Xarici xidmət orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi
28 may 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox, xarici amillərlə də bağlı idi. I Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər dövründə təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində Ə.M.Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ə.Ağayev, N.Yusifbəyli, Ə.Şeyxülislamov, Ceyhun Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və digərləri yaxından iştirak etmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin inkişaf mərhələləri
Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel).
XX əsrin əvvəllərindən Azərbaycanda genişlənən milli-azadlıq mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanın türk-müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və inkişafına ciddi təkan verdi.
Osmanlı dövlətilə münasibətlər
Balkan müharibələri dövründə Rusiyada antitürk əhvali-ruhiyyəsinin qızışdırılması bir tərəfdən Qafqaz müsəlmanlarını ondan narazı saldı, digər tərəfdən isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Bu dövrdə milliyyətçi qüvvələrin yaydığı bəyannamədə göstərilirdi: "Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin istiqlalı və onun tərəqqisidir".
I Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə olan təbii meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə yeni mərhələyə daxil oldu.
Bu yeni mərhələnin səciyyəvi cəhəti ondan ibarət idi ki, azərbaycanlıların Osmanlı dövlətinə söykənməyi milli idealla yanaşı, meyli dərəcədə millətin fiziki varlığının hifz edilməsi zərurətindən irəli gəlirdi.
1918-ci ilin əvvəllərində Trabzon və Batum danışıqları Zaqafqaziya Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarını üzə çıxartdı. Trabzon danışıqları dayandırıldıqdan sonra Batuma səfər edən Ənvər Paşa Trabzonda Zaqafqaziya hökumətinin dağılacağı təqdirdə Türkiyə ilə geniş sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini bildirdi.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu. 1918 il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya - Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi.
Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil edirdi. Müqavilədə göstərilirdi: "Bir tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyin elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər".4 iyun müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı.
Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu. Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi. Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də, Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nümayəndələri səmərəli danışıqlar apardılar.
Sentyabın 6-da isə Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi qəbul (audiensiya) mərasimi düzəltmişdi. Gözləmə zalında bir çox xarici nümayəndəliklər olmasına baxmayaraq, Sultanın şəxsi təşəbbüsü ilə Azərbaycan nümayəndələri birinci qəbul edildilər. Onları Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Xalq Cümhuriyyəti adından VI Mehmeti təbrik edən Məhəmməd Əmin Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi: "Sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək, bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm".
Bu qəbul barədə Azərbaycan hökumətinə məlumat verən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu".
1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxalq vəziyyət Bakının tezliklə azad edilməsini zəruri edirdi. Dünya müharibəsinin sonunda Bakı Türkiyə, Almaniya, İngiltərə, Sovet Rusiyası arasında mübarizənin əsas obyektinə çevrilmişdi.
1918-ci ilin yayında İstanbulda vəziyyəti müşahidə edən almanlara aydın oldu ki, Türkiyənin müdafiə etdiyi Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını heç kimə güzəştə getmək istəmir. Buna görə, almanlar Bakı ilə bağlı planlarına Sovet Rusiyası vasitəsilə çatmaq fikrinə düşdülər və bu məqsədlə onunla gizli danışıqlara başladılar. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Kommunası yıxıldı. Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan ingilislər şəhəri Qafqaz İslam Ordusunun hücumundan müdafiə etmək iqtidarında deyildilər. Nəhayət, Berlində üç aya qədər davam edən Almaniya-Rusiya danışıqları avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi:"Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü dövlətə heç bir yardım etməyəcək. Rusiya Bakı vilayətində neft çıxarılmasını bütün imkanları daxilində artıracaq, çıxarılan neftin dörddə birini Almaniyaya verəcək.
İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya - Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik nümayəndəliklərinə də verildi.
1918-ci il sentyabrın əvvəllərində Azərbaycan nümayəndələri Sədr-Əzəm Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı Tələt Paşanın Berlinə səfəri ərəfəsində Almaniyanın Bakı məsələsində tutduğu mövqe, Bakının tezliklə azad edilməsinin zəruriliyi müzakirə olundu.
Az sonra Berlinə gedən Tələt Paşa təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının edilməsində mühüm əhəmiyyətə malik oldu. Sentyabrın ortalar Azərbaycan-Türkiyə hərbi qüvvələri Bakıya girdi.
Bakının azad edilməsi istiqlalı elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplomatik cəhətdən təmin edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində bərqərar etdi.
Bakının azad edilməsi barəsində məlumatı Ənvər Paşa İstanbulda olan Azərbaycan nümayəndələrinə çatdırdı. İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə və xarici işlər naziri Məmmədhəsən Hacınskiyə yazdığı məktubda Məhəmməd Əmin Rəsulzadə göstərirdi ki, Bakının alınması burada əhvali-ruhiyyəni qaldırmışdır. Bakı azad edildikdən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts, AvstriyaMacarıstan diplomatik nümayəndələri, Osmanlı Sultanlığının Qafqaz Ordusunun hərbi qərargahı Bakıya gəldi.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun İstanbul missiyasının böyük əhəmiyyəti oldu. O, 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və Azərbaycan hökumətinin fövqəladə səlahiyyətli naziri kimi işə başladı.
Berlin danışıqlarından sonra oktyabrın 2-də Ə.M.Topçubaşovu qəbul edən Tələt Paşa məlumat verərkən bildirmişdi ki, Azərbaycanın mənafeyi naminə nə mümkündürsə, hamısını etmişdir. Danışıqlar zamanı Tələt Paşa Berlindəki rus səfiri A.A.İoffenin Azərbaycana münasibətdə qərəzli mövqeyini də açıqladı.
