Bu məqalə Bakı Soveti haqqındadır. Digər mənalar üçün Bakı Soveti (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı.
Bakı Soveti | |
---|---|
Ümumi məlumatlar | |
Növü | bələdiyyə |
İdarə heyəti | |
Sədr | Stepan Şaumyan, 2 noyabr 1917 tarixindən |
Sədr | Prokofi Caparidze, Dekabr 1917 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 52-500 |
siyasi partiyalar | Sosialist Bloku (77)
|
Qeydlər | |
Mart 1917 tarixindən 31 iyul 1918 tarixinədək fəaliyyət göstərmişdir. |
Tarixi
Yaradılması
Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir.
Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik , katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Bakı Rayonu Fəhlə Deputatları Soveti özünü Bakı fəhlələrinin yeganə səlahiyyətli orqanı hesab edirdi. Sovet öz fəaliyyətini Petroqrad Fəhlə Deputatları Soveti və bütün Rusiya fəhlələrinin fəaliyyəti ilə uyğunlaşdırmaq niyyətini bildirmiş, sırf yerli xarakterli hər cür çıxışların əleyhinə olduğunu, Bakı qarnizonunun ordu və donanmasının Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə həmrəyliyinə nail olmaq vəzifəsini elan etmişdi. Bakı Rayonu Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin ilk müraciəti "Yaşasın Müəssislər məclisi! Yaşasın demokratik respublika!" şüarları ilə bitirdi.
10 may seçkiləri
Martın 7-də Bakı qarnizonunun əsgər və zabit deputatları sovetləri də yaradıldı və martın sonlarında vahid hərbi deputatlar soveti halında birləşdilər. Sovetlərdə əksəriyyət menşeviklərə, eserlərə məxsus idi.
Bakı Rayonu Fəhlə Deputatları Soveti 1917 il mayın 1-dən Bakı rayonunda 8 saatlıq iş günü qoyulmasını özünün ilk qələbəsi hesab etmişdi. Menşeviklər və eserlərin güclü olduğu bir digər qurum 50 min Bakı fəhləsinin daxil olduğu idi. 10 may 1917-ci ildə bu şura vahid bir Bakı Fəhlə və Hərbi Deputatlar Sovetinə birləşdirildi. Bu birləşmə Bakı Sovetində menşeviklərin və eserlərin mövqelərini daha da gücləndirdi. Bolşevik fraksiyası Bakı Sovetində 25, menşeviklər 56, eserlər isə hərbi deputatlar hesabına daha da çox sayda deputatla təmsil olunurdu.
Bakı Sovetinə bundan başqa daşnaklar da daxil idi. Müsavat Partiyası isə bu ərəfələrdə Bakı Sovetində təmsil edilmirdi. Bolşeviklərin Bakı Sovetinə rəhbərliyi çox qısa çəkdi. 10 mayda Bakı Sovetinə seçkilərdə bolşevik Stepan Şaumyanın əvəzinə eser Sovet Sədri seçildi, menşevik isə İcraiyyə Komitəsinin sədri oldu. 10 may seçkilərində məğlubiyyətdən sonra Bakı Partiya Komitəsinin tapşırığı ilə Məşədi Əzizbəyov, Dadaş Bünyadzadə, Möhsün İsrafilbəyov, Həmid Sultanov və digər bolşeviklər Bakı quberniyası rayonlarında təşviqat və təşkilatçılıq işlərinə başladılar. Xüsusən, əsgərlər arasında aparılan təbliğat effektiv oldu. Bu tədbirlərin nəticəsində 1917-ci ilin yayında Bakı, Şamaxı və Naxçıvan qarnizonlarının mütləq əksəriyyəti bolşeviklərin tərəfinə keçdi.
Bolşevik hakimiyyəti
Bakı bolşevikləri Sovetdə rəhbərliyi ələ almaq üçün gərgin mübarizə aparırdılar. Bolşeviklər Petroqradda hakimiyyəti ələ keçirən kimi, 1917-ci il oktyabrın 27-də Bakı Sovetinin fövqəladə yığıncağı keçirildi. Sovetin eser-menşevik-daşnak bloku, bolşeviklərin kəskin etirazına baxmayaraq, 168 səsə qarşı 246 səslə Bakıda, ali hakimiyyət orqanı kimi, nin yaradılması haqqında qərarın qəbul edilməsinə nail oldu.
Sovet Oktyabr çevrilişinin (1917) dinc yolla ləğvini tələb edirdi. Sovetin bu qərarı ilə razılaşmayan bolşeviklər, mədən-zavod komitələri üzvlərinin dəstəyinə arxalanaraq oktyabrın 31-də Bakı Sovetinin geniş iclasını çağırdılar. Onları müdafiəyə gələnlərin sayı Sovetin üzvlərindərı xeyli çox idi. Hakimiyyətin sovetlərə keçməsi ilə razılaşmadıqlarını bildirən menşevik və eserlərin iclas zalından çıxıb getməsi bolşeviklərə olduqca sərfəli idi. İclas Bakı rayonunda bütün hakimiyyətin Bakı Sovetinə keçməsi haqqında qətnamə qəbul etdi.
Noyabrın 2-də bolşeviklər öz mövqelərini daha da möhkəmləndirmək məqsədilə yenidən bütün hakimiyyətin Sovetə verilməsi məsələsini qoydular, geniş iclas çağırmaq taktikasından bir daha istifadə edərək, siyasi qüvvələr nisbətini öz xeyirlərinə dəyişə bildilər. Noyabrın 2-də 468 deputatın qatıldığı növbəti iclasda sağ eserlər, menşeviklər və daşnaklar hakimiyyət məsələsinin müzakirəsini təxirə salmağı təklif edərək Soveti tərk etdilər. Bakı Sovetində 344 bolşevik, onlar ilə müttəfiq olan sol eserlər və bir neçə beynəlmiləlçi menşevik deputat qaldı. Şaumyanın təklifi ilə Bakı Sovetinin İcraiyyə Komitəsinin yeni tərkibi seçildi. Bakı Sovetinin İcraiyyə Komitəsi Bakıda ali hakimiyyət orqanı elan olundu.Bununla İctimai Təşkilatların İcraiyyə Komitələrinin ləğv edilməsinə başlandı. İcraiyyə Komitəsinin sədri Stepan Şaumyan, üzvləri isə Caparidze, Fioletov, Əfəndiyev, Basin, Vəzirov, Vaçek, Zərgərov olmaqla 36 nəfər seçildi. Həmin iclasda Bakı Fəhlə və Hərbi Deputatları Sovetinin adının dəyişdirilərək, Bakı Fəhlə və Əsgər Deputatları Soveti adlandırılması qərara alındı. Eser və menşeviklərlə "müsavat"çılar arasındakı ziddiyyətlərdən istifadə edən bolşeviklər Bakı Sovetində əsas vəzifələri asanlıqla ələ keçirə bildilər.
