hezreti Mehemmed peygemberdir Yeni Seyid Abbas Mehemmed peygember 32 ci nesil seceresidir dolayisi ile mensece ereb olmusdur Yuxarida qeyd edildiyi kimi Seyid Abbas bey XVII esrin sonu XVIII evvellerinde Guney Azerbaycandan Talis mahalina Xarxatan kendine kocub meskunlasmisdir Bu kendde yasayarken yerli feodallarla yaxinlasan Seyid Abbas bu kendin sahibi Boradigahli Esed bey Huseyn bey oglunun bacisi Ahu xanimla evlendi Onunla izdivacdan Seyid Abbas beyin Seyid Cemaleddin bey adli oglu dunyaya geldi Seyid Abbas bey ve Esed bey 1736 ci ilde Mugan qurultayinda istirak etmis Nadir sah Efsarin hakimiyyetini taniyaraq ogullari ve Eli beyi Nadir sahin herbi qulluguna gondermis orada ise onlara yuzbasi rutbesi verilmisdi Nadir sahin memurlari Seyid Cemaleddin beye derisinin renginden dolayi Qara bey o 1747 ci ilden 1786 ci iledek Lenkeran xani oldu deyirdiler O Nadir sahin Dagistana herbi seferleri zamani xususi olaraq ferqlenmisdi ve buna gore hicri tarixle 1154 cu ilde miladi tarixle 1741 1742 ci ilde Nadir sah terefinden irsi xan titulu ile mukafatlandirilmisdi Qara xanQara xan Lenkeranin iqtisadi ve siyasi qudretini mohkemlendirmek meqsedile bir sira tedbirler heyata kecirdi daimi qosun teskil etdi O zaman Talis xanliginin erazisindeki torpaq sahelerinin ekseriyyeti xan neslinden olmayan yerli feodallarin elinde idi Qara xan hemin feodallarin iqtisadi ve siyasi qudretini qirmaq ucun merkezi hakimiyyetle hesablasmayanlarin torpaqlarini musadire etdi Iran tehlukesinden qorunmaq meqsedile 1747 ci ilde paytaxti Astaradan Lenkerana kocurdu genis abadliq isleri apardi Bu tedbirler seherin ticaret ve medeniyyet merkezine cevrilmesine serait yaratdi Bu dovrde Lenkeran Xezer denizi sahilinde artiq ehemiyyetli bir liman seherine cevrilmekde idi ve Derbend Niyazabad ve Baki seherleri ile birlikde Azerbaycanin hem daxili hem de xarici ticaretinde muhum rol oynayirdi Mehz bu sebebden Qara xan paytaxti Astaradan Lenkerana kocurdu Bu zaman Talis xanligina 6 nahiyye Lenkeran Astara Zuvand Sebican Veryaduz ve Bilesuvar daxil idi Talis xanliginda Astara Lenkeran Muranqul Erkivan Destvend Masallidan Nefcalaya kimi Ucarud Diriq Siriq Zuvand Pirand Orand mahallari movcud idi Qara xan Lenkerana muxtelif yerlerden senetkar ve ustalar getirtmisdi O seherin qala divarlarini xan sarayini mescid hamam bazar karvansara insa etdirdi Bu dovrde seherde iki bazar var idi Yuxari merkezi ve Asagi bazar Bu dovr tikilileri arasinda gozellik ve memarliq baximindan xan sarayi diqqeti daha cox celb edirdi Iki mertebeden ibaret olan saray basdan basa sebekeli olub rengareng suselerle bezedilmisdi Lenkeranin Xezer denizi vasitesile tranzit ticaretde istirak etmesi onun iqtisadi bir merkez kimi tesekkul tapmasinda ehemiyyetli rol oynamisdi MahallariAstara mahali Cayici Lenkeran mahali Drig mahali Ucarud mahali Alar Mugan mahali Ucarud mahali Vilgic