Bildiriş qəzeti (türk. Bildiriş gazetesi) - Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet.
"Bildiriş" qəzeti | |
---|---|
Format | Həftəlik qəzet |
Təsisçi | Mirzə Bala Məmmədzadə |
Yaranma tarixi | 1930 avqust 7 |
Nəşrini dayandırıb | 1931 |
1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir.
Tarixi
Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi. Azərbaycan Milli Hərəkatını yaşatmaq, Rusiyada yaşayan xalqların dərdlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ilk dəfə 1922-ci ildə İstanbulda “Yeni Qafqaz” adlı jurnal nəşrə hazırlanmışdır. Jurnal sabiq Buxara Respublikası Prezidenti Osman Hocanın adı ilə yayıma başlamışdı. Ayda iki dəfə nəşr olunan jurnalın 1927-ci ilə qədər 94 nömrəsi işıq üzü görmüşdü. Mühacirət dövründə çıxan bir çox qəzet, jurnal və kitabların redaktoru olmuş Mirzə Bala Məmmədzadə “Yeni Qafqaz”ı “təkcə azərbaycanlıların deyil, rus əsarətində olan bütün türklərin ilk jurnalı” adlandırırdı. Jurnalda Azərbaycandan başqa Dağıstan, Gürcüstan, Polşa, Rusiya, İran və Türkiyə ilə bağlı xəbərlərə tez-tez yer verilirdi . Sovet İttifaqının güclü təzyiqi nəticəsində 1927-ci il sentyabrın 1-də “Yeni Qafqaz” jurnalı bağlandı.
Mühacirlər bu təzyiqlərdən çəkinməyərək “Azəri Türk”, “” və “Odlu Yurd” jurnallarını nəşr etdilər. Bu jurnalların proqramı da “Yeni Qafqaz”la eyni idi. Sovet İttifaqının təzyiqləri artdıqca qaçqınların vəziyyəti daha da çətinləşirdi. Nəticə də, bu jurnallar da bağlandı.
Türkiyədə azərbaycanlı mühacirlərin nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet Bildirişdir. Mirzə Bala Məmmədzadənin rəhbərliyi ilə nəşrə başlayan qəzetin ilk nömrəsi 7 avqust 1930-cu il cümə axşamı günü işıq üzü görmüşdür.
"Bildiriş"in məqsədi
Rusiyada baş verən hadisələri dünya ictimai rəyinə çatdırmağı qarşısına məqsəd qoyan Bildiriş qəzeti ilk nömrəsinin birinci səhifəsində dərc etdiyi təqdimatda qəzetin məqsədi və məzmunu ilə bağlı aşağıdakı cümlələrə yer vermişdi:
Bu gündən etibarən hər həftə mütəmadi olaraq nəşr olunacaq “Bildiriş” qəzeti yaxın, orta və uzaq şərq başda olmaqla, siyasi, milli, mədəni və ictimai hərəkatlar haqqında aktual məlumatlar verərək Türkiyə ictimai rəyini işıqlandırmağa çalışacaq. “Bildiriş” oxucularına Türk dünyasının yeganə müstəqil dövləti, Şərqin tək Cümhuriyyəti olan Türkiyədə gedən ümumbəşəri islahat hərəkatı, bu istiqamətdə Türkiyənin hərtərəfli iqtisadi, mədəni, ədəbi və sosial yenilikləri haqqında məlumat verəcək. . “Bildiriş” təkcə Azərbaycan, Türküstan, İdil-Ural, Şimali Qafqaz, Krım, Gürcüstan və Ukraynada baş verən hadisələri deyil, həm də Sovet Rusiyasının. siyasi, iqtisadi və sosial həyatın mərhələlərini göstərən hadisələrə işıq salacaq. “Bildiriş” İran, Əfqanıstan, Hindistan kimi şərq ölkələri haqqında məlumat verəcək; Hətta Misir, Suriya, Fələstin, Hicaz kimi ərəb dünyasındakı hadisələr də öz köşələrində yer alacaq və Avropadakı mühüm xəbərləri qeyd etməyə çalışacaqdır |
Qəzetin proqramını açıqladığı bu təqdimatdan da anlaşılacağı kimi Bildiriş Türkiyədəki siyasi və ictimai vəziyyətlə bağlı məlumat verəcəyini, eyni zamanda Azərbaycanda başda olmaqla Türküstan, İdil-Ural, Şimal Qafqaz, Krım, Gürcüstan və Ukrayna baş verən prosesləri çatdıracağını açıqlamışdır.
Dörd səhifəlik qəzetin birinci səhifəsində “Bildiriş” imzası ilə dərc olunan başlıqla yanaşı Rusiyada baş verən digər hadisələr, o cümlədən Azərbaycanla bağlı xəbərlərin əhəmiyyətindən bəhs edilərkən, ikinci səhifədən digər ölkələrə dair xəbərlər davam edirdi. Aşağı hissədə xarici ölkələrlə bağlı hadisələrə yer verilmiş, vaxtaşırı silsilə yazılar dərc olunmuşdu. Üçüncü səhifənin bir hissəsi Türkiyəyə həsr olunduğu halda, xatirə kitabının nəşrinə də cəhd edilmişdi. Dördüncü səhifədə Türk Dünyası xəbərləri və birinci səhifənin davamı olan xəbərlər yerləşirdi.
Qəzet ilk sayından etibarən verdiyi sözə və məzmununa sadiq qalmağa çalışmışdı. Birinci sayda; “Sovet Rusiyasında”, “Amerikada GPU”, “Qafqazda siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni rus-çin qarşıdurması?”, “İki ayda 18000 vəzifə” məqalələri dərc edilmiş və bir elan verilmişdir. Elanda “Solovkidə gördüklərim... Növbəti sayımızda Solovkinin maraq dairəsində olan gənc azərbaycanlı istiqlal fəalının maraqlı xatirələrini oxuyun!” cümlələri yer alırdı.
Redaksiya heyəti
Bildiriş qəzeti də digər mühacir nəşrləri kimi rusların təzyiqinə məruz qalmışdı. Ona görə də qəzetin nəşr olunduğu müddətdə bəzi məqalələr anonim olaraq dərc edilmiş, bəzi müəlliflər isə ixtisar və ya təxəllüslərdən istifadə etməli olmuşdu. Bu səbəbdən də müxtəlif mənbələrdə qəzetin naşirləri və yazarları haqqında müxtəlif məlumatlar vardır. Ancaq bir çox mənbə, nəşriyyat və müəllif; Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə,Krımlı Cəfər Seyidəhməd, Əbdülqadir İnan (Fəthilqadir Süleymanov) adlar üzərində razılaşmışdır.
1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir.
Xaləddin İbrahimlinin yazdıqlarına görə B. Süleymanov və Mirzə Bala Məmmədzadə eyni şəxs idi. Lakin Əli Hüseynoğlu bu məlumatı təkzib edərək əksinə B. Süleymanovun Mirzə Bala yox Əbdülqadir İnan olduğunu yazmışdı.
