Davud Rəsulzadə (tam adı: Mirzə Davud Məsim oğlu Rəsulzadə; 1900, Yelizavetpol – 1943, Omçak[d], Olski rayonu[d], Xabarovsk diyarı, SSRİ, Sovet Rusiyası[d]) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR-nin Gürcüstan SSR-də konsulu, "Yeni fikir" qəzetinin baş redaktoru, ADPİ-nin direktoru, repressiya qurbanı.
Davud Rəsulzadə | |
---|---|
Mirzə Davud Məsim oğlu Rəsulzadə | |
26 may 1936 – 31 fevral 1937 | |
Əvvəlki | Mirzə Məmmədov |
Sonrakı | Hüseyn Musayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1943 |
Vəfat yeri |
|
Partiya | |
Fəaliyyəti | diplomat, siyasətçi, bürokrat |
Uşağı | Gülnarə Rəsulzadə |
Həyatı
Atası Molla Məsim Rəsulzadə Gəncədə tanınmış din xadimi idi. Məkkədə ruhani seminariyasında oxumuşdu, ərəb və fars dillərini mükəməl bilirdi. 1900-cı ilin dekabrında tərəqqipərvər əməlinə və maarifçilik fəaliyyətinə görə təqib olunan Axund Molla Məhəmməd Pişnamazzadənin evində polis tərəfindən axtarış aparılır. Bəhanə olaraq səbəb gətirilir ki, guya Türkiyə və İran hökumətləri ilə əlaqə saxlayan axund Qafqazda Rusiyaya qarşı ixtilaf hazırlayır və hökumətə qarşı əks-təbliğat aparır. Bu yersiz günahlar əsasında Axund Məhəmməd Pişnamazzadə və onunla birlikdə 37 nəfər azərbaycanlı ziyalı "qiyama hazırlıq" bəhanəsilə həbs edilir. Həbs edilənlər arasında Molla Məsim Rəsulzadə də var idi.
Davud Rəsulzadə 1908–1914-cü illərdə (Gəncə 6 sinifli şəhər məktəbində), 1914–1918-ci illərdə isə Tiflisdəki orta ixtisas texniki məktəbdə təhsil alıb. Orta ixtisas texniki məktəbinin kənd təsərrüfatı bölməsində təhsil alan Davud Rəsulzadə hidrotexnika mühəndisliyi ixtisasına yiyələnib. 1918-ci ildə yenidən Tiflisə qayıdaraq Politexnik İnstitutunun hidromexanika fakültəsinə daxil olur. O, 1921-ci ilə kimi Tiflisdə həm ali təhsil alır, həm də su təsərrüfatı idarəsində (1917–1919) işləyir.
Tələbəlik illərində inqilabçı-demokratik düşüncəli insanlarla əməkdaşdıq edən Davud Rəsulzadə 1920-ci ildə Kommunist Partiyasının üzvlüyünə daxil olur. Təhsilini başa vurduqdan sonra Tiflisdə siyasi işə keçir. Əvvəlcə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyində missiyasının katibi (1920–1921), Azərbaycan SSR-in Batumda konsulu (1921), Azərbaycan SSR-in Gürcüstanda səlahiyyətli nümayəndəsinin müavini (1921) vəzifələrində çalışır. Daha sonra Azərbaycan SSR-in Türkiyədəki missiyasının katibi (1921–1922) kimi Ankaraya eza olunur. Tərcümeyi-halında yazır ki, institutda oxuyarkən kursu tam keçib, amma 1921-ci ildə Azərbaycan SSR-in Ankarada səlahiyyətli nümayəndəsinin katibi təyin olunduğundan diplom işini təqdim edə bilməyib.
