Hüseyn bəy Mirzəcamalov (tam adı: Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov, mühacirətdə: Hüseyn Camal Yanar; 5 (17) fevral 1890, Şuşa – 13 aprel 1974, İstanbul) — Azərbaycan ictimai və teatr xadimi, publisist, şair, dramaturq və tərcüməçi. AXC Parlamentinin Qanun layihələri şöbəsinin rəisi,İstiqlal Muzeyinin Məhəmməd Ağaoğlu ilə həmqurucusudur.
Hüseyn bəy Mirzəcamalov | |
---|---|
Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov | |
| |
Doğum tarixi | 5 (17) fevral 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 13 aprel 1974 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, dramaturq, publisist |
Həyatı
Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov 17 fevral (köhnə təqvimlə 5 fevral) 1890-cı ildə Şuşada kasıb bəy ailəsində anadan olmuşdur.
1906–1910-cu illərdə Şuşa şəhər real məktəbində, 1910-1911-ci illərdə Novoçerkas şəhərindəki Aleksey Don Politexnik İntitutunda (indiki Cənubi Rusiya Dövlət Texniki Universitetində) və 1913-1915-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub.
Fərqli ixtisasda təhsil alsa da, Hüseyn bəy şair, publisist, dramaturq kimi tanınıb. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün "Auditoriya" binasının açılış mərasiminin təşkilində o da fəal iştirak edib. "Zakavkaziye" qəzetinin 3 aprel 1912-ci il tarixli nömrəsində yazılıb:
Müsəlman teatr cəmiyyətinin "Auditoriya" binasının açılışı olmuşdur. Şəhər qlavası Xatisov, generallardan Koxanovski və Əmir Kazım Mirzə, mətbuat, ictimai təşkilatların nümayəndələri, Axund Mollazadə, xəzinədar M.M.Əhmədov, Y.Tahirov, H.Köçərlinski, Ə.Haqverdiyev, H.Mirzəcamalov, səhnə xadimi İ.Volkov, knyaz Eristov, Baratov və Belyayev truppasının nümayəndələri təbrik nitqi söyləmişlər. |
Hüseyn bəy "Auditoriya"da keçirilən tədbirlərdə iştirak edib, maarifləndirmə işi aparıb. Professor Əziz Şərif "Keçmiş günlərdən" xatirə əsərində yazıb:
"Auditoriya"da və Zubalov teatrında tez-tez tamaşa və konsertlər verilir, bəzən də pulsuz mühazirələr oxunurdu. Bu mühazirələrdən biri 1912-ci il aprelin 29-da universitet tələbəsi Hüseyn bəy Mirzəcamalov və gimnaziyanın yeddinci sinif şagirdi Həbib Köçərlinski tərəfindən oxunmuşdu. |
"Baku" qəzetinin 3 may 1912-ci il tarixli sayında isə onunla bağlı belə bir xəbər verilib: "Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M. Əlibəyovun "Məhkəmələr qapısında tökülən göz yaşları" və Hüseyn Mirzəcamalovun birpərdəli "İşgilli Məmo" əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir". Bu qəzetin həmin il başqa bir sayında isə Hüseyn bəyin gürcü yazıçısı İosif Gedevanişvilinin "Xain" pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilib. Hüseyn bəy İosif Mçedlişvilinin "Qaçaq Kərəm" pyesini, İlya Çavçavadzenin də bir əsərini dilimizə tərcümə edib.
H.Mirzəcamalov dönəmin ziyalıları ilə yaxın münasibətdə olub. Məhəmməd Əmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Sur kimi şəxslərlə dostluq edib. Hüseyn Cavid gənc yaşda vəfat edən Abdullah Surun dəfni ilə bağlı yazdığı məqaləsində ("İqbal" qəzetinin 16, 17 və 18 may 1912-ci il tarixli sayları) ondan da bəhs edib:
Cənazəni Tiflisdən Gəncəyə gətirmək üçün gedən əfəndilərin dediyinə görə, dost olmaq münasibətilə yalnız Mirzəcamalov Hüseyn bəy əfəndinin, o aliqəlb və həssas arxadaşımızın bu müddətdə çəkdiyi zəhmətlər, mərhumun haqqında ibraz etdiyi insaniyyət və nəcabətlər Gəncə camaatını ixtiyar, gənc mühafizəkar təcəddüdpərəst hamısının mərhum Mirzə Abdulla haqqında olan etina və ehtimamatına min dəfə faiqdir. |
Cümhuriyyət dönəmi
Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra Hüseyn bəy milli hərəkata qoşulub, Müsavat firqəsinə üzv olub. Bakıda siyasi, iqtisadi, ədəbi, sosial mövzularda mühazirələr oxuyub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadə, müavinləri isə Hüseyn bəy Mirzəcamalov və Mirzəbala Məmmədzadə seçiliblər.Fevral inqilabından sonra "Kaspi" qəzetinin 18 oktyabr 1917-ci il tarixli 233-cü sayənda Müəssislər Məclisinə seçkilərə hazırlıqdan söhbət gedən məqalədə Qafqazın müxtəlif bölgələrindən Məclisə 19 nəfər namizədin siyahısında "Karyagin qəzasının komissarı" Mirzə Hüseyn Mirzəcamalovun da adı çəkilir.