Bildiriş qısa müddətli nəşr olsa da, Azərbaycanın istiqlal mübarizəsinin mühüm sütununu təmsil edirdi. Çünki Bildirişin müəllifləri zəngin ömür sürən, siyasi keçmişi olan, yüksək həyat təcrübəsi olan ziyalı insanlar idi. Bildiriş ətrafında toplaşan bu şəxsiyyətlərin ideya və mülahizələrinə Azərbaycan xalqı böyük əhəmiyyət verirdi. Bu şəxsiyyətlərin başında Rusiyanın Azərbaycan siyasətinə qarşı mübarizə aparan və mübarizəsini yorulmadan davam etdirən Məhəmməd Əmin Rəsulzadə dayanır.
Mirzə Bala Məmmədzadə “Bildiriş”in məsul meneceri idi və qəzet hətta onun rəhbərliyi ilə nəşr həyatına başlamışdır. Mirzə Bala Bildirişdə “Mirzə Bala”, “M.B” kimi ixtisar və imzalardan istifadə etmişdir. Onun tərəfindən qələmə alınan və 13 sayı ərzində yayımlanan "Azərbaycanda kəndli hərəkatları" məqalələri Kommunist Partiyasının həyata keçirməyə çalışdığı praktikaların yanlışlığına diqqət çəkirdi.
“Bildiriş” qəzetinin 10 sentyabr 1931-ci ildə çapdan çıxmış 58-ci nömrəsindən sonra bağlanması ilə M. B. Məmmədzadə, M. Ə. Rəsulzadə və s. immiqrantlar Türkiyəni tərk etmək məcburiyyətində qaldılar.
“Bildiriş” qəzetinin sahibi kimi fəaliyyət göstərən Abbasqulu Kazımzadə 1905-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olmuş və 1911-ci ildə Müsavat Partiyasının yaradılmasında qabaqcıl şəxslərdən biri olmuşdur. Kazımzadə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində də çalışmışdır. Abbasqulu Kazımzadə də Azərbaycanın ruslar tərəfindən işğalından sonra M. Əmin Rəsulzadə ilə birlikdə Azərbaycanı tərk edənlərdəndir. O, “Bildiriş” dən əvvəl Rəsulzadənin baş redaktorluğu ilə “Odlu Yurd” jurnalında çalışmışdır.
Əbdülqadir İnan (Fəthəlqadir Suleymanov)
“Bildiriş”qəzetinin geniş mövzuları işıqlandırmasında Sovet İttifaqının hər bölgəsində xəbərlər çıxaran, məqalələr yazan ziyalıların, yazıçıların olması böyük rol oynadı. Bu yazarlardan biri də “Bildiriş” qəzetində “B.Süleyman” imzası ilə fəaliyyət göstərən Əbdülqadir İnandır. Əsl adı Fəthəlqadir Süleymanovdur. O, azərbaycanlı mühacirlərin qəzet və jurnallarında məqalələr dərc etdirmiş, Odlu Yurd və Bildiriş qəzetlərində çalışmışdır. Bildiriş qəzetinin ilk sayında “Əsas Sahib: A. Kazımzadə, Məsul Müdir: Kamal” olduğu görünsə də, 1931-ci il iyunun 11-dən avqustun 13-dək nəşr olunan 13 nömrədə “Əsas sahibi: A. Kazımzadə, məsul müdir: B. Süleyman” yazısına rast gəlirik. Bundan əlavə, M.Ə. Rəsulzadənin redaktorluğu, A. Kazımzadənin rəhbərliyi, Kamal və B. Süleymanın məsul müdirliyi ilə Odlu Yurd jurnalı nəşr edilmişdir. “Bildiriş” qəzetinin 4 iyun 1931-ci il tarixli 44-cü sayından başlayaraq 25 iyun 1931-ci il tarixli 47-ci nömrəsinə qədər “Başqırdıstan məsələsi və Başqırd əməliyyatı” başlığı altında “Müəllif: Başqırdıstanlı Abdulkadir” imzası vardır. Buradan da anlaşıldığı kimi, bu məqalənin müəllifi Əbdülqadir İnandır. Məktəb müəllimi, universitet professoru, jurnalist kimi çalışan Əbdülqadir İnan türk xalqlarının etnoqrafiyası, folkloru, ədəbiyyatı, dili ilə bağlı 350 elmi əsər çap etdirmişdir.
Cəfər Seyidəhməd Krımər
Rəsulzadə və Mirzə Bala Məmmədzadənin önəmli yoldaşlarından biri də antisovet fəaliyyəti ilə tanınan, böyük türkçü Qaspıralı İsmayılın məktəbini davam etdirən Cəfər Seyidəhməd Krımərdi. Cəfər Krımər 1 sentyabr 1889-cu ildə Krımın Yafta vilayətinin Kızıltac kəndində anadan olmuşdur. Azərbaycanlı mühacirlərin nəşrlərinə hər fürsətdə kömək etməyə çalışan Cəfər Seyidəhməd Krımər 1930-1931-ci illərdə “Bildiriş” qəzetinin səhifələrində Krım-tatar xalqının tarixi, ədəbiyyatı və sivilizasiyası ilə bağlı məqalələr dərc etdirmişdir. Onun Bildirişdə dərc olunan "Krım istiqlal müharibəsinin səbəbləri və əsasları", "Sovet Rusiyasının son vəziyyəti" adlı məqalələri SSRİ ərazisində yaşayan qeyr-rus xalqların yaşayışı barədə məlumat verirdi.
"Bildiriş"in əsas mövzuları
Bildiriş qəzeti Azərbaycan, Sovet Rusiyası, Türkiyə, Krım, Şimali Qafqaz, İdil-Ural bölgəsi, Başqırdıstan, Qazax-Qırğız bölgəsi, Türküstan, İran və Ukraynadan xəbərləri işıqlandıran daimi müəllifləri varidi. Qəzet mənbə kimi Sovet İttifaqında və xarici ölkələrdə çıxan qəzet və jurnallardan, o cümlədən Sovet İttifaqından, Türküstandan, Qazaxıstan-Qırğızıstandan və s. bölgələrdən olan müxbirlərin hazırladığı xəbərlərdən də istifadə edirdi.
Bildiriş qəzeti əsasən yuxarıda adı çəkilən coğrafiya ilə bağlı xəbər və məqalələr dərc etməyi qarşısına məqsəd qoymuşdu. Lakin Bildirişin əsas məqsədi bolşevik işğalından sonra sovet idarəsinin Azərbaycanda həyata keçirməyə çalışdığı siyasətlərə (milli şüuru öldürmək) qarşı ictimaiyyəti xəbərdar etmək, Azərbaycan milli mübarizə ruhunu yaşatmaq, bolşeviklərin zülmkar münasibətini dünya ictimaiyyətinə çatdırmaq idi. Bildirişdəki xəbərlər və məqalələr də məhz bu məqsədlə dərc olunurdu.