İki il Türkiyədə çalışdıqdan sonra Tiflisə qayıdan Davud Rəsulzadə jurnalistlik fəaliyyəti başlayır. 1921-ci ildə "Kommunist" adı ilə çıxmağa başlayan qəzet 1922-ci ildə "Yeni fikir" adı ilə nəşrə başlayır. Ayrı-ayrı vaxtlarda "Yeni fikir" (1924), "İşıq yolu" (1927–1928) və "Yeni kənd" (1930) qəzetlərinin redaktoru olub. Həmin illərdə o, həm də "Zarya Vostoka" qəzetinin redaksiya heyətinin üzvü olub. Jurnalistlik fəaliyyəti ilə yanaşı ali məktəbdə biologiya, qeyri-üzvi kimya, partiya quruculuğu, partiya tarixi və leninizm fənlərindən dərs deyib. 1927-ci-ildə Gürcüstan Xalq Maarif Komissarlığının ixtisas komissiyası tərəfindən ona dosent adı verilib. 1931-ci ildə Zaqafqaziya Kommunist Universitetində çalışarkən professor vəzifəsinə seçilib.
Davud Rəsulzadə 1932–1933-cü illərdə Zaqafqaziya Komminist Universitetinin tədris işləri üzrə prorektoru və Partiya quruculuğu və leninizm kafedrasının müdiri olub. Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Gürcüstanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğvində, latın əlifbasına keçməkdə, Azərbaycan teatrının yaradılmasında (Əli Tağızadə və ilə birlikdə) səmərəli fəaliyyət göstərib. Yerli azərbaycanlıların təhsilinə, gürcü dilinin öyrənilməsinə böyük diqqət yetirirdi.
Davud Rəsulzadə 1920-ci ildən ömrünün sonuna kimi partiya işində çalışıb. Ayrı-ayrı vaxtlarda Zaqafqaziya Diyar Partiya Komitəsinin Kəndlərlə iş şöbəsinin müdiri, Təbliğat-təşviqat şöbəsinin müdir müavini və Gürcüstan K(b)P MK-nın üzvü olub (1928). Axalkalakidə Qəza İcraiyyə Komitəsinin sədr müavini (1924–1925), Borçalıda İcraiyyə Komitəsinin sədri (1925–1926), Azərbaycan SSR Naxçıvan Vilayət Partiya Komitəsinin məsul katibi (1931–1932) olub. 9 fevral 1933-cü ildə Zaqafqaziya Diyar Komitəsi tərəfindən Azərbaycan K(b)P MK-nın sərəncamına göndərilib. Həmin ildə Azərbaycan K(b)P-nin Salyan rayon komitəsinin katibi seçilib. O, 1933-1934-cü illərdə Azərbaycan K(b)P-nin Salyan rayon komitəsinin məsul katibi olub. Daha sonra İncəsənət məsələləri üzrə Komitəsinə rəhbərlik edib və "Azərbaycan incəsənəti" jurnalının baş redaktoru olub. 1934-cü ildə Azərbaycan Partiya Nəşriyyatının direktoru təyin edilib.
14 may 1936-cı ildə Azərbaycan K(b)P MK-nın 127 saylı qərarı ilə ADPİ-nin direktoru Mirzə Məmmədov institut partiya komitəsinin katibi seçildiyinə görə, Azərbaycan Partiya Nəşriyyatının direktoru vəzifəsində çalışan Davud Rəsulzadə instituta direktor təyin edilir. O, həmin vəzifədə 31 fevral 1937-ci ilə kimi çalışır.
Həbsi
Azərbaycan SSR Xalq Komissarları Sovetinin İncəsənət işləri komitəsinin sədri vəzifəsində çalışan Davud Rəsulzadə 22 dekabr 1937-ci ildə əmlakı müsadirə olunmaqla həbs edilir. İttihamnamədə ona qarşı "silahlı yolla Azərbaycanı SSRİ-dən ayırmağa çalışan əks-inqilabi təşkilatın üzvü olmaqda, millətçilikdə, ziyankarlıqda, casusluqda, partiya və hökumət rəhbərlərinə qarşı terror hazırlamaqda günahkar" olduğu bildirilir. Rəsulzadə istintaqın ilk aylarında əks-inqilabi fəaliyyəti ilə bağlı verilən bütün sualların həqiqətəuyğun olmadığını bildirir. Lakin sonralar verilən işgəncələrə dözməyərək hər şeyi könüllü "boynuna alır".
