Flensburq hökuməti həmçinin Flensburq kabineti və ya Dönits hökuməti alm. Flensburger Regierung, alm. Flensburger Kabinett, alm. Regierung Dönitz) — nasist Almaniyasının hökumət icra orqanı, Avropada İkinci Dünya müharibəsinin sonunda 1945-ci ilin may ayının əvvəllərində işğal edilməmiş Alman ərazilərini idarə etməyə cəhd edən qısamüddətli Alman hökuməti. Hökumət 30 aprel 1945-ci ildə Berlin döyüşü zamanı Adolf Hitlerin intiharından sonra quruldu və qross admiral Karl Dönits onun rəhbəri oldu.
Flensburq hökuməti | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə |
|
Yurisdiksiya | Almaniya Reyxi[d] |
Yaradılma tarixi | 2 may 1945 |
Əvvəlki qurum | Yozef Gebbels hökuməti |
Ləğv edilib | 23 may 1945 |
Sonrakı | Nəzarət şurası |
Tabelik | Almaniyanın reyxsprezidentinə |
Ştat sayı | 11 |
Ünvan | Flensburq (De-fakto) Berlin (De-yure) |
Rəhbərlik | |
Nazir | Lüdviq Şverin fon Kroziq, baş nazir |
reyxsprezident | Karl Dönits |
Xəritə | |
Danimarka ilə sərhəddə yerləşən Flensburq şəhəri admiral Karl Dönits və onun tərəfdarlarının yerləşdiyi yer olduğundan hökumət "Flensburq" adlandırıldı. Anti-Hitler koalisiyası qoşunlarının Almaniya ərazisində sürətlə irəliləməsi səbəbindən bu hökumətin faktiki yurisdiksiyası yalnız dar bir torpaq zolağına aid idi. Hökumət Avstriya sərhədindən Berlinə, ordan Danimarka sərhədinə qədər, 8 may 1945-ci ildən sonra isə yalnız Flensburq və ətraf ərazilərə nəzarət edirdi. 1945-ci il mayın 23-də Flensburq hökumətinin bütün üzvləri İngilis-Amerika işğal administrasiyası tərəfindən həbs edildi, nəticədə onun mövcudluğu dayandırıldı.
Yaradılması
Adolf Hitler öz siyasi vəsiyyətnaməsində Dönitsi varisi olaraq göstərdi. Lakin Dönits fürer deyil, 1934-cü ildə Paul fon Hindenburqun ölümündən sonra ləğv edilən reyxprezident vəzifəsinə təyin olunmuşdu. Hitler özü fürer olaraq eyni zamanda Almaniyanın reyxprezidenti və reyxkansleri vəzifəsini də tuturdu. Vəsiyyətnamədə təbliğat naziri Yozef Gebbels yeni reyxkansler, Martin Bormann "Partiya Naziri" təyin edildi. Bormanna NSDAP üzərində faktiki nəzarət verildi. Eyni vəsiyyətnamədə Hitler Herman Görinq və Henrix Himmleri vətənə xəyanətdə günahlandırdı və onları partiya və hökumətdən qovdu. O zaman Görinq Bavariyada SS-nin həbsi və nəzarəti altında idi, Himmler qərargahı ilə birlikdə Flensburqa yerləşmişdi.
1 may 1945-ci ildə Dönits Hitlerin intihar etdiyini və onun (Dönits) reyxprezidenti təyin edildiyini öyrəndi. Elə həmin gün Gebbelsdə intihar etdi. Bormann isə deyildiyinə görə fürerbunkeri mühasirədən çıxmaqla tərk edib. Dönits daha sonra Lüdviq Şverin fon Kroziqdən (keçmiş maliyyə naziri) Gebbelsi kansler kimi əvəz etməyi xahiş etdi. Krosiq əvvəlcə qəti şəkildə təklifdən imtina etdi, lakin sonda o və Dönits Krosiqin "Baş nazir" (Leitender Minister) olacağına razılaşdılar.