Qəzetdə əhatə olunan əsas mövzular bunlardır:
- Sovet hökumətinin idarəetmə siyasətinin əleyhinə olan xəbərlər və məqalələr
Bildiriş qəzetində Azərbaycan türklərinin sovet idarəçiliyindən narazılığına və bunun bəzi hallarda necə şiddətləndiyinə diqqət çəkən xəbərlər varidi. Bu xəbərlərlə Azərbaycan türklərinin səsini sovet idarəçiliyi ilə yanaşı xarici ictimaiyyətin rəyinə çatdırmaq o cümlədən, sovet idarəçilərinin Moskvada yerli xalqlar əleyhinə həyata keçirdikləri siyasətin xalqlara iqtisadı ziyan vurmasına diqqət çəkmək nəzərdə tutulmuşdu. Məsələn, Bakinski Raboçinin 18 iyun 1930-cu il tarixli nüsxəsindən götürülmüş və 140 nömrəli məqalədən istifadə edilməklə hazırlanan Bildirişin “Qafqazda siyasi vəziyyət” bölməsində “Azərbaycanda vəziyyət ağırdırmı?” sərlövhəsi ilə təqdim olunan xəbər məqaləsində qeyd olunan məqsəd güdülmüşdü. Bakinski Raboçinin xəbərinə görə, Gürcüstan və Ermənistanda vəziyyət ciddidir. Kəndlilər üsyan qaldırdılar. Azərbaycanda vəziyyət daha pisdir. Naxçıvan, Zaqatala və Şəki quberniyalarında ümumi kəndli üsyanları baş verir, hökumət məmurları ilə kəndlilər arasında az qala müharibəyə çevrilən münaqişələr yaşanırdı. Bununla belə, Azərbaycanın Sovet iqtisadiyyatında yeri çox önəmlidir. Pambıq və neft kimi sərvətlər Sovet İttifaqının iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir, lakin KP bu bölgəyə biganə yanaşır. Bildiriş bu xəbəri KP-nin ən böyük təbliğat vasitələrindən biri olan sözügedən qəzetdən sitat gətirərək oxucularına təqdim etməklə, Azərbaycanın niyə bolşeviklər tərəfindən işğal edildiyini xarici ictimaiyyətin diqqətinə çatdırmaq istəyib. Bundan əlavə, o, üsyanların Sovet hökuməti üçün nə qədər başağrısı yaratdığını daxili ictimaiyyətə çatdırır, kəndliləri bu mövqeyi davam etdirməyə sövq etməyə çalışırdı.
- Rusiya Kommunist Partiyasına (KP) zərbə vurmağa yönəlmiş xəbərlər və məqalələr
Rusiyada idarəçiliyi əlində saxlayan Kommunist Partiyasının praktikalarının çoxu uğursuz olsa da, ictimaiyyətə baxmayaraq bu təcrübələr davam edirdi. Məsələn, Rusiyanın demək olar ki, bütün regionlarında “ərzaq toplanması” praktikası nəzərdə tutulduğu kimi həyata keçirilmirdi. Lakin 5 illik inkişaf planı da həyata keçirilə bilməmiş və 5 illik plan 10 illik plana çevrilmişdi. Bu və bu kimi uğursuz təcrübələr ictimaiyyətin reaksiyası ilə qarşılaşmış, proqramların həyata keçirilməsində israr olduğu üçün tez-tez qarşıdurmalar yaranmışdı. Bu qarşıdurmalar qeyri-rus xalqları üzərində cəmləşmiş, xüsusən də türk əsilli xalqlara qarşı təzyiq və zülmü artırmışdır. Bildiriş, Rusiyada yaşayan xalqlara, rus olmayan cəmiyyətlərə və dünya ictimai rəyinə qarşı bu təzyiq və zülmü, ona səbəb olan siyasəti və beləcə bu siyasətin icraçısı olan Kommunist Partiyasını gözdən salmaq məqsədi daşıyırdı. Bu səbəblə qəzet KP əməllərini tez-tez gündəmə gətirmiş, hər zaman da gündəmdə qalmasına çalışmışdır.
- Ruslaşdırma siyasətinə qarşı xəbərlər və məqalələr.
Kommunist Partiyası kommunizm siyasətinin həyata keçirilməsində müəyyən çətinliklər yaşayırdı.Bu çətinliklər xüsusilə qeyri-rus xalqları ilə iş zamanı daha da böyük ölçülərə gəlib çatmışdı. Bu məqsədlə Rusiya rəhbərliyi SSRİ ərazisində yaşayan qeyri-rus xalqları ruslaşdırma siyasətini həyata keçirməyə başladı. Beləliklə həm istədiyi siyasəti asanlıqla həyata keçirə biləcək həm də qeyri-rus xalqları guya qazanmış olacaqdı. Bu məqsədlə həyata keçirmək istədiyi ruslaşdırma siyasəti çərçivəsində sovet idarəsi ilk növbədə qeyri-rus xalqlarının dillərini, mədəniyyətlərini, inanclarını dəyişdirməyi planlaşdırıb, həyata keçirdi.
Bildiriş qeyri-rus xalqlarını, xüsusən də SSRİ ərazisində yaşayan türk toplumlarını bu məkrli plana qarşı xəbərdar etmək və onların bu əməllərə qarşı müqavimət göstərmələrini təmin etmək məqsədi daşıyırdı.Bu məqsədlə qəzet öz səhifələrində ruslaşdırma siyasəti ilə bağlı xəbərlər və məqalələr dərc etməklə hədəfə alınan insanları xəbərdar etmiş, bu “assimilyasiya” siyasətlərinə qarşı dünya ictimaiyyətini məlumatlandırmışdır.
- Milli şüuru oyaq tutmaqla bağlı xəbərlər və məqalələr
Bildiriş Azərbaycan başda olmaqla Rusiyada yaşayan bütün türk soylu xalqların milli mübarizələrini davam etdirmələri üçün böyük səylər göstərmişdir. Bildirişin az qala hər sayında, hətta hər səhifəsində qəzetin əsas məqsədi olan milli şüuru oyaq tutmaq səyini görmək mümkündür.
Bildiriş öz səhifələrində milli şüuru yaşatmağa yönəlmiş çoxlu xəbər və yazılara yer verib. Lakin bu yazılardan bəlkə də ən önəmlisi “Solovkidə gördüklərim” bölməsində yazılanlar olmuşdur. Bu bölmədəki yazılarda rusların qarşı qeyri-insani rəftar və təqiblərinə diqqət çəkilmiş, yaşanan iztirab və qəddarlıq bu hadisələrin şahidi olanların dili ilə oxuculara çatdırılmışdır.
