Bu məqalədəki məlumatların olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni lazımdır. |
Azərbaycanda meşəsizləşdirmə — Azərbaycanda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi.
Azərbaycan Respublikası ərazisinin insan tərəfindən məskunlaşdığı dövrdən indiyə kimi 1 milyon ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində iqlim şəraitinin qlobal dəyişmələri nəticəsində təbii landşaftlar dəfələrlə kökündən dəyişmiş və yenidən yaranmışdır. Bir çox tədqiqatçılar göstərirlər ki, son 40–45 il ərzində apardıqları tədqiqatlara görə 10–12 milyon il ərzində, həmçinin sonuncu minilliklər də daxil edilməklə qolosendə Azərbaycan Respublikası ərazisinin təbii kompleksləri bərpa edilmişdir. Müəyyən edilmişdir ki, son 3 min il ərzində Azərbaycanda dağ meşələrinin sahəsi 5 dəfə,, düzənlik və tuqay meşələrinin sahəsi isə 13 dəfə azalmışdır. Bunun əsas səbəbi əkin sahələrinin genişləndirilməsi və yanacaq əldə etmək məqsədilə meşələrin qırılması olmuşdur. Həmçinin tarixi sənədlərdən məlumdur ki, qədim dövrlərdə və orta əsrlərdə uzun müddət Sassanilərin və Bizansın müharibə meydanına çevrilən Azərbaycanda sonralar ərəblərin, monqolların, İran şahlarının və digər yadellilərin basqınları zamanı ölkənin şəhər və kəndləri ilə yanaşı meşələri də qırılmış, yandırılmış və məhv edilmişdir.
Meşələrin yayılma arealı
Sahəsi 8,66 mln. ha olan Azərbaycan respublikasının 1.25 mln. ha-ı meşələrdən ibarətdir. Lakin təbii və daha çox antropogen amillərin təsirilə meşə daxilində açıq sahələr (talalar) əmələ gəlmiş və bir çox yerlərdə meşənin aşağı və yuxarı sərhəddinin dəyişməsi nəticəsində meşə ilə örtülü sahələr azalmışdır. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi fondunda olan 1,21 mln. ha meşə sahəsinin yalnız 989,33 min ha-nı meşə ilə örtülü torpaqlar təşkil edir. Meşə ilə örtülmüş ərazilərin böyüklüyünə görə Böyük Qafqaz regionu birinci yer tutur. Burada 494,88 min ha meşə var. Bunun 352,69 min ha-ı Böyük Qafqazın cənub yamacının, 142,19 min ha-ı isə şimal-şərq yamacın payına düşür. Kiçik Qafqazdakı meşələrin sahəsi 342,19 min ha təşkil edir. Lakin bunun 230,04 min ha-ı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdir və yalnız 110,22 min ha-ı zəbt olunmamış rayonlardadır. Meşə ilə zəngin rayonlardan biri olan Lənkəran təbii zonasında meşə ilə örtülü sahələr 108,22 min ha-dır. Kür-Araz ovalığında meşələr cəmi 44,04 min ha və Naxçıvan MR-da 1,93 min ha sahə tutur. Beləliklə, Azərbaycanda meşə fondunun əsas hissəsini dağ meşələri təşkil edir.
Meşələrin müasir vəziyyəti
Meşələrin ümumi sahəsi ölkə ərazisinin 14%-ni təşkil etsə də, meşə ilə örtülü sahələr 11%-dən artıq deyildir. Son 20 il ərzindəki iqtisadi böhran şəraitində meşələr xeyli seyrəkləşmiş, onların aşağı sərhədləri nisbətən yuxarı çəkilmiş, yuxarı sərhəddi isə aşağı düşmüşdür. Uzun müddət təbii qazın kəsilməsi, enerji daşıyıcılarının (elektrik enerjisi, neft daşıyıcıları və s.) qıtlığı və baha qiymətə olması üzündən əhali odun tədarük etmək məqsədilə meşələri qırmaqla məşğul idi. Bununla yanaşı tikinti materialları və mebel istehsalı üçün qiymətli ağac növlərinin (qoz, şabalıd, palıd, fıstıq və s.) seçilərək qırılması da meşələrin deqradasiyasına səbəb oldu. Son illərdə mal-qoyun sürülərinin artmasının meşələrə göstərdiyi mənfi təsiri də nəzərə almaq lazımdır.