1945-ci il mayın 1-dən 2-nə keçən gecə Dönits xalqa ilk radio müraciəti etdi və orada Adolf Hitlerin "qəhrəmancasına ölümünü" və müharibənin "Almaniyanı irəliləyən bolşeviklər tərəfindən məhv olmaqdan xilas etmək üçün "davam edəcəyini elan etdi". Ancaq hələ vəzifəyə başlamazdan əvvəl o, Almaniyanın dağılmaq ərəfəsində olduğunu və Vermaxtın daha real müqavimət göstərə bilməyəcəyini anlayırdı. Qısa hakimiyyəti dövründə o, səylərinin çoxunu anti-Hitler koalisiyasında olan Qərb müttəfiqləri ilə seperat sülhün bağlanmasına sərf etdi. Flensburq hökumətinin nominal nazirlər kabineti olan Şverin fon Kroziq hökuməti ilk iclasını Flensburq yaxınlığındakı Mürvikdə (hazırda Mürvik Flensburqun bir hissəsidir) 5 may 1945-ci ildə keçirdi.
Fəaliyyəti
Dönitsin təkidi ilə feldmarşal Vilhelm Keytel və general Alfred Yodl bütün cəbhələrdə alman qoşunlarının bütün mümkün kommunikasiyalarını və hərəkətlərinin koordinasiyasını həyata keçirməyə davam etdilər.
5 may 1945-ci ildə Karl Dönits admiral Hans Georq fon Frideburqu (Almaniya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı kimi onun varisi) Almaniyanın Qərbdə ingilis-amerikan qüvvələrinə təslim olması üçün danışıqlara başlamaq üçün qərargahı Reymsdə (Fransa) yerləşən ABŞ ordusunun generalı Duayt Eyzenhauerin yanına göndərdi. Yodl Eyzenhauerin qərargahına bir az gec gəldi. Dönits onlara danışıqları mümkün qədər uzatmağı əmr etdi ki, bu müddət ərzində mümkün qədər çox alman qoşunu və qaçqın Qərbi Avropaya sığınsın və Qərb dövlətlərinə təslim olsun. Lakin Eyzenhauer bu cür yanaşmaya dözüm göstərməyəcəyini bəyan etdi və cəbhəni bağlayacağı ilə hədələdi. Bu isə cəbhə xəttini keçməyə cəhd edən alman əsgərlərinin öldürüləcəyi, qalanlarının isə sovet qoşunlarına təslim olmaları demək idi. Nəticədə Dönits Yodla 7 may 1945-ci il saat 1:30-da qeyd-şərtsiz təslim aktını imzalamağa icazə verdi. Bu təslim aktında "Almaniyanın nəzarəti altında olan bütün qüvvələr 1945-ci il mayın 8-də Mərkəzi Avropa vaxtı ilə saat 23:01-də aktiv döyüş əməliyyatlarını dayandırmalıdır" ifadəsini ehtiva edirdi. Lakin SSRİ rəhbərliyi onlarsız imzalanmış təslim aktı ilə razılaşmadı.İosif Stalinin təkidi ilə 1945-ci il mayın 8-də (gecə yarısına az qalmış) Berlində SSRİ-nin nümayəndəsi marşal Georgi Jukovun iştirakı ilə imzalanma proseduru təkrarlandı. Mərasimdə Britaniya imperiyasını hava qüvvələri marşalı Artur Tedder təmsil edirdi. ABŞ və Eyzenhauerin nümayəndəsi kimi isə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Karl Spaats çıxış etmişdi. Qeyd edək ki, o, özünü "Müttəfiq Ekspedisiya Qüvvələrinin Ali Baş Komandanı" kimi təqdim edərək kapitulyasiya aktını imzalamışdı, baxmayaraq ki, həmin vaxt o, Ali Baş Komandanın müavini vəzifəsinindaşıyırdı. Üçüncü Reyx tərəfindən ikinci təslim aktı Hans Georq fon Frideburq, Vilhelm Keytel və Hans-Yurgen Ştumpf tərəfindən imzalandı. Bu zaman Avropada İkinci Dünya müharibəsi rəsmi olaraq başa çatdı. Lakin əslində Avropada İkinci dünya müharibəsinin bəzi döyüşləri hələ də davam edirdi çünki almanların nəzarəti altında hələ də döyüşə hazır qoşunları olan bəzi ərazilər var idi. Onların hamısı təslim olmaq əmrinə tabe olmağa razı deyildi.