Müsavatın iştirakı
Müsavat 1917-ci ilin yayına qədər Bakı Sovetinə daxil edilmədi. Bunun əsas səbəbi kimi Müsavatın federasiya tərəfdarı olması və Azərbaycanın muxtariyyətini istəməsi idi. Müsavat Bakı Sovetinə daxil olmasa da yerli özünüidarəetmə orqanları seçkilərində iştirak edirdi. Məsələn, 1917-ci il 12 iyul tarixindəki Duma seçkilərində Müsavat çox böyük fərqlə qalib gəlmişdi. Dumanın əsas vəzifələri şəhər təsərrüfatını yaxşılaşdırmaqla yanaşı, kimsəsiz insanlara daha asan yaşayış şəraiti və maddi tələbatlarını təmin etmək idi. Dumanın İcraiyyə Komitəsinin sədri Topçubaşov, müavini isə Məmmədhəsən Hacınski seçilmişdi.
1917-ci ilin payızına yaxın Müsavat Partiyası Bakı Sovetində iştirakına qoyulan qadağaya daha sərt formada etiraz etməyə başladı. "Açıq söz" qəzeti müsəlmanların təmsil olunmamasında sosialistləri günahlandırırdı:
Hökumət orqanlarının idarəsini öz üzərinə götürən solçu partiyalar Müsavat Partiyasını Sovetə daxil etməməklə ən böyük səhvlərini edirlər, bu səhv eyni zamanda yerli əhaliyə lazımi diqqət göstərilmədiyinin bariz nümunəsidir. |
Müsavatın Bakı Sovetində təmsil edilmə tələbi 8 sentyabrda Bakı Soveti İcraiyyə Komitəsində müzakirə edildi. Bu dəfə də Müsavatın tələbi rədd edildi. Avqusta qədər Müsavat eserlər və daşnaklar kimi müharibəni dəstəkləyirdi. Lakin sentyabr ayında Müsavat münasibətini dəyişdi və müharibədən narazılığını güclü şəkildə bildirdi. Bu münasibət dəyişikliyi müharibə əleyhdarı olan bolşeviklərlə müsavatçıları yaxınlaşdırdı. Məhz bu yaxınlaşma bolşeviklərin istəyi ilə Müsavatın Bakı Sovetinə daxil edilməsi ilə nəticələndi.
Bakının digər siyasi hakimiyyət strukturları Sovetin təkhakimiyyətliliyinə əngəl törətdiyindən Bakı Soveti 1917-ci il noyabrın 12-də nin, noyabrın 21-də isə İctimai Təşkilatların İcraiyyə Komitəsinin ləğvinə nail oldu. Lakin Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması Bakı Sovetinin rəqibi olaraq qalırdı.
Oktyabr seçkiləri
22 oktyabr 1917-ci ildə seçkilər keçirilmişdir. Seçkilərin nəticəsində Müsavat 9617, Sosialist İnqilabçılar 6305, bolşeviklər 3823, menşeviklər 687, Daşnaksütun isə 528 səs topladı. Bu seçkilər Müsavatın qələbəsi ilə nəticələnsə də bolşeviklər nəticələri tanımadı. Zabrat rayonu istisna Bakının bütün neft-mədən rayonlarında Müsavat qələbə çalmışdı.
Dekabr seçkiləri
22 oktyabrın 1917-ci ildə keçirilmiş ilk seçkilərdə məğlub olan bolşeviklər nəticələri tanımayaraq Bakı Soveti hökumətini və İcraiyyə Komitəsini zorla ələ keçirmişdilər. İkinci seçkini özlərinin tərtib etdikləri sistem üzrə keçirən bolşeviklər bu dəfə istədiklərini əldə etdilər.1917-ci il dekabrın 12–16-da dəyişdirilmiş seçki qaydası əsasında (Bakı 16 rayona bölündü: Qara şəhər, Ağ şəhər, Bibiheybət, Balaхanı, Suraхanı, Binəqədi, Zabrat və başqaları.) Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər səs çoxluğu qazandılar. 1917-ci il dekabrın 12–16-da Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər 51, daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, müsavatçılar 21 və menşeviklər 11 yer əldə etmişdilər. Əvvəllər olduğu kimi bu dəfə də Sovetdə müəyyənləşdirici mövqe esermenşevik-daşnak blokuna aid idi. 31 dekabrda Bakı Soveti yeni tərkibində özünün ilk iclasını keçirmişdi. Stepan Şaumyan yenidən deputatların əksəriyyəti tərəfindən Bakı Sovetinin sədri seçildi. Şaumyanın sədrliyi ilə 31 dekabr 1917-ci ildə keçirilmiş Bakı Şurasının yeni tərkibinin iclasında alınan qərara əsasən, Sovetin İcraiyyə Komitəsinə yalnız Sovet hakimiyyətini dəstəkləyən partiyaların nümayəndələri daxil olmalı idi. Beləcə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser və 2 Müsavatçı İcraiyyə Komitəsinə daxil oldu.
1917-ci ilin dekabrında Stepan Şaumyanın Vladimir Lenin tərəfindən Qafqaz İşləri üzrə Xüsusi Komissar təyin edildi. Bundan sonra 1 yanvar 1918-ci ildə Prokofi Caparidze yekdilliklə İcraiyyə Komitəsinin Sədri, 13 yanvarda isə eyni zamanda Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri seçildi.
