Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal.Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur.
Odlu Yurd | |
---|---|
Təsisçi | Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə |
Təsis tarixi | 1928 |
Dil | türk |
“Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır.
Haqqında
1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu. Daha sonra isə onu eyni proqram və nəşr siyasəti ilə “Azəri Türk”, “Odlu Yurd” jurnalları və “Bildiriş” qəzeti izlədi.
"Odlu Yurd" özündən əvvəlki jurnallardan fərqli olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk nömrəsi 1929-cu ilin martın 1-də nəşr edilən jurnalın son nömrəsi 1931-ci il 5-6 avqust tarixinə aiddir. "Odlu Yurd" öz səhifələrində başda Azərbaycan olmaqla, rusiya işğalında olan başqa xalqların problemləri ilə yanaşı Qafqaziya, İslam dünyası və beynəlxalq məslələrlə bağlı mövzulara da üstünlük verirdi. İlk nömrəsi 40 səihfədən ibarət olsa da digər nömrələr 24-64 səhifə aralığında dəyişirdi.
Jurnalın üz qabığında Azərbaycan xəritəsi üzərində 8 guşəli işıq saçan ulduz rəsmi var. Jurnalın baş redaktoru Məhəmməd Əmin Rəsulzadə, imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri isə Kamal bəy olmuşdur.
“Odlu Yurt” zəngin yazar heyəti və geniş müxbir şəbəkəsi ilə Türkiyə, Azərbaycanda və İranda nüfuz sahibi olmuş jurnaldır. Jurnalda Azərbaycanın istiqlal mübarizəsi tarixi, Müsavat Partiyası, Azərbaycandakı vəziyyət, Azərbaycan mühacirləri və onların fəaliyyəti, Azərbaycanda kollektivləşmə hərəkatı, Azərbaycan nefti, Azərbaycan və Rusiya mətbuatından sitatlar, İran xəbərləri, Türkmənistan, Əfqanıstan və Qafqaz, kitab və qəzet təqdimatları, Azərbaycanda təhsil həyatı kimi mövzulara yer verilmişdir.
Jurnalın məqsəd və prinsipləri
1929-cu il mart ayının 1-də çap olunan ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə jurnalın məqsədi aşağıdakı kimi açıqlanır:
«Odlu yurd»! bu iki söz türkcə kəlmənin «Azərbaycan»ın müqabil olduğunu söylərsək, məsələn, yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istilasına pərdəlik rolunu oynayan «qızıl Azərbaycan» ilə, qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! «Odlu yurd» milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir… Qəzetimizin başında Azərbaycanın əski, yeni maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. Səkkizguşəli ulduz Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, qırmızı və yaşıl rənglərin üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər. Milli Azərbaycan bayrağı- budur bizim çöhrəmiz!.. … İstiqlal-iştə Azərbaycan milliyyətçilərini məşğul edən ən aktual bir məsələ… Milli dövlət – iştə müstəqil olan hər millət idarəsinin alması zəruri olan bir şəkil, öz-özünə bir qayə olmaqla bərabər bu şəkil bizim nəzərimizdə xalqın həqiqi ehtiyacla gördüyü zamandır ki, vaxtıdır. Demokratik hökumət, dövlət təşəkkülündə qayəni təşkil edən fərdi hürriyyəti böyük ölçüdə təmin etməklə bərabər, bu hürriyyıtin cəmiyyətdəki istehsal qüvvələrini müşkülləşdirəcək dərəcədə həddini keçməsinə dözə bilməz. |
Yuxarıdakı cümlələrdən də anlaşıldığı kimi, jurnal Azərbaycanın Rusiya tərəfindən işğalını “qırmızı işğal” adlandırır və bu işğala qarşı cəmiyyətdə maarifləndirmə işini gücləndirmək məqsədilə qəzet və jurnallar nəşr edilməsini vacib bilir. Məqsəd müstəqillik əldə etmək, işıqlı Azərbaycan yaratmaqdır. Rusları alt-üst edəcək bir müstəqilliyin mümkün olduğu barədə yazılır:
Belə ki, sabahkı Rusiya dünənin Rusiyası olmayacaq, hətta bugünkü Rusiya da dünənki Rusiya deyil. 140 milyon... Bəli, bu doğrudur; lakin bu qorxunc rəqəm bölünməz deyil. Bu ittifaqı təşkil edən rəqəmdə; 30 milyon Ukrayna, 13 milyon Türküstan, 12 milyon Qafqaz var. Təmiz rus ünsürü 80 milyona belə çatmır. Rusiyadakı milli təşəkküllər və hərəkatlar tədqiq edildikdə, dünya müharibəsi nəticəsində Avropada doğulan xalqlarla artıq müşahidə olunan milli cərəyanlar nəzərə alınarsa, Rusiyanın dünya tarixində Avstriya və Osmanlı İmperiyasının taleyinə qarışmayacağını söyləməyə heç bir əsas yoxdur. |
Məcmuanın "xidmət etdiyi fikirlər" olaraq adlandırdığı prinsipləri jurnalın ilk nömrəsinin ilk məqaləsinin sonunda aşağıdakı kimi açıqlanmışdır:
- "Odlu Yurd" milliyətçi, türkçü, xalqçı, radikal, cumhuriyyətçi və istiqlalçı bir məcmuadır.
- "Odlu Yurd" müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin məfkurəsini müdafiə edir.
- "Odlu Yurd" türk qövmlərini bir-birinə tanıdır, xüsusilə Türk dünyasının yeganə müstəqil və şərq radikalizminin müməssili Türkiyə Cumhuriyyətindəki islahat hərakatı barədə oxuyucularına məlumat verir.
- "Odlu Yurd" Qafqazın istiqlal və xülasəsini göz önündə tutur və bu məqsədlə Qafqazlıları ümumi düşmənə qarşı mübarizəyə çağırır.