Cümhuriyyət dönəmində, 1 noyabr 1918-ci ildən 22 yanvar 1919-cu ilə qədər Ziraət və Dövlət Əmlakı Nəzarətində (Əkinçilik və Dövlət Əmlakı Nazirliyində) nazirinin şəxsi katibi olub. O, AXC Parlamentinin Dəftərxanasında Qanunvericilik (Ləvayihi-qanuniyyə) şöbəsinin müdiri olub.
1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Onların təşəbbüsünü dəstəkləyən "Azərbaycan" qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı:
... sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, "Muzeyi-İstiqlal" olmasını əhəmiyyətli görürüz. |
Ağaoğlu və Mirzəcamalovun yaxından iştirakı ilə hazırlanmış "Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən İstiqlal muzeyi adına müəssislər tərəfindən toplanmış şeylərin birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında şərait" adlı sənədi AXC Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə də imzalayıblar. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub. Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verib və komissiya belə bir qərar çıxarıb: "Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır".
İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.
Hüseyn bəy Mirzəcamalov AXC Xarici İşlər Nazirliyinin diplomatik korpusu içində 14 dekabr 1919-cu ildən Cənubi Qafqazda rus siyasəti ilə bağlı materiallar xüsusi özəl komissiyanın üzvü olaraq işləyib və bu vəzifəni 27 aprel istilasınadək davam etdirib. Bu materiallar daha sonra Leninqrad və Moskvada çap edilmiş "Azərbaycanda rus çarizminin müstəmləkə siyasəti" (rus. Колониальная политика Российского царизма в Азербайджане) kitabında öz əskini tapmışdır.
Sovet dövrü
Azərbaycan Cümhuriyyəti devrildikdən sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının Məktəbəqədər Tərbiyə Şöbəsinin müdiri olub. Həmin şöbədə onunla birgə Abbasqulu Vəlixanov, Şəfiqə Qaspıralı, Yusif Qazıyev, Gülməryəm Tahirova, Əsgər Axundov bə başqaları çalışırdı. Daha sonra Xalq Maarif Komissarlığının 22 iyun 1920-ci tarixli 84 saylı əmri ilə Arslan Kriçinski, Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu 24 may 1920-ci ildən XMK nəzdindəki abidələrin qorunması alt bölməsi Kollegiyasının üzvləri təyin ediliblər.
Mühacirət həyatı
Bolşevik işğalından sonra Hüseyn bəy də Azərbaycanı tərk edib, Türkiyəyə sığınıb. Hüseyn bəy bacısı Xeyransanı və onun dörd qızı (Sürəyya, Qəmər, Dilşad) ilə bir oğlunu da özü ilə aparıb. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859–1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub.
Ömər Özcanın qeyd edir ki, Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlananın tədqiqatı ilə məşğul olub. Eyni zamanda siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib. Mühacirətdə çap olunan "Azərbaycan" jurnalında Hüseyin Camal Yanarın "Analara ithaf", "Yuxusuz bir gecənin məhsulu", "Söyləmə belə", "Həyat çeşməsi", "Neylərəm" kimi şeirləri dərc olunub.
Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaracaəhməd qəbiristanlığında dəfn olunub.
İsttinadlar
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil. 2021. səh. 472–489.
- Əhməd, Dilqəm. "İstiqlal Muzeyinin həmqurucusu, mühacirlərin "Hüsü dayı"sı – Həyat Hekayəsi". teleqraf.com. 2019-07-26. 2024-07-16 tarixində . İstifadə tarixi: 2024-07-16.