Kabinetin tərkibi
Kabinet geniş tərkibdən ibarət idi və Üçüncü Reyx hökumətinin bəzi üzvləri də ora daxil idilər.
- Böyük Admiral Karl Dönits, Reyxprezidenti, Böyük Alman Reyxinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı;
- Qraf Lüdviq Şverin fon Kroziq, baş nazir, xarici işlər naziri və maliyyə naziri;
- Vilhelm Ştukart, daxili işlər naziri, elm, təhsil və xalq təhsili naziri;
- Albert Şpeer, İqtisadiyyat Naziri və Hərbi Sənaye Naziri;
- Herbert Bakke, Ərzaq və Kənd Təsərrüfatı Naziri;
- Verner Naumann, Xalq Təhsili və Təbliğat Naziri;
- Otto Tierak, Ədliyyə Naziri; (Onu 7 may 1945-ci ildə Herbert Klemm əvəz etdi);
- Frans Zeldte, əmək və sosial təminat naziri;
- Yulius Dorpmüller, dəmir yolları naziri və poçt naziri;
- Verner Çinç, elm, təhsil və xalq təhsili naziri;
- Alfred Jodl, portfelsiz nazir, Vermaxt əməliyyat rəhbərliyinin aparat rəhbəri;
- Paul Vegener, Reyxin dövlət katibi rütbəli mülki kabinetin rəhbəri.
Feldmarşal Vilhelm Keytelin başçılıq etdiyi Vermaxt Ali Komandanlığının rəhbərliyi altında hərbi bölmələrin başında aşağıdakı qüvvələr dayanırdı:
- quru qoşunları — Feldmarşal General Ferdinand Şörner;
- Hərbi Hava Qüvvələri (Lüftvaffe) — Feldmarşal Robert Ritter fon Qreym;
- dəniz qüvvələri (Kriqsmarine) — general-admiral Hans Georq fon Frideburq.
General-polkovnik Alfred Yodl Baş Qərargah rəisi kimi Reymsdə (Fransa) anti-Hitler koalisiyası ilə danışıqlarda Dönitsi təmsil edirdi. Feldmarşal Vilhelm Keytel Berlində Qırmızı Ordu ilə danışıqlarda Dönitsi təmsil edirdi.
Fəaliyyətinin dayandırılması
Keçmiş hərbi-sənaye naziri Albert Şpeer hesab edirdi ki, Almaniya təslim olduqdan sonra Flensburq hökuməti özünü buraxmalıdır. Bununla belə, Karl Dönits və digər nazirlər müharibədən sonrakı Almaniyanın müvəqqəti hökuməti olmaq ümidi ilə mövcudluğunu davam etdirmək qərarına gəldilər.
Vinston Çörçill Britaniya xalqının qələbəsi ilə bağlı çıxışında, ən azı qeyd-şərtsiz təslim aktı imzalanana qədər Flensburq hökumətinin səlahiyyətini de-fakto tanıdı. Çünki Çörçill təslim olmağa Almaniya dövlətinin başçısı "böyük admiral Dönits" tərəfindən icazə verildiyini qeyd etmişdi". Lakin qeyd-şərtsiz təslim olduqdan sonra Flensburq hökuməti devrildi və üzvləri həbs edildi.
Mayın 20-də Sovet hökuməti Flensburq hökuməti haqqında nə düşündüyünü açıqladı. Dönits administrasiyası üzərinə hücuma keçdi, onu sadəcə "Dönits dəstəsi" adlandırdı. SSRİ ona hər hansı bir qanuni səlahiyyət vermək fikrini sərt şəkildə tənqid etdi. 23 may 1945-ci ildə ingilis rabitə zabiti Dönitsin Flensburqdakı qərargahına getdi və hökumətin bütün üzvləri ilə danışmağı xahiş etdi. Sonra o, onlara general Eyzenhauerin Flensburq hökumətinin buraxılması və onun bütün üzvlərinin həbs edilməsi haqqında əmrini oxudu.