1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi dövlət nümayəndələri ilə bir sıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət ərəfəsində böhran içərisində olduğu və ay yarım ərzində üç hökumət kabineti dəyişdiyi üçün Azərbaycanla Osmanlı dövləti arasında sabit münasibətləri bərqərar etmək mümkün olmadı.
1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil, Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı. Barışığın 11-ci maddəsinə görə, Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, on beşinci maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.
Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının Azərbaycana aid maddələrinə etirazını bildirdi. Lakin bu etirazın elə bir əhəmiyyəti olmadı. Mudros barışığının Azərbaycana aid maddələrinə görə, Osmanlı dövlətindən narazı qalmasına baxmayaraq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri olmasından ehtiyat etməyərək, noyabrın 10-da Azərbaycan hökuməti Respublikanı tərk edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində Türkiyə oriyentaliyası dövrü başa çatdı.
Qərb dövlətləri ilə münasibətlər
I Dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı.I Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar. İngiltərənin baş naziri fikrincə, müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər mümkün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.
1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun "Bakıda ən bacarıqlı adamlardan biri" saydığı Fətəli xan Xoyskinin hökuməti ölkədə koalisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.
Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən buraya böyük müttəfiq millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məmləkətdə sülh və ədaləti bərpa etməkdir. Müttəfiqlərin qələbəsi hüquqi-ədalət və millətlərin təyini-müqəddəra-ixtiyari təmininin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-istiqbaldan naşı təşəkkürümü bəyan edirəm. Qoşunlarımız məmləkətinizdə bulunduqca hüsni-qəbul və hər dürlü müzahirət görəcəklərinə ümidvaram. Məmləkətinizin ticarət sənaətinin tərəqqisinə var qüvvəmiz ilə çalışacağıq.
Fətəli xan Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, "Azərbaycan dairəsində İngiltərə hökuməti Azərbaycan hökuməti-Cümhuriyyəsini tanıyır və qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər barədə kömək edəcəkdir. Ayrı-ayrı millətlərin təyini-müqəddərat hüququ İngiltərə hökuməti nöqteyi-nəzərincə müdafiə edilməlidir. Sülh konfransında İngiltərə nümayəndələri bunu müdafiə edəcəklərdir. Bundan əlavə, general bəyan etmişdir ki, müttəfiqlər komandanlığı təzə təşkil edilmiş Zaqafqaziya hökumətlərinin daxili işlərinə qarışmayacaqdır. Və müttəfiqlərin yeganə məqsədi bu dövlətlərdə asayiş və müsalimətə kömək etməkdir". Əlbəttə, bu, tək general C.Milnin fikri deyildi, 1918-ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Britaniya hökumətinin iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi ki, Cənubi Qafqazda sabitlik lazımdır, əks təqdirdə "anarxiya, qarma-qarışıqlıq, yaxud bolşevizm" bu regionda ingilis siyasətinə maneçilik törədə bilər.
1919-cu ilin əvvəllərindən başlayaraq İngiltərə-Azərbaycan əlaqələri Bakıda olan ingilis komandanlığı, stanbuldakı ingilis hərbi və diplomatik nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata keçirilirdi.
Dekabr ayında ingilislər Batum və Tiflisi də tutdular və 1919-cu ilin yayına qədər Qafqazda qaldılar. İngilislərin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi tədricən aradan qaldırıldığına görə, Azərbaycan hökuməti bütün işləri öz əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliyini bərqərar edirdi.
U.Çörçill sonralar öz xatirələrində yazırdı ki, Cənubi Qafqaza daxil olmuş 20 minlik Britaniya Ordusunun yardımı ilə Gürcüstan, Ermənistan və Azərbaycan tam müstəqil olmalı idi və bu müstəqil dövlətlər İrana və Türkiyəyə bolşeviklərin gözlənilən müdaxiləsinin qarşısındadurmalı idilər. Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə qarşılıqlı mehriban münasibətlər yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan parlamen tinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: "Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər".
Dövlətlərarası münasibətlərdə yeni mərhələ
Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respııblikası ilə əməkdaşlığı inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr bağladı. İki dövlət arası bağlanmış müqaviləyə əsasən, Azərbaycan hökuməti ciddi maliyyə çətinlikləri ilə qarşılaşmış, Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrlə ona yardım göstərəcəyini bildirmişdi. 1919-cu il mart ayının əvvəllərində general Tomsona etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: "Dağlılar üçün ağır bir zamanda Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır".Təkcə Dağıstanı deyil, bütün Qafqazı hədələyən ağ və qırmızı Rusiyasına münasibətdə Azərbaycan hökumətinin mövqeyi respublika XİN-nin Kuban hökumətindəki səlahiyyətli nümayəndəsi C.Rüstəmbəyova məktubunda öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim hökumətin fikri belədir: kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və i.a., Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir".
Cənubi Qafqazın üç yeni respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Məmmədhəsən Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumətinin xariıci işlər idarəsinin başçısına yazırdı: "Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir". Azərbaycan hökumətinin ciddi səyi ilə Qarayazıdakı status-kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə məsələnin müzakirəsi 1919-cu il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cu ilin iyununda, Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz konfransı öz işini dayandırdı. Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru irəliləməsi Azərbaycan-Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümumqafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cu il iyunun 16-da iki dövlət arasında üç il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Eyni zamanda müqavilənin 10-cu bəndində göstərilirdi ki, "bu müqavilə barədə rəs mi mə lumat verildikdən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər". Həmin müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi.
