Azərbaycanda olan palçıq vulkanları
Abşeron — palçıq vulkanlarının regionu
Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.
Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edirdi.
Azərbaycanın palçıq vulkanlarının mühafizəsi
Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili, onların fəaliyyətinin öyrənilməsinin böyük elmi və praktiki əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu" yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.
Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14 sentyabr 2007-ci il tarixli 512/ü nömrəli Əmri ilə müvafiq Tədbirlər Planı təsdiq edilmişdir.
Tədbirlər Planına əsasən Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun Əsasnaməsinin layihəsinin hazırlanması və Nazirlər Kabinetinə təqdim edilməsi, palçıq vulkanları qrupu dövlət təbiət qoruğuna daxil olan vulkanların yerləşdiyi ərazilərə baxış keçirilməsi və inventarlaşdırma işinin aparılması, ərazinin sərhədlərinin müəyyən edilərək xəritə-sxeminin hazırlanması, qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) real vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən hərtərəfli tədqiq olunması və bu ərazilərdə aparılan tikinti işlərinin qarşısının alınması istiqamətində işlərin təşkili nəzərdə tutulur.
Hazırda Tədbirlər Planına müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun Əsasnaməsi hazırlanaraq aidiyyatı qurumlarla razılaşdırılmış, təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilmiş və qoruq statusu verilmiş palçıq vulkanlarının sxematik geoloji xəritələri hazırlanmışdır.
Hazırda Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində digər tədbirlər də ardıcıl olaraq həyata keçirilməkdədir.
Azərbaycan hüdudlarında palçıq vulkanı təzahürləri Xəzəryanı – Quba, Şamaxı – Qobustan, Küryanı, Abşeron vilayətlərində, Bakı arxipelağında və Kür və Qabırrı çayları arasında geniş yayılmışdır. Palçıq vulkanları Abşeron yarımadasının qərb hissəsində, Cənubi və Mərkəzi Qobustanda və Xəzəryanı düzənliyi Xəzər dənizinə qovuşan cənub — şərq hissəsində ən çox inkişaf etmişdir.
Palçıq vulkanizminin zəif təzahürləri Böyük Qafqazın cənub yamacında Girdimançayın başlanğıcından şərqdə Həftəsaib, Zəngi kəndləri yanında, Lahıc yaxınlığında, Basqal kəndi ətrafında qeyd edilir.
Xəzəryanı – Quba vilayəti. Böyük Qafqazın cənub-şərq batımının geniş şimal dağətəyi zolağını və Xəzəryanı düzənliyi əhatə edir. Qaynarca vulkanından başqa, vilayət hüdudlarında kiçik sopka, qrifon və salzalar rast gəlinir.
Şamaxı – Qobustan vilayəti. Böyük Qafqazın cənub — şərq hissəsini əhatə edir. Ərazinin şimal zonasında Şıxzəgirli, Mərəzə, Şıxıqaya, Şeytanud, Qırqışlaq və başqa vulkanlar yerləşmişdir. Cənub zonada Torağay, Böyük Kənizədağ, Kiçik Kənizədağ, Dəvəlidağ, Ütəlgi, Ayaz — Ağtirmə (Ayazaxtarma), Nardaran — Ağtirmə (Nardaranaxtarma), Hacıvəli və başqa vulkanlar qeyd olunur. Ələt tirəsi boyu çox iri palçıq vulkanları – Daşmərdan, Solaxay, Ayrantökən, Qoturdağ, Qırdağ və başqa vulkanlar yerləşmişlər.
Küryanı neftli — qazlı vilayəti. Bu vilayət hüdudlarında Kalmas, Mişovdağ, Qırovdağ, Durovdağ, Hamamdağ, Ağzıbir, Kürsəngi kimi iri palçıq vulkanları yerləşmişdir.
Kür və Qabırrı çayları arası sahə, Orta Kür çökəkliyi hüdudlarında palçıq vulkanı təzahürləri sopka, qrifon və salza şəklindədirlər.