Bakı Xalq Komissarları Sovetinin yaradılması
1918-ci il aprelin 19-da Stepan Şaumyan şəhər konfransında Bakı Vilayətinin Xalq Komissarları Sovetinin yaradılması barədə bəyanatla çıxış etdi. Elə həmin gün Bakı Şurası İnqilab Müdafiə Komitəsinin daimi və daha geniş bir hökumət orqanı olan Bakı Xalq Komissarları Soveti ilə əvəz edilməsi barədə qərar qəbul etdi. Qəbul edilmiş qətnamədə Xalq Komissarları Sovetinin sol blokun nümayəndələrindən, yəni bolşeviklərdən və sol eserlərdən ibarət olacağı bildirildi.
İnqilab Müdafiə Komitəsinin 20 aprel tarixli qərarı ilə Bakı Şəhər Duması ləğv edildi və şəhər özünüidarəetmə funksiyaları Bakı Fəhlə, Əsgər və Dənizçilər Deputatları Sovetinə verildi. İnqilabi Müdafiə Komitəsinin təlimatına əsasən, Erməni və Müsəlman Milli Şurasının fəaliyyəti dayandırıldı. Hakimiyyətin bütün funksiyaları Fəhlə, Əsgər və Dənizçi Deputatları Sovetinə və ya Mərkəzi Sovet hökuməti tərəfindən ayrılmış təşkilatlara aid olmağa başladı. Erməni Milli Şurasının qarşısına hərbi birləşmələrini ləğv etmək və sovet qoşunları ilə birləşdirmək tələbi qoyuldu.
25 aprel 1918-ci ildə Zaqafqaziyada ilk Sovet hökuməti olan Bakı Xalq Komissarları Soveti (XKS) quruldu. Xalq Komissarları Şurasına bolşeviklər və sol eserlər daxil idi.
Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti bolşeviklərin Bakı Sovetində möhkəm səs çoxluğuna malik olmaması ilə çətinləşirdi. 1918-ci ilin aprelində Bakı Sovetinin 308 deputatı var idi. Bu deputatların 58-i bolşevik, 2-si bolşeviklərə simpatiya duyan bitərəf deputat, 46 sol eser, 7-si sol eserlərə simpatiya duyan bitərəf deputat, 3 menşevik-beynəlmiləlçi və 4 sol bloka simpatiya duyan deputatdan ibarət idi. Ümumilikdə sol bloka daxil olan deputatların sayı 104 nəfər idi. Digər tərəfdə isə 47 sağ eser, 28 menşevik, 36 daşnak, 23 müsavatçı var idi. Beləliklə, sağ partiyaların 134 nümayəndəsinin olması hökumətə qarşı güclü blok yaradılmasına imkan verirdi (44 deputatın partiya üzvlüyü barədə məlumat yoxdur, qalanları isə partiyasız idi).
25 iyul qətnaməsi və BXKS-nin süqutu
İyulun 25-də XKS-in, Hərbi İnqilab Komitəsinin, regional məclislərin və gəmi komitələrinin üzvləri ilə birlikdə təxminən 500 nəfərin qatıldığı Bakı Sovetinin təcili iclası keçirildi. İclasda Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi. Daşnaklar, menşeviklər və eserlər ingilis qoşunlarının Bakıya dəvət edilməsi haqqında məsələ qaldırdılar. Bu, Bakı neftinin Sovet Rusiyasının əlindən çıxması təhlükəsi yaradırdı. Odur ki, Şaumyan V Ümumrusiya Sovetlər Qurultayının qərarlarını yerinə yetirərək həmin məsələnin müzakirədən çıxarılmasını tələb etdi. Onun təklifi ilə ingilislərin dəvət edilməsi məsələsinin müzakirədən çıxarılması səsə qoyuldu. Şaumyanın təklifi 208 nəfər lehinə, 257 nəfər əleyhinə olmaqla rədd edildi. Elə həmin gün Rusiya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Y.M.Sverdlov da Bakı Sovetinə teleqram göndərərək "Bakı Sovetinin, bütün fəhlələrin, ordunun, donanmanın qərarına, habelə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin göstərişlərinə danışıqsız tabe olmalarını" qəti tələb etmişdi. Buna baxmayaraq, iclas Stepan Şaumyanın təklifini qəbul etmədi. Məşədi Əzizbəyov, Prokofi Caparidze, Y.Zevin və b. bolşeviklər çıxış edərək, ingilislərin Bakıya çağırılmasının qəti əleyhinə çıxdılar.
Bakı Sovetinin iclasına sədrlik edən Prokofi Caparidze biri bolşevik, sol eser, sol daşnaklar tərəfindən təqdim edilən, digəri sağ eser, menşevik, sağ daşnaklar tərəfindən təqdim edilən iki qətnamə oxudu. Birinci qətnamədə Bakı Soveti, Bakını öz inqilabi qüvvələri və inqilabçı Rusiyanın qüvvələri ilə müdafiə etməsi haqqında idi. İkinci qətnamədə isə vəziyyətdən çıxış üçün ingilislərin dəvət edilməsi və Sovetdə təmsil olunan bütün tərəflərin iştirakı ilə koalisiya hökumətinin yaradılması təklifi idi. Səsvermə nəticəsində vahid sağ blok 259 səs, sol blok isə 236 səs aldı. Qətnamə qəbul edildikdən sonra elan olunmuş fasilə zamanı Bakı Sovetinin bolşevik fraksiyasının iclası keçirildi. Gecədən xeyli keçmiş Bakı Sovetinin iclası yenidən başlandığı zaman Stepan Şaumyan bolşevik fraksiyası adından bəyanatla çıxış edərək bildirdi ki, qəbul olunmuş qərar Sovet Rusiyasına qarşı xəyanatdır; buna görə də bolşeviklər məsuliyyəti öz üzərlərindən götürərək Sovetə daxil olan bütün partiyalardan ibarət koalisiyalı hökumətdə iştirakdan və xalq komissarları vəzifələrindən imtina edirlər. Bolşeviklərin 27 iyul tarixli Ümumbakı partiya konfransı Bakı Soveti bolşevik fraksiyasının qərarını düzgün saymadı. 31 iyul saat 11-də Bakı Sovetinin təcili iclası keçirildi və bu iclasda Xalq komissarları tam tərkibdə istefa verdilər. Elə həmin gün Bakı Bolşevik Komitəsinin iclasında Həştərxana təxliyə edilmə və yenidən qüvvə toplayaraq Bakıya qayıtma haqqında qərar qəbul edildi. Beləcə, Bakıda Sovet hakimiyyəti süquta uğradı.