16 iyun hərbi-müdafiə paktına uyğun olaraq, tərəflər hərbi-texniki saziş imzaladılar və birgə hərbi Şura yaratdılar. İngilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı general C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir N.Yusifbəyliyə radioteleqram göndərdi.
Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr çox çətin və ziddiyyətli bir yol keçsə də, 1920-ci ilin əvvəllərində normal məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-fakto tanındı.
İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha çox isə anlaşılmazlıqlar 1919-cu ilin ortalarından etibarən öz yerini əməkdaşlıq meyllərinə verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran komissiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra tərəflərini əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayının 20-də iki dövlət arasında əməkdaşlığın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş imzalandı.
Mənbə
İstinadlar
- .Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Ankara, 1991, səh. 40 (Türk dilində).
- Həsən1i C. Azərbaycan tarixi: Türkiyə yardımından Rusiya işğalına qədər, səh. 72.
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, iş 88, v. 1.
- Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti, səh. 39-40.
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 970, siy. 1, iş 138, v. 4.
- Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində, səh.119
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, siy. 10, iş 150, v. 2-3
- Ключников Ю.В., Сабанин А . Междунар. политика нов. времени в договорах, нотах и декларациях. Часть II. М.,1928, səh.188.
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), ф.970, сий.1, иш 68, в.2.
- Токаржевский Е . А. Из истории иностранной интервенции и гражданской войны... səh.11
- 28 mау 1918. Azərbaycan Cümhuriyyəti istiqlalının birinci sənaye dövriyyəsi, Bakı, 1919, səh.12.
- Ziyadxanlı A . Azərbaycan, səh.94.
- Черчилль У. Мировой кризис, səh. 106
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f .970, siy. 1, iş 146, v. 28.
- Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f 970, siy. l, iş 64, v.15.
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra-ARDA), f. 894, siy. 10, iş 70, v. 5.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xarici xidmet orqanlarinin teskilati strukturunun tekmillesdirilmesi28 may 1918 ci ilde musteqilliyini elan etmis genc Azerbaycan Xalq Cumhuriyyeti xarici siyaset meselelerine xususi diqqet yetirirdi Istiqlaliyyetin qorunub saxlanmasi daxilden daha cox xarici amillerle de bagli idi I Dunya muharibesinin getdiyi murekkeb beynelxalq seraitde istirakci olkelerin Qafqaz ve onun zengin guselerinden olan Azerbaycan ugrunda herbi emeliyyatlarin genislendiyi dovrde Azerbaycanin dovlet musteqilliyinin qorunmasi onun ugrunda mubarizelerde yetismis siyasetcilerden ve dovlet xadimlerinden her an deyisen veziyyete uygun cevik siyasi manevretme bacarigi teleb edirdi Azerbaycan diplomatiyasinin bu cetin vezifenin ohdesinden gelmesi ucun 1918 1920 ci iller dovrunde teskil olunmus muxtelif hokumet kabinetlerinde Xarici Isler Nazirliyinin mohkemlendirilmesi ve teskilati strukturunun tekmillesdirilmesine boyuk diqqet yetirilirdi Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaset idaresine muxtelif vaxtlarda dovrunun ziyalilari dunya siyasetinin sirlerine beled olan cevik diplomatik bacariga malik Feteli Xan Xoyski Memmed Hesen Hacinski Memmed Yusif Ceferov Adil xan Ziyadxanli basciliq etmisdiler Azerbaycan diplomatiyasinin hazirlanmasinda ve heyata kecirilmesinde E M Topcubasov Mehemmed Emin Resulzade E Agayev N Yusifbeyli E Seyxulislamov Ceyhun Hacibeyli M Y Mehdiyev M Meherremov E Haqverdiyev Y V Cemenzeminli ve digerleri yaxindan istirak etmisler Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyasetinin inkisaf merheleleriMilliyyetinden ve dini etiqadindan asili olmayaraq qonsu dovletlerle mehriban munasibetler Azerbaycan diplomatiyasinin aparici istiqameti olub onun cixis noqtesini teskil edirdi Boyuk dunya siyaseti baximindan Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyasetini uc dovre bolmek olar Turkiye oriyentasiyasi dovru 1918 ci il may oktyabr Qerb oriyentasiyasi dovru 1918 ci il noyabr 1920 ci il yanvar genis ve herterefli dunya emekdasligina daxil olmaq ugrunda mubarize dovru 1920 ci il yanvar aprel XX esrin evvellerinden Azerbaycanda genislenen milli azadliq mubarizesinde