Abşeron vilayəti. Bu vilayət eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir. Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ — boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Vilayət hüdudlarında Zığ və Bibiheybət ərazilərində gömülmüş palçıq vulkanları mövcuddur. Abşeron arxipelaqı hüdudlarında Buzovna sopkası, Palçıq sopkası, Neft daşları və başqa iri palçıq vulkanları vardır.
Bakı arxipelaqı vilayəti. Bu vilayət Cənubi Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada (Bulla, Oblivnoy, Los, Svinoy, Qlinyannı və s.) və ya sualtı saylardan (Kornilov – Pavlov sayı, Poqorelaya Plita rifi, Qolovaçev sayı və s.) ibarətdir. Bakı arxipelağının dəniz palçıq vulkanları antiklinal qurşaqların davamında zəncirvarı sıra ilə düzülmüşlər. Palçıq vulkanı mənşəli bir sıra sualtı saylar – Yupiter, 1906-cı il sayı, 1933-cü il sayı, Makarov sayı və başqaları Abşeron yarımadasından cənubda yerləşmişdir.
Azərbaycan ərazisində palçıq vulkanları qeyri-bərabər yayılmışlar. Onlar bu və digər ölçüdə – kiçik və çox iri yüksəklikdən ibarət olub, Böyük Qafqazın cənub — şərq batımının, Küryanı ovalığın, Bakı arxipelağı, Abşeron yarımadası və Abşeron arxipelağının müasir relyefinin əmələ gəlməsində böyük rol oynayırlar. Morfoloji cəhətdən palçıq vulkanları nisbi hündürlüyü 5 – 150 m-dən 400 – 500 m-dək olan kəsik konus şəklində olub, xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Onların təpəsi kraterə uyğun gəlir. Kraterin diametri 400 – 500 m, əsasının diametri isə 6000 – 10000 m və daha artıq olur.
Şimali və Mərkəzi Qobustanın palçıq vulkanları, əsas etibarilə, Təbaşir və Paleogen çöküntüləri üzərində yerləşmişdir. Bu zonalardan cənubda, yəni Cənubi Qobustan, Küryanı ovalığı və Abşeron vilayətində onlar nisbətən coşqun fəaliyyət göstərən vulkanlardır. Ayrı — ayrı iri vulkanlara, Xəzər dənizi akvatoriyasında da rast gəlinir.
Geomorfoloji əlamətlərinə görə, Abşeron vilayəti şimal — qərb, cənub — qərb, şərq və Xəzər dənizi akvatoriyası kimi dörd hissəyə bölünür. Qərb zonasında Keyrəki, Zigilpiri, Qobu – Bozdağı, Güzdək – Bozdağı və s. palçıq vulkanları yerləşir. Cənub — qərb zonası Abşeron yarımadasının mərkəzi və qərb hissələrini əhatə edir. Bu zonada Lökbatan, Quşxana, Torpaqlı – Ağtirmə (Axtarma) və başqa palçıq vulkanlarının konusları ucalır. Yarımadanın şərq zonası Abşeron yarımadasının ən alçaq şərq hissəsini əhatə edir və onun relyefi zəif dislokasiyaya uğramış abşeron əhəngdaşları örtüyü ilə müəyyənləşmişdir. Bu zonada Boğ — boğa, Qırmaku və s. palçıq vulkanların kiçik konusları yüksəlir.
Abşeron yarımadası dərinliyi 30–50 m-ə qədər olan Xəzər dənizi akvatoriyası ilə əhatə olunmuşdur. Bu zona hüdudlarında Pirallahı (Artyom), Cilov, Qum adaları, Darvin, Neft daşları, İkiqardaş daşları, Qriqorenko sualtı sayları yerləşmişdir. Tektonik cəhətdən yarımada Böyük Qafqazın cənub-şərq batımında yerləşir. Yarımada hüdudlarında 36 palçıq vulkanı Abşeron yarımadasında, 8 palçıq vulkanı isə Abşeron arxipelağında öyrənilmiş və təsvir olunmuşdur.
Qızılboğaz
Azərbaycanda olan palçıq vulkanlarının adlarının siyahısı
- Abix — (Abşeron yarımadası)
- Ağdam — (Qobustan)
- Ağzıbir, (Bakı, Ağzıbirçala da adlanır).