- "Odlu Yurd" şərqin, xüsusən məzlum və məhkum türk xalqlarının istiqlal savaşını doğrultmaq və milli mücadiləsini yüksəltmək işi təbliğ olunacaqdır
Yazıçı heyəti
Məcmuanın baş redaktoru Məhəmməd Əmin Rəsulzadənin jurnalda "M.Ə.Rəsulzadə", "M.Əmin" və "Azəri" imzaları ilə yazılmış 20 məqaləsi var. Jurnalda Rəsulzadədən sonra əsas müəllif Mirzə Bala Məmmədzadə idi. Dünyanın hər yerindən müxbirlərin İstanbula göndərdiyi məktublar vasitəsilə bolşeviklərin dünya ictimaiyyətinə əks etdirdikləri yanlış məlumatlar, ən əsası isə əks etdirmədikləri həm Azərbaycan xalqına, Türk Dünyasına və dünayaya real şəkildə çatdırılırdı. Jurnalda aşağıdakı imzalar qarşımıza çıxır:
A.A, Alptəkin, F.A, A.B, Əlaəddin Mətin, Gültəkin, A.Bat, Azəri, H.H, Əhməd Cəfəroğlu, Azər Bayqara, H.H, H.Hulki, A. Mir Qasım, Bir Türk, Həmdullah Sübhi, A.T, Cəfər Sadıq, Kamal, A. Uran, Dəmirçioğlu, Kırımlı C. Seyid Əhmet, Abdullah Cevdet, Əşrəf, M., M. Ağaoğlu, Mirzə Bala, Noy Jordaniya, M. Çələbioğlu, Mustafa, O.T., M.Ş. Əfəndizadə, Mustafa Çokayoğlu, Y. Ali, Məhəmməd Əmin Rəsulzadə, N., 117 Yey Elif, Mehmet Sadıq, Naki, Yusufbəyli Nəsib - Mir, Necati
Jurnalda bəhs olunan mövzular
Professor Nəsiman Yaqublu “Odlu Yurd” jurnalındakı yazıları belə qruplaşdırır: 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyətlə bağlı yazılar; 4) Xəbərlər qismi; 5) İstila qurbanları. Tarixçi Vəfalı Ənsərov isə jurnaldakı məqalələri
- Siyasiyət qismi,
- Azərbaycan həyat və mətbuatından,
- Mətbuat və kitabiyyət,
- Elm və ədəbiyyat
- Azərbaycan vəziyyət
- Xəbərlər
- Beynəlmiləl həyatdan
- Azərbaycan məktubları başlıqlarına bölür.
Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadədir. M. Ə. Rəsulzadənin “Öyrədən bir müsibət” (207 b), “Tarixçiyə qarşı siyasi” (206), “Temmuz (iyul) hadisəsi münasibətilə” (207 b), “Nə gübrədir, nə də peyin” (207 g), “Qafqaz Birliyi şüarı altında” (207 a) yazılarının böyük əhəmiyyəti vardır.
“Siyasi” mövzuya aid olan məqalələrin ən əhəmiyyətlilərinin başlıqları belə idi: a) M. B. Məmmədzadə: “Çin-Rus ixtilafı” (207); b) A. Battal: “Beynəlmiləl həyatdan” (207 q); Mirzə Bala: “Sovetlərin aqibəti” (205); c) C. S. Əhməd: “Qızıl istila” (207 b); ç) A. Cövdət: “Azərbaycanın müqəddəs yarası”(207 b).
"Azərbaycanın həyat və mətbuatından" bölməsi isə əksərən Mirzə Bala və Y.Əlinin yazdığı məqalələrdən ibarətidi. Burada Azərbaycanın siyasi, iqtisadi və sosial həyatından, o cümlədən ölkədə baş verən yeniliklərdən xəbərlərə yer verilirdi.
“Mətbuat və kitabiyyət” bölməsini A. T. imzalı bir yazar hazırlayırdı. “Mətbuat və kitabiyyət” bölməsindəki yazılardan ən əhəmiyyətliləri bunlardır: a) “Qiymətli bir əsər” (207 g); b) Müəllifsiz: “H. Sübhi bəyin bir xitabəsi” (205); c) Müəllifsiz: “Gürcü sosialistlərinin pozisionu” (207 g); d) Müəllifsiz: “Türküstanda Milli Mücadilə” (207 c).
“Xəbərlər" bölməsini isə Cəfər Sadıq hazırlamışdır. Burada Azərbaycan, Türkiyə, İran, Türküstan, Şimali Qafqaz, Rusiya və Ukrayna haqqında xəbərlər öz əksini tapmışdı.
"Elm və ədəbiyyat" bölməsində əksərən Məhəmməd Ağaoğlu ilə Əhməd Cəfəroğlunun məqalələrinə rast gəlinir. “Elm və ədəbiyyat” başlığı altında nəşr olunan yazılar bunlardır: a) M. B. Məmmədzadə: “Azərbaycan tarixinə aid notlar” (205); b) M. Ş. Əfəndizadə: “Sabirə aid xatirə” (207 g); c) Ə. Cəfəroğlu: “Tarixdə Azərbaycan-Rus münasibəti” (207 g).
Jurnalın “İstila qurbanları” başlığı altında isə aşağıdakı yazılara rast gəlinir: a) M. Emin: “Yusifbəyli Nəsib bəy” (207 b); b) Azəri: “Mehmet Bağır bəy” (207 b).
“Beynəlmiləl həyat” rubrikasında o dövrdə inkişaf edən beynəlxalq hadisələr və cərəyanlar haqqında daim məlumat verən jurnal, ümumiyyətlə, Avropa-Sovet münasibətləri, Əfqanıstan, Balkanlar, Millətlər Liqası problemləri,İran-Əfqanıstan-Rusiya münasibətləri , Sovet-Çin münaqişəsi, Misir-Fələstin hadisələri, Türkiyə-Yunanıstan problemi, Fransa, Almaniya, İtaliya, İspaniya və s. kimi Avropa ölkələrində, Mərkəzi Asiyada baş verən proseslər, Hindistan və Polşa problemləri və digər beynəlxalq əhəmiyyətli hadisələr haqqında ətraflı məlumatlar verirdi.