- Kommunist Partiyasındakı münaqişələrə dair xəbərlər və məqalələr
Bolşeviklər hakimiyyətə gəldikdən sonra Rusiyada yaşayan xalqlara verdikləri vədləri unudub, hətta qeyri-rus xalqlarının həyat şəraitini çox çətinləşdirən siyasətlər həyata keçirməyə başladılar. Kommunist Partiyası yanında hökumətin əksəriyyəti zorakılıqdan ibarət olan praktikaları cəmiyyətin demək olar ki, bütün təbəqələrində narazılıq yaratmışdı. İş o yerə çatdı ki, bu narazılıq hətta Kommunist Partiyasının daxilində də özünü göstərdi. Bildiriş ictimaiyyət tərəfindən qəbul olunmayan bu praktikalarla birlikdə KP-dəki fikir ayrılıqlarını, çatları gündəmə gətirərək həm Rusiyada, həm də dünya ictimai rəyində KP-ni gözdən salmağı hədəfləyib və bu istiqamətdə xəbərlər dərc etmişdir.
- Qeyri-rus xalqlara edilən zülmə dair xəbərlər və məqalələr
Rusiya ərazisində yaşayan qeyri-rus cəmiyyətləri Fevral və Oktyabr inqilablarının onların xeyrinə nəticə verəcəyinə ümid edərək, bu inqilablarını dəstəkləmişdilər. Əslində inqilabların mahiyyət etibarilə olmasa da, guya bu cəmiyyətlərə gətirdikləri böyük hüquqlar var idi. Bu hüquqların veriləcəyinə inanan yüz minlərlə insan olduqca məyus olmuşdu. Bolşeviklər çox keçmədən Çar dövründən də ağır praktikalar həyata keçirməyə başladı. Bunların əksəriyyəti fəhlə və kəndlilərin yaşayışına mənfi təsir göstrərmişdi. Sovet rəhbərliyi sözügedən kəsimin qəbul etməyəcəyi bu təcrübələri həyata keçirməkdə israrlı, zorakı bir rəftar nümayiş etdirmiş, qarşısını almağa çalışanları isə cəzalandırmışdı. Sözügedən bu tutuma qarşı müqavimət göstərən, qarşı çıxan xalqlara qarşı edilən "təztiq və zülmlər" Bildiriş səhifələrində işıqlandırılmış, qəzet demək olar ki, bu xalqların səsi olmuşdu. Bildirişin əsas məqsədi bu zülm və təzyiqləri dünya ictimaiyyətinə çatdırmaq idi.
- Türk soylu xalqlara edilən təzyiq və zülmə qarşı məqalə və xəbərlər
Bildiriş sovet rəhbərliyinin türk soylu xalqalara etdiyi ədalətsiz əməlləri öz səhifələrində payalaşaraq həm dayatma formasında həyata keçirilən bu siyasətlərə qarşı xalqın reaksiyasını əks etdirmiş, həm də bu yanlış və haqsız siyasəti dünyaya çatdırmağa çalışmışdır.
- Slavyan mənşəli qeyri-rus xalqlarına edilən zülmə qarşı xəbərlər və məqalələr
Rusların təzyiqləri təkcə türk soylu xalqlara qarşı yönəlməmişdi. Rusiya ərazisində yaşayan bütün xalqlar və xüsusən də müstəqillik istəyənlər bolşeviklərin təzyiqlərinə məruz qalmışdılar. Rusiyada yaşayan slavyan mənşəli xalqlar da bu ədalətsiz əməllərə qarşı çıxmış, nəticədə ağır cəzalara məruz qalmışdılar. Bildiriş, sovetlərin tətbiq etdiyi zülmün təkcə türk əsilli xalqlara aid olmadığını, bu zülmün Rusiyada yaşayan milyonlarla müxtəlif millətlərdən olan insanı da əhatə etdiyini dünyaya bəyan etmək üçün bu xalqlara tətbiq edilən zülmü də öz səhifələrinə daşımışdı.
- Bolşevik hakimiyyətindən sonra Azərbaycanda vəziyyətin ağırlaşması ilə bağlı xəbərlər və məqalələr
Azərbaycan çarlıq dövründən SSRİ üçün bir çox cəhətdən böyük əhəmiyyət kəsb etmişdir. Azərbaycanda neftin kəşfi bu torpaqların əhəmiyyətini daha da artırmışdı. Ona görə də bolşeviklər Azərbaycanı həmişə öz əllərində saxlamaq istəyir və bunun üçün böyük səylər göstərirdilər. Azərbaycan, enerji, ticarət, istehsal, kənd təsərrüfatı və s.sahələrdə üstünlüyü ilə demək olar ki, Sovet Rusiyasının ürəyi idi. Lakin Rusiya üçün əksər sənaye sahələrində, xüsusən də energetikada aparıcı rol oynayan Azərbaycan Sovet işğalından sonra demək olar ki, talan edilmiş, kənd təsərrüfatı işləri lazımi qaydada həyata keçirilməmiş, sənaye istehsalı azalmış, sexlərin əksəriyyətində məhsuldarlıq aşağı düşmüşdür. Azərbaycan (xüsusən də Bakı) köhnə parlaq günlərindən uzaqlaşmışdı. Bildiriş bu vəziyyəti bütün dünyaya, xüsusən də bu torpaqların ilkin sahiblərinə çatdırmaq üçün Azərbaycanda vəziyyətin pisləşdiyi barədə xəbərlər dərc etmişdir.
Bildirişdəki yazı və xəbərlər dünya ictimai rəyi tərəfindən diqqətlə izlənilib. Sovet administrasiyası bu xəbərlərdən narahatlığını tez-tez dilə gətirmişdir. Dünya ictimai rəyinə çatdırılan bu xəbər və məlumat axınının qarşısını almaq və mənbələri məhv etmək üçün ruslar mühacir mətbuatını izləyərək, bu insanları deportasiya etmək üçün müvafiq dövlətlərə təzyiq göstərirdilər.
İstinadlar
- Yaqublu, 2014. səh. 18
- İbrahimli, 1966. səh. 119
- Nalcıoğlu, 2004. səh. 65
- Bildiriş, 1930. səh. 1
- Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı: ADPU nəşriyyatı. 2012. səh. 108. 2023-04-04 tarixində . İstifadə tarixi: 2023-04-04.
- AXC Ensiklopediyası, 2004. səh. 165
- İnce, 2016. səh. 550
- İnce, 2016. səh. 551
- Nağıyev, 2001. səh. 252
- Ənsərli, 1998
- İnce, 2016. səh. 552
- İnce, 2016. səh. 553
- İnce, 2016. səh. 554
Mənbə
- Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: «Elm və təhsil». 2014. səh. 152.
- AXC Ensiklopediyası. Bakı: «Lider» nəşriyyat. 2004.
- M.Ənsərli. Cəfər Seyid Əhməd Krımər. Bakı: «Qartal» nəşriyyat. 1998.
- Fazıl, R. və Nagayev, S. Kırım Tatar Edebiyatının Tarihi. 2001.
- İbrahimli, H. Azərbaycan Siyasi Mühacirəti. Bakı: Elm nəşriyyatı. 1996.