- Ağzıbir, (Qaradağ rayonunda, Xəzər dənizi sahilində, hündürlüyü,120 metr)
- Ağzıqır, (Abşeron rayonu)
- Ağtirmə, (Abşeron rayonu)
- Ağtirmədalı, (Abşeron rayonu)
- Ağtirmə Qaradağ, (Qaradağ rayonu)
- Ağtirmə-Paşalı, (Şamaxı rayonu)
- Ağtirmə Puta, (Qaradağ rayonu)
- Ayazaxtarma
- Ayrantökən
- Bahardağ
- Bəndovan
- Boğ-boğa
- Boyanata-Sarıdaş
- Böyük Kənizədağ palçıq vulkanı
- Böyükdaş
- Çeyildağ
- Daşgil
- Daşmərdan
- Dəmirçi
- Diləngəz
- Durovdağ
- Güzdək Bozdağı palçıq vulkanı
- Hacıvəli
- Hamamdağ
- Xərə-Zirə adası
- Kalmas
- Keyrəki
- Keçəldağ
- Kiçik Kənizdağ
- Qaradağ Pilpiləsi
- Qarasu adası
- Qaynarca
- Qələndəraxtarma
- Qırdağ
- Qırmaku
- Qırovdağ
- Qobu
- Qoturdağ
- Quşxana
- Nardaranaxtarma
- Otman Bozdağ
- Saraydağ
- Şeytanud
- Şıxıqaya
- Şıxzərli
- Şonqar
- Torağay
- Torpaqlı Axtarma
- Üçtəpə
- Ütəlgi
- Zigilpiri
Mənbə
- PALÇIQ VULKANLARI 2009-12-25 at the Wayback Machine
- Tələt Kəngərli. Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013, səh. 147.
İstinadlar
- Alimlərimiz dünyada ilkə imza atdılar. 2016-03-05 at the Wayback Machine xeberle.com (az.)
Xarici keçidlər
- Esmira Əsədullayeva məqaləsi, azecology.org 2021-12-13 at the Wayback Machine
- BBC
- Az. Elmlər Akademiyası Geologiya şöbəsi 2006-10-30 at the Wayback Machine
- Səda — Palçıq vulkanları ölkəyə gəlir gətirə bilər (21.04.2016)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda olan palciq vulkanlariBakida palciq vulkani 1918 ci il Qobustanda palciq vulkaniAbseron palciq vulkanlarinin regionuAzerbaycan yer kuresinde palciq vulkanlarinin unikal ve klassik inkisaf regionu kimi taninmisdir Yer kuresinde melum olan 2000 den artiq palciq vulkanlarindan 344 u Azerbaycanin serqinde ve onunla hemserhed Xezer akvatoriyasinda yerlesir Palciq vulkanlarinin ekseriyyeti Baki Abseron yarimadasinda yayilmis ve onlardan bezileri tebiet abidesi kimi formalasmisdir Tam qetiyyetle Azerbaycani palciq vulkanlari diyari adlandirmaq olar ve bu vulkanlar bizim hem milli hem de tebii servetimizdir Palciq vulkanlari neft qaz yataqlarinin mueyyen edilmesinde xercsiz basa gelen kesfiyyat quyusu rolunu oynayir Bundan elave palciq vulkanlarinin gili faydali qazinti hesab olunur Hemcinin vulkan palcigi bir sira xesteliklerin eseb sistemi deri ve oynaq xesteliklerinin mualicesinde ugurla istifade olunur Eyni zamanda vulkanlar seysmik hadiselerle six bagli olmaq etibarile zelzelelerin bas vermesi ve bu kimi hadiselerin proqnozlasdirilmasinda ehemiyyet dasiyir Son iller Baki ve Abseron yarimadasinda yerlesen palciq vulkanlarina antropogen tesirlerin artmasi neticesinde onlarin erazileri dagidilir orada intensiv insaat isleri aparilir vulkanlarin puskurme ehtimali olan zonalarinda yasayis binalari insa olunurdu Bu sebebden olke erazisinde movcud olan palciq vulkanlarinin muhafizesini teskil etmek tebietin bu nadir hadiselerine daha qaygi ile yanasmaq aktual ehemiyyet kesb edirdi Azerbaycanin palciq vulkanlarinin muhafizesi1 Lokbatan 2 