Meşələrin ekoloji vəziyyəti
Ölkənin hər yerində satılan ağac kömürünü əldə etmək üçün yandırılan ağaclar bir sıra regionlarda meşəsiz yarımsəhraya bənzər landşaftların əmələ gəlməsinə səbəb olmuşdur. Misal üçün İsmayıllı rayonunda Topçu və ona yaxın olan bir neçə kənd ağac kömürü istehsalını özləri üçün peşə seçiblər. Oduncağın tam yanmaması və kömürün ağır olması üçün onlar alovlanmış, közərmiş və kömür həddinə çatmamış ağac hissələrini torpaqla örtürlər. Nəticədə tüstünün və dəm qazının iyi ətrafı bürüyür. Topçu kəndi sakinlərinin dediyinə görə burada yaşayanların əksəriyyəti ciyər və digər xəstəliklərdən əziyyət çəkirlər və çoxu 60 yaşına qədər yaşamırlar. Bu ziyanın bir tərəfi və bəlkə də əsas tərəfidir. Digər tərəfdən İsmayıllı-Qəbələ şose yolu boyunca uzanan yaşıl meşələrin və onların yaratdığı ekocoğrafi şəraitdən insanlar böyük zövq aldığı halda, meşədən 100 m kənara çıxdıqdan sonra birdən birə açılan yarımsəhra və səhra landşaftlarından heyrətə gəlirsən. Uzun illər davam edən bu ağır vəziyyətin qarşısını almaq üçün Topçu və s. kəndlərdə əhalini işlə təmin etmək və meşələrin təcili bərpa edilməsi üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilməlidir. Meşə ilə örtülü dağlıq rayonlarda filiz yataqlarından istifadə edilməsi də meşələr üçün təhlükəlidir. Belə ki, əgər metal açıq üsulla çıxarılarsa, böyük bir ərazidə meşələrin tamamilə məhv olması ilə yanaşı, buradan ətraf rayonlara gəlib çıxan filiz tozu bütün bölgənin təbiətinə ağır zərbə endirə bilər.
Böyük Qafqazda və Lənkəran təbii zonası meşələrinin ekoloji vəziyyəti
Böyük Qafqazda meşələrin antropogen deqradasiyası Kiçik Qafqaz və Lənkəran təbii zonası üçün də səciyyəvidir. Həm də Lənkəran meşələri öz unikallığı ilə fərqlənir. Belə ki, burada bitən ağacların 162-i endemik, bunlardan 95-i nadir, 38-i isə tükənməkdə olan növlərdir. Lənkəran təbii zonasının meşələri haqqında "Xüsusi mühafizə olunan ərazilər" fəslinin "Hirkan Milli parkı" hissəsində daha ətraflı məlumat verilmişdir.
Kiçik Qafqazın meşələrinin ekoloji vəziyyəti
Kiçik Qafqaz meşələrinin 67,25%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Bu ərazilərdə maddi mədəniyyət abidələri ilə yanaşı, qiymətli ağac növlərindən ibarət olan meşələr də məhv edilir. Laçın rayonunda bitən qızıl palıd meşələri tam qırılıb qurtarmasa da, Zəngilan rayonunda Bəsitçay qoruğundakı Qafqaz çinar ağaclarını düşmənlərimiz tamamilə məhv etmişdirlər.
