Mərkəzi Avropa İttifaqı ölkələri ilə (Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası, Bolqarıstan) ilə Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqı) dövlətləri arasında İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans.Batum müqaviləsi imzalandıqdan (1918, 4 iyun) 2 gün sonra Gürcüstan hökuməti Almaniyanın Xarici İşlər Nazirliyinə verdiyi notada Brest-Litovsk sülhü əsasında Dördlər İttifaqı ilə Gürcüstan arasında əlaqələr yaartmaq üçün konfrans keçirməyi təklif etdi. 1918-ci ilin, iyunun 9-da cavab notasında Alman hökuməti konfrans çağırılmasına tərəfdar olduğunu bildirdi, lakin onun təkcə Gürcüstanla deyil, Qafqazın digər respublikaları ilə də birgə, İstanbulda keçirilməsini təklif etdi. Almaniya öz müttəfiqlərini, Osmanlı imperiyası vasitəsilə də Qafqaz respublikalarını konfransa dəvət etdi. İyunun 17-də Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi II hökumət kabinetinin qəbul etdiyi ilk qərarlardan biri də İstanbula göndəriləcək nümayəndə heyətini müəyyən etmək oldu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İstanbula nümayəndələr göndərilməsi haqqında qərarı
1918-ci ilin iyunun 18-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmiş qərar. Həmin qərara əsasən, Mərkəzi Avropa İttifaqı ölkələri və Qafqaz ölkələri arasında İstanbulda keçiriləcək konfransa Məhəmməd Əmin Rəsulzadə (sədr), ədliyyə naziri Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdiskidən ibarət nümayəndə heyətinin tərkibi təsdiq olunmuşdu. Hökumətin bu qərarından sonra nümayəndə heyəti təcili yola salınmışdı.
Nümayəndə heyəti İstanbulda
Azərbaycan nümayəndələri iyunun 24-də İstanbula gəldi. İyulun əvvəllərində konfransa gəlmiş nümayəndələr bir sıra iki tərəfli gizli görüşlər keçirmiş və danışıqlar aparmışdılar. İki tərəfli danışıqların gedişində Qafqaz respublikaları öz nüfuz dairələrinə daxil etmək uğrunda Almaniya ilə Osmanlı arasında gərgin mübarizə gedirdi. Bu mübarizədə gürcülər almanların, azərbaycanlılar isə türklərin tərəfində olduqlarını nümayiş etdirdilər. Ermənilər isə tərəddüd keçirirdilər. Danışıqların gedişində Alman nümayəndələri belə bir fikrə gəldilər ki, Bakı probleminin həllinin açarı Moskvadadır. Ona görə də, Almaniya Sovet Rusiyasının nümayəndələrinin konfransa dəvət olunmasını təklif etdi. Türkiyə bu təklifi qəti surətdə rədd etdi. Bundan sonra almanlar Bakı və Azərbaycan barədə Sovet Rusiyası ilə gizli danışıqlara başladılar. Berlində 3 aya qədər davam edən danışıqlar, nəhayət ki, Brest müqaviləsinə əlavə olaraq, Osmanlıdan gizli şəkildə Almaniya ilə Sovet Rusiyası arasında 27 avqust sazişinin imzalanması ilə nəticələndi. 8 fəsil və 17 maddədən ibarət olan sazişin VI fəsli bilavasitə Qafqaza, 14-cü maddəsi isə Azərbaycana aid idi. Burada göstərilirdi ki, Almaniya Qafqazda Gürcüstan sərhədlərindən kənarda gedən hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə yardım etməyəcək. Rusiya Bakı vilayətində neft hasilatını bütün imkanları daxilində artıracağını, çıxarılan neftin ¼ hissəsini isə hər ay Almaniyaya verəcəyini vəd edirdi. Sazişin Qafqaza aid hissəsi, ilk növbədə, Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bu məsələ ilə əlaqədar Məhəmməd Əmin Rəsulzadə İstanbuldan Azərbaycan Cümhuriyyəti hökumətinə yazırdı:
Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt qarşsıında qalsın |
1918-ci ilin sentyabr ayının 15-də Qafqaz İslam Ordusu və Azərbaycan hərbi qüvvələri Bakını azad etdi. Bu, Tələt paşanın Berlində almanlarla apardığı danışıqlara, həqiqətən ciddi təsir göstərdi. Sentyabrın 23-də imzalanmış Almaniya-Osmanlı protokolu ilə Almaniya Rusiya ilə bağladığı 27 avqust sazişindən rəsmən imtina etdiyini bildirdi və Azərbaycanı diplomatik cəhətdən tanıyacağını və ilk addım kimi, Bakıda tezliklə konsulluq açacağını bildirdi.