Keyreki 3 Keceldag 4 Bozdag Guzdek 5 Qaradag Pilpilesi 6 Otmanbozdag 7 Uctepe 8 Demirci 9 Sixzerli 10 Kicik Mereze 11 Pirekeskul 12 Qelenderaxtarma 13 Ceildag 14 Toragay 15 Bahar 16 Dasgil 17 Dilengez 18 Ayrantoken 19 Qoturdag 20 Axtarma Pasali 21 Agzibir 22 Durovdag 23 Bendovan 24 Qarasu adasi 25 Xere Zire Baki ve Abseron yarimadasinda yerlesen palciq vulkanlarina antropogen tesirlerin aradan qaldirilmasi ve muhafizesinin teskili onlarin fealiyyetinin oyrenilmesinin boyuk elmi ve praktiki ehemiyyetini nezere alaraq bu tebiet servetlerinin qorunmasi ve gelecek nesillere catdirilmasi respublikamizin tebii irsinin genis miqyasda teblig olunmasi meqsedile Azerbaycan Respublikasinin Prezidenti cenab Ilham Eliyevin 15 avqust 2007 ci il tarixli 2315 nomreli Serencamina esasen Baki ve Abseron yarimadasinin palciq vulkanlari qrupu Dovlet Tebiet Qorugu yaradilaraq 52 palciq vulkanina dovlet tebiet qorugu statusu verilmisdir Oz novbesinde Azerbaycan Respublikasi Prezidentinin 15 avqust 2007 ci il tarixli 2315 nomreli Serencamindan ireli gelen meselelerin helli ile elaqedar muvafiq islerin yerine yetirilmesi meqsedi ile Ekologiya ve Tebii Servetler Nazirliyinin 14 sentyabr 2007 ci il tarixli 512 u nomreli Emri ile muvafiq Tedbirler Plani tesdiq edilmisdir Tedbirler Planina esasen Palciq vulkanlari qrupu Dovlet Tebiet Qorugunun Esasnamesinin layihesinin hazirlanmasi ve Nazirler Kabinetine teqdim edilmesi palciq vulkanlari qrupu dovlet tebiet qoruguna daxil olan vulkanlarin yerlesdiyi erazilere baxis kecirilmesi ve inventarlasdirma isinin aparilmasi erazinin serhedlerinin mueyyen edilerek xerite sxeminin hazirlanmasi qoruq elan edilmis palciq vulkanlarindan en cox antropogen tesirlere meruz qalanlarinin Pirekeskul Keyreki Qaradag Dasgil Bozdag Qobu Hokmeli ve s real veziyyetinin qiymetlendirilmesi ve muhafizesinin guclendirilmesi ucun serhedlerinin mueyyenlesdirilmesi qoruq elan olunmus palciq vulkanlarinin muhafizesinin teskili elmi cehetden herterefli tedqiq olunmasi ve bu erazilerde aparilan tikinti islerinin qarsisinin alinmasi istiqametinde islerin teskili nezerde tutulur Hazirda Tedbirler Planina muvafiq olaraq Ekologiya ve Tebii Servetler Nazirliyi terefinden Baki ve Abseron yarimadasinin palciq vulkanlari qrupu Dovlet Tebiet Qorugu nun Esasnamesi hazirlanaraq aidiyyati qurumlarla razilasdirilmis tesdiq olunmaq ucun Nazirler Kabinetine teqdim edilmis ve qoruq statusu verilmis palciq vulkanlarinin sxematik geoloji xeriteleri hazirlanmisdir Hazirda Dovlet Tebiet Qorugu statusu verilmis palciq vulkanlarinin muhafizesi ve tedqiqi istiqametinde diger tedbirler de ardicil olaraq heyata kecirilmekdedir Azerbaycan Respublikasinda palciq vulkanlarinin yayilma xeritesi E E Yaqubova gore Azerbaycan hududlarinda palciq vulkani tezahurleri Xezeryani Quba Samaxi Qobustan Kuryani Abseron vilayetlerinde Baki arxipelaginda ve Kur ve Qabirri caylari arasinda genis yayilmisdir Palciq vulkanlari Abseron yarimadasinin