Hökumət üzvlərinin taleyi faciəvi oldu. Hans Georq fon Frideburq kimi şəxslər sui-qəsd etsələr də, digərləri həbs olunaraq Nürnberq tribunalı qarşısına çıxarıldılar.
Flensburq hökumətinin həbsindən sonra yaranan hakimiyyət boşluğu 5 iyun 1945-ci ildə aradan qaldırıldı. Antihitler koalisiyasında müttəfiq dövlətlərin nümayəndələri Almaniyanın məğlubiyyəti və onun ərazisində Müttəfiq administrasiyalarının ali hakimiyyətinin yaradılması haqqında Bəyannaməni imzaladıqdan sonra yeni idarəetmə strukturu yaradıldı.
Beləliklə, Almaniya 1945-ci il iyunun 5-dən sonra vahid dövlət kimi mövcudluğunu davam etdirsə də, Müttəfiq Hərbi İşğal Hökumətinin tam nəzarəti altına alındı. Almaniya ərazisi işğal zonalarına bölünmüşdü. Almaniyanın işğalının ilkin mərhələsində hakimiyyəti dörd dövlət (SSRİ, ABŞ, Böyük Britaniya, Fransa) idarə edirdi. Almaniya hökuməti olaraq Dönits administrasiyasının bilavasitə varisi sayıla bilən Müttəfiq Nəzarət Şurası vasitəsilə bütün işğal zonalarında idarəetmə həyata keçirilirdi.
İstinadlar
- Jones, 2015. səh. 88
- Jones, 2015. səh. 323
- Jones, 2015. səh. 89
- Jones, 2015. səh. 96
- Hamilton, 1996. səh. 285, 286
- "Hitler Almaniyası niyə iki dəfə təslim olub?". 2020-09-24 tarixində . İstifadə tarixi: 2020-05-09.
- Karl Dönitz Announcement of German Capitulation- 8 May 1945 (ingilis), 2023-08-16 tarixində , İstifadə tarixi: 2023-08-16
- Last Wehrmacht Report - 9 May 1945 (ingilis), 2023-08-16 tarixində , İstifadə tarixi: 2023-08-16
- "After the Battle: The Flensburg Government" (PDF). Battle of Britain International Ltd. 2005. səh. 8. 2 May 2021 tarixində (PDF). İstifadə tarixi: 30 April 2021.
- Oliver, 2002. səh. 118
- Kershaw, 2012. səh. 360
- Chapter XV: The Victory Sealed 2017-06-11 at the Wayback Machine. Globalsecurity.org.
- 26 may 1945 – High Command Arrested. Trove.nla.gov.au (26 may 1945).
- Oliver, Kingsley M. The RAF Regiment at War 1942-1946. Great Britain 2002: Pen & Sword. 118.
- "Group Captain Mark Hobden". en:Daily Telegraph. 28 May 2013. 14 January 2024 tarixində . İstifadə tarixi: 6 March 2024.
- "Defeat of Germany: assumption of supreme authority by Allied Powers" (PDF). en:Library of Congress. 2017-02-21 tarixində (PDF). İstifadə tarixi: 2024-03-06.
- Benvenisti, Eyal. The International Law of Occupation. Oxford, UK: Oxford University Press. 2012. səh. 160. ISBN .
- Benvenisti, Eyal. The International Law of Occupation. Oxford, UK: Oxford University Press. 2012. səh. 162. ISBN .
Ədəbiyyat
- Kershaw, Ian. en:The End: Hitler's Germany 1944–45. Penguin. 2012. ISBN .
- Jones, Michael. After Hitler: The Last Days of the Second World War in Europe. John Murray Publishers Ltd. 2015. ISBN .
- Flensburq hökuməti // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- Залесский К. А. Кто был кто в Третьем рейхе: Биографический энциклопедический словарь. М.: АСТ; Астрель. 2002. 866–867. ISBN .