Qeyd edək ki, “Odlu Yurd”un Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolu olmuşdur:
Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın harsı həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat vəsəadəti istiqlal və onun üç rəngli bayrağının altında düşünürsə – o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir. |
“Odlu Yurd”da “Qanlı icraatlar”, “Salyan süngüsü”, “Kollektivləşmənin səmərəsi”, “Həbslərin səbəbi”, “Solovkidə”, “Kommunistləri öldürürlər” başlığı altında verilən yazılarda Azərbaycanın ümumi vəziyyəti, sovetlərin işğalı ilə bağlı müstəqil və azad yaşamaq haqqından məhrumluğu göstərilir. “Gəncədə iğtişaşlar”da yazılır: “Verilən məlumata görə Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı mahudbasma və yağ emalatxanaları yandırılmışdır”. “Şəki və Zaqatalada üsyan” başlıqlı məlumatda isə yazılıb: “Şəki və Zaqatalada əhali üsyan edərək kommunistlərlə məsul sovet məmurlarını öldürmüşlər”.
"Yeni Qafqaziya" və "Azəri Türk" jurnalları kimi "Odlu Yurd" jurnalında da hər il Azərbaycan müstəqilliyinin ildönümünün qeyd edilməsi ənənəsi davam etdirilmişdir.
28 may 1929-cu il tarixli 4-cü nömrəsinin üz qabığı Azərbaycan Xalq Cumhuriyyətinin 11-ci ildönümü ilə əlaqədar olaraq rəngli fotoşəkillə çap olunan jurnalın demək olar ki, hər nömrəsində Azərbaycanda rus istismarına və rejiminə qarşı kəndli üsyanları və partizan hərəkatlarından geniş bəhs edilirdi.
Jurnalın 27 aprel 1930-cu il tarixli 14-cü sayında Mirzə Balanın “İşğal təqvimi” adı ilə Azərbaycanın işğal edildiyi gündən 1930-cu ilin aprelinə qədər Rusiya istismarının günbəgün təqvimini dərc etmişdir. "İstiqlal təqvimi” başlığı altında 1917-ci ilin martından 1920-ci ilin aprelinə qədər davam edən Azərbaycan istiqlalı da təqvim şəklində çap edilmişdi. "Qızıl istila" günü baş verən hadisələrə jurnalda aşağıdakı cümlələrlə münasibət bildirilmişdir:
27 aprel millətimizin tarixindən silinməyəcək qara gündür. Hürriyyəti müstəqil həyatımıza son verilən, milli varlıq, milli azadlıq rəmzi olan üçrəngli bayrağımızın lovğa vəhşilər tərəfindən endirildiyi gündür. Bu gün bayraqları endirilən, torpaqları susdurulan, ordusu, ziyalıları məhv edilən Azərbaycanda qızıl düşmən qələbə şənliyi keçirir. |
Bunlardan başqa jurnalın son nömrəsində dərc olunan “Azərbaycanda kim hökmranlıq edir?” sərlövhəli məqalə 1920-ci ildən sonrakı ruslaşdırma siyasəti və istismarı ilə bağlı statistik məlumatların olması baxımından əhəmiyyətlidir. Məqalənin əhəmiyyəti və dəyəri Mirzə Bala tərəfindən belə açıqlanır; “Bu məlumat 12 illik hökmranlıqdan sonra (...) Azərbaycanda kimin hakim olduğunu və türklərin hansı vəziyyətdə olduğunu, həqiqətin kim olduğunu göstərəcəyi üçün bizim diqqətimizi və iddialarımızı təsdiq edən tarixi sənəddir.”
Müstəmləkəçi Rusiya istismarına dair digər bir sənəd isə “İşğalın əsas məqsədi” başlıqlı məqalədir. Rusiya işğalının əsas məqsədinin Azərbaycan neftini ələ keçirmək olduğu vurğulanan məqalədə təbii qaz, yun, pambıq, ipək, balıq, duz, mis, barıt, bal kimi müxtəlif sərvətlərin talan edilməsi barədə məlumatlara yer verilib. Jurnalda Azərbaycan neftinin Rusiya tərəfindən istismarı barədə yazılırdı:
Budur, cəmi yeddi il ərzində (1920-1927) Bakı neftindən 150 milyon manat gəlir əldə olunub. O gəlirin 25 milyon manatına neft ehtiyacları üçün xaricdən materiallar alınıb. Qalan 125 milyon manat Rusiyanın hesabına keçib. Bəs Azəri xalqı bu qızıl neftinin müqabilində nə qazanıb?" |
Jurnalın 2-ci nömrəsində Azərbaycanın müstəqillik əldə etməsindən iki ay əvvəl, 1918-ci il martın 31-də rus və erməni şovinistlərinin Bakıda törətdikləri qırğından bəhs edən məqalədə yazılırdı:
"11 il əvvəl rus çarizmini miras qoyan Lenin və onun kommunist partiyası, xüsusən başda Stepan Şaumyan, Arakian, Lalaef, Arakelyan və s. olmaqla Azərbaycan istiqlal hərəkatını öldürmək üçün Bakıda törətdikləri vəhşiliklərin on birinci ildönümüdür! (...) 15 sentyabr zəfəri və mayın 28-də müstəqilliyin elan edilməsinin böyüklüyünü anlamaq və yaşamaq üçün 1918-ci ildə 31 Mart faciəsini unutmaq olmaz."