onun onculleri Osmanli dovletine boyuk umid besleyirdiler Esrin evvellerindeki telatumlu hadiseler Azerbaycanin turk muselman ehalisinin heyatinda milliyyetcilik ideyasinin genis yayilmasina ve inkisafina ciddi tekan verdi Osmanli dovletile munasibetler Balkan muharibeleri dovrunde Rusiyada antiturk ehvali ruhiyyesinin qizisdirilmasi bir terefden Qafqaz muselmanlarini ondan narazi saldi diger terefden ise Azerbaycan xalqinda Osmanli dovletine qarsi tebii meyli guclendirdi Bu dovrde milliyyetci quvvelerin yaydigi beyannamede gosterilirdi Biliniz ve agah olunuz ki bizim yegane careyi nicatimiz Turkiyenin istiqlali ve onun tereqqisidir I Dunya muharibesinin son merhelesinde Azerbaycan milletinin musteqillik arzusu Turkiyenin Qafqaz siyaseti ile carpazlasdigindan terefler arasinda bir birine olan tebii meyil onlarin sosial siyasi herbi iqtisadi emekdasliginda maddilesmekle yeni merheleye daxil oldu Bu yeni merhelenin seciyyevi ceheti ondan ibaret idi ki azerbaycanlilarin Osmanli dovletine soykenmeyi milli idealla yanasi meyli derecede milletin fiziki varliginin hifz edilmesi zeruretinden ireli gelirdi 1918 ci ilin evvellerinde Trabzon ve Batum danisiqlari Zaqafqaziya Seymine daxil olan xalqlarin Turkiyeye munasibetinde koklu fikir ayriliqlarini uze cixartdi Trabzon danisiqlari dayandirildiqdan sonra Batuma sefer eden Enver Pasa Trabzonda Zaqafqaziya hokumetinin dagilacagi teqdirde Turkiye ile genis serhedleri olan musteqil Azerbaycan dovletinin yaradilmasina terefdar oldugunu ve bu dovletin Turkiye terefinden mudafie edileceyini bildirdi 1918 ci il mayin 28 de Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasindan sonra Azerbaycan Turkiye munasibetleri yeni merheleye dovletlerarasi munasibetler merhelesine daxil oldu 1918 il mayin 30 da Nazirler Surasinin sedri Feteli xan Xoyski Turkiye Almaniya Avstriya Macaristan Fransa Boyuk Britaniya Italiya ABS Bolqaristan Ruminiya Iran Ispaniya Hollandiya Rusiya Isvec Ukrayna Danimarka ve Yaponiya xarici isler nazirliklerine Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasi barede melumat gonderdi Bu merhelede Azerbaycan Turkiye munasibetlerinin huquqi esasini 4 iyunda imzalanmis Batum muqavilesi teskil edirdi Muqavilede gosterilirdi Bir terefden Osmanli imperator hokumeti diger terefden ise musteqilliyin elan etmis Azerbaycan Xalq Cumhuriyyeti hokumeti oz olkeleri arasinda siyasi huquqi iqtisadi ve intellektual zeminde mehriban dostluq munasibetleri berqerar etmekle qarsiliqli suretde raziliga gelirler 4 iyun muqavilesi ve iyunun ortalarinda imzalanan coxterefli sazisler Azerbaycan Turkiye munasibetlerinin butun sahelerini ehate eden ilk dovletlerarasi senedler idi Hele Batumda olan Mehemmed Emin Resulzade ve Memmedhesen Hacinski xarici herbi mudaxileye son qoymaq ve daxili asayisi qorumaq meqsedile 4 iyun muqavilesi esasinda herbi yardim gosterilmesi barede Turkiyeye muraciet etdiler Hemin muracieti qebul eden Osmanli dovleti ele etmek isteyirdi ki Azerbaycana ordu gonderilmesi Cenubi Qafqazda mohkemlenmeye calisan Almaniyanin etirazina sebeb olmasin Ona gore qarsiliqli raziliq esasinda osmanli herbi hisseleri ve Azerbaycan konullulerinden ibaret Qafqaz Islam Ordusu yaradildi Azerbaycan Turkiye munasibetlerinin genislenib derinlesmesinde 1918 ci ilde kecirilmesi nezerde tutulan Istanbul konfransina Mehemmed Emin Resulzade Xelil bey Xasmemmedov ve Aslan bey Sefikurdskiden ibaret numayende heyeti gonderilmesinin boyuk ehemiyyeti oldu Numayende heyetine bu beynelxalq konfransa devet edilmis Osmanli Almaniya Avstriya Macaristan Bolqaristan Gurcustan Ermenistan ve Daglilar dovletlerinin numayendeleri ile siyasi iqtisadi maliyye ve herbi meselelerle bagli danisiqlar aparmaq ve muqavileler baglamaq selahiyyeti verilmisdi Nezerde tutulan beynelxalq konfrans kecirilmese de Azerbaycan numayendelerinin Istanbul missiyasi cox faydali oldu Iyun ayinin axirlarindan oktyabrin axirlarina qeder Azerbaycan Osmanli ve diger dovletlerin Istanbulda olan numayendeleri semereli danisiqlar apardilar Sentyabin 6 da ise Azerbaycan numayendeleri Mehmet Resadin vefatindan sonra taxta eylesmis Sultan VI Mehmet Vahideddin terefinden qebul edildi Hemin gun Sultan taxta cixmasi munasibetile Istanbulda olan diplomatik numayendeler ucun tenteneli resmi qebul audiensiya merasimi duzeltmisdi Gozleme zalinda bir cox xarici numayendelikler olmasina baxmayaraq Sultanin sexsi tesebbusu ile Azerbaycan