Xarici keçidlər
- in der Zeit 19/2005
- Das Kriegsende 1945 in Deutschland. Workshop des Militärgeschichtlichen Forschungsamtes (MGFA) Potsdam. Tagungsbericht
- Erklärung in Anbetracht der Niederlage Deutschlands und der Übernahme der obersten "Regierungsgewalt hinsichtlich Deutschlands"
- Militärische Kapitulationsurkunde vom 8. Mai 1945
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Flensburq hokumeti hemcinin Flensburq kabineti ve ya Donits hokumeti alm Flensburger Regierung alm Flensburger Kabinett alm Regierung Donitz nasist Almaniyasinin hokumet icra orqani Avropada Ikinci Dunya muharibesinin sonunda 1945 ci ilin may ayinin evvellerinde isgal edilmemis Alman erazilerini idare etmeye cehd eden qisamuddetli Alman hokumeti Hokumet 30 aprel 1945 ci ilde Berlin doyusu zamani Adolf Hitlerin intiharindan sonra quruldu ve qross admiral Karl Donits onun rehberi oldu Flensburq hokumetialm Flensburger Regierung Umumi melumatlarOlke Almaniya Reyxi d Yurisdiksiya Almaniya Reyxi d Yaradilma tarixi 2 may 1945Evvelki qurum Yozef Gebbels hokumetiLegv edilib 23 may 1945Sonraki Nezaret surasiTabelik Almaniyanin reyxsprezidentineStat sayi 11Unvan Flensburq De fakto Berlin De yure RehberlikNazir Ludviq Sverin fon Kroziq bas nazirreyxsprezident Karl DonitsXerite Danimarka ile serhedde yerlesen Flensburq seheri admiral Karl Donits ve onun terefdarlarinin yerlesdiyi yer oldugundan hokumet Flensburq adlandirildi Anti Hitler koalisiyasi qosunlarinin Almaniya erazisinde suretle irelilemesi sebebinden bu hokumetin faktiki yurisdiksiyasi yalniz dar bir torpaq zolagina aid idi Hokumet Avstriya serhedinden Berline ordan Danimarka serhedine qeder 8 may 1945 ci ilden sonra ise yalniz Flensburq ve etraf erazilere nezaret edirdi 1945 ci il mayin 23 de Flensburq hokumetinin butun uzvleri Ingilis Amerika isgal administrasiyasi terefinden hebs edildi neticede onun movcudlugu dayandirildi YaradilmasiAdolf Hitler oz siyasi vesiyyetnamesinde Donitsi varisi olaraq gosterdi Lakin Donits furer deyil 1934 cu ilde Paul fon Hindenburqun olumunden sonra legv edilen reyxprezident vezifesine teyin olunmusdu Hitler ozu furer olaraq eyni zamanda Almaniyanin reyxprezidenti ve reyxkansleri vezifesini de tuturdu Vesiyyetnamede tebligat naziri Yozef Gebbels yeni reyxkansler Martin Bormann Partiya Naziri teyin edildi Bormanna NSDAP uzerinde faktiki nezaret verildi Eyni vesiyyetnamede Hitler Herman Gorinq ve Henrix Himmleri vetene xeyanetde gunahlandirdi ve onlari partiya ve hokumetden qovdu O zaman Gorinq Bavariyada SS nin hebsi ve nezareti altinda idi Himmler qerargahi ile birlikde Flensburqa yerlesmisdi 1 may 1945 ci ilde Donits Hitlerin intihar etdiyini ve onun Donits reyxprezidenti teyin edildiyini oyrendi Ele hemin gun Gebbelsde intihar etdi Bormann ise deyildiyine gore furerbunkeri muhasireden cixmaqla terk edib Donits daha sonra Ludviq Sverin fon Kroziqden kecmis maliyye naziri Gebbelsi kansler kimi evez etmeyi xahis etdi Krosiq evvelce qeti sekilde teklifden imtina etdi lakin sonda o ve Donits Krosiqin Bas nazir Leitender Minister olacagina razilasdilar 1945 ci il mayin 1 den 