- Fərəcov, Savalan. "İstiqlal Muzeyini yaradanlar: Hüseyn Mirzəcamalov". medeniyyet.az. 2011-05-18. 2024-07-16 tarixində . İstifadə tarixi: 2024-07-16.
- Bayramov, Adilxan. "Hüseyn bəy Mirzəcamalov". medeniyyet.az. 2012-09-28. İstifadə tarixi: 2024-07-16.
- Cavid, Hüseyn. Cavid, Turan (redaktor). Əsərləri. C. 5. Bakı: Lider. 2005. 225.
- Həsənli, Cəmil. Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasəti (1918-1920). Bakı: "Garisma" MMC. 2009.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huseyn bey Mirzecamalov tam adi Huseyn bey Mehemmedrefi bey oglu Mirzecamalov muhaciretde Huseyn Camal Yanar 5 17 fevral 1890 Susa 13 aprel 1974 Istanbul Azerbaycan ictimai ve teatr xadimi publisist sair dramaturq ve tercumeci AXC Parlamentinin Qanun layiheleri sobesinin reisi Istiqlal Muzeyinin Mehemmed Agaoglu ile hemqurucusudur Huseyn bey MirzecamalovHuseyn bey Mehemmedrefi bey oglu MirzecamalovHuseyn bey Mirzecamalov ve Ebdurrehim bey Haqverdiyev Tiflis 1917 ci ilDogum tarixi 5 17 fevral 1890Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 13 aprel 1974 1974 04 13 84 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeDefn yeri Qaracaehmed qebiristanligiTehsili Baki real mektebi 1906 1910 Cenubi Rusiya Dovlet Texniki Universiteti d 1910 1911 Moskva Kommersiya Institutu d 1913 1915 Fealiyyeti sair dramaturq publisistHeyatiHuseyn bey Mehemmedrefi bey oglu Mirzecamalov 17 fevral kohne teqvimle 5 fevral 1890 ci ilde Susada kasib bey ailesinde anadan olmusdur 1906 1910 cu illerde Susa seher real mektebinde 1910 1911 ci illerde Novocerkas seherindeki Aleksey Don Politexnik Intitutunda indiki Cenubi Rusiya Dovlet Texniki Universitetinde ve 1913 1915 ci illerde Moskva Kommersiya Institutunda oxuyub Ferqli ixtisasda tehsil alsa da Huseyn bey sair publisist dramaturq kimi taninib 1912 ci ilde Tiflisde Azerbaycan teatri ucun Auditoriya binasinin acilis merasiminin teskilinde o da feal istirak edib Zakavkaziye qezetinin 3 aprel 1912 ci il tarixli nomresinde yazilib Muselman teatr cemiyyetinin Auditoriya binasinin acilisi olmusdur Seher qlavasi Xatisov generallardan Koxanovski ve Emir Kazim Mirze metbuat ictimai teskilatlarin numayendeleri Axund Mollazade xezinedar M M Ehmedov Y Tahirov H Kocerlinski E Haqverdiyev H Mirzecamalov sehne xadimi I Volkov knyaz Eristov Baratov ve Belyayev truppasinin numayendeleri tebrik nitqi soylemisler Huseyn bey Auditoriya da kecirilen tedbirlerde istirak edib maariflendirme isi aparib Professor Eziz Serif Kecmis gunlerden xatire eserinde yazib Auditoriya da ve Zubalov teatrinda tez tez tamasa ve konsertler verilir bezen de pulsuz muhazireler oxunurdu Bu muhazirelerden biri 1912 ci il aprelin 29 da universitet telebesi Huseyn bey Mirzecamalov ve gimnaziyanin yeddinci sinif sagirdi Hebib Kocerlinski terefinden oxunmusdu Baku qezetinin 3 may 1912 ci il tarixli sayinda ise onunla bagli bele bir xeber verilib Tiflisden verilen xeberlere gore Qafqaz Metbuat Komitesi M Elibeyovun Mehkemeler qapisinda tokulen goz yaslari ve Huseyn Mirzecamalovun birperdeli Isgilli Memo eserlerinin Qafqaz sehnelerinde oynanmasina icaze vermisdir Bu qezetin hemin il basqa bir sayinda ise Huseyn beyin gurcu yazicisi Iosif Gedevanisvilinin Xain pyesinin Azerbaycan diline tercumesi uzerinde