Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir.
Binəqədi | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Əhalisi
Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsa da, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır.
Tarixi
Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib. Araşdırmalara görə, bura su içməyə gələn heyvanlar neft yataqlarının bu ərazidə üzə çıxması ilə qır göllərinə düşüb məhv olmuşlar. 1913-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid qəbirdən qadın skleti, tunc üzük, sancaq, qolbaq, gil qablar və s. məişət əşyaları aşkar edilmişdi. Binəqədi toponiminə nəzər salsaq, xalq etimologiyasına görə, bu adın "Binəqədi" olduğu aşkar olunur. Mənası "qazi binəsi", yaxud "qazi bina edən" deməkdir. Kəndin orta əsrlər dövrünün inkişafı "Köhnə Binəqədi" ərazisində keçmişdir. Hacı Xuda Baxşı hamamı və beş ovdan-quyu əhaliyə xidmət göstərmişdir. "Köhnə Binəqədi" kəndinin demək olar ki, yalnız "Baba" övdanının quyusu indiki dövrə kimi gəlib çatmışdır. 849-cu ildə köhnə Binəqədi kəndini tərk etmiş əhali yeni ərazidə relyefın ən hündür nöqtəsində, təpəlik üstündə Cümə məscidini tikib. 12 əsrlik yaşa malik məscid binasının tikintisi müxtəlif dövrlərə təsadüf edir. Cümə məscidinin ilk tikintisi 1818-ci ildə yerli camaatın təşəbbüsü ilə qoyulmuşdur. Kəndin köhnə ərazisinin yerin cəhətləri istiqamətində inkişafı nəticəsində tarixi topoqrafık sahələri yaranmışdır. "Maralan" adlanan əkin sahələri kəndi şimal-şərq hissəsindən əhatə etmiş, burada taxıl və arpa kimi dənli bitkilər əkilmişdir, "Qara yataq" adlanan şərq hissə mal və dəvə saxlanması üçün istifadə olunmuşdur. Şimala doğru "Digəh yeri", cənub-şərq hissə "Cirələr" adlanardı. Kəndin şimal ərazisi "Ala-daş" (daş karxanaları), indki neft istehsalı sahəsi "Qara taxtalar" adlanardı. Şor gölün cənubu "Qartum üstü" (daşlıq) adını almışdı. Binəqədi məhəllələri: "Çuxur" dərədə yerləşdiyindən "Dərə" məhəllə də adlanır; Ağa-Nəzər Paşalı, Çaylı, Aşırallı, Kəmsəri, Əskəri, Qırbişirənlər, Gülüstan, Mədən, Naxır bulağı və d. idi.
İnfrastrukturu
Binəqədi ətrafında neft mədən ərazisinin böyük hissəsi yaşayış yerlərinə çevrilmişlər. Qəsəbədə özəl tibb müəssisələri, internat, musiqi məktəbi, 2 ATS, mədəniyyət və gənclər evi, poçt məntəqəsi, 2 kitabxana və digər sosial binalar vardır. Burada 4 məktəbdə 1049 şagird təhsil alır və 1 uşaq bağçasında 98 uşaq tərbiyə alır (2011). Məktəblərin çoxu qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskənlərdə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Sovet dövrünün sonunda qəsəbədə 7 uşaq bağçası, 1 körpələr evi fəaliyyət göstərirdi. Lakin özəlləşmə apalıqdıqdan sonra ancaq 1 bağça qaldı.