2 ne kecen gece Donits xalqa ilk radio muracieti etdi ve orada Adolf Hitlerin qehremancasina olumunu ve muharibenin Almaniyani irelileyen bolsevikler terefinden mehv olmaqdan xilas etmek ucun davam edeceyini elan etdi Ancaq hele vezifeye baslamazdan evvel o Almaniyanin dagilmaq erefesinde oldugunu ve Vermaxtin daha real muqavimet gostere bilmeyeceyini anlayirdi Qisa hakimiyyeti dovrunde o seylerinin coxunu anti Hitler koalisiyasinda olan Qerb muttefiqleri ile seperat sulhun baglanmasina serf etdi Flensburq hokumetinin nominal nazirler kabineti olan Sverin fon Kroziq hokumeti ilk iclasini Flensburq yaxinligindaki Murvikde hazirda Murvik Flensburqun bir hissesidir 5 may 1945 ci ilde kecirdi FealiyyetiReymsde hokumet uzvlerinin kapitulyasiya aktini imzalamasi merasimi Donitsin tekidi ile feldmarsal Vilhelm Keytel ve general Alfred Yodl butun cebhelerde alman qosunlarinin butun mumkun kommunikasiyalarini ve hereketlerinin koordinasiyasini heyata kecirmeye davam etdiler 5 may 1945 ci ilde Karl Donits admiral Hans Georq fon Frideburqu Almaniya Herbi Deniz Quvvelerinin Bas Komandani kimi onun varisi Almaniyanin Qerbde ingilis amerikan quvvelerine teslim olmasi ucun danisiqlara baslamaq ucun qerargahi Reymsde Fransa yerlesen ABS ordusunun generali Duayt Eyzenhauerin yanina gonderdi Yodl Eyzenhauerin qerargahina bir az gec geldi Donits onlara danisiqlari mumkun qeder uzatmagi emr etdi ki bu muddet erzinde mumkun qeder cox alman qosunu ve qacqin Qerbi Avropaya siginsin ve Qerb dovletlerine teslim olsun Lakin Eyzenhauer bu cur yanasmaya dozum gostermeyeceyini beyan etdi ve cebheni baglayacagi ile hedeledi Bu ise cebhe xettini kecmeye cehd eden alman esgerlerinin olduruleceyi qalanlarinin ise sovet qosunlarina teslim olmalari demek idi Neticede Donits Yodla 7 may 1945 ci il saat 1 30 da qeyd sertsiz teslim aktini imzalamaga icaze verdi Bu teslim aktinda Almaniyanin nezareti altinda olan butun quvveler 1945 ci il mayin 8 de Merkezi Avropa vaxti ile saat 23 01 de aktiv doyus emeliyyatlarini dayandirmalidir ifadesini ehtiva edirdi Lakin SSRI rehberliyi onlarsiz imzalanmis teslim akti ile razilasmadi Iosif Stalinin tekidi ile 1945 ci il mayin 8 de gece yarisina az qalmis Berlinde SSRI nin numayendesi marsal Georgi Jukovun istiraki ile imzalanma proseduru tekrarlandi Merasimde Britaniya imperiyasini hava quvveleri marsali Artur Tedder temsil edirdi ABS ve Eyzenhauerin numayendesi kimi ise ABS Herbi Hava Quvvelerinin generali Karl Spaats cixis etmisdi Qeyd edek ki o ozunu Muttefiq Ekspedisiya Quvvelerinin Ali Bas Komandani kimi teqdim ederek kapitulyasiya aktini imzalamisdi baxmayaraq ki hemin vaxt o Ali Bas Komandanin muavini vezifesinindasiyirdi Ucuncu Reyx terefinden ikinci teslim akti Hans Georq fon Frideburq Vilhelm Keytel ve Hans Yurgen Stumpf terefinden imzalandi Bu zaman Avropada Ikinci Dunya muharibesi resmi olaraq basa catdi Lakin eslinde Avropada Ikinci dunya muharibesinin bezi doyusleri hele de davam edirdi cunki almanlarin nezareti altinda hele de doyuse hazir qosunlari olan bezi eraziler var idi Onlarin hamisi teslim olmaq emrine tabe olmaga razi