Bakı Soveti azərbaycanlılara qarşı
Eser və daşnaklara arxalanan Bakı Soveti İcraiyyə Komitəsi müsəlmanları, o cümlədən azərbaycanlıları əksinqilabçı, Bakı istisna olmaqla Azərbaycanın digər yerlərini isə əksinqilab yuvası elan etmiş, Azərbaycan zəhmətkeşləri arasında böyük nüfuza malik olan müsavatçıları isə əksinqilabçı, burjua millətçiləri olduqlarını iddia edirdi.
1918-ci il martın sonlarında türk ordusunun Qafqaz cəbhəsində əməliyyatları gücləndirməsi Bakıdakı daşnaqları və bolşevikləri qorxuya saldı. Vahid cəbhədə birləşən bu qüvvələr vəziyyətdən istifadə edərək Bakıda və Azərbaycanda qanlı 1918-ci il Mart soyqırımını törətdilər.
Mart soyqırımı Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdrəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
Mart soyqırımından sonra bolşevik-daşnak-eser bloku istiqlalçılara qalib gəldi, Bakıda hakimiyyət tamamilə həmin blokun əlinə keçdi. Bu zaman Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin köhnə tərkibi hələ qalırdı. Belə çoxpartiyalı tərkib isə bolşevikləri qane etmirdi. Onlar yalnız sol eserlərə və "beynəlmiləlçi" daşnaklara üstünlük verirdilər. 1918-ci il aprelin 25-də Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin iclasında Bakı Xalq Komissarları Soveti və Bakı Kommunası yaradıldı. O Bakı şəhərini və quberniyanın bəzi ərazilərini əhatə edirdi. Stepan Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri seçilmişdi. Bu hökumətdə cəmi üç nəfər azərbaycanlı (Nəriman Nərimanov-şəhər təsərrüfatı Komissarı, Məşədi Əzizbəyov-quberniya Komissarı və Mir Həsən Vəzirov - Torpaq Komissarı) var idi.
1 may 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin qoşunları Qubaya hücum edti və Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri şəhərdə 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar həyata keçiriblər
25 iyul 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakıya doğru istiqamət aldığını görən Bakı Soveti İrandakı ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib. Bakı Sovetinin bolşevik fraksiyası qərarın əleyhinə olsa da, qurumdakı eser-menşevikdaşnak çoxluğu ingilislərin Bakıya çağırılmasına səs veriblər Bundan sonra bolşeviklər qurumu tərk edəcəklərini bildiriblər. İngilis qoşunları Bakıya avqustun əvvəlində daxil olsalar da, 1.5 ay sonra Qafqaz İslam Ordusunun hücumları altında şəhəri tərk etməyə məcbur oldular.
Rəhbərlər
Mənbə
- Bakı Sovetinin qurulması və süqutu
- 1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclası…
- "25 İyul qətnaməsi". 23-03-2021. 2017-09-12 tarixində .
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider". səh. 255.
- . 2011-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- Əzimov, 1982:25
- Smirnov, 1986: 12–13
- Balayev, 1998:83
- Suny,1990:146
- Smirnov,1986:21
- Smirnov, 1986: 21–22
- Əzimov, 1982:101
- Balayev, 1998:174
- Smirnov,1986:66
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı: "Lider". səh. 233-234.
- . 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
Ədəbiyyat
- Azərbaycan tarixi, 3 cilddə, c. 3, B., 1973;
- Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001;
- Azərbaycan Kornmunist Partiyası tarixinin oçerkləri, B., 1964;
- Azərbaycan Kommunist Partiyasının tarixi, B., 1958;
- Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar.1917–1918-ci illər, B., 1960
- İbrahimov Z., Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917–1918-ci illər), B., 1957.
- Азимов, Гаджибаба (1982), Бакинская Коммуна.
- Балаев, Айдын (1998), Азербайджанское национальное движение в 1917–1918 гг.
- Бурджалов, Эдуард (1938), Двадцать шесть бакинских комиссаров.
- Гусейнов, Мирза Давуд (1927), Тюркская демократическая партия федералистов "Мусават" в прошлом и настоящем.
- Шаумян, Степан (1978), Избранные произведения, том 2.
- Смирнов, Николай (1986), Ушедшие в бессмертие.
- Grigor Suny, Ronald (1990), Bakü Komünü-Rus Devrimimde Milliyet ve Sınıf.