mahali Qorqanrud mahali Esalim mahali Pirand Talis mahal Astara mahalnin yarisi Esalim mahali Ucarud mahali Vilgic mahali Qorqanrud mahali Iranin terkibinde qalib Iran ve Rusiya ile munasibetleriQara xan xarici siyasetde Rusiyaya meyl gosterirdi Bu bezi Iran hakimlerini xususile gilanli Hidayet xani narahat edirdi 1768 ci ilde Hidayet xan 12 min neferlik qosunla Lenkerana daxill oldu Sindan qalasina cekilen Qara xan bir muddet muqavimet gosterse de Hidayet xan coxlu xerac alaraq Qara xani azad etdi Qara xan Gilan tecavuzune qarsi yardim almaq meqsedile qardasi Kerbelayi Sultani kicik silahli deste ile Qubaya Feteli xanin huzuruna gonderdi 1785 ci ilde Talis xanligi qubali Feteli xanin Azerbaycanin xeyli hissesini birlesdirdiyi torpaqlara qatildi Feteli xan butun Azerbaycan xanliqlarini birlesdirib guclu bir dovlet yaratmaq isteyirdi 1789 cu ilde Feteli xanin olumunden sonra xanliq yeniden musteqil siyaset yurutmeye basladi 1786 ci ilde Qara xanin vefatindan sonra hakimiyyete onun oglu Mir Mustafa xan kecdi 1786 1814 Bu dovr xanliq ucun cox agir iller idi Bele ki xarici hucumlar esasen de cenub serhedlerinden ara vermek bilmirdi 1794 cu ilde Azerbaycanin cenubunda hakimiyyete gelen Aga Mehemmed sah Qacar Iranda da oz movqelerini mohkemlendirdikden sonra Cenubi Qafqaza hucuma basladi O butun Azerbaycan xanliqlarindan ona tabe olmagi teleb edirdi Lakin xanliqlarin ekseriyyeti bu telebi redd etdi Yaranmis veziyyetden istifade eden Rusiya hokumeti Qafqazda xususile Azerbaycanda oz movqelerinin guclendirmek isini daha da suretlendirmeye calisirdi Talis xani Mir Mustafa xan Rusiya tebeeliyini qebul etmeye hazir oldugunu bildirmisdi 1795 ci ilde Aga Mehemmed sah Qacarin hucumu erefesinde Mir Mustafa xan Rusiyaya meyl gosteren Azerbaycan xanlarina mektub yazaraq Irana qarsi birge mubarize aparmaga hazir oldugunu bildirdi Buna baxmayaraq Qacar oz qosunlarini 1795 ci ilde hem Irevan hem de Lenkeran istiqametinde Azerbaycana yeritdi Mir Mustafa xan dusmene muqavimet gostermek iqtidarinda olmadigindan Lenkeran ehalisini Sari adasina kocurub mudafie movqeyi tutdu Iran qosunlari getdikden sonra Lenkerana qayidan Mir Mustafa xan 1795 ci ilin sentyabrinda oz numayendesi Zaman beyi Simali Qafqaza rus generali Qudovicin yanina oktyabrda ise Kerbelayi Esedulla beyi Peterburqa gonderdi 1796 ci il martin 12 de Kerbelayi Esedulla bey Talis xanliginin Rusiyanin himayesinde qebul edilmesi haqqinda Mir Mustafa xanin mektubunu II Yekaterinaya teqdim etdi Mir Mustafa xanin Rusiyanin himayeciliyini qebul etmesi Xezerde ustunluyu ele kecirmek isteyen Rusiya ucun cox ehemiyyetli idi 1796 ci ilde II Yekaterinanin vefatindan sonra hakimiyyete gelen I Pavel rus qosunlarini geri cagirdi Bundan istifade eden Qacar yeniden Azerbaycana soxuldu 1802 ci il dekabr ayinin 26 da Georgiyevsk muqavilesine gore Talis xani Rusiyanin ali himayesine qebul