Naxçıvan MR-ın meşələrinin ekoloji vəziyyəti
Naxçıvan MR-ın ərazisi arid və kontinental iqlimi və daha çox bedlend tipli parçalanmaya məruz qalan relyefi ilə səciyyələnir. Belə bir şəraitdə yüksək dağlıq zonada yerləşən və cəmi 2 min ha-dan az sahə tutan seyrək və alçaq meşəliklər iki yerdə-Biçənək aşırımı yaxınlığında və Əlincəçayın yuxarı axınında Zəngəzur dağlarının cənub yamacında yerləşir. Bu meşələrin mühafizəsi ilə yanaşı onların arealının genişləndirilməsi arid və kontinental Naxçıvan regionu üçün ən mühüm ekocoğrafi problemlərdən biri hesab edilməlidir. Azərbaycan təbiətinin orijinal və təkrarolunmaz bir hissəsi olan meşələrin insanın həyatındakı rolu misilsizdir. Ölkəni meşəsiz təsəvvür etmək ağlasığmazdır. Meşələr qırılarsa sel, sürüşmə, uçqun və eroziya prosesləri dağların bütün təbii gözəlliklərini məhv edər, torpaq örtüyü öz münbitliyini tədricən itirərək deqradasiyaya uğrayar, bulaqların əksəriyyəti quruyar, bura üçün səciyyəvi olan fauna və flora məhv olar və nəticədə insanların həyat şəraiti son dərəcə ağırlaşar.
Kür-Araz ovalığının meşələrinin ekoloji vəziyyəti
Kür-Araz ovalığı meşələrinin böyük bir hissəsi Kür çayının hər iki sahili boyunca yaşıl lent kimi uzanan tuqay meşələrindən ibarət olmuşdur. Meşələrin böyük bir hissəsi (30 min ha-a qədər) orta Kür kaskadı su anbarlarının altında qalmış, aşağı byefdə olanlar isə onları qidalandıran daşqınların qarşısı alındığı üçün və yeni əkin sahələri və oduncaq əldə etmək məqsədilə məhv edilmişdir. Kür-Araz ovalığının bir çox yerlərində mövcud olan kiçik meşəliklər iqtisadi böhran illərində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. Buna misal olaraq Bərdə rayonu ərazisindəki ağ qovaq, söyüd, qarağac, saqqız ağacı meşəliklərini, Saatlı, Biləsuvar, Beyləqan, Ağcabədi, Ucar, Ağsu və s. rayonlardakı meşə qoruğu zolaqlarını göstərmək olar.
Həmçinin bax
İstinadlar
- Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaledeki melumatlarin yoxlanilabiler olmasi ucun elave menbelere ehtiyac var Daha etrafli melumat ve ya meqaledeki problemlerle bagli muzakire aparmaq ucun diqqet yetire bilersiniz Lutfen meqaleye etibarli menbeler elave ederek bu meqaleni tekmillesdirmeye komek edin Menbesiz mezmun problemler yarada ve siline biler Problemler hell edilmemis sablonu meqaleden cixarmayin Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Azerbaycanda mesesizlesdirme Azerbaycanda mese torpaqlarinin mese ortuyu olmayan torpaqlara cevrilmesi prosesi Azerbaycan Respublikasi erazisinin insan terefinden meskunlasdigi dovrden indiye kimi 1 milyon ilden artiq vaxt kecmisdir Bu muddet erzinde iqlim seraitinin qlobal deyismeleri neticesinde tebii landsaftlar defelerle kokunden deyismis ve yeniden yaranmisdir Bir cox tedqiqatcilar gosterirler ki son 40 45 il erzinde apardiqlari tedqiqatlara gore 10 12 milyon il erzinde hemcinin sonuncu minillikler de daxil edilmekle qolosende Azerbaycan Respublikasi erazisinin tebii kompleksleri berpa edilmisdir Mueyyen edilmisdir ki son 3 min il erzinde Azerbaycanda dag meselerinin sahesi 5 defe duzenlik ve tuqay meselerinin sahesi ise 13 defe azalmisdir Bunun esas sebebi ekin sahelerinin genislendirilmesi ve yanacaq elde etmek meqsedile meselerin qirilmasi olmusdur Hemcinin tarixi senedlerden melumdur ki qedim dovrlerde