- Miéville, China (2018) October: The Story of the Russian Revolution.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Baki Soveti haqqindadir Diger menalar ucun Baki Soveti deqiqlesdirme sehifesine baxin Baki Seher Xalq Deputatlari Soveti ile sehv salmayin Baki Soveti Baki Fehle ve Herbi Deputatlari Soveti Baki Fehle ve Esger Deputatlari Soveti Baki Fehle Esger ve Matros Deputatlari Soveti ve ya Baki Fehle Esger ve Denizci Deputatlari Soveti 1917 ci ilin martindan 1918 ci il 31 iyula qeder Bakida fealiyyet gostermis hakimiyyet orqani Baki SovetiUmumi melumatlarNovu belediyyeIdare heyetiSedr Stepan Saumyan 2 noyabr 1917 tarixindenSedr Prokofi Caparidze Dekabr 1917 tarixindenQurulusuUzvlerin sayi 52 500siyasi partiyalar Sosialist Bloku 77 Sosialist Inqilabcilar Partiyasi 66 Sol eserler 38 Sag eserler 28 11 Bolsevikler 51 51 Milli Ermeni Partiyalari Bloku 41 Dasnaksutun 41 Milli Muselman Partiyalar Bloku 21 Musavat 21 QeydlerMart 1917 tarixinden 31 iyul 1918 tarixinedek fealiyyet gostermisdir TarixiYaradilmasi Rusiyada 1917 ci il Fevral inqilabindan sonra Bakida hemcinin diger seherlerde ikinci hakimiyyet orqani kimi Fehle Deputatlari Soveti ve Herbi Deputatlari Soveti yaradilirdi Baki Rayonu Fehle Deputatlari Soveti ile Herbi Deputatlari Sovetinin birlesmesi neticesinde yaradilan Baki Soveti onlarin icerisinde en nufuzlusu hesab edilirdi O 7 mart 1917 ci il tarixinde tesis edilmisdir Martin 8 de elan olunmus muracietde bildirilirdi ki Baki fehlelerinin 2 3 den coxu seckilerde istirak etmisdir Sovetin terkibine 52000 fehle ve qulluqcu terefinden secilen ve ekseriyyeti ermenilerden ibaret olan 9 u bolsevik digerleri ise mensevik ve eserlerden ibaret 52 deputat daxil idi Sovetinin Icraiyye Komitesi ve komiteye rehberlik ucun sedr iki muavin ve iki katibden ibaret reyaset heyeti secilmisdi Sovetin birinci iclasinin sedri mensevik katibi ise o zaman mensevik olan M N Mandelstam idi Martin 8 de Stepan Saumyan qiyabi olaraq sovetin sedri secildi Sovetin Icraiyye komitesine ise bolseviklerden I Fioletov I Ter Qabrielyan eserlerden ise V I Socnev daxil idi Baki Rayonu Fehle Deputatlari Soveti ozunu Baki fehlelerinin yegane selahiyyetli orqani hesab edirdi Sovet oz fealiyyetini Petroqrad Fehle Deputatlari Soveti ve butun Rusiya fehlelerinin fealiyyeti ile uygunlasdirmaq niyyetini bildirmis sirf yerli xarakterli her cur cixislarin eleyhine oldugunu Baki qarnizonunun ordu ve donanmasinin Baki Rayonu Fehle Deputatlari Soveti ile hemreyliyine nail olmaq vezifesini elan etmisdi Baki Rayonu Fehle Deputatlari Soveti Icraiyye Komitesinin ilk muracieti Yasasin Muessisler meclisi Yasasin demokratik respublika suarlari ile bitirdi 10 may seckileri Martin 7 de Baki qarnizonunun esger ve zabit deputatlari sovetleri de yaradildi ve martin sonlarinda vahid herbi deputatlar soveti halinda birlesdiler Sovetlerde ekseriyyet menseviklere eserlere mexsus idi Baki Rayonu Fehle Deputatlari Soveti 1917 il mayin 1 den Baki rayonunda 8 saatliq is gunu qoyulmasini ozunun ilk qelebesi hesab etmisdi Mensevikler ve eserlerin guclu oldugu bir diger qurum 50 min Baki fehlesinin daxil oldugu idi 10 may 1917 ci ilde bu sura vahid bir Baki Fehle ve Herbi Deputatlar Sovetine birlesdirildi Bu birlesme Baki Sovetinde menseviklerin ve eserlerin movqelerini daha da guclendirdi Bolsevik fraksiyasi Baki Sovetinde 25 mensevikler 56 eserler ise herbi deputatlar hesabina daha da cox sayda deputatla temsil olunurdu Baki Sovetine bundan basqa dasnaklar da daxil idi Musavat Partiyasi ise bu erefelerde Baki Sovetinde temsil edilmirdi Bolseviklerin Baki Sovetine rehberliyi cox qisa cekdi 10 mayda Baki Sovetine seckilerde bolsevik Stepan Saumyanin evezine eser Sovet Sedri secildi mensevik ise Icraiyye Komitesinin sedri oldu 10 may seckilerinde meglubiyyetden sonra Baki Partiya Komitesinin tapsirigi ile Mesedi Ezizbeyov Dadas Bunyadzade Mohsun Israfilbeyov Hemid Sultanov ve diger bolsevikler Baki quberniyasi rayonlarinda tesviqat ve teskilatciliq islerine basladilar Xususen esgerler arasinda aparilan tebligat effektiv oldu Bu tedbirlerin neticesinde 1917 ci ilin yayinda Baki Samaxi ve Naxcivan qarnizonlarinin mutleq ekseriyyeti bolseviklerin terefine kecdi Bolsevik hakimiyyeti Baki bolsevikleri Sovetde rehberliyi ele almaq ucun gergin mubarize aparirdilar Bolsevikler Petroqradda hakimiyyeti ele keciren kimi 1917 ci il oktyabrin 27 de Baki Sovetinin fovqelade yigincagi kecirildi Sovetin eser mensevik dasnak bloku bolseviklerin keskin etirazina baxmayaraq 168 sese qarsi 246 sesle Bakida ali hakimiyyet orqani kimi nin yaradilmasi haqqinda qerarin qebul edilmesine nail oldu Sovet Oktyabr cevrilisinin 1917 dinc yolla legvini teleb edirdi Sovetin bu qerari ile razilasmayan bolsevikler meden zavod komiteleri uzvlerinin desteyine arxalanaraq oktyabrin 31 de Baki Sovetinin genis iclasini cagirdilar Onlari mudafieye gelenlerin sayi Sovetin uzvlerinderi xeyli