Davud Rəsulzadə 8 il həbs cəzasına məhkum edilərək Maqadana sürgün edilib. Şəxsi məktublarında günahsız olduğuna inandığını və etirazlarını dayandırmayacağını bildirirdi. Stalinə məktub göndərərək yanlışlıqla həbs olunduğunu bildirmək istədiyini məktublarında yazmışdı. Mirzə Davud Rəsulzadə (2964 Nə-li məhbus) 1943-cü ildə Xabarovsk diyarının Olski rayonunun Omçak qəsəbəsifdəi həbs düşərgəsində ürək tutmasından vəfat edib.
Azərbaycan SSR Ali Məhkəməsinin Hərbi Kollegiyasının 3 oktyabr 1956-cı il tarixli qərarı ilə Mirzə Davud Rəsulzadəyə bəraət verilib.
İstinadlar
- "Arxivlənmiş surət". 2015-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
- Nəbi, Ceyhun. "Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində". teleqraf.az. 2015-05-18. 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- "რასუმ ზადე მოლლა მასუმი" [Rəsulzadə Molla Məsim]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3924.
- Rüstəmov, Fərrux. Mirzə Davud Məsim oğlu Rəsulzadə // Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları. Bakı: ADPU. 2021. 121–126. ISBN .
- Бабаева, Джамиля. "Надеюсь, что азербайджанские историки помогут мне доказать, что я родственница Мамед Эмина Расулзаде". vesti.az. 2012-05-28. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
- "დავით რასულ-ზადე". Gürcüstan Milli Parlament Kitabxanası (gürcü). 2012. 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- Babayeva, Cəmilə. "Məhəmməd Əmin Rəsulzadənin Gürcüstandakı qohumları - Azərbaycanla qırılmayan bağlar". Report İnformasiya Agentliyi. 2021-05-21. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Davud Resulzade tam adi Mirze Davud Mesim oglu Resulzade 1900 Yelizavetpol 1943 Omcak d Olski rayonu d Xabarovsk diyari SSRI Sovet Rusiyasi d Azerbaycan ictimai siyasi ve dovlet xadimi Azerbaycan SSR nin Gurcustan SSR de konsulu Yeni fikir qezetinin bas redaktoru ADPI nin direktoru repressiya qurbani Davud ResulzadeMirze Davud Mesim oglu ResulzadeAzerbaycan Dovlet Pedaqoji Kisi Institutu direktoru26 may 1936 31 fevral 1937EvvelkiMirze MemmedovSonrakiHuseyn MusayevSexsi melumatlarDogum tarixi 1900Dogum yeri Yelizavetpol Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1943Vefat yeri Omcak d Olski rayonu d Xabarovsk diyari SSRI Sovet Rusiyasi d Partiya Sovet Ittifaqi Kommunist PartiyasiFealiyyeti diplomat siyasetci burokratUsagi Gulnare ResulzadeHeyatiAtasi Molla Mesim Resulzade Gencede taninmis din xadimi idi Mekkede ruhani seminariyasinda oxumusdu ereb ve fars dillerini mukemel bilirdi 1900 ci ilin dekabrinda tereqqiperver emeline ve maarifcilik fealiyyetine gore teqib olunan Axund Molla Mehemmed Pisnamazzadenin evinde polis terefinden axtaris aparilir Behane olaraq sebeb getirilir ki guya Turkiye ve Iran hokumetleri ile elaqe saxlayan axund Qafqazda Rusiyaya qarsi ixtilaf hazirlayir ve hokumete qarsi eks tebligat aparir Bu yersiz gunahlar esasinda Axund Mehemmed Pisnamazzade ve onunla birlikde 37 nefer azerbaycanli ziyali qiyama hazirliq behanesile hebs edilir Hebs edilenler arasinda Molla