islemesi barede melumat verilib Huseyn bey Iosif Mcedlisvilinin Qacaq Kerem pyesini Ilya Cavcavadzenin de bir eserini dilimize tercume edib H Mirzecamalov donemin ziyalilari ile yaxin munasibetde olub Mehemmed Emin Resulzade Ebdurrehim bey Haqverdiyev Yusif Vezir Cemenzeminli Abdulla Sur kimi sexslerle dostluq edib Huseyn Cavid genc yasda vefat eden Abdullah Surun defni ile bagli yazdigi meqalesinde Iqbal qezetinin 16 17 ve 18 may 1912 ci il tarixli saylari ondan da behs edib Cenazeni Tiflisden Genceye getirmek ucun geden efendilerin dediyine gore dost olmaq munasibetile yalniz Mirzecamalov Huseyn bey efendinin o aliqelb ve hessas arxadasimizin bu muddetde cekdiyi zehmetler merhumun haqqinda ibraz etdiyi insaniyyet ve necabetler Gence camaatini ixtiyar genc muhafizekar teceddudperest hamisinin merhum Mirze Abdulla haqqinda olan etina ve ehtimamatina min defe faiqdir Cumhuriyyet donemi AXC Parlamentinin iscileri arasinda Huseyn bey Mirzecamalov orta cergede sagdan oturan 1 ci Tehsilini bitirib Bakiya qayitdiqdan sonra Huseyn bey milli herekata qosulub Musavat firqesine uzv olub Bakida siyasi iqtisadi edebi sosial movzularda muhazireler oxuyub Musavat firqesinin Baki komitesi teskil edildiyi zaman komitenin sedri Abbasqulu Kazimzade muavinleri ise Huseyn bey Mirzecamalov ve Mirzebala Memmedzade secilibler Fevral inqilabindan sonra Kaspi qezetinin 18 oktyabr 1917 ci il tarixli 233 cu sayenda Muessisler Meclisine seckilere hazirliqdan sohbet geden meqalede Qafqazin muxtelif bolgelerinden Meclise 19 nefer namizedin siyahisinda Karyagin qezasinin komissari Mirze Huseyn Mirzecamalovun da adi cekilir Cumhuriyyet doneminde 1 noyabr 1918 ci ilden 22 yanvar 1919 cu ile qeder Ziraet ve Dovlet Emlaki Nezaretinde Ekincilik ve Dovlet Emlaki Nazirliyinde nazirinin sexsi katibi olub O AXC Parlamentinin Defterxanasinda Qanunvericilik Levayihi qanuniyye sobesinin mudiri olub 1919 cu il dekabrin 7 de senetsunas alim Mehemmed Agaoglunun ve Huseyn bey Mirzecamalovun tesebbusu ile Azerbaycanin ilk resmi muzeyi Istiqlal muzeyi tesis olunub Onlarin tesebbusunu destekleyen Azerbaycan qezeti 23 sentyabr 1919 cu il tarixli sayinda yazirdi senelerden beri beslediyimiz bir arzu var ki o da Vetenimiz Azerbaycanda bir milli muzey tesisidir Sabiq Rusiya zamaninda tesis edeceyimiz muzeyin adini milli muzey qoymaq fikrinde idikse de bu gun ferdimizin koksunu qabardan istiqlal suari olmasina gore Muzeyi Istiqlal olmasini ehemiyyetli goruruz Agaoglu ve Mirzecamalovun yaxindan istiraki ile hazirlanmis Hemiselik Azerbaycan Parlaman Imaretinde tesis edilen Istiqlal muzeyi adina muessisler terefinden toplanmis seylerin birinci Parlaman Divani Reyasetine tehvil verilmesi haqqinda serait adli senedi AXC Parlamenti sedrinin muavinleri Hesen bey Agayev Sultan Mecid Qenizade de imzalayiblar Sened 1919 cu il noyabrin 6 da muzeyin acilisina hazirliq erefesinde tertib olunub Hesen bey Agayev Inventar komissiyasina muzey ucun bir otaq ayrilmasi haqqinda serencam verib ve komissiya bele bir qerar cixarib Muzeyin saxlanma xerclerini Parlament oz uzerine goturur bu sertle ki muzey eksponatlari yalniz parlamente mexsus olmalidir Istiqlal muzeyi 1919 cu il dekabrin 7 de AXC Parlamentinin qurulusunun birinci ildonumu munasibetile ele parlamentin