cox idi Hakimiyyetin sovetlere kecmesi ile razilasmadiqlarini bildiren mensevik ve eserlerin iclas zalindan cixib getmesi bolseviklere olduqca serfeli idi Iclas Baki rayonunda butun hakimiyyetin Baki Sovetine kecmesi haqqinda qetname qebul etdi Noyabrin 2 de bolsevikler oz movqelerini daha da mohkemlendirmek meqsedile yeniden butun hakimiyyetin Sovete verilmesi meselesini qoydular genis iclas cagirmaq taktikasindan bir daha istifade ederek siyasi quvveler nisbetini oz xeyirlerine deyise bildiler Noyabrin 2 de 468 deputatin qatildigi novbeti iclasda sag eserler mensevikler ve dasnaklar hakimiyyet meselesinin muzakiresini texire salmagi teklif ederek Soveti terk etdiler Baki Sovetinde 344 bolsevik onlar ile muttefiq olan sol eserler ve bir nece beynelmilelci mensevik deputat qaldi Saumyanin teklifi ile Baki Sovetinin Icraiyye Komitesinin yeni terkibi secildi Baki Sovetinin Icraiyye Komitesi Bakida ali hakimiyyet orqani elan olundu Bununla Ictimai Teskilatlarin Icraiyye Komitelerinin legv edilmesine baslandi Icraiyye Komitesinin sedri Stepan Saumyan uzvleri ise Caparidze Fioletov Efendiyev Basin Vezirov Vacek Zergerov olmaqla 36 nefer secildi Hemin iclasda Baki Fehle ve Herbi Deputatlari Sovetinin adinin deyisdirilerek Baki Fehle ve Esger Deputatlari Soveti adlandirilmasi qerara alindi Eser ve menseviklerle musavat cilar arasindaki ziddiyyetlerden istifade eden bolsevikler Baki Sovetinde esas vezifeleri asanliqla ele kecire bildiler Musavatin istiraki Musavat 1917 ci ilin yayina qeder Baki Sovetine daxil edilmedi Bunun esas sebebi kimi Musavatin federasiya terefdari olmasi ve Azerbaycanin muxtariyyetini istemesi idi Musavat Baki Sovetine daxil olmasa da yerli ozunuidareetme orqanlari seckilerinde istirak edirdi Meselen 1917 ci il 12 iyul tarixindeki Duma seckilerinde Musavat cox boyuk ferqle qalib gelmisdi Dumanin esas vezifeleri seher teserrufatini yaxsilasdirmaqla yanasi kimsesiz insanlara daha asan yasayis seraiti ve maddi telebatlarini temin etmek idi Dumanin Icraiyye Komitesinin sedri Topcubasov muavini ise Memmedhesen Hacinski secilmisdi 1917 ci ilin payizina yaxin Musavat Partiyasi Baki Sovetinde istirakina qoyulan qadagaya daha sert formada etiraz etmeye basladi Aciq soz qezeti muselmanlarin temsil olunmamasinda sosialistleri gunahlandirirdi Hokumet orqanlarinin idaresini oz uzerine goturen solcu partiyalar Musavat Partiyasini Sovete daxil etmemekle en boyuk sehvlerini edirler bu sehv eyni zamanda yerli ehaliye lazimi diqqet gosterilmediyinin bariz numunesidir Musavatin Baki Sovetinde temsil edilme telebi 8 sentyabrda Baki Soveti Icraiyye Komitesinde muzakire edildi Bu defe de Musavatin telebi redd edildi Avqusta qeder Musavat eserler ve dasnaklar kimi muharibeni destekleyirdi Lakin sentyabr ayinda Musavat munasibetini deyisdi ve muharibeden naraziligini guclu sekilde bildirdi Bu munasibet deyisikliyi muharibe eleyhdari olan bolseviklerle musavatcilari yaxinlasdirdi Mehz bu yaxinlasma bolseviklerin isteyi ile Musavatin Baki Sovetine daxil edilmesi ile neticelendi Bakinin diger siyasi hakimiyyet strukturlari Sovetin tekhakimiyyetliliyine engel toretdiyinden Baki Soveti 1917 ci il noyabrin 12 de nin noyabrin 21 de ise Ictimai Teskilatlarin Icraiyye Komitesinin legvine nail oldu Lakin Feteli xan Xoyskinin rehberlik etdiyi Baki Seher Dumasi Baki Sovetinin reqibi olaraq qalirdi Oktyabr seckileri 22 oktyabr 1917 ci ilde seckiler kecirilmisdir Seckilerin neticesinde Musavat 9617 Sosialist Inqilabcilar 6305 bolsevikler 3823 mensevikler 687 Dasnaksutun ise 528 ses topladi Bu seckiler Musavatin qelebesi ile neticelense de bolsevikler neticeleri tanimadi Zabrat rayonu istisna Bakinin butun neft meden rayonlarinda Musavat qelebe calmisdi Dekabr seckileri 22 oktyabrin 1917 ci ilde kecirilmis ilk seckilerde meglub olan bolsevikler neticeleri tanimayaraq Baki Soveti hokumetini ve Icraiyye Komitesini zorla ele kecirmisdiler Ikinci seckini ozlerinin tertib etdikleri sistem uzre keciren bolsevikler bu defe istediklerini elde etdiler 1917 ci il dekabrin 12 16 da deyisdirilmis secki qaydasi esasinda Baki 16 rayona bolundu Qara seher Ag seher Bibiheybet Balahani Surahani Bineqedi Zabrat ve basqalari Baki Sovetine kecirilen seckilerde bolsevikler ses coxlugu qazandilar 1917 ci il dekabrin 12 16 da Baki Sovetine kecirilen seckilerde bolsevikler 51 dasnaklar 41 sol eserler 38 sag eserler 28 musavatcilar 21 ve mensevikler 11 yer elde etmisdiler Evveller oldugu kimi bu defe de Sovetde mueyyenlesdirici movqe esermensevik dasnak blokuna aid idi 31 dekabrda Baki Soveti yeni terkibinde ozunun ilk iclasini kecirmisdi Stepan Saumyan yeniden deputatlarin ekseriyyeti terefinden Baki Sovetinin sedri secildi Saumyanin sedrliyi ile 31 dekabr 1917 ci ilde kecirilmis Baki Surasinin yeni terkibinin iclasinda alinan qerara esasen Sovetin Icraiyye Komitesine yalniz Sovet hakimiyyetini destekleyen partiyalarin numayendeleri daxil