ve orta esrlerde uzun muddet Sassanilerin ve Bizansin muharibe meydanina cevrilen Azerbaycanda sonralar ereblerin monqollarin Iran sahlarinin ve diger yadellilerin basqinlari zamani olkenin seher ve kendleri ile yanasi meseleri de qirilmis yandirilmis ve mehv edilmisdir Meselerin yayilma arealiSahesi 8 66 mln ha olan Azerbaycan respublikasinin 1 25 mln ha i meselerden ibaretdir Lakin tebii ve daha cox antropogen amillerin tesirile mese daxilinde aciq saheler talalar emele gelmis ve bir cox yerlerde mesenin asagi ve yuxari serheddinin deyismesi neticesinde mese ile ortulu saheler azalmisdir Azerbaycan Ekologiya ve Tebii Servetler Nazirliyi fondunda olan 1 21 mln ha mese sahesinin yalniz 989 33 min ha ni mese ile ortulu torpaqlar teskil edir Mese ile ortulmus erazilerin boyukluyune gore Boyuk Qafqaz regionu birinci yer tutur Burada 494 88 min ha mese var Bunun 352 69 min ha i Boyuk Qafqazin cenub yamacinin 142 19 min ha i ise simal serq yamacin payina dusur Kicik Qafqazdaki meselerin sahesi 342 19 min ha teskil edir Lakin bunun 230 04 min ha i Ermenistan Silahli Quvveleri terefinden isgal olunmus erazilerdir ve yalniz 110 22 min ha i zebt olunmamis rayonlardadir Mese ile zengin rayonlardan biri olan Lenkeran tebii zonasinda mese ile ortulu saheler 108 22 min ha dir Kur Araz ovaliginda meseler cemi 44 04 min ha ve Naxcivan MR da 1 93 min ha sahe tutur Belelikle Azerbaycanda mese fondunun esas hissesini dag meseleri teskil edir Meselerin muasir veziyyetiMeselerin umumi sahesi olke erazisinin 14 ni teskil etse de mese ile ortulu saheler 11 den artiq deyildir Son 20 il erzindeki iqtisadi bohran seraitinde meseler xeyli seyreklesmis onlarin asagi serhedleri nisbeten yuxari cekilmis yuxari serheddi ise asagi dusmusdur Uzun muddet tebii qazin kesilmesi enerji dasiyicilarinin elektrik enerjisi neft dasiyicilari ve s qitligi ve baha qiymete olmasi uzunden ehali odun tedaruk etmek meqsedile meseleri qirmaqla mesgul idi Bununla yanasi tikinti materiallari ve mebel istehsali ucun qiymetli agac novlerinin qoz sabalid palid fistiq ve s secilerek qirilmasi da meselerin deqradasiyasina sebeb oldu Son illerde mal qoyun surulerinin artmasinin meselere gosterdiyi menfi tesiri de nezere almaq lazimdir Meselerin ekoloji veziyyetiOlkenin her yerinde satilan agac komurunu elde etmek ucun yandirilan agaclar bir sira regionlarda mesesiz yarimsehraya benzer landsaftlarin emele gelmesine sebeb olmusdur Misal ucun Ismayilli rayonunda Topcu ve ona yaxin olan bir nece kend agac komuru istehsalini ozleri ucun pese secibler Oduncagin tam yanmamasi ve komurun agir olmasi ucun onlar alovlanmis kozermis ve komur heddine catmamis agac hisselerini torpaqla orturler Neticede tustunun ve dem qazinin iyi etrafi buruyur Topcu kendi sakinlerinin dediyine gore burada yasayanlarin ekseriyyeti ciyer ve diger xesteliklerden eziyyet cekirler ve coxu 60 yasina qeder yasamirlar Bu ziyanin bir terefi ve belke de esas terefidir Diger terefden Ismayilli Qebele sose yolu boyunca uzanan yasil meselerin ve onlarin yaratdigi ekocografi seraitden insanlar boyuk zovq aldigi halda meseden 100 m kenara cixdiqdan sonra birden bire acilan yarimsehra ve sehra landsaftlarindan heyrete gelirsen Uzun iller davam eden bu agir veziyyetin qarsisini almaq ucun Topcu ve s