- Nalcıoğlu, B. U. Azerbaycan Siyasi Muhaceretinin İstanbul’daki Basın Etkinliklerinin (1923-1931) Kamuoyu Oluşturmadaki Rolü”,. İstanbul: İstanbul Üniversitesi İletişim Fakültesi yayınları. 2004.
- Tahirli.A. Azərbaycan Mühaciəry Mətbuatı. Bakı: Grapp. 2002.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bildiris qezeti turk Bildiris gazetesi Turkiyede yasayan azerbaycanli muhacirlerin 1930 1931 cu illerde nesr etdiyi ilk heftelik siyasi ve sosial ictimai qezet Bildiris qezetiFormat Heftelik qezetTesisci Mirze Bala MemmedzadeYaranma tarixi 1930 avqust 7Nesrini dayandirib 1931 1930 cu ilin 7 avqustunda nesre baslayan qezetin ilk sayinin imtiyaz sahibi A Kazimzade mesul mudiri Kamal olmusdur Lakin qezetin 45 ci sayindan mesul mudir vezifesini B Suleyman 56 ci saydan etibaren ise Umumi Nesriyyat ve Yazi Isleri mudirliyi M B Memmedzade terefinden yerine yetirilmisdir Orhaniyye metbeesinde nesr edien qezet 37 ci sayindan baslayaraq Ozturk metbeesinde nesr edilmisdir Qezet heftede bir defe cume axsami 4 sehifeden ibaret olaraq nesr olunurdu Qezetin son sayi 1931 ci il 10 sentyabr tarixine aiddir TarixiAzerbaycan ruslar terefinden isgal edildikden sonra olkelerini terk etmek mecburiyyetinde qalan Azerbaycan ziyalilari musteqilliklerini berpa etmek ucun milli mubarizelerini Azerbaycandan kenarda da davam etdirdiler Onlar ozlerine merkez secdikleri yerlerde milli mubarizeni davam etdirmeye calisirdilar Bu merkezlerin en ehemiyyetlilerinden biri de Istanbul idi Azerbaycan Milli Herekatini yasatmaq Rusiyada yasayan xalqlarin derdlerini dunya ictimaiyyetine catdirmaq ucun ilk defe 1922 ci ilde Istanbulda Yeni Qafqaz adli jurnal nesre hazirlanmisdir Jurnal sabiq Buxara Respublikasi Prezidenti Osman Hocanin adi ile yayima baslamisdi Ayda iki defe nesr olunan jurnalin 1927 ci ile qeder 94 nomresi isiq uzu gormusdu Muhaciret dovrunde cixan bir cox qezet jurnal ve kitablarin redaktoru olmus Mirze Bala Memmedzade Yeni Qafqaz i tekce azerbaycanlilarin deyil rus esaretinde olan butun turklerin ilk jurnali adlandirirdi Jurnalda Azerbaycandan basqa Dagistan Gurcustan Polsa Rusiya Iran ve Turkiye ile bagli xeberlere tez tez yer verilirdi Sovet Ittifaqinin guclu tezyiqi neticesinde 1927 ci il sentyabrin 1 de Yeni Qafqaz jurnali baglandi Muhacirler bu tezyiqlerden cekinmeyerek Azeri Turk ve Odlu Yurd jurnallarini nesr etdiler Bu jurnallarin proqrami da Yeni Qafqaz la eyni idi Sovet Ittifaqinin tezyiqleri artdiqca qacqinlarin veziyyeti daha da cetinlesirdi Netice de bu jurnallar da baglandi Turkiyede azerbaycanli muhacirlerin nesr etdiyi ilk heftelik siyasi ve sosial ictimai qezet Bildirisdir Mirze Bala Memmedzadenin rehberliyi ile nesre baslayan qezetin ilk nomresi 7 avqust 1930 cu il cume axsami gunu isiq uzu gormusdur Bildiris in meqsediRusiyada bas veren hadiseleri dunya ictimai reyine catdirmagi qarsisina meqsed qoyan Bildiris qezeti ilk nomresinin birinci sehifesinde derc etdiyi teqdimatda qezetin meqsedi ve mezmunu ile bagli asagidaki cumlelere yer vermisdi Bu gunden etibaren her hefte mutemadi olaraq nesr olunacaq Bildiris qezeti yaxin orta ve uzaq serq basda olmaqla siyasi milli medeni ve ictimai herekatlar haqqinda aktual melumatlar vererek Turkiye ictimai reyini isiqlandirmaga calisacaq Bildiris oxucularina Turk dunyasinin yegane musteqil dovleti Serqin tek Cumhuriyyeti olan Turkiyede geden umumbeseri islahat herekati bu istiqametde Turkiyenin herterefli iqtisadi medeni edebi ve sosial yenilikleri haqqinda melumat verecek Bildiris tekce Azerbaycan Turkustan Idil Ural Simali Qafqaz Krim Gurcustan ve Ukraynada bas veren hadiseleri deyil hem de Sovet Rusiyasinin siyasi iqtisadi ve sosial heyatin merhelelerini gosteren hadiselere isiq salacaq Bildiris Iran Efqanistan Hindistan kimi serq olkeleri haqqinda melumat verecek Hetta Misir Suriya Felestin Hicaz kimi ereb dunyasindaki hadiseler de oz koselerinde yer alacaq ve Avropadaki muhum xeberleri qeyd etmeye calisacaqdir Qezetin proqramini aciqladigi bu teqdimatdan da anlasilacagi kimi Bildiris Turkiyedeki siyasi ve ictimai veziyyetle bagli melumat vereceyini eyni zamanda Azerbaycanda basda olmaqla Turkustan Idil Ural Simal Qafqaz Krim Gurcustan ve Ukrayna bas veren prosesleri catdiracagini aciqlamisdir Dord sehifelik qezetin birinci sehifesinde Bildiris imzasi ile derc olunan basliqla yanasi Rusiyada bas veren diger hadiseler o cumleden Azerbaycanla bagli xeberlerin ehemiyyetinden behs edilerken ikinci sehifeden diger olkelere dair xeberler davam edirdi Asagi hissede xarici olkelerle bagli hadiselere yer verilmis vaxtasiri silsile yazilar derc olunmusdu Ucuncu sehifenin bir hissesi Turkiyeye hesr olundugu halda xatire kitabinin nesrine de cehd edilmisdi Dorduncu sehifede Turk Dunyasi xeberleri ve birinci sehifenin davami olan xeberler yerlesirdi Qezet ilk sayindan etibaren verdiyi soze ve mezmununa sadiq qalmaga calismisdi Birinci sayda Sovet Rusiyasinda Amerikada GPU Qafqazda siyasi veziyyet Son xeberler Yeni rus cin qarsidurmasi Iki ayda 18000 vezife meqaleleri derc edilmis ve bir elan verilmisdir Elanda Solovkide gorduklerim Novbeti sayimizda Solovkinin maraq dairesinde olan genc azerbaycanli istiqlal fealinin