olundu Iran sahi 1809 cu ilde Fereculla xanin komandanligi altinda 2 min atlini Lenkerana gonderdi Ehali Lenkerani terk edib Sari adasina kocdu Bu Rusiyani narahat etmeye bilmezdi 1813 cu il yanvarin 1 de gunes dogdugu zaman General Kotlyarevskinin komandanliq etdiyi rus qosunlari hucuma basladilar ve 3 saat davam eden qanli doyus neticesinde 350 nefer itki vererek Lenkerana daxil ola bildiler Seherin mudafie quvvelerine rehberlik eden Sadiq xan 4 min esgeri ile qehremancasina savasaraq sehid oldu Ruslar sehere daxil olduqdan sonra demek olar ki esl qetliam ederek seherin 16 min sakinini qetle yetirdiler 1813 cu il oktyabrin 12 de Rusiya ve Iran arasinda Gulustan muqavilesi imzalandi Bu muqavile ile Azerbaycanin iki hisseye bolunmesinin esasi qoyuldu ve Azerbaycan torpaqlari iki isgalci arasinda bolusduruldu Talis xanligi da bir cox diger Azerbaycan xanliqlari kimi Rusiyaya birlesdirildi 1814 cu ilin 26 iyulunda general mayor Mir Mustafa xan verem xesteliyinden vefat etdikden sonra onun yerine oglu Mirhesen xan kecdi Talis xanligi 1826 ci ilde Rusiya terefinden isgal olundu ve legv edildi Sonuncu xan olan Mir Hesen xan 1831 ci il Lenkeran usyaninda ruslara qarsi qehremancasina vurussa da tab getire bilmeyib Irana siginmali oldu 1832 ci ilde ise zeherlenerek olduruldu Talis xanligi tarixi rol oynamis siyasi hakimiyyet idi Bunu onun bir sira qonsu xanliqlarla Rusiya ile diplomatik elaqesi de gosterir Hemcinin baxAzerbaycan xanliqlari Lenkeran qezasi TalislarIstinadlar Karta Kavkazskogo kraya s oboznacheniem granic 1801 1813 g Sostavlena v voenno istoricheskom otdele pri shtabe Kavkazskogo voennogo okruga podpolkovnikom Tomkievym Tiflis 1901 g 2015 11 26 tarixinde Istifade tarixi 2022 04 10 P Zablotskiy Obozreniye Talisinskogo xanstva za 1836 god 1836 61 s Obozreniye rossiyskix vladeniy za Kavkazom v statisticeskom etnograficeskom topograficeskom i finansovom otnoseniyax Sankt Peterburg 1836 T 3 S 175 Obozrenie IV hisse seh 175 Exbarname 2009 seh 158 Seidiyye kitabinda xanligin mahallarinin sayi 11 seh 28 Arxivlenmis suret 2021 06 14 tarixinde Istifade tarixi 2020 12 07 Mirze Ehmed Mirze Xudaverdi oglu Exbarname Baki 2009EdebiyyatEsedov F Talis xanligi Baki Cenlibel nesriyyati 1998 Genealogiya Talyshinskij Talyshhanovyh Arxivlesdirilib 2005 05 25 at Archive today Azerbaycan ugrunda savas tablosu Talis xanligi az azadliq info 2011 10 04 2017 05 29 tarixinde Istifade tarixi 2017 05 29 Exbarname Talis Xanliginin tarixinden Baki 2009 Fars dilinden tercume eden Eli Huseynzade 159 seh Firudin Nurullabeyli Esedov Elmi publisistik tarixi ocerk Baki Iqtisad Universiteti nesriyyati 2007 96 seh Ildirim Sukurzade Talis xanligi Cenub az Regional Qazet az Istifade tarixi 2024 02 17 Muruvvet Abbasov Qizilagacli Musa xan Talis xanliginin yaradicisidirmi Cenub az Regional Qazet az Istifade tarixi 2024 02 17 Xarici kecidler