numayendeleri birinci qebul edildiler Onlari Enver Pasa qarsilayib Sultana teqdim etdi Azerbaycan Xalq Cumhuriyyeti adindan VI Mehmeti tebrik eden Mehemmed Emin Resulzade yuzillik esaretden xilas olmus Azerbaycan xalqinin oz istiqlaliyyetini ve hurriyyetini qoruyub saxlamaq yolunda qardas Turkiyeye arxalandigini bildirdi Sultan cavabinda qeyd etdi Sevimli Azerbaycanimizin numayendeleri terefinden tebrik edildiyimi heyatimda xosbext bir hadise qebul edirem Esaretden xilas olmus turk ve muselman hokumetinin istiqlaliyyet ve hurriyyetini temin etmek menim hokumetimin en muqeddes vezifesini teskil edir Azerbaycanin heyat ve quvvet kesb ederek bizimle birlikde umumi dusmenlerimize qalib geleceyine umid edirem Bu qebul barede Azerbaycan hokumetine melumat veren Mehemmed Emin Resulzade yazirdi Biz cixanda Sultanin Enver Pasa hezretlerine yaxinlasaraq bu deqiqeler omrumun en xosbext deqiqeleridir dediyini esitdik ve bundan koksumuz iftixarla doldu 1918 ci ilin yayinda Azerbaycan etrafinda cereyan eden beynelxalq veziyyet Bakinin tezlikle azad edilmesini zeruri edirdi Dunya muharibesinin sonunda Baki Turkiye Almaniya Ingiltere Sovet Rusiyasi arasinda mubarizenin esas obyektine cevrilmisdi 1918 ci ilin yayinda Istanbulda veziyyeti musahide eden almanlara aydin oldu ki Turkiyenin mudafie etdiyi Azerbaycan hokumeti bolseviklerin elinde olan Baki quberniyasini hec kime guzeste getmek istemir Buna gore almanlar Baki ile bagli planlarina Sovet Rusiyasi vasitesile catmaq fikrine dusduler ve bu meqsedle onunla gizli danisiqlara basladilar Berlin danisiqlari davam etdiyi zaman Baki Xalq Komissarlari Sovetinin seheri elde saxlamaq ucun car polkovniki L Biceraxovdan yardim almaq umidleri bosa cixdi ve iyul ayinin axirlarinda Baki Kommunasi yixildi Sentrokaspiciler ve avqustun evvellerinde L Denstervil basda olmaqla Bakiya daxil olan ingilisler seheri Qafqaz Islam Ordusunun hucumundan mudafie etmek iqtidarinda deyildiler Nehayet Berlinde uc aya qeder davam eden Almaniya Rusiya danisiqlari avqustun 27 de sazis imzalanmasi ile neticelendi Sazisin 12 ci maddesinde gosterilirdi Almaniya Qafqazda Gurcustanin hududlarindan kenarda herbi emeliyyatlarda her hansi ucuncu dovlete hec bir yardim etmeyecek Rusiya Baki vilayetinde neft cixarilmasini butun imkanlari daxilinde artiracaq cixarilan neftin dordde birini Almaniyaya verecek Istanbulda olan Azerbaycan numayendeleri bu sazisle elaqedar Almaniya sefirliyine etiraz notasi teqdim etdiler Notanin sureti Turkiye Xarici Isler Nazirliyine Avstriya Macaristan ve Bolqaristan sefirliklerine habele biteref olkelerin diplomatik numayendeliklerine de verildi 1918 ci il sentyabrin evvellerinde Azerbaycan numayendeleri Sedr Ezem Telet Pasa terefinden qebul edildi ve danisiqlar zamani Telet Pasanin Berline seferi erefesinde Almaniyanin Baki meselesinde tutdugu movqe Bakinin tezlikle azad edilmesinin zeruriliyi muzakire olundu Az sonra Berline geden Telet Pasa tecili sekilde 27 avqust sazisinin legv edilmesini Almaniyadan teleb etdi Bu addim Bakinin edilmesinde muhum ehemiyyete malik oldu Sentyabrin ortalar Azerbaycan Turkiye herbi quvveleri Bakiya girdi Bakinin azad edilmesi istiqlali elan olunmasindan sonra Azerbaycanin taleyinde ikinci boyuk tarixi hadise idi Bu qelebenin diplomatik cehetden temin edilmesi Azerbaycan diplomatiyasinin ilk ugurlarindan idi Bakinin azad edilmesi ile Azerbaycan Xalq Cumhuriyyeti oz hakimiyyetini genc respublikanin erazisinde berqerar etdi Bakinin azad edilmesi baresinde melumati Enver Pasa Istanbulda olan Azerbaycan numayendelerine catdirdi Istanbuldan bas nazir Feteli xan Xoyskiye ve xarici isler naziri Memmedhesen Hacinskiye yazdigi mektubda Mehemmed Emin Resulzade gosterirdi ki Bakinin alinmasi burada ehvali ruhiyyeni qaldirmisdir Baki azad edildikden sonra Almaniyanin herbi ve ticaret numayendesi baron fon der Qolts AvstriyaMacaristan diplomatik numayendeleri Osmanli Sultanliginin Qafqaz Ordusunun herbi qerargahi Bakiya geldi Azerbaycan Turkiye munasibetlerinin inkisafinda E M Topcubasovun Istanbul missiyasinin boyuk ehemiyyeti oldu O 1918 ci il sentyabrin 28 de Istanbula geldi ve Azerbaycan hokumetinin fovqelade selahiyyetli naziri kimi ise basladi Berlin danisiqlarindan sonra oktyabrin 2 de E M Topcubasovu qebul eden Telet Pasa melumat vererken bildirmisdi ki Azerbaycanin menafeyi namine ne mumkundurse hamisini etmisdir Danisiqlar zamani Telet Pasa Berlindeki rus