maraqli xatirelerini oxuyun cumleleri yer alirdi Redaksiya heyetiBildiris qezeti de diger muhacir nesrleri kimi ruslarin tezyiqine meruz qalmisdi Ona gore de qezetin nesr olundugu muddetde bezi meqaleler anonim olaraq derc edilmis bezi muellifler ise ixtisar ve ya texelluslerden istifade etmeli olmusdu Bu sebebden de muxtelif menbelerde qezetin nasirleri ve yazarlari haqqinda muxtelif melumatlar vardir Ancaq bir cox menbe nesriyyat ve muellif Mehemmed Emin Resulzade Mirze Bala Memmedzade Krimli Cefer Seyidehmed Ebdulqadir Inan Fethilqadir Suleymanov adlar uzerinde razilasmisdir 1930 cu ilin 7 avqustunda nesre baslayan qezetin ilk sayinin imtiyaz sahibi A Kazimzade mesul mudiri Kamal olmusdur Lakin qezetin 45 ci sayindan mesul mudir vezifesini B Suleyman 56 ci saydan etibaren ise Umumi Nesriyyat ve Yazi Isleri mudirliyi M B Memmedzade terefinden yerine yetirilmisdir Xaleddin Ibrahimlinin yazdiqlarina gore B Suleymanov ve Mirze Bala Memmedzade eyni sexs idi Lakin Eli Huseynoglu bu melumati tekzib ederek eksine B Suleymanovun Mirze Bala yox Ebdulqadir Inan oldugunu yazmisdi Bildiris qisa muddetli nesr olsa da Azerbaycanin istiqlal mubarizesinin muhum sutununu temsil edirdi Cunki Bildirisin muellifleri zengin omur suren siyasi kecmisi olan yuksek heyat tecrubesi olan ziyali insanlar idi Bildiris etrafinda toplasan bu sexsiyyetlerin ideya ve mulahizelerine Azerbaycan xalqi boyuk ehemiyyet verirdi Bu sexsiyyetlerin basinda Rusiyanin Azerbaycan siyasetine qarsi mubarize aparan ve mubarizesini yorulmadan davam etdiren Mehemmed Emin Resulzade dayanir Mirze Bala Memmedzade Bildiris in mesul meneceri idi ve qezet hetta onun rehberliyi ile nesr heyatina baslamisdir Mirze Bala Bildirisde Mirze Bala M B kimi ixtisar ve imzalardan istifade etmisdir Onun terefinden qeleme alinan ve 13 sayi erzinde yayimlanan Azerbaycanda kendli herekatlari meqaleleri Kommunist Partiyasinin heyata kecirmeye calisdigi praktikalarin yanlisligina diqqet cekirdi Bildiris qezetinin 10 sentyabr 1931 ci ilde capdan cixmis 58 ci nomresinden sonra baglanmasi ile M B Memmedzade M E Resulzade ve s immiqrantlar Turkiyeni terk etmek mecburiyyetinde qaldilar Mehemmed Emin Rasulzade Mirze Bala Memmedzade ve Abbasqulu Kazimzade Bildiris qezetinin sahibi kimi fealiyyet gosteren Abbasqulu Kazimzade 1905 ci ilde Rusiya Sosial Demokrat Fehle Partiyasina uzv olmus ve 1911 ci ilde Musavat Partiyasinin yaradilmasinda qabaqcil sexslerden biri olmusdur Kazimzade 1918 ci ilde yaradilmis Azerbaycan Xalq Cumhuriyyetinin Parlamentinde de calismisdir Abbasqulu Kazimzade de Azerbaycanin ruslar terefinden isgalindan sonra M Emin Resulzade ile birlikde Azerbaycani terk edenlerdendir O Bildiris den evvel Resulzadenin bas redaktorlugu ile Odlu Yurd jurnalinda calismisdir Ebdulqadir Inan Fethelqadir Suleymanov Esas meqale Ebdulqadir Inan Bildiris qezetinin genis movzulari isiqlandirmasinda Sovet Ittifaqinin her bolgesinde xeberler cixaran meqaleler yazan ziyalilarin yazicilarin olmasi boyuk rol oynadi Bu yazarlardan biri de Bildiris qezetinde B Suleyman imzasi ile fealiyyet gosteren Ebdulqadir Inandir Esl adi Fethelqadir Suleymanovdur O azerbaycanli muhacirlerin qezet ve jurnallarinda meqaleler derc etdirmis Odlu Yurd ve Bildiris qezetlerinde calismisdir Bildiris qezetinin ilk sayinda Esas Sahib A Kazimzade Mesul Mudir Kamal oldugu gorunse de 1931 ci il iyunun 11 den avqustun 13 dek nesr olunan 13 nomrede Esas sahibi A Kazimzade mesul mudir B Suleyman yazisina rast gelirik Bundan elave M E Resulzadenin redaktorlugu A Kazimzadenin rehberliyi Kamal ve B Suleymanin mesul mudirliyi ile Odlu Yurd jurnali nesr edilmisdir Bildiris qezetinin 4 iyun 1931 ci il tarixli 44 cu sayindan baslayaraq 25 iyun 1931 ci il tarixli 47 ci nomresine qeder Basqirdistan meselesi ve Basqird emeliyyati basligi altinda Muellif Basqirdistanli Abdulkadir imzasi vardir Buradan da anlasildigi kimi bu meqalenin muellifi Ebdulqadir Inandir Mekteb muellimi universitet professoru jurnalist kimi calisan Ebdulqadir Inan turk xalqlarinin etnoqrafiyasi folkloru edebiyyati dili ile bagli 350 elmi eser cap etdirmisdir Cefer Seyidehmed Krimer Esas meqale Cefer Seyidehmed Krimer Resulzade ve Mirze Bala Memmedzadenin onemli yoldaslarindan biri de antisovet fealiyyeti ile taninan boyuk turkcu Qaspirali Ismayilin mektebini davam etdiren Cefer Seyidehmed Krimerdi Cefer Krimer 1 sentyabr 1889 cu ilde Krimin Yafta vilayetinin Kiziltac kendinde anadan olmusdur Azerbaycanli muhacirlerin nesrlerine her fursetde komek etmeye calisan Cefer Seyidehmed Krimer 1930 1931 ci illerde Bildiris qezetinin sehifelerinde Krim tatar xalqinin tarixi edebiyyati ve sivilizasiyasi ile bagli meqaleler derc etdirmisdir Onun Bildirisde derc olunan Krim istiqlal muharibesinin sebebleri ve esaslari Sovet Rusiyasinin son veziyyeti adli meqaleleri SSRI erazisinde yasayan qeyr rus xalqlarin yasayisi barede melumat verirdi Bildiris in esas movzulariBildiris qezeti Azerbaycan Sovet Rusiyasi Turkiye Krim Simali Qafqaz Idil Ural bolgesi Basqirdistan Qazax Qirgiz bolgesi Turkustan Iran ve Ukraynadan xeberleri isiqlandiran daimi muellifleri varidi Qezet menbe kimi Sovet Ittifaqinda ve xarici olkelerde