Nəticə
1918-ci ilin payızında Almaniya-Osmanlı bloku ölkələrinin dünya müharibəsində ağır məğlubiyyətə uğraması nəticəsində, oktyabrın 30-da Türkiyə İngiltərə ilə ağır şərtlərlə Mudros barışığını (1918) imzalamağa məcbur oldu. Mudros barışığının 11-ci maddəsinə görə, Osmanlı orduları Cənubi Azərbaycanı və Cənubi Qafqazı tərk etməli idi. 1918-ci il oktyabrın axırlarında İstanbul konfransında iştirak etmək üçün Osmanlı imperiyasıpna getmiş Azərbaycan nümayəndə heyəti Mərkəzi Avropa ölkələrinin Cümhuriyyətin istiqlaliyyətini tanıyacaqlarına ümidlərini itirdi və yaranmış böhranlı vəziyyətdə konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdı.
Qalereya
- Azərbaycan Heyəti-Mürəxxəsəsi
- Ermənistan Heyəti-Mürəxxəsəsi
Həmçinin bax
Mənbə
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, "İstanbul konfransı" maddəsi
İstinadlar
- Azərbaycan tarixi 7 cilddə, V cild.
- Cəmin Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920), Bakı, 1993
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Merkezi Avropa Ittifaqi olkeleri ile Almaniya Avstriya Macaristan Osmanli imperiyasi Bolqaristan ile Qafqaz Azerbaycan Gurcustan Ermenistan ve Daglilar Ittifaqi dovletleri arasinda Istanbulda kecirilmesi nezerde tutulan beynelxalq konfrans Batum muqavilesi imzalandiqdan 1918 4 iyun 2 gun sonra Gurcustan hokumeti Almaniyanin Xarici Isler Nazirliyine verdiyi notada Brest Litovsk sulhu esasinda Dordler Ittifaqi ile Gurcustan arasinda elaqeler yaartmaq ucun konfrans kecirmeyi teklif etdi 1918 ci ilin iyunun 9 da cavab notasinda Alman hokumeti konfrans cagirilmasina terefdar oldugunu bildirdi lakin onun tekce Gurcustanla deyil Qafqazin diger respublikalari ile de birge Istanbulda kecirilmesini teklif etdi Almaniya oz muttefiqlerini Osmanli imperiyasi vasitesile de Qafqaz respublikalarini konfransa devet etdi Iyunun 17 de Feteli xan Xoyskinin Gencede teskil etdiyi II hokumet kabinetinin qebul etdiyi ilk qerarlardan biri de Istanbula gonderilecek numayende heyetini mueyyen etmek oldu Istanbul Konfransina gonderilmis Azerbaycan Heyeti Murexxesesinin uzvleriAzerbaycan Xalq Cumhuriyyeti hokumetinin Istanbula numayendeler gonderilmesi haqqinda qerari1918 ci ilin iyunun 18 de Feteli xan Xoyskinin basciliq etdiyi Azerbaycan Xalq Cumhuriyyeti hokumeti terefinden qebul edilmis qerar Hemin qerara esasen Merkezi Avropa Ittifaqi olkeleri ve Qafqaz olkeleri arasinda Istanbulda kecirilecek konfransa Mehemmed Emin Resulzade sedr edliyye naziri Xelil bey Xasmemmedov ve Aslan bey Sefikurdiskiden ibaret numayende heyetinin terkibi tesdiq olunmusdu Hokumetin bu qerarindan sonra numayende heyeti tecili yola salinmisdi Numayende heyeti IstanbuldaAzerbaycan numayendeleri iyunun 24 de Istanbula geldi Iyulun evvellerinde konfransa gelmis numayendeler bir sira iki terefli gizli gorusler kecirmis ve danisiqlar aparmisdilar Iki terefli danisiqlarin gedisinde Qafqaz respublikalari oz nufuz