olmali idi Belece 6 bolsevik 5 dasnak 4 sol eser 3 sag eser ve 2 Musavatci Icraiyye Komitesine daxil oldu 1917 ci ilin dekabrinda Stepan Saumyanin Vladimir Lenin terefinden Qafqaz Isleri uzre Xususi Komissar teyin edildi Bundan sonra 1 yanvar 1918 ci ilde Prokofi Caparidze yekdillikle Icraiyye Komitesinin Sedri 13 yanvarda ise eyni zamanda Baki Fehle ve Esger Deputatlari Sovetinin sedri secildi Baki Xalq Komissarlari Sovetinin yaradilmasi 1918 ci il aprelin 19 da Stepan Saumyan seher konfransinda Baki Vilayetinin Xalq Komissarlari Sovetinin yaradilmasi barede beyanatla cixis etdi Ele hemin gun Baki Surasi Inqilab Mudafie Komitesinin daimi ve daha genis bir hokumet orqani olan Baki Xalq Komissarlari Soveti ile evez edilmesi barede qerar qebul etdi Qebul edilmis qetnamede Xalq Komissarlari Sovetinin sol blokun numayendelerinden yeni bolseviklerden ve sol eserlerden ibaret olacagi bildirildi Inqilab Mudafie Komitesinin 20 aprel tarixli qerari ile Baki Seher Dumasi legv edildi ve seher ozunuidareetme funksiyalari Baki Fehle Esger ve Denizciler Deputatlari Sovetine verildi Inqilabi Mudafie Komitesinin telimatina esasen Ermeni ve Muselman Milli Surasinin fealiyyeti dayandirildi Hakimiyyetin butun funksiyalari Fehle Esger ve Denizci Deputatlari Sovetine ve ya Merkezi Sovet hokumeti terefinden ayrilmis teskilatlara aid olmaga basladi Ermeni Milli Surasinin qarsisina herbi birlesmelerini legv etmek ve sovet qosunlari ile birlesdirmek telebi qoyuldu 25 aprel 1918 ci ilde Zaqafqaziyada ilk Sovet hokumeti olan Baki Xalq Komissarlari Soveti XKS quruldu Xalq Komissarlari Surasina bolsevikler ve sol eserler daxil idi Baki Xalq Komissarlari Sovetinin fealiyyeti bolseviklerin Baki Sovetinde mohkem ses coxluguna malik olmamasi ile cetinlesirdi 1918 ci ilin aprelinde Baki Sovetinin 308 deputati var idi Bu deputatlarin 58 i bolsevik 2 si bolseviklere simpatiya duyan biteref deputat 46 sol eser 7 si sol eserlere simpatiya duyan biteref deputat 3 mensevik beynelmilelci ve 4 sol bloka simpatiya duyan deputatdan ibaret idi Umumilikde sol bloka daxil olan deputatlarin sayi 104 nefer idi Diger terefde ise 47 sag eser 28 mensevik 36 dasnak 23 musavatci var idi Belelikle sag partiyalarin 134 numayendesinin olmasi hokumete qarsi guclu blok yaradilmasina imkan verirdi 44 deputatin partiya uzvluyu barede melumat yoxdur qalanlari ise partiyasiz idi 25 iyul qetnamesi ve BXKS nin suqutu Iyulun 25 de XKS in Herbi Inqilab Komitesinin regional meclislerin ve gemi komitelerinin uzvleri ile birlikde texminen 500 neferin qatildigi Baki Sovetinin tecili iclasi kecirildi Iclasda Baki Xalq Komissarlari Sovetinin sedri Stepan Saumyan siyasi ve herbi veziyyet haqqinda meruze etdi Dasnaklar mensevikler ve eserler ingilis qosunlarinin Bakiya devet edilmesi haqqinda mesele qaldirdilar Bu Baki neftinin Sovet Rusiyasinin elinden cixmasi tehlukesi yaradirdi Odur ki Saumyan V Umumrusiya Sovetler Qurultayinin qerarlarini yerine yetirerek hemin meselenin muzakireden cixarilmasini teleb etdi Onun teklifi ile ingilislerin devet edilmesi meselesinin muzakireden cixarilmasi sese qoyuldu Saumyanin teklifi 208 nefer lehine 257 nefer eleyhine olmaqla redd edildi Ele hemin gun Rusiya Sovet Federativ Sosialist Respublikasi Merkezi Icraiyye Komitesinin sedri Y M Sverdlov da Baki Sovetine teleqram gondererek Baki Sovetinin butun fehlelerin ordunun donanmanin qerarina habele Umumrusiya Merkezi Icraiyye Komitesi ve Xalq Komissarlari Sovetinin gosterislerine danisiqsiz tabe olmalarini qeti teleb etmisdi Buna baxmayaraq iclas Stepan Saumyanin teklifini qebul etmedi Mesedi Ezizbeyov Prokofi Caparidze Y Zevin ve b bolsevikler cixis ederek ingilislerin Bakiya cagirilmasinin qeti eleyhine cixdilar Baki Sovetinin iclasina sedrlik eden Prokofi Caparidze biri bolsevik sol eser sol dasnaklar terefinden teqdim edilen digeri sag eser mensevik sag dasnaklar terefinden teqdim edilen iki qetname oxudu Birinci qetnamede Baki Soveti Bakini oz inqilabi quvveleri ve inqilabci Rusiyanin quvveleri ile mudafie etmesi haqqinda idi Ikinci qetnamede ise veziyyetden cixis ucun ingilislerin devet edilmesi ve Sovetde temsil olunan butun tereflerin istiraki ile koalisiya hokumetinin yaradilmasi teklifi idi Sesverme neticesinde vahid sag blok 259 ses sol blok ise 236 ses aldi Qetname qebul edildikden sonra elan olunmus fasile zamani Baki Sovetinin bolsevik fraksiyasinin iclasi kecirildi Geceden xeyli kecmis Baki Sovetinin iclasi yeniden baslandigi zaman Stepan Saumyan bolsevik fraksiyasi adindan beyanatla cixis ederek bildirdi ki qebul olunmus qerar Sovet Rusiyasina qarsi xeyanatdir buna gore de bolsevikler mesuliyyeti oz uzerlerinden goturerek Sovete daxil olan butun partiyalardan ibaret koalisiyali hokumetde istirakdan ve xalq komissarlari vezifelerinden imtina edirler Bolseviklerin 27 iyul tarixli Umumbaki partiya konfransi Baki Soveti bolsevik fraksiyasinin qerarini duzgun saymadi 31 iyul