cixan qezet ve jurnallardan o cumleden Sovet Ittifaqindan Turkustandan Qazaxistan Qirgizistandan ve s bolgelerden olan muxbirlerin hazirladigi xeberlerden de istifade edirdi Bildiris qezeti esasen yuxarida adi cekilen cografiya ile bagli xeber ve meqaleler derc etmeyi qarsisina meqsed qoymusdu Lakin Bildirisin esas meqsedi bolsevik isgalindan sonra sovet idaresinin Azerbaycanda heyata kecirmeye calisdigi siyasetlere milli suuru oldurmek qarsi ictimaiyyeti xeberdar etmek Azerbaycan milli mubarize ruhunu yasatmaq bolseviklerin zulmkar munasibetini dunya ictimaiyyetine catdirmaq idi Bildirisdeki xeberler ve meqaleler de mehz bu meqsedle derc olunurdu Qezetde ehate olunan esas movzular bunlardir Sovet hokumetinin idareetme siyasetinin eleyhine olan xeberler ve meqaleler Bildiris qezetinde Azerbaycan turklerinin sovet idareciliyinden naraziligina ve bunun bezi hallarda nece siddetlendiyine diqqet ceken xeberler varidi Bu xeberlerle Azerbaycan turklerinin sesini sovet idareciliyi ile yanasi xarici ictimaiyyetin reyine catdirmaq o cumleden sovet idarecilerinin Moskvada yerli xalqlar eleyhine heyata kecirdikleri siyasetin xalqlara iqtisadi ziyan vurmasina diqqet cekmek nezerde tutulmusdu Meselen Bakinski Rabocinin 18 iyun 1930 cu il tarixli nusxesinden goturulmus ve 140 nomreli meqaleden istifade edilmekle hazirlanan Bildirisin Qafqazda siyasi veziyyet bolmesinde Azerbaycanda veziyyet agirdirmi serlovhesi ile teqdim olunan xeber meqalesinde qeyd olunan meqsed gudulmusdu Bakinski Rabocinin xeberine gore Gurcustan ve Ermenistanda veziyyet ciddidir Kendliler usyan qaldirdilar Azerbaycanda veziyyet daha pisdir Naxcivan Zaqatala ve Seki quberniyalarinda umumi kendli usyanlari bas verir hokumet memurlari ile kendliler arasinda az qala muharibeye cevrilen munaqiseler yasanirdi Bununla bele Azerbaycanin Sovet iqtisadiyyatinda yeri cox onemlidir Pambiq ve neft kimi servetler Sovet Ittifaqinin iqtisadiyyati ucun boyuk ehemiyyet kesb edir lakin KP bu bolgeye bigane yanasir Bildiris bu xeberi KP nin en boyuk tebligat vasitelerinden biri olan sozugeden qezetden sitat getirerek oxucularina teqdim etmekle Azerbaycanin niye bolsevikler terefinden isgal edildiyini xarici ictimaiyyetin diqqetine catdirmaq isteyib Bundan elave o usyanlarin Sovet hokumeti ucun ne qeder basagrisi yaratdigini daxili ictimaiyyete catdirir kendlileri bu movqeyi davam etdirmeye sovq etmeye calisirdi Rusiya Kommunist Partiyasina KP zerbe vurmaga yonelmis xeberler ve meqaleler Rusiyada idareciliyi elinde saxlayan Kommunist Partiyasinin praktikalarinin coxu ugursuz olsa da ictimaiyyete baxmayaraq bu tecrubeler davam edirdi Meselen Rusiyanin demek olar ki butun regionlarinda erzaq toplanmasi praktikasi nezerde tutuldugu kimi heyata kecirilmirdi Lakin 5 illik inkisaf plani da heyata kecirile bilmemis ve 5 illik plan 10 illik plana cevrilmisdi Bu ve bu kimi ugursuz tecrubeler ictimaiyyetin reaksiyasi ile qarsilasmis proqramlarin heyata kecirilmesinde israr oldugu ucun tez tez qarsidurmalar yaranmisdi Bu qarsidurmalar qeyri rus xalqlari uzerinde cemlesmis xususen de turk esilli xalqlara qarsi tezyiq ve zulmu artirmisdir Bildiris Rusiyada yasayan xalqlara rus olmayan cemiyyetlere ve dunya ictimai reyine qarsi bu tezyiq ve zulmu ona sebeb olan siyaseti ve belece bu siyasetin icracisi olan Kommunist Partiyasini gozden salmaq meqsedi dasiyirdi Bu sebeble qezet KP emellerini tez tez gundeme getirmis her zaman da gundemde qalmasina calismisdir Ruslasdirma siyasetine qarsi xeberler ve meqaleler Kommunist Partiyasi kommunizm siyasetinin heyata kecirilmesinde mueyyen cetinlikler yasayirdi Bu cetinlikler xususile qeyri rus xalqlari ile is zamani daha da boyuk olculere gelib catmisdi Bu meqsedle Rusiya rehberliyi SSRI erazisinde yasayan qeyri rus xalqlari ruslasdirma siyasetini heyata kecirmeye basladi Belelikle hem istediyi siyaseti asanliqla heyata kecire bilecek hem de qeyri rus xalqlari guya qazanmis olacaqdi Bu meqsedle heyata kecirmek istediyi ruslasdirma siyaseti cercivesinde sovet idaresi ilk novbede qeyri rus xalqlarinin dillerini medeniyyetlerini inanclarini deyisdirmeyi planlasdirib heyata kecirdi Bildiris qeyri rus xalqlarini xususen de SSRI erazisinde yasayan turk toplumlarini bu mekrli plana qarsi xeberdar etmek ve onlarin bu emellere qarsi muqavimet gostermelerini temin etmek meqsedi dasiyirdi Bu meqsedle qezet oz sehifelerinde ruslasdirma siyaseti ile bagli xeberler ve meqaleler derc etmekle hedefe alinan insanlari xeberdar etmis bu assimilyasiya siyasetlerine qarsi dunya ictimaiyyetini melumatlandirmisdir Milli suuru oyaq tutmaqla bagli xeberler ve meqaleler Bildiris Azerbaycan basda olmaqla Rusiyada yasayan butun turk soylu xalqlarin milli mubarizelerini davam etdirmeleri ucun boyuk seyler gostermisdir Bildirisin az qala her sayinda hetta her sehifesinde qezetin esas meqsedi olan milli suuru oyaq tutmaq seyini gormek mumkundur Bildiris oz sehifelerinde milli suuru yasatmaga yonelmis coxlu xeber ve yazilara yer verib Lakin bu yazilardan belke de en onemlisi Solovkide gorduklerim bolmesinde yazilanlar olmusdur Bu bolmedeki yazilarda ruslarin qarsi qeyri insani reftar ve teqiblerine diqqet cekilmis yasanan