Türkiyədə baş verənləri yaxından izləyən jurnal avqustun 6-da çıxan “Böyük fəlakət qarşısında” başlıqlı məqalədə Trabzon ətrafında baş verən və böyük dağıntılara səbəb olan zəlzələ ilə bağlı kədərini ifadə edən sözlərə yer vermişdir. Bundan başqa, jurnalın 20-ci nömrəsində dərc olunan məqalədə Türkiyənin 26-30 avqust 1922-ci ildə qazandığı zəfər təbrik edilir. Məqalənin davamında Azərbaycanın bir gün müstəqillik əldə etmək arzusu belə ifadə olunub:
Odlu Yurd Türkiyə vətəndaşlarını avqust zəfəri münasibətilə təbrik edərək ümid edir ki, bu həyat verən günəş işğalın qaranlığında qalmış Azərbaycanın üfüqlərində belə parlayacaq. |
“Odlu Yurd”un səhifələrində ən çox yer verilən mövzulardan biri də Qafqaz İttifaqı (Konfederasiya) ideyasıdır. 8-ci nömrəsində dərc olunan və bu birliyin zəruriliyini qeyd edən məqalədə bu ittifaqın əhəmiyyətindən belə bəhs olunur: “Azərbaycan da daxil olarsa, Qafqaz xalqlarının azadlıq mübarizələrini ruhlandıran siyasi ideyalarda yer alan ən mühüm şüarlardan biri də Qafqaz Birliyidir. ”
1929-cu il sentyabrın 8-də keçmiş Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndə heyəti Millətlər Cəmiyyətinə ərizə ilə müraciət etdi. “Millətlər Cəmiyyəti Məclisinin Sədrinə” başlıqlı ərizə məktubunda Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Mir Yaqub və baş katib Abbas Atam Əlibəylinin imzaları var. Jurnalın 8-ci nömrəsində tam mətnlə dərc olunmuş bu məqalədə deyilir:
Ümid edirik ki, Millətlər Cəmiyyətinin nəzəri diqqəti dünyanın bu guşəsinə yönəldiləcək, Azərbaycan millətinin müdafiəsi və onun haqlı arqumentlərinə Ali Məclis öz mənəvi dəstəyini verəcək.” |
Jurnalın “Elm və Ədəbiyyat” rubrikasının 9, 10 və 11-ci nömrələrində ard-arda dərc olunan, Əhməd Cəfəroğlunun “Tarixdə Azərbaycan-Rusiya münasibətləri” başlıqlı məqaləsi Azərbaycan-Rusiya münasibətlərinin tarixi inkişafı baxımından diqqətəlayiq icmal məqalədir. Tarixi sənədlərə əsaslanaraq Azərbaycan-Rusiya siyasi əlaqələrinin ilk dəfə 880-ci ildə başladığını vurğulayan müəllif həmin dövrdən etibarən rusların istismar və işğalçılıq məqsədilə Azərbaycan torpaqlarına göz dikdiklərini, Azərbaycan torpaqlarına ekspedisiyalar təşkil etdiklərini bildirir. "Bu səbəbdən 909, 913, 943, 968 və müxtəlif illərdəki səfərlərin talandan başqa bir şey olmadığını sənədlərlə göz önünə sərilmişdir."
Rəsulzadənin rəhbərliyi altında Azərbaycan mühacirətinin II Dünya müharibəsinə qədər Türkiyədə nəşr etdirdiyi son siyasi jurnal olan “Odlu Yurd” iqtisadi məqalələrin və xarici xəbərlərin bolluğu baxımından o dövrün digər mühacirət jurnalları arasında fərqli yer tutur.
Jurnalın nəşri 1931-ci ilin iyul-avqust aylarında 30-31-ci nömrələrdən sonra dayandırılmışdır.
İstinadlar
- [1][ölü keçid]
- Şimşir, 2001. səh. 39
- Enserov, 2018. səh. 115
- Yaqublu, 2014. səh. 15
- Ünal, 2018. səh. 46
- Ünal, 2018. səh. 48
- Ünal, 2018. səh. 49
- Ünal, 2018. səh. 50-51
- Yaqublu, 2014. səh. 16
- Enserov, 2018. səh. 116
- Yaqublu, 2014. səh. 17
- Ünal, 2018. səh. 61
- Ünal, 2018. səh. 50
- Ünal, 2018. səh. 52
- Ünal, 2018. səh. 72
- Enserov, 2018. səh. 117
- Şimşir, 2001. səh. 132
- Ünal, 2018. səh. 63
- Odlu Yurd, 1930. səh. 3
- Odlu Yurd, 1929d. səh. 3
- Odlu Yurd, 1929a. səh. 3
- Şimşir, 2001. səh. 135
- Ünal, 2018. səh. 31
- Enserov, 2018. səh. 118
Mənbə
- Sebahattin Şimşir. Azerbaycanlıların Türkiye'de siyasi ve kültürel faaliyetleri, 1920-1991. Ankara: Azerbaycan Kültür Derneği. 2001. səh. 256.
- Sebahattin Şimşir, Belkıs Ulusoy. Azerbaycan Siyasi Muhaceretinin İstanbul’daki Basın Faaliyetleri (1923- 1931). 16. İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi. 2013.
- Songül ÜNAL. SOVYET RUSYA’NIN KUZEY AZERBAYCAN POLİTİKASI “ODLU YURT” MECMUASINA YANSIYANLAR (1929-1931). Nevşehir: T.C. NEVŞEHİR HACI BEKTAŞ VELİ ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. 2018. səh. 132.
- Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: «Elm və təhsil». 2014. səh. 152.