qerb hissesinde Cenubi ve Merkezi Qobustanda ve Xezeryani duzenliyi Xezer denizine qovusan cenub serq hissesinde en cox inkisaf etmisdir Palciq vulkanizminin zeif tezahurleri Boyuk Qafqazin cenub yamacinda Girdimancayin baslangicindan serqde Heftesaib Zengi kendleri yaninda Lahic yaxinliginda Basqal kendi etrafinda qeyd edilir Xezeryani Quba vilayeti Boyuk Qafqazin cenub serq batiminin genis simal dageteyi zolagini ve Xezeryani duzenliyi ehate edir Qaynarca vulkanindan basqa vilayet hududlarinda kicik sopka qrifon ve salzalar rast gelinir Samaxi Qobustan vilayeti Boyuk Qafqazin cenub serq hissesini ehate edir Erazinin simal zonasinda Sixzegirli Mereze Sixiqaya Seytanud Qirqislaq ve basqa vulkanlar yerlesmisdir Cenub zonada Toragay Boyuk Kenizedag Kicik Kenizedag Develidag Utelgi Ayaz Agtirme Ayazaxtarma Nardaran Agtirme Nardaranaxtarma Haciveli ve basqa vulkanlar qeyd olunur Elet tiresi boyu cox iri palciq vulkanlari Dasmerdan Solaxay Ayrantoken Qoturdag Qirdag ve basqa vulkanlar yerlesmisler Kuryani neftli qazli vilayeti Bu vilayet hududlarinda Kalmas Misovdag Qirovdag Durovdag Hamamdag Agzibir Kursengi kimi iri palciq vulkanlari yerlesmisdir Kur ve Qabirri caylari arasi sahe Orta Kur cokekliyi hududlarinda palciq vulkani tezahurleri sopka qrifon ve salza seklindedirler Abseron vilayeti Bu vilayet eyniadli yarimadani ve Xezer denizinin ona qovusan sahil zonasini ehate edir Palciq vulkanlari vilayetin qerb ve merkez hissesinde daha genis yayilmisdir Vilayetin qerbinde ve merkezinde Hokmeli Bineqedi Saray Novxani Zigilpiri Keyreki Abix Bog boga Boyukdas Otman Bozdagi Lokbatan Sonqar Qusxana ve basqa cox iri vulkanlar yerlesmisdir Vilayet hududlarinda Zig ve Bibiheybet erazilerinde gomulmus palciq vulkanlari movcuddur Abseron arxipelaqi hududlarinda Buzovna sopkasi Palciq sopkasi Neft daslari ve basqa iri palciq vulkanlari vardir Baki arxipelaqi vilayeti Bu vilayet Cenubi Xezerin simalda Baliqci burnundan baslamis cenubda Qizilagac korfezinedek uzanan genis qerb hissesini ehate edir Bu vilayetin palciq vulkanlari konuslari su sethinden bas qaldiran ada Bulla Oblivnoy Los Svinoy Qlinyanni ve s ve ya sualti saylardan Kornilov Pavlov sayi Poqorelaya Plita rifi Qolovacev sayi ve s ibaretdir Baki arxipelaginin deniz palciq vulkanlari antiklinal qursaqlarin davaminda zencirvari sira ile duzulmusler Palciq vulkani menseli bir sira sualti saylar Yupiter 1906 ci il sayi 1933 cu il sayi Makarov sayi ve basqalari Abseron yarimadasindan cenubda yerlesmisdir Azerbaycan erazisinde palciq vulkanlari qeyri beraber yayilmislar Onlar bu ve diger olcude kicik ve cox iri yukseklikden ibaret olub Boyuk Qafqazin cenub serq batiminin Kuryani ovaligin Baki arxipelagi Abseron yarimadasi ve Abseron arxipelaginin muasir relyefinin emele gelmesinde boyuk rol oynayirlar Morfoloji cehetden palciq vulkanlari nisbi hundurluyu 5 150 m den 400 500 m dek olan kesik konus seklinde olub xarici gorunusune gore maqmatik vulkanlari