iztirab ve qeddarliq bu hadiselerin sahidi olanlarin dili ile oxuculara catdirilmisdir Kommunist Partiyasindaki munaqiselere dair xeberler ve meqaleler Bolsevikler hakimiyyete geldikden sonra Rusiyada yasayan xalqlara verdikleri vedleri unudub hetta qeyri rus xalqlarinin heyat seraitini cox cetinlesdiren siyasetler heyata kecirmeye basladilar Kommunist Partiyasi yaninda hokumetin ekseriyyeti zorakiliqdan ibaret olan praktikalari cemiyyetin demek olar ki butun tebeqelerinde naraziliq yaratmisdi Is o yere catdi ki bu naraziliq hetta Kommunist Partiyasinin daxilinde de ozunu gosterdi Bildiris ictimaiyyet terefinden qebul olunmayan bu praktikalarla birlikde KP deki fikir ayriliqlarini catlari gundeme getirerek hem Rusiyada hem de dunya ictimai reyinde KP ni gozden salmagi hedefleyib ve bu istiqametde xeberler derc etmisdir Qeyri rus xalqlara edilen zulme dair xeberler ve meqaleler Rusiya erazisinde yasayan qeyri rus cemiyyetleri Fevral ve Oktyabr inqilablarinin onlarin xeyrine netice vereceyine umid ederek bu inqilablarini desteklemisdiler Eslinde inqilablarin mahiyyet etibarile olmasa da guya bu cemiyyetlere getirdikleri boyuk huquqlar var idi Bu huquqlarin verileceyine inanan yuz minlerle insan olduqca meyus olmusdu Bolsevikler cox kecmeden Car dovrunden de agir praktikalar heyata kecirmeye basladi Bunlarin ekseriyyeti fehle ve kendlilerin yasayisina menfi tesir gostrermisdi Sovet rehberliyi sozugeden kesimin qebul etmeyeceyi bu tecrubeleri heyata kecirmekde israrli zoraki bir reftar numayis etdirmis qarsisini almaga calisanlari ise cezalandirmisdi Sozugeden bu tutuma qarsi muqavimet gosteren qarsi cixan xalqlara qarsi edilen teztiq ve zulmler Bildiris sehifelerinde isiqlandirilmis qezet demek olar ki bu xalqlarin sesi olmusdu Bildirisin esas meqsedi bu zulm ve tezyiqleri dunya ictimaiyyetine catdirmaq idi Turk soylu xalqlara edilen tezyiq ve zulme qarsi meqale ve xeberler Bildiris sovet rehberliyinin turk soylu xalqalara etdiyi edaletsiz emelleri oz sehifelerinde payalasaraq hem dayatma formasinda heyata kecirilen bu siyasetlere qarsi xalqin reaksiyasini eks etdirmis hem de bu yanlis ve haqsiz siyaseti dunyaya catdirmaga calismisdir Slavyan menseli qeyri rus xalqlarina edilen zulme qarsi xeberler ve meqaleler Ruslarin tezyiqleri tekce turk soylu xalqlara qarsi yonelmemisdi Rusiya erazisinde yasayan butun xalqlar ve xususen de musteqillik isteyenler bolseviklerin tezyiqlerine meruz qalmisdilar Rusiyada yasayan slavyan menseli xalqlar da bu edaletsiz emellere qarsi cixmis neticede agir cezalara meruz qalmisdilar Bildiris sovetlerin tetbiq etdiyi zulmun tekce turk esilli xalqlara aid olmadigini bu zulmun Rusiyada yasayan milyonlarla muxtelif milletlerden olan insani da ehate etdiyini dunyaya beyan etmek ucun bu xalqlara tetbiq edilen zulmu de oz sehifelerine dasimisdi Bolsevik hakimiyyetinden sonra Azerbaycanda veziyyetin agirlasmasi ile bagli xeberler ve meqaleler Azerbaycan carliq dovrunden SSRI ucun bir cox cehetden boyuk ehemiyyet kesb etmisdir Azerbaycanda neftin kesfi bu torpaqlarin ehemiyyetini daha da artirmisdi Ona gore de bolsevikler Azerbaycani hemise oz ellerinde saxlamaq isteyir ve bunun ucun boyuk seyler gosterirdiler Azerbaycan enerji ticaret istehsal kend teserrufati ve s sahelerde ustunluyu ile demek olar ki Sovet Rusiyasinin ureyi idi Lakin Rusiya ucun ekser senaye sahelerinde xususen de energetikada aparici rol oynayan Azerbaycan Sovet isgalindan sonra demek olar ki talan edilmis kend teserrufati isleri lazimi qaydada heyata kecirilmemis senaye istehsali azalmis sexlerin ekseriyyetinde mehsuldarliq asagi dusmusdur Azerbaycan xususen de Baki kohne parlaq gunlerinden uzaqlasmisdi Bildiris bu veziyyeti butun dunyaya xususen de bu torpaqlarin ilkin sahiblerine catdirmaq ucun Azerbaycanda veziyyetin pislesdiyi barede xeberler derc etmisdir Bildirisdeki yazi ve xeberler dunya ictimai reyi terefinden diqqetle izlenilib Sovet administrasiyasi bu xeberlerden narahatligini tez tez dile getirmisdir Dunya ictimai reyine catdirilan bu xeber ve melumat axininin qarsisini almaq ve menbeleri mehv etmek ucun ruslar muhacir metbuatini izleyerek bu insanlari deportasiya etmek ucun muvafiq dovletlere tezyiq gosterirdiler IstinadlarYaqublu 2014 seh 18 Ibrahimli 1966 seh 119 Nalcioglu 2004 seh 65 Bildiris 1930 seh 1 Xaleddin Ibrahimli Azerbaycan muhacireti tarixi Baki ADPU nesriyyati 2012 seh 108 2023 04 04 tarixinde Istifade tarixi 2023 04 04 AXC Ensiklopediyasi 2004 seh 165 Ince 2016 seh 550 Ince 2016 seh 551 Nagiyev 2001 seh 252 Enserli 1998 Ince 2016 seh 552 Ince 2016 seh 553 Ince 2016 seh 554MenbeNesiman Yaqublu Azerbaycan Muhaciret Metbuati PDF Baki Elm ve tehsil 2014 seh 152 AXC Ensiklopediyasi Baki Lider nesriyyat 2004 M Enserli Cefer Seyid Ehmed Krimer Baki Qartal nesriyyat 1998 Fazil R ve Nagayev S Kirim Tatar Edebiyatinin Tarihi 2001 Ibrahimli H Azerbaycan Siyasi Muhacireti Baki Elm nesriyyati 1996 Nalcioglu B U Azerbaycan Siyasi Muhaceretinin Istanbul daki Basin Etkinliklerinin 1923 1931 Kamuoyu Olusturmadaki Rolu Istanbul Istanbul Universitesi Iletisim Fakultesi yayinlari 2004 Tahirli A Azerbaycan Muhaciery Metbuati Baki Grapp 2002 Hemcinin bax