- Vefalı ENSEROV. MEHMET EMİN RESULZADE ÖNDERLİĞİNDE TÜRKİYE’DE ÇIKARILAN AZERBAYCAN SİYASİ MUHACERET DERGİLERİ. 3. İNİF E-DERGİ. 2018. 100–126.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Odlu Yurd turk Odlu Yurt Turkiye Respublikasinda qurulmus olan jurnal Azerbaycan siyasi muhaciretinin Istanbulda nesr etdiyi ayliq ictimai siyasi topludur Odlu YurdTesisci Mehemmed Emin Resulzade Mirze Bala MemmedzadeTesis tarixi 1928Dil turk Odlu yurd Resulzadenin rehberliyi ile Azerbaycan muhacir metbuati terefinden nesr olunan ucuncu jurnaldir Ilk nomresi 1929 cu ilin martinda son 31 ci nomresi ise 1931 ci ilin avqustunda cixmisdir Haqqinda1920 ci il rus isgalindan sonra Azerbaycanda isgala qarsi mubarize xaricde davam etdirildi Azerbaycan siyasi muhaciretinin meqsedi ilk novbede istiqlal savasini desteklemek onu siyasi diplomatik ve taktiki cehetden idare etmek Azerbaycanin musteqillik ideyasini mohkemlendirmek idi Bu sebebden Resulzadeye gore Azerbaycan siyasi muhaciretinin tarixi meqsedi diplomatik ve intellektual fikri tebligat kimi iki esas istiqametde inkisaf etmisdir Muhaciretde olan Azerbaycan ziyalilari istiqlal mubarizesini intellektual istiqametde davam etdirirdiler Bu meqsedle M E Resulzadenin rehberliyi ile Azerbaycan muhacir herekatinin nesr orqani kimi 26 sentyabr 1923 cu ilde Istanbulda Yeni Qafqasiya jurnalinin ilk nomresi nesr olundu Daha sonra ise onu eyni proqram ve nesr siyaseti ile Azeri Turk Odlu Yurd jurnallari ve Bildiris qezeti izledi Odlu Yurd ozunden evvelki jurnallardan ferqli olaraq butovlukde latin elifbasi ile cap olunan ilk jurnal idi Ilk nomresi 1929 cu ilin martin 1 de nesr edilen jurnalin son nomresi 1931 ci il 5 6 avqust tarixine aiddir Odlu Yurd oz sehifelerinde basda Azerbaycan olmaqla rusiya isgalinda olan basqa xalqlarin problemleri ile yanasi Qafqaziya Islam dunyasi ve beynelxalq meslelerle bagli movzulara da ustunluk verirdi Ilk nomresi 40 seihfeden ibaret olsa da diger nomreler 24 64 sehife araliginda deyisirdi Jurnalin uz qabiginda Azerbaycan xeritesi uzerinde 8 guseli isiq sacan ulduz resmi var Jurnalin bas redaktoru Mehemmed Emin Resulzade imtiyaz sahibi A Kazimzade mesul mudiri ise Kamal bey olmusdur Odlu Yurt zengin yazar heyeti ve genis muxbir sebekesi ile Turkiye Azerbaycanda ve Iranda nufuz sahibi olmus jurnaldir Jurnalda Azerbaycanin istiqlal mubarizesi tarixi Musavat Partiyasi Azerbaycandaki veziyyet Azerbaycan muhacirleri ve onlarin fealiyyeti Azerbaycanda kollektivlesme herekati Azerbaycan nefti Azerbaycan ve Rusiya metbuatindan sitatlar Iran xeberleri Turkmenistan Efqanistan ve Qafqaz kitab ve qezet teqdimatlari Azerbaycanda tehsil heyati kimi movzulara yer verilmisdir Jurnalin meqsed ve prinsipleri1929 cu il mart ayinin 1 de cap olunan ilk sayindaki Cohremiz adli meqalede jurnalin meqsedi asagidaki kimi aciqlanir Odlu yurd bu iki soz turkce kelmenin Azerbaycan in muqabil oldugunu soylersek meselen yari yariya anlasilmis olur Yari yariya deyirik cunki hal hazirda bir deyil iki Azerbaycan vardir Rus istilasina perdelik rolunu oynayan qizil Azerbaycan ile qelbinde hurriyyet ve istiqlalin sonmez odunu dasiyan milli Azerbaycan Odlu yurd milli Azerbaycan fikrinin murevvici olaraq intisar edir Qezetimizin basinda Azerbaycanin eski yeni maddi cox bulunan isiq ve odlarini gosteren lovhede bu her terefe nur sacan bir ulduz seklinde gosterilmisdir Sekkizguseli ulduz Milli Azerbaycan ulduzudur Bu ulduz hilali ile birlikde mavi qirmizi ve yasil renglerin uzerine gelince Milli Azerbaycan bayragini teskil eder Milli Azerbaycan bayragi budur bizim cohremiz Istiqlal iste Azerbaycan milliyyetcilerini mesgul eden en aktual bir mesele Milli dovlet iste musteqil olan her millet idaresinin almasi zeruri olan bir sekil oz ozune bir qaye olmaqla beraber bu sekil bizim nezerimizde xalqin heqiqi ehtiyacla gorduyu zamandir ki vaxtidir Demokratik hokumet dovlet tesekkulunde qayeni teskil eden ferdi hurriyyeti boyuk olcude temin etmekle beraber bu hurriyyitin cemiyyetdeki istehsal quvvelerini muskullesdirecek derecede heddini kecmesine doze bilmez Yuxaridaki cumlelerden de anlasildigi kimi jurnal Azerbaycanin Rusiya terefinden isgalini qirmizi isgal adlandirir ve bu isgala qarsi cemiyyetde maariflendirme isini guclendirmek meqsedile qezet ve jurnallar nesr edilmesini vacib bilir Meqsed musteqillik elde etmek isiqli