sefiri A A Ioffenin Azerbaycana munasibetde qerezli movqeyini de aciqladi 1918 ci ilin oktyabrinda E M Topcubasov Istanbulda Turkiyenin resmi dovlet numayendeleri ile bir sira gorusler kecirdi Lakin Turkiye meglubiyyet erefesinde bohran icerisinde oldugu ve ay yarim erzinde uc hokumet kabineti deyisdiyi ucun Azerbaycanla Osmanli dovleti arasinda sabit munasibetleri berqerar etmek mumkun olmadi 1918 ci ilin payizinda Almaniya Turkiye Avstriya Macaristan ve Bolqaristanin daxil oldugu Dordler Ittifaqi meglub oldu Oktyabr ayinin 30 da tekce Turkiye ucun deyil Azerbaycan Xalq Cumhuriyyeti ucun de son derece agir olan Mudros barisigi imzalandi Barisigin 11 ci maddesine gore Turkiye ordusu tezlikle Azerbaycani terk etmeli on besinci maddeye gore Turkiye Zaqafqaziya Demir yolu uzerinde nezaret huququnu Antantaya vermeli ve muttefiqlerin Bakini tutmasina hec bir etiraz etmemeli idi Noyabrin 4 de E M Topcubasov Azerbaycan hokumeti adindan Mudros barisiginin Azerbaycana aid maddelerine etirazini bildirdi Lakin bu etirazin ele bir ehemiyyeti olmadi Mudros barisiginin Azerbaycana aid maddelerine gore Osmanli dovletinden narazi qalmasina baxmayaraq onun dunya muharibesinde meglub dovletlerden biri olmasindan ehtiyat etmeyerek noyabrin 10 da Azerbaycan hokumeti Respublikani terk eden Turkiye ordusunun serefine ziyafet verdi Turkiye qosunlari hemin gun Bakidan az sonra ise butun Azerbaycandan cixdi Bununla da Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyasetinde Turkiye oriyentaliyasi dovru basa catdi Qerb dovletleri ile munasibetler I Dunya muharibesinin sonunda Boyuk Britaniyanin Azerbaycana maragi mustesna derecede artmisdi Bu bir terefden Almaniya Turkiye blokunun Qafqaza meylinin guclenmesi diger terefden ise dunya neft istehsalinin boyuk bir hissesinin Bakinin payina dusmesi ile bagli idi Muharibe erefesinde Rusiyada hasil edilen neftin 83 faizi Bakida cixarilirdi I Dunya muharibesinde istirak eden olkeler ise Baki neftine cox vaxt qelebeni mueyyen eden amil kimi baxirdilar Ingilterenin bas naziri fikrince muharibenin sonunda Antantanin ustunluyune baxmayaraq alman bloku Baki neftinden istifade ederdise herbi emeliyyatlarin hansi neticeler vereceyini qabaqcadan soylemek olmazdi Ona gore de Yaxin ve Orta Serqde mohkemlenmis Ingiltere qosunlari 1918 ci ilin mayindan baslayaraq Baki istiqametinde herekete basladi Lakin bu zaman Cenubi Azerbaycanda mohkemlenmis Turkiye qosunlari onlarin hereketini dayandirdi ve ingilislerin Bakiya mudaxilesi 1918 ci ilin avqustuna qeder mumkun olmadi Bakida XKS nin hakimiyyeti devrildikden sonra sentrokaspicilerin ilk addimi Enzelide dayanmis ingilisleri Bakiya devet etmek oldu Avqustun 4 de polkovnik Stoksun basciliq etdiyi ilk qosun destesi Bakiya daxil oldu Avqustun ortalarinda general Denstervil basda olmaqla min neferlik ikinci herbi deste Azerbaycana geldi Seherin xristian ehalisi ingilisleri boyuk sevincle qarsiladi Mart qirginlarini toretmis ermeniler ingilislerin simasinda oz xilaskarlarini gorurduler Lakin Britaniya quvvelerinin azligi onlarin umidlerini puca cixartdi Bakiya gelen Britaniya qosununun coxsayli olmasi haqda melumatlarin sayie oldugunu bilen Qafqaz Islam Ordusu seheri azad etmek ugrunda son herbi emeliyyatlara basladi 1918 ci il sentyabr ayinin ortalarinda Britaniya qosunu general Denstervil basda olmaqla Bakini terk etmek mecburiyyetinde qaldi Lakin 1918 ci ilin payizinda ikiayliq fasileden sonra onlar yeniden Bakiya qayitdilar Bu Turkiye ve onun muttefiqlerinin Birinci Dunya muharibesinde tam meglubiyyeti ile bagli idi 1918 ci il noyabrin 17 de muttefiqlerin qosunlari Bakiya daxil oldu Bundan az evvel Azerbaycan hokumeti ABS prezidenti V Vilsona oz fealiyyetini berpa etmis Milli Sura ise dunya dovletlerine muracietler qebul etdiler Muttefiqlerin gelisi Azerbaycanin istiqlaliyyetini ciddi tehluke qarsisinda qoydu Muttefiqlerin gelisi Azerbaycanin istiqlaliyyetini ciddi tehluke qarsisinda qoydu Rus ve ermeni milli suralarinin cehdlerine baxmayaraq Bakida veziyyetle yaxindan tanis olduqdan sonra general V Tomson bildirdi ki onun Bakida en bacariqli adamlardan biri saydigi Feteli xan Xoyskinin hokumeti olkede koalisiya hokumeti tesdiq edilene qeder yegane tesirli hokumet olaraq qalir Balkanda ve Qafqazda olan ingilis qosunlarinin bas komandani general Corc Miln az sonra Bakiya gelerek V Tomsonun beyanatini tesdiqledi ve bildirdi ki Boyuk Britaniya hokumeti Azerbaycan