xatirladir Onlarin tepesi kratere uygun gelir Kraterin diametri 400 500 m esasinin diametri ise 6000 10000 m ve daha artiq olur Simali ve Merkezi Qobustanin palciq vulkanlari esas etibarile Tebasir ve Paleogen cokuntuleri uzerinde yerlesmisdir Bu zonalardan cenubda yeni Cenubi Qobustan Kuryani ovaligi ve Abseron vilayetinde onlar nisbeten cosqun fealiyyet gosteren vulkanlardir Ayri ayri iri vulkanlara Xezer denizi akvatoriyasinda da rast gelinir Geomorfoloji elametlerine gore Abseron vilayeti simal qerb cenub qerb serq ve Xezer denizi akvatoriyasi kimi dord hisseye bolunur Qerb zonasinda Keyreki Zigilpiri Qobu Bozdagi Guzdek Bozdagi ve s palciq vulkanlari yerlesir Cenub qerb zonasi Abseron yarimadasinin merkezi ve qerb hisselerini ehate edir Bu zonada Lokbatan Qusxana Torpaqli Agtirme Axtarma ve basqa palciq vulkanlarinin konuslari ucalir Yarimadanin serq zonasi Abseron yarimadasinin en alcaq serq hissesini ehate edir ve onun relyefi zeif dislokasiyaya ugramis abseron ehengdaslari ortuyu ile mueyyenlesmisdir Bu zonada Bog boga Qirmaku ve s palciq vulkanlarin kicik konuslari yukselir Abseron yarimadasi derinliyi 30 50 m e qeder olan Xezer denizi akvatoriyasi ile ehate olunmusdur Bu zona hududlarinda Pirallahi Artyom Cilov Qum adalari Darvin Neft daslari Ikiqardas daslari Qriqorenko sualti saylari yerlesmisdir Tektonik cehetden yarimada Boyuk Qafqazin cenub serq batiminda yerlesir Yarimada hududlarinda 36 palciq vulkani Abseron yarimadasinda 8 palciq vulkani ise Abseron arxipelaginda oyrenilmis ve tesvir olunmusdur QizilbogazAzerbaycanda olan palciq vulkanlarinin adlarinin siyahisiAbix Abseron yarimadasi Agdam Qobustan Agzibir Baki Agzibircala da adlanir Agzibir Qaradag rayonunda Xezer denizi sahilinde hundurluyu 120 metr Agziqir Abseron rayonu Agtirme Abseron rayonu Agtirmedali Abseron rayonu Agtirme Qaradag Qaradag rayonu Agtirme Pasali Samaxi rayonu Agtirme Puta Qaradag rayonu Ayazaxtarma Ayrantoken Bahardag Bendovan Bog boga Boyanata Saridas Boyuk Kenizedag palciq vulkani Boyukdas Ceyildag Dasgil Dasmerdan Demirci Dilengez Durovdag Guzdek Bozdagi palciq vulkani Haciveli Hamamdag Xere Zire adasi Kalmas Keyreki Keceldag Kicik Kenizdag Qaradag Pilpilesi Qarasu adasi Qaynarca Qelenderaxtarma Qirdag Qirmaku Qirovdag Qobu Qoturdag Qusxana Nardaranaxtarma Otman Bozdag Saraydag Seytanud Sixiqaya Sixzerli Sonqar Toragay Torpaqli Axtarma Uctepe Utelgi ZigilpiriMenbePALCIQ VULKANLARI 2009 12 25 at the Wayback Machine Telet Kengerli Azerbaycan Respublikasinin geoloji irsi Baki Nafta Press 2013 seh 147 IstinadlarAlimlerimiz dunyada ilke imza atdilar 2016 03 05 at the Wayback Machine xeberle com az Xarici kecidlerEsmira Esedullayeva meqalesi azecology org 2021 12 13 at the Wayback Machine BBC Az Elmler Akademiyasi Geologiya sobesi 2006 10 30 at the Wayback Machine Seda Palciq vulkanlari olkeye gelir getire biler 21 04 2016 Vikianbarda Azerbaycanin palciq vulkanlari ile elaqeli mediafayllar var Hemcinin bax