Azerbaycan yaratmaqdir Ruslari alt ust edecek bir musteqilliyin mumkun oldugu barede yazilir Bele ki sabahki Rusiya dunenin Rusiyasi olmayacaq hetta bugunku Rusiya da dunenki Rusiya deyil 140 milyon Beli bu dogrudur lakin bu qorxunc reqem bolunmez deyil Bu ittifaqi teskil eden reqemde 30 milyon Ukrayna 13 milyon Turkustan 12 milyon Qafqaz var Temiz rus unsuru 80 milyona bele catmir Rusiyadaki milli tesekkuller ve herekatlar tedqiq edildikde dunya muharibesi neticesinde Avropada dogulan xalqlarla artiq musahide olunan milli cereyanlar nezere alinarsa Rusiyanin dunya tarixinde Avstriya ve Osmanli Imperiyasinin taleyine qarismayacagini soylemeye hec bir esas yoxdur Mecmuanin xidmet etdiyi fikirler olaraq adlandirdigi prinsipleri jurnalin ilk nomresinin ilk meqalesinin sonunda asagidaki kimi aciqlanmisdir Odlu Yurd milliyetci turkcu xalqci radikal cumhuriyyetci ve istiqlalci bir mecmuadir Odlu Yurd musteqil Azerbaycan Xalq Cumhuriyyetinin mefkuresini mudafie edir Odlu Yurd turk qovmlerini bir birine tanidir xususile Turk dunyasinin yegane musteqil ve serq radikalizminin mumessili Turkiye Cumhuriyyetindeki islahat herakati barede oxuyucularina melumat verir Odlu Yurd Qafqazin istiqlal ve xulasesini goz onunde tutur ve bu meqsedle Qafqazlilari umumi dusmene qarsi mubarizeye cagirir Odlu Yurd serqin xususen mezlum ve mehkum turk xalqlarinin istiqlal savasini dogrultmaq ve milli mucadilesini yukseltmek isi teblig olunacaqdirYazici heyetiMecmuanin bas redaktoru Mehemmed Emin Resulzadenin jurnalda M E Resulzade M Emin ve Azeri imzalari ile yazilmis 20 meqalesi var Jurnalda Resulzadeden sonra esas muellif Mirze Bala Memmedzade idi Dunyanin her yerinden muxbirlerin Istanbula gonderdiyi mektublar vasitesile bolseviklerin dunya ictimaiyyetine eks etdirdikleri yanlis melumatlar en esasi ise eks etdirmedikleri hem Azerbaycan xalqina Turk Dunyasina ve dunayaya real sekilde catdirilirdi Jurnalda asagidaki imzalar qarsimiza cixir A A Alptekin F A A B Elaeddin Metin Gultekin A Bat Azeri H H Ehmed Ceferoglu Azer Bayqara H H H Hulki A Mir Qasim Bir Turk Hemdullah Subhi A T Cefer Sadiq Kamal A Uran Demircioglu Kirimli C Seyid Ehmet Abdullah Cevdet Esref M M Agaoglu Mirze Bala Noy Jordaniya M Celebioglu Mustafa O T M S Efendizade Mustafa Cokayoglu Y Ali Mehemmed Emin Resulzade N 117 Yey Elif Mehmet Sadiq Naki Yusufbeyli Nesib Mir NecatiJurnalda behs olunan movzularProfessor Nesiman Yaqublu Odlu Yurd jurnalindaki yazilari bele qruplasdirir 1 Siyasi yazilar 2 Elm ve edebiyyatla bagli yazilar 3 Metbuat ve kitabiyyetle bagli yazilar 4 Xeberler qismi 5 Istila qurbanlari Tarixci Vefali Enserov ise jurnaldaki meqaleleri Siyasiyet qismi Azerbaycan heyat ve metbuatindan Metbuat ve kitabiyyet Elm ve edebiyyat Azerbaycan veziyyet Xeberler Beynelmilel heyatdan Azerbaycan mektublari basliqlarina bolur Jurnalin siyasi movzuda nesr edilen meqalelerinin esas muellifleri M E Resulzade ve M B Memmedzadedir M E Resulzadenin Oyreden bir musibet 207 b Tarixciye qarsi siyasi 206 Temmuz iyul hadisesi munasibetile 207 b Ne gubredir ne de peyin 207 g Qafqaz Birliyi suari altinda 207 a yazilarinin boyuk ehemiyyeti vardir Siyasi movzuya aid olan meqalelerin en ehemiyyetlilerinin basliqlari bele idi a M B Memmedzade Cin Rus ixtilafi 207 b A Battal Beynelmilel heyatdan 207 q Mirze Bala Sovetlerin aqibeti 205 c C S Ehmed Qizil istila 207 b c A Covdet Azerbaycanin muqeddes yarasi 207 b Azerbaycanin heyat ve metbuatindan bolmesi ise ekseren Mirze Bala ve Y Elinin yazdigi meqalelerden ibaretidi Burada Azerbaycanin siyasi iqtisadi ve sosial heyatindan o cumleden olkede bas veren yeniliklerden xeberlere yer verilirdi Metbuat ve kitabiyyet bolmesini A T imzali bir yazar hazirlayirdi Metbuat ve kitabiyyet bolmesindeki yazilardan en ehemiyyetlileri bunlardir a Qiymetli bir eser 207 g b Muellifsiz H Subhi beyin bir xitabesi 205 c Muellifsiz Gurcu sosialistlerinin pozisionu 207 g d Muellifsiz Turkustanda Milli Mucadile 207 c Xeberler bolmesini ise Cefer Sadiq hazirlamisdir Burada Azerbaycan Turkiye Iran Turkustan Simali Qafqaz Rusiya ve Ukrayna haqqinda xeberler oz eksini tapmisdi Elm ve edebiyyat bolmesinde ekseren Mehemmed Agaoglu ile Ehmed Ceferoglunun meqalelerine rast gelinir Elm ve edebiyyat basligi altinda nesr olunan yazilar bunlardir a M B Memmedzade Azerbaycan tarixine aid notlar 205 b M S