hokumetini bu olkenin butun erazisinde yegane qanuni hakimiyyet kimi taniyir Azerbaycan hokumetinde qebul zamani o dedi Men buraya boyuk muttefiq milletlerin numayendesi hesabinda geldim Meqsedimiz memleketde sulh ve edaleti berpa etmekdir Muttefiqlerin qelebesi huquqi edalet ve milletlerin teyini muqeddera ixtiyari temininin rehnidir Sulh konfransinda burasi beyan edilecekdir Ibraz etdiyiniz husni istiqbaldan nasi tesekkurumu beyan edirem Qosunlarimiz memleketinizde bulunduqca husni qebul ve her durlu muzahiret goreceklerine umidvaram Memleketinizin ticaret senaetinin tereqqisine var quvvemiz ile calisacagiq Feteli xan Xoyski ile danisiqlar zamani C Miln bildirdi ki Azerbaycan dairesinde Ingiltere hokumeti Azerbaycan hokumeti Cumhuriyyesini taniyir ve qebul edir ve hokumete muttefiqler komandanligi her barede komek edecekdir Ayri ayri milletlerin teyini muqedderat huququ Ingiltere hokumeti noqteyi nezerince mudafie edilmelidir Sulh konfransinda Ingiltere numayendeleri bunu mudafie edeceklerdir Bundan elave general beyan etmisdir ki muttefiqler komandanligi teze teskil edilmis Zaqafqaziya hokumetlerinin daxili islerine qarismayacaqdir Ve muttefiqlerin yegane meqsedi bu dovletlerde asayis ve musalimete komek etmekdir Elbette bu tek general C Milnin fikri deyildi 1918 ci ilin dekabr ayinda Cenubi Qafqaz meselesi bir nece defe Britaniya hokumetinin iclaslarinda muzakire edilmisdi Lord Kerzon bu fikirde idi ki Cenubi Qafqazda sabitlik lazimdir eks teqdirde anarxiya qarma qarisiqliq yaxud bolsevizm bu regionda ingilis siyasetine manecilik torede biler 1919 cu ilin evvellerinden baslayaraq Ingiltere Azerbaycan elaqeleri Bakida olan ingilis komandanligi stanbuldaki ingilis herbi ve diplomatik numayendeliyi sonralar ise Paris Konfransinda temsil olunan sulh heyeti vasitesile heyata kecirilirdi Dekabr ayinda ingilisler Batum ve Tiflisi de tutdular ve 1919 cu ilin yayina qeder Qafqazda qaldilar Ingilislerin Azerbaycanin daxili islerine mudaxile etmesi tedricen aradan qaldirildigina gore Azerbaycan hokumeti butun isleri oz elinde toplayir addimbaaddim tam irelileyerek musteqilliyini berqerar edirdi U Corcill sonralar oz xatirelerinde yazirdi ki Cenubi Qafqaza daxil olmus 20 minlik Britaniya Ordusunun yardimi ile Gurcustan Ermenistan ve Azerbaycan tam musteqil olmali idi ve bu musteqil dovletler Irana ve Turkiyeye bolseviklerin gozlenilen mudaxilesinin qarsisindadurmali idiler Azerbaycan xarici siyasetinin qarsisinda duran ciddi meselelerden biri qonsu dovletlerle qarsiliqli mehriban munasibetler yaratmaq mueyyen meselelere munasibetde Qafqaz hemreyliyine nail olmaq idi Azerbaycan parlamen tinin Dagistan Gurcustan ve Ermenistana gonderdiyi muracietde deyilirdi Qafqaz ele bir veziyyet qarsisindadir ki bu erazi uzerinde qurulmus olan cumhuriyyetler muqabil dostluq ve hemreylik yapmadan yasaya bilmezler Dovletlerarasi munasibetlerde yeni merhele Azerbaycan hokumeti Bakiya geldikden sonra Daglilar Respiiblikasi ile emekdasligi inkisaf etdirmek ucun 1918 ci ilin oktyabr noyabr aylarinda bir sira muqavileler bagladi Iki dovlet arasi baglanmis muqavileye esasen Azerbaycan hokumeti ciddi maliyye cetinlikleri ile qarsilasmis Daglilar hokumetine 10 milyon manat hecminde yardim gostermis ve o Denikinin tecavuzune meruz qaldiqda elinde olan butun vasitelerle ona yardim gostereceyini bildirmisdi 1919 cu il mart ayinin evvellerinde general Tomsona etiraz notasinda Azerbaycan hokumeti beyan edirdi Daglilar ucun agir bir zamanda Azerbaycan hokumeti onlara lazimi komeklik gostermeyi ozune borc sayir Tekce Dagistani deyil butun Qafqazi hedeleyen ag ve qirmizi Rusiyasina munasibetde Azerbaycan hokumetinin movqeyi respublika XIN nin Kuban hokumetindeki selahiyyetli numayendesi C Rustembeyova mektubunda oz eksini tapmisdi Orada deyilirdi Bizim hokumetin fikri beledir kim olursa olsun bolsevik mensevik denikinci ve i a Azerbaycan istiqlaliyyetine qesd eden her kes onun dusmenidir Cenubi Qafqazin uc yeni respublikasi Azerbaycan Gurcustan ve Ermenistan arasinda sulh ve sabitliyin yaradilmasi cox cetin oldu Musteqilliyin ilk gunlerinde Gurcustan hokumetinin Borcali Signaq ve umumilikde Qarayazida Gurcustanin serhedlerini mueyyen etmek adi altinda movcud veziyyeti deyismek cehdleri Azerbaycan hokumetinin muqavimeti ile qarsilasdi Azerbaycan Xalq Cumhuriyyetinin xarici isler naziri Memmedhesen Hacinski iyunun 14 de Gurcustan hokumetinin 1918 ci il 