deyildi Kabinetin terkibiFlensburq hokumetinin uc uzvu general Alfred Yodl Albert Speer ve Karl Donits hebs olunduqdan sonraFlensburq hokumetinin uc uzvu general Alfred Yodl Albert Speer ve Karl Donits ingilisler terefinden hebs olunma zamani Kabinet genis terkibden ibaret idi ve Ucuncu Reyx hokumetinin bezi uzvleri de ora daxil idiler Boyuk Admiral Karl Donits Reyxprezidenti Boyuk Alman Reyxinin Silahli Quvvelerinin Ali Bas Komandani Qraf Ludviq Sverin fon Kroziq bas nazir xarici isler naziri ve maliyye naziri Vilhelm Stukart daxili isler naziri elm tehsil ve xalq tehsili naziri Albert Speer Iqtisadiyyat Naziri ve Herbi Senaye Naziri Herbert Bakke Erzaq ve Kend Teserrufati Naziri Verner Naumann Xalq Tehsili ve Tebligat Naziri Otto Tierak Edliyye Naziri Onu 7 may 1945 ci ilde Herbert Klemm evez etdi Frans Zeldte emek ve sosial teminat naziri Yulius Dorpmuller demir yollari naziri ve poct naziri Verner Cinc elm tehsil ve xalq tehsili naziri Alfred Jodl portfelsiz nazir Vermaxt emeliyyat rehberliyinin aparat rehberi Paul Vegener Reyxin dovlet katibi rutbeli mulki kabinetin rehberi Feldmarsal Vilhelm Keytelin basciliq etdiyi Vermaxt Ali Komandanliginin rehberliyi altinda herbi bolmelerin basinda asagidaki quvveler dayanirdi quru qosunlari Feldmarsal General Ferdinand Sorner Herbi Hava Quvveleri Luftvaffe Feldmarsal Robert Ritter fon Qreym deniz quvveleri Kriqsmarine general admiral Hans Georq fon Frideburq General polkovnik Alfred Yodl Bas Qerargah reisi kimi Reymsde Fransa anti Hitler koalisiyasi ile danisiqlarda Donitsi temsil edirdi Feldmarsal Vilhelm Keytel Berlinde Qirmizi Ordu ile danisiqlarda Donitsi temsil edirdi Fealiyyetinin dayandirilmasiMurvikdeki idman mektebi Murvik Deniz Akademiyasinin kenarinda Flensburg Hokumetinin yerlesdiyi bina Nasist dovrunden qalma Reyxsadler bu gune qeder movcuddur lakin nasist svastikasi onun uzerinden silinmisdir Kecmis herbi senaye naziri Albert Speer hesab edirdi ki Almaniya teslim olduqdan sonra Flensburq hokumeti ozunu buraxmalidir Bununla bele Karl Donits ve diger nazirler muharibeden sonraki Almaniyanin muveqqeti hokumeti olmaq umidi ile movcudlugunu davam etdirmek qerarina geldiler Vinston Corcill Britaniya xalqinin qelebesi ile bagli cixisinda en azi qeyd sertsiz teslim akti imzalanana qeder Flensburq hokumetinin selahiyyetini de fakto tanidi Cunki Corcill teslim olmaga Almaniya dovletinin bascisi boyuk admiral Donits terefinden icaze verildiyini qeyd etmisdi Lakin qeyd sertsiz teslim olduqdan sonra Flensburq hokumeti devrildi ve uzvleri hebs edildi Mayin 20 de Sovet hokumeti Flensburq hokumeti haqqinda ne dusunduyunu aciqladi Donits administrasiyasi uzerine hucuma kecdi onu sadece Donits destesi adlandirdi SSRI ona her hansi bir qanuni selahiyyet vermek fikrini sert sekilde tenqid etdi 23 may 1945 ci ilde ingilis rabite zabiti Donitsin Flensburqdaki qerargahina getdi ve hokumetin butun uzvleri ile danismagi xahis etdi Sonra o onlara general Eyzenhauerin Flensburq hokumetinin buraxilmasi ve onun butun uzvlerinin hebs edilmesi haqqinda emrini oxudu Hokumet uzvlerinin taleyi facievi oldu Hans