Mesim Resulzade de var idi Davud Resulzadenin atasi Molla Mesim Resulzade Davud Resulzade 1908 1914 cu illerde Gence 6 sinifli seher mektebinde 1914 1918 ci illerde ise Tiflisdeki orta ixtisas texniki mektebde tehsil alib Orta ixtisas texniki mektebinin kend teserrufati bolmesinde tehsil alan Davud Resulzade hidrotexnika muhendisliyi ixtisasina yiyelenib 1918 ci ilde yeniden Tiflise qayidaraq Politexnik Institutunun hidromexanika fakultesine daxil olur O 1921 ci ile kimi Tiflisde hem ali tehsil alir hem de su teserrufati idaresinde 1917 1919 isleyir Telebelik illerinde inqilabci demokratik dusunceli insanlarla emekdasdiq eden Davud Resulzade 1920 ci ilde Kommunist Partiyasinin uzvluyune daxil olur Tehsilini basa vurduqdan sonra Tiflisde siyasi ise kecir Evvelce Azerbaycanin Gurcustandaki diplomatik numayendeliyinde missiyasinin katibi 1920 1921 Azerbaycan SSR in Batumda konsulu 1921 Azerbaycan SSR in Gurcustanda selahiyyetli numayendesinin muavini 1921 vezifelerinde calisir Daha sonra Azerbaycan SSR in Turkiyedeki missiyasinin katibi 1921 1922 kimi Ankaraya eza olunur Tercumeyi halinda yazir ki institutda oxuyarken kursu tam kecib amma 1921 ci ilde Azerbaycan SSR in Ankarada selahiyyetli numayendesinin katibi teyin olundugundan diplom isini teqdim ede bilmeyib Iki il Turkiyede calisdiqdan sonra Tiflise qayidan Davud Resulzade jurnalistlik fealiyyeti baslayir 1921 ci ilde Kommunist adi ile cixmaga baslayan qezet 1922 ci ilde Yeni fikir adi ile nesre baslayir Ayri ayri vaxtlarda Yeni fikir 1924 Isiq yolu 1927 1928 ve Yeni kend 1930 qezetlerinin redaktoru olub Hemin illerde o hem de Zarya Vostoka qezetinin redaksiya heyetinin uzvu olub Jurnalistlik fealiyyeti ile yanasi ali mektebde biologiya qeyri uzvi kimya partiya quruculugu partiya tarixi ve leninizm fenlerinden ders deyib 1927 ci ilde Gurcustan Xalq Maarif Komissarliginin ixtisas komissiyasi terefinden ona dosent adi verilib 1931 ci ilde Zaqafqaziya Kommunist Universitetinde calisarken professor vezifesine secilib Davud Resulzade 1932 1933 cu illerde Zaqafqaziya Komminist Universitetinin tedris isleri uzre prorektoru ve Partiya quruculugu ve leninizm kafedrasinin mudiri olub Zaqafqaziya Elmi Tedqiqat Institutunda direktor muavini vezifesinde calisib Gurcustanda yasayan azerbaycanlilar arasinda savadsizligin legvinde latin elifbasina kecmekde Azerbaycan teatrinin yaradilmasinda Eli Tagizade ve ile birlikde semereli fealiyyet gosterib Yerli azerbaycanlilarin tehsiline gurcu dilinin oyrenilmesine boyuk diqqet yetirirdi Davud Resulzade 1920 ci ilden omrunun sonuna kimi partiya isinde calisib Ayri ayri vaxtlarda Zaqafqaziya Diyar Partiya Komitesinin Kendlerle is sobesinin mudiri Tebligat tesviqat sobesinin mudir muavini ve Gurcustan K b P MK nin uzvu olub 1928 Axalkalakide Qeza Icraiyye Komitesinin sedr muavini 1924 1925 Borcalida Icraiyye Komitesinin sedri 1925 1926 Azerbaycan SSR Naxcivan Vilayet Partiya Komitesinin mesul katibi 1931 1932 olub 9 fevral 1933 cu ilde Zaqafqaziya Diyar Komitesi terefinden