dairelerine daxil etmek ugrunda Almaniya ile Osmanli arasinda gergin mubarize gedirdi Bu mubarizede gurculer almanlarin azerbaycanlilar ise turklerin terefinde olduqlarini numayis etdirdiler Ermeniler ise tereddud kecirirdiler Danisiqlarin gedisinde Alman numayendeleri bele bir fikre geldiler ki Baki probleminin hellinin acari Moskvadadir Ona gore de Almaniya Sovet Rusiyasinin numayendelerinin konfransa devet olunmasini teklif etdi Turkiye bu teklifi qeti suretde redd etdi Bundan sonra almanlar Baki ve Azerbaycan barede Sovet Rusiyasi ile gizli danisiqlara basladilar Berlinde 3 aya qeder davam eden danisiqlar nehayet ki Brest muqavilesine elave olaraq Osmanlidan gizli sekilde Almaniya ile Sovet Rusiyasi arasinda 27 avqust sazisinin imzalanmasi ile neticelendi 8 fesil ve 17 maddeden ibaret olan sazisin VI fesli bilavasite Qafqaza 14 cu maddesi ise Azerbaycana aid idi Burada gosterilirdi ki Almaniya Qafqazda Gurcustan serhedlerinden kenarda geden herbi emeliyyatlarda her hansi ucuncu dovlete yardim etmeyecek Rusiya Baki vilayetinde neft hasilatini butun imkanlari daxilinde artiracagini cixarilan neftin hissesini ise her ay Almaniyaya vereceyini ved edirdi Sazisin Qafqaza aid hissesi ilk novbede Azerbaycan dovletinin erazi butovluyune qarsi yonelmisdi Bu mesele ile elaqedar Mehemmed Emin Resulzade Istanbuldan Azerbaycan Cumhuriyyeti hokumetine yazirdi Siz Bakini tutmalisiniz ki hami bas vermis fakt qarssiinda qalsin 1918 ci ilin sentyabr ayinin 15 de Qafqaz Islam Ordusu ve Azerbaycan herbi quvveleri Bakini azad etdi Bu Telet pasanin Berlinde almanlarla apardigi danisiqlara heqiqeten ciddi tesir gosterdi Sentyabrin 23 de imzalanmis Almaniya Osmanli protokolu ile Almaniya Rusiya ile bagladigi 27 avqust sazisinden resmen imtina etdiyini bildirdi ve Azerbaycani diplomatik cehetden taniyacagini ve ilk addim kimi Bakida tezlikle konsulluq acacagini bildirdi Netice1918 ci ilin payizinda Almaniya Osmanli bloku olkelerinin dunya muharibesinde agir meglubiyyete ugramasi neticesinde oktyabrin 30 da Turkiye Ingiltere ile agir sertlerle Mudros barisigini 1918 imzalamaga mecbur oldu Mudros barisiginin 11 ci maddesine gore Osmanli ordulari Cenubi Azerbaycani ve Cenubi Qafqazi terk etmeli idi 1918 ci il oktyabrin axirlarinda Istanbul konfransinda istirak etmek ucun Osmanli imperiyasipna getmis Azerbaycan numayende heyeti Merkezi Avropa olkelerinin Cumhuriyyetin istiqlaliyyetini taniyacaqlarina umidlerini itirdi ve yaranmis bohranli veziyyetde konfransin artiq bas tutmayacagina emin olaraq Bakiya qayitdi QalereyaAzerbaycan Heyeti Murexxesesi Ermenistan Heyeti MurexxesesiHemcinin baxAzerbaycan Xalq Cumhuriyyeti Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyasetiMenbeAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi Istanbul konfransi maddesiIstinadlarAzerbaycan tarixi 7 cildde V cild Cemin Hesenli Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 Baki 1993