kendlerde ehalini isle temin etmek ve meselerin tecili berpa edilmesi ucun dovlet seviyyesinde tedbirler heyata kecirilmelidir Mese ile ortulu dagliq rayonlarda filiz yataqlarindan istifade edilmesi de meseler ucun tehlukelidir Bele ki eger metal aciq usulla cixarilarsa boyuk bir erazide meselerin tamamile mehv olmasi ile yanasi buradan etraf rayonlara gelib cixan filiz tozu butun bolgenin tebietine agir zerbe endire biler Boyuk Qafqazda ve Lenkeran tebii zonasi meselerinin ekoloji veziyyeti Boyuk Qafqazda meselerin antropogen deqradasiyasi Kicik Qafqaz ve Lenkeran tebii zonasi ucun de seciyyevidir Hem de Lenkeran meseleri oz unikalligi ile ferqlenir Bele ki burada biten agaclarin 162 i endemik bunlardan 95 i nadir 38 i ise tukenmekde olan novlerdir Lenkeran tebii zonasinin meseleri haqqinda Xususi muhafize olunan eraziler feslinin Hirkan Milli parki hissesinde daha etrafli melumat verilmisdir Kicik Qafqazin meselerinin ekoloji veziyyeti Kicik Qafqaz meselerinin 67 25 i Ermenistan Silahli Quvveleri terefinden isgal olunmusdur Bu erazilerde maddi medeniyyet abideleri ile yanasi qiymetli agac novlerinden ibaret olan meseler de mehv edilir Lacin rayonunda biten qizil palid meseleri tam qirilib qurtarmasa da Zengilan rayonunda Besitcay qorugundaki Qafqaz cinar agaclarini dusmenlerimiz tamamile mehv etmisdirler Naxcivan MR in meselerinin ekoloji veziyyeti Naxcivan MR in erazisi arid ve kontinental iqlimi ve daha cox bedlend tipli parcalanmaya meruz qalan relyefi ile seciyyelenir Bele bir seraitde yuksek dagliq zonada yerlesen ve cemi 2 min ha dan az sahe tutan seyrek ve alcaq meselikler iki yerde Bicenek asirimi yaxinliginda ve Elincecayin yuxari axininda Zengezur daglarinin cenub yamacinda yerlesir Bu meselerin muhafizesi ile yanasi onlarin arealinin genislendirilmesi arid ve kontinental Naxcivan regionu ucun en muhum ekocografi problemlerden biri hesab edilmelidir Azerbaycan tebietinin orijinal ve tekrarolunmaz bir hissesi olan meselerin insanin heyatindaki rolu misilsizdir Olkeni mesesiz tesevvur etmek aglasigmazdir Meseler qirilarsa sel surusme ucqun ve eroziya prosesleri daglarin butun tebii gozelliklerini mehv eder torpaq ortuyu oz munbitliyini tedricen itirerek deqradasiyaya ugrayar bulaqlarin ekseriyyeti quruyar bura ucun seciyyevi olan fauna ve flora mehv olar ve neticede insanlarin heyat seraiti son derece agirlasar Kur Araz ovaliginin meselerinin ekoloji veziyyeti Kur Araz ovaligi meselerinin boyuk bir hissesi Kur cayinin her iki sahili boyunca yasil lent kimi uzanan tuqay meselerinden ibaret olmusdur Meselerin boyuk bir hissesi 30 min ha a qeder orta Kur kaskadi su anbarlarinin altinda qalmis asagi byefde olanlar ise onlari qidalandiran dasqinlarin qarsisi alindigi ucun ve yeni ekin saheleri ve oduncaq elde etmek meqsedile mehv edilmisdir Kur Araz ovaliginin bir cox yerlerinde movcud olan kicik meselikler iqtisadi bohran illerinde mehv olmaq tehlukesi qarsisinda qalmisdir Buna misal olaraq Berde rayonu erazisindeki ag qovaq soyud qaragac saqqiz agaci meseliklerini Saatli Bilesuvar Beyleqan Agcabedi Ucar Agsu ve s rayonlardaki mese qorugu zolaqlarini gostermek olar Hemcinin baxBoyuk Qafqaz fiziki cografi vilayetinin ekocografi problemleriIstinadlarXelilov S B Azerbaycanin ekocografi problemleri Baki 2006