İstinadlar
- Bakı kəndləri[ölü keçid]
Xarici keçidlər
- http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-9.htm 2009-01-19 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bineqedi Bakinin Bineqedi rayonunun inzibati merkezidir Bineqedi40 27 58 sm e 49 49 40 s u Olke AzerbaycanTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiResmi dili Azerbaycan diliXeriteni goster gizle BineqediEhalisiBineqedi ehalisinin sayi haqqinda ilk melumatlar XIX esrin evvellerine aid olsa da tarixi dovrun tehlillerine gore orta esrlerde ve hetta XVIII esrde de bu kendin ehalisi defelerle cox olmusdur Bineqedide evlerin sayi 1849 cu ilde 49 1886 ci ilde 168 ve 1921 ci ilde 184 idi Ehali sayi 1842 ci ilde 372 nefer idi ve Baki kendleri arasinda bu saya gore 19 cu yerde olsa da sonraki illerde daha suretle artmis 1886 ci ilde 847 1926 ci ilde 6562 ve 1939 cu ilde 11200 nefer olmusdur Bineqedi etrafinda XIX esrin sonlarinda neft cixarilmasi ile bagli erazi meden zavod rayonu erazisine aid olur ve kendin etrafinda fehle qesebesi yaradilir Ehali sayi 1959 cu ilde 11 min 1999 cu ilde 15 5 min 2009 cu ilde 37 7 min ve 2016 ci ilde 38 6 min nefer olmusdur Qesebenin hazirda ehali sayi 70 min neferden coxdur Eslinde movcud ve ya qeydiyyata alinmayanlarin sayi ise 30 mine yaxindir TarixiBineqedi Bakinin en qedim ve boyuk kendlerinden biridir Adinin menasi haqqinda konkret fikir olmasa da arxeoloji qazintilar zamani elde edilen nadir tapintilar esasinda bu kendin bineden qedim oldugu subuta yetmisdir Hele oten esrin 40 ci illerinde Bineqedi yaxinliginda qedim kergedanin elm alemine melum olmayan skeleti tapilmisdir Tarixci alim R Imameliyev yazirdi ki elde edilen nadir tapintilar esasinda Azerbaycan tarixsunasligi ve arxeologiyasi dunyada ilk defe olaraq IV dovr faunasini mueyyenlesdire bilmisler Elm aleminde nesli kesilmis heyvan qaliqlarinin coxluguna ve nov muxtelifliyine gore Amerika Birlesmis Statlarindan sonra ikinci yerde Azerbaycan dayanir Bineqedi faunasi dunya tebietsunaslari arasinda cox meshur bir termine cevrilib Arasdirmalara gore bura su icmeye gelen heyvanlar neft yataqlarinin bu erazide uze cixmasi ile qir gollerine dusub mehv olmuslar 1913 cu ilde Bineqedide Tunc dovrunun sonlarina aid qebirden qadin skleti tunc uzuk sancaq qolbaq gil qablar ve s meiset esyalari askar edilmisdi Bineqedi toponimine nezer salsaq xalq etimologiyasina gore bu adin Bineqedi oldugu askar olunur Menasi qazi binesi yaxud qazi bina eden demekdir Kendin orta esrler dovrunun inkisafi Kohne Bineqedi erazisinde kecmisdir Haci Xuda Baxsi hamami ve bes ovdan quyu ehaliye xidmet gostermisdir Kohne Bineqedi kendinin demek olar ki yalniz Baba ovdaninin quyusu indiki dovre kimi gelib catmisdir 849 cu ilde kohne Bineqedi kendini terk etmis ehali yeni erazide relyefin en hundur noqtesinde tepelik ustunde Cume mescidini tikib 12 esrlik yasa malik mescid binasinin tikintisi muxtelif dovrlere tesaduf edir Cume mescidinin ilk tikintisi 1818 ci ilde yerli camaatin tesebbusu ile qoyulmusdur Kendin kohne erazisinin yerin cehetleri istiqametinde inkisafi neticesinde tarixi topoqrafik saheleri yaranmisdir Maralan adlanan ekin saheleri kendi simal serq hissesinden ehate etmis burada taxil ve arpa kimi denli bitkiler ekilmisdir Qara yataq adlanan serq hisse mal ve deve saxlanmasi ucun istifade olunmusdur Simala dogru Digeh yeri cenub serq hisse Cireler adlanardi Kendin simal erazisi Ala das das karxanalari indki neft istehsali sahesi Qara taxtalar adlanardi Sor golun cenubu Qartum ustu dasliq adini almisdi Bineqedi mehelleleri Cuxur derede yerlesdiyinden Dere mehelle de adlanir Aga Nezer Pasali Cayli Asiralli Kemseri Eskeri Qirbisirenler Gulustan Meden Naxir bulagi ve d idi InfrastrukturuBineqedi etrafinda neft meden erazisinin boyuk hissesi yasayis yerlerine cevrilmisler Qesebede ozel tibb muessiseleri internat musiqi mektebi 2 ATS medeniyyet ve gencler evi poct menteqesi 2 kitabxana ve diger sosial binalar vardir Burada 4 mektebde 1049 sagird tehsil alir ve 1 usaq bagcasinda 98 usaq terbiye alir 2011 Mekteblerin coxu qesebenin kohne hissesinde yerlesdiyi ucun yeni salinan meskenlerde mekteb ve usaq bagcalarina boyuk ehtiyac vardir Sovet dovrunun sonunda qesebede 7 usaq bagcasi 1 korpeler evi fealiyyet gosterirdi Lakin ozellesme apaliqdiqdan sonra ancaq 1 bagca qaldi IstinadlarBaki kendleri olu kecid Xarici kecidlerhttp www mcdmerkez org ts general azl belediye b 9 htm 2009 01 19 at the Wayback MachineHemcinin baxBaki Abseron Mastaga Merdekan