Efendizade Sabire aid xatire 207 g c E Ceferoglu Tarixde Azerbaycan Rus munasibeti 207 g Jurnalin Istila qurbanlari basligi altinda ise asagidaki yazilara rast gelinir a M Emin Yusifbeyli Nesib bey 207 b b Azeri Mehmet Bagir bey 207 b Beynelmilel heyat rubrikasinda o dovrde inkisaf eden beynelxalq hadiseler ve cereyanlar haqqinda daim melumat veren jurnal umumiyyetle Avropa Sovet munasibetleri Efqanistan Balkanlar Milletler Liqasi problemleri Iran Efqanistan Rusiya munasibetleri Sovet Cin munaqisesi Misir Felestin hadiseleri Turkiye Yunanistan problemi Fransa Almaniya Italiya Ispaniya ve s kimi Avropa olkelerinde Merkezi Asiyada bas veren prosesler Hindistan ve Polsa problemleri ve diger beynelxalq ehemiyyetli hadiseler haqqinda etrafli melumatlar verirdi Qeyd edek ki Odlu Yurd un Azerbaycanin istiqlali ugrunda aparilan mubarizede ozune mexsus yeri ve rolu olmusdur Eger Azerbaycan istiqlal fikri xalqdan dogmus xalqin harsi heyat ve xususiyyetinin tebii ve zeruri bir telebi ise eger xalq bunun xaricinde hec bir heyat hec bir seadet tesevvur etmirse eger Azerbaycan xalqi yegane heyat veseadeti istiqlal ve onun uc rengli bayraginin altinda dusunurse o zaman xalqin olum dirim meselesi qeder muhum olan bu istiqlal fikri uzerinde israr etmesi inad gostermesi olmesi feqet ezminden donmemesi lazim gelir Odlu Yurd da Qanli icraatlar Salyan sungusu Kollektivlesmenin semeresi Hebslerin sebebi Solovkide Kommunistleri oldururler basligi altinda verilen yazilarda Azerbaycanin umumi veziyyeti sovetlerin isgali ile bagli musteqil ve azad yasamaq haqqindan mehrumlugu gosterilir Gencede igtisaslar da yazilir Verilen melumata gore Gencede muhum igtisaslar olmusdur Igtisas zamani mahudbasma ve yag emalatxanalari yandirilmisdir Seki ve Zaqatalada usyan basliqli melumatda ise yazilib Seki ve Zaqatalada ehali usyan ederek kommunistlerle mesul sovet memurlarini oldurmusler Yeni Qafqaziya ve Azeri Turk jurnallari kimi Odlu Yurd jurnalinda da her il Azerbaycan musteqilliyinin ildonumunun qeyd edilmesi enenesi davam etdirilmisdir 28 may 1929 cu il tarixli 4 cu nomresinin uz qabigi Azerbaycan Xalq Cumhuriyyetinin 11 ci ildonumu ile elaqedar olaraq rengli fotosekille cap olunan jurnalin demek olar ki her nomresinde Azerbaycanda rus istismarina ve rejimine qarsi kendli usyanlari ve partizan herekatlarindan genis behs edilirdi Jurnalin 27 aprel 1930 cu il tarixli 14 cu sayinda Mirze Balanin Isgal teqvimi adi ile Azerbaycanin isgal edildiyi gunden 1930 cu ilin apreline qeder Rusiya istismarinin gunbegun teqvimini derc etmisdir Istiqlal teqvimi basligi altinda 1917 ci ilin martindan 1920 ci ilin apreline qeder davam eden Azerbaycan istiqlali da teqvim seklinde cap edilmisdi Qizil istila gunu bas veren hadiselere jurnalda asagidaki cumlelerle munasibet bildirilmisdir 27 aprel milletimizin tarixinden silinmeyecek qara gundur Hurriyyeti musteqil heyatimiza son verilen milli varliq milli azadliq remzi olan ucrengli bayragimizin lovga vehsiler terefinden endirildiyi gundur Bu gun bayraqlari endirilen torpaqlari susdurulan ordusu ziyalilari mehv edilen Azerbaycanda qizil dusmen qelebe senliyi kecirir Bunlardan basqa jurnalin son nomresinde derc olunan Azerbaycanda kim hokmranliq edir serlovheli meqale 1920 ci ilden sonraki ruslasdirma siyaseti ve istismari ile bagli statistik melumatlarin olmasi baximindan ehemiyyetlidir Meqalenin ehemiyyeti ve deyeri Mirze Bala terefinden bele aciqlanir Bu melumat 12 illik hokmranliqdan sonra Azerbaycanda kimin hakim oldugunu ve turklerin hansi veziyyetde oldugunu heqiqetin kim oldugunu gostereceyi ucun bizim diqqetimizi ve iddialarimizi tesdiq eden tarixi seneddir Mustemlekeci Rusiya istismarina dair diger bir sened ise Isgalin esas meqsedi basliqli meqaledir Rusiya isgalinin esas meqsedinin Azerbaycan neftini ele kecirmek oldugu vurgulanan meqalede tebii qaz yun pambiq ipek baliq duz mis barit bal kimi muxtelif servetlerin talan edilmesi barede melumatlara yer verilib Jurnalda Azerbaycan neftinin Rusiya terefinden istismari barede yazilirdi Budur cemi yeddi il erzinde 1920 1927 Baki neftinden 150 milyon manat gelir elde olunub O gelirin 25 milyon manatina neft ehtiyaclari ucun xaricden materiallar alinib Qalan 125 milyon manat Rusiyanin hesabina kecib Bes Azeri xalqi bu qizil neftinin muqabilinde ne qazanib Jurnalin 2 ci nomresinde Azerbaycanin