binasinda teskil edilib Muzeye tehvil verilen ilk eksponatlarin siyahisinda Azerbaycanin istiqlalina dair sened ve materiallar tarixi ve maddi medeniyyet numuneleri arxeoloji tapintilar silahlar resm eserleri xalca ve xalca memulatlari bedii tikmeler mis qablar bezek esyalari ve diger senet eserleri Qurani Kerimin nadir nusxeleri muxtelif elyazmalar var idi Huseyn bey Mirzecamalov AXC Xarici Isler Nazirliyinin diplomatik korpusu icinde 14 dekabr 1919 cu ilden Cenubi Qafqazda rus siyaseti ile bagli materiallar xususi ozel komissiyanin uzvu olaraq isleyib ve bu vezifeni 27 aprel istilasinadek davam etdirib Bu materiallar daha sonra Leninqrad ve Moskvada cap edilmis Azerbaycanda rus carizminin mustemleke siyaseti rus Kolonialnaya politika Rossijskogo carizma v Azerbajdzhane kitabinda oz eskini tapmisdir Sovet dovru Azerbaycan Cumhuriyyeti devrildikden sonra Azerbaycan SSR Xalq Maarif Komissarliginin Mektebeqeder Terbiye Sobesinin mudiri olub Hemin sobede onunla birge Abbasqulu Velixanov Sefiqe Qaspirali Yusif Qaziyev Gulmeryem Tahirova Esger Axundov be basqalari calisirdi Daha sonra Xalq Maarif Komissarliginin 22 iyun 1920 ci tarixli 84 sayli emri ile Arslan Kricinski Huseyn bey Mirzecamalov ve Mehemmed Agaoglu 24 may 1920 ci ilden XMK nezdindeki abidelerin qorunmasi alt bolmesi Kollegiyasinin uzvleri teyin edilibler Muhaciret heyati Bolsevik isgalindan sonra Huseyn bey de Azerbaycani terk edib Turkiyeye siginib Huseyn bey bacisi Xeyransani ve onun dord qizi Sureyya Qemer Dilsad ile bir oglunu da ozu ile aparib Cunki bacisinin eri Qarabag xanlarinin neslinden olan Talibxan bey Talibxanbeyov 1859 1920 hem car hakimiyyeti hem Cumhuriyyet dovrunde muxtelif qezalarda polis pristavi ve qeza reisi kimi calisib ona gore de ilk qetle yetirilenlerden olub Omer Ozcanin qeyd edir ki Huseyn bey Turkiyeye geldikden sonra dolanisiq meqsedile siqaret ve icki istehsal eden bir idarede calisib ereb ve fars dillerini bildiyi ucun Movlananin tedqiqati ile mesgul olub Eyni zamanda siyasi fealiyyetini da davam etdirib Musavat Firqesinin Xarici Burosunun qerari ile 1924 cu ilde Medeniyyet Komitesi nezdinde qurulan Azeri Turk Gencler Birliyinde temsil olunub 1929 cu ilde teskilatin umumi qurultayinda ali heyetin uzvu kimi hesabat verib Muhaciretde cap olunan Azerbaycan jurnalinda Huseyin Camal Yanarin Analara ithaf Yuxusuz bir gecenin mehsulu Soyleme bele Heyat cesmesi Neylerem kimi seirleri derc olunub Huseyn bey 13 aprel 1974 cu ilde vefat edib 15 aprelde Kadikoyde Osmanaga mescidinde cenaze namazi qilinib Qaracaehmed qebiristanliginda defn olunub IsttinadlarMisir Merdanov Edalet Tahirzade 1920 ci iledek ali mekteblerde oxumus azerbaycanlilar C 5 M Baki Tehsil 2021 seh 472 489 Ehmed Dilqem Istiqlal Muzeyinin hemqurucusu muhacirlerin Husu dayi si Heyat Hekayesi teleqraf com 2019 07 26 2024 07 16 tarixinde Istifade tarixi 2024 07 16 Ferecov Savalan Istiqlal Muzeyini yaradanlar Huseyn Mirzecamalov medeniyyet az 2011 05 18 2024 07 16 tarixinde Istifade tarixi 2024 07 16 Bayramov Adilxan Huseyn bey Mirzecamalov medeniyyet az 2012 09 28 Istifade tarixi 2024 07 16 Cavid Huseyn Cavid Turan redaktor Eserleri C 5 Baki Lider 2005 225 Hesenli Cemil Azerbaycan Xalq Cumhuriyyeti xarici siyaseti 1918 1920 Baki Garisma MMC 2009