saat 11 de Baki Sovetinin tecili iclasi kecirildi ve bu iclasda Xalq komissarlari tam terkibde istefa verdiler Ele hemin gun Baki Bolsevik Komitesinin iclasinda Hesterxana texliye edilme ve yeniden quvve toplayaraq Bakiya qayitma haqqinda qerar qebul edildi Belece Bakida Sovet hakimiyyeti suquta ugradi Baki Soveti azerbaycanlilara qarsiEser ve dasnaklara arxalanan Baki Soveti Icraiyye Komitesi muselmanlari o cumleden azerbaycanlilari eksinqilabci Baki istisna olmaqla Azerbaycanin diger yerlerini ise eksinqilab yuvasi elan etmis Azerbaycan zehmetkesleri arasinda boyuk nufuza malik olan musavatcilari ise eksinqilabci burjua milletcileri olduqlarini iddia edirdi 1918 ci il martin sonlarinda turk ordusunun Qafqaz cebhesinde emeliyyatlari guclendirmesi Bakidaki dasnaqlari ve bolsevikleri qorxuya saldi Vahid cebhede birlesen bu quvveler veziyyetden istifade ederek Bakida ve Azerbaycanda qanli 1918 ci il Mart soyqirimini toretdiler Mart soyqirimi Baki Sovetine qisa muddet erzinde veziyyete nezaret etmek imkani verse de ehali arasinda sovetlere qarsi kin kudreti daha da artirdi Azerbaycanda sovetlesme ideyasina zerbe vurdu Mart soyqirimindan sonra bolsevik dasnak eser bloku istiqlalcilara qalib geldi Bakida hakimiyyet tamamile hemin blokun eline kecdi Bu zaman Baki Fehle Esger ve Matros Deputatlari Sovetinin kohne terkibi hele qalirdi Bele coxpartiyali terkib ise bolsevikleri qane etmirdi Onlar yalniz sol eserlere ve beynelmilelci dasnaklara ustunluk verirdiler 1918 ci il aprelin 25 de Baki Fehle Esger ve Matros Deputatlari Sovetinin iclasinda Baki Xalq Komissarlari Soveti ve Baki Kommunasi yaradildi O Baki seherini ve quberniyanin bezi erazilerini ehate edirdi Stepan Saumyan Baki Xalq Komissarlari Sovetinin sedri secilmisdi Bu hokumetde cemi uc nefer azerbaycanli Neriman Nerimanov seher teserrufati Komissari Mesedi Ezizbeyov quberniya Komissari ve Mir Hesen Vezirov Torpaq Komissari var idi 1 may 1918 ci ilde Baki Xalq Komissarlari Sovetinin qosunlari Qubaya hucum edti ve Dasnak Amazaspin basciliq etdiyi qosun hisseleri seherde 200 den cox evi mescidleri yandirmis 3 minedek insani qetle yetirmisdiler Sonraki gunler Amazaspin quldur desteleri Quba bolgesinin 120 den cox kendinde o cumleden dag yehudileri arasinda kutlevi qetliamlar heyata keciribler 25 iyul 1918 ci ilde Qafqaz Islam Ordusunun Bakiya dogru istiqamet aldigini goren Baki Soveti Irandaki ingilis qosunlarini komeye cagirmaq barede qerar qebul edib Baki Sovetinin bolsevik fraksiyasi qerarin eleyhine olsa da qurumdaki eser mensevikdasnak coxlugu ingilislerin Bakiya cagirilmasina ses veribler Bundan sonra bolsevikler qurumu terk edeceklerini bildiribler Ingilis qosunlari Bakiya avqustun evvelinde daxil olsalar da 1 5 ay sonra Qafqaz Islam Ordusunun hucumlari altinda seheri terk etmeye mecbur oldular RehberlerBaki Sovetinin Sedri Foto Sedr Baslama tarixi Bitme tarixi 6 mart 1917 6 mart 19171 Stepan Saumyan 6 mart 1917 10 may 19172 10 may 1917 16 dekabr 1917 1 Stepan Saumyan 16 dekabr 1917 dekabr 19173 Prokofi Caparidze 13 yanvar 1918 31 iyul 1918Baki Soveti Icraiyye Komitesinin Sedri Foto Sedr Baslama tarixi Bitme tarixi1 6 mart 1917 10 may 19172 10 may 1917 13 oktyabr 19173 Stepan Saumyan 13 oktyabr 1917 2 noyabr 19172 noyabr 1917 12 dekabr 19174 Prokofi Caparidze 1 yanvar 1918 31 iyul 1918MenbeBaki Sovetinin qurulmasi ve suqutu 1918 ci il iyulun 25 de Baki Sovetinin fovqelade iclasi 25 Iyul qetnamesi 23 03 2021 2017 09 12 tarixinde Istinadlar Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Baki Lider seh 255 2011 03 09 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 03 29 Ezimov 1982 25 Smirnov 1986 12 13 Balayev 1998 83 Suny 1990 146 Smirnov 1986 21 Smirnov 1986 21 22 Ezimov 1982 101 Balayev 1998 174 Smirnov 1986 66 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Baki Lider seh 233 234 2009 10 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2009 03 29 Edebiyyat Azerbaycan tarixi 3 cildde c 3 B 1973 Azerbaycan tarixi 7 cildde c 5 B 2001 Azerbaycan Kornmunist Partiyasi tarixinin ocerkleri B 1964 Azerbaycan Kommunist Partiyasinin tarixi B 1958 Azerbaycanda sosialist inqilabinin qelebesi ugrunda bolseviklerin mubarizesi Senedler ve materiallar 1917 1918 ci iller B 1960 Ibrahimov Z Sosialist inqilabi ugrunda Azerbaycan zehmetkeslerinin mubarizesi 1917 1918 ci iller B 1957 Azimov Gadzhibaba 1982 Bakinskaya Kommuna Balaev Ajdyn 1998 Azerbajdzhanskoe nacionalnoe dvizhenie v 1917 1918 gg Burdzhalov Eduard 1938 Dvadcat shest bakinskih komissarov Gusejnov Mirza Davud 1927 Tyurkskaya demokraticheskaya partiya federalistov Musavat v proshlom i nastoyashem Shaumyan Stepan 1978 Izbrannye proizvedeniya tom 2 Smirnov Nikolaj 1986 Ushedshie v bessmertie Grigor Suny Ronald 1990 Baku Komunu Rus Devrimimde Milliyet ve Sinif Mieville China 2018 October The Story of the Russian Revolution Hemcinin baxBaki Xalq Komissarlari Soveti Baki Kommunasi