Azerbaycan K b P MK nin serencamina gonderilib Hemin ilde Azerbaycan K b P nin Salyan rayon komitesinin katibi secilib O 1933 1934 cu illerde Azerbaycan K b P nin Salyan rayon komitesinin mesul katibi olub Daha sonra Incesenet meseleleri uzre Komitesine rehberlik edib ve Azerbaycan inceseneti jurnalinin bas redaktoru olub 1934 cu ilde Azerbaycan Partiya Nesriyyatinin direktoru teyin edilib 14 may 1936 ci ilde Azerbaycan K b P MK nin 127 sayli qerari ile ADPI nin direktoru Mirze Memmedov institut partiya komitesinin katibi secildiyine gore Azerbaycan Partiya Nesriyyatinin direktoru vezifesinde calisan Davud Resulzade instituta direktor teyin edilir O hemin vezifede 31 fevral 1937 ci ile kimi calisir Hebsi Azerbaycan SSR Xalq Komissarlari Sovetinin Incesenet isleri komitesinin sedri vezifesinde calisan Davud Resulzade 22 dekabr 1937 ci ilde emlaki musadire olunmaqla hebs edilir Ittihamnamede ona qarsi silahli yolla Azerbaycani SSRI den ayirmaga calisan eks inqilabi teskilatin uzvu olmaqda milletcilikde ziyankarliqda casusluqda partiya ve hokumet rehberlerine qarsi terror hazirlamaqda gunahkar oldugu bildirilir Resulzade istintaqin ilk aylarinda eks inqilabi fealiyyeti ile bagli verilen butun suallarin heqiqeteuygun olmadigini bildirir Lakin sonralar verilen isgencelere dozmeyerek her seyi konullu boynuna alir Davud Resulzade 8 il hebs cezasina mehkum edilerek Maqadana surgun edilib Sexsi mektublarinda gunahsiz olduguna inandigini ve etirazlarini dayandirmayacagini bildirirdi Staline mektub gondererek yanlisliqla hebs olundugunu bildirmek istediyini mektublarinda yazmisdi Mirze Davud Resulzade 2964 Ne li mehbus 1943 cu ilde Xabarovsk diyarinin Olski rayonunun Omcak qesebesifdei hebs dusergesinde urek tutmasindan vefat edib Azerbaycan SSR Ali Mehkemesinin Herbi Kollegiyasinin 3 oktyabr 1956 ci il tarixli qerari ile Mirze Davud Resulzadeye beraet verilib Istinadlar Arxivlenmis suret 2015 08 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2017 09 26 Nebi Ceyhun Axund Molla Mehemmed Pisnamazzade Azerbaycan mubarizesinde teleqraf az 2015 05 18 2024 09 15 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 09 15 რასუმ ზადე მოლლა მასუმი Resulzade Molla Mesim საქართველოს ეროვნული არქივი Gurcustan Milli Arxivi gurcu Gurcustan Merkezi Dovlet Tarix Arxivi fond 153 siyahi 3 is 3924 Rustemov Ferrux Mirze Davud Mesim oglu Resulzade Azerbaycan Dovlet Pedaqoji Universitetinin rektorlari Baki ADPU 2021 121 126 ISBN 978 9952 8427 0 8 Babaeva Dzhamilya Nadeyus chto azerbajdzhanskie istoriki pomogut mne dokazat chto ya rodstvennica Mamed Emina Rasulzade vesti az 2012 05 28 2024 09 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 09 21 დავით რასულ ზადე Gurcustan Milli Parlament Kitabxanasi gurcu 2012 2024 07 07 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 09 15 Babayeva Cemile Mehemmed Emin Resulzadenin Gurcustandaki qohumlari Azerbaycanla qirilmayan baglar Report Informasiya Agentliyi 2021 05 21 2024 09 14 tarixinde arxivlesdirilib Istifade tarixi 2024 09 15