musteqillik elde etmesinden iki ay evvel 1918 ci il martin 31 de rus ve ermeni sovinistlerinin Bakida toretdikleri qirgindan behs eden meqalede yazilirdi 11 il evvel rus carizmini miras qoyan Lenin ve onun kommunist partiyasi xususen basda Stepan Saumyan Arakian Lalaef Arakelyan ve s olmaqla Azerbaycan istiqlal herekatini oldurmek ucun Bakida toretdikleri vehsiliklerin on birinci ildonumudur 15 sentyabr zeferi ve mayin 28 de musteqilliyin elan edilmesinin boyukluyunu anlamaq ve yasamaq ucun 1918 ci ilde 31 Mart faciesini unutmaq olmaz Turkiyede bas verenleri yaxindan izleyen jurnal avqustun 6 da cixan Boyuk felaket qarsisinda basliqli meqalede Trabzon etrafinda bas veren ve boyuk dagintilara sebeb olan zelzele ile bagli kederini ifade eden sozlere yer vermisdir Bundan basqa jurnalin 20 ci nomresinde derc olunan meqalede Turkiyenin 26 30 avqust 1922 ci ilde qazandigi zefer tebrik edilir Meqalenin davaminda Azerbaycanin bir gun musteqillik elde etmek arzusu bele ifade olunub Odlu Yurd Turkiye vetendaslarini avqust zeferi munasibetile tebrik ederek umid edir ki bu heyat veren gunes isgalin qaranliginda qalmis Azerbaycanin ufuqlerinde bele parlayacaq Odlu Yurd un sehifelerinde en cox yer verilen movzulardan biri de Qafqaz Ittifaqi Konfederasiya ideyasidir 8 ci nomresinde derc olunan ve bu birliyin zeruriliyini qeyd eden meqalede bu ittifaqin ehemiyyetinden bele behs olunur Azerbaycan da daxil olarsa Qafqaz xalqlarinin azadliq mubarizelerini ruhlandiran siyasi ideyalarda yer alan en muhum suarlardan biri de Qafqaz Birliyidir 1929 cu il sentyabrin 8 de kecmis Azerbaycan Xalq Cumhuriyyetinin numayende heyeti Milletler Cemiyyetine erize ile muraciet etdi Milletler Cemiyyeti Meclisinin Sedrine basliqli erize mektubunda Azerbaycan numayende heyetinin rehberinin muavini Mir Yaqub ve bas katib Abbas Atam Elibeylinin imzalari var Jurnalin 8 ci nomresinde tam metnle derc olunmus bu meqalede deyilir Umid edirik ki Milletler Cemiyyetinin nezeri diqqeti dunyanin bu gusesine yoneldilecek Azerbaycan milletinin mudafiesi ve onun haqli arqumentlerine Ali Meclis oz menevi desteyini verecek Jurnalin Elm ve Edebiyyat rubrikasinin 9 10 ve 11 ci nomrelerinde ard arda derc olunan Ehmed Ceferoglunun Tarixde Azerbaycan Rusiya munasibetleri basliqli meqalesi Azerbaycan Rusiya munasibetlerinin tarixi inkisafi baximindan diqqetelayiq icmal meqaledir Tarixi senedlere esaslanaraq Azerbaycan Rusiya siyasi elaqelerinin ilk defe 880 ci ilde basladigini vurgulayan muellif hemin dovrden etibaren ruslarin istismar ve isgalciliq meqsedile Azerbaycan torpaqlarina goz dikdiklerini Azerbaycan torpaqlarina ekspedisiyalar teskil etdiklerini bildirir Bu sebebden 909 913 943 968 ve muxtelif illerdeki seferlerin talandan basqa bir sey olmadigini senedlerle goz onune serilmisdir Resulzadenin rehberliyi altinda Azerbaycan muhaciretinin II Dunya muharibesine qeder Turkiyede nesr etdirdiyi son siyasi jurnal olan Odlu Yurd iqtisadi meqalelerin ve xarici xeberlerin bollugu baximindan o dovrun diger muhaciret jurnallari arasinda ferqli yer tutur Jurnalin nesri 1931 ci ilin iyul avqust aylarinda 30 31 ci nomrelerden sonra dayandirilmisdir Istinadlar 1 olu kecid Simsir 2001 seh 39 Enserov 2018 seh 115 Yaqublu 2014 seh 15 Unal 2018 seh 46 Unal 2018 seh 48 Unal 2018 seh 49 Unal 2018 seh 50 51 Yaqublu 2014 seh 16 Enserov 2018 seh 116 Yaqublu 2014 seh 17 Unal 2018 seh 61 Unal 2018 seh 50 Unal 2018 seh 52 Unal 2018 seh 72 Enserov 2018 seh 117 Simsir 2001 seh 132 Unal 2018 seh 63 Odlu Yurd 1930 seh 3 Odlu Yurd 1929d seh 3 Odlu Yurd 1929a seh 3 Simsir 2001 seh 135 Unal 2018 seh 31 Enserov 2018 seh 118MenbeSebahattin Simsir Azerbaycanlilarin Turkiye de siyasi ve kulturel faaliyetleri 1920 1991 Ankara Azerbaycan Kultur Dernegi 2001 seh 256 Sebahattin Simsir Belkis Ulusoy Azerbaycan Siyasi Muhaceretinin Istanbul daki Basin Faaliyetleri 1923 1931 16 Istanbul Universitesi Iletisim Fakultesi Dergisi 2013 Songul UNAL SOVYET RUSYA NIN KUZEY AZERBAYCAN POLITIKASI ODLU YURT MECMUASINA YANSIYANLAR 1929 1931 Nevsehir T C NEVSEHIR HACI BEKTAS VELI UNIVERSITESI SOSYAL BILIMLER ENSTITUSU 2018 seh 132 Nesiman Yaqublu Azerbaycan Muhaciret Metbuati PDF Baki Elm ve tehsil 2014 seh 152 Vefali ENSEROV MEHMET EMIN RESULZADE ONDERLIGINDE TURKIYE DE CIKARILAN AZERBAYCAN SIYASI MUHACERET DERGILERI 3 INIF E DERGI 2018 100 126