5 iyun tarixli qerarina etiraz ederek Gurcustan hokumetinin xariici isler idaresinin bascisina yazirdi Borcali Tiflis ve Signaq qezalarinin basdan basa muselmanlardan ibaret olan hisselerinin ehalisi oz numayendeleri vasitesile Azerbaycan Xalq Cumhuriyyeti terkibinde olmaq arzularini ifade etdiklerini nezere alaraq menim hokumetim gurcu hokumetinin yuxarida qeyd olunan serencamina qarsi qeti etiraz edir ve olkelerimiz arasinda mehriban qonsuluq munasibetlerinin saxlanmasi namine Borcali qezasinin hududlarindan qosun hisselerini cixarmaq Azerbaycan erazisinin yuxarida qeyd edilen hisselerinin tutulmasi haqqinda serencami legv etmek ucun tecili tedbirler gormeyi tekidle xahis edir Azerbaycan hokumetinin ciddi seyi ile Qarayazidaki status kvo saxlanildi Azerbaycan ordu hissesinin burada qalmasi serti ile beynelxalq komissiya yaradilmasi barede raziliq elde edildi Az sonra ise meselenin muzakiresi 1919 cu il aprelin 25 de Tiflisde ise baslayan Qafqaz konfransinin gundeliyine daxil edildi Lakin 1919 cu ilin iyununda Simaldan yaxinlasan tehluke ile bagli olaraq Qafqaz konfransi oz isini dayandirdi Denikin ordusunun Dagistan uzerine hucumu ve Cenuba dogru irelilemesi Azerbaycan Gurcustan emekdasligini zerurete cevirdi Yaranmis veziyyetde Umumqafqaz hemreyliyinin yaradilmasinda Azerbaycan diplomatiyasi Gurcustanla elaqelerin genislendirilmesine xususi diqqet yetirirdi 1919 cu il iyunun 16 da iki dovlet arasinda uc il muddetine herbi mudafie paktinin imzalanmasi Azerbaycan Xalq Cumhuriyyetinin deyerli diplomatik addimi hesab edilmelidir Bu pakta gore Azerbaycan ve Gurcustanin istiqlaliyyeti ve erazi butovluyune her hansi dovlet terefinden tecavuz oldugu teqdirde muqavileni baglayan terefler oz ohdelerine bir birine herbi yardim gostermek borcunu goturmusduler Eyni zamanda muqavilenin 10 cu bendinde gosterilirdi ki bu muqavile barede res mi me lumat verildikden sonra Ermenistan iki hefte erzinde bu muqavileye qosula biler Hemin muqavile iyun ayinin 27 de her iki olkenin parlamentlerinde tesdiq edildi 16 iyun herbi mudafie paktina uygun olaraq terefler herbi texniki sazis imzaladilar ve birge herbi Sura yaratdilar Ingilis komandanliginin Azerbaycan Gurcustan mudafie paktina munasibeti evvelce menfi idi lakin sonralar deyisdi Britaniyanin Serqi Avropa ve Qafqazda olan quvvelerinin bas komandani general C Miln Denikinin Cenuba dogru hereketi ile razi olmadigi barede bas nazir N Yusifbeyliye radioteleqram gonderdi Musteqilliyin ilk gunlerinden Gurcustan Respublikasi ile qurulan diplomatik elaqeler cox cetin ve ziddiyyetli bir yol kecse de 1920 ci ilin evvellerinde normal mecraya dusdu Her iki respublikanin musteqilliyi Versal Ali Surasi terefinden de fakto tanindi Iranla munasibetlerde de evvelki naraziliqlar daha cox ise anlasilmazliqlar 1919 cu ilin ortalarindan etibaren oz yerini emekdasliq meyllerine vermeye basladi Hemin ilin payizinda yaradilan birge Azerbaycan Iran komissiyasinin gergin isi neticesinde iki dovlet arasinda munasibetlerin bir sira tereflerini ehate eden muqavile ve sazis hazirlandi 1920 ci il mart ayinin 20 de iki dovlet arasinda emekdasligin butun sahelerini ehate eden 7 muqavile ve sazis imzalandi MenbeIstinadlar Memmedzade M B Milli Azerbaycan herekati Ankara 1991 seh 40 Turk dilinde Hesen1i C Azerbaycan tarixi Turkiye yardimindan Rusiya isgalina qeder seh 72 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 894 is 88 v 1 Resulzade M E Azerbaycan Cumhuriyyeti seh 39 40 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 970 siy 1 is 138 v 4 Hesenov C Azerbaycan beynelxalq munasibetler sisteminde seh 119 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 894 siy 10 is 150 v 2 3 Klyuchnikov Yu V Sabanin A Mezhdunar politika nov vremeni v dogovorah notah i deklaraciyah Chast II M 1928 seh 188 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 970 sij 1 ish 68 v 2 Tokarzhevskij E A Iz istorii inostrannoj intervencii i grazhdanskoj vojny seh 11 28 mau 1918 Azerbaycan Cumhuriyyeti istiqlalinin birinci senaye dovriyyesi Baki 1919 seh 12 Ziyadxanli A Azerbaycan seh 94 Cherchill U Mirovoj krizis seh 106 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 970 siy 1 is 146 v 28 Dokumenty i materialy po vneshnej politike Zakavkazya i Gruzii Tiflis 1919 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 970 siy l is 64 v 15 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 894 siy 10 is 70 v 5