Georq fon Frideburq kimi sexsler sui qesd etseler de digerleri hebs olunaraq Nurnberq tribunali qarsisina cixarildilar Flensburq hokumetinin hebsinden sonra yaranan hakimiyyet boslugu 5 iyun 1945 ci ilde aradan qaldirildi Antihitler koalisiyasinda muttefiq dovletlerin numayendeleri Almaniyanin meglubiyyeti ve onun erazisinde Muttefiq administrasiyalarinin ali hakimiyyetinin yaradilmasi haqqinda Beyannameni imzaladiqdan sonra yeni idareetme strukturu yaradildi Belelikle Almaniya 1945 ci il iyunun 5 den sonra vahid dovlet kimi movcudlugunu davam etdirse de Muttefiq Herbi Isgal Hokumetinin tam nezareti altina alindi Almaniya erazisi isgal zonalarina bolunmusdu Almaniyanin isgalinin ilkin merhelesinde hakimiyyeti dord dovlet SSRI ABS Boyuk Britaniya Fransa idare edirdi Almaniya hokumeti olaraq Donits administrasiyasinin bilavasite varisi sayila bilen Muttefiq Nezaret Surasi vasitesile butun isgal zonalarinda idareetme heyata kecirilirdi IstinadlarJones 2015 seh 88 Jones 2015 seh 323 Jones 2015 seh 89 Jones 2015 seh 96 Hamilton 1996 seh 285 286 Hitler Almaniyasi niye iki defe teslim olub 2020 09 24 tarixinde Istifade tarixi 2020 05 09 Karl Donitz Announcement of German Capitulation 8 May 1945 ingilis 2023 08 16 tarixinde Istifade tarixi 2023 08 16 Last Wehrmacht Report 9 May 1945 ingilis 2023 08 16 tarixinde Istifade tarixi 2023 08 16 After the Battle The Flensburg Government PDF Battle of Britain International Ltd 2005 seh 8 2 May 2021 tarixinde PDF Istifade tarixi 30 April 2021 Oliver 2002 seh 118 Kershaw 2012 seh 360 Chapter XV The Victory Sealed 2017 06 11 at the Wayback Machine Globalsecurity org 26 may 1945 High Command Arrested Trove nla gov au 26 may 1945 Oliver Kingsley M The RAF Regiment at War 1942 1946 Great Britain 2002 Pen amp Sword 118 Group Captain Mark Hobden en Daily Telegraph 28 May 2013 14 January 2024 tarixinde Istifade tarixi 6 March 2024 Defeat of Germany assumption of supreme authority by Allied Powers PDF en Library of Congress 2017 02 21 tarixinde PDF Istifade tarixi 2024 03 06 Benvenisti Eyal The International Law of Occupation Oxford UK Oxford University Press 2012 seh 160 ISBN 978 0 19 958889 3 Benvenisti Eyal The International Law of Occupation Oxford UK Oxford University Press 2012 seh 162 ISBN 978 0 19 958889 3 EdebiyyatKershaw Ian en The End Hitler s Germany 1944 45 Penguin 2012 ISBN 978 0 7139 9716 3 Jones Michael After Hitler The Last Days of the Second World War in Europe John Murray Publishers Ltd 2015 ISBN 978 1848544963 Flensburq hokumeti Bolshaya sovetskaya enciklopediya v 30 t 3 e izd M Sovetskaya enciklopediya gl red A M Prohorov 1969 1978 Zalesskij K A Kto byl kto v Tretem rejhe Biograficheskij enciklopedicheskij slovar M AST Astrel 2002 866 867 ISBN 5 17 015753 3 AST 5 271 05091 2 Astrel Xarici kecidlerin der Zeit 19 2005 Das Kriegsende 1945 in Deutschland Workshop des Militargeschichtlichen Forschungsamtes MGFA Potsdam Tagungsbericht Erklarung in Anbetracht der Niederlage Deutschlands und der Ubernahme der obersten Regierungsgewalt hinsichtlich Deutschlands Militarische Kapitulationsurkunde vom 8 Mai 1945